Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-117/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,311 qram çəkidə narkotik vasitə heroin və Azərbayca Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olmuş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından az miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə 0,028 qram çəkidə metamfetamini üzərində saxlayaraq daşımış və 06 oktyabr 2022-ci il tarixdə saat 13:45-də ünvan 3 ünvanında həmin narkotik vasitə və psixotrop maddəni tanışı Şahid1 25 manat pul müqabilində satdıqdan sonra Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həmin ünvanın qarşısında onlar saat 13:55-də saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nə gətirilmiş və orada xidməti otaqların birində Şahid1 üzərinə saat 15:00-da video çəkilişlə şəxsi axtarış keçirilən zaman onun sağ əlində göy rəngli cib dəsmalının içərisindən 01 ədəd ağ rəngli kağıza bükülmüş içərisində kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,311 qram çəkidə narkotik vasitə heroin və bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində şəxsi istehlak miqdarından az miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə 0,028 qram çəkidə metamfetamin aşkar edilib götürüldükdən sonra, həmin gün saat 16-25-də Əvəz İsmayılovun üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı onun əynindəki boz rəngli şalvarın sol yan cibindən narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi 25 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun barəsində verilmiş ittihamla razılaşmır, onun guya narkotik vasitənin satışı ilə məşğul olması həqiqəti əks etdirmir. O, narkotik vasitələrin istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmayıb. O, Şahid1 heç bir narkotik vasitə satmayıb. Əməliyyatçılar ona təhqir və şiddət göstərərək sənədlərə imza çəkməyə məcbur ediblər. Qol çəkməyəcəyi təqdirdə daha böyük şiddət göstərəcəklərini bildirmişlər. O isə xəstə olduğundan qorxduğu üçün sənədləri imzalamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o təxminən 1 ilə yaxındır ki, narkotik vasitə kokos adlanan heroini ineksiya yolu ilə qəbul edir, istifadə etdiyi narkotik vasitələri tanıdığı Təqsirləndirilən şəxs almışdır. 06 oktyabr 2022-ci il tarixdə narkotik vasitə almaq məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün ondan narkotik vasitə və psixotrop maddə metamfetamin, hərəsindən bir bükümdə almaq istədiyini bildirmişdir. O da onun istədiyi narkotik vasitəni və metamfetamini 25 manat pul müqabilində satacağını ona bildirmişdir. Onlar bu barədə danışarkən təxminən saat 13:45 radələrində Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 125A ünvanının yaxınlığında görüşmələrini razılaşmışlar. O, razılaşdığı vaxtda həmin ünvanda olmuş, eyni zamanda Təqsirləndirilən şəxs da ora gəldiyini demişdir. Onunla görüşərək 25 manat pulu Təqsirləndirilən şəxs vermiş, o da bunun qarşılığında ona 02 ədəd (iki) adi ağ rəngli kağız parçalarına bükülmüş bükülüləri vermişdir. O, Təqsirləndirilən şəxs ona verdiyi 02 (iki) ədəd bükülünü sağ əlində olan göy rəngli cib dəsmalının içərisinə qoyub əlində saxlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs da ondan aldığı 25 manat pulu əynində olan şalvarının cibinə qoymuşdur. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirib onlardan adlarını, soyadlarını, harada yaşadığlarını soruşmuş, o, onlara öz adını və soyadını demək istəməmişdir. Polislər onların narkotik maddə istifadə etdiklərindən şübhələndiklərini bildirmiş, onlarla Nərimanov RPİ-nə getmələrini təklif etmişlər. Polislərlə birlikdə Nərimanov RPİ-nə getmişlər. Polis idarəsində vəkilin, onun və onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışdır. Polis əməkdaşı ona, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra o, xx.xx.2022-ci il tarixdə Əvəzağadan 25 manat qarşılığında aldığı və sağ əlində göy rəngli cib dəsmalının içərisindən 01 (bir) ədəd adı ağ rəngli kağıza bükülmüş maddəni könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd qara rəngli “EXPLAY TV 240” markalı mobil telefon cihazını çıxardıb könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi göy rəngli cib dəsmalının içərisindən 01 (bir) ədəd adi ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 (bir) ədəd adi ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni zərfə qoyaraq qablaşdırmış və möhürləyərək götürdüyü barədə protokol tərtib etmiş, protokolu ucadan oxumuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar təıtib edilmiş protokolu imza etmişlər. Sonradan Əvəzağanın üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan onun Əvəzağaya verdiyi 25 manat məbləğində pul aşkar edilərək götürülmüşdür. O, Əvəzağadan savayı başqa heç kimdən narkotik vasitə və psixotrop maddə almadığını, əvvəllər təxminən ondan 15-20 dəfə narkotik vasitə və psixotrop maddə alıb öz istifadəsi üçün təlabatını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili X8 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13:55 radələrində xidməti zərurətlə əlaqədar olaraq Nərimanov rayonu, X9 125A saylı ünvanın yaxınlığında olan zaman, təsadüfən əvvəllər tanımadığı iki nəfər şəxsin şübhəli və gizli formada alış-veriş etmələri diqqətlərini cəlb etmiş və onların hərəkətlərini müşayiət etməyə başlamışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdiklərini, onlardan da özlərini təqdim etmələrini təklif edən zaman həmin şəxslərin davranış və hərəkətləri, eləcədə verilən suallara qeyri müəyyən cavab verməsi ilə şübhələrinin daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərdiklərinə görə onları saxlayaraq həmin şəxslərə onlarla birlikdə Nərimanov RPİ-nə getmələrini təklif etmişdir. Onlar təklifi qəbul etdikdən sonra, birlikdə Nərimanov RPİ-nə gəldiklərini və həmin şəxsləri növbətçi hissəyə təqdim etdiklərini bildirmişdir. Araşdırma zamanı həmin şəxslərin - Təqsirləndirilən şəxs, digərinin isə Şahid1 olduqları müəyyən edilmişdir. Bundan sonra həmin şəxslər barəsində araşdırma aparılması üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edilmişdir. Araşdırmanın Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Toğrul Məmmədova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən həmin şəxslərə hüquq və vəzifələri izah edildikdən sonra onların üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərarla tanış etmişdir. Bundan sonra təhqiqatçı onların və Şahid1 müdafiəçisinin iştirakı ilə Vüqarın üzərinə şəxsi axtarış keçirilməsinə başlanıldığını bildirmişdir. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl təhqiqatçı tərəfindən Mustafayev üqar Eldar oğluna üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Şahid1 sağ əlində saxladığı göy rəngli cib dəsmalının içərisindən 01 (bir) ədəd adı ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 (bir) ədəd adi ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim edib həmin maddələrin heroin və metamfetamin olduğunu bildirdi. Bundan başqa Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd qara rəngli "EXPLAY 1V 10" markalı mobil telefon cihazını çıxardaraq könüllü təqdim etmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid1 təqdim etdiyi, göy rəngli cib dəsmalının içərisindən 01 (bir) ədəd adi ağ rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 (bir) ədəd adi ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 13:55 radələrində ünvan 8 ünvanının yaxınlığında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs 25 manat pul qarşılığında aldığını bildirmişdir. Onun könüllü təqdim etdiyi maddələr götürülərək boş zərfə qoyularaq qablaşdırılmış və möhür ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmənin başa çatdıqdan sonra, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən digər şəxsin Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin və onların iştirakı video-çəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olmadığını bildirmiş, əynindəki boz rəngli pencəyinin sol tərəf iç cibindən 01 (bir) ədəd qara rəngli “Nokia" markalı mobil telefon cihazını, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 02 (iki) ədəd 10 manatlıq və 01 (bir) ədəd 5 manatlıq pul əskinasları çıxardaraq könüllü təqdim etmişdir. Cəmi 25 manat məbləğində pul və mobil telefon təhqiqatçı tərəfindən götürülmüş və bu barədə protokola qeydlər yazılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan pul və telefondan savayı başqa heç nə aşkar edilməmiş, tərtib edilmiş protokol iştirakçılara oxunulmuş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-də baş əməliyyat müvəkkili X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 52-53-cü vərəqələrində olan “Tutma haqqında” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 54-55-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 06 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Lakin Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan böz rəngli pencəyinin sol tərəf iç cibindən 01 (bir) ədəd qara rəngli "Nokia" markalı mobil telefon cihazını, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd A27041452 saylı 10 manatlıq, 01 (bir) ədəd A10348639 saylı 10 manatlıq və 01 (bir) ədəd A02286641 saylı 5 manatlıq əskinasları çıxardaraq könüllü təqdim etdi. Cinayət işinin İ cildinin 135-136-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli, 4(005)-1083/2022 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 06 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 137-ci vərəqində olan “Mobil telefona baxış keçirilməsi haqqında” 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan məlumatlara onun və müdafiəçisi 25 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə baxış keçirilmişdir. “Nokia” markalı mobil telefon işlək vəziyyətdə olduğundan onda olan məlumatlara keçirilmiş baxışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı zənglərin olması müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil telefondan xx.xx.2022-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefona xx.xx.2022-ci il tarixədək zənglərin edildiyi, telefonun “vatçapı” olmadığı müəyyən edilmişdir. Mobil telefonda telefon yazışması və “SMS-lərin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İsmayılov X2 Vüqar Eldar oğlu ilə mütamadi olaraq telefon vasitəsi ilə görüşüb, birlikdə vaxt keçirmələri məqsədi ilə əlaqə saxladığını bildirmişdir. Cinayət işinin İ cildinin 148-ci vərəqində olan “Mobil telefona baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid1 məxsus 1 ədəd “Nokia” markalı ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan məlumatlara onun və müdafiəçisi “Yusifbəyli və Partnyorlar” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə baxış keçirilmişdir. “Nokia” markalı mobil telefon işlək vəziyyətdə olduğundan onda olan məlumatlara keçirilmiş baxışla müəyyən edildi ki, təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı zənglərin olması müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil telefondan xx.xx.2022-ci il tarixdən başlayaraq təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan mobil telefon zənglərin onun Təqsirləndirilən şəxs Eldar oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefona xx.xx.2022-ci il tarixədək zənglərin edildiyi və həmin telefonun “vatçapı” olmadığı müəyyən edilmişdir. Mobil telefonda telefon yazışması və “SMS-lərin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 Təqsirləndirilən şəxs ilə mütamadi olaraq telefon vasitəsi ilə görüşüb, birlikdə vaxt keçirmələri məqsədi ilə əlaqə saxladığını bildirmişdir. Cinayət işinin İ cildinin 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Eldar oğlu əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılaraq üzərində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İ cildinin 222-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6907 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cildinin 231-ci vərəqində olan “Mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskinə köçürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan məlumatlara onun və müdafiəçisi 25 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə baxış keçirilmişdir. Həmin məlumatlara keçirilmiş baxışla müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında çoxsaylı zənglərin olması müəyyən edilmişdir. Belə ki, ***-***-**-** saylı mobil telefondan xx.xx.2022-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefona xx.xx.2022-ci il tarixədək zənglərin edildiyi, sonuncu zəngləşmənin əhatə dairəsinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində qeyd alınmışdır. Həmin məlumatlarda “SMS-lərin olduğu lakin “SMS-lərin istintaq əhəmiyyəti kəsb etmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə mütamadi olaraq telefon vasitəsi ilə görüşüb, birlikdə vaxt keçirmələri məqsədi ilə əlaqə saxladığını bildirmişdir. Cinayət işinin İ cildinin 234-248-ci vərəqələrində olan “Sübutların qiymətləndiirlməsi barədə” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 25 manat məbləğində pul vəsaitinin iş üzrə əhəmiyyət kəsb etdiyini nəzərə alaraq maddi sübut kimi tanınması, telefon məlumatları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən “DVD” diskdən edilmiş çıxarışların və 1 ədəd “DVD” diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 1 ədəd diskə baxış keçirilərkən, əynindəki boz rəngli şalvarın sol yan cibindən 25 manat pulun aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk və “DVD” diskdən edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd 10 manatlıq və 1 (bir) ədəd 5 manatlıq pul əskinasları cinayət yolu ilə əldə edilən əmlak olduğundan dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - 01 ədəd disk və “DVD” diskdən edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan –Nərimanov RPİ-nin saxlancına verilmiş 2 (iki) ədəd 10 manatlıq və 1 (bir) ədəd 5 manatlıq pul əskinasları cinayət yolu ilə əldə edilən əmlak olduğundan dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-117/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-117/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver