Qanunvericilik › ”Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2004) › Tam mətn

”Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2004)

”Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.10.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 26 oktyabr 2004-cü il

1.1. Yüksək İdman Ustalığı Məktəbi (bundan sonra - YİUM) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məktəbdənkənar təlim-idman və təşkilati-metodik müəssisəsidir. YİUM özünün və ya icarəyə götürülmüş bazası, ən azı 4 idman təkmilləşdirmə qrupu, 3 yüksək idman ustalığı qrupu, yüksək dərəcəli məşqçi kadrları olduqda Gənclər və İdman Nazirliyi tərəfindən yaradılır.

1.2. YİUM ölkənin milli yığma komandalarının üzvlərinin və olimpiya idman növləri üzrə ehtiyatların hazırlanmasını təmin edir, idman nəticələri dinamikasının tədqiqi əsasında idman bölmələrinin işinə təlim-məşq prosesinin qabaqcıl metodları ilə müdaxilə edir, uşaq-gənclər idman məktəbləri (bundan sonra - UGİM) və ixtisaslaşdırılmış olimpiya ehtiyatlan uşaq-gənclər idman məktəblərində (bundan sonra - İOEUGİM) fəaliyyət göstərən idman növləri üzrə məşqçi-müəllimlər üçün informasiya metodik materialların buraxılışını işləyib hazırlayır və əlaqələndirir.

1.3. YİUM-un əsas məqsədi şagirdlərin Olimpiya Oyunlarında, Dünya, Avropa və ölkə çempionatlarında, beynəlxalq turnirlərdə və digər rəsmi yarışlarda iştirak etməsi üçün hazırlanmasıdır.

1.4. YİUM-də fəaliyyət göstərən idman növlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyənləşdirir.

2.1. YİUM-da təlim-məşq prosesi müasir metodika əsasında, təlimin texniki vəsaitlərindən və bərpaedici vasitələrdən geniş istifadə edilməklə il ərzində məşqçi-müəllimlər tərəfindən həyata keçirilir və idmançıların yüksək məşq yükünü mənimsəməsi, gündəlik rejimin səmərəli təşkili əsasında qurulur.

Təlim-məşq prosesinin əsas formaları qrup halında məşqlər, təlim-məşq toplanışları, yarışlarda iştirak, bərpaedici tədbirlər, tibbi-bioloji müayinələr, testləşdirmələrdən və tədris-idman filmlərinə baxışdan ibarətdir.

2.2. YİUM-da təhsil müddəti 10 ildən çox olmamaq şərtilə nəzərdə tutulur. YİUM-a idman növlərinin spesifik xüsusiyyətlərini nəzərə almaqla pedaqoji şuranın qərarı ilə idman hazırlığının hər bir mərhələsində şagirdlərin fərdi təlim müddətini, təlim qruplarının saymı və tərkibini, təlim-məşq işlərinə qoyulan tələblərə uyğun olaraq hazırlıq dövrlərindən və mərhələlərindən asılı olaraq təlim-məşq işlərinin həftəlik rejimini müəyyən etməyə icazə verilir.

2.3. İdman gimnastikası və bədii gimnastika, fiqurlu konkisürmə, suya tullanma, sinxron üzgüçülük və atletika çoxnövçülüyünün tədris proqramına müvafiq olaraq qrupla işə eyni zamanda cəlb olunmaqla, əsas məşqçi-müəllimlərin və yaxın fənlər üzrə məşqçi-müəllimlərin tədris saatı iki dəfə artır. İdman gimnastikası və bədii gimnastika, konkisürmə bölmələrində təlim-məşq saatlarının 70 faizi musiqinin müşayiəti ilə keçilir. Akrobatika, batutda tullanma bölmələrində musiqi müşayiətçisinin maaşı tədris planı üzrə və xoreoqrafiyaya ayrılmış ümumi saatların sayı hesabına verilir. Onun idman növlərində iş iki məşqçi-müəllimlə icra olunur.

3.1. YİUM-un qrupları bundan əvvəlki hazırlıq mərhələlərini keçmiş və milli yığma komandaya namizəd tələblərinə uyğun gələn idmançılardan komplektləşdirilir.

3.2. YİUM-a şagirdlər məşqçilər şurasının qərarı əsasında direktorun əmri ilə qəbul olunur. YİUM-a qəbul olunmaq üçün şagirdlər şəxsi ərizə, idmançının qiymət kitabçasını və sağlamlıq haqqında arayış təqdim etməlidirlər.

3.3. YİUM-un şagirdlərinin idman forması, idman inventarı, qida, bərpaedici vasitələr və tibbi xidmətlərlə təmin olunmaq hüquqları vardır.

3.4. YİUM-un şagirdləri müntəzəm olaraq idman ustalığım təkmilləşdirməli, tibbi müayinədən keçməli, idmançı gündəliyi aparmalı, yarışlarda və testləşdirmədə iştirak etməlidirlər.

3.5. YİUM-un şagirdləri təlim-məşq rejiminə riayət etmədikdə, onlara qarşı rəhbərlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada intizam tənbehi tətbiq edilir.

YİUM-da şagirdlərlə tərbiyə işi məktəbin direktoru tərəfindən təsdiq olunmuş plan üzrə aparılır.

5.1. YİUM-un şagirdlərinin fiziki və psixoloji hazırlığına məktəbin tibb heyəti müntəzəm və ciddi nəzarət edir.

5.2. YİUM-da elmi metodik təminatı Azərbaycan İdman Akademiyasının elmi tədqiqat şöbələri və digər aidiyyəti təşkilatlardan cəlb olunan elmi qruplar mülki müqavilə əsasında həyata keçirirlər.

6.1. YİUM-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən vəzifəyə təyin edilən və işdən azad edilən ali bədən tərbiyəsi təhsili və idman məktəbində təşkilati iş təcrübəsi olan direktor rəhbərlik edir.

Direktor məktəbin fəaliyyətinə rəhbərlik edir, YİUM-un adından iş aparır, məktəbin əmlakım idarə edir, müqavilələr bağlayır, məktəbin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, məşqçi-müəllim heyətini komplektləşdirir, YİUM-un apardığı işin nəticələrinə görə məsuliyyət daşıyır.

Direktorun təlim-tərbiyə işləri üzrə, tədris işləri üzrə, təsərrüfat işləri üzrə müavinləri, təlimatçı-metodistlər (baş təlimatçı-metodistlər də daxil olmaqla), məşqçi-müəllimlər (baş məşqçi-müəllimlər də daxil olmaqla) və digər tədris-köməkçi və inzibati-təsərrüfat işçiləri direktor tərəfindən işə qəbul və işdən azad edilirlər. YİUM-un mütəxəssislərinin vəzifə tələbləri və vəzifə borcları müvafiq sahədəki Vahid Tarif İxtisas Sorğu kitabçasına əsasən müəyyən edilir.

6.3. Məşqçi müəllimlər

Məşqçi-müəllim perspektivli idmançıların seçilməsində iştirak edir, idmançıların fərdi hazırlıq planım hazırlayır, təlim-məşq və tərbiyə işlərini aparır, idmançıların testləşdirilməsinin nəticələrinin, onların məşq yükünün yeri-nə yetirilməsinin və qrup məşqlərinin hesaba alınma jumalmı aparır, elmi-me-todik tədqiqatlarda və eksperimentlərdə, metodik materialların hazırlanmasın-da iştirak edir, məşqlərin təhlükəsizliyini təmin edir, sanitariya-gigiyena və həkimin tövsiyələrinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır, sistematik olaraq ixtisasını artırır.

6.4. Direktora, təlim-tərbiyə işləri üzrə direktor müavininə, baş təlimatçı-metodistə və təlimatçı-metodistə təhsilinə, ixtisasına və məşqçi-müəllimlik fəaliyyətindəki stajına uyğun olaraq, əsas iş yerində 0,5 stavkadan artıq olmayaraq, təlim məşqləri aparmasına icazə verilir.

6.5. Dünya və Avropa Çempionatı, Kuboku və birinciliklərində 1-6-cı yerləri və rəsmi beynəlxalq yarışlarda 1-3-cü yerləri tutmuş idmançıların hazırlığına görə yüksək idman ustalığı məktəbinin direktoruna, direktorun müavininə, təlimatçı-metodistinə, məşqçi-müəlliminə növbəti tədris ilində vəzifə maaşının 15 faizi miqdarında əlavə əmək haqqı verilir, Olimpiya Oyunlarında 1-6-cı yerləri tutmuş idmançıların hazırlığına görə isə növbəti Olimpiya Oyunlarına qədər vəzifə maaşının 15 faizi miqdarında əlavə əmək haqqı təyin olunur.

6.6. YİUM-da direktor tərəfindən təsdiq edilmiş idman növləri üzrə məşqçilər, yaxud birləşmiş məşqçilər şuraları, pedaqoji və metodiki şuralar yaradılır. YİUM-un şuraları rübdə azı iki dəfə iclas keçirir.

7.1. YİUM-un maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaitləri hesabına və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan büdcədənkənar daxilolmaların hesabına həyata keçirilir.

7.2. YİUM-un ştat cədvəli və smeta xərcləri hər il Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilir. YİUM-un ştat cədvəli, smeta xərcləri, tədris qruplarının komplektləşdirilməsi planı, məktəbin iş planı, idman tədbirlərinin təqvim planı mövcud maddi-texniki bazaya əsasən, idman növlərinin spesifikası nəzərə alınmaqla müəyyən olunur.

8.1. YİUM-un smetada nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilə bilən aşağıdakı hüquqları vardır:

Laboratoriyaya, hesablama texnikasına və video-texnikaya, idman ehtiyacları üçün avtonəqliyyata və maddi-texniki vəsaitlərə malik olmaq;

müqavilələrə əsasən elmi tədqiqatlar aparmaq;

eyni yönümlü məktəblərlə əməkdaşlıq, qarşılıqlı kömək və iş təcrübəsi mübadiləsi üçün müqavilələr bağlamaq;

perspektivli idmançı kontingenti, məşqçi kadrlan və idman bazaları olan şəhər və rayon məktəblərində fəaliyyətdə olan idman növləri üzrə qruplar açmaq;

təlim-məşq toplanışları, yarışlar, idman mövzusunda konfrans və seminarlar təşkil etmək və dəvət olunduğu aidiyyəti tədbirlərdə iştirak etmək.

YİUM-un xətti ilə idman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normativlərə əsasən müəyyən edilir.

8.2. YİUM müstəqil balansa, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhür və ştampa, blanklara və bank hesablarına malik olan hüquqi şəxsdir.

9.1. YİUM-un aşağıdakı sənədləri olmalıdır: illik iş planları, komplektləşdirmə planı, idmançı-şagirdlərin siyahısı, idman tədbirlərinin təqvim planı, idmançıların kartları, əmr kitabı, dərs cədvəli, idmançıların hazırlığının fərdi planları, məşqçi-müəllim işinin hesabat jurnalı.

9.2. YİUM Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və dövlət statistika orqanına müəyyən olunmuş formada hesabat təqdim edir.

2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

10 dekabr 2025-ci il tarixli 390 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 16 dekabr 2025-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1238)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver