Qanunvericilik › "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 30.12.1999) › Tam mətn

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 30.12.1999)

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 30.12.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Əsasnamənin tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”dən irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 23-1-ci və 23-2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.1-1. həmin Əsasnamənin 3-cü maddəsinin ikinci abzasında, 4-1-ci maddəsinin 1-ci bəndində, 11-ci maddəsinin birinci cümləsində və 12-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Əsasnamənin 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında, 4-cü (ikinci halda), 5-ci və 6-cı maddələrində, 9-cu maddəsinin birinci abzasında, 11-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 12-ci maddəsinin birinci abzasında, 13-cü, 14-cü maddələrində, 16-cı maddəsinin birinci abzasında və ikinci abzasının ikinci cümləsində (ikinci halda), eləcə də həmin Əsasnaməyə 3 və 4 saylı Əlavələrdə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.3. həmin Əsasnamənin 10-cu maddəsinin birinci abzasında və “a” bəndində, habelə 24-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.4. həmin Əsasnamənin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. həmin Əsasnamənin 10-cu maddəsinin “q” bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.6. həmin Əsasnamənin 4-cü maddəsində (birinci halda), 16-cı maddəsinin ikinci abzasının ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 30 dekabr 1999-cu il

1. 27 sentyabr 2003-cü il tarixli 933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 484)

2. 5 avqust 2008-ci il tarixli 805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 713)

3. 20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532)

4. 28 avqust 2013-cü il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 914)

5. 23 oktyabr 2013-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 oktyabr 2013-cü il, № 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1149)

6. 21 noyabr 2014-cü il tarixli 371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1411)

7. 01 may 2015-ci il tarixli 507 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 513)

8. 13 aprel 2022-ci il tarixli 1664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 325)

9. 15 aprel 2026-cı il tarixli 646 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2026-cı il, “Azərbaycan” qəzeti, 16 aprel 2026-cı il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 4, maddə 310)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver