Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-159/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,469 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da həbs olunana qədər Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, nömrəsiz fərdi yaşayış evdə yaşayır, özü heç bir yerdə işləmirmiş, 5-6 ay olmuşdur ki, «şüşə» adlandırdığı psixotrop maddə metamfetamini falqa vasitəsi ilə çəkməklə qəbul edirmiş. 22 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı NZS qəsəbəsində tanımadığı şəxsdən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədi ilə 20 manata alıb yolunu davam etmişdir. Həmin gün saat 22:30 radələrində əvvəllər yaşadığı Sahil qəsəbəsinə gəlmiş, orada Z.Qasımov küçəsindən keçdiyi zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu 38-ci polis bölməsinə dəvət etmişlər, həmin vaxt psixotrop maddə onun üzərində imiş. Burada hüquqları izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibində saxladığı bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, polis əməkdaşları ondan həmin psixotrop maddəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşmuşlar. O isə həmin psixotrop maddəni həmin gün tutulmamışdan əvvəl NZS qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim etdiyi gümüşü rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin psixotrop maddə metamfetamini özü qəbul etmək məqsədi ilə üzərində saxladığını, ondan qəbul etmədiyini, psixotrop maddəni tək qəbul etdiyini, bu barədə heç kimə bildirmədiyini, psixotrop maddə olan metamfetamini gizli qəbul etdiyini, başqa cinayət törətmədiyini, əvvəllər törətdiyi cinayətə görə cəzasını çəkdiyini, tutulduğu zaman polis bölməsində ona heç bir şəxsin təzyiq göstərmədiyini təsdiq etmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 52, mənzil 53 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə 22 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu 38-ci polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin maddə «şüşə» adlandırdığı psixotrop maddə metamfetamindir, onu həmin gün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadə edəcəyi üçün 20 manata almışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı Azər Vəliyev tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini özünün istifadə edəcəyi məqsədilə daşıdığını onlara bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 22 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra sonuncu 38-ci polis bölməsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin maddə «şüşə» adlandırdığı psixotrop maddə metamfetamindir, onu həmin gün Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsindən tanımadığı şəxsdən özünün istifadə edəcəyi üçün 20 manata almışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı Azər Vəliyev tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini özünün istifadə edəcəyi məqsədilə daşıdığını onlara bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2021-ci il tarixli 6/297 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №47” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı l) aiddir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,469 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,419 qr; Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 27 yanvar 2021-ci il tarixli 235 rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,469 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,419 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasının xidməti otağında dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək axtarış aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxardaraq bildirir ki, həmin maddə «şüşə» adlandırdığı psixotrop maddə metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il şərti sınaq müddəti müəyyən edilməklə tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, CM-nin 70-ci maddəsi xaric edilmiş, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 05 ay 20 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Nizami rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının kifayət qədər yüksək olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 22 yanvar 2021-ci il tarixdə axşam saat 22:30 radələrində saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş, 23 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 23 fevral 2021-i il tarixli qərarından aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,419 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 05 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,419 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-159/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-159/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver