Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin torpaqları

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məqsədli istifadəsinə və hüquqi rejiminə görə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin torpaqlarına təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar daxildir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili məqsədi ilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə satın alına, istifadə və icarə hüquqlarına xitam verilə bilər.

Üzərində xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver