Məhkəmə qərarları › İş №1(002)-151/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-151/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-151/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 22 ünvanında qeydiyyatda olmaqla ünvan 21, mənzil 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 14:30-da Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən avto təmir sexinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 15:55 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,724 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hadisədən əvvəl 5-6 ay olarmış ki, narkotik vasitə “kakos”, yəni heroini siqaret kağızının üzərində yandırıb tüstüsünü qəbul edirmiş. Narkotik maddə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində Salyan rayonu, Xıdırlı kəndinə gedərkən Xıdırlı kəndinin yaxınlığındakı körpünün altında dayanmışdır. Həmin vaxt bir nəfər tanımadığı İran İslam Respublikası vətəndaşı ona yaxınlaşaraq narkotik vasitə olan heroin almağı təklif etmişdir. O da narkotik vasitə heroin qəbul etdiyi üçün tanımadığı şəxsin ona verdiyi təklifi ilə razılaşmışdır. O, həmin şəxsdən 20 manat müqabilində bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda narkotik vasitə olan heroini alıb əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin gün aldığı narkotik vasitə heroini istifadə etməyə imkan yaranmamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 14:20 radələrində o, narkotik vasitə heroini istifadə etmək üçün yaşadığı evdən küçəyə çıxıb əlverişli şərait axtarmağa başlamışdır. O, həmin gün təxminən saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən avto təmir sexinin qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirib adını və soyadını ondan soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 11-ci PB-nə gətirmişlər. 11-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəklinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O, da əynimdəki qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd siqaretin qara rəngli kağız bükümünü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, özünündür, öz istifadəsi üçün xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Salyan rayonu, Xıdırlı kəndinin yaxınlığındakı körpünün altında tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata alaraq üzərində saxlamışdır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli kütlədən ibarət narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Onun narkotik vasitə heroin qəbul etməyindən ailə üzvlərindən heç kimin məlumatı olmayıb. Polis əməkdaşları onu saxlayıb 10-cu polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2014-cü ildən xidmət edir. 2020-ci il tarixdən isə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili işləyir, rütbəsi polis leytenentıdır. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ev 32A, məzil 22 ünvanında qeydiyyatda olan, ünvan 21, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla qəbulu ilə məşğul olur. Ona görə də 11-ci polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o və Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis kapitanı X10 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən avto təmir sexinin yaxınlığına getmişdir. Təxminən 15-20 dəqiqə sonra avtotəmir sexinin qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1974-cü il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ev 32A, məzil 22 ünvanında qeydiyyatda olan, ünvan 21, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd siqaretin qara rəngli kağız bükümünü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, özünündür, öz istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndinin yaxınlığındakı körpünün altında tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata alaraq üzərində saxlamışdır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli kütlədən ibarət narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq 223 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində narkotik vasitə heroin olmuşdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİO-da 2016-cı ilin oktyabr ayından xidmət edir. 2018-ci il tarixdən isə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili işləyir. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ev 32A, məzil 22 ünvanında qeydiyyatda olan, ünvan 21, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla qəbulu ilə məşğul olur. Ona görə də 11-ci polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis kapitanı X10 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən avto təmir sexinin yaxınlığına getmişdir. Təxminən 15-20 dəqiqə sonra avtotəmir sexinin qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1974-cü il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ev 32A, məzil 22 ünvanında qeydiyyatda olan, ünvan 21, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd siqaretin qara rəngli kağız bükümünü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir, özünündür, öz istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndinin yaxınlığındakı körpünün altında tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata alaraq üzərində saxlamışdır. Həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli kütlədən ibarət narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq 223 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində narkotik vasitə heroin olmuşdur. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahidlər Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkilləri Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 6/106 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №223” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s.yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,724 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,674 qr; Ekspertiza tədqiqatının dəyəri 109 (düz doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx xxxxxx 2021-ci il tarixli 85 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi pereparatlarından suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müaliəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2021-ci il tarixli protokola Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,724 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,674 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə evlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxxxxxx 2003-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaretin qara kağız kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində körpünün altında tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin qara kağız kəsiyindəki büküm açılır, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq 223 saylı möhürlə möhürlənib götürülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının kifayət qədər yüksək olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxxxx 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,674 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109 (yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 26 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 156 (yüz əlli altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,674 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109 (yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 156 (yüz əlli altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar