Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-328/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 88 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxx 1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxx” MMC-də nəzarətçi işləmiş, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etməklə saxlayaraq daşımış, gəzdirmiş və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bır ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş, 7037 nömrəli, odlu yivli silah hesab edilən, texniki cəhətdən saz, atəşə yaralı vəziyyətdə olan TOZ-17 modelli karabin tipli silahı, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, Marqolin konstruksiyalı tapançalardan, TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadə və atəş üçün yararlı, 33 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı, həmin kalibrli digər modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəş üçün yararlı 58 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, 7,62x54 mm kalibrli, əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadə və atəş üçün yararlı 400 ədəd patronu, Rusiya dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, Mosin konstruksiyalı sürgülü tüfəng hesab edilən 244811 nömrəli silahı, bir ədəd Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, 7,62x25 mm kalibrli, odlu yivli, texniki cəhətdən saz, atəş üçün yararlı, УФ-471 nömrəli “Naqan” sistemli revolver hesab edilən silahı, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin X5 pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronu, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 17 ədəd patronu, bir ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli TOZ modelli tüfənglər üçün istehsal olunmuş, texniki cəhətdən saz, təyinatı üzrə yararlı, döyüş sursatı hesab edilməyən 3N757 nömrəli nişangah qurğusunu, bir ədəd TOZ-17 modelli karabinin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla istifadəyə yararlı döyüş sursatı hesab edilməyən zavod üsulu ilə hazırlanmış darağı əldə edib gəzdirərək, həmin odlu silahları və döyüş sursatlarını naməlum yerdə saxlamış, həmin odlu silahlardan və döyüş sursatlarından bir ədəd 7,62 mm kalibrli Mosin konstruksyalı sürgülü tüfəng hesab edilən 244811 nömrəli silahı, bir ədəd 7,62x25 mm kalibrli, “Naqan” sistemli revolver hesab edilən УФ-471 nömrəli silahı, 7,62x54 mm kalibrli, həmin X5 pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronu, 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş üçün nəzərdə tutulmuş yararlı olan döyüş sursatı hesab edilən 17 ədəd patronu tanışı Təqsirləndirilən şəxs2 əvvəldən borclu olduğu 800 (səkkiz yüz) manat müqabilində xx xxx 2020-ci il tarixdə naməlum vaxtda və şəraitdə verməklə qanunsuz olaraq satmış, qalan odlu silahları və döyüş sursatlarını cinayət əməlindən məlumatı olmayan tanışı Şahid6 idarə etdiyi “Hyundai Accent” markalı, **-TN- *** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla gizlədib yaşadığı Şəki şəhərindən Bakı şəhərinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 05:00-da Bakı-Şamaxı magistral yolunun 31-ci kilometrliyində yerləşən xüsusi karantin postunda “Hyundai Accent’ markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobildə saxlanılıb Baş X3 İdarəsinə dəvət edilmiş, orada qeyd edilən gün saat 07:00-da avtomobilə baxış keçirilərkən yük hissəsindən bir ədəd TOZ-17 modelli karabin tipli silah, döyüş sursatı hesab edilən 5,6 mm kiçik kalibrli 33 ədəd patron, 9x18 mm kalibrli 58 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 7,62x54 mm kalibrli 400 ədəd patronlar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə yaşadığı Şəki şəhəri, D.Bünyadzadə küçəsi, 4 nömrəli evə baxış keçirilərkən evin zirzəmisindən bir ədəd 7,62 mm kalibrli Mosin konstruksiyalı sürgülü tüfəng hesab edilən 244811 nömrəli silah, bir ədəd 7,62x25 mm kalibrli, “Naqan” sistemli revolver hesab edilən УФ-471 nömrəli silah, 7,62x54 mm kalibrli, həmin X5 pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patron, 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapançapulemyotlardan atəş üçün nəzərdə tutulmuş, yararlı, döyüş sursatı hesab edilən 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanışı Təqsirləndirilən şəxs1 borc qismində vermiş olduğu 800 (səkkiz yüz) manat pulun əvəzinə xx xxx 2020-ci il tarixdə naməlum vaxtda və şəraitdə sonuncudan Rusiya dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, odlu yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, Mosin konstruksiyalı sürgülü tüfəng hesab edilən 244811 nömrəli silahı, bir ədəd Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, 7,62x25 mm kalibrli, odlu yivli, texniki cəhətdən saz, atəş üçün yararlı, УФ-471 nömrəli “Naqan” sistemli revolver hesab edilən silahı, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mrı kalibrli olmaqla, həmin X5 pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 20 ədəd patronu, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş yararlı, döyüş sursatı hesab edilən 17 ədəd patronu qanunsuz olaraq əldə edib saxlamaqla gəzdirib yaşadığı Şəki şəhəri, D. Bünyadzadə küçəsi, 4 nömrəli evə qanunsuz daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına və daha sonra yaşadığı ünvana gətirilmiş, qeyd edilən gün saat 21:20 radələrində razılığı və iştirakı ilə yaşadığı Şəki şəhəri, D.Bünyadzadə küçəsi, 4 saylı evə baxış keçirilən zaman zirzəmidən bir ədəd Mosin konstruksıyalı 244811 nömrəli 7,62 mm kalıbrli silah, bir ədəd “Naqan” sistemli revolver hesab edilən УФ-471 nömrəli 7,62x25 kalibrli silah, atəş üçün yararlı olan döyüş sursatı hesab edilən 20 ədəd patron, atəş üçün yararlı olan döyüş sursatı hesab edilən 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 CM-in 228.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 11 il əvvəl atasının yaxın dostu olan “Aşıq Sakit” adlı tanışı özünə məxsus 03 ədəd silahı və 532 ədəd patronu ona vermişdir. O, həmin silah və sursatı ailəsinə məxsus olan, əvvəllər tikinti-istehsalat şirkəti kimi işləmiş “xxxxxxxx" MMC-nin inzibati binasının zirzəmisində gizlətmişdir. 2010-cu ildə “Sakit” vəfat etmişdir. O, 2011-ci ilin əvvələrində iş görmək üçün Rusiyaya getmiş, 2012-cı ildə Azərbaycana qayıtmışdır. 2018-cı ildə yenidən Rusiyaya gedərək 2019-cu ilin əvvəllərində Azərbaycana qayıtmışdır. Həmin dövr ərzində silahlara və sursatlara toxunmamışdır. 2020-ci ilin aprel-may aylarında silah və sursatların yerində olduğunu yoxlamaq üçün onları gizlətdiyi zirzəmiyə gedərək torbanın elə onun qoyduğu kimi, eyni yerdə, toxunulmamış olduğunu görmüşdür. Daha sonra həmin ilin may ayının ortalarında dostu Təqsirləndirilən şəxs2 ilə etdiyi söhbət zamanı sonuncu ona olan 800 manat borcu geri qaytarmağı tələb etmişdir. Borcu qaytarmaq üçün pulu olmadığından əvəzində ona özündə olan silah və sursatın bir hissəsini verməyi təklif etmiş, Ruslan da bu təkliflə razılaşmışdır. Ruslan ilə birlikdə xx xxx 2020-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “xxxxxxxx” MMC-nin inzibati binasına getmişlər. 02 ədəd silahı, yəni Karabin və Naqan tipli silahları və 41 ədəd patronu zirzəmidə Ruslana vermişdir. Həmin silahlardan və patronlardan başqa zirzəmidə bir ədəd özünə məxsus “TOZ 17” markalı silah və 491 ədəd patron olmuşdur. Bütün silahları və patronların hamısını Sakit adlı şəxs ona pay vermişdir. xx xxx 2020-ci il tarixdə öz şəxsi işlərini görmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, xx xxx 2020-ci il tarixdə həmyerlisi və tanışı, hazırda Bakı şəhərində kirayədə yaşayan Şahid6 ilə görüş zamanı ona ailə üzvlərini Şəki şəhərinə aparmaq istədiyini demişdir. Bundan sonra həmin gün Samir “İntiqam 039” adlı “Rent a Car” şirkətindən “Hyundai Accent” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş və azyaşlı övladı ilə birlikdə Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə çatdıqdan sonra avtomobil icarə əsasında götürüldüyü və uzun yol getdikləri üçün yoxlatmaq məqsədi ilə ustaya aparmışlar. Avtomobili ustadan götürdükdən sonra Samir ona zəng edərək ailəsinin Bakı şəhərində olduğunu və Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Avtomobil onda olduğu üçün silahları və patronları gizlətdiyi yerə gedib götürmüş və Bakı şəhərində tanıdığı şəxslərin birinə verəcəyini düşünərək avtomobilin yük yerinə qoymuşdur. Evə gəldikdən sonra tüfəngi, patronları və paltarlarını idman çantasının içərisinə yığmış, 491 ədəd patronu isə avtomobilin yük yerində gizlətmişdir. Samirin tüfəngi və patronları görsə ov silahı olduğunu bilib narahat olmayacağını, lakin digər patronları görərsə qorxacağını düşünmüşdür. Ona görə də onları avtomobilin yük yerində ehtiyat təkər saxlanılan yerdə gizlətmişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Samirlə birlikdə Şəki şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Avtomobili Samir idarə etmiş və o, avtomobildə silah və patronların olduğunu bilməmişdir. xx xxx 2020-ci il tarixdə saat 05:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrində yerləşən xüsusi karantin postundan keçərkən polis əməkdaşları onları saxlamış və özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin işçiləri kimi təqdim etmişlər. Polis əməkdaşlarının ona odlu silah, döyüş sursatı əldə etməyi, saxlamağı, daşımağı və gəzdirməyi ilə bağlı baş idarəyə məlumat daxil olduğunu bildirərək şübhəli olduğu barədə məlumat vermiş, həmçinin haqqında çıxarılmış qərarla tanış edib onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişlər. Həmçinin Samirə də onlarla birlikdə getmək təklif olunmuş və onlar razılaşmışdır. İdarədə ona hüquq və vəzifələri izah edilmiş, vəkillə təmin edilmiş və daha sonra şifahi sorğu zamanı icarəyə götürdükləri avtomobildə silah və patronlar saxladığını etiraf etmişdir. Bundan sonra videoçəkilişlə və onların iştirakı ilə təhqiqatçı tərəfindən həmin avtomobilə baxış keçirilmiş, baxış zamanı ona olunan təklifdən sonra avtomobilin yük yerindən özünə məxsus bir ədəd qara rəngli idman çantasının içərisindən “Toz-17” tüfəngini və sökdüyü hissələrini, 33 ədəd patronu, 4 ədəd karton qutuda “Makarov” tipli silaha məxsus 58 ədəd patronu və 20 ədəd karton qutuda 7,62 mm kalibrli 400 ədəd patronu təqdim etmişdir. Göstərilən predmetlər müvafiq qaydada qablaşdırılıb götürülmüş, bundan sonra bu barədə protokol tərtib olunmuşdur. O, digər iştirakçılarla birlikdə həm qablaşdırılmış kisənin üzərini, həm də tərtib olunmuş protokolu imzalamışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Baş X1 zaman Təqsirləndirilən şəxs2 da qanunsuz olaraq silahları və sursatları saxladığına görə tutulduğunu öyrənmişdir. Daha sonra Mahir Gülməmmədlinin icraatında olan cinayət işi üzrə şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilmişdir. Şahid qismində dindirilən zaman və üzləşdirmə zamanı xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2ı Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “xxxxxxxx” MMC-nin inzibati binasına apararaq bir ədəd “Mosin” konstruksiyalı silahı, bir ədəd “Naqan” sistemli revolveri, 7,62x54 mm 21 ədəd patronu və 7,62x25 mm kalibrli 20 ədəd patronu 800 manat borcunun əvəzində verdiyini, həmçinin xx xxx 2020-ci il tarixdə saxlanılan zaman hərəkətdə olduğu avtomobildən aşkar olınmuş silahın, silahın hissələrinin və sursatların hamısını təxminən 11 il bundan əvvəl “Aşıq Sakit" adlı tanışının ona verdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qisimində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət tanıdığı Təqsirləndirilən şəxs1 ondan 800 manat pul borc almışdır. Şəxsi həyatında baş verən sıxıntılarla bağlı Fəriddən pulunu qaytarmasını istəmişdir. Təxminən xx xxx 2020-ci il tarixdə Fərid ona olan borcunu qaytarmaq üçün pulunun olmadığını, lakin bunun əvəzində özündə olan olan iki ədəd silah və patronları ona verə biləcəyini bildirmişdir. Əvvəldən silaha həvəsi olduğundan Fəridin təklifi ilə razılaşmışdır. Fərid həmin gün onu ailəsinə məxsus olan Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “xxxxxxxx” MMC-nin zirzəmisinə aparmış və orada bir ədəd “Karabin” tipli ov tüfəngini və onun üçün nəzərdə tutulan 20 ədəd 7,62 mm kalibrli patronları, bir ədəd “Naqan” tipli tapançanı və tapança üçün nəzərdə tutulmuş 21 ədəd patronları ona vermişdir. O, silah və sursatı alıb baxdıqdan sonra heç kimin məlumatı olmadan aparıb yaşadığı evin zirzəmisində gizlətmiş, bu barədə ailə üzvləri, ya da başqa heç kimin məlumatı olmamışdır. xx xxx 2020-ci il tarixdə Şəki şəhəri, M.Müşfiq küçəsində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş X3 İdarəsinin işçləri olduqlarını bildirmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını üzərində və evində saxlamağına görə şübhəli olduğunu bildirib Şəki Şəhər-Rayon polis şöbəsinə dəvət etimşlər. Polis şöbəsinə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq vıdeoçəkılişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunsuz əşya, odlu silah və sair bu qism əşya varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra polis əməkdaşlarına üzərində hər hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı ünvan 6 ünvanının zirzəmisində odlu silahlar və patronların olduğunu, könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Ardınca masaya doğru yaxınlaşıb əynindəki tünd göy rəngli cins materiallı şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu və bir ədəd alışqanı, şalvarının sol yan cibindən pul vəsaitini, şalvarının arxa sağ yan cibindən bir ədəd mobil telefonu və bir ədəd eynəyi masanın üzərinə qoymaqla təqdim etmişdir. O, üzərində olan şəxsi əşyalarını təqdim etmişdir. Sonra onun yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması, razı olmağı ilə bağlı ərizə ilə müraciət etmiş və ardınca eyni tərkibdə olan iştirakçılarla birlikdə onun yaşadığı ünvana gəlmişlər. Videoçəkilişlə baxış keçirilməsinə başlanılarkən ona mənzilinin zirzəmisində əldə edib saxladığı odlu silahları və döyüş sursatlarını könüllü olaraq təqdim etməsi təklif edilimiş, o da etiraz etməyərək, iştirakçıları evin zirzəmisinin qarşısına apararaq girişdən təxminən 3 metr məsafədə yerdə qoyulmuş əşyaları və girəcəkdə daşın üstündə olan kağız parçasına bükülmüş əşyaları təqdim etmişdir. Onların odlu silahlar və patronlar olduğunu bildirmiş, zirzəmi baxış üçun əlverişli olmadığına görə təqdim olunan əşyalar götürülərək evin həyətyanı sahəsində onlara baxış keçirilmişdir. İlk əvvəl tüfəngin üstündəki yapışqan lenti söküldükdən sonra ona tüfəngin “Karabin” adlı odlu silah olduğu bildirilmiş, ardınca “Naqan” tipli odlu silah olan tapançaya, onun qabına və qabın ciblik hissəsində olan 14 ədəd patrona baxış keçirilmiş, tapançanın üzərində hər hansı yazı və rəqəmin olmadığı məlum olmuşdur. Tapançanın baraban hissəsi yoxlanıldıqda içərisinin boş olması məlum olmuş, ardınca təqdim etdiyi yaşıl rəngli sellofana baxış zamanı içində tapança üçün nəzərdə tutulan patronlara bənzər 07 ədəd patronların olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi kağız bağlamaya baxış zamanı içində, ümumilikdə 20 ədəd odlu silah olan avtomatlarda istifadə olunan patronların olduğu müəyyən edilmişdir. O, təqdim etdiyi silah və patronları təxminən 1 həftə əvvəl Fəriddən borc əvəzi olaraq aldığını və həmin vaxtdan yaşadığı evin zirzəmisində gizlədib saxladığını, heç vaxt heç bir formada istifadə etmədiyini, orada saxlamağı barədə heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş tüfəng, tapança və 41 ədəd patronlar qablaşdırılaq möhürlənmişdir. Bütün bunlarla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Silahları və sursatı əldə etməkdə heç bir kriminal məqsədi olmamış, yalnız həvəsi olduğundan həmin silahları borc əvəzində qəbul etməyə razılıq vermişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatlarını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməiiyyat qrupu yaradılaraq həmin qrupa o, həmin şöbənin baş əməliyyat müvəkkili X8, baş əməlliyyat müvəkkili Şahid3 daxil olmuşdur. Qrup üzvləri keçirləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etməyi barədə təlimatlandırılmış və bundan sonra onlar Təqsirləndirilən şəxs1 qara rəngli, “Hyundai Accent” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki şəhərindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkət etməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən həmin istiqamətdə hərəkət etmişlər. xx xxx 2020-ci il tarixdə saat 05:00 radələrində Bakı-Şamaxı magistral yolunun 31-ci kilometrliyində yerləşən xüsusi karantin postunda Təqsirləndirilən şəxs1 hərəkət etdiyi **-TN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşmışlar. Bu zaman avtomobildə iki şəxs olduğunu görmüş, bundan sonra özlərini təqdim edərək avtomobilin saxlanması səbəbini izah etmiş və avtomobildəki şəxslərin özlərini təqdim etməsini xahiş etmişlər. Bundan sonra avtomobili idarə edən şəxs özünü təqdim edərək Şahid6, qabaq oturacaqda əyləşən sərnişin isə Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Daha sonra hər iki şəxsə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı təqdim edərək həmin avtomobildə qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatlarının daşınması barədə əsaslı şübhələr olduğunu izah etmişlər. Bundan sonra hər iki şəxsdən avtomobilin arxa oturacağına keçmələrini xahiş etmişlər. O, avtomobilin sükanı arxasında, əməliyyat müvəkkili Şahid2 isə arxa oturacaqda sərnişinlərin yanında əyləşmiş və Baş X3 İdarəsinə gəlmişlər. Baş idarəyə çatan zaman, həmin şəxslərin gətirilməsi ilə bağlı Baş İdarənin rəhbərliyinə raportla məruzə edilmiş və bundan sonra həmin şəxsləri İstintaq və X11 bölməsinin təhqiqatçısı Hüseyn Mənsimlinin xidməti iş otağına apararaq Təqsirləndirilən şəxs1 vəkillərin siyahısı təqdim edilmiş və onun seçdiyi vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və bundan sonra təhqiqatçı Hüseyn Mənsimli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1, müdafiəçisinin Şahid6 və onların iştirakı ilə qara rəngli “Hyundai Accent” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin avtomobilin baxışda iştirak edən tanışı Şahid6 tərəfindən “Rent Car” şirkətindən xx xxx 2020-ci il tarixdə icarəyə götürüldüyü və avtomobilə baxış keçirilməsinə etirazının olmadığı bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən özünə məxsus olan qara rəngli idman çantasını götürüb içərisindən tüfəng tipli silaha məxsus bir ədəd qundağı, 01 ədəd lüləni, 01 ədəd çaxmağı, 01 ədəd nişangahı, 01 ədəd sandıqçanı və həmin silaha məxsus olduğunu bildirdiyi sellofan bükülüyə bükülmüş 1 ədəd karton qutuda 33 ədəd patronu təqdim etmişdir. Daha sonra isə avtomobilin yük yerinin sağ hissəsində örtüyün altında xüsusi formada gizlədilmiş halda bir ədəd ağ rəngli sintetik kisənin içərisində 4 ədəd karton qutunu təqdim edərək içərisində Makarov tapançasına məxsus patronların olduğunu bildirmişdir. Həmin qutulara baxış zamanı ayrı-ayrılıqda hər birində müvafiq olaraq 16 ədəd, 16 ədəd, 14 ədəd və 12 ədəd olmaqla ümumilikdə 58 ədəd patronların olması müəyyən edilmişdir. Bundan başqa həmin yerdən qırmızı rəngli parça materiallı bir ədəd torbanı çıxarıb təqdim etmiş və içərisində 7,62 mm kalibrli ov üçün patronlar olduğunu bildirmişdir. Həmin torbaya baxış zamanı ümumilikdə 20 ədəd karton qutunun içərisində cəmi 400 ədəd patron aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş həmin silah və patronları təxminən 11 il əvvəl Şəki şəhərində yaşayan tanışı, hazırda vəfat etmiş “Aşıq Sakit” adlı şəxsin ov məqsədi ilə ona verdiyini, həmin əşyaları Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən istifadə edilməyən köhnə tikinti idarəsinin zirzəmisində gizlədib saxladığını, heç vaxt heç bir formada istifadə etmədiyini, orada saxlamağı barədə heç kimin məlumatı olmadığını, kiməsə hədiyyə etmək və ya tullamaq məqsədi ilə oradan götürdüyünü, həmçinin bu barədə tanışı Şahid6 da məlumatı olmadığını, Samirin görməməsi üçün digər patronları xüsusi yerdə gizlətdiyini bildirmişdir. Baxışda iştirak edən Şahid6 da Təqsirləndirilən şəxs1 həmin avtomobildə silah və patronlar saxlaması və daşıması barədə heç bir məlumatının olmadığını təsdiq etmişdir. Aşkar olunmuş predmetlər 01 ədəd ağ rəngli kisədə qablaşdırılmışdır. Baxış zamanı avtomobilin digər yerlərindən sübut əhəmiyyətli başqa əşya aşkar olunmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Baxış barədə müvafiq protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək sonuncunun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat onun tərəfindən rəsmiləşdirilərək əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, həmin şöbənin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4, BMCMİ-nin İstintaq və X11 bölməsinin baş təhqiqatçısı X16 daxil olmuş və qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etməyi barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs2 Şəki şəhərində olması barədə məlumat daxil olduqdan sonra onlar xx xxx 2020-ci il tarixdə ora yollanaraq M.Müşfiq küçəsi 15 ünvanına getmişlər. Həmin ünvanda olan zaman xarici görünüşü Təqsirləndirilən şəxs2 bənzəyən şəxsə yaxınlaşmış və özlərini təqdim edərək həmin şəxsdən anket məlumatlarını təqdim etməsini tələb etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu dəqiqləşdirdikdən sonra, onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə məlumat daxil olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etirazının olmadığını bildirdikdən sonra, birlikdə polis şöbəsinə gələrək hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq müvafiq qərar və protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə daxil olmuş məlumat əsasında üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və şübhəli şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və maddə olmadığını, lakin yaşadığı ünvan 6 ünvanının zirzəmisində qanunsuz yolla əldə edib saxladığı odlu silahlar və patronlar olduğunu, onları könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şübhəli şəxsə üzərindəki əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 masaya doğru yaxınlaşıb əynindəki tünd göy rəngli cins şalvarının cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, pul vəsaitini, şalvarının arxa sağ yan cibindən bir ədəd mobil telefonu və bir ədəd eynəyi masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılsa da, sübut əhəmiyyəti kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, digər əşyaları isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmamasına dair ərizə ilə müraciət etmiş və onun yaşadığı evə baxış keçirilməsi məqsədi ilə qeyd olunan ünvana getmişlər. Təqsirləndirilən şəxs2 və onun hüquqlarını müdafiə edən vəkil ünvan 6 ünvanında yerləşən evin həyətinə daxil olmuş, baxış keçirilən ünvana daxil olduqa həmin evin 1 mərtəbədən ibarət olmasını müəyyən etmiş, baxış keçirilməsi başlanılarkən Təqsirləndirilən şəxs2 mənzildə qanunsuz yolla əldə edib saxladığı odlu silahları və döyüş sursatlarını könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 etiraz etməyərək, onları evin daş pilləkanlarındən sağ tərəfdə yerləşən və qarşısı taxta ilə bağlanmış zirzəminin qarşısına aparmışdır. Zirzəmiyə çatan zaman Təqsirləndirilən şəxs2 giriş hissədə olan taxta parçasını götürmüş və zirzəminin içərisində yerdə qoyulmuş və kağız parçasına bükülmüş əşyaları təqdim edərək, orada odlu silahların və patronların olduğunu bildirmişdir. Zirzəmidə baxış üçün əlverişli şərait olmadığına görə təqdim olunan əşyalar Təqsirləndirilən şəxs2 göstərdiyi yerdən götürülmüş və evin həyətyanı sahəsinə çıxarılaraq onlara baxış keçirilmişdir. İlk əvvəl tüfəng formasında olmaqla üzəri qara yapışqanlı lentlə bağlanmış əşyaya baxış keçirilmiş, yapışqan lent söküldükdən sonra şübhəli şəxs həmin əşyanın “Karabin” adlı odlu silah olduğunu bildirmişdir. Silah yoxlanıldıqdan sonra içinin boş olduğu məlum olmuşdur. Ardınca tünd qəhvəyi rəngli dəri materiallı silah qabına oxşar əşyaya baxış zamanı üzərində dəmir materiallı “şompul” tipli (silah təmizləyən) əşyanın olması və içində 01 ədəd qara rəngli dəmir materiallı “naqan” tipli odlu silah olan tapançaya bənzər əşya və dəri qabın üzərində ciblik hissədə 14 ədəd patronun olması müəyyən edilmişdir. Tapançaya bənzər əşyanın üzərində hər hansı yazının və rəqəmin olmadığı, tapançanın baraban hissəsinin içərisinin boş olduğu məlum olmuşdur. Ardınca təqdim olunan yaşıl rəngli sellofana baxış zamanı 07 ədəd patronun olduğu müəyyən edilmiş və bundan sonra təqdim olunan kağız bağlamaya baxış zamanı içərisindən ümumilikdə 20 ədəd patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş həmin silah və patronları təxminən 1 həftə əvvəl Şəki şəhərində yaşayan “Fərid” adlı tanışından borc əvəzi olaraq aldığını və həmin vaxtdan yaşadığı evin zirzəmisində gizlədib saxladığını, heç vaxt heç bır formada istifadə etmədiyini, orada saxlamağı barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd tüfəng formalı odlu silaha bənzər əşya, 01 ədəd “naqan” tipli odlu silah olan tapançaya bənzər əşya, ümumilikdə 41 ədəd patron 01 ədəd sintetik, ağ rəngli kisədə və 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı mənzildən digər sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Baxış başa çatdıqdan sonra Şəki Şəhər- Rayon Polis şöbəsinə qayıtmışlar. Xidməti otaqda baxışın keçirilməsi və aşkar olunmuş predmetlərin götürülməsi haqqında müvafiq protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq imzalarla təsdiq olunmuşdur. Sonradan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 silah satmış “Fərid” adlı şəxsin, Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və həmin şəxsin baş idarənin əməkdaşları tərəfindən saxlanılması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaq vaxtından tanıyır. Fərid tez-tez Rusiyaya gedib gəldiyinə görə onunla tez-tez görüşə bilməmişlər. Fərid 2020-ci ilin may ayının 28-də onunla əlaqə saxlamış, söhbət zamanı ona ailə üzvləri ilə birlikdə Şəkiyə getmək istədiyini və buna görə də taksi ilə danışdığını, lakin taksi sürücüsünün karantin rejimi ilə bağlı olaraq avtomobildə 3 nəfərdən artıq apara bilməyəcəyini demişdir. Bundan sonra Fərid özünün də Şəkiyə onunla birlikdə gedə biləcəyini demiş və şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün “Rent a Car” şirkətindən icarəyə avtomobil götürməyi təklif etmişdir. xx xxx 2020-ci il tarixdə avtomobil icarəyə verən şirkətin işçisi “Hyundai Accent” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yanına gətirərək ona təhvil vermişdir. Qızını evdən götürərək Fəridin dalınca getmiş və birlikdə Şəki səhərinə yolla düşmüşlər. Şəki şəhərinə çatdıqdan sonra Fərid avtomobili öz həyətində saxlamışdır. Çünki bina evində yaşadıqlarından avtomobil saxlamaq üçün yeri olmamışdır. Səhəri gün Fəridlə birlikdə atvomobili ustaya aparmış və evlərinə geri qayıtmışlar. xx xxx 2020-ci il tarixdə saat 05:00 radələrində yenidən birlikdə Bakı şəhərinə yola düşmüşlər və avtomobili o, idarə etmişdir. Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrində yerləşən xüsusi karantin postundan keçərkən polis əməkdaşları onları saxlamış və özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin işçiləri kimi təqdim etmişlər. Polis əməkdaşları Fəridə odlu silah, döyüş sursatı əldə etməyi, saxlamağı, daşımağı və gəzdirməyi ilə bağlı Baş İdarəyə məlumat daxil olduğunu bildirib onun şübhəli olduğunu bildirmiş, həmçinin haqqında çıxarılmış qərarla tanış edib Fəridin və onun onlarla birlikdə Baş İdarəyə getməli olduğunu bildirmişdilər. O, heç bir etiraz etmədən onlarla birlikdə özünün idarə etdiyi avtomobillə getməyə razı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları “Hyundai Accent” markalı avtomobillə birlikdə onları Baş İdarəyə gətirmişdir. Baş idarədə sorğu-sual zamanı Fərid icarəyə götürdüyü avtomobildə silah və patronlar saxladığını etiraf etmişdir. Bundan sonra videoçəkilişlə və onların iştirakı ilə təhqiqatçı tərəfindən həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Fərid avtomobilin yük yerindən ona məxsus bir ədəd qara rəngli idman çantasının içərisindən “Toz-17” modelli silahı, həmin silaha məxsus 33 ədəd patronu, 4 ədəd qutuda “Makarov” tipli silaha məxsus 58 ədəd patronu və 20 ədəd karton qutuda 7,62 mm kalibrli 400 ədəd patronu təqdim etmişdir. Həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılarla birlikdə həm qablaşdırılmış kisənin üzərini, həm də tərtib olunmuş protokolu imzalamışdır. Fərid tərəfindən onun idarə etdiyi avtomobilə silah-sursat qoyulmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda qanunsuz olaraq özündə saxlamaqla daşıdığı odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs1 olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun tədbirin davam etdirilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 05:00-də şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirilməsi və götürmə haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin İstintaq və X11 bölməsinin təhqiqatçısı X13, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şahid6 iştirakları ilə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin saat 05:00-da Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrində yerləşən xüsusi karantin postunda Şahid6 idarə etdiyi “Hyundai Accent” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Baş X3 İdarəsinə gətirilmiş və xx xxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında qərara əsasən həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: Baxış keçirilən obyekt qara rəngli “Hyundai Accent” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin avtomobil baxışda iştirak edən tanışı Şahid6 tərəfindən “İntiqam” adlı “Rent car” şirkətindən xx xxx 2020-ci il tarixdə icarəyə götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 ona edilən təklifdən sonra avtomobilin yük yerindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli idman çantasını götürüb içərisindən tüfəng tipli silaha məxsus bir ədəd nömrəsiz qundaq, 7037/3N757 nömrəli 01 ədəd lülə, 36355 nömrəli 01 ədəd çaxmaq, 3N757 nömrəli 01 ədəd nişangah, 01 ədəd sandıqça və həmin silaha məxsus olduğunu bildirdiyi sellofan bükülüyə bükülmüş 1 ədəd karton qutuda 33 ədəd patronu təqdim etdi. Daha sonra isə avtomobilin yük yerinin sağ hissəsində örtüyün altında xüsusi formada gizlədilmiş halda bir ədəd ağ rəngli sintetik kisənin içərisində 4 ədəd karton qutunu təqdim edib içərisində “Makarov” tapançasına məxsus patronlar olduğu müəyyən edildi. Həmin qutulara baxış zamanı ayrı-ayrılıqda hər birində müvafiq olaraq 16 ədəd, 14 ədəd və 12 ədəd olmaqla ümumilikdə 58 ədəd tamlığı pozulmamış patronlar müəyyən olundu. Bundan başqa həmin yerdən qırmızı rəngli parça materiallı bir ədəd torbanı çixarıb təqdim edərək içərisində 7,62 mm kalibrli ov üçün patronlar olduğunu bildirdi. Həmin torbaya baxış zamanı ümumilikdə 20 ədəd karton qutunun içərisində cəmi 400 ədəd, alt hissəsində 188//85 yazısı olan tamlığı pozulmamış patronlar aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş həmin silah və patronları təxminən 11 il əvvəl Şəki şəhərində yaşayan tanışı, hazırda vəfat etmiş “Aşıq Sakit” adlı şəxsin ov məqsədi ilə ona verdiyini, həmin əşyaları Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən istifadə edilməyən köhnə tikinti idarəsinin zirzəmisində gizlədib saxladığını, heç vaxt heç bir formada istifadə etmədiyini, orada saxlamağı barədə heç kimin məlumatı olmadığını, kiməsə hədiyyə etmək və ya atmaq məqsədi ilə oradan götürdüyünü, həmçinin bu barədə tanışı Şahid6 da məlumatı olmadığını, Samirin görüb narahat olmaması üçün digər patronları xüsusi yerdə gizlətməsini bildirdi. Baxışda iştirak edən Şahid6 da Təqsirləndirilən şəxs1 həmin avtomobildə silah və patronlar saxlaması və daşıması barədə heç bir məlumatı olmadığını təsdiq etdi. Aşkar olunmuş predmetlər 01 ədəd sintetik tərkibli ağ rəngli kisədə qablaşdırıldı, kisənin ağzı DİN-in zərflər üçün № 6 möhürü ilə möhürləndi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxx 2020-ci il tarixli, 20/267R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 7037 N-li silah, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 5,6 mm Kalibrli TOZ-17 modelli sürgülü öz-özünə dolan ov karabinidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 01 ədəd 3N757 N-li əşya, zavod üsulu ilə 5,6 mm kalibrli TOZ modelli tüfənglər üçün istehsal olunmuş nişangah qurğusudur, texniki cəhətdən sazdır, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, TOZ-17 modelli karabinin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış darağıdır, döyüş sursatı hesab edilmir və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 33 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin Konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 58 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli digər modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 400 ədəd patron, zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlardan RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyuş sursatıdır, istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd 7037 N-li 5,6 mm kalibrli TOZ-17 modelli karabin silahından eksperimental atəşlər zamanı əldə olunmuş gilizlər DİN-nin KTİ-ndə yerləşən “güllə-giliz” Kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim edilmiş 33 ədəd 5,6 mm, 58 ədəd 9x18 mm və 400 ədəd 7,62x54 mm kalibrli patronlardan hər birindən 06 ədədi eksperimental atəşlər zamanı istifadə oldundu; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 656/2020 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 011-5935-1220 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli, 7037 N-li TOZ-17 modelli karabindən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 011-5936-1220 nömrəli məktubdan görünür ki, 01 ədəd 7,62 mm kalibrli, 244811 N-li Mosin konstruksiyalı karabindən və bir ədəd 7,62 mm kalibrli УФ-471 N-li Naqan sistemli revolverdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz" kortotekasında "ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)- 475/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvanda saxlamaqla gəzdirdiyi odlu silahın və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, onunla başqa cinayət əməli törədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silahın və döyüş sursatının, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur; “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X3 İdarəsinin İstintaq və X11 bölməsinin baş təhqiqatçısı, polis mayoru X16, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4, baş əməliyyat müvəkkili, polis mayoru Şahid5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 16:30-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ötrü Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirildikdən sonra ona hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi qismində Şəki regional Vəkil Bürosunun vəkili X9 dəvət olunaraq təqdim olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 üzərində deyil yaşadığı ünvanda odlu silahlar və döyüş sursatları olduğunu bildirmişdir. Bu səbəbdən şəxsi axtarış və götürmə zamanı iştirak edən iştirakçılarla birlikdə sonradan Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanına gedildi. Ünvana daxil olmamışdan əvvəl şübhəli şəxsin məzilə daxil olunmasına və baxış keçirilməsinə etirazının olmaması barədə ərizəsi alındı. Baxış zamanı müəyyən edildi: Baxış keçirilən ünvan zirzəmisi olan 1 mərtəbəli yaşayış evindən ibarətdir. Evin həyətyanı sahəsinə giriş dəmir darvaza qapıdan olmaqla içəri daxil olduqda sağ tərəfdə ağaclıq sahə, qarşıda isə yaşayış evinin olduğu məlum olur. Baxış keçirilməsi başlanılarkən Təqsirləndirilən şəxs2 təklif edildi ki, mənzilin zirzəmisində qanunsuz yolla əldə edib saxladığı odlu silahları və döyüş sursatlarını könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 etiraz etməyərək, iştirakçıları evin daş pilləkanlarından sağ tərəfdə yerləşən və qarşısı taxta diktlə bağlanmış zirzəminin qarşısına apardı. Taxta parçasını götürdükdən sonra zirzəmiyə daxil olduqda müəyyən olundu ki, zirzəmi təxminən 1,5 metr hündürlükdədir. Təqsirləndirilən şəxs2 zirzəmiyə girişdən təxminən 3 metr məsafədə yerdə qoyulmuş əşyaları və girəcəkdə daşın üstündə olan kağız parçasına bükülmüş əşyaları təqdim edib onların odlu silahlar və patronlar olduğunu bildirdi. Zirzəmi baxış üçün əlverişli olmadığına görə təqdim olunan əşyalar götürüldü və evin həyətyanı sahəsində onlara baxış keçirilməsinə başlandı. İlk əvvəl tüfəng formasında olmaqla üzəri qara yapışqanlı lentlə bağlanmış əşyaya baxış keçirildi. Yapışqan lent söküldükdən sonra şübhəli şəxs əşyanın “Karabin” adlı odlu silah olduğunu bildirdi. Tüfəng formalı odlu silahın üzərində kiril əlifbası ilə “ijevskiy zavod 1917” yazıları və 244811 rəqəmlərinin olduğu məlum oldu. Silaha bənzər əşya yoxlanıldı və içinin boş olduğu məlum oldu. Ardınca tünd qəhvəyi rəngli dəri materiallı silah qabına oxşar əşyaya baxış zamanı üzərində dəmir materiallı “şompul” tipli (silah təmizləyən) əşyanın olduğu və içində 01 ədəd qara rəngli dəmir materiallı “naqan” tipli odlu silah olan tapançaya bənzər əşya və dəri qabın üzərində ciblik hissədə 14 ədəd tamlığı pozulmamış patronlar olduğu müəyyən edildi. Tapançaya bənzər əşyanın üzərində hər hansı yazının və rəqəmin olmadığı məlum oldu. Tapançanın baraban hissəsi yoxlanıldıqda içərisinin boş olduğu məlum oldu. Ardınca təqdim olunan yaşıl rəngli sellofana baxış zamanı içində “naqan” tipli odlu silah olan tapança üçün nəzərdə tutulan və aşkar olunan patronlara bənzər 07 ədəd tamlığı pozulmamış patronlar olduğu müəyyən edildi. Bundan sonra təqdim olunan kağız bağlamaya baxış zamanı içində ümumilikdə 20 ədəd odlu silah olan avtomatlarda istifadə olunan patronlara bənzər patronların olduğu məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş həmin silah və patronları təxminən 1 həftə əvvəl Şəki şəhərində yaşayan tanışı Fərid adlı tanışından borc əvəzi olaraq aldığını və həmin vaxtdan yaşadığı evin zirzəmisində gizlədib saxladığını, heç vaxt heç bir formada istifadə etmədiyini, orada saxlamağı barədə heç kimin məlumatı olmadığını bildirdi. Aşkar olunmuş 01 ədəd tüfəng formalı odlu silaha bənzər əşya, 01 ədəd “naqan” tipli odlu silah olan tapançaya bənzər əşya, ümumilikdə 41 ədəd patron, 01 ədəd sintetik tərkibli ağ rəngli kisədə və 01 ədəd kağız zərfdə qablaşdırıldı və DİN-in zərflər üçün № 6 möhürü ilə möhürləndi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/268R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 244811 N-li silah, Rusiya dövlətində, İjevsk silah zavodunda 1917-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, Mosin konstruksiyalı sürgülü tüfəngdir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş УФ-471 N-li silah, 7,62 mm Kalibrli olmaqla Rusiya dövlətində, silah zavodunda istehsal olunmuş “Naqan” sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və 7,62x25 mm kalibrli patronlarla atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 20 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm Kalibrli olmaqla, həmin X5 pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 21 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm Kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapanca pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, onlardan 17 ədədi atəş üçün yararlıdır, 04 ədədi isə atəşə yararsızdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 658/2020 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır; “Maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunmuş 01 ədəd 7037 N-li TOZ-17 modelli odlu yivli silah, 01 ədəd 3N757 N-li 5,6 mm TOZ modelli tüfənglər üçün istehsal olunmuş nişangah qurğusu, 01 ədəd TOZ-17 modelli karabininə məxsus daraq, tədqiqatdan sonra 27 ədəd qalmış 5,6 mm patron, tədqiqatdan sonra 52 ədəd qalmış 9x18 mm Kalibrli patron, tədqiqatdan sonra 394 ədəd qalmış 7,62x54 mm patron, 01 ədəd 244811 N-li Mosin konstruksiyalı sürgülü tüfəng, 01 ədəd УФ-471 N-li “Naqan” sistemli revolver, tədqiqatdan sonra 17 ədəd qalmış 7,62x54 mm patron, tədqiqatdan sonra 14 ədəd qalmış 7,62x25 mm patron iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X10 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X10 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx xxxx 2020-ci il tarixli, 15/2087 nömrəli məktubundan görünür ki, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş 7037 nömrəli “TOZ-17” modelli ov karabini, 1917-ci ildə İjevsk silah zavodunda istehsal olunmuş 244811 nömrəli “Mosin” konstruksiyalı tüfəng, УФ-47Q nömrəli zavod üsuiu ilə istehsal olunmuş “Naqan” sistemli revolver Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 5(005)- 464/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 2/2761 nömrəli məktubdan görünür ki, 1958-ci ildə Tula silah zavodunda istehsal olunmuş 7037 zavod nömrəli “TOZ-17” markalı ov tüfəngi, İjevsk silah zavodunda 1917-ci ildə istehsal olunmuş 244811 zavod nömrəli, 7,62mm-lik “Mosin” markalı ov tüfəngi və УФ-471 zavod nömrəli 7,62mm-lık “Naqan” markalı tapançası xx.xx.2020-ci il tarixli məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Baş İdarəsi Silah və X15-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “Baxış keçirilməsi və götürmə haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” çəkilmiş videoçəkiliş diskləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özlərinin etirafedici ifadələrindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu X7 Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 27 may tarixli, 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Şəki şəhər “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)-656/2020 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayəti etiraf edib əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)-658/2020 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut - “Baxış keçirilməsi və götürmə haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” çəkilmiş 4 ədəd videoçəkiliş disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd 7037 N-li TOZ-17 modelli odlu yivli silah, 01 ədəd 3N757 N-li 5,6 mm TOZ modelli tüfənglər üçün istehsal olunmuş nişangah qurğusu, 01 ədəd TOZ-17 modelli karabininə məxsus daraq, tədqiqatdan sonra 27 ədəd qalmış 5,6 mm patron, tədqiqatdan sonra 52 ədəd qalmış 9x18 mm Kalibrli patron, tədqiqatdan sonra 394 ədəd qalmış 7,62x54 mm patron, 01 ədəd 244811 N-li Mosin konstruksiyalı sürgülü tüfəng, 01 ədəd УФ-471 N-li “Naqan” sistemli revolver, tədqiqatdan sonra 17 ədəd qalmış 7,62x54 mm patron, tədqiqatdan sonra 14 ədəd qalmış 7,62x25 mm patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Baxış keçirilməsi və götürmə haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” çəkilmiş 4 ədəd videoçəkiliş disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş təhvil verilmiş 01 ədəd 7037 N-li TOZ-17 modelli odlu yivli silah, 01 ədəd 3N757 N-li 5,6 mm TOZ modelli tüfənglər üçün istehsal olunmuş nişangah qurğusu, 01 ədəd TOZ-17 modelli karabininə məxsus daraq, tədqiqatdan sonra 27 ədəd qalmış 5,6 mm patron, tədqiqatdan sonra 52 ədəd qalmış 9x18 mm Kalibrli patron, tədqiqatdan sonra 394 ədəd qalmış 7,62x54 mm patron, 01 ədəd 244811 N-li Mosin konstruksiyalı sürgülü tüfəng, 01 ədəd УФ-471 N-li “Naqan” sistemli revolver, tədqiqatdan sonra 17 ədəd qalmış 7,62x54 mm patron, tədqiqatdan sonra 14 ədəd qalmış 7,62x25 mm patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-129/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-129/2021
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver