Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Yer təkindən istifadə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyəti orqanlarının vəzifələri

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təkindən istifadə münasibətlərinin tənzimlənməsində dövlət aşağıdakı vəzifələri həyata keçirir:

yerin təki ilə bağlı dövlət siyasətini həyata keçirmək;

yerin təkindən istifadə məqsədilə torpaq sahələrini ayırmaq;

yerin təkindən istifadə və onun mühafizəsi, mineral-xammal ehtiyatlarının səmərəli işlənməsi qaydalarını müəyyənləşdirmək, müvafiq standartların (normativ və qaydaların), faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının təsnifatını hazırlamaq;

yer təkinin geoloji öyrənilməsinə, istifadəsinə və mühafizəsinə dair beynəlxalq müqavilələri bağlamaq, bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icazə sistemini tətbiq etmək;

yer təki istifadəçilərinin hüquqlarını və yerin təkindən istifadə ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının mənafelərini qorumaq;

yer təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

yerin təkindən istifadəyə görə haqq ödənilməsi qaydasını müəyyənləşdirmək;

mineral-xammal bazasının genişləndirilməsini və yer təkinin geoloji öyrənilməsini maliyyələşdirən dövlət fondunu formalaşdırmaq;

yer təkinin geoloji informasiya fondunu formalaşdırmaq, ondan istifadə qaydasını müəyyənləşdirmək;

yerin təkində kəşf edilmiş faydalı qazıntı ehtiyatlarını və yer təkinin xüsusiyyətlərini qiymətləndirən geoloji informasiyanı dövlət ekspertizasından keçirmək;

faydalı qazıntı ehtiyatlarının dövlət balansını və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrını aparmaq;

ümumi yayılmış faydalı qazıntıların siyahısını müəyyənləşdirmək;

yer təkinin geoloji öyrənilməsi ilə əlaqədar işləri dövlət qeydiyyatına almaq;

faydalı qazıntıların çıxarılması üçün və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi üçün istifadə edilən yer təki sahələrini dövlət qeydiyyatına almaq;

yerin təkindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərini əlaqələndirmək və qeydiyyata almaq;

yer təkinin öyrənilməsində elmi-təcrübi əhəmiyyətə malik kern və nümunələrin saxlanılması və qorunması qaydasını müəyyənləşdirmək;

yerin təkindən səmərəli və təhlükəsiz istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə dövlət nəzarətini həyata keçirmək;

dövlət təhlükəsizliyi, əhalinin, təsərrüfat subyektlərinin və ətraf mühitin mühafizəsi məqsədilə yerin təkindən istifadəyə məhdudiyyətlər qoymaq.

II fəsil

Yerİn təkİndən İstİfadənİn əsasları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver