Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatları müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri həyata keçirirlər.
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, müəssisələrin və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə mənbələri hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.