Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-25/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçl Zərərçəkmiş şəxs17, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs34, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsi ev 7də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, ov tüfənginə məxsus döyüş sursatını talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evin plastik pəncərəsini qırmaqla evə qanunsuz olaraq həyətdə hasarın üzərindən ümumi dəyəri 200 manat olan 300 metr uzunluqda 2,5 mm ölçüdə elektrik naqili, evdən dəyəri 150 manat olan 1 ədəd drel, hər birinin dəyəri 50 manat olan 2 ədəd balaca drel, cəmi dəyəri 180 manat olan 300 metr uzunluqda 2,5 mm-lik elektrik naqili, dəyəri 60 manat olan su kranı, dəyəri 30 manat olan bir ədəd traynik, dəyəri 30 manat olan bir ədəd radionu gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 750 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Mayis Ağayev tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-ə məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Zeytunçuluq sovxozunda açıq sahədə yerləşən ümumi dəyəri 1953 manat olan 57 mm olan 57 ədəd polad dirək, 45 metr uzunluqda dəmir tor hasarı gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-ə 1953 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı "xxxx" MMC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə üçüncü mərtəbənin eyvanındakı açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki televizor altının üzərindən dəyəri 1200 manat olan bir ədəd “LG” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 1200 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən cəmi dəyəri 3500 manat olan müxtəlif ölçülü elektrik naqillərini və elektrik avadanlıqlarını sökməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 3500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ciil avqust ayından dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs33 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, 3 saylı Zeytunçuluq sovxozunda yerləşən həyət darvazası olmayan və təmir işi gedən bağ evinin həyətinə qanunsuz daxil olaraq həyətdə olan ümumi dəyəri 6000 manat olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs33 6000 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs33 tərəfindən 2021-ci il dekabr ayında aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 20 radələrindən, xx.xx.2021-ci il saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar sahəsində yerləşən yarıtikili evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 3250 manat olan 2 mm-lik, 4 mm-lik, 6-mm-lik 30 top kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 3250 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs10 tərəfindən xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, birinci mərtəbənin pəncərəsini sındırmaqla qanunsuz daxil olub evin ikinci mərtəbəsində quraşdırılmış cəmi dəyəri 2000 manat olan 7 ədəd radiator və kranları gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 2000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs28 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 24 saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan dəyəri 1150 manat olan odun samovarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs28 1150 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs28 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə giriş qapısını sındırmaqla qanunsuz daxil olaraq evdən ümumi dəyəri 600 manat olan 4 ədəd istilik radiatoru, dəyəri 120 manat olan 01 ədəd su motoru, ümumi dəyəri 200 manat olan hamam aksesuarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs34 920 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs34 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, ikinci mərtəbənin eyvanındakı pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq birinci mərtəbəki otaqdan dəyəri 1000 manat olan “LG” markalı televizor, dəyəri 500 manat olan bir ədəd “Sony” markalı maqnitafon, dəyəri 600 manat olan mis samovarı, ümumi dəyəri 400 manat olan mis çəngəl-qaşıq dəstlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 2500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 13 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evin damına oradan tavanı sökməklə qanunsuz daxil olaraq evdən dəyəri 100 manat olan DVD maqnitafon, dəyəri 200 manat olan samovarı, həyətdən çəkilmiş ümumi dəyəri 500 manat olan elektrik naqillərini sökməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 800 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs13 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən hər birinin dəyəri 300 manat olan 5 ədəd kombi radiatoru, dəyəri 300 manat olan 1 ədəd preparator, ümumi dəyəri 300 manat olan 60 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 2100 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs13 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 26 yanvar 2022-ci il tarixdə təxminən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs30 məxsus ünvan 1 ünvanda yerləşən evə evin ikinci mərtəbəsindəki pəncərədən qanunsuz daxil olaraq ikinci mərtəbəki otaqdan qiyməti 1000 manat olan bir ədəd “Samsung” markalı televizoru, birinci mərtəbəki otaqdan isə qiyməti 50 manat olan bir ədəd 130 sm x 80 sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanı, qiyməti 600 manat olan bir ədəd 3 m x 1,40 m ölçülü üzərində müxtəlif naxışlar olan 5 gül toxunma xalçanı, qiyməti 470 manat olan bir ədəd 2,40 m x1,30 m ölçülü üzərində müxtəlif naxışlar olan toxunma xalçanı, qiyməti 110 manat olan bir ədəd 2,80 m x 2 m ölçülü üzərində müxtəlif naxışlar olan sadə xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs30 cəmi 2230 manat məbləğində maddi zərər vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan dəyəri 3800 manat olan generatoru, 4000 manat olan elektrik tənzimləyici aparatı, 300 manat dəyərində soyuducu motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 8100 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs16 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən hər birinin dəyəri 400 manat olan 2 ədəd süd sağan aparat, ümumi dəyəri 200 manat olan 30 kq qoz, ümumi dəyəri 150 manat olan tikinti alətlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 1150 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs7 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il saat 02 radələrindən, saat 09 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs11 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan damın qapısının qıfılını qıraraq qanunsuz daxil olaraq həmin damdan dəyəri 200 manat olan 01 ədəd qaynaq aparatı, hər birinin dəyəri 100 manat olan 2 ədəd alüminium su çəni, dəyəri 50 manat olan bir ədəd dreli, dəyəri 100 manat olan bir ədəd laqundanı, ümumi dəyəri 200 manat olan 130 metr uzunluqda 4 mmlik elektrik naqili, dəyəri 30 manat olan 1 ədəd damkrat, ümumi dəyəri 20 manat olan avtomobil açar komplekti, ümumi dəyəri 200 manat olan 3 ədəd projektoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 1000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs11 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərədən qanunsuz olaraq daxil olub dəyəri 200 manat olan radiator, hər birinin qiyməti 300 manat olmaqla ümumi dəyəri 600 manat olan iki ədəd hamam üçün radiator, dəyəri 300 manat olan “Siemens” markalı soyuducu motoru, dəyəri 200 manat olan “Beko” markalı soyuducu motoru, ümumi dəyəri 400 manat olan suvenir əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs30 1700 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs30 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs19 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinin həyətinə giriş qapısını qırmaqla qanunsuz daxil olaraq dəyəri 1000 manat olan kombi aparatını sökməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 1000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs19 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16 radələrindən xx.xx.2022-ci il tarixdə saat 9 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" MTK yaxınlığında 13 saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq evdən iç tərəf divarda çəkilmiş ümumi dəyəri 800 manat olan elektrik naqillərini sökməklə, dəyəri 160 manat olan qaynaq aparatı, dəyəri 80 manat olan laqundanı götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 1040 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs15 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, əl damının qapısının qıfılını qırıb qanunsuz daxil olaraq dəyəri 300 manat olan 40 metr elektrik naqili, ümumi dəyəri 300 manat olan 40 ədəd 2 metrəlik dəmir borular, ümumi dəyəri 700 manat 7 ədəd şveller, ümumi dəyəri 400 manat olan 13 ədəd 3 metrəlik armaturlar, ümumi dəyəri 300 manat olan 30 ədəd xırda armatur qırıqları, 80 manat dəyərində bir ədəd traynik, ümumi dəyəri 500 manat olan dəmir tikinti materiallarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 2580 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı SevdaBaxşəliyeva tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci il dekabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub, evə pəncərəni üzərində olan dəmir barmaqlığı kəsib aralamaqla qanunsuz olaraq daxil olub evdən dəyəri 1200 manat olan “Samsung” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1200 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, təmirsiz olan qapı və pəncərəsiz evə qanunsuz daxil olaraq evin divarlarına yerləşdirilmiş ümumi dəyəri 4500 manat olan 1000 metr mis elektrik naqilini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 4500 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs9 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə plastik qapını sıxıb açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 450 manat olan 1 ədəd qəlyan, hər birinin dəyəri 150 manat olan 2 ədəd samovar, dəyəri 100 manat olan «wifi» aparatı, cəmi 440 manat dəyərində 100 metr ölçüdə elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 1290 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs8 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs23 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədbəyli küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan əl damına açıq qapıdan qanunsuz olaraq daxil olub ümumi dəyəri 450 manat olan 20-25 ədəd 16-lıq və 20-lik, 4 metrlik mis boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs23 450 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs23 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 2200 manat olan kombi aparatı, dəyəri 1390 manat olan kombi sisteminə məxsus boyler, hər birinin qiyməti 30 manat olan 2610 manat dəyərində 87 ədəd radiator, hər birinin dəyəri 230 manat olan 2 ədəd su nasosu, dəyəri 700 manat olan yüksək təzyiqli su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs32 7360 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs32 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sıxıb açmaqla qanunsuz daxil olaraq dəyəri 350 manat olan soyuducu motoru, dəyəri 90 manat olan soyuducu motoru, dəyəri 2000 manat olan elektrik generatoru, dəyəri 600 manat olan boru və ştanqa, ümumi dəyəri 1200 manat olan 3 ədəd alüminium qapı, hər birinin dəyəri 50 manat olan 3 ədəd pəncərə, hər birinin dəyəri 240 manat olan 2 ədəd oksigen balonu, dəyəri 300 manat olan hamam vannası, ümumi dəyəri 480 manat olan 4 ədəd dəmir boru, ümumi dəyəri 1296 manat olan 12 ədəd 6 metrlik şveller, dəyəri 200 manat olan paltaryuyan maşın, ümumi dəyəri 120 manat olan mexaniki tərəzi və çəki daşlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 7266 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs17 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs25 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən ümumi dəyəri 3300 manat olan 2 ton yəni 200 ədəd 12 metrlik 12 mm-lik armaturları bir neçə dəfə olmaqla hissə-hissə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs25 3300 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs25 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs24 məxsus Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən fərdi nömrəsiz bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə qapının qıfılını qırıb açmaqla qanunsuz daxil olaraq evdən ümumi dəyəri 1000 manat olan 3 ədəd çılçıraq, hər birinin dəyəri 5 manat olan 50 ədəd şiş, dəyəri 100 manat olan su elektrik nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs24 1350 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs24 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Mərdəkan qəsəbəsi, 830 saylı fərdi bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə qapını açmaqla qanunsuz daxil olaraq, həyətdə olan qarajın qapısının qıfılını sındırmaqla qanunsuz olaraq daxil olub qarajdan ümumi dəyəri 150 manat olan velosipedin oturacağı, işıq və sıqnalını, evdən ümumi dəyəri 1600 manat olan antik aşyaları (saatlar, retro vintaj), ümumi dəyəri 680 manat olan iki cüt “Puma” markalı qırmızı rəngli yeni krasovkaları, Zərərçəkmiş şəxs4 qanuni yolla əldə edib istifadə etdiyi yivsiz ov silahına aid olan hər birinin dəyəri 1 manat olan 45 manat dəyərində 12 kalibr 45 ədəd döyüş sursatı olan patronları, həyətdən dəyəri 260 manat olan elektrik naqillərini götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2735 manat zərər vurmaqla oğurluq etmiş, yivsiz ov silahına aid olan döyüş sursatı-patronları talamış, oğurluq faktı Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs29 məxsus Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yarımtikili bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, təmirsiz olan evə pəncərəni qırmaqla qanunsuz daxil olaraq evin divarlarına yerləşdirilmiş ümumi dəyəri 228 manat olan 150 metr uzunluqda 2,5 –lik elektrik naqillərini, ümumi dəyəri 600 manat olan 250 metr uzunluqda 4-lük elektrik naqillərini sökməklə, istifadə olunmamış ümumi dəyəri 972 manat olan 405 metr uzunluqda 4-lük elektrik naqillərini götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs29 1800 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs29 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 93A saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan hər birinin dəyəri 200 manat olan 2 ədəd su motoru və hidrofor, hər birinin dəyəri 200 manat olan iki ədəd qapı, hər birinin dəyəri 100 manat olan 2 ədəd şveller, cəmi dəyəri 200 manat olan 70 metr uzunluğunda elektrik naqili, ümumi dəyəri 700 manat olan 7 ədəd dirək işıqları, dəyəri 800 manat olan 1 ədəd kondisioner, ümumi dəyəri 1000 manat olan komplekt mətbəx avadanlığı - stol, stul, dəyəri 150 manat olan 1 ədəd plastik qapını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 3850 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs6 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs31 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, evə pəncərəni sındırmaqla qanunsuz daxil olaraq evin zirzəmisindən dəyəri 800 manat olan “Bosch” markalı pereparator, dəyəri 100 manat olan kiçik ölçülü pereparator, dəyəri 60 manat olan kiçik drel, dəyəri 160 manat olan kiçik laqunda, dəyəri 880 manat olan açar dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs31 2000 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs31 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik adlanan ərazidə yerləşən bağ evinin həyətində yerləşən qarajın divarının kubiklərini sökməklə qanunsuz daxil olaraq iki dəfə ayrı-ayrı vaxtlarda olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə qarajdan ümumi dəyəri 200 manat olan 3 ədəd mis qablar, hər birinin dəyəri 500 manat olan 2 ədəd “LG” markalı kondisionerləri, dəyəri 100 manat olan bir ədəd kohnə maqnitafon, dəyəri 2000 manat olan «Akay» markalı maqnitafon, hər birinin dəyəri 500 manat olan 2 ədəd «Panasonik 7EE» markalı videomaqnitafon, ümumi dəyəri 600 manat olan 4 ədəd “Mersedes” markalı avtomobilin diskləri, dəyəri 500 manat olan xrustal çılçıraq, ümumi dəyəri 500 manat olan qab-qacaq dəsti gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 5900 manat xeyli miqdarda zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs1 tərəfindən birinci dəfə xx.xx.2022-ci il tarixdə, ikinci dəfə xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qohumu Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi döngə 1, 22 saylı evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evin qapısını itələyib açmaqla evə qanunsuz daxil olaraq evdən yataq otağında dolabda olan 3000 manat nəğd pul, cəmi dəyəri 2000 manat olan brilyant qaşlı qızıl komplekti, 500 manat dəyərində qadın qızıl boyunbağı, 500 manat dəyərində qadın qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 6000 manat xeyli miqdar zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs22 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2306A saylı bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan 300 manat dəyərində qaynaq aparatı, 200 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 150 manat dəyərində “Bosch” markalı direl, 100 manat dəyərində “Bosch” markalı laqundanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 750 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs22 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-xuna massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evin plastik qapısını üzərində olan bıçaq ilə açaraq evə qanunsuz daxil olaraq evdən 1 ədəd dəyəri 500 manat olan odun samovarı, dəyəri 200 manat olan perefarator, hər birinin dəyəri 10 manat olan 15 ədəd led işıqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 850 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs20 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs26 məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq ümumi dəyəri 825 manat olan 150 metr uzunluğunda hasarın üzəri ilə içəri tərəfdən gedən mis elektrik naqilini sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs26 825 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs26 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən fərdi nömrəsiz bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdən evə pəncərə üzərində olan dəmir barmaqlığı qırıb, aralayıb, pəncərəni açmaqla qanunsuz daxil olaraq evdən dəyəri 200 manat olan bir ədəd xalça, dəyəri 200 manat olan bir ədəd musiqi mərkəzi, cəmi dəyəri 200 manat olan 20 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 600 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs18 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 Ədil qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə olan dəyəri 300 manat olan su motoru və ətrafında olan 100 manat dəyərində alüminium barmaqlığı, dəyəri 30 manat olan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 Ədil qızına 430 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs27 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan damın qapısını açaraq əl damından hər birinin dəyəri 3.50 qəpik olan 3 ədəd vedrələrin, dəyəri 100 manat olan işlənmiş manqal, 10 metr uzunluğunda hər birinin dəyəri 12 manat olan 5 ədəd 5x15 ölçüdə işlənmiş taxtalar, 50 kq 100 manat dəyərində mismar, 25 manat dəyərində elektrik açarı, 5 ədəd 2 metrəlik hər birinin dəyəri 3 manat olan reykalar, 10 manat dəyərində plasmas boru, 100 manat dəyərində dəmir borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs27 420,5 manat zərər vurmaqla oğurluq etmiş, oğurluq faktı Zərərçəkmiş şəxs27 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2021-ci il iyun ayının ortalarında gecə saatlarında Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb hasardan aşaraq həyətə, oradan da evə plastik pəncərəni qırmaqla daxil olmuşdur. Həyətdə hasarın üzərindən, elektrik naqilini söküb, evin içindən 1 ədəd drel, 2 ədəd balaca drel, elektrik naqili, su kranı, bir ədəd traynik, bir ədəd radionu götürüb arabaya yükləyərək oradan oğurlamışdır. Bir neçə gün sonra eyni qaydada malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxslərə özününkü kimi təqdim edib satmışdır. Alan adamlara həyətində təmirdən artıq qalan avadanlıq olduğunu demişdir. Təxminən 300 manat pul əldə etmişdir. Narkoman olduğu üçün həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Naqilləri də yandırıb əridərək təmiz mis kimi metal qəbul edən tanımadığı şəxslərə satmışdır. Bundan başqa, təxminən 2021-ci ilin sentyabr ayının sonlarında yol kənarı ilə gündüz vaxtı gedərkən Qala qəsəbəsi Zeytunçuluq sovxozunda yerləşən dəmir dirək və dəmir tordan olan hasarı görüb qərara gəlmişdir ki, həmin dəmirləri metal olaraq satmaq olar. Bir gün sonra “Rent Ca”-dan icarəyə avtomobil götürüb həmin əraziyə gecə vaxtı getmişdir. Həmin boruları maşının arxasına kəndir bağlamaqla sökmüşdür. Lakin sökmək çətin olduğundan cəmi 7 ədəd dəmir dirəyi qoparıb maşına yığmışdır. Təxminən 2-3 metr də dəmir tordan olan hasarı özündə olan alətlə kəsib maşına bükərək yığmışdır. Səhəri gün səyyar olaraq dəmir yığan şəxslərə 50 manata metal kimi satmişdir. Həmin metalları yandırmışdır ki, təzəliyi şübhə yaratmasın. Bundan başqa, 2021-ci ilin fevral ayında tanışı Orxan Qəzənfərov özünə məxsus olan “Samsung A21” markalı mobil telefonu 200 manata ona satmışdır. O, həmin vaxt 100 manat vermiş, 100 manat isə borclu qalmışdır. Həmin ərəfələrdə təklikdə olarkən Orxan soruşmuşdur ki, ona olan 100 manat borcunu nə vaxt verəcək. O da bildirmişdir ki, «Şüvəlan qəsəbəsində bir ev var, həmin evdən bir neçə dəfə oğurluq etmişəm və heç bir problemi çıxmayıb». Təklif etmişdir ki, birlikdə həmin evə gedərək oğurluq etsinlər. Orxan onunla razılaşmış və həmin gün gecə saat 04 radələrində dediyi Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən evə getmişlər. Orxan evin yanındakı həyətin giriş qapısının qarşısında onu gözləmiş, o isə evə daxil olmuşdur. Evdən televizoru götürüb çölə çıxarıb Orxana vermiş, sonra yenidən evə qayıdıb evdən dörd ədəd xalçanı da götürüb Orxanın olduğu yerə gətirmişdir. Orxana demişdir ki, ya xalçaları, ya da televizoru götürsün və getsinlər, Orxan isə əlində xalçaları daşımaqdan qorxudu üçün imtina etmişdir. Səbəb kimi onu göstərmişdir ki, xalçalar əlində yol ilə getsə, ətrafda olan kameralara düşəcək və birlikdə oğurluq etdiyi bilinəcək. Bundan sonra xalçaları həyətin içəri tərəfində darvazanın qarşısına yığmışdır, bildirmişdir ki, həmin xalçaları daha sonra gedib götürərik, Orxan razılaşmışdır. Bundan sonra televizoru əlinə götürmüş və oradan çıxıb getmişlər. Televizoru tanımadığı şəxsə satmış və unutduğu məbləğdə pulu Orxanla aralarında bölmüşlər. Sözü gedən evə Orxanla 1 dəfə girmişdir. Lakin həmin evdən tək də bir neçə dəfə oğurluq etmişdir. Belə ki, birinci dəfə 2021-ci il noyabrın əvvəllərində bir ədəd “LG” markalı televizoru oğurlamış və səhəri gün Sabunçu bazarında satıb unutduğu məbləğdə pul əldə etmişdir. Bundan sonra 2021-ci il dekabrın təxminən əvvəllərində evin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq həyətdən müxtəlif ölçülü elektrik naqillərini və elektrik avadanlıqlarını söküb çıxardaraq oğurlamışdır. Həmin naqilləri əridib müxtəlif əlvan metalı qəbul edən şəxslərə özününkü kimi təqdim edib satmışdır. Bundan sonra 2021-ci il dekabrın ortalarında narkotik vasitəyə ehtiyacı olarkən yenidən yadına düşmüşdür ki, həmin evdən nəsə oğurlamaq və satmaq olar. Gecə saatlarında yenidən həmin evə birinci mərtəbənin pəncərəsini sındırmaqla daxil olub evin ikinci mərtəbəsində quraşdırılmış 7 ədəd radiator və kranları oğurlayıb aparmışdır. Həmin radiatorları arabaya yükləyib daşımış, ertəsi gün Sabunçu bazarına aparıb özününki kimi satmışdır. Bundan sonra 2022-ci il yanvar ayının ortalarında yenidən həmin evə girib nəsə oğurlamaq ağlına gəlmişdir. İkinci mərtəbənin eyvanındakı pəncərəni sındırıb daxil olaraq birinci mərtəbəki otaqdan bir ədəd “LG” markalı televizor, bir ədəd “Sony” markalı maqnitafon, bir ədəd mis samovarı, mis çəngəlqaşıq dəstlərini oğurlayıb aparmışdır. Sonra tanışı Orxana təklif etmişdir və 26 yanvar tarixdə Orxanla birlikdə oğurluq etmişlər. Daha sonra Orxan polislər tərəfindən tutulmuş, lakin fevral ayının əvvəllərində həmin evə yenidən girib istilik radiatorları və soyuducu motorları götürüb sonra sataraq pul əldə etmişdir. Tutulmaqdan qorxduğu üçün sonralar həmin evə girməmişdir. Bundan başqa, 2021-ci il dekabr ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtarırmış. Zeytunluq sovxozu deyilən yerdə evlərin birində yaşayış olmadığını görüb girmək qərarına gəlmişdir. Həmin evdə təmir-tikinti gedirmiş və evin həyətində giriş darvazasının olmadığını görüb darvaza yerinə söykənmiş taxtaları aralayıb həyətə girmişdir. Həyətdə toplarla çoxlu təzə naqillərin olduğunu görmüşdür. Sonra həmin naqilləri hissə-hissə olmaqla bir neçə saat ərzində arabalara yükləyib bir neçə ədəd top olmaqla oğurlamışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxslərə özününkü kimi təqdim edib satmışdır. Təxminən 1000 manat pul əldə etmiş, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Çoxlu naqillər olan həmin həyətdən bir dəfəyə gücü çatmadığından hissə-hissə olmaqla bir neçə dəfə oğurluq etmişdir. Bundan başqa, 2021-ci il dekabr ayının sonlarında gecə saatlarında Mərdəkan qəsəbəsi, Bağlar sahəsində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Yarımçıq tikili olan evə daxil olaraq evdən yeni istifadə olunmamış bir neçə top kabeli arabaya yükləyib hissə-hissə olmaqla daşımışdır. Səhəri gün həmin kabelləri taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 500 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2021-ci il dekabr ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsində yaşadığı evlə qonşuluqda olan Zərərçəkmiş şəxs28 məxsus evin həyətinə hasardan aşaraq daxil olmuş və həyətdə olan samovarı götürüb öz həyətində gizlətmişdir. Səhəri gün həmin samovarı aparıb Sabunçu BİT bazarında 150 manata satmış, əldə etdiyi pula narkotik əldə edərək bir neçə gün ərzində inyeksiya yolu ilə qəbul etmiş, qalan pulu digər ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci il yanvar ayının əvvəllərində gecə saatlarında Xaşaxuna bağ massivi ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını görüb həyətə hasarı aşmaqla daxil olmuş, evə isə giriş qapısını sındırıb daxil olmuşdur. Evdən 4 ədəd istilik radiatoru, su motoru və hamam aksesuarları götürüb getmiş, səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 350 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, təxminən 2022-ci il yanvar ayının sonlarında gecə saatlarında Zirə qəsəbəsi, Bağlar sahəsində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə çəkilmiş bütün elektrik naqillərini qopararaq torbaya yığıb aparmışdır. Səhəri gün həmin naqilləri həyətdə yandırıb əridərək təmiz mis metal əldə edib səyyar metal qəbul edən tanımadığı şəxslərə 90 manata satmış, həmin pulla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, təxminən 2022-ci il yanvar ayının sonlarında gecə saatlarında Şağan qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını görüb həmin evin həyətinə hasardan aşmaqla, evə isə plastik pəncərəni özündə olan vintaçan ilə sıxıb açmaqla daxil olmuşdur. Evdən 5 ədəd kombi radiatoru, preparator, elektrik naqili arabaya yükləyib yaşadığı evin həyətində gizlətmişdir. Bir neçə gün sonra həmin malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 250 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, təxminən 2022-ci il yanvar ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsində, Sabir küçəsi ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını kənardan müşahidə edib həyətə hasardan aşmaqla daxil olub həyətdə olan elektrik generatorunu söküb içərisində olan mis materialları və naqilləri yığıb aparmışdır. Həmçinin həyətdə olan soyuducu motorunu da oğurlamışdır ki, içini sonra söküb əlvan metalları çıxarsın. Səhəri gün əldə etdiyi mettalları səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq pul əldə etmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2022-ci il fevral ayının əvvəllərində gecə saatlarında Zirə qəsəbəsi, Südçülük sovxozu ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını görüb həyətə hasarı aşmaqla daxil olmuş, evə isə özündə olan vintaçanla plastik pəncərəni sıxıb açmaqla daxil olmuşdur. Evdən 2 ədəd süd sağan aparat, bir torba qoz, müxtəlif tikinti alətlərini götürüb arabaya yükləyib aparmışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 180 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il fevral ayının əvvəllərində gecə saatlarında Zirə qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını görüb həyətə hasarı aşmaqla daxil olmuş, həyətdə olan damın qapısının qıfılını özündə olan dəmir parçası ilə qırıb daxil olaraq 01 ədəd qaynaq aparatı, ədəd drel, laqunda, elektrik naqili, damkrat, avtomobil açarlarını, 3 ədəd projektoru və unutduğu başqa malları götürüb getmişdir. Malları boş sahədə gizlətmişdir. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 300 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il fevral ayının əvvəllərində gecə saatlarında Şağan qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını görüb həmin evin həyətinə darvazanın giriş qapısını sındırıb açmaqla daxil olmuşdur. Həyətdə olan kombi aparatını söküb arabaya yükləyib yaşadığı evin həyətində gizlətmişdir. Bir neçə gün sonra həmin kombini taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 300 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, təxminən 2022-ci il fevral ayının ortalarında gecə saatlarında Buzovna qəsəbəsi, "xxxx" MTK yaxınlığında bağlar massivində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Plastik pəncərəni sıxıb açmaqla evə daxil olmuşdur. Evdən iç tərəf divarda çəkilmiş elektrik naqillərini qoparmış, qaynaq aparatını, bir ədəd laqundanı və qopardığı naqilləri götürüb evdən aparmışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 110 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il fevral ayının əvvəllərində gecə saatlarında Şüvəlan qəsəbəsində oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını kənardan müşahidə edib həyətə hasardan aşmaqla daxil olub, həyətdə olan əl damının qapısının qıfılını qırıb daxil olaraq elektrik naqili, 30-40 ədəd 2 metrəlik dəmir borular, 7 ədəd şveller, armaturlar, unutduğu başqa tikinti materiallarını yavaş-yavaş daşıyıb oğurlamışdır. Səhəri gün əldə etdiyi mettalları səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq xatırlamadığı məbləğdə pul əldə etmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2021-ci il yanvar ayının ortalarında gecə saatlarında Qala qəsəbəsi, Yeni yaşayış sahəsində bağlar massivində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb hasardan aşaraq həyətə daxil olmuş, pəncərənin dəmir barmaqlığın özündə olan alətlə qırıb aralayaraq evə daxil olmuşdur. Qonaq otağında olan bir ədəd televizoru həmin pəncərəndən çıxarıb aparmışdır. Evin giriş qapısını açmağa cəhd etmiş lakin aça bilməmişdir. Həmçinin zirzəminin qapısını açmış, lakin zirzəmidə dəyərli heç nə olmadığından apara bilməmişdir. Həyətdə olan su matorunu aparmağa çalışsa da yerindən çıxara bilməmişdir. Təkcə televizoru və bir neçə ədəd şişi götürmüşdür. Hasardan aşarkən şişlərin dəyərinin az olduğunu düşünüb yerə tullayaraq aparmamışdır. Səhəri gün televizoru taksi ilə apararaq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 120 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il mart ayının əvvəllərində gecə saatlarında Şüvəlan qəsəbəsində oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını, həmçinin 3 mərtəbəli olan evin yeni tikildiyini və təmirsiz olduğunu müşahidə etmişdir. Həmin evin qapı və pəncərəsinin olmadığını görüb elektrik naqili oğurlamaq üçün evə dixil olmuş və bütün divarlarda olan çəkilmiş naqilləri qopararaq oğurlamışdır. Naqilləri oğurlamaq 5-6 saat vaxt aparmışdır. Belə ki, çoxlu naqilləri hissə-hissə divardan qoparıb araba ilə daşımışdır. Səhəri gün öz həyətində yandırıb metal əldə etmiş, onları səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2022-ci il mart ayının əvvəllərində saat 23 radələrində Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi ilə piyada gəzişərkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və evin həyətinə hasardan aşmaqla daxil olub həyətdən də evə daxil olmaq qərarına gəlmişdir. Həyətdən evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla sıxıb açaraq evə daxil olmuş və evdən 1 ədəd qəlyan, 2 ədəd samovar, bir ədəd vayfay aparatı, təxminən 90 metr uzunluğunda elektrik naqilini götürüb aparmışdır. Həmin malları böyük ölçülü torbaya yığıb oğurlamışdır. Malları aparıb həyətində gizlətmişdir. Mis naqili yandırıb metal qəbulu məntəqəsinə unutduğu qiymətə satmışdır. Samovarları və vayfay aparatını da Sabunçu bazarında tanımadığı şəxslərə özünə məxsus olduğunu deyirmiş. Qəlyanı isə tutularkən polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsi, H.Məmmədbəyli küçəsi ilə gəzib oğurluq üçün ev axtararkən evlərin birində yaşayış olmadığını müşahidə etmiş və həmin evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Həyətdə olan əl damının qapısının açıq olduğunu görüb daxil olaraq oradan 20- 25 ədəd mis boruları götürüb aparmışdır yaşadığı evin həyətinə. Səhəri gün öz həyətindən götürüb səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq xatırlamadığı məbləğdə pul əldə etmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Mərdəkan qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtararkən evlərin birində yaşayış olmadığını görüb həmin evin həyətinə hasardan aşmaqla, evə isə pəncərəni sıxıb açmaqla daxil olmuşdur. Həyətdə olan yarımtikilidə kombini çıxarıb aparmışdır. Evdən isə 1-ci mərtəbədə olan 2 ədəd radiatoru götürüb aparmışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 530 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsi ilə gəzib oğurluq üçün ev axtararkən evlərin birində yaşayış olmadığını görüb həmin evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Evin plastik pəncərəsini üzərində olan vintaçanla sıxıb açaraq evə daxil olmuş və evdən soyuducu motoru, elektrik generatoru oksigen balonu və mexaniki tərəzi və çəki daşları götürmüş və onları yaşadığı evin həyətinə aparmışdır. Səhəri gün həyətdə soyuducu motoru və generatoru sökərək içində olan əlvan metalları çıxarmış, həmin metalları səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq xatırlamadığı məbləğdə pul əldə etmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Mexaniki tərəzi və daşlarını, həmçinin oksigen balonunu Sabunçu bazarında tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Şüvəlan qəsəbəsi, yeni sahədə oğurluq etmək məqsədilə piyada gəzişərək ev axtararkən evlərdən birində tikinti getdiyini və yan-yörəsinin açıq olduğunu, həmçinin həyətdə çoxlu armatur və digər tikinti materiallarının olduğunu görüb oğurluğa girmək qərarına gəlmişdir. Lakin müşahidə etmişdir ki, mühafizəçi hər gün gecə tikinti gedən böyük evin arxasında yerləşən kiçik evdə gecələyir. Odur ki, bir neçə gün ərzində hər gün gecələr saat 3 radələrində mühafizəçi yatdığı vaxt həyətə hasardan aşıb daxil olurmuş. Hər dəfə bir neçə ədəd olmaqla armaturları bir-bir dartaraq evin hasarından kənarda olan boş sahəyə yığırmış. Dəqiq sayını unutduğu qədər armaturu həmin boş sahəyə yığıb sonra hissə hissə olmaqla yük taksisi ilə aparıb tikinti metarialları bazarında tanımadığı şəxslərə satırmış. Bundan başqa, 2022-ci il mart ayının sonlarında saat gecə 02 radələrində Şüvəlan qəsəbəsi, Sabir küçəsi ilə piyada gəzişərkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və evin həyətinə hasardan aşmaqla daxil olub həyətdən də evə daxil olmaq qərarına gəlmişdir. Həyətdən evin qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb evə daxil olmuşdur. Evdən 3 ədəd çılçıraq, təxminən 40-50 ədəd şiş, elektrik su nasosunu torbaya yığıb götürmüşdür. Malları aparıb həyətində gizlətmişdir. Səhəri gün həmin malları taksi ilə aparıb Sabunçu bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 350 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il mart ayının sonlarında saat gecə 02 radələrində Mərdəkan qəsəbəsi bağlar ərazisi ilə piyada gəzişərkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və həyətdən evin qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb evə daxil olmuş, həyətdə olan qarajın qapısının qıfılını da qırıb velosiped işığı və siqnalı götürmüşdür. Həyətdən elektrik naqilləri götürmüşdür. Evdən isə saatlar və unutduğu əşyalar, həmçinin iki cüt qırmızı rəngli krasovkanı götürmüşdür. Malları aparıb həyətində gizlətmişdir. Səhəri gün həmin malları taksi ilə aparıb Sabunçu bazarında tanımadığı şəxslərə cəmi 120 manata satmışdır. Satdığı şəxslərə malların özünə məxsus olduğunu deyirmiş. Krasovkanın bir cütünü özü geyinmişdir. Tutularkən polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin evdə olan bir neçə ədəd ov tüfəng üçün nəzərdə tutulmuş patronu da maraq üçün götürmüşdür. Lakin sonradan həmin patronları lazım olmadığından zibilliyə tullamışdır. Bundan başqa, 2022-ci il aprel ayının ortalarında saat gecə 03 radələrində Xaşaxuna bağlar massivində piyada gəzişərkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və girib oğurluq etmək qərarına gəlmişdir. Evin həyətinə hasardan aşmaqla daxil olub həyətdən də evə daxil olmaq qərarına gəlmişdir. Həyətdən evin pəncərəsi üzərində olan dəmir barmaqlığı özü ilə gətirdiyi dəmir parçası ilə qırıb daxil olmuşdur evə. Evdən bir ədəd xalça, bir ədəd musiqi mərkəzi, təxminən 15-20 metr uzunluğunda elektrik naqili götürmüşdür. Malları aparıb həyətində gizlətmişdir. Səhəri gün həmin mallardan xalça və musiqi mərkəzini taksi ilə aparıb Sabunçu bazarında tanımadığı şəxslərə özününkü olduğunu deyərək cəmi 130 manata satmışdır. Oğurladığı naqili boş sahədə yandırıb əridərək mis metal kimi səyyar olaraq avtomobillərdə metal yığan tanımadığı şəxslərə unutduğu qiymətə satmışdır. Əldə etdiyi pulları narkotik əldə edərək inyeksiya yolu ilə qəbul edirmiş. Bundan başqa, 2022-ci il aprel ayının ortalarında saat gecə 02 radələrində Şüvəlan qəsəbəsi, Sabir küçəsi ilə oğurluq etmək məqsədilə piyada gəzişərək ev axtararkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və evin həyətinə hasardan aşmaqla daxil olub həyətdə bütün hasar boyu çəkilmiş elektrik naqilinin olduğunu görüb həmin naqilləri hasarın üzərindən qopararaq söküb hamısını aparmışdır. Həmin naqilləri aparıb həyətində gizlətmişdir. Səhəri gün həmin naqilləri yandırıb əridərək təmiz mis əldə etmişdir. Həmin mis metalı səyyar olaraq avtomobillərdə metal yığan tanımadığı şəxslərə 35 manata satmışdır. Əldə etdiyi pulları narkotik əldə edərək inyeksiya yolu ilə qəbul etmişdir. Bundan başqa, 2022-ci il aprel ayının ortalarında saat təxminən gecə 01 radələrində Mərdəkan qəsəbəsi ilə bağlar olan ərazidə oğurluq etmək məqsədilə piyada gəzişərək ev axtararkən evlərdən birində adam yaşamadığını kənardan müşahidə etmiş və evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Həyətdə olan qaynaq aparatı, təxminən 40-50 metr uzunluğunda elektrik naqili, “Bosch” markalı dreli, “Bosch” markalı laqundanı aparıb yaşadığı evin həyətində gizlətmişdir. Səhəri gün həmin naqilləri yandırıb əridərək təmiz mis əldə etmişdir. Həmin mis metalı səyyar olaraq avtomobillərdə metal yığan tanımadığı şəxslərə 50 manata satmışdır. “Bosch” markalı dreli və qaynaq aparatını taksi tutaraq Sabunçu bazarına aparmış və özününki adı ilə tanımadığı şəxslərə unutduğu qiymətə satmışdır. Əldə etdiyi pulları narkotik əldə edərək inyeksiya yolu ilə qəbul etmişdir. Bundan başqa, 2022-ci il aprel ayının ortalarında gecə saatlarında Xaşa-xuna bağlar massivi ilə oğurluq etmək məqsədilə piyada gəzişərək ev axtararkən evlərdən birində adam olmadığını kənardan müşahidə etmiş və həyətdən evə plastik pəncərəni özündə olan bıçaqla açaraq daxil olmuşdur. Evdə qiymətli əşya axtarmağa başlamaşdır. Evdən 1 ədəd odun samovarı, perefarator, 10-15 ədəd led işıqlar götürüb yaşadığı evin həyətində gizlətmişdir. Səhəri gün həmin malları taksi ilə Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 170 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir., Bundan başqa, 2022-ci il aprel ayının əvvəllərində gecə saatlarında Şüvəlan qəsəbəsi, Sabir küçəsində yaşayan qohumu Zərərçəkmiş şəxs12 evində adam olmadığını düşünüb qaranlıq olmasını görüb evə açıq qapını itələyərək daxil olmuş və 2-ci mərtəbəyə qalxıb yataq otağını axtarmışdır. Yataq otağında paltar dolabını və siyirtmələri açaraq axtarmış və pul, qızıllar aşkar edib cibinə qoymuşdur, evdən çıxıb, hasardan tullanıb qaçıb getmişlər. Unutduğu məbləğdə olan pulları ehtiyacları üçün xərcləmiş, adlarını unutduğu qızılları isə tanımadığı müxtəlif şəxslərə özününkü kimi təqdim edərək satmışdır. Qızılları satdığı adamlara bildirirmiş ki, anasına məxsusdur, anası xəstə olduğu üçün anasının xahişi ilə satır. Bundan başqa, 2022-ci il aprel ayının əvvəllərində gecə saatlarında Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi ilə oğurluq etmək məqsədilə piyada gəzişərək ev axtararkən evlərdən birində heç kimin olmadığını kənardan müşahidə etmiş və evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Həyətdən 2 ədəd su motoru və hidrofor, iki ədəd qapı, 2 ədəd şveller, 50-60 metr uzunluğunda elektrik naqili, ümumi dəyəri 700 manat olan 7 ədəd dirək işıqları götürmüşdür. Sonra evə pəncərəni açmaqla daxil olmuşdur. Evin qapısı taxta olduğu üçün qapını da aça bilmişdir. Evin içindən 1 ədəd kondisioneri söküb çıxarmış və unutduğu başqa malları götürüb aparmışdır. Həmin malları həyətdən hissə-hissə olmaqla çıxarmışdır. Səhəri gün həmin malları taksi ilə Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 170 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Buzovna qəsəbəsində oğurluq üçün ev axtarırmış. Evlərin birində yaşayış olmadığını həmçinin 1 mərtəbəli olan evin yeni tikildiyini və təmirsiz olduğunu müşahidə etmişdir. Həmin evin pəncərəsini qırıb açmış və içəri daxil olmuşdur, divara çəkilmiş vəziyyətdə olan elektrik naqillərini qoparıb yığmağa başlamış, həmçinin yerdə olan yeni istifadə olunmayan naqilləri çıxarıb araba ilə daşımağa başlamışdır. Səhəri gün öz həyətində yandırıb metal əldə etmişdir. Sonra əldə etdiyi mettalları səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxslərə sataraq xatırlamadığı məbləğdə pul əldə etmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2022-ci il aprel ayının əvvəllərində gecə saatlarında Mərdəkan qəsəbəsi, Əncirlik deyilən bağ sahələri ilə gəzib oğurluq üçün ev axtararkən evlərin birində yaşayış olmadığını görüb düşünmüşdür ki, narkotik üçün pul əldə etmək üçün girib nəsə götürsün. Həmin evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Bağ evininin həyətində yerləşən qarajın divarından daş kubiki sökməklə daxil olmuş, həmin qarajdan 3 ədəd mis qab, 2 ədəd “LG” markalı kondisioner, köhnə maqnitafonu götürüb çıxmışdır. Həmin vaxt qarajda olan «Akay» markalı maqnitafon, 2 ədəd «Panasonik » markalı videomaqnitafon, 4 ədəd “Mersedes” markalı avtomobilin diskləri, xrustal çılçıraq, qab-qacaq dəstini götürmək istəsə də aparmağa gücü çatmadığı üçün həmin əşyaları sonra götürmək barədə qərara gəlib 3 ədəd mis qab, 2 ədəd “LG” markalı kondisioneri, kohnə maqnitafonu götürüb çıxmışdır. Bir neçə gün sonra yenidən həmin qaraja gəlib «Akay» markalı maqnitafon, 2 ədəd “Panasonik” markalı videomaqnitafon, 4 ədəd “Mersedes” markalı avtomobilin diskləri, xrustal çılçıraq, qab-qacaq dəstini də oğurlamışdır. Həmin malları həyətinə yığıb bir neçə gün ərzində Sabunçu bazarında tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 2022-ci il mart ayının sonlarında gecə saatlarında Buzovna qəsəbəsi, M.Musayev küçəsi ilə gəzib oğurluq üçün ev axtararkən evlərin birində yaşayış olmadığını görüb həmin evin həyətinə hasardan aşmaqla, evə isə pəncərəni sındırıb daxil olmuşdur. Evin zirzəmisinə düşüb orada olan “Bosch” markalı perefaratoru, bir ədəd balaca pelefaratoru, laqundanı, drel və açar dəstini götürüb yaşadığı həyətə aparmışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 330 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il aprel ayının ortalarında gecə saatlarında Binə qəsəbəsi, Atçılıq massivi ilə gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb həyətə hasarı aşmaqla daxil olmuş, həyətdə olan əl damına isə qapısını açmaqla daxil olaraq həmin damdan 3 ədəd vedrəni, manqalı, bir neçə taxta parçasını, bir neçə torbada mismarları, reykaları, plasmas boruları, bir neçə ədəd dəmir boruları arabaya yükləyərək oradan oğurlamışdır. Səhəri gün malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 220 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Bundan başqa, 2022-ci il aprel ayının əvvəllərində gecə saatlarında Şüvəlan qəsəbəsi bağlar massivində gəzib oğurluq üçün ev axtararkən həyətlərdən birində yaşayış olmadığını görüb girmək istəmişdir. Hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətdə su motoru və ətrafında olan aliminium barmaqlığı, elektrik naqilini sökmüşdür. Arabaya yükləyərək oradan oğurlamışdır. Bir neçə gün sonra eyni qayda ilə malları taksiyə qoyaraq Sabunçu BİT bazarında tanımadığı şəxsə özününkü kimi təqdim edib 100 manata satmış, həmin pullarla bir neçə gün narkotik istifadə etmişdir. Törətdiyi əməllərdən səmimi peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi zərərı ödəyə və zərərçəkmiş şəxslərlə barışa bilməmişdir. Bununla belə, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs11 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişlər ki, o, onlara dəymiş maddi zərərı ödəməsə də, onlar onu bağışlamışlar, ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Zərərçəkmiş şəxs X5 mülki iddiasını isə oğurlanmış əşyaların qiymətlərinin iddia ərizəsində çox yüksək göstərilməsi səbəbindən qəbul etmir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini, mülki iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən X10 göstərdi ki, Şüvəlan qəsəbəsində yerləşən fərdi nömrəsiz bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il saat 17 radələrinədək olan müddət ərzində bağ evindən oğurluq olmuşdur. Naməlum şəxs və ya şəxslər hasarın üzərindən aşmaqla həyətə daxil olaraq pəncərəni sıxıb açmaqla evə daxil olmuş, evdən dəyəri 350 manat olan soyuducu motoru, dəyəri 90 manat olan soyuducu motoru, dəyəri 2000 manat olan elektrik generatoru, dəyəri 600 manat olan boru və ştanqa, ümumi dəyəri 1200 manat olan 3 ədəd aliminium qapı, hər birinin dəyəri 50 manat olan 3 ədəd pəncərə, hər birinin dəyəri 240 manat olan 2 ədəd oksigen balonu, dəyəri 300 manat olan hamam vannası, ümumi dəyəri 480 manat olan 4 ədəd dəmir boru, ümumi dəyəri 1296 manat olan 12 ədəd 6 metrlik şveller, dəyəri 200 manat olan paltaryuyan maşın, ümumi dəyəri 120 manat olan mexaniki tərəzi və çəki daşları oğurlamışdır. Oğurluq nəticəsində ona cəmi 7266 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Təqsirləndirilən şəxsə - mülki cavabdehə qarşı vurulmuş zərərın əvəzi olaraq ümumilikdə 7266,00 (yeddi min iki yüz altmış altı) manat pulun alınaraq ona verilməsi barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxsə cəza təyini zamanı bunların nəzərə alınmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs34 göstərdi ki, Xaşaxuna qəsəbəsində bağ evi vardır. Həmin bağ evindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində oğurluq olmuşdur. xx.xx.2022-ci il tarixdə evə gələndə evin giriş qapısının sındırıldığını və evdə olan ümumi dəyəri 600 manat olan 4 ədəd istilik radiatoru, dəyəri 120 manat olan 01 ədəd su motoru, ümumi dəyəri 200 manat olan hamam aksesuarlarının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 920 manat zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 göstərdi ki, ona məxsus Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bağ evindən daxil olub oğurluq etmişlər. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O, oğurluğu aşkar etmiş və polis əməkdaşlarına zəng vurmuş, gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həyətə hasardan aşmaqla, evə isə plastik qapını sıxıb açaraq daxil olmuşlar. Evdən dəyəri 450 manat olan 1 ədəd qəlyan, hər birinin dəyəri 150 manat olan 2 ədəd samovar, bir ədəd 100 manat dəyərində vayfay aparatı, cəmi 440 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini oğurlamışlar. Oğurluq barədə DİN “102” xidmətinə məlumat vermiş və polis əməkdaşları baxış keçirib çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 1290 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs28 göstərdi ki, Şüvəlan qəsəbəsində yerləşən 24 nömrəli bağ evi var və arabir həmin bağa gəlib istirahət edir. Sonuncu dəfə 30 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində həmin bağda olmuşdur. 01 yanvar 2022-ci il tarixdə təxminən saat 15 radələrində qeyd olunan bağa gedərkən məlum olmuşdur ki, evin mətbəx otağının qarşısında çöl tərəfdə olan 01 ədəd mis samovar oğurlanmışdır. Belə ki, həmin samovarı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun həyətinə bitişik olan həmin həyətdən və həmin həyətdən onun həyətinə açılan kiçik ölçülü qapıdan daxil olmaqla 1150 manat dəyərində samovarı oğurlamışdır. Oğurluq nəticəsində ona cəmi 1150 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs30 göstərdi ki, Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 15 ünvanda yerləşən şəxsi bağ evi var. Həmin evdə əsasən yay aylarında yaşayırlar. 04 noyabr 2021-ci il tarixdən 06 fevral 2022ci il tarixədək olan müddət ərzində Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 15 ünvanda yerləşən ona məxsus evdən ümumilikdə 6 dəfə oğurluq olmuşdur. Birinci oğurluq 05 oktyabrdan 04 noyabra qədər müddətdə olmuşdur. Belə ki, birinci dəfə 04 noyabr 2021-ci il tarixdə təxminən saat 13 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə üçüncü mərtəbənin eyvanındakı açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki televizor altının üzərindən qiyməti 1200 manat olan bir ədəd “LG” markalı televizoru oğurlayıb aparıb. Həmin vaxt şəxsi problemləri ilə əlaqədar vaxtı olmadığından bu barədə heç bir yerə şikayət etməmişdir. 11 dekabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdən ümumilikdə 3500 manat dəyərində müxtəlif ölçülü elektrik naqillərini və elektrik avadanlıqlarını söküb çıxardaraq oğurlayıb aparmışlar. O, ərazinin sahə inspektorunu çağıraraq bu barədə məlumat vermiş, lakin ərizə yazmamışdır. 16 dekabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə birinci mərtəbənin pəncərəsini sındırmaqla qanunsuz daxil olub evin ikinci mərtəbəsində quraşdırılmış ümumilikdə qiyməti 2000 manat olan 7 ədəd radiator və krantları oğurlayıb aparmışlar. 18 yanvar 2022-ci il tarixdə təxminən saat 10 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə ikinci mərtəbənin eyvanındakı pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq birinci mərtəbəki otaqdan ümumilikdə qiyməti 2500 manat olan bir ədəd qiyməti 1000 manat olan “LG” markalı televizor, qiyməti 500 manat olan bir ədəd “Sony” markalı maqnitafon, bir ədəd qiyməti 600 manat olan mis samovarı və ümumilikdə qiyməti 400 manat olan mis çəngəl-qaşıq dəstlərini oğurlayıb aparıblar. 26 yanvar 2022-ci il tarixdə təxminən saat 09 radələrində polis əməkdaşları ona zəng edərək yaşadığı evdən oğurluq edən şəxsləri saxladıqları bildirmişlər və bununla bağlı onu çağırmışlar. O, bağ evinə gəlib görmüşdür ki, evin ikinci mərtəbəsindəki pəncərədən evə daxil olmaqla ikinci mərtəbəki otaqdan qiyməti 1000 manat olan bir ədəd “Samsung” markalı televizor, birinci mərtəbəki otaqdan isə qiyməti 1200 manat olan bir ədəd xalça, qiyməti 900 manat olan bir ədəd xalça, qiyməti 800 manat olan bir ədəd xalça və qiyməti 100 manat olan bir ədəd xalça oğurlanıb. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 4000 manat dəyərində zərər dəyib. Sonuncu dəfə 06 fevral 2022-ci il tarixdə səhər saat 05 radələrində bağ evindən ümumilikdə 1500 manat dəyərində bir ədəd qiyməti 200 manat olan radiator, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 600 manat olan iki ədəd hamam üçün radiator, bir ədəd qiyməti 300 manat olan “Siemens” markalı soyuducunun motoru, bir ədəd qiyməti 200 manat olan “Beko” markalı soyuducunun motoru və ümumilikdə qiyməti 400 manat olan suvenir əşyalar oğurlanıb. Bundan başqa, evinə oğurluq etməyə girən şəxslər evin qapı və pəncərələrini sındırmaqla ona ümumilikdə 300 manat zərər dəyib. 04 noyabr 2021-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək olan müddət Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 15 ünvanda yerləşən mənə məxsus evdən baş vermiş oğurluq hadisələri nəticəsində ümumilikdə 14700 manat məbləğində əmlakı oğurlanıb. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs19 göstərdi ki, hazırda dayısı Tofiq Məmmədova məxsus Şağan qəsəbəsi nömrəsiz bağ evi vardır. Həmin evdə yaşayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi saat 13 radələrinədək olan müddət ərzində evdə olmadığı müddət ərzində oradan oğurluq olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər həyətin giriş qapısını sındırmaqla həyətə daxil olub həyətdə olan dəyəri 1000 manat olan kombi aparatını oğurlamışlar. Sonradan eşitmişdir ki, Mikayıl adlı şəxs oğurlamışdır. Oğurluq nəticəsində ona cəmi 1000 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 göstərdi ki, xx.xx.2022-ci il saat 02 radələrindən saat 09 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı Zirə qəsəbəsində yerləşən evinin həyətinə hasardan aşmaqla daxil olmuş, həyətində olan saxlanc yeri olan damın qapısının qıfılını qırıb daxil olaraq dəyəri 200 manat olan 01 ədəd qaynaq aparatı, hər birinin dəyəri 100 manat olan 2 ədəd alüminium su çəni, dəyəri 50 manat olan bir ədəd dreli, dəyəri 100 manat olan bir ədəd laqundanı, ümumi dəyəri 200 manat olan 130 metr uzunluqda 4 mmlik elektrik naqili, dəyəri 30 manat olan 1 ədəd damkrat, ümumi dəyəri 20 manat olan avtomobil açar komplekti, ümumi dəyəri 200 manat olan 3 ədəd projektor oğurlanmışdır. Oğurluq barədə DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları baxış keçirib çıxıb getmişlər. Sonradan məlum olmuşdur du ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 1000 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, lakin o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, ona məxsus Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən bağ evindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində oğurluq olmuşdur. Naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə, oradan da evə plastik pəncərəni qırmaqla daxil olmuşlar. Həyətdə hasarın üzərindən, cəmi dəyəri 200 manat olan 300 metr uzunluqda 2,5 mm ölçüdə elektrik naqili, evin içindən dəyəri 150 manat olan 1 ədəd direl, hər birinin dəyəri 50 manat olan 2 ədəd balaca direl, cəmi dəyəri 180 manat olan 300 metr uzunluqda 2,5 mm-lik elektrik naqili, dəyəri 60 manat su kranı, dəyəri 30 manat olan bir ədəd traynik, dəyəri 30 manat olan bir ədəd radio oğurlanmışdır. O bu barədə ərizə ilə müraciət etmiş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, evindən Mikayıl adlı şəxs oğurluq etmişdir. Oğurluq hadisəsi nəticəsində 750 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Səfər Çil Arif oğlu göstərdi ki, Buzovna qəsəbəsi, M.Musayev küçəsində yerləşən dostu Murada məxsus evin zirzəmisində özünə məxsus tikinti alətlərini saxlayırmış. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin alətlər evin zirzəmisindən oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə evə baş çəkən zaman evin birinci mərtəbəsində olan pəncərənin sındırılmış vəziyyətdə olmasını görmüşdür. Dərhal zirzəmiyə düşmüş və məlum olmuşdur ki, evin zirzəmisindən dəyəri 800 manat olan “Bosch” markalı pereparator, dəyəri 100 manat olan kiçik ölçülü pereparator, dəyəri 60 manat olan kiçik drel, dəyəri 160 manat olan kiçik laqunda, dəyəri 880 manat olan açar dəsti oğurlanmış, cəmi 2000 manat zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, lakin o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs27 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus olan Binə qəsəbəsi, Atçılıq massivində yerləşən torpaq sahəsində əl damından 3 ədəd hər birinin dəyəri 3.50 qəpik olan vedrələrin, 01 ədəd 100 manat dəyərində işlənmiş manqalın, 10 metr uzunluğunda hər birinin dəyəri 12 manat olan 5 ədəd 5x15 ölçüdə işlənmiş taxtaların, 50 kq 100 manat dəyərində mismarın və 01 ədəd 25 manat dəyərində elektrik açarının, 5 ədəd 2 metrəlik hər birinin dəyəri 3 manat olan reykaların, 10 manat dəyərində plasmas boruların, 100 manat dəyərində dəmir boruların oğurlanması nəticəsində ona 420,5 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Mikayılın oğru və cinayətkar olduğunu bilsə də qohum olduğu üçün hərdən evə gəlib-gedirmiş. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə deyilmiş. Bir həyətdə olan anasının evində imiş. Lakin öz evi görsəndiyi üçün işığının yandığını görüb narahat olaraq evə gəlmişdir. Həyətdə qışqırmışdır ki, evdə kim var. Bu zaman evdən Mikayıl qaçaraq onun yanından keçmişdir. O, onu tanıyaraq qışqırmışdır ki, «Mikayıl, ayaq saxla, evimdə neynəyirdin». Mikayıl onu eşitsə də dayanmayaraq hasardan tullanıb qaçıb getmişdir. Sonra evə daxil olmuş və görmüşdür ki, ev tam olaraq dağılmış vəziyyətdədir. Anlamışdır ki, Mikayıl oğurluq edib. Sonra qızılların qablarının yerə olduğunu görmüşdür və “102” xidmətinə onu gəlib o vəziyyətdə görən bacısı zəng vurmuşdur. Evi axtaranda anlamışlar ki, yataq otağında dolabda olan 3000 manat nağd pul, cəmi dəyəri 2000 manat olan brilyant qaşlı qızıl komplekti, 500 manat dəyərində qadın qızıl boyunbağı, 500 manat dəyərində qadın qızıl qolbağı oğurlamışdır. Oğurluq nəticəsində ona cəmi 6000 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs21 göstərdi ki, Şüvəlan qəsəbəsi, Yeni sahədə yerləşən bağ evi vardır. Bağ evi nömrəsizdir. Bağ evinin həyətində olan əl damına tikinti materialları yığmışdır. 2021-ci ilin oktyabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həyətə hasardan aşaraq daxil olub həmin əl damının qapısının qıfılını qırıb daxil olaraq dəyəri 300 manat olan 40 metr elektrik naqili, ümumi dəyəri 300 manat olan 40 ədəd 2 metrəlik dəmir borular, ümumi dəyəri 700 manat 7 ədəd şveller, dəyəri 400 manat olan 13 ədəd 3 metrəlik armaturlar, ümumi dəyəri 300 manat olan təxminən 30 ədəd xırda armatur qırıqları, 80 manat dəyərində bir ədəd traynik, ümumi dəyəri 500 manat olan dəmir tikinti materialları oğurlamışlar. Sonradan məlum olmuşdur ki, oğurluğu Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 2580 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs32 göstərdi ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində bağ evi vardır. Həmin ünvanda yaşamasa da mütəmadi baş çəkir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs həmin bağdan oğurluq etmişdir. Belə ki, pəncərədən daxil olaraq evdən dəyəri 2200 manat olan kombi aparatı, dəyəri 1390 manat olan kombi sisteminə məxsus boyler, hər birinin qiyməti 30 manat olan 2610 manat dəyərində 87 ədəd radiator, hər birinin dəyəri 230 manat olan 2 ədəd su nasosu, dəyəri 700 manat olan yüksək təzyiqli su nasosunu gizli olaraq oğurlamışlar. Hadisə nəticəsində ona 7360 manat maddi zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş zərərın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə, Zərərçəkmiş şəxs16 isə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəməyə gələ bilmədiklərini, onlara dəymiş zərərın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini, ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini bildirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Ədil qızı, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs33, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs18 isə heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmiş, onların məhkəməyə məcburi gətirilmələri barədə qərarlar polis əməkdaşları tərəfindən icra oluna bilməmişdir. Həmin zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirak edə bilməmələri və iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələr elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, ona məxsus Mərdəkan qəsəbəsi, Əncirlik adlanan ərazidə yerləşən bağ evininin həyətində yerləşən qarajın divarın daş kubiki sökməklə daxil olub oğurluq etmişlər. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O, oğurluğu aşkar etmiş və polis əməkdaşlarına zəng vurmuşdur, gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, evdən ümumi dəyəri 200 manat olan 3 ədəd mis qablar, hər birinin dəyəri 500 manat olan 2 ədəd “LG” markalı kondisionerləri, dəyəri 100 manat olan bir ədəd kohnə maqnitafonu oğurlamışlar. Polis əməkdaşları baxış keçirib çıxıb getmişlər. Həmin günü o da çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən səhər saatlarında yenidən bağa gələndə görmüşdür ki, yenidən həmin dəlikdən bağda olan qaraja daxil olaraq naməlum şəxs və ya şəxslər oğurluq etmişlər. Məlum olmuşdur ki, yenidən evdən dəyəri 2000 manat olan «Akay» markalı maqnitafon, hər birinin dəyəri 500 manat olan 2 ədəd «Panasonik 7EE» markalı videomaqnitafon, ümumi dəyəri 600 manat olan 4 ədəd “Mersedes” markalı avtomobilin diskləri, dəyəri 500 manat olan xrustal çılçıraq, ümumi dəyəri 500 manat olan qab-qacaq dəsti oğurlanmışdır. 2-ci oğurluq hadisəsi 5 apreldən 7 aprelədək olan müddətdə baş vermişdir. 1-ci oğurluq hadisəsi nəticəsində 1200 manat, 2-ci oğurluq hadisəsi nəticəsində isə 4600 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 93A ünvanında bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bağ sahəsində olmadığı müddət ərzində oradan oğurluq olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə daxil olmuşlar və həyətdə olan hər birinin dəyəri 200 manat olan 2 ədəd su motoru və hidrofor, hər birinin dəyəri 200 manat olan iki ədəd qapı, hər birinin dəyəri 100 manat olan 2 ədəd şveller, cəmi dəyəri 200 manat olan 70 metr uzunluğunda elektrik naqili, ümumi dəyəri 700 manat olan 7 ədəd dirək işıqları, dəyəri 800 manat olan 1 ədəd kondisioner, ümumi dəyəri 1000 manat olan komplekt mətbəx avadanlığı - stol, stul, dəyəri 150 manat olan 1 ədəd plastik qapı oğurlanmışdır. Oğurluq barədə polisə məlumat vermiş və gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 3850 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona məxsus olan Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən bağ evində olmadığı zaman naməlum şəxs və ya şəxslər tərəfindən hasardan keçmə yolu ilə həyətdə olan dəyəri 3800 manat olan generatoru, 4000 manat olan elektrik tənzimləyici aparatı, 300 manat dəyərində soyuducu motorunu oğurlamışlar. Oğurluq nəticəsində mənə cəmi 8100 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onun Zirə qəsəbəsində yerləşən fərdi nömrəsiz bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 13 radələrinədək olan müddət ərzində bağ evindən oğurluq olmuşdur. Naməlum şəxs və ya şəxslər hasarın üzərindən aşmaqla həyətə daxil olub, həyətdə çəkilmiş bütün elektrik naqillərini qopararaq oğurlamışlar. Evin qapısını aça bilmədiyi üçün oğru evin damının lambir hissəsini söküb alçıpanı sökərək içəri girmişdir. Evdən dəyəri 100 manat olan DVD maqnitafon, dəyəri 200 manat olan samovar, ümumi dəyəri 500 manat olan elektrik naqilini oğurlamışdır. Oğurluq barədə polisə məlumat vermiş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, evdən Mikayıl adlı şəxs oğurluq etmişdir. Oğurluq nəticəsində ona cəmi 800 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Qala qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən 12 sot torpaq səhəsinin içərisində nömrəsiz fərdi bağ evi vardır. Sonuncu dəfə təxminən 2021-ci ilin dekabr ayında olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində bağ sahəsinə gələndə aşkar etmişdir ki, naməlum şəxs hasardan aşaraq həyətə daxil olmuş, pəncərənin dəmir barmaqlığını kəsıb aralayaraq evə daxil olmuşdur. Qonaq otağında olan bir ədəd televizoru həmin pəncərəndən çıxarıb aparmışdır. Evin giriş qapısını açmağa cəhd etmiş, lakin aça bilməmişdir. Həmçinin zirzəminin qapısını açmış, lakin zirzəmidə dəyərli heç nə olmadığından aparmamışlar. Həyətdə olan su matorunu aparmağa cəhd etmiş, lakin yerindən çıxara bilməmişdir. Həmçinin həyətdən çıxarkən hasardan aşmış, həmin vaxt evdən aparmaq istədiyi 12 ədəd şişi də apara bilməmişdir. Oğurluğu aşkar edən kimi DİN “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, oğurluğu Mikayıl adlı şəxs törətmişdir. Aydın olmuşdur ki, oğru evdən 1200 manat dəyərində bir ədəd “Samsung” markalı televizor aparmışdır. Başqa heç nə oğurlanmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, ona məxsus Mərdəkan qəsəbəsi, 830 №-li bağ evinə daxil olub oğurluq etmişlər. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O oğurluğu aşkar etmiş və polis əməkdaşlarına zəng vurmuşdur, gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həyətə hasardan aşmaqla, evə isə qapını açmaqla daxil olmuşlar. Qarajın qıfılını qırmaqla daxil olmuşlar. Qarajdan ümumi dəyəri 150 manat olan velosipedin oturacağı, işıq və sıqnalını, evdən ümumi dəyəri 1600 manat olan antik aşyaları (saatlar, retro vintaj), ümumi dəyəri 680 manat olan iki cüt “Puma” markalı qırmızı rəngli yeni krasovkaları, yivsiz ov silahına aid olan hər birinin dəyəri 1 manat olan 45 manat dəyərində 12 kalibr 45 ədəd döyüş sursatı olan patronları həyətdən dəyəri 260 manat olan elektrik naqillərini oğurlamışlar. Oğurluq barədə DİN “102” xidmətinə məlumat vermiş və polis əməkdaşları baxış keçirib çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, oğurluğu Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona 2735 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Ədil qızının elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, ona məxsus olan Şüvəlan qəsəbəsindəki bağ evində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həyətdə olan dəyəri 300 manat olan su motoru və ətrafında olan 100 manat dəyərində alüminium barmaqlığı, dəyəri 30 manat olan elektrik naqili oğurlanmışdır. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər hasardan aşmaqla həyətə daxil olmuşlar. O, oğurluq barədə polisə məlumat vermiş və polis əməkdaşları evə gələrək həyətə baxış keçirmişlər. Oğurluq nəticəsində ona cəmi 430 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, hazırda Qala qəsəbəsi Xaşa-xuna qəsəbəsində fərdi bağ sahəsi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bağ sahəsində olmadığı müddət ərzində oradan oğurluq olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə oradan da evə daxil olmuşlar. Evin plastik pəncərəsini çöldən oboy bıçağı ilə açaraq daxil olmuşlar. Evdən 1 ədəd dəyəri 500 manat olan odun samovarı, bir ədəd dəyəri 200 manat olan perefarator, bir ədədi 10 manat olan 15 ədəd led işıqlar oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 850 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Mərdəkan qəsəbəsində 2306A saylı bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bağ sahəsində olmadığı müddət ərzində oradan oğurluq olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə daxil olmuşlar və həyətdə olan 300 manat dəyərində qaynaq aparatı, 200 manat dəyərində 50 metr uzunluğunda elektrik naqili, 150 manat dəyərində “Bosch” markalı dreli, 100 manat dəyərində “Bosch” markalı laqundanı oğurlamışlar. Oğurluq barədə polisə məlumat vermiş və gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 750 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarından xx.xx.2022-ci il tarixdə səhər saatlarınadək olan müddət ərzində ona məxsus olan Şüvəlan qəsəbəsi, H.Məmmədbəyli küçəsində yerləşən bağ evində naməlum şəxs və ya şəxslər tərəfindən hasardan keçmə yolu ilə həyətdə olan əl damının qapısının açıq olmasından istifadə edərək damın içərisində olan ümumi dəyəri 450 manat olan 20-25 ədəd 16-lıq və 20-lik, 4 metrlik mis boruları oğurlamışlar. Oğurluq vaxtı evdə olmuşdur, lakin heç bir səs-küy eşitməmişdir. Belə ki, oğurluq həyətdə olduğundan heç nə bilməmişdir. Oğurluq nəticəsində ona cəmi 450 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onun Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən bağ evi vardır. Həmin bağ evində yaşamır, lakin mütəmadi olaraq oraya baş çəkirlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər bağ evindən oğurluq etmişlər. Oğru bağ evinin həyətinə hasardan aşmaqla, evə isə qapının qıfılını qırıb daxil olmuşdur. Evdən ümumi dəyəri 1000 manat olan 3 ədəd çılçıraq, hər birinin dəyəri 5 manat olan 50 ədəd şiş, dəyəri 100 manat olan su elektrik nasosu oğurlanmışdır. O, oğurluğu aşkar etdikdən sonra DİN “102” xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Oğurluq nəticəsində ona cəmi 1350 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, ailəsini dolandırmaq üçün tikinti işləri ilə məşqul olur. X1 məxsus olan Şüvəlan qəsəbəsində yeni sahədə yerləşən torpaq sahəsində ev tikməyi öhdəliyinə götürmüşdür. Evin tikintisi üçün ümumilikdə 34 ton armatur və katinka almışdır. Evin tikintisindən sonra təxminən 2 ton, yəni 200 ədəd 12 metrlik 12 mml-ik armatur ev tikintisindən artıq qalmışdır. Həmin armaturlar hasarın tikintisində istifadə olunacaqmış. Qeyd edilən ünvanda oğurluq hadisələrinin baş verməməsi üçün Eyyub adlı şəxsi qeyd edilən ünvanda gözətçi kimi orada qalmasına razılaşmışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində o, qeyd edilən ünvana gəldikdə həmin gün armaturları yoxlamaq qərarına gəlmiş və sayanda məlum olmuşdur ki, 2 ton armatur oğurlanıb. Həyətə baxdıqda həyətdə olan armaturların oğurlandığını aşkar etmişdir. Armaturlar barəsində Eyyubdan soruşanda Eyyub ona armaturlarlın harada olmasından xəbərinin olmamasını bildirmişdir. 4-5 ədədi olmasını və onlarıda evin altına qoymasını bildirmişdir. O, 2 ton armatur olmamasını bildirmişdir. Beləliklə, aydın olmuşdur ki, armaturlar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində oğurlanmışdır. Hər gecə mühafizəçi arxada olan köhnə tikilidə olmuşdur. Çox güman ki, armaturları hissə-hissə olmaqla gəlib aparmışlar. Qarovulçu arxa evdə yatdığı üçün eşitməmişdir. Belə ki, mühafizəçinin yatdığı ev əsas tikilinin arxa tərəfində yerləşir və orada yatanda qabaq yeni tikilidə baş verənləri görmür. Oğurluq hadisəsi zamanı ona 3300 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona məxsus Şüvəlan qəsəbəsi, Sabir küçəsi 85 ünvanında yerləşən bağ evinin həyətindən oğurluq olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə həmin bağ evinə gələndə məlum olmuşdur ki, işıq yoxdur. Əvvəlcə düşünmüşlər ki, işığı kəsiblər. Lakin sonradan məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə daxil olub ümumi dəyəri 825 manat olan 150 metr uzunluğunda hasarın üzəri ilə içəri tərəfdən gedən mis elektrik naqilinı oğurlamışlar. Oğurluq nəticəsində ona cəmi 825 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Buzovna qəsəbəsində bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan müddət ərzində naməlum şəxs ümumi dəyəri 228 manat olan 150 metr uzunluqda 2,5-lik elektrik naqillərini, ümumi dəyəri 600 manat olan 250 metr uzunluqda 4-lük elektrik naqillərini sökməklə, istifadə olunmamış ümumi dəyəri 972 manat olan 405 metr uzunluqda 4-lük elektrik naqillərini götürməklə gizli olaraq talamışdır. Oğurluq nəticəsində ona cəmi 1800 manat dəyərində maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Şüvəlan qəsəbəsi, 3 saylı Zeytunluq sovxozunun ərazisində yerləşən yeni yaşayış massivindəki bir mərtəbəli fərdi yaşayış evinin tikintisinin həyata keçirilməsi ilə bağlı görülən işlərə baş usta kimi nəzarət etmişdir. Həmçinin Nizami və Səməd adlı ustaları da cəlb etmiş və onları məsuliyyətli işçi kimi bilsə də onlar etibarından istifadə edərək yaxşı iş görmək əvəzinə ərtıq qazanc əldə etmək niyyəti güdmüşlər. Belə ki, vaxtaşırı onların işinə nəzər salarkən keyfiyyətsiz iş görmələrini izləmişdir. Həmin şəxslərə belə keyfiyyətsiz iş görməmələri barədə xəbərdarlıq etsə də onlar keyfiyyətsiz işləməyə davam etmişlər. Bundan başqa işlədikləri evdən müxtəlif vaxtlarda 500, 800, 1000 və 1200 manat məbləğində tikinti materialları oğurlanmışdır. Lakin həmin məbləğ az olduğundan həm də ev sahibi ilə aralarında problem yarana biləcəyini düşünüb şikayət etməmişdir. Oğurlanmış malları öz şəxsi vəsaiti hesabına aldığı üçün maddi zərər da özünə dəymişdir. Beləliklə, müəyyən olunmuşdur ki, 2021-ci il avqust ayından dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla bir neçə dəfəyə həyət darvazası olmayan və təmir işi gedən bağ evinin həyətindən ümumi dəyəri 6000 manat olan elektrik naqilləri naməlum şəraitdə oğurlanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, "xxxx" MMC-ə məxsus Qala qəsəbəsi Zeytunçuluq sovxozunda yerləşən 1953 manat dəyərində 57 mm olan 57 ədəd polad dirək, 45 metr uzunluqda dəmir tor hasar naməlum şəxs tərəfindən sökülərək oğurlanmışdır. Hadisə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Sonradan o, eşitmişdir ki, oğurluğu Mikayıl adlı şəxs törətmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi bağ evi vardır. Ona məxsus Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi bağ evindən daxil olub oğurluq etmişlər. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. O oğurluğu aşkar etmiş və polis əməkdaşlarına zəng vurmuşdur, gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həyətə hasardan aşmaqla, evə isə pəncərəni sıxıb açaraq daxil olmuşlar. Evdən hər birinin dəyəri 400 manat olan 2 ədəd süd sağan aparat, ümumi dəyəri 200 manat olan 30 kq qoz, ümumi dəyəri 150 manat olan tikinti alətləri oğurlamışlar. Oğurluq barədə DİN “102” xidmətinə məlumat vermiş və polis əməkdaşları baxış keçirib çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 1150 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona məxsus Şüvəlan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz 3 mərtəbəli bağ evindən oğurluq olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə həmin bağ evinə gələndə məlum olmuşdur ki, təmirsiz olan evin divarlarına yerləşdirilmiş 4500 manat dəyərində 1000 metr mis elektrik naqilini oğurlamışlar. Sonradan məlum oldu ki, naməlum şəxs və ya şəxslər hasardan aşaraq həyətə daxil olub, həyətdən də qapı pəncərəsi olmayan yeni tikilmiş 3 mərtəbəli evə daxil olub divarlarda olan bütün elektrik sistemini qoparıb qıraraq oğurlamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrindən, xx.xx.2021-ci il saat 09 radələrində olan müddət ərzində naməlum şəxs Mərdəkan qəsəbəsi, Bağlar sahəsində yerləşən yarıtikili evinə həyətə hasardan aşaraq daxil olaraq, yarımçıq tikili olan evə daxil olaraq evdən ümumi dəyəri 3250 manat olan 2 mm-lik, 4 mm-lik, 6-mm-lik 30 top kabeli oğurlamışlar. Oğurluq barədə polisə məlumat vermiş və gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan məlum olmuşdur ki, oğurluq hadisəsini Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 3250 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onun Buzovna qəsəbəsi, "xxxx" MTK yaxınlığında 13 saylı bağ evi vardır. Həmin evin tikintisini yeni bitirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrindən xx.xx.2022-ci il tarixdə saat 9 radələrinədək olan müddət ərzində bağ evindən oğurluq olmuşdur. Naməlum şəxs və ya şəxslər hasarın üzərindən aşmaqla həyətə daxil olaraq pəncərəni sıxıb açmaqla evə daxil olmuş, evdən iç tərəf divarda çəkilmiş ümumi dəyəri 800 manat olan elektrik naqillərini qopararaq oğurlamışdır. Həmçinin bir ədəd 160 manat dəyərində qaynaq aparatını, bir ədəd 80 manat dəyərində laqundanı oğurlamışlar. Oğurluq nəticəsində ona cəmi 1040 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onun Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində fərdi nömrəsiz bağ evi vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində, naməlum şəxs və ya şəxslər onun Xaşa-xuna bağlar massivində yerləşən fərdi nömrəsiz bağ evinə həyətə hasardan aşmaqla, evə isə pəncərə üzərində olan dəmir barmaqlığı sındıraraq daxil olmaqla oğurluq etmişlər. O oğurluğu aşkar edən kimi DİN “102” xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlib baxış keçirmişlər. Aydın olmuşdur ki, evdən dəyəri 200 manat olan bir ədəd xalça, dəyəri 200 manat olan bir ədəd musiqi mərkəzi, cəmi dəyəri 200 manat olan 20 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, oğurluğu Mikayıl adlı şəxs törətmişdir. Oğurluq nəticəsində ona cəmi 600 manat maddi zərər dəymişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində videoçəkilişlə yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3916 saylı rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş 22 ədəd çay qaşığının hər biri 1 manata olmaqla 22 manat, 01 ədəd bıçaq 1 manat, 03 ədəd çəngəl hər birinin dəyəri 1 manat olmaqla cəmi 3 manat, 1 cüt qaraqırmızı rəngli idman ayaqqabısı (krasovka) 15 manat, qəlyan 50 manat təşkil edir. Ekspert tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 91,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarixli 9/2120 saylı rəyindən görünür ki, - bir ədəd 130 sm x 80 sm ölçülü üzərində Miki Maus şəkli olan xalça - 50 manat; - bir ədəd 3 m x 1,40 m ölçülü üzərində müxtəlif naxişlar olan 5 gül toxunma xalça - 600 manat; - bir ədəd 2,40 m x1,30 m ölçülü üzərində müxtəlif naxışlar olan toxunma xalça - 470 manat; - bir ədəd 2,80 m x 2 m ölçülü üzərində müxtəlif naxışlar olan sadə xalça - 110 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 4 ədəd xalçanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1230 manat müəyyən olunur. Həmin xalçaların adları və qiymətləri rəyin tdqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022ci il tarixli 22/428R saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən vət.Zərərçəkmiş şəxs16 bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərində yapışdırılmış 05 ədəd yapışqanlı lent kəsikləri üzərində olan 01 ədəd əl-barmaq izi şəxsiyyəti eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vət.Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022ci il tarixli 22/441R saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 15-də yerləşən, Zərərçəkmiş şəxs30 bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritələri müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 04 ədədi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta, sol əlinin orta (iki dəfə) barmaqları və sol əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/438R saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs16 məxsus bağ evində baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd «Kingston» və 01 ədəd «Prima» ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların (tüpürcək nümunəsi) Təqsirləndirilən şəxs (xx.xx.1997 Bakı şəhəri) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). İş materiallarından görünür ki, 01 cüt krasovka, 01 ədəd qəlyan, əldə olunmuş bir ədəd 130sm x 80sm ölçülü üzərində Miki Maus şəkli olan xalça, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalça, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalça və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalça maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs31 və Zərərçəkmiş şəxs11 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş maddi zərərı ödəməsə də, onlar onu bağışlamışlar, ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur, buna görə də təqsirləndirilən şəxsə müvafiq cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin baş müstəntiqi Ramil Mehdiyev tərəfindən ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul olunmuş və ayrıca icraatda araşdırma aparılmışdır. İş materiallarından görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi Xəzər RPİ-nin baş müstəntiqi Ramil Mehdiyev tərəfindən xx.xx.2022-ci il tarixdə ittiham aktı ilə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X11 rayonu Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cərimə tam ödənildiyindən, qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 04 may 2023-cü il tarixli 145587-21-1/2-10282-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəza müddəti 1 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 3 (üç) ay 11 (on bir) gün təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda zərər vurmaqla oğurluq etməsi, ov tüfənginə məxsus döyüş sursatını talaması cinayətlərini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs17 mülki iddiada göstərdiyi miqdardan daha az miqdarda malları oğurladığını göstərməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi bu cür ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşmançılıq çıkməsini, iki zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətlərinin və digər tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəza müddəti 1 (bir) il azaldılmış, 21 aprel 2022-ci il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7 (yeddi) ay 25 (iyirmi beş) gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 3 (üç) ay 11 (on bir) gün təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 21 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – 01 cüt krasovkanın, 01 ədəd qəlyanın, əldə olunmuş bir ədəd 130sm x 80sm ölçülü üzərində Miki Maus şəkli olan xalçanın, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş zərəra görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - zərər bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; zərər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı etiraf etmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs17iddia tələbini sübut edə bildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 7266,00 (yeddi min iki yüz altmış altı) manat tutularaq Zərərçəkmiş şəxs17 ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi zərərın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin zərərın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 35 iş saatına görə cəmi 210,00 (iki yüz on) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 19 iş saatına görə cəmi 144,00 (yüz qırx dörd) manat olmaqla ümumilikdə 354,00 (üç yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-233/2021 saylı 06 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası - Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 4 (dörd) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 01 cüt krasovkanın, 01 ədəd qəlyanın, əldə olunmuş bir ədəd 130sm x 80sm ölçülü üzərində Miki Maus şəkli olan xalçanın, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 7266,00 (yeddi min iki yüz altmış altı) manat tutularaq Zərərçəkmiş şəxs17 ödənilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X7 210,00 (iki yüz on) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144,00 (yüz qırx dörd) manat olmaqla ümumilikdə 354,00 (üç yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-25/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-25/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver