Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-265/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 fərdi evdə yaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yaşayış massivi ərazisində yerləşən 160 nömrəli xətt avtobusunun son dayancağının qarşısındakı hər tərəfi taxta ilə əhatə olunmuş daxili boş vəziyyətdə olan “adsız metal qəbulu məntəqəsi”nin içərisində heç kimin olmadığı vaxt istifadəsində olan mobil telefonunun işləməyən “WhatsApp” smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi proqramını yeniləməyə ona köməklik göstərmək üçün həmin otağa çağırdığı yaxınlıqdan keçən 05 mart 2010-cu il təvəllüdlü olmaqla hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona köməklik göstərəcəyi halda ondan pul istədikdə verəcəyi pulun müqabilində Zərərçəkmiş şəxs ilə arxa keçəcəyindən könüllü olaraq cinsi əlaqədə olacağına razılaşdıqdan sonra cinsi ehtirasını təmin etmək məqsədilə zor tətbiq etmədən Zərərçəkmiş şəxs əynindəki köynəyini çıxardıb sinəsini öpməklə əynindəki şalvarını aşağı çəkib özünün də əynindəki şalvarını aşağı çəkib cinsiyyət orqanını çıxardaraq gərginləşdirib nümayiş etdirməklə onun könüllülük əsasında sinə-döş nahiyəsini əlləri ilə sığallayıb öpməkdə davam edərək gərginləşdirmiş cinsiyyət orqanını zor tətbiq etmədən cinsi orqanına toxunmaqla Zərərçəkmiş şəxs arxa keçəcəyinə bir neçə dəfə sürtməklə Zərərçəkmiş şəxs cinsi ehtiras hissinin yaranmasına, seksual xarakterli sair hərəkətləri görməklə seyr etməyə yönəlmiş hərəkətlərlə, seksual münasibətlərə hazırlamaqla cinsi ehtirasını pozğun formada təmin edərək spermanı onun bədəninə ifraz edib özünü boşaldaraq hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, habelə Zərərçəkmiş şəxs seksual fəaliyyəti müşahidə etməyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yaşayış massivi ərazisində yerləşən 160 nömrəli xətt avtobusunun son dayancağının qarşısındakı hər tərəfi taxta ilə əhatə olunmuş daxili boş vəziyyətdə olan “adsız metal qəbulu məntəqəsi”nin içərisində heç kimin olmadığı vaxt oraya yenidən pul almaq üçün gələn 05 mart 2010-cu il təvəllüdlü olmaqla hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona köməklik göstərəcəyi halda ondan pul istədikdə verəcəyi pulun müqabilində Zərərçəkmiş şəxs ilə arxa keçəcəyindən könüllü olaraq cinsi əlaqədə olacağına razılaşdıqdan sonra cinsi ehtirasını təmin etmək məqsədilə zor tətbiq etmədən Zərərçəkmiş şəxs əynindəki köynəyini çıxardıb sinəsini öpməklə əynindəki şalvarını aşağı çəkib özünün də əynindəki şalvarını aşağı çəkib cinsiyyət orqanını çıxardaraq gərginləşdirib nümayiş etdirməklə onun könüllülük əsasında sinə-döş nahiyəsini əlləri ilə sığallayıb öpməkdə davam edərək gərginləşdirmiş cinsiyyət orqanını zor tətbiq etmədən cinsi orqanına toxunmaqla Zərərçəkmiş şəxs arxa keçəcəyinə bir neçə dəfə sürtməklə Zərərçəkmiş şəxs cinsi ehtiras hissinin yaranmasına, seksual xarakterli sair hərəkətləri görməklə seyr etməyə yönəlmiş hərəkətlərlə, seksual münasibətlərə hazırlamaqla cinsi ehtirasını pozğun formada təmin edərək spermanı onun bədəninə ifraz edib özünü boşaldaraq hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, habelə Zərərçəkmiş şəxs seksual fəaliyyəti müşahidə etməyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yaşayış massivi ərazisində yerləşən 160 nömrəli xətt avtobusunun son dayancağının qarşısındakı hər tərəfi taxta ilə əhatə olunmuş daxili boş vəziyyətdə olan “adsız metal qəbulu məntəqəsi”nin içərisində heç kimin olmadığı vaxt oraya yenidən pul almaq üçün gələn 05 mart 2010-cu il təvəllüdlü olmaqla hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona köməklik göstərəcəyi halda ondan pul istədikdə verəcəyi pulun müqabilində Zərərçəkmiş şəxs ilə arxa keçəcəyindən könüllü olaraq cinsi əlaqədə olacağına razılaşdıqdan sonra cinsi ehtirasını təmin etmək məqsədilə zor tətbiq etmədən Zərərçəkmiş şəxs əynindəki köynəyini çıxardıb sinəsini öpməklə əynindəki şalvarını aşağı çəkib özünün də əynindəki şalvarını aşağı çəkib cinsiyyət orqanını çıxardaraq gərginləşdirib nümayiş etdirməklə onun könüllülük əsasında sinə-döş nahiyəsini əlləri ilə sığallayıb öpməkdə davam edərək gərginləşdirmiş cinsiyyət orqanını zor tətbiq etmədən cinsi orqanına toxunmaqla Zərərçəkmiş şəxs arxa keçəcəyinə bir neçə dəfə sürtməklə Zərərçəkmiş şəxs cinsi ehtiras hissinin yaranmasına, seksual xarakterli sair hərəkətləri görməklə seyr etməyə yönəlmiş hərəkətlərlə, seksual münasibətlərə hazırlamaqla cinsi ehtirasını pozğun formada təmin edərək spermanı onun bədəninə ifraz edib özünü boşaldaraq hərəkətlərinin mahiyyətini dərk edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmiş, habelə Zərərçəkmiş şəxs seksual fəaliyyəti müşahidə etməyə cəlb etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ərazisində tullantı metal qabları toplamaqla məşğul olur. Zərərçəkmiş şəxs bir neçə dəfə onun oturduğu həmin yerə gəlmişdir. Təxminən 19 sentyabr 2024-cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs onun oturduğu köşkün yanında olan zaman sonuncuya telefonuna baxmasını xahiş etmişdir. Köşkün içində olan zaman Nurlan ondan pul istəmişdir. O, isə ona pul verəcəyini, lakin onunla “yaxın əlaqədə” olmasını istəmişdir. Bundan sonra Nurlanın razılığı ilə sonuncunun köynəyini soyunduraraq sinə nahiyyələrinə toxunaraq öpməyə başlamışdır. Daha sonra Nurlan yenə də onun yanına gələrək pul istəmişdir. O da ona yenidən 15 manat verərək onunla münasibətdə olmuşdur. Bu qaydada cəmi üç dəfə aralarında münasibət olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "117" nömrəli tam orta məktəbin 7-ci sinfində təhsil alır. Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yaşayış massivi ərazisində yerləşən əvvəllər köşk olan, lakin hazırda metal qəbulu məntəqəsi kimi fəaliyyət göstərən yer yaşadığı fərdi yaşayış evindən bir az uzaq məsafədə yerləşir. Yadında qalmayan tarixdə həmin köşkün qarşısından keçən zaman Ramil onu yanına çağıraraq telefonunu düzəltməsini istəmişdir. O, köşkə daxil olduqdan sonra Ramil köşkün qapısını bağlamışdır. Bundan sonra onun köynəyini çıxardaraq sinəsindən öpmüşdür. Eyni zamanda ona qarşı bir neçə dəfə pis hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində qeyd etdi ki, xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində yaşadıqları Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən oğlu Zərərçəkmiş şəxs öz otağından bayıra çıxmamış və anası onu bir neçə dəfə yeməyə səsləsə də Nurlan cavab verməmiş, təsadüfən onun üzərində olan yorğanı qaldırdıqda döş nahiyyəsində xəsarət izləri aşkar etmiş və bu barədə oğlunun özündən dəfələrlə soruşsa da, əvvəlcə ona heç nə demək istəməmişdir. Daha sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində naməlum şəxs xx.xx.2010-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qarşı Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən köşkdə seksual xarekterli hərəkətlər həyata keçirmişdir. O, dərhal Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən köşkə yollansa da, həmin şəxsi tapa bilməmiş və bu barədə DİN-in "102" xidməti zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər və ağır cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 yaşayış massivi ərazisində yerləşən əvvəllər köşk olan, lakin hazırda metal qəbulu məntəqəsi kimi fəaliyyət göstərən yerdə baş vermişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Məmmədzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkminş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, X1 Nurlan Orxan oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-377/2024 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 431 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində, həmçinin cinsiyyət üzvündə və anal dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 29,150.2.3, 228.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasını çəkib qurtarmışdır; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 443 nömrəli ekspert rəyinə görə Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilmədi; - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli 2971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən və əqli gerilikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik və əqli gerilik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, özünü psixolofi müdafiə etmək, başqalarına qarşı laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli psixi inkişafı nəzərə alınmaqla, öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin, o, situasiyadan asılı olaraq məqsədyönlü şəkildə yalan danışa bilər; - Məhkəmə psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2927 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs baş verənləri düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Zərərçəkmiş şəxs psixi inkişafı nəzərə alınmaqla ona qarşı edilmiş hərəkətlərin və yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən (sakit təbiətlilik, sadəlövhlük, özünü müdafiə etməkdə çətinlik çəkmək, konfliktə və mübahisəyə meyilli olmamaq və s.) və psixi-emosional halından (hadisə zamanı qorxu, həyəcan keçirməsi) asılı olaraq qarşı tərəfə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə təlqinə qapıla və başqalarının təsiri altında hərəkət edə bilər; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 150.2-1.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkəmə-tibbi ekspertizasının 07 mart 2025-ci il tarixli 59(əlavə) saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs anal dəlik nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən dəyişiklik, əlamət və həmçinin xəsarət aşkar edilmədiyindən qeyri-təbii yolla cinsi əlaqənin olması faktı məhkəmə-tibbi meyarlara əsasən inkar edilir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 150.2-1.1-ci maddəsindən CM-nin 153.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə (xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi və təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat olmaqla, cəmi 210 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-265/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-265/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver