Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlərə aşağıdakılar aiddir:
1) yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi;
2) respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və maliyyələşdirilməsi;
3) dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət olunması;
4) dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması xərclərinin planlaşdırılması və icrası;
6) dövlət yanğın nəzarətinin təşkili;
7) yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi;
8) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından və yanğın nəzarəti qurumları əməkdaşlarının sayının müəyyənləşdirilməsi;
9) yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının müəyyənləşdirilməsi;
10) dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq edilməsi;
11) dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin statistika uçotu sistemlərinin yaradılması;
12) mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının müəyyənləşdirilməsi;
13) yanğından və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq keçməsinin və ixtisasının artırılmasının təşkili;
14) yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqləndirmə nişanlarının və geyim formasının müəyyənləşdirilməsi;
15) yanğından və yanğın nəzarəti qurumları şəxsi heyətinin, ehtiyatda (istefada) olan şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi;
16) yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi;
18) dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yaradılması, yenidən təşkili və ləğv edilməsi;
20) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına və söndürülməsinə cəlb edilməsi.