Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Qanunda istifadə olunan əsas anlayışlar

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanmadır;

2) yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur;

3) yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür;

4) yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır;

5) yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir;

6) yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;

7) yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki xarakterli tədbirlərin məcmusudur;

8) yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və binaların (ərazilərin) sazlanması qaydasıdır;

9) yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir;

10) yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların söndürülməsinə yönəldilmiş əməliyyatlardır;

11) yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün yanğından mühafizənin apardığı operativ əməliyyatdır;

12) yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələridir;

13) yanğından mühafizə qarnizonu — müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin məcmusudur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver