Məhkəmə qərarları › İş №1(005)-196/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-196/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-196/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə, təmiz çəkisi 0,278 qram olan narkotik vasitə-heroini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanın yaxınlığına daşımış, 02 fevral 2021-ci il tarixdə, saat 18:30 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının göstərilən ünvanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq 18-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə narkotik vasitə-heroin onun əynindəki tünd mavi rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Montin” adlanan yerdə “Elçin” kimi tanıdığı şəxsdən 10 manat pula 1 ədəd bükümdə olmaqla narkotik vasitə-heroin almışdır. Daha sonra həmin gün saat 18:30 radələrində Nərimanov rayonunun ərazisində olarkən 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə getmələrini bildirəndə, polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə getmiş, orada xidməti otaqların birində onun üzərində şəxsi axtarış aparılan zaman şalvarının cibindən içərisində narkotik vasitə-heroin olan 1 ədəd bükümü çıxarıb könüllü təhvil vermişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini qeyd edib barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş şöbənin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 02 fevral 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 5 ünvanın yaxınlığına gedərək orada gözləmə mövqeyi seçmiş, aradan 5-10 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs piyada orada hərəkət etməsi müşahidə olunanda, ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyəti haqqında maraqlanmış, Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını biləndən sonra, yayınaraq oradan getmək istəyəndə, tərəflərindən saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə onu Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə dəvət etmişlər, o, etiraz bildirmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Bu vaxt müvafiq raport yazandan sonra, araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis mayoru Vüqar Rəşidova həvalə olunduğundan, Təqsirləndirilən şəxs təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmış, təhqiqatçı Vüqar Rəşidov müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra, sonuncunun üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırmışdır. Sonra, təhqiqatçının xidməti otaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, əynindəki tünd mavi rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümü, çıxarıb könüllü təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisində nəyin olduğu soruşulduqda, o, səmimi olaraq bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini Nərimanov rayonu ərazisində şəxsiyyət: haqqında məlumatı olmadığı “Elçin” adlı şəxsdən 10 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, həmin büküm açılıb içərisinə baxılanda, içərisində spesifik iyə malik qəhvəyi rəngində maddənin olması məlum olmuşdur. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin maddəni ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məlumatın verilməsi nəzərə alınmış və Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. Cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2021ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları təqsirləndirilən şəxsə üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd mavi rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağız parçasına bükülmüş 1 ədəd bükümü çıxardaraq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan kakosdur. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2021-ci il tarixli 6/474 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.278 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manatdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirilməsi haqqında 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 02.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməzdən əvvəl polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməsini xahiş etmiş, sonuncu da bundan sonra əynindəki tünd mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd kağıza bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda məlum olmuşdur ki, içərisində qəhvəyi rəngli maddə vardır. Maddi sübut kimi tanımaq haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanımaq haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 0.278 qram narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,225 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 11.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi Rayon Məhkəməsinin 20.11.2007-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 27.08.2008-ci ildə Nərimanov Rayon Məhkəməsinin 06.08.2008-ci il tarixli qərarı ilə AR CM-nin 77-ci maddəsinə əsasən 10 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.06.2009-cu il tarixli hökmü ilə AR CM-in 177.2.2, 67-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 13.07.2012-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.10.2015-ci il tarixli hökmü ilə AR CM-in 177.2.2, 29, 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.07.2016-cı il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə dəyişiklik edilməsinə dair 06.05.2016-cı il tarixli qanunu tətbiq edilməklə CM-in 29, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissə hökmdən xaric edilmiş, Xətai Rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il tarixli AR CM-ə dəyişiklik edilməsinə dair qanun tətbiq edilməklə hökmdən 177.2.1, 177.2.2, 177.3, 66.2, 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılma müddəti çıxılmaqla 03 il 11 ay 28 gün cəza saxlanılmış, 07.05.2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04.05.2020-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 11 ay vaxtından əvvəl şərti azad edilmişdir. AR Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin 260 saylı 04.03.2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində vermiş olduğu arayışdan görünür ki, o, Zəngilan rayonundan məcburi köçkün düşmüş, Bakı şəhəri Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137-də anası ilə birlikdə yaşayır. AR Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin 260 saylı 06.03.2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137-də yaşadığı müddət ərzində Ramana qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 594 nömrəli, 25.02.2021-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutlatın qiymətləndirilməsi haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləti, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarı ilə 05 il 11 ay 28 gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməlini 02 fevral 2021-ci il tarixdə törətmişdir. Göründüyü kimi o, hazırki cinayət əməlini 2 il keçmədən törətmişdir. Bununla da Təqsirləndirilən şəxs onun əməlində cinayətlərin residivi yaranmış olur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdən 04.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 06 may 2021-ci il tarixdən hesablanmalıdır Eyni zamanda Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.225 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarı ilə 05 il 11 ay 28 gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 11 (on bir) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdən 04.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 02 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 06 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.225 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar