“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-4.3-cü və 63-9-cu maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödənilən birdəfəlik pul vəsaitinin məbləği 10 000 (on min) manat müəyyən edilsin.
2. “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları Yaşıl Kart Sisteminə daxil olan ölkələrin qanunvericiliyində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə müəyyən edilsin:
2.1. Yaşıl Kart müqavilələri üzrə Türkiyə Respublikası və İran İslam Respublikasına gedən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 1);
2.2. Yaşıl Kart müqavilələri üzrə Belarus Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Ukrayna Respublikasına gedən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 2);
2.3. Yaşıl Kart müqavilələri üzrə Yaşıl Kart Sisteminə daxil olan digər ölkələrə gedən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 3);
2.4. Yaşıl Kart müqavilələri üzrə Türkiyə Respublikası, İran İslam Respublikası, Belarus Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Ukrayna Respublikasına gedən Gürcüstan və Qazaxıstan respublikalarında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 4);
2.5. Yaşıl Kart müqavilələri üzrə Yaşıl Kart Sisteminə daxil olan digər ölkələrə gedən Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 5);
2.6. Yaşıl Kart müqavilələri üzrə Yaşıl Kart Sisteminə daxil olan digər ölkələrə gedən Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları (Əlavə 6).
3. Müəyyən edilsin ki, bu Qərarın 2-ci hissəsində göstərilən ayrı-ayrı kateqoriyalara aid bir neçə ölkəyə gedən avtonəqliyyat vasitəsinə münasibətdə sığorta haqqı daha yuxarı sığorta haqqının nəzərdə tutulduğu kateqoriya üzrə hesablanır.
4. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minir.
5. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Avtonəqliyyat vasitəsinin növü
Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
Qoşqular və yarımqoşqular
Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
Motosikletlər və motorollerlər
Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri

1. 26 yanvar 2024-cü il tarixli 04/1-1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401260411, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 fevral 2024-cü il)
2. 17 iyun 2025-ci il tarixli 22/7 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202506170227, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2025-ci il)