6.0. Bu Qanunun 5-ci maddəsində göstərilən şəxslər barəsində fərdi profilaktik işin aparılması üçün əsaslar aşağıdakılardır:
6.0.1. yetkinlik yaşına çatmayanın və ya onun valideynlərinin, yaxud digər qanuni nümayəndələrinin müraciəti;
6.0.2. məhkəmənin qərarı;
6.0.3. uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın qərarı;
6.0.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar.