Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-237/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİİ qrup əlil, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində Qaradağ RPİ-nin 11ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi ilə A.Abdullayev küçəsinin kəsişməsində yerləşən «Cavidan» marketin qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ arxa cibindən bir ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş təmiz çəkisi 2,942 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə şəxsi işi ilə bağlı Hacıqabul rayonuna getmiş, həmin gün saat 13:30 radələrində Hacıqabul bazarının yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq psixotrop maddə olan metamfetamin satdığını bildirmişdir. O da narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin şəxsin bu təklifi ilə razılaşmış, ondan 30 manat müqabilində bir ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış halda, psixotrop maddə metamfetamini almışdır. Sonra həmin maddəni üzərində saxlayaraq özü ilə yaşadığı evə gətirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində psixotrop maddə olan metamfetamini qəbul etmək üçün əynindəki göy rəngli idman şalvarın sağ arxa cibinə qoyaraq yaşadığı evdən çıxmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi ilə A.Abdullayev küçəsinin kəsişməsində yerləşən «Cavidan» marketin qarşısından keçdiyi zaman polis geyimində olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ondan adının Zaur olub-olmadığımı soruşmuşlar. O da polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 11-ci polis bölməsinə getməyi dəvət etmişlər, o da polis əməkdaşlarının təklifinə etiraz etməyib onlarla birlikdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə getmişdir. Bölmədə ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və könüllü olaraq üstündəki əşyaların masanın üzərinə qoymağı təklif edilmişdir. O da əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir qutu «Winchester» siqareti, bir ədəd alışqan, arxa sağ cibindən bir ədəd siqaretin qızılı kəsiyindəki bükümü masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümün içərisindəki psixotrop maddə «şüşə»dir (metamfetamin) və öz istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə Hacıqabul rayonundakı bazarın yaxınlığında tanımadığı şəxsdən 30 manata alaraq üzərində saxlamışdır. Bundan sonra büküm açılmış, ona baxış keçirilmiş, sonradan həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O da digər iştirakçılarla birlikdə möhürlənmiş zərfi və protokolu imzalamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu, İİİ qrup əlil olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bölməyə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qeyri qanuni olaraq narkotik vasitələr və psixotrop maddələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytinantı Şahid1 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 12:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində yerləşən «Cavid» marketin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra tərəflərindən polis bölməsinə gətirilmiş, oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sol yan cibindən bir qutu «Wincester» siqareti və alışqan, sağ arxa cibindən isə bir ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki maddə «şüşə» adlanan psixotrop maddə metamfetamindir, onu xx xxxx 2020-ci il tarixdə saat 13:30 radələrində Hacıqabul rayonu ərazisindəki bazarın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Qüdrət Əliyev tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs bir bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini onlara bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, xidməti zəruriyyət ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ R Pİ-nin11-ci PB-nə daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 12:20-də yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu,Ələt qəsəbəsi, Axundov küçəsində yerləşən Cavid marketin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş X5 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərara əsasən 11 -ci PB-nin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir qutu “Vinçester” siqareti, bir ədə alışqanı sağ arxa cibindən bir ədəd, siqaretin qızılı kağız kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixatrop maddə şüşə olduğunu, həmin şüşəni xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Hacıqabul rayonu ərizindəki bazarının yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siaqretin qızılı kağız kəsiyindəki bükümün içərisində ağ rəngli, psixatrop maddə metamfetaminə bənzər kristal kütlə aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siaqretin qızılı kəsiyinə yığılmış psixatrop maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 223 saylı möhürü ilə möhürlənərək götürülmüş. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir.(i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1239 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilmiş” sözləri oln bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,942 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 2,942 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq 2,892 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manatdır. (i.v. 40- 45) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx xxxx 2020-ci il tarixli 1/3655 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs MOP (+) heroin aşkar edilmişdir. (i.v. 46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 51) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(002)-75/2020 nömrəli qərarından görünür ki, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir.(i.v. 71-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 2183 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotorp maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 87-88) Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan spublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş, ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində Qaradağ on məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, iş üzrə şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması :ədə protokol və ona əlavə edilmiş 01 ədəd CD disk, məhkəməkimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1239 №-li, məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2183 №-li rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,942 qram olan totrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 2,892 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs atasının adı isə İsfı kimi deyil, İsif kimi oxunması, Təqsirləndirilən şəxs əldə etmiş olduğu psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün material ayrılaraq 11 -ci polis bölməsinə göndərilmişdir. (i.v. 94-98) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 105) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibb-Sosial Ekspert Komissiyasının SER TSE-01 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİİ qrup əlildir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 783594 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Əliyeva Hicran Əli qızıdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 365200 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Əliyeva Hicran Əli qızıdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Qaradağ rayon İHB-nın Ələt qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş18 saylı, xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1979-cu ildə anadan olmuş, Təqsirləndirilən şəxs həqiqətən də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Axundov küçəsi, 22 saylı evdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs barəsində Ələt qəsəbə İƏD üzrə nümayəndəliynə heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİİ qrup əlil olmasını (CM- 59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əliyev X7 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, sübut növü kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X1: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 xx.xx.2020-ci il tarixli № 1198 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020ci il tarixli № 1689 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 45 (qırx beş) iş saatı hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı – 2,892 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 (səksən bir manat səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 45 (qırx beş) iş saatı hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-237/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-237/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver