Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçmə qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçən əməkdaşları, habelə yanğın texniki tədris müəssisələrinin dinləyiciləri və kursantları hərbi uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının uçotunda saxlanılırlar.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanları və geyim forması verilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər.