Məhkəmə qərarları › İş №1(002)-9/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-9/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-9/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yardımlı rayonu, Bürzünbül kəndində daimi pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında faktiki olaraq yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2019-cu il tarixdə, saat 06:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 2-ci küçədə yerləşən 59 saylı evə hər üçü hasardan aşıb qanunsuz daxil olaraq evin həyətyanı sahəsində olan 1200 manat dəyərində olan bir ədəd 03 metr uzunluğu olan dəmir darvazanı, hər birinin qiyməti 110 manat, ümumilikdə 550 manat dəyərində olan 05 ədəd 5 mm-lik dəmir listləri, hər bir metrinin qiyməti 10 manat, ümumilikdə 800 manat dəyərində olan 80 metr uzunluğunda 25 düyümlük dəmir su borusunu, hər bir metrinin qiyməti 16 manat, ümumilikdə 480 manat dəyərində olan 30 metr uzunluğunda 73 mm-lik dəmir su borusunu, hər bir metrinin qiyməti 70 manat, ümumilikdə 840 manat dəyərində olan 200 mm-lik 12 metr uzunluğunda dəmir su borusunu, ümumilikdə 400 manat dəyərində olan müxtəlif diametrli dəmir boruları, hər bir metrinin qiyməti 15 manat, ümumilikdə 270 manat dəyərində olan 18 metr uzunluğunda 20 mm-lik dəmir su borusunu, həyətyanı sahədə hasara bərkidilmiş vəziyyətdə olan 100 manat dəyərindəki bir ədəd müşahidə kamerasını, həmçinin həyətyanı sahədə olan evin zirzəmisinin kilidini yerdən tapdığı dəmir boru ilə sındıraraq hər üçü zirzəmiyə qanunsuz olub oradan 200 manat dəyərindəki dəmir seyf qapını, hər bir metrinin qiyməti 02 manat, ümumilikdə isə 120 manat dəyərində olan 60 metr uzunluğundakı armaturu, hər bir metrinin qiyməti 04 manat, ümumilikdə isə 60 manat dəyərində olan 15 metr uzunluğunda 5 mm-lik su borusunu, hər birinin qiyməti 100 manat, ümumilikdə 200 manat dəyərində olan 02 ədəd dəmir qapını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 5220 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2019-cu il tarixdə, saat 06:20 radələrində “xxxx” Neft Şirkətinin Nəqliyyat İdarəsinin ünvan 2 ünvanında yerləşən 3 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus və ərazisində yerləşən istifadəyə verilməmiş inzibati binanın pəncərəsini əli ilə itələyib güc tətbiq etməklə açaraq, hər üçü qanunsuz daxil olaraq binanın birinci mərtəbəsində olan hər bir ədədinin dəyəri 200 manat, ümumilikdə 1000 manat dəyərində olan 05 ədəd ariston qızdırıcısını, hər bir ədədinin qiyməti 30 manat, ümumilikdə isə 450 manat dəyərində olan 15 ədəd smistiteli, hər bir ədədinin qiyməti 04 manat, ümumilikdə isə 40 manat dəyərində 10 ədəd arko krantları, hər bir ədədinin qiyməti 20 manat, ümumilikdə isə 100 manat dəyərində olan 05 ədəd əl duşlarını, hər bir ədədinin qiyməti 100 manat, ümumilikdə isə 200 manat dəyərində olan 02 ədəd istilik radiatorlarını, hər bir ədədinin qiyməti 05 manat, ümumilikdə isə 50 manat dəyərində olan 10 ədəd spot lampaları, hər bir ədədinin qiyməti 05 manat, ümumilikdə isə 25 manat dəyərində olan patronları gizli olaraq, talayıb zərərçəkmiş hüquqi şəxs xxxx Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinə 1865 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2019-cu il tarixdə, saat 06:40 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid yerləşən 6 saylı evə hər üçü hasardan aşıb qanunsuz daxil olaraq hamamın qarşısına quraşdırılmış vəziyyətdə olan 50 manat dəyərində su qızdırıcısını, hamamın yanındakı yarımtikilidə olan 50 manat dəyərindəki başqa bir su qızdırıcısını, həyətyanı sahəsindəki yarımtikilidə olan 250 manat dəyərindəki dəmir əsaslı ərintidən hazırlanmış istilik peçini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 350 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2019-cu il tarixdə, saat 06:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzinin 5-ci sırası ilə üzbəüz, Lökbatan qəsəbəsindən Bakı-Astara magistral avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçən 14-cü kilometrliyinə gedən avtomobil yolunun sağ tərəfindən 10 metr kənarında yerləşən iki mərtəbəli istifadəyə verilməmiş tikilinin qapısını yerdən tapdığı dəmir parçası ilə sındıraraq, hər üçü qanunsuz daxil olaraq obyektin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs5 Əlsgər oğluna məxsus 150 manat dəyərində olan 01 ədəd böyük ölçülü qaynaq aparatını, 1000 manat dəyərində 01 ədəd alüminium materilları kəsmək üçün istifadə olunan mişarı və 15 manat dəyərində olan 10 metr uzunluğunda mis materialdan ibarət naqili, həmçinin Zərərçəkmiş şəxs4 məxsus 200 manat dəyərində 01 ədəd “Karpat” markalı qaynaq aparatını, 150 manat dəyərində 01 ədəd “Bocsh” markalı laqonda aparatını, 35 manat dəyərində 01 ədəd direl aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 ümumilikdə 1165 manat və Zərərçəkmiş şəxs4 ümumilikdə 385 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə saat 06 radələrinədək olan müddət ərzində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Əli Əliyev küçəsində yerləşən 7 və 10 saylı evlərin qarşısından hər bir ədədinin qiyməti 158 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 04 ədəd, Seymur Orucov küçəsində yerləşən 3 saylı mənzilin sol tərəf yanından 01 ədəd, “Xan Bağı” çay evinin qarşısından 01 ədəd, “Titan Klub” adlı idman klubunun qarşısından 01 ədəd, 1-ci massivdə yerləşən 3-cü küçədə olan 10 saylı evin qarşısından 03 ədəd, 111 nömrəli avtobus dayancağının qarşısından 01 ədəd, 27 ünvanın qarşısından 01 ədəd, 36 saylı evin qarşısından 01 ədəd, həmin massivin 4-cü küçəsində yerləşən 2 saylı evin qarşısından 02 ədəd, həmin massivin 1-ci küçəsində yerləşən 1 saylı evin qarşından 02 ədəd, həmçinin “20 yanvar” küçəsində yerləşən 25 saylı evin qarşısından 01 ədəd, 28 saylı evin qarşısından 01 ədəd, 41 saylı evin qarşısından 01 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə ümumilikdə 3160 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə, saat 11 radələrinədək olan müddət ərzində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan-Qobu yolunun Lökbatan qəsəbəsindən gedərkən 2-ci kilometrliyində yerləşən yolun hərəkət hissəsindən hər bir ədədinin qiyməti 240,60 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 07 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1684.2 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökbatan qəsəbəsindən Bakı-Astara magistral avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçən 14-cü kilometrliyinə gedən avtomobil yolunun 800 metrliyində yolun sol kənarında yerləşən “Aqrovest” ticarət mərkəzinin qarşısından hər bir ədədinin qiyməti 240,60 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 04 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 962 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü küçədə yerləşən 2 A saylı evə hasardan aşaraq, həyətyanı sahədə yerləşən evin pəncərəsini əli ilə güc tətbiq edib açmaqla qanunsuz daxil olaraq evin qonaq otağında olan masanın üzərindəki 200 manat dəyərində “Grunding” markalı notebooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin alüdəçisi olmuş, bu hal da onu cinayət törətməyə sövq etmişdir. Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən bir neçə yerlərdən oğurluq etmişdir. Belə ki, cinayət əməllərini törətdiyi Emin və Rüstəm adlı tanışları ilə hərdən bir narkotik vasitə əldə edərək, qəbul etməyə başlamışlar. Emin və Rüstəm adlı şəxslər Gürcüstan Respublikasının Bolnisi rayon sakinləri olmuş, həmin şəxslərlə tanışlığı cinayət əməllərini törətməzdən 5-6 ay əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən xatırlamadığı kafelərdən birində olmuş, həmin vaxtdan da qeyd etdiyi şəxslərin narkotik vasitə istifadəçiləri olmasını bilmişdir. Söhbət əsnasında Emin və Rüstəm adlı şəxslərlə yaxın münasibətləri yaranmış, həmin şəxslər mütəmadi olaraq ondan narkotik vasitə əldə etmək üçün borc pul istəmişlər. O da adlarını qeyd etdiyi şəxslərə birgə oğurluq edib qazandığı pulla şəxsi tələbatlarini ödməyi və narkotik vasitə əldə etmələrini təklif etmişdir. Onun qolunda qolbaq olduğu üçün icra şöbəsinin ona daimi nəzarət etməsi səbəbindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində kənara çox da çıxa bilməmişdir. Emin və Rüstəmlə birlikdə Qaradağ rayonu ərazisində oğurluq etmək qərarına gəlmişlər. Buna görə də xx xxxxxx 2019-ci il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə onlarla görüşmüş, birlikdə həmin massivdə 01 mərtəbəli evin qarşısından keçərkən fərdi yaşayış evində yaşayış olmadığını görmüşlər. Hasardan aşaraq həyətin içinə daxil olmuş, həyətin içində sayını xatırlamadığı istifadə olunmuş dəmir boruları, armaturları, dəmir listləri götürən zaman evin birinci mərtəbəsində zirzəminin olduğunu görmüşlər. Yerdən tapdığı hal-hazırda əlamətlərini xatırlamadığı dəmir boru ilə zirzəminin giriş qapısında olan kilidi qırıb içəriyə daxil olmuş, zirzəmidən sayını və əlamətlərini bilmədiyi armatur və qapıları oğurlamış, oğurladıqları əşyaları küçəyə yığmış, bundan sonra Emin həmin yerdən uzaqlaşıb yük maşını gətirməyə getmişdir. Az sonra Emin haradansa əlamətlərini və dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı yük avtomobili gətirmiş, həmin “Kamaz” markalı yük avtomobilini əvvəllər görmədiyi və sürücüsünə tam fikir vermədiyi üçün həmin avtomobil və sürücü haqqında məlumatı yoxdur. Onlar “Kamaz” markalı yük avtomobilinin sürücüsünə oğurluq etdikləri evin guya öz evlərini olduğunu, həmin əşyaları ehtiyac olmadığı üçün Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Əkbər adlı şəxsin metal qəbulu məntəqəsinə aparacaqlarını və bunun müqabilində əşyaları satdıqdan sonra 60 manat pul verəcəklərini bildirmişlər. “Kamaz” markalı yük avtomobilinin sürücüsü onlarla razılaşmış, əşyaları həmin yük avtomobilinə yükləyib, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsinə, Əkbərin metal qəbulu məntəqəsinə gətirmişlər. Həmin yerdə əşyalar çəkildikdə ümumilikdə 04 ton etmişdir. Onlar Əkbərə malın özlərinə məxsus olmasını bildirmişlər və bundan sonra Əkbər verdikləri əşyaların hər kiloqramına görə onlara 0,20 qəpik verəcəyini bildirmişdir. Onlar satdıqları çəkisi ümumilikdə 04 ton çəkidə olan əşyalara görə 800 manat pul alaraq, yük avtomobilinin ödənişini etdikdən sonra əldə etdikləri pulu yarbayarı bölüşdürmüş və evlərinə getmişlər. Həmin hadisədən təxminən 10 gün sonra Emin və Rüstəm əldə etdikləri pulları şəxsi tələbatlarına xərclədiklərini, eləcə də borclarını ödədiklərini bildirərək, yenidən pula ehtiyacları olduğu üçün onunla görüşmüş və yenidən oğurluq etmək istədiklərini bildirmişlər. Maddi çətinliyi olduğundan o da Emin və Rüstəmin bu təklifi ilə razılaşmış, xx.xx.2019-cu il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən xxxx Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin ərazisinə gəlmiş, həmin yerdə mühafizəçinin olmadığını görüb binanın içərisinə pəncərədən girmək qərarına gəlmiş, buna görə də binanın pəncərəsini əli ilə itələyib açaraq, binanın içərisinə daxil olmuşdur. Həmin yerdən sayını, miqdarını və əlamətlərini xatırlamadığı “Ariston” qızdırıclarını, smestitelləri, “Arko” krantlarını, radiatorları götürüb Eminin sifariş verib çağırdığı markasını, nömrəsini, sürücüsünü və əlamətlərini xatırlamadığı yük maşınına yığaraq, yenə də Əkbərin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Oğurladıqları malın çəkisini xatırlamasa da, lakin Əkbərin onlara ümumilikdə 420 manat pul verdiyi yadındadır və onlar həmin pulu da öz aralarında bölüşdürmüşlər. Eləcə də Əkbərə və oğurladıqları əşyaları daşıdıqları yük avtomobilinin sürücüsünə həmin malları Keşlə qəsəbəsində tanımadıqları zavod işçisindən ucuz qiymətə aldıqlarını və həmin yerdə yerləşdirdiklərini bildirmişlər. Bundan sonra onlar yenidən birlikdə oğurluq etmək qərarına gəlmişlər. 2019-cu ilin noyabr ayının axırlarında adlarını qeyd etdiyi şəxslərlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçiddə yerləşən fərdi yaşayış evlərindən birində yaşayış olmadığını görüb hasarı aşaraq, həyətə daxil olmuşlar. Həmin vaxt saat 06:40 radələri olmuş, həyətdə sağ tərəfdə tikilinin içərisində 02 ədəd markası yadında qalmayan su qızdırıcısını və bir ədəd istilik peçini oğurlayıb həmin yeri tərk etmişlər. Oğurladıqları su qızdırıcılarını və peçi də markasını, dövlət qeydiyyat nişanını, əlamətlərini və sürücüsünü xatırlamadığı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsinə apararaq Əkbərə satmışlar. Həmin əşyaları Əkbərə hansı qiymətə satdıqlarını və Əkbərdən ümumilikdə hansı məbləğdə pul aldıqlarını dəqiq xatırlamır. Amma aldıqları pulu yenə də Emin və Rüstəmlə öz aralarında bölüşdürmüşlər. Həmin hadisədən bir neçə gün sonra Emin və Rüstəmlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində görüşmüş, görüş zamanı həmin şəxslər ona Gürcüstan Respublikasında yaşayan valdeynlərinin səhhətində nasazlıq yarandığını, buna görə də valideynlərinə təcili pul lazım olduğunu söyləmişlər. Bu zaman o, Emin və Rüstəmə yaxınlıqda yerləşən “Binə” ticarət mərkəzinə gedib həmin yerdən oğurluq etmələrini təklif etmişdir. Onlar birlikdə yoldan keçən sürücüsünü, əlamətlərini, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobillərindən birini saxlatdırıb “Binə” ticarət mərkəzinin 5-ci sırası ilə üzbəüz avtomobil yolunun kənarında yerləşən 02 mərtəbəli istifadəyə verilməmiş obyektin qarşında avtomobildən düşüb dayanmış, həmin vaxt 06:20 radələri olmuşdur. Həmin obyektin qapılarını yerdən tapdıqları əlamətlərini xatırlamadığı dəmir parçası ilə sındırıb obyektin içərisinə daxil olmuş, obyektdən birlikdə saylarını xatırlamadığı qaynaq aparatı, elektrik mişarı, bir neçə mis naqili, laqondanı, direl aparatlarını oğurlamışlar. Daha sonra yoldan keçən sürücüsünü, əlamətlərini, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili ilə oğurladıqları əşyaları Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ”Çermet” körpüsünün altında dayanmış ustalara təxminən 300 manata satmışlar. Onlar oğurladıqları əşyaları apardıqları taksi avtomobilinin sürücüsünə usta işlədiklərini və bunun üçün də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən iş yerlərinə getdiklərini bildirmişlər. Bundan sonra 2019-cu ilin dekabr ayının 20-dən sonra mütəmadi olaraq təxminən 6-7 gün ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ”Aqrovest” ticarət mərkəzinin qarşısından və Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan-Qobu yolundan dəqiq sayını xatırlamadığı kanalizasiya quyusunun qapaqlarını (lyuklarını) oğurlayıb yol ilə keçən halhazırda əvvəllər tanımadığı üçün anket məlumatlarını bilmədiyi şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ-2107” markalı taksi avtomobilinə əl edib saxlatmış, həmin taksi sürücüsünə həmin dəmir kanalizasiya quyusunun qapaqlarını (lyuklarının) olduğunu, həmin əşyaları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 1-ci massivə aparılmasının lazım olduğunu bildirmişdir. Həmin taksi sürücüsü ilə yükləri daşımaq üçün 05 manata razılaşmış, daha sonra həmin əşyaları “VAZ- 2107” markalı avtomobilin üzərində olan yük yerinə yerləşdirmiş, avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən yaşadığı evin yaxınlığındakı hər iki tərəfi mişar daşı ilə hasara alınmış boş torpaq sahəsinə sürdürmüş və həmin yerə çatdıqdan sonra taksi avtomobilindən dəmir kanalizasiya quyusunun qapaqlarını (lyuklarını) boşaltmışdır. Daha sonra isə taksi avtomobilinin pulunu verdikdən sonra yaşadığı evə getmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi, saat 06 radələrində tək halda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Əli Əliyev küçəsindən 04 ədəd, Seymur Orucov küçəsindən 03 ədəd, 1-ci massivdən 10 ədəd və 20 yanvar küçəsində isə 03 ədəd kanalizasiyanın dəmir qapaqlarını oğurlayıb, həmin yerdə bir kənara yığmış, daha sonra isə yoldan keçən markasını, əlamətlərini və nömrəsini xatırlamadığı taksi avtomobili ilə birbaşa Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Çermet” bazarı adlı bazarda əlamətlərini və adını xatırlamadığı şəxsə bir ədədini 30 manata olmaqla satmışdır. Bu qayda ilə iki dəfəyə həmin kanalizasiyanın dəmir qapaqlarını qeyd etdiyi bazara apararaq satmış və əldə etdiyi gəlirin 30 manatını həmin qapaqları apardığı taksi avtomobilinə verdikdən sonra yerdə qalan pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxt taksi avtomobilinin sürücüsünə küçələrdən istifadə edilməyən dəmir qapaqlarını yığdığını və bu işlə məşğul olduğunu bildirmişdir. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Bakı-Salyan dairəsi istiqamətində gedərkən yolun kənarında yerləşən “Aqrovest” ticarət mərkəzinin qarşısında olan avtomobil yolunun kənarındakı 04 ədəd dəmir kanalizasiya quyusunun qapağını (lyukunu) götürərək əvvəlki qaydada yolun kənarında bir yerə toplamış, daha sonra isə hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli “VAZ-21011” markalı avtomobilinə əl edib saxlatdırmış, sürücüyə 04 ədəd dəmir kanalizasiya quyusunun qapağının (lyukun) olduğunu, həmin əşyaları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 1-ci massivə aparmağın lazım olduğunu bildirmiş və həmin yükləri daşımaq müqabilində 05 manat verəcəyi barəsində razılaşmışdır. Daha sonra həmin əşyaları “VAZ-21011” markalı avtomobilin üzərində olan yük yerinə yerləşdirmiş, avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 1-ci massivdə yaşadığı evin yaxınlığındakı hər iki tərəfi mişar daşı ilə hasara alınmış boş torpaq sahəsinə sürdürmüş, taksi avtomobilindən dəmir kanalizasiya quyusunun qapaqlarını (lyukunu) boşaltmış, taksi sürücüsü getdikdən sonra isə evinə getmişdir. Növbəti gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli məktəbin yaxınlığında dayanmış əvvəllər tanıdığı “VAZ-21011” markalı taksi avtomobilinin sürücüsü Tofiq adlı şəxsə yaxınlaşıb, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən metalqəbul məntəqəsinə dəmir kanalizasiya quyusunun qapaqlarını (lyuklarını) aparmağın lazım olduğunu bildirib, həmin əşyaları daşımaq müqabilində Tofiqlə 05 manata razılaşmışdır. Tofiqin idarə etdiyi avtomobilə əyləşmiş, avtomobili dəmir kanalizasiya quyusunun qapaqlarını (lyukları) yığdığı yerə sürdürmüş, yaşadığı məhəlləyə çatdıqda bibisi oğlu Tərlanın küçədə dayandığını görmüşdür. Tərlanın yanında avtomobili saxlatdırıb, avtomobildən düşmüş və ona yaxınlaşaraq yaşadığı evin yaxınlığında metal olduğunu, beli ağradığı üçün həmin metalı avtomobilə yükləməyə köməklik etməsini xahiş etmişdir. Tərlan da onunla razılaşıb, taksi avtomobilinin arxa oturacağında əyləşmiş, sonra taksi sürücüsünü dəmir kanalizasiya quyusunun qapağını yığdığı yerə sürdürmüşdür. Həmin yerə çatdıqdan sonra Tərlan həmin əşyaların 04 ədədini avtomobilə yerləşdirmiş, daha sonra onlar həmin əşyaları Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən metalqəbulu məntəqəsinə aparmışlar. Bu qaydada onlar üç dəfəyə həmin əşyaları Puta qəsəbəsində yerləşən metalqəbulu məntəqəsinə aparıb təhvil vermiş, həmin əşyaları Puta qəsəbəsində yerləşən metalqəbulu məntəqəsində işləyən Əkbər adlı şəxsə satıb, bunun müqabilində 105 manat pul almışdır. Həmin pulun bir qismini öz ehtiyacları üçün xərcləmişdir. Qohumu Tərlanın onun oğurluq etməsindən və həmin əşyaların oğurluq olmasından heç bir məlumatı olmamışdır. Tərlana, oğurladığı metalları satdığı Əkbərə və taksi sürücülərinə həmin qapaqları metal qırıntısı kimi küçələrdən yığdığını demişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 07 radələrində tək halda yaşadığı evdən çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisindən keçərkən həmin yerdə yerləşən həyət evinin işıqlarının sönülü olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş, buna görə də hasarın başından aşaraq həyətə daxil olub evin plastik pəncərəsini əli ilə itələyib açaraq mənzilin qonaq otağına daxil olmuş, otaqları gəzmiş, lakin otaqdan qiymətli əşya tapa bilmədiyi üçün qonaq otağına keçərkən masanın üzərində markasını xatırlamadığı notbukun olduğunu görmüş, həmin notbuku özü ilə götürərək evi gəldiyi yerdən də tərk etmişdir. Oğurladığı notbuku Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən metronun “N.Nərimanov” stansiyasının yaxınlığında yerləşən konkret olaraq ünvanı yadında qalmayan kompyuter təmiri mağazasında işləyən satıcıya 80 manata satmış və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs sonda məhkəmədən əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmiş və və əlavə olaraq zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-yə dəymiş ziyan ilə əlaqədar maddi imkanı aşağı olduğundan barəsində verilmiş mülki iddianın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 2-ci küçədə yerləşən 59 saylı fərdi tikili ona məxsusdur. Həmin fərdi tikilidə yaşayış olmamış, sonuncu dəfə həmin evdə xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında olmuşdur. Evin həyətyanı sahəsi daş hasarla əhatə olunmuş, hasarın ümumi hündürlüyü isə təxminən 50-60 sm-dir. xx xxxxxx 2019-cu il tarixdə, səhər 07 radələrində həmin fərdi tikiliyə getmiş, evin həyətinin dəmir darvazasının giriş qapısını özündə olan açarla açıb həyətə daxil olmuş, həyətdə olan rezin boruları kənara qoyan zaman həyətyanı sahədə yığdığı istifadə olunmuş 1200 manat dəyərində olan bir ədəd 03 metr uzunluğu olan dəmir darvazanın, hər birinin qiyməti 110 manat, ümumilikdə 550 manat dəyərində olan 05 ədəd 5 mm-lik dəmir listlərin, hər bir metrinin qiyməti 10 manat, ümumilikdə 800 manat dəyərində olan 80 metr uzunluğunda 25 düyümlük dəmir su borusunun, hər bir metrinin qiyməti 16 manat, ümumilikdə 480 manat dəyərində olan 30 metr uzunluğunda 73 mm-lik dəmir su borusunun, hər bir metrinin qiyməti 70 manat, ümumilikdə isə 840 manat dəyərində olan 200 mm-lik 12 metr uzunluğunda dəmir su borusunun, ümumilikdə 400 manat dəyərində olan müxtəlif diametrli dəmir boruların, hər bir metrinin qiyməti 15 manat, ümumilikdə 270 manat dəyərində olan 18 metr uzunluğunda 20 mm-lik dəmir su borusunun oğurlandığını aşkar etmişdir. Bundan sonra isə ətrafa göz gəzdirərkən naməlum şəxslərin evin zirzəmisinin kilidini sındıraraq zirzəmidə olan 200 manat dəyərindəki dəmir seyf qapını, hər bir metrinin qiyməti 2 manat, ümumilikdə isə 120 manat dəyərində olan 60 metr uzunluğundakı armaturu, hər bir metrinin qiyməti 04 manat, ümumilikdə isə 60 manat dəyərində olan 15 metr uzunluğunda 5 mm-lik su borusunu, həmin zirzəmidə metal boruları yığdığı yerdə olan hər birinin qiyməti 100 manat, ümumilikdə 200 manat dəyərində olan 02 ədəd dəmir qapını, həmçinin həyətyanı sahədə hasara bərkidilmiş vəziyyətdə olan 100 manat dəyərindəki bir ədəd müşahidə kamerasının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Qeyd etdiklərindən başqa evindən başqa heç bir əmlak və ya əşya oğurlanmamış və oğurluq baş vermiş evin açarları yalnız özündə olmuşdur. Evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5220 manat maddi ziyan dəymişdir. Hadisə baş verən zaman evindən oğurlanmış əmlakının sayını, miqdarını və qiymətini dəqiq bilmədiyi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” baş vermiş hadisə ilə bağlı məlumat verərkən oğurlanmış əmlakının dəyərinin 2000-3000 manat olmasını bildirmiş, lakin hal-hazırda həmin əmlaklarının sayını, miqdarını və qiymətini dəqiqləşdirdiyi üçün baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 5220 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Evinin zirzəmisinin kilidinin sındırılması nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, belə ki, həmin kilid köhnə olmuşdur. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olmaqla, ona vurulmuş maddi ziyanı ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 7 ildir ki, ev təmiri ustası kimi işləyir və buna görə də özünə məxsus təmir ləvazimatları vardır. Bundan başqa 7 il ərzində həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində iş yoldaşları Ramin, Vüqar, Anar və Samir adlı ustalarla birlikdə briqada şəklində fəaliyyət göstərmişlər və həmin briqadanın rəhbəri qardaşı X4r. Onlar iş ləvazimatları və geyim əşyalarını təxminən bir il olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən 14-cü kilometrlikdə yerləşən Lökbatan dairəsinə gedən yolun kənarında yerləşən fəaliyyətsiz obyektin içərisinə yığmışlar. Hər gün saat 09 radələrində həmin obyektə gələrək, iş paltarlarını geyinib, iş ləvazimatlarını götürüb ticarət mərkəzinin içərisində təmir işləri aparmış və saat 17 radələrində isə yenidən həmin obyektə iş paltarları və ləvazimatlarını yığıb, qapısını qıfılla bağlayıb getmişlər. Həmin obyekt icarəyə verilməsi üçün tikilmiş, lakin hələ də fəaliyyətsiz şəkildə qalmışdır. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə ona məxsus 01 ədəd böyük ölçülü qaynaq aparatını, 01 ədəd alüminium materialları kəsmək üçün istifadə olunan mişarı və 10 metr uzunluğunda mis materialdan ibarət naqili obyektin içərisinə qoymuş, ona məxsus ləvazimatlardan başqa həmin yerdə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Karpat” markalı qaynaq aparatı, 01 ədəd “Bocsh” markalı laqonda aparatı və 01 ədəd markasını bilmədiyi direl aparatı da olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində həmin yerdən çıxıb getmiş və bundan sonra onunla birlikdə işləyən Samir adlı usta həmin obyekti saat 17 radələrində bağlayıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində obyektə Ramin və Vüqar adlı ustalar ilə birlikdə gəlmiş, iş paltarlarını geyindikdən sonra obyektdə Raminə məxsus 01 ədəd “Karpat” markalı qaynaq aparatının, 01 ədəd “Bocsh” markalı laqonda aparatının və 01 ədəd markasını bilmədiyi direl aparatının, özünə məxsus 01 ədəd böyük ölçülü qaynaq aparatının, 01 ədəd alüminium materilları kəsmək üçün istifadə olunan mişarın və 10 metr uzunluğunda mis materialdan ibarət naqilin yerində olmadığını aşkar etmişdir. Obyektin yol kənarından olan hissəsində 02 ədəd alüminium materialdan olan qapısı olmuşdur. Bundan sonra Ramin dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzinə” məlumat vermişdir. Ona məxsus oğurlanmış əşyalar 150 manat dəyərində olan 01 ədəd böyük ölçülü qaynaq aparatı, 1000 manat dəyərində 01 ədəd alüminium materialları kəsmək üçün istifadə olunan mişar və 15 manat dəyərində olan 10 metr uzunluğunda mis materialdan ibarət naqil olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1165 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, vurulmuş maddi ziyanın tam ödənilməsini tələb etdiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, ev təmiri ustası işləyir. Əsas işi qaynaq işidir. Özünə məxsus təmir ləvazimatları vardır. Bundan başqa elə 4 il ərzində də həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzində dörd nəfərdən ibarət briqada şəklində təmir-tikinti işləri ilə məşğul olmuşlar. Mehman, Vüqar, Anar və Samir adlı ustlardan ibarət briqadanın rəhbəri Anar adlı şəxs olmuşdur. İlk olaraq oğurluq hadisəsi baş verməsi barədə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” məlumat verən zaman səhv olaraq onunla birlikdə iş yoldaşı X5 məxsus əmlakın oğurlanmasını bildirmiş, lakin həmin vaxt onun və digər iş yoldaşı Zərərçəkmiş şəxs5 əmlakı oğurlanmışdır. Onlar iş ləvazimatları və geyim əşyalarını təxminən 1 il olar ki, “Binə” ticarət mərkəzinin 5-ci sırasının qarşısında Lökbatan qəsəbəsindən 14-cü kilometrlikdə yerləşən Lökbatan dairəsinə gedən yolun kənarında yerləşən fəaliyyətsiz obyektin içərisinə yığmışlar. Hər gün saat 09 radələrində həmin obyektə gələrək, iş paltarlarını geyinib, iş ləvazimatlarını götürüb ticarət mərkəzinin içərisində təmir işlərini aparmış, saat 17 radələrində yenidən həmin obyektə iş paltarlarını və ləvazimatları yığıb, qapısını qıfıl ilə bağlayıb getmişlər. Həmin obyekt icarəyə verilməsi üçün tikilib, lakin hələ də fəaliyyətsizdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə ona məxsus 01 ədəd “Karpat” markalı qaynaq aparatı, 01 ədəd “Bocsh” markalı laqonda aparatı və 01 ədəd markasını bilmədiyi direl aparatını obyektin içərisinə qoymuş, ona məxsus ləvazimatlardan başqa həmin yerdə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd böyük ölçülü qaynaq aparatı, 01 ədəd alüminium materailları kəsmək üçün istifadə olunan mişar və 10 metr uzunluğunda mis materialdan ibarət naqil də olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində həmin yerdən çıxıb getmiş, bundan sonra onunla birlikdə işləyən Samir adlı usta saat 17 radələrində həmin obyekti bağlayıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində obyektə Mehman və Vüqar adlı ustalar ilə birlikdə gəlmiş, iş paltarlarını geyindikdən sonra obyektdə ona məxsus 01 ədəd “Karpat” markalı qaynaq aparatı, 01 ədəd “Bocsh” markalı laqonda aparatı, 01 ədəd markasını bilmədiyi direl aparatını və Mehmana məxsus 01 ədəd böyük ölçülü qaynaq aparatı, 01 ədəd alüminium materilları kəsmək üçün istifadə olunan mişar və 10 metr uzunluğunda mis materialdan ibarət naqilin yerində olmadığını aşkar etmişlər. Obyektin yol kənarından olan hissəsində 02 ədəd alüminium materialdan olan qapısı olmuşdur. Bundan sonra o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” məlumat vermişdir. Ona məxsus olan oğurlanmış əşyalar 200 manat dəyərində 01 ədəd “Karpat” markalı qaynaq aparatı, 150 manat dəyərində 01 ədəd “Bocsh” markalı laqonda aparatı və 35 manat dəyərində 01 ədəd markasını bilmədiyi direl aparatı olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 385 manat maddi ziyanın dəymişdir. Lakin həmin maddi ziyan bu günədək təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurulmuş maddi ziyanın bu günədək ödənilmədiyini, buna görə də vurulmuş maddi ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs xxxx Nəqliyyat İdarəsi 3 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən “xxxx” Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentində hüquq məsləhətçisi vəzifəsində işləyir. “xxxx” neft şirkəti tərəfindən inşa edilmiş 3 saylı Texnoloji Nəqliyyat Departamenti ünvan 2 ünvanında yerləşir və həmin binaya nəzarəti 3 saylı Texnoloji Nəqliyyat Departamenti həyata keçirir. xx xxxxxx 2019-cu il tarixdə, saat 08:10 radələrində ona sözügedən binanın pəncərəsinin açıq olması və həmin binadan oğurluq edilməsi haqqında məlumat daxil olmuş, həmin məlumatı dəqiqləşdirmək üçün işlədiyi idarənin inzibati ərazisində yerləşən oğurluq baş vermiş binaya gəlmişdir. Binaya baxış keçirərkən naməlum şəxs və şəxslərin qeyd edilən binaya daxil olaraq həmin binanın birinci mərtəbəsində olan hər bir ədədinin dəyəri 200 manat, ümumilikdə 1000 manat dəyərində olan 05 ədəd ariston qızdırıcısının, hər bir ədədinin qiyməti 30 manat, ümumilikdə isə 450 manat dəyərində olan 15 ədəd smistitelin, hər bir ədədinin qiyməti 04 manat, ümumilikdə isə 40 manat dəyərində 10 ədəd arko krantların, hər bir ədədinin qiyməti 20 manat, ümumilikdə isə 100 manat dəyərində olan 05 ədəd əl duşlarının, hər bir ədədinin qiyməti 100 manat, ümumilikdə isə 200 manat dəyərində olan 02 ədəd istilik radiatorlarının, hər bir ədədinin qiyməti 05 manat, ümumilikdə isə 50 manat dəyərində olan 10 ədəd spot lampaların, hər bir ədədinin qiyməti 05 manat, ümumilikdə isə 25 manat dəyərində olan patronların oğurlanmasını aşkar etmişdir. Bundan başqa ətrafa baxış keçirərkən 1000 manat dəyərində olan Mini ATS aparatının naqillərinin kəsilərək yarasız hala salındığının, ümumilikdə 1000 manat məbləğində maddi ziyana səbəb olan 03 otağın tavanının sökülərək yararsız hala salındığını, ümumilikdə 2000 manat məbləğində maddi ziyana səbəb olan pilləkənlərin sürahilərinin sındırılmasının, ümumilikdə 75 manat məbləğində maddi ziyana səbəb olan güzgülərin sökülməsinin, ümumilikdə 60 manat məbləğində maddi ziyana səbəb olan 02 ədəd yanğın su krantının yararsız hala salındığını aşkar etmişdir. Oğurluq nəticəsində departamentə ümumilikdə 1865 manat, həmin binada olan əmlakın sındırılaraq yararsız hala salınması nəticəsində isə departamentə ümumilikdə 4135 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində isə departamentə ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən bu günədək vurulmuş maddi ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi olmaqla, vurulmuş maddi ziyanı tam tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2013-cü il tarixdən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinin hüquqşünası vəzifəsində işləyir. Həmin İdarə ünvan 4 ünvanında yerləşir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Açıq Səhmədar Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Əli Əliyev küçəsində yerləşən 7 və 10 saylı evlərin qarşısından 04 ədəd, Seymur Orucov küçəsində yerləşən 3 saylı mənzilin sol tərəf yanından 01 ədəd, “Xan Bağı” çay evinin qarşısından 01 ədəd, “Titan Klub” adlı idman klubunun qarşısından 01 ədəd, 1-ci massivdə yerləşən 3-cü küçədə olan 10 saylı evin qarşısından 03 ədəd, 111 nömrəli avtobus dayancağının qarşısından 01 ədəd, 27 ünvanın qarşısından 01 ədəd, 36 saylı evin qarşısından 01 ədəd, həmin massivin 4-cü küçəsində yerləşən 2 saylı evin qarşısından 02 ədəd, həmin massivin 1-ci küçəsində yerləşən 1 saylı evin qarşından 02 ədəd, həmçinin “20 yanvar” küçəsində yerləşən 25 saylı evin qarşısından 01 ədəd, 28 saylı evin qarşısından 01 ədəd, 41 saylı evin qarşısından 01 ədəd kanalizasiyanın dəmir qapaqları olmaqla, 20 ədəd D=615 mm-lik kanalizasiya qapaqlarını oğurlamışdır. Kanalizasiya qapaqlarının bir ədədinin balans dəyəri 158 manat olmaqla, baş vermiş oğurluq cinayəti nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 3160 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış kanalizasiya dəmir qapaqlarının hər biri eyni tərkibdə və eyni çəkidə olmuşdur. X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3061/3221 nömrəli rəyindən 01 ədəd kanalizasiyanın dəmir qapağının istifadə olunması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 70,0 manat kimi qeyd edilməsi ilə razı deyildir, kanalizasiya qapaqlarının bir ədədinin balans dəyəri 158 manat təşkil edir. vurulmuş maddi ziyanın 3160 manat məbləğin Təqsirləndirilən şəxs tutularaq “xxxx” ASCyə ödənilməsi barədə iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Həmin iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi sonda təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını nəzərə alaraq, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə yuxarıda adı göstərilən zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab etmiş, habelə Azərbaycan Respublikası CPM-nin 329.1 və 330.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclaslarında vermiş olduqları ifadələri elan edilmişdir. Məhkəmənin əvvəlki xx xxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, o, xxxx Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqşünası vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019cu il tarixinədək olan müddətdə hüquqşünası olduğu Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Bakı-Salyan dairəsi istiqamətində magistral yol kənarında “Aqrovest”in yeraltı kanalizasiya quyularının 04 ədəd və Lökbatan- Qobu yolunda olan 07 ədəd kanalizasiyanın dəmir qapaqlarını oğurlamışdır. Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus olan kanalizasiyanın dəmir qapaqlarının hər bir ədədinin qiyməti 240 manat 60 qəpik təşkil etmişdir. Baş vermiş oğurluq nəticəsində Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2646,60 manat maddi ziyan dəymişdir. Oğurlanmış kanalizasiyanın dəmir qapaqlarının hər biri eyni tərkibdə və eyni çəkidə olmuşdur. Əlavə olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilmədiyini, xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətçi olmaqla, dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki xx xxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçiddə yerləşən 6 saylı evdə tək olaraq yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımışdır. Elnurla heç bir zaman ünsiyyətdə olmamış, onun valideynlərini tanıyır və həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhərində yaşayan qızına baş çəkmək üçün ora getmiş, evdən çıxarkən evin və həyətyanı sahəsinin giriş qapısını bağlamış və açarları da özü ilə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində yaşadığı evə gəlmiş, həmin vaxt hamamın yanından keçərkən hamamın qarşısına quraşdırdığı markası yadında qalmayan 01 ədəd su qızıdırıcısı və hamamın yanında olan yarımtikilinin qarşısındakı 01 ədəd markası yadında qalmayan su qızdırıcısını yerində tapmamışdır. Həmin əşyaları tapmaq üçün nə qədər həyətyanı sahədə gəzsə də, həmin əşyaları tapa bilməmişdir. Bundan sonra həmin əşyaların oğurlanmasını fikirləşdiyi üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10cu polis bölməsinə gedərək ərizə və izahat yazmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Polis bölməsində ərizə və izahat yazdıqdan bir müddət sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində həyətyanı sahəsindəki yarımtikilidə olan markasını bilmədiyi 01 ədəd istilik peçinin də həyətdə olmadığını görmüş, lakin bu barədə polisə şikayət etməmişdir. Bunun səbəbi istilik peçini oğurlayan şəxslərin nə zamansa etdikləri hərəkətdən utanıb həmin peçi qaytaracaqlarını fikirləşməsi olmuşdur. Evindən oğurlanmış 02 ədəd su qızdırıcısının hər birinin qiyməti 50 manat və istilik peçinin qiyməti isə 250 manat olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs əlavə olaraq ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki xx xxxxxx 2020-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, xx xxxxxx 2019-cu il tarixdə ailəsi ilə birlikdə yeni aldığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “28 may” küçəsində yerləşən evinə getmiş, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında evinə baxmaq üçün gedəndə evin yataq və divan dəstlərinin dağıdılmış halda olduğunu görmüşdür. Həmin evdə sadəcə olaraq iki ədəd televizor, sintezator, qab-qacaq, yataq dəstləri və geyim əşyaları olmuşdur. Evin dağınıq olduğunu aşkar etdikdən dərhal sonra hər hansı bir əşyaya toxunmadan, daha doğrusu evdən hansı əşyaların oğurlanmasını dəqiqləşdirmədən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət etmişdir. Baxarkən bütün əşyaların yerli-yerində olmasını aşkar etmiş, sadəcə evdə gözünə “Grunding” markalı notebook dəyməmişdir. Polis əməkdaşları gəlib evə baxış keçirdikdən sonra ona evdən sadəcə bir ədəd yuxarıda qeyd etdiyi notebookun oğulanması məlum olmuşdur. Evin açarları yalnız onda olmuş, naməlum şəxslər ona məxsus evə qonaq otağından daxil olmuşdur. Çünki o, evə gələrkən qonaq otağının plastik materialdan olan pəncərəsinin kənar müdaxilə nəticəsində açıq olduğunu görmüşdür. Oğurlanmış “Grunding” markalı notebookun orta bazar satış qiyməti 200 manat olmuş və ona elə qeyd etdiyi məbləğdə də maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki xx xxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, xxxx MMC-nin 6 saylı Rabitə Xidmətləri Mərkəzində xətt mexaniki vəzifəsində işləyir. Xidmət sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisidir. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində xidməti ərazidə olan zaman Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi Lökbatan-Bakı-Salyan dairəsi istiqamətində olan magistral yol kənarında yerləşən “Aqrovest” Ticarət Mərkəzinin qarşısında olan 6 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus olan yeraltı kabel kanalizasiya quyularında 04 ədəd dəmir qapaqların və xidməti apardığı Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunda olan işlədiyi Mərkəzə məxsus yeraltı kabel kanalizasiya quyularına baxış keçirən zamanı həmin kanalizasiya quyularının da 07 ədəd dəmir qapağının oğurlandığını görmüşdür. Bu barədə dərhal rəhbərliyə məruzə etmiş, mərkəzin rəhbəri Vəli Məmmədov rəsmi olaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Məhkəmənin əvvəlki xx xxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Təqsirləndirilən şəxs dayısı oğludur, onunla qonşuluqda yaşayır, münasibətləri yaxşıdır və aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərində, günorta saatlarında yaşadığı məhəllədə olarakən dayısı oğlu Elnur “VAZ 21011” markalı minik avtomobili ilə gəlib onun yanında saxlamış, avtomobildən düşüb ona yaxınlaşaraq bir qədər metalın olduğunu və həmin metalı avtomobilə yükləyib metal qəbuletmə məntəqəsinə aparmasına kömək etməsini xahiş etmişdir. O da Elnura etiraz etməmiş və Elnurun gəldiyi avtomobilə əyləşib Elnurun yaşadığı fərdi yaşayış evinin arxa hissəsində olan boş torpaq sahəsinə getmişlər. Həmin yerdə iki ədəd dəmir kanalizasiya quyusunun qapağı və iki ədəd kiçik ölçülü dəmir boru olmuşdur. O, Elnura həmin əşyaları “VAZ- 21011” markalı minik avtomobilinə yükləməyə köməklik etmiş, daha sonra Elnurla həmin avtomobilə əyləşmiş və Qaradağ rayonu, Puta qəsəbəsinə gedən yolda yerləşən metal qəbuletmə məntəqəsinə gəlmişlər. Gətirdiyi əşyaları metal qəbuletmə məntəqəsinə təhvil vermişlər, lakin təhvil verdikləri metala görə Elnurun hansı məbləğdə pul almasına fikir verməmişdir. Daha sonra Elnurla Lökbatan qəsəbəsindəki yaşadığı məhəlləyə gəlmişlər. Məhkəmənin əvvəlki xx xxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ilə Puta qəsəbəsi arasında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru vəzifəsində işləyir, icraçı direktor olduğu Məhdud Məsuliyyətli Cəmiyyəti metal qəbulu və armatur istehsalı ilə məşğul olur. Elnur adlı şəxsi metal qəbuletmə məntəqəsinə metal gətirib verdiyi üçün tanıyır. Elnurun yanında həmişə iki nəfər cavan oğlan olmuşdur. Həmin şəxslər Gürcüstan Respublikası vətəndaşları olmuşlar. Elnur birinci dəfə xx xxxxxx 2019-cu il tarixdə dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı yük avtomobili ilə metalqəbuletmə məntəqəsinə metal gətirib vermişdir. Belə ki, həmin gün Elnurun gətirdiyi metal 04 ton çəkidə olmuşdur. Həmin metalın bir kiloqramını 20 qəpikdən olmaqla, ümumilikdə 800 manat müqabilində Elnurdan satın almışdır. Gətirdiyi metal isə dəmir borular, dəmir darvaza, dəmir qapı və s. əşyalardan ibarət olmuşdur. Elnur ikinci dəfə dəmir metalı 2019-cu ilin noyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə dövlət qeydiyyat nişanına fikir vermədiyi “Jiquli” markalı avtomobillə gətirmişdir. Həmin vaxt Elnurun gətirdiyi metal “Ariston” qızdırıcılardan, simistitellərdən, istilik radiatorlarından və digər əşyalardan ibarət olmuşdur. Elnur üçüncü dəfə gətirdiyi metalların içərisində 02 ədəd su qızdırıcısı, 01 ədəd elektrik peçi və digər metal qırıntıları olmuşdur. Sonuncu dəfə isə Elnur “Vaz-21011” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobillə 2020-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə bir neçə dəfəyə kanalizasiya quyularının dəmir qapaqlarını gətirib təhvil vermişdir. Mətbuatda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində kanalizasiyanın dəmir qapaqlarının oğurlanması xəbərini oxumuş, buna görə də hüquqmühafizə orqanına gəlib Elnurun ona qeyd etdiyi tarixlərdə və miqdarda dəmir metal gətirərək satdığı barədə məlumat vermişdir. Elnurun ona təqdim etdiyi əşyalardan hazırda 01 ədəd peç və 12 ədəd kanalizasiya quyusunun dəmir qapağı metal qəbulu məntəqəsindədir. Məhkəmənin əvvəlki xx xxxxxx 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, etibarnamə əsasında “VAZ-21011” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyəti ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs avtomobilində sərnişin olan vaxtdan, Şahid1 isə Elnurun qohumu kimi tanıyır. 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən 233 saylı tam orta məktəbdən bir qədər aralıda tikinti materialları satılan mağazanın qarşısında dayanıb müştəri gözləyən zaman, saat təxminən 16 radələrində Elnur ona yaxınlaşıb, həyətlərində metal qırıntılarının olduğunu, həmin metal qırıntılarını Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsindəki metal qəbulu məntəqəsinə verməyinin lazım olduğunu və həmin metal qırıntılarını daşımağa görə ona 05 manat pul verəcəyini bildirmişdir. O, Elnurla razılaşmış, birlikdə Elnurun yaşadığı ünvana gəlmiş, Elnurun evlərinin qarşısında yığılmış 2-3 ədəd uzunluğu 2-3 metr uzunluğunda dəmir boruları, bundan başqa karyer mişarını və metal qırıntılarını Elnurla avtomobilinin üst yük yerinə və arxa yük yerinə yığıb Puta qəsəbəsinə aparıb metal qəbulu məntəqəsinə vermişlər. Apardıqları metal qırıntılarını Elnurun hansı qiymətə satdığını bilməmişdir. Bundan başqa Elnurla üç dəfə ayrı-ayrı vaxtlarda gedib Elnurun yaşadığı evin həyətindən və həmin həyətin künc tərəfindən metal qırıntılarını Puta qəsəbəsindəki metal qəbulu məntəqəsinə vermişlər. Elnur hər dəfə 05 manat olmaqla ona zəhmət haqqını vermişdir. Elnur metal qırıntılarını təhvil verən zaman həmin metal qırıntılarının içərisində dəmir kanalizasiya quyusunun qapaqları da olmuşdur. Bundan başqa Elnurun qohumu Tərlanla iki dəfə rastlaşmışdır. Belə ki, metal qəbulu məntəqəsinə gedərkən Elnur yolda onu saxlatdırıb Tərlanı qohumu olduğu üçün avtomobilinə mindirmişdir. Bir dəfə də həmin tikinti materialları satılan mağazanın qarşısında müştəri gözləyərkən Elnurla birlikdə yanına gəlmiş, bundan başqa bir dəfə Elnurgilin evlərinə çatmamış Elnurun ona əl edib saxladarkən yanında Tərlanın da olduğunu görmüşdür. O, elə həmin vaxt Elnur və Tərlanla birlikdə gedib metal qırıntılarını Elnurgilin həyətindən götürüb birlikdə avtomobili ilə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 24, 33-34) xxxx tərəfindən verilmiş ƏM-01-06/1-23 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, baş vermiş hadisə nəticəsində xxxx Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin ərazisində istifadəyə verilməmiş inzibati binaya oğurluq zamanı 6000 (altı min) manat miqdarında maddi ziyan dəymişdir. (İ cild, i.v. 65) Baxış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd tərəzi qəbzinə baxış keçirilərək, götürülmüşdür. Tərəzi qəbzinin nömrəsi 1758-dir, qəbzin üzərində avtomobilin ümumi yüklə çəkisinin 12800 kq olması, yüksü çəkisi 8800 kq olması və yükün təmiz çəkisinin 4000 kq olması göstərilmişdir. (İ cild,i.v. 210) Götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid3 12 ədəd kanalizasiya qapağı və 80 sm hündürlüyündə və 60 sm enində 01 ədəd dəmir peç götürülmüşdür. (İ cild, i.v. 212) Əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş 01 ədəd qaz ilə işləyən dəmir peçi tanıyaraq, həmin peçin onun yaşadığı evindən oğurlanmış əşya olduğunu bildirmişdir. (İ cild, i.v. 224) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş XQİŞ-8/77 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Qaradağ rayonu, Lökbatan-Bakı-Salyan dairəsi istiqamətində magistral yol kənarında (“Aqrovest”in və Binə Ticarət Mərkəzinin qarşısı) yeraltı kabel kanalizasiya quyularından 4 ədəd və Lökbatan- Qobu yolunda 7 ədəd dəmir qapağı naməlum şəraitdə oğurlanmışdır. Quyu qapağının bir ədəsinin dəyəri 240,60 manat təşkil edir. (İ cild, i.v. 226) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(002)- 15/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 22-23) Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 06/11 saylı, xx xxxxxx 2020ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 03 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İİ cild, i.v. 31, 103-116) “xxxx” Açıq Səhmad Cəmiyyəti Qaradağ rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 01-1/3-01-73 saylı məktubdan görünür ki, Qaradağ rayonu ərazisinin Lökbatan qəsəbəsindən müxtəlif vaxtlarda 20 ədəd D=615 mm-lik kanalizasiya qapaqları oğurlanmışdır. Kanalizasiya qapaqlarının bir ədədinin balans dəyəri 158 manat olmaqla, ümumilikdə “xxxx” ASC-yə 3160 manat ziyan vurulmuşdur. (İİ cild, i.v. 32) Götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (İİ cild, i.v. 54-55) Əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilərək götürülmüşdür. 01 ədəd CD disk baxış keçirilən zaman iş üzrə Təqsirləndirilən şəxs Şahid3 icraçı direktoru olduğu “xxxx” MMC-yə göy rəngli “VAZ-21011” markalı minik avtomobili ilə oğurladığı əşyaları gətirərək satması öz əksini tapmışdır. (İİ cild, i.v. 57) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3061/3221 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nümunə əsasında kanalizasiya qapağının istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına 1 ədədinin orta bazar qiyməti təxminən 70 manat, 14 ədədinin orta bazar qiyməti təxminən 980 manat, 1 ədəd istilik peçinin istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına orta bazar qiyməti təxminən 40 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. (i.v. 65-69) Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 12 ədəd səthində korroziya çopurları və korroziya layları olan dairəvi formalı kanalizasiyanın dəmir qapaqları tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı Nümayəndə3 təqdim edilmiş əşyaları nəzərdən keçirib bildirmişdir ki, 12 ədəd səthində korroziya çopurları və korroziya layları olan dairəvi formalı kanalizasiyanın dəmir qapaqlarından göstərdiyi 03 ədəd qapaqlar “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsusdur və həmin qapaqlar iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Seymur Orucov küçəsindən oğurlanmış kanalizasiyanın dəmir qapaqlarıdır. (İİ cild, i.v. 73) Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 12 ədəd səthində korroziya çopurları və korroziya layları olan dairəvi formalı kanalizasiyanın dəmir qapaqları tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı Nümayəndə2 təqdim edilmiş əşyaları nəzərdən keçirib bildirmişdir ki, 12 ədəd səthində korroziya çopurları və korroziya layları olan dairəvi formalı kanalizasiyanın dəmir qapaqlarından göstərdiyi 09 ədəd qapaqlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur və həmin qapaqlar iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Bakı-Salyan dairəsi istiqamətində magistral yol kənarında “Aqrovest”in qarşısından və Lökbatan-Qobu yolundan oğurlanmış kanalizasiyanın dəmir qapaqlarıdır. (İİ cild, i.v. 90) Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmiş, qeyd edilən maddələrlə elan ediləcək ittiham qanuni və əsaslı hesab edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə Şahid1 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə şəxsiyyəti istintaq “Emin” və “Rüstəm” kimi məlum olan Gürcüstan Respublikası Bolnisi rayon sakinləri olan şəxslərin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələrinə hüquqi qiymət verilməsi və onların əməlində qeyd edilən cinayətlərin tərkib əlamətlərinin olmasının tam, hərtərəfli və obyektiv araşdırılması üçün şəxsiyyət istintaq “Emin” və “Rüstəm” kimi məlum olan Gürcüstan Respublikası Bolnisi rayon sakinləri barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış, icraata qəbul edilməklə istintaqı aparılması və şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan Gürcüstan Respublikası Bolnisi rayon sakinlərinin əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. İş üzrə əldə olan və maddi sübut kimi tanınmış kanalizasiyanın dəmir qapaqlarının sayının 12 ədəd, eyni tərkibli və eyni çəkili olmaları nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus 03 ədəd və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 09 ədəd dəmir kanalizasiya qapaqları, həmçinin iş üzrə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd istilik peçi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. (İİ cild, i.v. 117-151) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(002)-47/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 207-212) “xxxx” ASC-nin Qaradağ rayon Sukanal İdarəsinin hüquqşünası Nümayəndə3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Qaradağ RPİnin İŞ-dən cəmiyyətə məxsus 03 ədəd kanalizasiya dəmir qapaqlarını təhvil almışdır. (İİ cild, i.v. 248) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Nümayəndə2 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-dən cəmiyyətə məxsus 09 ədəd kanalizasiyanın dəmir qapaqlarını təhvil almışdır. (İİ cild, i.v. 250) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-dən ona məxsus 01 ədəd istilik peçini təhvil almışdır. (İİ cild, i.v. 252) Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində iki dəfə rəhbərlik tərəfindən həvəsləndirilərək, ona “Təşəkkür” elan olunmuşdur. (İİ cild, i.v. 306) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3510 saylı iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nümunə əsasında kanalizasiya qapağının istifadədə olması nəzərə alınmaqla 1 ədədinin orta bazar qiyməti təxminən 70 manat, 14 ədədinin ümumilikdə qiyməti 980 manat təşkil edir. Həmin kanalizasiya qapağının bərpa xərci əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (İİ cild, i.v. 438-441) Bakı şəhər Probasiya İdarəsinin xx xxxx 2021-ci il tarixli, 21-193564/7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 03 ayını çəkmiş, 02 il 06 günü çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüququ şəxslərin nümayəndələrinin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 3cü epizodu üzrə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları şəxsiyyəti istintaqa “Emin” və “Rüstəm” kimi məlum olan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid yerləşən 6 saylı evə qanunsuz daxil olaraq hamamın qarşısına quraşdırılmış vəziyyətdə olan 50 manat dəyərində su qızdırıcısını, hamamın yanındakı yarımtikilidə olan 50 manat dəyərindəki başqa bir su qızdırıcısını, həyətyanı sahəsindəki yarımtikilidə olan 250 manat dəyərindəki dəmir əsaslı ərintidən hazırlanmış istilik peçini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 350 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Lakin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3061/3221 saylı ekspertiza rəyində ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid yerləşən 6 saylı evdən oğurlanmış 1 ədəd istilik peçinin istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin noyabr ayına orta bazar qiyməti təxminən 40 manat məbləğində müəyyən olunduğu qeyd edilmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs3 yaşadığı evdən oğurlanmış istilik peçinin dəyərini ekspert rəyi ilə deyil, zərərçəkmiş şəxsin ifadəsini əsas götürərək 250 manat məbləğində müəyyən edərək, iş üzrə verilmiş ekspert rəyini nəzərə almamışdır. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 5-ci epizodu üzrə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə saat 06 radələrinədək olan müddət ərzində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Əli Əliyev küçəsində yerləşən 7 və 10 saylı evlərin qarşısından hər bir ədədinin qiyməti 158 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 04 ədəd, Seymur Orucov küçəsində yerləşən 3 saylı mənzilin sol tərəf yanından 01 ədəd, “Xan Bağı” çay evinin qarşısından 01 ədəd, “Titan Klub” adlı idman klubunun qarşısından 01 ədəd, 1-ci massivdə yerləşən 3-cü küçədə olan 10 saylı evin qarşısından 03 ədəd, 111 nömrəli avtobus dayancağının qarşısından 01 ədəd, 27 ünvanın qarşısından 01 ədəd, 36 saylı evin qarşısından 01 ədəd, həmin massivin 4-cü küçəsində yerləşən 2 saylı evin qarşısından 02 ədəd, həmin massivin 1-ci küçəsində yerləşən 1 saylı evin qarşından 02 ədəd, həmçinin “20 yanvar” küçəsində yerləşən 25 saylı evin qarşısından 01 ədəd, 28 saylı evin qarşısından 01 ədəd, 41 saylı evin qarşısından 01 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə ümumilikdə 3160 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 6cı epizodu üzrə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə, saat 11 radələrinədək olan müddət ərzində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan-Qobu yolunun Lökbatan qəsəbəsindən gedərkən 2-ci kilometrliyində yerləşən yolun hərəkət hissəsindən hər bir ədədinin qiyməti 240,60 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 07 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1684,2 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 7ci epizodu üzrə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökbatan qəsəbəsindən Bakı-Astara magistral avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində keçən 14-cü kilometrliyinə gedən avtomobil yolunun 800 metrliyində yolun sol kənarında yerləşən “Aqrovest” ticarət mərkəzinin qarşısından hər bir ədədinin qiyməti 240,60 manat dəyərində olan 31,30 kq kütləli dəmir əsaslı ərintidən hazırlanmış 04 ədəd kanalizasiyanın dəmir qapaqlarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 962,40 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş hüquqi şəxslərə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 3061/3221 saylı ekspertiza rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd kanalizasiya qapağının istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına 1 ədədinin orta bazar qiyməti təxminən 70 manat məbləğində müəyyən edilmişdir. Lakin buna baxmayaraq qeyd olunan epizod üzrə ibtidai istintaq orqanı iş üzrə verilmiş ekspert rəyini nəzərə almayaraq, zərərçəkmiş hüquqi hüquqi şəxslərin nümayəndələrinin ifadələrini əsas götürərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsindən oğurlanmış ümumilikdə 20 ədəd kanalizasiya qapağının hər birinin dəyərini 158 manat, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətindən oğurlanmış ümumilikdə 11 ədəd kanalizasiya qapağının hər birinin dəyərini 240,60 manat dəyərində olmasını müəyyən etmişdir. Məhkəmə istintaqı dövründə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəsatəti əsasında oğurlanmış kanalizasiya qapağının 1 ədədinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə yenidən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3510 saylı iqtisad ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş kanalizasiya qapağının istifadədə olması nəzərə alınmaqla 1 ədədinin orta bazar qiyməti təxminən 70 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3061/3221 saylı rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli olduğu halda, lakin əsassız olaraq dəymiş zərərin məbləği zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadələri əsas götürülməklə müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, oğurlanmış əmlakların dəyəri ilə bağlı ekspert rəyləri olduğundan həmin rəylər əsas götürülməli, verilmiş ittihamın 3-cü epizodu üzrə zərərin həcmi 350 manatdan 140 manatadək, 5-ci epizodu üzrə 3160 manat məbləğindən 1400 manatadək, 6-cı epizod üzrə 1684,20 manatdan 490 manatadək, 7-ci epizod üzrə 962,40 manatdan 280 manatadək azaldılmalı, həmin məbləğlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə cinayət tərkibi yarandığından cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 , 177.2.3 və 177.2.4-cü maddələri ilə dügün tövsif edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə və hazırda saxlanıldığı istintaq təcridxanasında müsbət xarakterizə olunmasını (CM-59.2), zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olduğunu nəzərə alaraq hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxsə hazırki hökm üzrə azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 günü azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla 01 (bir) il 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus 03 ədəd və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 09 ədəd dəmir kanalizasiya qapaqları, həmçinin iş üzrə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd istilik peçinin saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə “xxxx” Açıq Səhmdar Cəmiyyəti mülki iddia ilə məhkəmə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus ümumilikdə 20 ədəd kanalizasiyanın dəmir qapaqlarının oğurlanmasına görə Təqsirləndirilən şəxs 3160 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə hesab edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün cəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymişdir və mülki iddiaçının bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdeh Təqsirləndirilən şəxs isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Lakin mülki iddia ilə irəli sürülmüş tələbin əsasını təşkil edən zərərin 3160 manat məbləğində olması öz təsdiqini tapmamışdır. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti vurulmuş maddi ziyanın məbləğini 20 ədəd kanalizasiyanın dəmir qapaqlarının hər birinin dəyərinin 158 manat təşkil etməsi ilə əsaslandırmışdır. Halbuki məhkəmə istintaqında iş üzrə keçirilmiş ekspertizanın rəyləri əsas götürülməklə kanalizasiyanın dəmir qapaqlarının hər birinin dəyərinin 70 manat olması müəyyən edilmiş və təqsirləndirilən şəxsə həmin epizodda verilmiş ittiham üzrə ziyanın məbləği azaldılmışdır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 03 ədəd kanalizasiya dəmir qapaqları ibtidai istintaq dövründə xx xxx 2020-ci il tarixli qəbzə əsasən idarənin hüquqşünası Nümayəndə3 geri qaytarılmışdır. Belə olan halda “xxxx” Açıq Səhmdar Cəmiyyəti 20 ədəd deyil, 17 ədəd kanalizasiyanın dəmir qapaqlarına görə vurulmuş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır və həmin əmlakın hər birinin dəyəri iş üzrə keçirilmiş ekspert rəyləri əsas götürülməklə 70 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda “xxxx” Açıq Səhmdar Cəmiyyətinə vurulmuş maddi ziyanın ümumi məbləği 1190 manat (17 ədəd x 70 manat) təşkil edir. Bununla da məhkəmə hesab edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülki iddiası qismən təmin olunaraq, həmin məbləğdə maddi ziyan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-105/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri baxımından azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrumetmə cəzasının bir günü bərabər tutulmaqla 01 (bir) il 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal İdarəsinə məxsus 03 ədəd və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti 6 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 09 ədəd dəmir kanalizasiya qapaqları, həmçinin iş üzrə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd istilik peçinin saxlanması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 190 (yüz doxsan) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1190 manat (17 ədəd x 70 manat) manat pul vəsaiti tutularaq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar