Qanunvericilik › Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı və onun tərtib edilməsi qaydası

Yerli rəy sorğusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerli rəy sorğusunda iştirak etmək hüququna malik olan vətəndaşların siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən olunmuş formada təqdim etdiyi məlumat əsasında məntəqə rəy sorğusu komissiyası tərtib edir. Müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşlar haqqında məlumatları səsvermə gününə ən geci 30 gün qalmış məntəqə rəy sorğusu komissiyasına göndərir.

Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahıları məntəqə rəy sorğusu komissiyasının sədri və katibi tərəfindən imzalanır. Siyahının 2 nüsxəsi məntəqə rəy sorğusu komissiyasında qalır. Üçüncü nüsxə isə səsvermə gününə ən geci 15 gün qalmış müvafiq ərazi rəy sorğusu komissiyasına verilir.

Yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısı qanunvericiliyə müvafiq tərtib edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver