Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-18/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,400 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospekti 115 ünvanının qarşısında saxlanılmış, onun tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 0,400 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə əşya Bağır Əlivoldaşovun əynində olan köynəyin sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, psixotrop maddə metamfetamini təxminən bir il olar ki, istifadə edir. Lakin heç bir zaman narkotik vasitənin, yaxud psixotrop maddənin satışı ilə məşğul olmamışdır. X4 Respublikası vətəndaşı olan «Areş» adlı şəxsdən alırdı. Areşlə «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlayırdı. O, «Whatsapp» proqramı vasitəsilə əlaqə saxladıqda Areşin göndərdiyi bank kartının nömrəsinə Milliön vasitəsilə ödəniş edib bu barədə məlumatlandırdıqdan sonra Areş ona metamfetamini haradan götürəcəyini deyir və o da, gedib onun gizlətdiyi yerdən metamfetamini götürürdü. Təxminən 5-10 dəfə «Areş» adlı şəxsdən öz istifadəsi üçün metamfetamin əldə edib istifadə etmişdir. 2020-ci ilin yanvar ayının ilk günlərində metamfetamin əldə etmək məqsədi ilə iranlı Areşlə «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlayıb 400 manat pulunun olduğunu deyərək psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. «Areş» adlı şəxs də karta ödəniş edib bu barədə məlumat aldıqdan sonra ona metamfetamini gizlədəcəyi yeri bildirəcəyini demişdir O, bundan sonra «Areş» adlı şəxsin "xxxx” ASC-nin bank plastik kartına Binə qəsəbəsindəki marketlərdən birində yerləşən MilliÖn aparatı vasitəsilə 400 manat pulu ödəniş edib bu barədə məlumat vermişdir. «Areş» adlı şəxs də az sonra «Whatsapp» proqramı vasitəsilə əlaqə saxlayıb bildirmişdir ki, metamfetamin olan bükümü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində bir yer var, orada daşın altında gizlədib. Bundan sonra o, həmin qəsəbəyə getmiş, «Areş» adlı şəxsin başa saldığı yerdə daşın altından bir büküm metamfetamin götürüb evə qayıtmışdır. Həmin metamfetamindən bir qədərini tanımadığı şəxsdən psixotrop maddənin qəbulunda istifadə etmək üçün 10 manata aldığı şüşə əşyanın vasitəsi ilə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində 28 may metrostansiyasının yaxınlığında taksidə olarkən Lökbatan qəsəbəsindən tanıdığı Ramin Allahyarov adlı şəxsi görüb çay içmək üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Nəlbəki” çay evinə dəvət etmişdir. Sonradan daha bir tanışı, Lökbatan qəsəbə sakini Arif Muradova da zəng edib çay içməyə çağırmışdır. Təxminən saat 16:30-da çay evinin çöl hissəsində olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Baş İdarədə üzərinə baxış keçirilmiş, o da üzərində olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq məhkəmədən törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, lakin heç bir zaman psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirərək barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 16.30-da Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospekti 115 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Baş X1 İdarəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün və əynindəki paltarlarının yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmış, Bağır Əlivoldaşov əməliyyat- axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bağır Əlivoldaşov etiraz etmədikdən sonra qərara əsasən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bağır Əlivoldaşov ilk olaraq əynində olan qara rəngli, ağ zolaqlı köynəyinin sol üst yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan bir ədəd bükümü və şüşə materiallı silindirik formalı əşyanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, baxış zamanı təqdim olunan bir ədəd büküm açıldıqda onun içində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Siqaret qutusuna və digər təqdim edilən əşyalara baxış zamanı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bağır Əlivoldaşov sorğu zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümün içərisində metamfetamin adlı psixotrop maddənin olduğunu, şüşə materiallı silindirik formalı əşyanın içinə töküb üzərindən aşkar olunan və xüsusi formalı alışqanla həmin psixotrop maddəni qızdırıb çəkinək yolu ilə istehlak etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin psixotrop maddəni bir neçə gün əvvəl İran İslam Respublikası vətəndaşından 400 manata aldığını və bir hissəsini qəbul edib, qalan hisəsini qəbul etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddələr, şüşə materiallı silindirik formalı əşya Təqsirləndirilən şəxs özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin Şahid1 hazırkı məhkəmə iclasında Şahid2 və Şahid3 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlamaq və icraata götürmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir; Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur; Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs ilk olaraq əynində olan qara rəngli, ağ zolaqlı köynəyin sol üst yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan bir ədəd bükümü və şüşə materiallı silindirik formalı əşyanı çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd xüsusi formalı alışqanı, bir ədəd “Kent 8” markalı sqaret qutusunu, 6 ədəd bir manatlıq pul əskinaslarını, bir ədəd avtomobil açarına bənzər suveniri, bir ədəd “xxxx”-a aid plastik kartı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan bir ədəd büküm açıldıqda onun içində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edildi. Siqaret qutusuna və digər təqdim edilən əşyalara baxış zamanı qanunsuz əşya və maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs sorğu zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümün içərisində metamfetamin adlı psixotrop maddənin olduğunu, şüşə materiallı silindirik formalı əşyanın içinə töküb üzərindən aşkar olunan və xüsusi formalı alışqanla həmin psixotrop maddəni qızdırıb çəkmək yolu ilə istehlak etdiyini bildirdi. Təqsirləndirilən şəxs həmçinin psixotrop maddəni bir neçə gün əvvəl İran İslam Respublikası vətəndaşından 400 manata aldığını və bir hissəsini qəbul edib, qalan hisəsini qəbul etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddələr, şüşə materiallı silindirik formalı əşya özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada qablaşdırılaraq DİN-nin «6 saylı» möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs ştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etdilər. Üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusu, 1 ədəd avtomobil açarına bənzər suvenir, 6 manat pul və plastik kart əhəmiyyət daşımadığından özünə qaytarıldı, xüsusi formalı alışqan isə araşdırma zəruriyyəti olaraq saxlanıldı. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış xx.xx.2020-ci il tarixdə saat 18:02-də oaşa çatdı və videçəkiliş dayandırıldı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 22 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan zərfdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0,400 qram olan psixotrop maddə - metamfetamindir və bir ədəd şüşə əşyanın içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Qalıq: 0,300 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114.00 manatdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-10/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır; Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Maddi sübut hesab edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş bir ədəd kağız paketdə qablaşdırılan bir ədəd bükümdə təhqiqatdan sonra qalıq qalan 0.300 qram çəkidə psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə əşya iş üzrə maddi sübut hesab edilmiş və hökm qanuni qüvvəyə minənədək AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 AR DİN-nin BMCMİ-yə ünvanlandığı xx.xx.2020-ci il tarixli 1129 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xəstəxanada müalicə olmayıb; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur; BMCMİ-nin rəis müavini polis polkovniki Fariz Vəliyev tərəfindən BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Fikrət Quliyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini kimdən və haradan əldə etməsini, həmçinin satış məqsədi ilə saxlamasını müəyyən etmək mümkün olmamış, müsbət nəticə əldə ediləcəyi təqdirdə İstintaq və Təhqiqat İdarəsinə əlavə məlumat veriləcəyi qeyd edilmişdir; Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə İcra nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində vermiş olduqları xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, ev 104-də qeydiyyatdadır; Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi üzrə İcra nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində vermiş olduqları xx.xx.2020-ci il tarixli, 06 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət materialı daxil olmamışdır; Diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, diskə əks olunmuş məlumatlara baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 577 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoqoidlərini təkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən CD disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması və s. qərara alınmışdır; Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-157/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırda olduğu yerin müəyyən edilməməsini və dəfələrlə məhkəmə iclasına gəlməyərək bunun səbəbləri barədə məlumat verməməsini, bununla da məhkəmə iclasında iştirakının təmin edilməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməso və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmışdır; AR ƏN PX 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli 17/40 55 nömrəli məktubdan görünür ki, AR CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilən xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İT-na gətirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələrin satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,400 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospekti 115 ünvanının qarşısında saxlanılmış, onun tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 0,400 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə əşya Bağır Əlivoldaşovun əynində olan köynəyin sol yan cibində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ********* nömrəli cinayət işinin materiallarının tədqiqi zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunun qeyd edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlində satış faktını təsdiq edən hər hansı məlumata rast gəlinməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarda ibtidai araşdırma orqanı gəldiyi bu nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələrindən, məhkəmə-ekspertizalarının rəylərindən, eləcə də ilkin araşdırma zamanı toplanmış materialdan və işdə olan digər mötəbər sübutlardan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifdələrində psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində saxlamaqla daşıdığını göstərməsi özünü müdafiə etməsi kimi qiymətləndirilmiş və iş üzrə sübut kimi nəzərə alınmaması qeyd edilmişdir. İbtıdaı araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə onun satış niyyəti ilə psixotrop maddə əldə edib daşıması kimi qiymətləndirsə də obyektiv sübutların məcmusu, xüsusən xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktubla Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini kimdən və haradan əldə etməsini, həmçinin satış məqsədi ilə saxlamasını müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmaması, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqların və məlumatlarını əks etdirən “xxxx” MMC-dən əldə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokol ilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı o, sorğu zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümün içərisində metamfetamin adlı psixotrop maddənin olduğunu, şüşə materiallı silindirik formalı əşyanın içinə töküb üzərindən aşkar olunan və xüsusi formalı alışqanla həmin psixotrop maddəni qızdırıb çəkmək yolu ilə istehlak etdiyini, həmin şüşə əşyanı isə psixotrop maddənin qəbulunda istifadə etmək üçün aldığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini “Areş” adlı şəxsdən şəxsi istifadəsi üçün 400 manat pulun müqabilində aldığını, həmin psixotrop maddəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində daşın altından götürdüyünü və istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, psixotrop maddə metamfetamin əvvəlcədən çəkilib bir ədəd bükümə yığılmış və Təqsirləndirilən şəxs da həmin bükümdə olan metamfetamini yuxarıda qeyd edilən ərazidən əldə edərək olduğu kimi üzərində saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dizpozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri satma dedikdə, təkcə həmin vasitə və maddələri satma deyil, həm də bu maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin çəkisi -0,400 qramdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq miqdar isə külli miqdar hesab olunur. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 0.400 qram çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından sadəcə 0.25 qram artıqdır. Bir sözlə, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həyata keçirilmiş ilkin əməliyyat-axtarış tədbirinin, özünün ilkin izahatının kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri, habelə təqsirləndirilən şəxsin müalicəyə əks göstərişinin olmaması iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsinivıə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və məhkəmə icraatı dövründə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu cəmi 31 (otuz bir) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. (CM-93.1.2) Ekspertiza tədqiqatlarının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı – 0.300 qram çəkidə metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu cəmi 31 (otuz bir) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 62 (altmış iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı – 0.300 qram çəkidə metamfetamin və içərisində psixotrop maddə metamfetamin izləri olan bir ədəd şüşə məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri «xxxx» ASC-nin Bakı şəhəri 1 nömrəli «Nəsimi» filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: «xxxx» ASC-nin Bakı şəhəri 1 nömrəli «Nəsimi» filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-18/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-18/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver