5.0. Azərbaycan Respublikasında yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması sahəsində aşağıdakı tədbirlər həyata keçirilir:
5.0.1. əhalinin profilaktik müayinəsinin təşkili və yod çatışmazlığı olan xəstələrin aşkar edilməsi;
5.0.2. monitorinq məqsədi ilə ildə bir dəfə yod çatışmazlığı xəstəliklərinin dinamikasının və aparılan profilaktika tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və nəticələri barədə əlaqədar orqanlara məlumat verilməsi;
5.0.3. yod çatışmazlığı xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş elmi tədqiqatların aparılmasının təşkili;
5.0.4. yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası tədbirləri haqqında əhalinin məlumatlandırılması və bu xəstəliklərin qarşısının alınması məsələlərinə dair sanitariya maarifinin mətbuat, radio, televiziya vasitəsi ilə təşkili, plakatların, bülletenlərin və s. nəşri;
5.0.5. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq yodlaşdırılmış duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyası şərtlərini müəyyən edən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların məcburiliyi.