Qanunvericilik › Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. yod çatışmazlığı xəstəlikləri - orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması ilə əlaqədar yaranan patoloji vəziyyət (beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.);

1.0.2. yod çatışmazlığı xəstəliklərinin profilaktikası - yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş tədbirlər;

1.0.3. duzun yodlaşdırılması - yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə qida və yem üçün istifadə olunan duzun yodla zənginləşdirilməsi prosesi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver