Qanunvericilik › Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əlillik müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi, fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.

Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver