Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur.
Yerli rəy sorğusunun təyin edilməsi haqqında qərarda yerli rəy sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rəy sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və digər məsələlər həll edilir.
Qəbul edilmiş qərar üç gün ərzində yerli mediada elan olunur və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Yerli rəy sorğusunun təyin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər.
Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.