Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 43

Maddə 43. Xüsusi mühafizə olunan təbiət əraziləri üçün xüsusi vəsaitlər və fondlar

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları və vəsaitləri ola bilər. Bu fondların və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xüsusi mühafizə olunan təbiət əraziləri üçün nəzərdə tutulmuş məqsədli ayırmalardan, onların xüsusi vəsaitlərindən və fondundan bu ərazilərin saxlanılması və inkişafı ilə bağlı olmayan məqsədlər üçün istifadə edilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver