Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-421/2021 08.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, dalan 3, ev 6da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 29-da yaşayan, barəsində Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 4(103)-504/2021 nömrəli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” deyilən ərazidən şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli naməlum şəxsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami 20 manata əldə edib, daşımaqla əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 16 avqust 2021-ci il tarixdə saat 09:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nə gətirilmış, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun heç bir fiziki, psixoloji və psixi qüsuru yoxdur. Ailə üzvləri ilə birlikdə yaşayır. 2013-cü ilin oktyabr ayında X8 ilə evlənmiş, bu nigahdan 14.11.2014-cü il təvəllüdlü X2 və 11.03.2019-cu il təvəllüdlü X4 adlı qızları dünyaya gəlmişlər. Hazırda onlar himayəsi altında yaşayırlar. Əvvəllər məhkum olunmamışdır. Təxminən son 3-4 aydır ki, narkotikovasitə olan heroini bəzən damarına iynə vurmaqla, bəzən isə tüstü vasitəsi ilə qəbul edir. Həmçinin arada bir metamfetamin adlı psixotrop maddəni də tüstü vasitəsi ilə bədəninə qəbul edir. Tam olmasa da nisbətən narkotik vasitədən asılı vəziyyətə düşmüşdür. Narkoman kimi heç bir yerdə qeydiyyatda deyildir. Bu barədə heç bir yerə müraciəti olmamışdır. Təxminən 6-7 aydır ki, heç bir yerdə işləmir. Əvvəllər isə ayrı-ayrı dəmir əritmə sexlərində, metal əritmə zavodlarında, bir ara Bizim marketlər şəbəkəsində fəhlə kimi işləmişdir. Son zamanlar isə pandemiya ilə əlaqədar işdən çıxmış, o zamandan bəri işləməmişdir. Arvadı müəllim işləyir. Hazırda onun qazancı ilə dolanırlar. Arada bir səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində Kubinka deyilən ərazidən üzdən tanıdığı adını və anket məlumatlarını bilmədiyi, kişi cinsli, təxminən 30-35 yaşları olan, arıq bədən quruluşlu, sifət cizgiləri yadında qalmayan, görsə tanıya biləcəyi, təxminən 2-3 ay bundan əvvəl elə həmin ərazidə təsadüfən tanış olduğu, gərək olduğu zaman ondan narkotik vasitə ala biləcəyi barədə sözləşdiyi şəxsdən bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə olan heroin və ya metamfetamin almış, onları hissə-hissə olmaqla gah iynə vasitəsi ilə damarına vurmuş, ya da tüstü kimi papirosun içərisində çəkməklə bədəninə qəbul etmişdir. 2021-ci ilin avqust ayının 16-da saat 08 radələrində yenə də həmin şəxsdən narkotik vasitə almaq üçün həmin yerə getmişdir. Həmin şəxs adətən səhər saatlarında Kubinkaya düşən yolda olurmuş. İşarə ilə ona lazım olan narkotiki oralarda bir yerə qoyur. Pulunu ona bir yerə qoymaqla verirsən, o isə gərək olan narkotiki verir. Yenə də adəti üzrə onunla göz-qaş işarələri ilə danışmışlar. Ona 15 manatlıq narkotik vasitə olan heroin, 5 manatlıq isə patı deyilən psixotrop maddə olan metamfetamin vermişdir. O isə ona 20 manat vermişdir. Onu yalnız üzdən tanıyır. Kim olduğunu bilmir. Həmin kişi cinsli şəxsdən 20 manata bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini və bir ədəd siqaretin qırmızı kağızına bükülmüş psixotrop maddə olan metamfetamini almışdır. Qeyd etdiyi narkotik vasitə olan heroini və metamfetamini şəxsi istifadəsi məqsədi ilə üzərində, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 09:30-da o, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində evinə getdiyi zaman özlərini ona polis əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılmış, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, həmin şəxslər onu Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. O, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı öz istifadəsi üçün aldığı bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini və bir ədəd siqaretin qırmızı kağızına bükülmüş metamfetamini təqdim etmiş, həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, onu bir az öncə Kubinkadan tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam edilmiş, üzərindən digər nəsə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən təqdim etdiyi bükülülər açılmış, onlara diqqətlə baxılmış, video çəkiliş aparılmış, bundan sonra isə həmin vasitələr qablaşdırılaraq götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib edilmiş, bütün sənədləri imza etmişdir. Ekspertiza təyin edilmiş, daha sonra isə onu Yasamal RPİ-nin MSY-nə təhvil vermişlər. Törətdiyi əməldən səmimi olaraq peşimandır. Əldə etdiyi maddələrim qanunla qadağan olunduğunu, bunları qanunsuz olaraq əldə etdiyini bilmiş, bunlara könüllü olaraq özü yol vermişdir. Narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etdiyini, qanunsuz saxladığını və daşıdığını bilmiş, bunları dərk etmişdir. Lakin qeyd etdiyi kimi son zamanlar narkotikin aludəçisinə çevrildiyindən bunları etməyə məcbur olmuşdur. Ona görə də onu üzürlü hesab etməyi xahiş etmişdir. Üzərinizdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etmiş, narkotik vasitə və psixotrop maddəni satmaq niyyəti olmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantıdır. Bakı şəhəri, Yasamal rayonu Nəriman Nərimanov küçəsi dalan 3, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi ev 29-da yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin Yasamal rayonunun inzibati ərazisində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş, bununla bağlı raportla müraciət etmiş, bölmə rəisinin əmri ilə qrup yaradılmışdır. O, qrupun rəhbəri, PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 isə qrupun üzvi kimi birlikdə müvafiq sənədləşdirmə işləri apardıqdan sonra əməliyyata başlamışlar. 16 avqust 2021-ci il tarixdə saat 09:30-da verilən məlumatlarda keçən şəxsin əlamətləri ilə üst-üstə düşən sonradan tanıdığı Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində şühbəli şəxs qismində saxlanılmış, bundan sonra o, əllərini cibinə salmamaq şərti ilə Yasamal rayon Polis İdarəsinin 27-cı PB-nə gətirilərək raportla təhvil verilmişdir. Bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanın könüllü surətdə təqdim olunması təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmçinin 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmiş, həmin bükülülər açılaraq içərilərinə baxış keçirilmişdir. Həmin maddələrdən biri spesifik iyili, tünd qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə oxşar maddə idi. Digər bükülüdə isə ağ rəngli kristallik formalı, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0.229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər 1 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamdir. Həmin maddələri həmin gün, yəni 16 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində “Kubinka” deyilən ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsı üçün 20 manata almış, əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibinə yerləşdirərək saxlamış, özünün istifadəsi üçün daşımış, 16.08.2021-ci il tarixdə saat 09:30-da Yasamal rayonu, A.Şaiq küçəsində saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, özünün təqdim etdiyi kütlədən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddələr zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 168 nömrəli möhürü ilə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan mobil telefondan istifadə edilərək çəkilmiş video görüntü bir ədəd “DVD” diskə yazılaraq materiala əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, heç bir irad və ərizə daxil olmamışdır. Protokolun tərtibi 11:55-də yekunlaşmışdır. Protokolu və qablaşdırılmış maddi sübutun qablaşdırılmasını imza etmişlər. Bundan sonra müvafiq ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddələr narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetomindir. Bundan sonra isə toplanmış material Yasamal RPİ-nin İŞ-nə təqdim edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni olan heroin və psixotrop maddənin satış məqsədi ilə əldə etməsinə dair hər hansı bir məlumat və ya fakt əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 16 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-84-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-96-cı vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Ev dustaqlığının müddəti isə 16 avqust 2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 121-124-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti 16 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli 6/3537 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №168” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 25 avqust 2021-ci il tarixli, 3061 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 126-134-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,229 qram olan narkotik vasitə - heroin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,179 qram heroin maddəsi, həmçinin təmiz çəkisi 0,032 qram olan psixotrop maddə - metamfetamin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,012 qram psixotrop maddəmetamfetamin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitələr saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan AA1793957 və AA ******* seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 mart 2019-cu il təvəllüdlü X4 adlı və 14 noyabr 2014-cü il təvəllüdlü X2 adlı 2 azyaşlı uşaq vardır. Cinayət işinin 101-ci vərəqəsində olan 43 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X12, əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və vəkil Müdafiəçi iştirakları ilə şübhəli şəxs kimi tutduğu Təqsirləndirilən şəxs üzərində 16 avqust 2021-ci il tarixdə saat 11:30-da Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə hərəkətini icra edir. Dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngii cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik narkotik maddə olan heroinə bənzər maddə və bir ədəd siqaretin qırmızı kağızına bükülmüş şəffaf rəngli kritstal şəkilli narkotik maddə hesab olunan metamfetaminə bənzər maddəni təqdim edərək onları 2021-ci ilin avqust ayının 16-da saat 08:30 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki Kubinka deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini və həmin tarixdə saat 09:30-da Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsində saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirildiyini bildirir. Təqsirləndirilən şəxsn aşkar olunmuş bir ədəd şəffaf sellofan bükülmüş qəhvəyi rəngli spesifik qoxuya malik narkotik maddə olan heroinə bənzər maddə və bir ədəd siqaretin qırmızı kağızına bükülmüş şəffaf rəngli kritstal şəkilli narkotik maddə hesab olunan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 168 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış davam etdirilir. Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə və digər iş materialları tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum edilməməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 16 avqust 2021-ci il tarixdən hökmün çıxarıldığı 08 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 25 avqust 2021-ci il tarixli, 3061 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 0,229 qram olan narkotik vasitə - heroin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,179 qram heroin maddəsi, həmçinin təmiz çəkisi 0,032 qram olan psixotrop maddə metamfetamin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,012 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 manat, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ə.E.Qəmbərova isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 16 avqust 2021-ci il tarixdən hökmün çıxarıldığı 08 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay 22 (iyirmi iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan işüzrə maddi sübut, təmiz çəkisi 0,229 qram olan narkotik vasitə - heroin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,179 qram heroin maddəsi, həmçinin təmiz çəkisi 0,032 qram olan psixotrop maddə - metamfetamin maddəsindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış - 0,012 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 manat, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X13 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-421/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-421/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver