Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-112/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılmasına səbəb olmuş, eləcə də xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 cinayət işinin məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə, həmçinin təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihama əsasən onlar Salyan Rayon Mərkəzi X2 Yardım Stansiyasının tibb işçilərinə xx xxxx 2020-ci il tarixdə laboratoriya şəraitində “Covid-19” infeksiyası ilə əlaqədar analiz vermələrinə və həmin xəstəliyə yoluxduğunu bilmələrinə baxmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarın və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli, 236 nömrəli Qərarın tələblərinə əməl etməyərək naməlum sürücü tərəfindən idarə olunan “Opel” markalı, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 142 saylı ünvanda yerləşən “Yeni Klinika” adlı tibb müəssisəsinə, oradan başqa naməlum sürücü tərəfindən idarə olunan markası, dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Fəhlə əlləri” adlı parka gəlmiş, orada onlar Şahid1 ilə görüşərək “Coronavirus (COVİD-19)” infeksiyasına yoluxduqlarını bildirib birlikdə başqa dövlət nömrə nişanı istintaqa məlum olmayan avtomaşınla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 27-ci kilometrdə yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X1 gəlmiş, həmin müəssisəyə stasionar müalicəyə yerləşdirilənədək istintaqa məlum olmayan çoxsaylı şəxslərlə sosial məsafə gözləmədən mütəmadi qarşılıqlı ünsiyyətdə olmaqla epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Coronavirus (COVİD-19)” infeksiyasının yayılması üçün real təhlükə yaratmışlar. Məhkəmə qeyd edir ki, məlum dövr ərzində fasiləsiz olaraq törədilən müəyyən kriminal əməl olan uzanan cinayət hər hansı kriminal hərəkətin (hərəkətsizliyin) törədildiyi andan başa çatmış hesab edilir. Uzanan cinayətin törədildiyi yer onun başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli uzanan cinayət olmaqla, Bakı şəhəri Xətai rayonu ərazisində başa çatmışdır. Buna görə də hazırki cinayət işinə aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. CPM-in: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-112/2021 nömrəli qərarından görünür ki, məhkəmə hazırlıq iclası keçirilənə kimi Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Hazırda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müəyyən olunmuş əsaslar, həmçinin CPM-in 155-ci madəsində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığından məhkəmə hesab edir ki, CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair onun müdafiəçisi tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli, həmçinin Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 cinayət işinin baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 1 (bir) ay, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair onun müdafiəçisi tərəfindən verilmiş vəsatət rədd edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Təqsirləndirilən şəxs1 həbsdə saxlanılmasına dair hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-112/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-112/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver