Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Yer təkinin dövlət geoloji öyrənilməsi

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının mineral-xammal bazasının genişləndirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir.

Dövlət geoloji öyrənilməsinin əsas məqsədi ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatların və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş verən proseslərin proqnozlaşdırılması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver