Qanunvericilik › “Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.12.2023) › Tam mətn

“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.12.2023)

“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 27.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyul tarixli 2201 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinet qərara alır:

“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 dekabr 2023-cü il

1. Azərbaycan Respublikasının Audiovizual Şurası.

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxs.

3. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs.

4. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs.

5. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs.

6. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs.

7. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.

8. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver