Qanunvericilik › Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Yodlaşdırılmış duza tələblər

Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Qida və yem məqsədi ilə istifadə olunan duz yodlaşdırılmalı, onun minimum keyfiyyəti, təhlükəsizliyi, tərkibindəki yodun miqdarına nəzarət metodları müvafiq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Duzun tərkibində yodun miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

7.2. Duzun istehsalı, emalı, dövriyyəsi və utilizasiyası şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

7.4. Yararlılıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver