Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-22/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlunun, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, V.Əsgərov küçəsi, ev 24, mənzil 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020ci il tarixdə saat 23:50 radələrində qonşu məhəllədə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 2-ci məhəllə, 38 B saylı evin həyətində tikilmiş kirayə verilməsi üçün nəzərdə tutulan otaqda icazəli olarkən Zərərçəkmiş şəxs həmin otaqda yatağın alt tərəfinə yerə saldığı özünə məxsus 6 ədəd 100 manatlıq, 5 ədəd 20 manatlıq pul əskinazlarından ibarət cəmi 700 manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Anası ilə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 23:30 radələrində evinin yaxınlığında olarkən qonşuluqda yaşayan sonradan adını bildiyi Mehman onunla salamşaraq ona pivə içməyini təklif etmişdir. O, Mehmandan pivəni harada içəcəklərini soruşmuş, Mehman, isə yaşadığı evə bitişik olan kirayə verəcəyi evin boş olduğunu bildirib ora getməklərini təklif etmişdir. O, Mehmanın təklifi ilə razılaşaraq könüllü olaraq ikisi birlikdə həmin həyət evinə getmişlər. Onlar birlikdə spirtli içki olan pivə içdikdən sonra Mehman əynində olan paltarlarını soyunaraq bir kənara qoymuş və kürəyini ovmağını ondan xahiş etmişdir. O, Mehmanın kürəyini ovarkən Mehman ona cinsi əlaqədə olmağını istədiyini bildirmişdir. O da Mehmana 50 manat müqabilində onunla cinsi əlaqədə olacağını və öncədən pulunu verməyini bildirmişdir. Mehman onunla razılaşaraq cinsi əlaqədən sonra pulunu verəcəyini bildirmişdir. Lakin o, Mehmanla razılaşmamış və onlar paltarlarını geyinərkən Mehman əllərini şalvarının ciblərinə salıb cibində 700 manat pulunun olmamasını və pulunun oğurlanmasında ondan şübhələndiyini bildirmişdir. O isə ona pulunu oğurlamadığını bildirmişdir. Mehman isə ona inanmayıb bir əli ilə boğazından digər əli ilə qolundan tutub sıxaraq pulunu ondan tələb etməyə başlamışdır. O isə əsəbləşib əynində olan paltarları soyunub bədənini ətraflı ona göstərərək pulunu oğurlamadığını bildirmişdir. Həmin zaman o, həqiqətəndə onun pulunu oğurlamamışdır. Mehman pulunun onda olmamasını görüb arvadını həmin yerə çağırmışdır. Arvadıda görmüşdür ki, pul onda yoxdur. Bundan sonra onlar ər-arvad evdə olan əşyaları tökərək axtarış aparmağa başlamışlar. Artıq saat 23:50 radələri olarmış. Həmin zaman o, otaqda yatağın alt tərəfində yerdə sayını bilmədiyi rulon şəklində bir bağlama, 100 manatlıq pul əskinazlarını görmüş və bu barədə onlara xəbər verməyib fürsətdən istifadə edib corablarını ayağına geyinərkən həmin 100 manatlıq olan pul əskinazlarını gizlicə oğurlayaraq ayağına geyindiyi sağ corabının içərisinə yerləşdirmişdir. Bundan sonra o, yalandan deyinə-deyinə evin giriş qapısından həyətə çıxıb küçəyə çıxışı olan həyət qapıya yaxınlaşmışdır. Həyət qapısının bağlı olmasını görüb qapının üzərinə dırmaşıb qapının üzərindən küçəyə atılıb oradan qaçmışdır. Sonra bir kənarda Mehmanın evindən oğurladığı pulları saydıqda 6 ədəd 100 manat əskinazlardan ibarət cəmi 600 manat pul olmasını aşkar etmişdir. Bundan sonra o, oğurladığı pullara aptekdən dərman, mağazalardan ərzaq alıb xərcləmişdir. Həmin pullardan onda heç bir pul əskinazı qalmamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Mehmanın göstərdikləri yalan olmuş, o, 700 yox, 600 manat pulu ifadəsində göstərdiyi kimi onların başı qarışıq olan zaman evdə yerdən tapıb gizli oğurlayaraq oradan qaçıb getmişdir. Həmin zaman onlar pulun onda olmasını bilməmişlər. Mehman və arvadı onun azadlığını məhdudlaşdırmamışlar, sadəcə oğurladığı pula görə aralarında mübahisə yaranmış və buna görə onlarda yubanmışdır. Polisin hadisə yerinə gələcəyindən qorxaraq oradan qaçmışdır. Oğurluq zamanı Mehman qolunu, boğazını sıxıb pulunu tələb etsədə heç bir xəsarət almamışdır. Xəsarəti yoxdur. Məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir. Mehman onu ölümlə hədələməmişdir. Törətdiyi əməlin cinayət olmasını dərk edir. Ehtiyacı olduğundan oğurluq etmişdir. Əməlindən peşmandır. O, Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmamışdır. O öz ifadəsində son olaraq maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilmədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Yaşadığı evə bitişik eyni ünvan sayılan özünə məxsus bir həyətdə iki otaqlı yeni tikili evinin otaqlarını ayrı-ayrılıqda kirayə verir. Hər iki otaq boşaldığından kirayəşin lazım olduğu barədə qapıya elanda vurmuşdur. xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində evinin yaxınlığında mağazadan ərzaq malları alıb evə gələrkən evindən bir qədər aralıdakı binada yaşayan ləqəbi «Gülü» olan Gülnaz tək, ondan kirayə ev soruşmuş və otağa baxmaq istədiyini bildirmişdir. O da etiraz etməyib Gülnaz ilə birlikdə gəlib kirayə verdiyi evin otaqlarına baxmışlar. Bir müddətdən sonra görmüşdür ki, əynində olan tünd göy xırda damalı şalvarının arxa sol cibində içərisində 700 manat olan qəhvəyi rəngli pul kisəsi otaqda yerdədir. O, tez pul kisəni yerdən götürüb içərisinə baxdıqda görmüşdür ki, içərisində olan özünə məxsus 6 ədəd 100, 5 ədəd 20 manat əskinazlardan ibarət cəmi 700 manat pulu yoxdur. O, Gülnazdan bu barədə soruşduqda Gülnaz əynində olan bütün geyimlərin, əl çantasını açıb göstərərək bundan xəbərsiz olmasını bildirmişdir. Lakin o, Gülnaza inanmayıb və belə başa düşmüşdür ki, onun başı qarışıq olan zaman Gülnaz əynində olan şalvarının arxa sol cibindən pul kisəsini gizli olaraq oğurlamış və o, ayaq yoluna keçən kimi pul kisəsinin içərisindən 700 manat pulunu götürərək otağın pəncərəsinin torunun cırıq dəliyindən onun dalınca gələn naməlum şəxsə ötürüb, pul qabını isə yerə atıb. Gülnaz əvvəlcə boynuna almasa da o, Gülnaza bildirmişdir ki, heç olmasa 600 manatını qaytarsın, 100 manatı ona qalsın. Bundan sonra Gülnaz 700 manat pulunu oğurladığını etiraf etmiş və ona demişdir ki, o, kiməsə zəng edəcək pul gətirildikdən sonra ona qaytaracaq. Həmin zaman o, polisə məlumat verəndə Gülnaz başının qarışıq olmasından istifadə edib evdən qaçıb getmişdir. Polis əməkdaşları gəldikdə isə şikayət etmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Gülnazı uzaqdan uzaqa qonşu kimi qiyabi tanımış, onunla əvvəllər heç bir münasibəti olmamış və evinə ilk dəfə idi ki, gəlirmiş. Hadisədən sonra ona məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdır. Yadında qalmayan məhəllə camaatından eşitdiyinə görə o, əvvəllər məhkum olunmaqla pis vərdişlərlə məşğuldur. Gülnaz ilə evinə baxmağa gələrkən yanlarında heç kim olmamışdır. İkisi olmuşlar. Pul kisəsindən və ya evindən başqa heçnə oğurlanmayıb. Yalnız pul kisəsindən 700 manat pulu oğurlanmışdır. Başqa heç nəyi oğurlanmamışdır. Ona 700 manat ziyan dəymişdir. Gülnaz evində olarkən onun azadlığını məhdudlaşdırmamışdır. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Yaşadığı evə bitişik eyni ünvan sayılan əri Mehmana məxsus bir həyətdə 2 otaqlı yeni tikili evlərinin otaqlarını ayrı-ayrılıqda kirayə verirlər. Hər iki otaq boşaldığından kirayəşin lazım olduğu barədə qapıya elanda vurmuşlar. xx.xx.2020-ci il tarixdə saat 23:45 radələrində əri Mehman onu öz yaşadıqları evdən həmin yeni tikili otaqlardan birinə səsləyərək çağırmışdır. O, həmin bir otaqlı yeni tikiliyə gəldikdə əri Mehman ilə Gülnaz adlı bir qadını görmüşdür. Əri Mehman ona bildirmişdir ki, həmin Gülnaz adlı qadın kirayə ev axtardığı üçün onu kirayə verdikləri otağı göstərməyə gəlmişlər. Lakin evə baxış zamanı cibində olan pul kisəsini otaqda yerdən taparkən pul kisəsinin içərisində olan özünə məxsus 700 manat pul əskinazlarının orada olmadığını aşkar etmişdir. Evdə isə onlardan başqa heç kim olmamışdır. Bu səbəbdən də Gülnaz adlı qadından şübhələndiyini bildirmişdir. O, bu barədə Gülnazdan soruşduqda Gülnaz həmin puldan xəbərsiz olmasını bildirmiş və üst başını da açaraq ona göstərmişdir. 700 manat pulun onda olmamasını görüb əri Mehman ilə otaqda axtarış aparsalarda pulu tapa bilməmişlər. Otağın pəncərəsinin torunun aşağı tərəfində əvvəlcədən kiçik bir dəliyin olması, Gülnazın həmin pulu oğurlayaraq məhz həmin dəlikdən bir kiməsə ötürməsini başa düşmüşlər. Gülnaza heç olmasa 600 manatı qaytarmasını, 100 manatın ona qalmasını bildirmişlər. Gülnaz əvvəlcə boynuna almasa da sonradan Gülnaz pulu oğurladığını etiraf edərək bildirmişdir ki, 100 manat ona qalmaq şərti ilə onunla harasa getsə pulu qaytaracaq. Lakin Gülnazla razılaşmamış və artıq polis çağırdığını bildirmişdir. Həmin zaman Gülnaz polisə məlumat verdiklərini başa düşüb, başlarının qarışıq olmasından istifadə edib evdən qaçıb getmişdir. Polis əməkdaşları gəldikdə isə əri Mehman şikayət etmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Gülnazı əvvəllər tanımamış, ilk dəfə imiş ki, Gülnazı orada görürmüş. Hadisədən sonra ona məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxsdır. Mehmanın pul kisəsindən və ya evlərindən başqa heçnə oğurlanmayıb. Yalnız Mehmanın pul kisəsindən 700 manat pulu oğurlanmışdır. Başqa heç nəyi oğurlanmamışdır. Gülnaz onlarda olarkən onun azadlığını məhdudlaşdırmamışlar. X2 qolunu, boğazını sıxmamış, xəsarət yetirməmişdir. O, orda olarkən Gülnaz özü kirayə ev tutmaq üçün oraya gəlməsini bildirmişdir. Gülnaz cinsi əlaqədə olmaq söhbətini bəhanə olaraq deyir. Gülnazı orada zorla saxlamamışlar. Sadəcə çağırdıqları polisi gözləməsini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Qanunu tətbiq edilməklə İmişli rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 500 manat məbləğində cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddində təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qızı qeyd olunan cinayət əməlinə görə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx xxxx 2020ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qızı məhkəmə istintaqından yayındığına görə xx xxxxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq zamanı 25 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qızına göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs izah edilsin ki, ona vurulmuş ziyanla əlaqədar mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq gələcəkdə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-22/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-22/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver