Təbii müalicə amillərinin və təbii resursların mühafizəsi məqsədi ilə müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.
Müalicə sağlamlaşdırma yerlərinin və kurortların ərazisində, eləcə də onların ətrafında yaradılan sanitariya mühafizə zonalarında xəstəliklərin profilaktikası və müalicəsi, əhalinin istirahəti, habelə təbii müalicəvi resursların mühafizəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar, torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.