Məhkəmə qərarları › İş №1(005)-20/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-20/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-20/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, fərdi loqistika şirkətində maliyyə müdir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirkardan maddi və sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədəqorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə xx.xx.2018-ci il tarixdə saat 14 radələrində birlikdə qaldıqları ünvan 4 ünvanında yerləşən «Naftalan» motelində həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs sillə zərəbələri vuraraq döyüb, hər iki yanağın sıyrıqları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əzəb vermiş və fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs özünü öldrümək məqsədi ilə moteldə olan stəkanı sındaraq stəkanın hissələri ilə boynun sağ yan səthinin və sol saidin səthi kəsilmiş yaraları olan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək özünü öldürmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs özünü öldrümək məqsədi ilə xx.xx.2018-ci ildə Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında hərəkətdə olan qatarın altına atmaq istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə xx.xx.2018-ci il tarixdə saat 01 radələrində kirayə yaşadığı ünvan 6 ünvanında həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs yumuruq və təpik zərbələri vuraraq döyüb sonuncuya başın sağ təpə nahiyəsinin qançır-şişkinliyi və sol budun qançırları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əzəb vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə xx.xx.2018-ci il tarixdə saat 02 radələrində kirayə yaşadığı ünvan 6 ünvanında həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs yumuruq və təpik zərbələri vuraraq döyüb sonuncuya sol bazunun, sol saidin, sağ budun, hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın qançırları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs ac saxlamaqla yaşadıqları evin qapısını bağlayıb çıxmasına çətinlik yaradaraq əzəb vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun və xx.xx.2019-cu il təvəllüdlü «Daniella» adlı qızının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs 11 may 2019cu il tarixdə saat 10 radələrində ac qalmaları və iki azyaşlı övladları ilə birgə yaşamağa yeri olmadığı üçün özünü öldümək məqsədi ilə ünvan 7 ünvanında dərman həbbləri içərək, həmçinin hər iki qolunu bilək nahiyəsində bıçaqla kəsmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun və xx.xx.2019-cu il təvəllüdlü «Daniella» adlı qızının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində iki azyaşlı övladları ilə birgə yaşamağa yeri olmadığı üçün özünü öldürmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xoyski küçəsində yerləşən 110 nömrəli binanın damına çıxaraq özünü binanın damından atmaq istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmış, etmiş olduğu hərəkətlə əlaqədar Zərərçəkmiş şəxs ünvan 8 ünvanda yerləşən Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gətirilərək polis şöbəsində izahatı alındaqdan sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə əlaqədar sonuncu barəsində heç bir qanuni tədbir görülmədiyindən 18 avqust 2019-cu il tarixdə saat 18 radələrində polis şöbəsinin qarşısında qayçı ilə sol saidin orta üçdə birini kəsərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib özünü öldürmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bununla da Təqsirləndirilən şəxs CM-in 125, 133.2.2 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü ildə Lökbatan qəsəbəsi 288 saylı orta məktəbə gedib 10-cu sinifə qədər orada təhsil aldıqdan sonra 11-ci sinifi Nizami rayonu 220 saylı orta məktəbdə oxuyub tam orta təhsil aldıqdan sonra oradan məzun olmuşdur. 2014-cü ilin may-iyun aylarında metro ilə “Neftçilər” stansiyasına gedərkən vaqonda Mətanətin sərnişinlər tərəfindən sıxışdırıldığını görmüş və öz yerini ona vermişdir. Vaqondan çıxdıqdan sonra isə Mətanətə əlində olan çantasını daşımaqda kömək etməyi təklif etmişdir. Mətanət onun təklifini qəbul etmişdir. Mətanətin deməsindən bilmişdir ki, Nizami rayonu İcra Hakimiyyəti tərəfdə qalır. Əvvəllər özü də ailəsi ilə birgə həmin ünvanın yaxınlığında yaşamışdır. Birlikdə Mətanətin ünvanına qədər gedərkən yolda bir-birinə əlaqə nömrələrini vermişlər. Mətanəti evinə qədər yola salıb çantaları qapının ağzına qoyub qayıtmışdır. Həmin gündən etibarən Mətanətlə danışmağa başlamışlar. Mətanət onu səhər evinə çay içməyə dəvət etmişdir. Özü də Mətanətin yaşadığı ünvana yenidən getmişdir. Əslində görünüşü ilə diqqətini cəlb etdiyi üçün onun çağırışına əsasən evinə getməyə razılıq vermişdir. Mətanətin həmin vaxt 13-14 yaşlarında Sənan adlı oğlu var idi. Söhbət əsnasında Sarvan adının tez-tez hallandığını eşidib kim olduğu ilə maraqlanmış, Mətanət Sarvanın onun həyat yoldaşı olduğunu demişdir. Mətanətə evli olduğu halda nə üçün onu evinə dəvət etdiyinə dair Mətanətə irad bildirib evi tərk etmişdir. Sonradan Mətanət dayanmadan zənglər edib sms-lər yazıb əslində boşandığını, uşağı bilməsin deyə onun yanında bu barədə danışmadığını deyib onunla münasibəti kəsməməsini xahiş etmişdir. Mətanətlə razılaşaraq və onunla ciddi bir münasibət qurmağı planlaşdırmadığı üçün daha dərinə gedib Mətanətə əlavə suallar verməmişdir. Tanış olduqdan 2-3 gün sonra Mətanətlə yenidən sonuncunun evində görüşmüşlər və ilk dəfə cinsi əlaqədə olmuşlar. Mətanətin ilk gündən yalan danışmasına və onsuz da ciddi münasibət fikirləşmədiyinə görə Mətanətdən ayrılmağa qərar vermişdir. Lakin Mətanət israrla ondan əl çəkməmiş, dayanmadan zəng edib onunla görüşməsini tələb etmiş, hərdən işlədiyi yerlərə də, yaşadığı ünvana da gəlib səs-küy salmışdır. Ona görə də, məcbur olub Mətanətlə görüşürmüş. Münasibətə başladıqdan bir neçə ay sonra Mətanət ona anasıgilin yaşadığı Göyçay rayona getdiyini bildirmişdir. Təxminən 2-3 ay sonra isə Mətanət rayondan qayıdıb ondan hamilə olduğunu demişdir. Özü isə Mətanətə onunla münasibətindən uşaq istəmədiyini və hansı səbəbdən ona daha əvvəl hamilə olmasını demədiyini irad bildirmişdir. Lakin Mətanət israrla uşağın ondan olduğunu deyib doğmağa qərar verəcəyini bildirmişdir. 2015-ci ilin yanvar ayında Mətanət zəng edib Bakıxanov qəsəbəsində yerləşən doğum evində qeysəriyyə yolu ilə uşaq doğduğunu bildirmişdir. Əvvəlcə getməsə də, sonradan oraya gedib uşaqla maraqlanmışdır. Həkimlər uşağın vaxtında doğulduğunu, sağlam olduğunu demişlər. Lakin özü Mətanətlə münasibətə 2014cü ilin may-iyun aylarında başladığına görə həmin uşağın ondan olduğu halda vaxtından əvvəl doğulmuş olmalı olduğunu dedikdə, həkimlər belə bir halın olmadığını demişlər. Təxminən 2-3 gün sonra Mətanət uşaqla evə çıxmışdır. Doğuşdan 10-15 gün sonra Mətanət uşaqla birgə yaşadıqları ünvana gəlmişdir. Artıq valideynləri də Mətanət və uşaq barədə bilmişlər. Məhəllədə saldığı hay-küydən sonra qonşulardan utandığı üçün onunla münasibətə davam etmişdir. Sonradan özü metronun “Q.Qarayev” stansiyası yaxınlığında kirayə ev tapıb Mətanətin böyük oğlu və sonradan ondan olduğunu dediyi uşağı ilə oraya köçmüşdür. Həmin evin kirayə haqqını da özü vermişdir. Son iki ayın pulunu ödəmədiyinə görə Mətanət özü könüllü olaraq televizorunu ev yiyəsinə vermişdir. Özü isə həmin televizorun pulunu sonradan hay-küy salıb tələb etdiyinə görə Mətanətə vermişdir. Həmin mənzildən kirayədən çıxdıqdan sonra “Montin” bazarı yaxınlığında yerləşən evə köçmüşlər. Mətanət və uşaqlarını həmin evə yerləşdirmiş və aylıq kirayə pulunu özü ödəmişdir. Həftədə 2-3 dəfə bazarlıq edib onlara vermişdir. Həmin evdə 5-6 ay qaldıqdan sonra kirayə ödənişlərini verə bilmədiyi üçün 5 saylı ŞKX-nin üzbəüz sırada yerləşən binadakı mənzilə köçmüşlər. Uzun müddət orada qaldıqdan sonra kirayə haqqını verə bilmədikdən sonra və 2 aylıq borcu da ev yiyəsi ona keçdikdən sonra Nəsimi rayonu metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı binalardan birinə köçmüşlər. Orada 3- 4 ay qaldıqdan sonra yenidən kirayə haqqını verə bilməmiş, həmçinin Mətanətlə aralarında çox mübahisələr olduğundan qonşular barələrində şikayət etdiyi üçün Mətanət tanışlarının birinin evinə köçmüşdür. Özü isə həmişəki kimi bazarlıq edib ona vermiş və arada bir gəlib getmişdir, lakin mütəmadi olaraq Mətanətlə qalmamışdır. Sonradan “Papanin” körpüsünün yaxınlığı deyilən ərazidə bir həyət evində yaşamağa başlamışlar. Təxminən 3-4 ay orada qaldıqdan sonra yenidən ödənişlərə görə çıxmalı olmuşlar. Həmin vaxt kirayə ev tutmağa pulu olmadığına görə tanışı Rasimin kirayə yaşadığı “Kainat Palace” restoranının yaxınlığında yerləşən villaya köçmüşlər. Artıq Mətanətin böyük oğlu daimi olaraq onlarla qalmışdır. Təxminən 1 ay ərzində həmin ünvanda ev yiyəsinin məlumatı olmadan yaşamışlar. Sonradan təsadüfən gəlib çıxan ev yiyəsi bu barədə bilmiş və onlardan evdən çıxmalarını tələb etmişdir. Hətta həmin vaxt ev yiyəsi barələrində şikayət də verərək guya onun evindən oğurluq etdiklərini bildirmişdir. Bu barədə Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılmışdır. Həmin araşdırmanın nəticəsində qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan sonra Mətanəti “Montin” bazarı yaxınlığında gecəsi 20 manata kirayə qalması mümkün olan evə aparmışdır. Orada da Mətanət onunla qalmasını tələb edib hay-küy salmış və özünə xəsarət yetirəcəyi ilə onu hədələmişdir. Təxminən 2-3 gün orada qaldıqdan sonra “Hökumət evi” yaxınlığında yerləşən gündəlik kirayə verilən evlərdə qalmışlar. Orada da Mətanət dava-dalaş salıb onunla qalmasını tələb etdiyi üçün “Qızıl Tac” şadlıq evinin yanındakı binalardan ev tutub Mətanət və oğlunu oraya köçürtmüşdür. Təxminən 3-4 ay orada qaldıqdan sonra yenidən dava-dalaş yaşanmış, Mətanət onunla qalmasını tələb edərək gündə səs-küy saldığı üçün ev sahibi onları evdən çıxartmışdır. Bundan sonra “Z.Əliyeva adına göz klinikası”nın yaxınlığına köçmüşlər. Orada bir ilə yaxın müddətdə qaldıqdan sonra artıq Mətanətin etdiyi hərəkətlərdən təngə gəlib tamamilə münasibəti kəsməyə qərar vermişdir. Artıq Mətanətin evinə gedib-gəlməmiş və bazarlıq etməmiş, Mətanət ona nalayiq ifadələr işlədərək uşağın ac olduğunu yazmışdır. Birgə yaşadıqları zamanlarda onun uşağa necə zülm etdiyini, yəni uşağı döydüyünü çarpayının altına atdığını dəfələrlə görmüşdür. Ona görə də uşağa yazığı gəldiyi üçün bazarlıq etmişdir. Evə daxil olduqdan sonra Binəqədi RPİ-nin 7-ci PBnin əməkdaşları təxminən 10 dəqiqə sonra evə daxil olub onu bölməyə aparmışlar. Orada izahatları alındıqdan sonra evə getmişlər. Mətanət ona yenidən hamilə olduğunu desə də, sonuncunun dediklərini inanmamış, çünki tanış olduqlar vaxtdan daima Mətanət hər zaman hamilə olduğunu demiş, lakin özü Mətanətin bir neçə dəfə qarnına döşək bağladığına da görmüşdür. Başa düşmüşdür ki, Mətanət onu özünə bağlamaq üçün güya hamilə olduğunu demişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayında Mətanətdən ayrılanda da sonuncu ona hamilə olduğunu demiş, lakin Mətanətin dediklərinə inanmamışdır. Sonradan isə Mətanət bir uşaq şəkli atıb guya ondan qız dünyaya gətirməsini yazmışdır. Binəqədi rayon prokurorluğunda izahat verərkən Mətanəti qucağında uşaqla görsə də həmin uşağın onun olmadığını düşünmüşdür, çünki Mətanətlə aralarında cinsi münasibət kəsilmişdi. Aralarında olan dava-dalaşın da əsas səbəbi Mətanətin onunla cinsi əlaqədə olmağı tələb etməsidir. Zərərçəkmiş şəxs dəfələrlə barəsində hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Bunun səbəbi isə ondan ayrılmaq istəyi olmuşdur. Mətanət bu yol ilə onu özünün yanında saxlamaq istəmişdir. Mətanətin dünyaya gətirdiyi “Nurlan” adlı və “Daniella” adlı uşaqların atasının olmadığını deməsi isə Mətanət üçün barəsində şərböhtan atmasına əlavə səbəb olmuşdur. Qaradağ Rayon Məhkəməsi uşaqların atası olmasına dair qərar versə də tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. xx.xx.2018-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, «Naftalan» motelində Zərərçəkmiş şəxs ilə arasında baş vermiş mübahisənin səbəbini dəqiq xatırlamır. Sonda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2000-ci ildə Şahid9la ailə həyatı qursa da 2012-ci ildə münasibətləri pozulduğuna görə sonuncuyla boşanmışdır. Həmin nikahdan 2002-ci il təvəllüdlü oğlan övladı dünyaya gəlmişdir. Şahid9la boşandıqdan sonra isə 2014-cü il tarixdən Şuşa sakini olan, lakin Lökbatan qəsəbəsində məskunlaşmış Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxtdan Ramillə münasibət saxlamışdır. Niyyəti Təqsirləndirilən şəxsla ailə qurmaq olmuşdur. Belə ki, ilkin vaxtlarda Ramil atasının həbsdə olduğunu, özünün məhkəmə proseslərində olduğunu, barəsində axtarış olduğunu və bir sıra başqa bəhanələr gətirərək onunla rəsmi nikaha daxil ola bilmədiyini bildirmiş və o, Ramilə inanıb sonuncunun onunla nə vaxtsa rəsmi nikaha girməsini gözləmişdir. Rəsmi olaraq nikaha daxil olmasalar da, Ramillə eyni evdə yaşamışlar. Belə ki, özlərinə məxsus evləri olmadığı üçün, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları dövrdə tez-tez ailə daxilində mübahisələri olmuş, hətta bəzi hallarda Ramil onu döymüş lakin Ramillə ailə quracağını fikirləşib bunlara dözmüşdür. 2015-ci ilin yanvar ayının 14-də isə Ramildən bir oğlan övladı dünyaya gəlmişdir. Bundan sonra 2018-ci ilin fevral ayında isə Ramildən ikinci övladına hamilə olmuşdur. Əvvəlcə həmin uşağı dünyaya gətirmək istəməmiş, buna görə Ramildən pul istəmişdir ki, həkimə gedib çox gec olmadan həmin uşağı qanuni şəkildə abort etdirsin. Lakin Ramil nə ona pul vermiş, nədə ki, bu barədə konkret bir fikir deməmişdir. Sonradan 2018-ci ilin iyul ayında bətnindəki uşaq təxminən 21-22 həftəlik olarkən Ramilin anası Şahid10 Oqtay qızı onların evində, yəni Lökbatan qəsəbəsində 1594-cü keçid, ev 30, mənzil 18 ünvanında yaşayarkən ona təzyiq edərək uşağı abort etməyə məcbur etmiş və uşaq artıq 22 həftəlik olduğundan abort etmək istəməmiş, həmçinin öz həyatının təhlükədə olmasından qoxmuşdur. Həmin vaxtlarda Ramil Lökbatan qəsəbəsində onlarla birgə qalmamış, dəfələrlə zəng edib Ramilə onunla görüşməyə çağırıb bu məsələyə aydınlıq gətirməsini çalışmış, lakin Ramil onunla görüşməyə gəlməmiş, anası da ona uşağı abort etdirməsi üçün təzyiq göstərmiş, hətta bunun üçün kapital bankdan həmin ayda pul da götürmüşdür. xx.xx.2018-ci il tarixdə növbəti dəfə Ramillə görüşmək üçün “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gəlmiş, lakin Ramil telefonda ona qışqıraraq və təhqir edərək onunla görüşmək istəmədiyini bildirdiyi üçün, həmçinin Ramilin ona və öz övladlarına laqeyd münasibətinə görə özünü öldürmək qərarına gəlib Memar Əcəmi metro stansiyasına düşmüşdür. Həmin vaxt fikri özünü qatarın altına atmaq olmuş, lakin metroda havasızlıq və hamilə olduğundan halı pisləşmiş və özündən getmişdir. Bu zaman polis əməkdaşları ona kömək etmişlər və təcili yardım çağırmışlar. Həmin hadisədən sonra Nəsimi rayon prokurorluğundan bu barədə araşdırma aparılmışdır. Bundan sonra Ramil onu və övladı Nurlanı Papanin ərazisində yerləşən məhəllə evinə gətirmiş və onlar həmin ünvanda kirayədə yaşamağa başlamışlar. Həmin vaxtda da yəni 2018-ci ilin avqust ayında da aralarında mübahisələr davam etmişdir. Belə ki, Ramilin anası Minayə ona təzyiq edib, uşağı abort etməsini demiş və buna görə Ramillə aralarında tez-tez mübahisə yaşanmışdır. Belə mübahisələrin birində 2018-ci ilin avqust ayında Ramil onu kirayə yaşadıqları evdə vəhşicəsinə döymüşdür. Bu barədə Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma da aparılmış, lakin Ramil və ailəsi ona təzyiq göstərdiklərindən şikayətçi ola bilməmişdir. Həmin vaxt tibbi ekspertizadan da keçmişdir. Bundan sonra həmin ilin avqust ayında Ramil onu yenə də döymüşdür. Bu zaman isə həmin zərbələrdən uşağını itirmişdir. Belə ki, erkən doğum keçirmiş və 25-26 həftəlik uşağını itirmişdir. Bundan sonra halı pis olduğu üçün Ramil onu evdə qoyaraq ölmüş uşağı aparmışdır, lakin Ramilin həmin uşaqla nə etdiyini bilməmişdir. Bundan sonra ilk vaxtlarda Ramil onu qorxudaraq şikayət etsə başına pis hadisə gələcəyi ilə hədələmişdir. Bundan sonra birinci övladına sənəd almaq üçün, Ramillə nikaha girmək üçün, ailəsi qarşısında gözü kölgəli olmamaq üçün Ramillə yaşamağa davam etmişdir. Həmin vaxtlar hətta Ramil onların yaşadıqları evin kirayə pulunu da verməmiş və 2018-ci ilin sentyabr ayında ev yiyəsi onları çölə atdığına görə Nəsimi rayonunda Qızıltac şadlıq evinin yaxınlığında kirayə yaşamağa başlamışlar. 2019cu ilin may ayının 6-da isə onun Ramildən ikinci övladı, yəni qızı dünyaya gəlmişdir. Lakin həmin vaxt Ramil onun adına nalayiq sözlər işlədərək həmin uşağın ondan olmadığını bildirmişdir. Uşağı doğduqdan sonra tək qaldığı, ac olduğu üçün və Ramil tərəfindən edilən təhqirlərə dözmədiyinə görə həmin vaxt kirayədə yaşadığı ünvan 12 ünvanda özünü öldürməyə cəhd etmişdir. Belə ki, çoxlu sayda müxtəlif dərmanlar içmiş, həmçinin damarlarını və boğazını kəsmişdir. Huşu itənə yaxın isə 102 xidmətinə zəng edib məlumat vermişdir ki, polislər gəlib uşaqlarını götürsünlər. Evə gələn polis əməkdaşları və həkimlər isə ona köməklik etdikləri üçün həyatda qalmışdır. Sonradan kirayə pulunu ödəyə bilmədiyi üçün ünvan 13 ünvandan da ev yiyəsi onu çıxarmışdır. Sonuncu dəfə isə xx.xx.2019-cu ildə Nərimanov rayonu, Xoyski küçəsində yerləşən 110 saylı binanın başına çıxaraq oradan özünü atmaq istəmiş, lakin polis əməkdaşları vaxtında gələrək onu və övladlarını xilas eləmişlər və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirmişlər. polis şöbəsində izahatı alındıqdan sonra görmüşdür ki, şikayətinə baxılmır, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülmür. Ona görə də, bölmədən çıxan kimi, çantasında olan qayçı ilə yenidən özünü öldürmək niyyəti ilə sol qolunun bilək nahiyəsini kəsməyə başlamış, lakin bu səfərdə polislər ona kömək etdiyi üçün niyyətini başa çatdıra bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla amansız rəftar etmiş, ləyaqətini mütəmadi olaraq alçaltmış, hədə-qorxu gəlməklə onu özünü öldürmək həddinə çatdırmışdır. Belə ki, tanış olduğu vaxtdan Təqsirləndirilən şəxs onu maddi və mənəvi cəhətdən də özündən asılı vəziyyətə salmışdır. Ramillə tanış olana qədər özü çay evində işləmiş, lakin Ramilin tələbi ilə işdən azad olunmuşdur. Bundan sonra maddi cəhətdən Ramildən asılı qalmışdır. Həm də Ramildən iki uşağı olduqdan sonra onunla aralarından mənəvi asılılıq da yaranmışdır. Artıq işsiz və iki uşaqla qaldığına görə, işləyə bilməmiş, Ramil də bütün bunlardan istifadə edib ona əziyyət verib döymüş, haqqında nalayiq ifadələr işlətməklə, yəni hər yerdə yüngül əxlaqlı qadın kimi təqdim etməklə ləyaqətini alçaltmışdır. Eyni zamanda ona qarşı yol verdiyi pozuntular barədə şikayət edəcəyini dedikdə isə onu hədələmişdir. Belə ki, Ramildən onunla nikaha girməsini tələb etdikdə, Ramil qapını çöldən üstünə bağlayıb getmiş və uşağı ilə günlərlə evdə ac qalmış, şikayət etdiyi halda haqqında pozğun olmasına dair fikirlər yayacağını, sosial şəbəkələrdə onu biyabır edəcəyi ilə hədələyirdi. Dəfələrlə ilk nikahdan olan, həmçinin də 2015-ci il təvəllüdlü oğlunun gözü qarşısında döymüşdür. Dəfələrlə olmuşdur ki, Ramil onu hamilə vəziyyətdə döymüşdür. Bu barədə bir neçə dəfə araşdırma aparılsa da, qanunsuz qərarlar qəbul edilmişdir. Əvvəlki vaxtlarda getməyə yeri olmadığı, uşağını atasız böyütmək istəmədiyi, maddi imkansızlığı və onunla nikaha girəcəyinə ümid etdiyi üçün Ramil barəsində verdiyi şikayətlərlərdən imtina etmişdir. Lakin ikinci uşağı olmağa az qalmış Ramil onu və oğlunu atıb getmişdir. Bundan sonra çarəsiz qalıb özünü öldürmək istəmişdir. Son illər ərzində dəfələrlə özünü öldürmək istəmiş, bir neçə dəfə dərman həbləri qəbul etmiş, dəfələrlə özünə xəsarət yetirmişdir. Bütün bu hallarla əlaqədar dəfələrlə araşdırma aparılmış, lakin bu araşdırmalar heç bir nəticə verməmişdir. Təqsirləndirilən şəxs onunla qeyri-rəsmi ər-arvad münasibətlrinin olduğu dövr ərzində heç bir əsaslı səbəb olmadan ona qarşı etdiyi qanunsuz hərəkətləri, habelə özündən maddi və mənəvi cəhətdən asılı saxlayaraq amansız rəftar etdiyi, ləqayətini dəfələrlə alçaltdığı, müxtəlif üsullarla hədə-qorxu gəldiyi, döydüyü və təhqirlər etdiyi üçün 2015-ci ildən 2019cu ilədək müxtəlif vaxtlarda, müxtəlif yerlərdə və müxtəlif üsullarla özünü öldürməyə qərar vermişdir. Dəfələrlə intihar etmək üçün özünə xəsarət yetirmiş, lakin polis və həkimlərin vaxtında etdikləri müdaxilə səbəbindən xilas olunmuş, bir neçə dəfə isə əsəbləri pozulduğu və psixoloji gərginlik keçirərək özünə xəsarət yetirmədiyi halda özünü öldürəcəyi barədə hüquq-mühafizə orqanlarına zəng edib bəyan etmiş, sonradan isə özü bu fikirdən daşınmışdır. Belə ki, Təqsirləndirilən şəxsla 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda birlikdə qalan zaman Ramillə qeyri-rəsmi ər-arvad münasibətində olarkən sonuncu onu dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə söyüb təhqir etməklə, əxlaqsız həyat tərzi keçirməsini, xx.xx.2015-ci il təvəllüdlü “Nurlan” adlı uşaqlarının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğunu bildirmiş, ləqayətini mütamadi olaraq alçaltmış, mütamadi olaraq döymüş, xx.xx.2018-ci il tarixdə saat 14 radələrində birlikdə qaldıqları Bakı şəhəri, Nərimanov rayonu, «Naftalan» motelində həmin vaxt hamilə vəziyyətdə olmasına baxmayaraq döyərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin hadisə nəticəsində psixi gərginlik yaşayıb Ramilin ona qarşı etdiyi qanunsuz həkətlərdən, onu döyməsindən, mütamadi olaraq alçaltmasından təngə gəlib həmin moteldə otaqda stəkanı sındırıb qırıqları ilə qollarına xəsarət yetirib intihar etmək istəmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs onu dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə söyüb təhqir etməklə, əxlaqsız həyat tərzi keçirməsini, “Nurlan” adlı uşaqlarının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğunu bildirdiyi, ləqayətini mütamadi olaraq alçaltması, onunla yaşamaq istəmədiyini deyib atıb getdiyi üçün özünü Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında hərəkətdə olan qatarın altına atmaq istəyərək özünü öldürməyə cəhd etmiş, lakin stansiyada olan vətəndaşların və polis əməkdaşlarının müdaxiləsi nəticəsində istəyinə nail ola bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun hamilə olduğunu bildiyi halda onu dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə söyüb təhqir etməklə, əxlaqsız həyat tərzi keçirməsi, ləqayətini mütamadi olaraq alçaltması, onu döyərək fiziki ağrı və psixi iztirablar verməklə xx.xx.2018-ci il tarixdə saat 01 radələrində kirayə yaşadıqları ünvan 6 ünvanında hamilə vəziyyətdə olduğu vaxt onu döyərək müxtəlif bədən xəsarətləri yetirmiş, əzab vermişdir. Bundan başqa, yuxarıda qeyd etdiyi səbəblərdən dolayı Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 02 radələrində kirayə yaşadıqları ünvan 6 ünvanında hamilə vəziyyətdə olmasına baxmayaraq onu döymüş, həmçinin onu ac saxlamaqla yaşadıqları evin qapısını bağlayıb evdən çıxması üçün çətinlik yaratmış və belə yol ilə ona əzəb vermişdir. Bundan başqa Təqsirləndirilən şəxsla qeyri-rəsmi münasibətlərdə olduqları müddət ərzində birgə münasibətlərdən uşaqlarınının olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətə Ramildən olarkən sonuncu onu dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, onun güya ki, əxlaqsız həyat tərzi keçirməsini xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun və xx.xx.2019-cu il təvəllüdlü «Daniella» adlı qızının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə onunla amansız rəftar etmiş, ləyaqətini mütamadi olaraq alçaltmış, işgəncə vermiş və döymüşdür, bunun nəticəsində 11 may 2019-cu il tarixdə saat 10 radələrində ac qalması və iki azyaşlı övladları ilə birgə yaşamağa yerlərinin olmadığı üçün özünü öldürmək məqsədi ilə ünvan 7 ünvanında dərman həbləri içmiş, həmçinin hər iki qolunun bilək nahiyələrini bıçaqla kəsmiş, lakin kənar şəxslərin və polisin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyimdən sağ qalmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs ona qarşı etdiyi qanunsuz hərəkətlər səbəbindən özünü öldürmək niyyəti ilə xx.xx.2019-cu ildə Nərimanov rayonu, Xoyski küçəsində yerləşən 110 saylı binanın başına çıxaraq oradan özünü atmaq istəmiş, lakin polis əməkdaşları vaxtında gələrək onu və övladlarını xilas eləmişlər və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirmişlər. Burada izahatı alındıqdan sonra görmüşdür ki, şikayətinə baxılmır, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülmür. Ona görə də, bölmədən çıxan kimi, çantasında olan qayçı ilə yenidən özünü öldürmək niyyəti ilə sol qolunun bilək nahiyəsini kəsməyə başlamış, lakin bu səfərdə polislər ona kömək etdiyi üçün niyyətini başa çatdıra bilməmişdir. Bundan başqa ifadəsində qeyd etdiyi kimi, dəfələrlə Təqsirləndirilən şəxs ona qarşı amansız rəftar etməsi, döyməsi, təhqir etməsi, ləqayətini mütamadi olaraq alçaltması, hədə-qorxu gəlməsi səbəbindən müxtəlif vaxtlarda və məkanlarda hüquq-mühafizə orqanlarına intihara cəhd həddinə çatdırılması barədə məlumat vermiş, həmin vaxtlar isə özünü öldürmək istiqamətində heç bir hərəkət etməmiş, belə məlumatları verən zaman Təqsirləndirilən şəxs yalvarışlarına, ailəsini dağıtmaq istəmədiyinə, uşaqlarını atasız qoymaq istəmədiyinə görə şikayətçi olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ramil onu mütəmadi olaraq döymüşdür. Döyülməsi səbəbindən hətta bir uşağı ana bətnində olarkən tələf olmuşdur. 2018-ci ilin sentyabr ayında ilk uşaqlar, 2019-cu ildə məcburi hamiləlik nəticəsində digər uşağı anadan olmuşdur. Ramil uşağının gözünün qarşısında onunla məcburi cinsi əlaqədə olmuşdur. Ramillə onun münasibətləri 2015-ci ildən kəskinləşmişdir. 2019-cu ilin aprel ayında onlar yenidən barışmışlar və birlikdə yaşamağa davam etmişlər. Ramillə olan münasibətinə görə atası onunla küsülü olmuşdur. Onun ilk öncədən fikri Fransaya köçmək olmuşur. Lakin Ramil ona əngəl olmuşdur. Onların kirayəyə yaşadıqları evlərdə qonşular həmişə səs-küyə və davalara şahid olmuşlar. Hər dəfəsində qonşular onlardan şikayət etmiş və bu səbəblərdən də ev sahibləri onları evdən çıxarmışdır. Buna görə də tez-tez yaşadıqları ünvan dəyişmiş və fərqli yerlərdə kirayədə qalmışlar. Ramil onun şəkillərini sosial şəbəkədə paylaşıb onun ünvanına təhqirlər yazmışdır. O, həmin şəkiləri silməyə cəhd edəndə hər dəfə Ramil tərəfindən döyülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Seyfulla oğlu ifadəsində göstərmişdir ki, onun ünvan 15 ünvanında yerləşən villa tipli həyət evində öz ailə üzvləri ilə yaşamadıqlarına görə oranı icarə müqaviləsi əsasında müxtəlif şəxslərə kirayə üçün verir. Adətən o evini kirayə verərkən icarəçi ilə aralarında müqavilə bağlanır. Belə bir icarəçilərdən biri də xx.xx.2018-ci ildə müqavilə bağladığı X8 olmuşdur. Rasimlə aralarında olan razılığa əsasən Rasim, onun evini tikinti şirkətinin ofisi kimi istifadə etməli və ona aylıq olaraq 1500 manat icarə haqqı verməli idi. Rasimin deməsinə görə Rasim Cahangir adlı şəxslə birgə işlərini görməli idi. Cahangiri o bir neçə dəfə Rasimin yanında görmüşdür. Cahangir kök uca boylu təxminən 60-65 yaşlarında idi. Təxminən 5-6 ay ərzində Rasim onun evini icarəyə götürdü. O yalnız aylıq icarə haqqını almağa gedərkən evə gedib ümumi səliqəyə baxıb çıxırmış. Bir dəfə yenidən icarə haqqını almağa gedərkən orada bir nəfər qadın görmüşdür. Adının sonradan Mətanət olduğunu öyrəndiyi həmin qadından kim olduğunu soruşduqda onun evində müvəqqəti qaldığını bir-iki gün sonra gedəcəyini və orada təmizlik işləri gördüyünü demişdir. O da çox dərindən araşdırmamış və qadının dediklərinə inanmışdır. Rasimin ona dediyinə görə isə qadının yaşayış yeri olmadığı üçün uşağı ilə birgə bir neçə gün orada qalıb getməli idi. Rasim onun evini icarəyə götürdüyü vaxtdan bir müddət sonra icarə haqqını ödəyə bilməmişdir. Rasimin onun evindən çıxma ərəfəsində Ramil adlı şəxsi də orada görmüşdür. Lakin o bilməmişdir ki, Ramillə Mətanətin hər hansı münasibəti vardır. Ümumiyyətlə həmin ərəfədə ev ofis kimi istifadə olunduğuna görə gəlib gedən çox olmuş və o kimin kim olduğu ilə maraqlanmırmış. Rasim onun evini təhvil verərkən məlum olmuşdur ki, evin həyətindəki qarajda olan bir ədəd mağazalarda su üçün olan soyuducusu və velosipedi yoxdur. Rasimdən bu barədə soruşduqda həmin soyuducunu hansısa mağazaya istifadə üçün verdiyini dedi. Lakin velosipedi kimin apardığını bilmədiyini demişdir. O Rasimdən evi təhvil aldığı gün də Mətanət orada olmuş və həmin vaxt Mətanət evdən çıxıb getmişdir. Lakin Mətanətin yanında uşaq olub-olmadığını xatırlamır. Təxminən 2-3 saat sonra evinə gəlmişdir. Evə gələndə görmüşdür ki, Ramil evinin ikinci mərtəbəsində hamamdadır. Ramildən evinə necə girdiyini və nə səbəbə orda olduğunu soruşduqda bildirmişdir ki, guya o Rasimlə təhvil-təslim edərkən Ramil, eyvanda siqaret çəkirmiş və yaddan çıxıb evdə qalıb. Onlar da qapını bağlayıb getdiklərinə görə evdən çıxa bilməmişdir. Ramilin bu hərəkəti xoşuna gəlmədiyinə görə dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. PPX əməkdaşları gəlib Ramili Binəqədi RPİ-nin 4-cü PŞ-nə apardılar. Sonradan o da gedib həmin bölmədə izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019cu ilin aprel ayına qədər 18 saylı Bakı Peşə Liseyində Tərbiyə İşləri üzrə müavin işləmişdir. İşi təhsil alan tələbələrin təlim-tərbiyəsinə və dərslərə damiyyətlərinə nəzarət etməkdən ibarət imiş. Həmin liseyə qəbul ASAN xidmət vasitəsi ilə olurmuş. Belə ki, təhsil almaq istəyən şəxslər attestatları və şəxsiyyət vəsiqələri ilə ASAN xidmətə müraciət edib məktəbdə oxuduğu fənlərdən aldıqları ortaq ballarına əsasən müvafiq ixtisaslara ödənişli və ya ödənişsiz əsaslarla qəbul olunurlar. Bundan sonra şəxsin tam orta təhsilli olubolmamasına görə müvafiq olaraq bir illik və ya üç illik təhsil alırlar. Təhsili bitirməklərinə dair tələbələrə diplom verilirmiş. Zərərçəkmiş şəxs təxminin xatırladığına görə 2018-ci ilin yayında 18 saylı Bakı Peşə Liseyində Nəzarətçi Xəzinədar ixtisasına qəbul olunmuş və 160-cı qrupda təhsil almışdır. Təxminən 2-3 ay ərzində Mətanət liseydə təhsil aldıqdan sonra davamiyyətinə görə xaric olunmuşdur. Belə ki, Mətanət sentyabr ayında dərslərə normal gəlib-getmiş, sonradan gəlmədiyinə görə o və qrup rəhbəri Mətanətlə əlaqə saxlayıblar. Mətanət telefon danışıqları zamanı əri tərəfindən döyüldüyünü, bədənində və üzündə xəsarətlər olduğuna və aldığı xəsarətlərə görə yataqda yatdığına görə gələ bilmədiyini demişdir. Onlar Mətanətə telefonda xəbərdarlıq ediblər ki, əgər davamiyyəti düzəlməzsə liseydən azad olunacaqdır. Bundan sonra Mətanət liseyə gəlmişdir. Gələrkən o və müəlliməsi Mətanəti qəbul edib söhbətlər aparmışlar. Həmin vaxt Mətanətin üzündə göz altı nahiyədə göyərmələr, qollarında və boyunda qançırlar var imiş. Baxarkən həmin xəsarətlərin döyülmə nəticəsində alındığı hiss olunurmuş. Mətanətin deməsinə görə Mətanəti döyən şəxs əri olmuşdur. Həmçinin deməsinə görə Mətanət, hamilə olmuş, əri Mətanətə pul vermirmiş və yol pulusu olmadığına görə dərslərə gəlmirmiş. Bu səbəbdən də həmin vaxt onlar Mətanətə maddi yardım etmişlər. Onlar Mətanətə növbəti dəfə xəbərdarlıq edib dərslərə gəlmədiyi halda liseydən xaric olunacağını demişlər. Mətanət bundan sonra da dərslərə gəlməmiş və təxmini xatırladığına görə noyabr-dekabr ayında Mətanəti xaric etmişlər. Bundan sonra Mətanət barədə heç bir məlumatı olmamışdır. Şahid2 əlavə olaraq bildirmişdir ki, o Mətanətin üzündə bədəninin gözlə görünən yerlərində, əsasən də qollarında və boynunda döyülməyə məxsus xəsarətlər görmüşdür. Mətanət ərinin etdiyini desə də, o Mətanətin ərinin kim olmasıyla bağlı məlumatı olmadığını demiş və həmçinin Təqsirləndirilən şəxs tanımadığını qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, Mətanətin xarici görkəmindən hamilə olduğu hiss olunmurmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 aprel 2016-cı ildən etibarən DİO-da xidmət edir. 18 avqust 2019-cu il tarixdə xidmətdə olarkən Nərimanov RPİ-nin növbətçi hissəsindən efir vasitəsi ilə məlumat daxil olmuşdur ki, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 110 saylı binanın damından bir qadın uşağı ilə birgə özünü yerə atmaq istəyir. Həmin vaxt növbədə olan iş yoldaşları, polis əməkdaşları Şahid4 və X9 ilə qeyd edilən ünvana getmişlər. Həmin vaxt orada FHNnin xüsusi riskli xilasetmə qrupu və təcili tibbi yardım avtomobili var idi. Birgə keçirilən əməliyyatla qadını binadan aşağı endirmişlər. Həmin qadının üzərində döyülməyə və fiziki zorakılığa məruz qalmasına dair xarakterik hər hansı əlamət görməmişdir. Eyni zamanda onun gözlə görünən nahiyələrində heç bir xəsarət və ya xəsarət izi müşahidə etməmiş, ancaq həmin qadın ağlayırdı və ərindən şikayətlənmiş, özünün deməsinə görə əri onu atıb getdiyi üçün çarəsiz qalmış və uşaqlarına baxa bilmir. Həmin vaxt qadının qucağında 2-3 aylıq körpə, yanında isə təzminən 4-5 yaşlarında uşaqlar var idi. Qadını aşağı endirdikdən sonra onu Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə aparmışlar, yolda uşağına yeməkdə alıb vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 iş üzrə Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2000-ci ilin əvvəllərində Nizami küçəsində, “Azərbaycan” kinoteatrının yaxınlığında yerləşən “TT” çay klubunu icarəyə götürərək işlətmişdir. Həmin vaxt çay evində Mətanətlə tanış olmuşdur. Əvvəllər o Mətanətin adının “Rita” olduğunu bilmiş, sonradan ona məlum olmuşdur ki, adı Mətanətdir. Tanıdığı illər ərzində o, Mətanətdən hər hansı qeyri-etik hərəkət görməmişdir. Mətanətin deməsindən bilirmiş ki, Mətanət ilk ailəsindən ayrılmış və sonradan Ramil adlı bir nəfərlə qeyri-rəsmi nikahda yaşamış, lakin həmin şəxs barədə ona ətraflı məlumat verməmişdir. Mətanət hər zaman işçi kimi ona tapşırılan işi vaxtında icra etmiş və sözünə bütöv şəxs olmuşdur. O çay evini işlətməklə yanaşı xalq arasında “köhnə univermaq” kimi tanınan mağazada qızıl piştaxtası icarəyə götürərək qızıl-zinət əşyaları satırmış. Mətanət də tez-tez ondan deməsinə görə özü üçün qızıl-zinət əşyaları alırmış. Bəzən pulu tam çatmadıqda bir hissəsini ödəyəcəyini demiş və dediyi vaxtda da həmin məbləği gətirmiş. Adətən əvvəllər ödəmələrdə gecikmələr etməmiş. Özünün deməsindən bilmişdir ki, qızılları həm Mətanətin pulu, həm Ramilin Mətanətə verdiyi pullarla almış, sonra o, Mərkəzi Univermaqda piştaxta icarəyə götürərək orada qızıl-zinət əşyaları satmağa başlamışdır. Təxminən 2016-cı ilin ortalarında başlayaraq Mətanət ödəmələrdə gecikmələr etməyə başlamışdır. Mətanətdən bu barədə soruşduqda əvvəlcə yoldaşının pul alacağını demiş, sonra isə Mətanət demişdir ki, Ramil ondan həmin qızılları alıb aparıb və pulu ödəmir. Mətanətin deməsinə görə Ramil Mətanəti döyüb qızılları əlindən almış və atasını cəzaçəkmə müəssisəsindən çıxartmaq üçün xərcləmişdir. Uzun müddət ərzində Mətanəti tanıdığı üçün son dəfələrdə qızıl almağa gələndə əhvalının yaxşı olmadığını başa düşmüşdür. Mətanət əvvəlcə ona bu barədə heç nə deməmiş, sonradan isə Ramilin Mətanəti döyüb işgəncə verdiyini, uşaqlarını atdığını, uşaqların atasının olmadığını demişdir. Hətta bəzən yanına gələndə onun vəziyyətinin çox acınacaqlı olduğunu görmüş, 2019-cu ilin yay aylarında yanına gələrkən vəziyyətinin lap pis olduğunu görmüş, həmin qucağında balaca qız uşağı, yanında isə bir oğlan olmuşdur. Şahid6 əlavə olaraq bildirmişdir ki,Təqsirləndirilən şəxs iki dəfə görmüşdür. Belə ki, Ramil bir dəfə ona köhnə univermağın yanında 160 manat Mətanətin nisyə götürdüyü qızıl əşyasının pulunu vermişdir. Həmin vaxt O Ramilin Mətanətin həyat yoldaşı olduğunu bilməmişdir. Sonradan Mətanət ona bu barədə bildirmişdir. Həmin vaxt Ramilin gəldiyi maşının üstündə taksi nişanı olduğuna görə o şübhələnməmişdir. Sonradan pulları verə bilmədiyi vaxtlarda onun Ramillə telefon danışıqlarım olmuşdur. İkinci dəfə isə 2016-cı ilin sonlarında Ramil ona zəng edib tanıdığı taksi sürücüsünü göndərdiyini və Ramilə qarnitur verməyi demişdir. Həmin vaxt da o Ramilə mərkəzi univermaqda olan piştaxtamdan 4700 manat məbləğində, İtaliya istehsallı, 750 əyarda, təxminən 40 qramlıq, brilliant qaşlı bir üzük, iki sırğa, kalye və qolbaqdan ibarət dəst vermişdir. Sonradan Mətanət demişdir ki, əslində ondan qızlı alan Ramilin elə özüdür. Sadəcə olaraq özünü taksi sürücüsü kimi təqdim etmişdir ki, o Ramili tanıyıb köhnə borcları tələb etməsin. O, hazırda Təqsirləndirilən şəxs şikyətçidir və ondan 4700 manat məbləğində pulunun alınmasında köməklik edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ondan nisyə alıb pulunu ödəmədiyi malları 2016-cı il ərzində yəni oktyabr-dekabr aylarında almışdır. Həmin ərəfədə Mətanət, ondan müxtəlif əşyalar götürmüşdür. Hazırda hamısını xatırlamasa da, bilir ki, bir ədəd boyunbağı və qolbaqdan ibarət, 750 əyarlı, İtaliya istehsalı, təxminən 25-30 qramlıq, toxunma formalı dəst, bir cüt sırğa və üzükdən ibarət, Türkiyə istehsalı, 585 əyarlı, 15-20 qramlıq, gül formalı dəst, xx.xx.2016-cı ildə 41,5 qramlıq, 750 əyarlı, İtaliya istehsalı, 4 karat brilliantla bəzədilmiş, yarpaq formalı qarnitur, təxminən 5-6 ədəd müxtəlif əyarlı, qramlı, formalı, bəziləri köhnə Rusiya istehsalı olan, 250, 400, 750, 650 manatlıq və digər qiymətlərdə üzüklər, xx.xx.2016-cı ildə 750 əyarlı, İtaliya istehsalı, 25 qramlıq, zəncir formalı, 1600 manatlıq boyunbağı və digər unutduğu əşyaları almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs ondan 14800 manatlıq qızıl-zinət əşyaları almışdır. Sonradan Zərərçəkmiş şəxs ona iki ədəd “Kapital Banka” aid bank kartı gətirdi. Həmin kartlardan biri Təqsirləndirilən şəxs adına idi və kodu 0819 idi. Həmin kartı Mətanətin necə əldə etdiyi bilmir, lakin ona Ramilin çörək pulu kartı adı ilə verib orda olan məbləği çıxarıb ona olan borcundan çıxmağı xahiş etmişdir. Sonradan isə Mətanət ona daha bir kart verib həmin kartın isə birinci həyat yoldaşına aid olduğunu demişdir. Eyni qaydada həmin kartda olan məbləği də çıxarıb borcundan silməyi xahiş etmişdir. Həmin kartın kodu isə 8170 idi. O, həmin kartlardan xx.xx.2015-xx.xx.2018-ci il tarixləri ərzində ümumilikdə 2242 manat pul çıxartmışdır. Həmin məbləği də Mətanətin ona olan borcundan çıxdqda yekun olaraq ona 12558 manat borcu qalmışdır. Qızıllarının pullarını ödənilməyən zaman o, Mətanətə zəng etmiş, çox vaxt Mətanət, telefona cavab verməmiş, sonradan isə Mətanət zəng edib Ramilin Mətanətə telefona gələn zənglərə cavab verməyə icazə vermədiyini demişdir. Mətanət Ramildən gizlin ona zəng edib Ramil tərəfin döydüyünü, evdən çıxmağa icazə vermədiyini, Mətanəti və uşaqları ac saxladığını demişdir. Bəzən kömək üçün yanına gələndə Mətanətin vəziyyətinin çox acınacaqlı olduğunu görürmüş. Dəfələrlə vəziyyətinə görə acıyıb pul da vermişdir. O Mətanəti təxminən bir il yarım əvvəl hamilə vəziyyətdə də görmüşdür. Həmin vaxt da Mətanət çox solğun, baxımsız vəziyyətdə imiş. Bir dəfə hamilə olarkən yanına gələrkən halı pisləşmiş və mərkəzi univermaqda olan işçilər və o, Mətanətə kömək etmişlər. Bir-iki dəfə isə onun qolunda sarıq görmüşdür. Deməsinə görə Mətanət özünü öldürmək üçün qolunu kəsmişdir. Bir dəfə söhbət əsnasında Ramilin anasıgilin evinə getdiyi və orada onlarla yaşamağa başladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. X11 adlı qohumu Azərbaycan Respublikasında yaşamadığı üçün Bakı şəhəri, Nəsimi rayonu, Alatava küçəsində yerləşən 211 saylı həyət evinin açarlarını ona vermişdir ki, oranı icarə versin, ev boş qalmasın. 2018-ci ilin yay aylarında makler vasitəsi ilə həmin ünvana Mətanət və Ramil kirayə yaşamağa gəlmişlər. Mətanət və Ramil onların evini kirayə götürməyə gələrkən özlərini ailə kimi təqdim etmişlər. Mətanətin onun evində qədər qaldığını xatırlmamır. O dəfələrlə onlarla kirayə müqaviləsi bağlamaq istəsə də, Ramil və Mətanət hər dəfə bir bəhanə gətirib gah şəxsiyyət vəsiqələrinin olmadığını, gah da başqa sözlər demişlər. Mətanət və Ramil bir neçə gün kirayə qaldıqdan sonra qonşu Sevda ona zəng edib evdən səslər gəldiyini, qadının ağladığını və özünü asaraq öldürmək istədiyini dediyini, yanında olan balaca uşağın ağlayaraq ana özünü öldürmə dediyini eşitdiyini bildirmişdir. Həmin ev həyət evi olduğuna və bir-birinə yaxın evlər olduğuna görə qonşular səslər eşidə bilirlər. O da, oğlu ilə birgə həmin evə gəlmişdir. Həmin vaxt qapı bağlı olmuş və o döymüşdür ki, Mətanət gəlib qapını açsın. Mətanət də ona yoldaşının evdə olmadığını və açarı olmadığına görə qapını aça bilmədiyini demişdir. Mətanət qapını aça bilmədiyinə görə o öz açarı ilə qapını açmış və içəri girmişdir. Üzünə baxarkən Mətanətin ağladığı hiss etmiş və nə üçün ağladığını soruşmuşdur. Mətanət əvvəlcə ona demişdir ki, bacısı oğlu Masazır istiqamətində dənizdə batdığı üçün pis olub ağlayır, lakin o Mətanətin yalan danışdığını hiss etmişdir. Bir müddət söhbət etdikdən sonra isə Mətanət bildirmişdir ki, Ramil onu döyüb ac saxlamışdır. O da, Mətanətə nə səbəbə evini satdığını dedikdə guya əri olduğunu və Mətanətlə evlənməsi üçün evi satdığını demişdir. Ona aralarında rəsmi nikah olmaması barədə Mətanət heç bir söz deməmişdir və Mətanət özünü Ramilin rəsmi arvadı kimi təqdim etmişdir. O da, Mətanətə demişdir ki, əgər Ramil onun evini satıbsa qayınanası və qayınatası ilə yaşasın. Mətanət də ona gedib Ramilin ailəsi ilə yaşayacağını demişdir. Həmin vaxt təxmini görünüşünə və Mətanətin deməsinə görə o, 6-7 aylıq hamilə olmuş, həmçinin yanında 4-5 yaşında bir oğlan uşağı da olmuşdur. Mətanətin deməsinə görə həm yanında olan oğlu, həm də hamilə olduğu uşağı Ramilin uşaqları olmuşlar. Mətanətin danışdıqlarında sonra o, zəng edib Ramili çağırmışdır. Ramil də əvvəlcə demişdir ki, Mətanət Ramilin rəsmi arvadıdır və onun bacısının oğlu dənizdə batdığına görə ağlayır. Hətta onlara demişdir ki, guya Mətanəti yasa aparacaqdır. Lakin oğlu və o təklikdə Ramillə söhbət edib qonşuların onların səs-küyündən, dava-dalaşından şikayət etdiyini, Mətanətin hansı səbəbdən özünü öldürmək istədiyini soruşduqda Ramil, məcbur olub demişdir ki, Mətanət Ramilin rəsmi arvadı deyildir. Ramil, Mətanətlə təsadüfən tanış olduğunu, hal-hazırda da Ramildən əl çəkmədiyini, guya uşaqların ondan olduğunu dediyini bildirmişdir. Ramilin deməsinə görə nə 4-5 yaşında olan oğlan uşağı, nə də qarnında olan uşaq Ramildən deyildi və Mətanət ona şər böhtan atırmış. O hər iki şəxsi dinlədikdən sonra başa düşmüşdür ki, Ramillə Mətanət normal adamlar deyil. Ona görə Mətanət və Ramilə evdən çıxmalarını tapşırmışdır. Mətanət və Ramili elə həmin gün evdən çıxartmaq istəsə də, uşağa görə möhlət vermişdir ki, ev tapsınlar. Mətanətə isə gedib qayınanası ilə yaşamağı məsləhət görmüşdür. Təxminən bir gün sonra Mətanət və Ramil evdən çıxmışlar, sonra isə Mətanət və Ramil barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Sərvan oğlu ifadəsində göstərmişdir ki, göstərilən ünvanda qohumları ilə birlikdə yaşayır. Onun anası Zərərçəkmiş şəxs atası Şahid9 ilə 2000-ci ildə ailə qurmuşlar. O valideynlərinin tək övladıdır. Hazırda atası ilə anası boşanmışdır. Atası hal-hazırda Rusiya Federasiyasındadır, o isə, Masazır qəsəbəsində əmisinin evində digər əmisi uşaqları ilə qalır. Əslində anası və atası uzun illər əvvəl boşansalar da ona bu barədə məlumat verməmişlər, çünki onlar həmişə bir yerdə yaşamışlar. Atası ilə anasının ayrı yatdıqlarını görmüş, lakin bunun nə səbəbə belə olduğunu başa düşməmişdir. Anası onunla, atası isə başqa otaqda yatmışlar. O, anadan olmamışdan əvvəl anasıyla atası Göyçayda yaşamışlar, anadan olduqdan 8-9 ay sonra isə onlar Bakı şəhərinə köçmüşlər. Təxmini 8-9 yaşı olan vaxtlarda anasıyla gözəllik salonunda masaj ustası işləmiş, sonradan atasının anasının salonda işləməyinə etiraz etdiyinə görə anası işdən çıxmışdır. Əsasən anasıyla atasının mübahisələri bundan sonra başlamışdır. Anası tez-tez atasına atası Sərvanın anasının sözü ilə işdən çıxmağının səhv olduğunu demiş və aralarında mübahisə yaranmışdır. Hələ atası onlarla qaldığı vaxtlarda evlərinə Ramil adlı şəxs gəlib-getməyə başlamışdır. Həmin şəxsin kim olmasını anasından soruşanda tanışı olduğunu deymiş. Həmin vaxtlar Ramil onlarda qalmış, sonradan anasının uşağı olmuşdur. Atasıyla anası mübahisə etmişlər və daha atası onlarla yaşamamışdır. O elə bilirmiş ki, anasının uşağı atasındadır. Lakin uşaq anadan olandan sonra Ramil onlara gələrkən görmüşdür ki, uşaqla çox isti davranır və “oğlum”, “balam” deyib əzizləmişdir. Ona görə də o şübhələnmiş və anasından bu barədə soruşmuş və anası da uşağın atasının Ramil olduğunu demişdir. O həmin vaxta qədər elə bilirmiş ki, uşaq, onun doğma qardaşıdır. O, anasıyla Dağıstan Respublikasına gedərkən orada anasının uşağı doğulmuş və ölmüşdür. Belə ki, onlar anasının adını unutduğum rəfiqəsigilə getmişlər. Həmin vaxt anası hamilə olmuşdur. Gecə o yatdıqdan sonra anasının uşağı doğulub ölmüşdü. Səhər o yuxudan duranda görmüşdür ki, anası ağlayır və nə baş verdiyini soruşduqda anası yerdə olan dəmir ləyəni göstərib içində qardaşının meyitinin olduğunu demişdir. Baxarkən görmüşdür ki, həqiqətən də ləyənin içindı uşaq meyiti var. Həmin vaxt uşağ meyitini orada dəfn edib Bakıya gəlmişlər. Bunun hansı səbəbdən baş verdiyini bilməmişdir. Lakin bu hadisə ona pis təsir etmişdir və həmin vaxtdan etibarən də qardaşı olmağını arzulamışdır. Anası ona qardaşının onunla doğma olmadığını dedikdə də çox pis olmuşdur. Çünki hər kəs elə bilirmiş ki, atasiyla anasının uşağıdır. Özü də elə bilirmiş və ümid edirmiş ki, haçansa valideynləri barışacaqdır. Hətta hal-hazırda da onun əmiləri, bibisi elə bilirlər ki, uşaq atasının uşağıdır. O və atası onlara bu barədə deməmişlər. Sonradan anasının yenə də hamilə olduğunu başa düşmüşdür. Lakin həmin uşağa nə olduğunu bilməmişdir. Anasının deməsinə görə uşağı doğulub ölmüşdür. Lakin uşağın nə zaman, harada və nə səbəbdən ölməsini bilmir. 2019-cu ilin may ayında isə anasınının Ramildən qızı dünyaya gəlmişdir. Həmin qızın olması barədə isə ümumiyyətlə atasının qohumları bilmirlər. O, da onlara bu barədə deməyə utanır. Anası Ramillə tanış olduqdan sonra onların evində demək olar ki, hər gün mübahisələr olurmuş. Ramilə qədər atasıyla arada mübahisə etsələr də, əsasən evdə sakitlik olurmuş. Ramillə tanış olandan bir müddət sonra anası ilə atası dalaşıb onlarla qalmağına icazə verməmişdir. Ramil həftədə 3-4 dəfə gəlmiş, adətən gələndə gecələr qalmış, anasıyla Ramil bir otaqda, o isə, ayrı yatırmışdır. Ramil adətən gələndə bazarlıq etmiş və anası axşam süfrəsi açmış və onlar birgə yemək yemişlər. Ramil gecəni qalıb səhər yemək yeyib çıxıb getmişdir. Ramilin demək olar ki, onunla söhbəti olmamış, içəri girəndə salam vermiş və onlar demək olar ki danışmamışlar, çünki anasıyla Ramilin münasibətinin olmasını istəməmişdir. Dəfələrlə anasına Ramillə münasibətini kəsməyini demiş, anası isə Ramilin qardaşının atası olduğunu və Ramili sevdiyini demişdir. Evlərinə gəlməsini istəmədiyi üçün çox vaxt anası və Ramillə yemək də yeməmiş və otağında tək oturmuş. Ramillə anası demək olar ki, hər gün mübahisə etmişlər. Ramillə anasının mübahisəsi onun başqa qadınlarla olan münasibətinə görə daha çox olmuşdur. Anası Ramilin telefonunda başqa qadınlarla olan söhbətini aşkar edəndə dalaşırlarmış. 2017-ci ildə Ramil atasının ona 600 manata aldığı “HP” markalı notebuku aparmış və iki saata gətirəcəyini demiş, lakin kompyuteri ona qaytarmamışdır. Anasının deməsinə görə həmin notebuku Ramil girov qoymuşdur. Buna görə də Ramillə anasınının tez-tez mübahisəsi düşmüş və anası ondan notebuku qaytarmağı tələb edirmiş. Ramil isə hər dəfə bir bəhanə demişdir. Adətən mübahisə etdikləri vaxt Ramil anasını dömüş o, da hər dəfə araya girib Ramildən anasını vurmamağı tələb etmiş, Ramil isə ona anasıyla mübahisəsinə qarışmamağı bildirmişdir. Anasının bədənində, ayaqlarında, qollarında, gözünün altında döyüldükdən sonra göyərmələr olurmuş. Anasının başından aldığı xəsarətlərlə görə başından qan gəldiyini də görmüşdür. Hər dəfə Ramil anasını döyəndə bu ona pis təsir etmiş və artıq əsəbləri dözmədiyi üçün, anası da onu dinləməyib Ramildən ayrılmadığına görə o məcbur olub atasının yanına getmiş və həmin vaxtdan da ailə birgə Qax rayonunda yaşasan Abdulla əmisinin Masazır qəsəbəsində yerləşən evində yaşayır. Ramil anasını adətən şillə, təpik, yumruq zərbələri ilə döymüşdür. Anası bir neçə dəfə Ramildən şikayət də versə də, sonradan deməsinə görə şikayətindən imtina etmişdir. Dəfələrlə anası ona verdiyi şikayətlərlə əlaqədar izahat verməyini desə də getməmişdir. Çünki anasına qarşı əsəbidir. Ona dəfələrlə Ramildən ayrılmağı desə də ayrılmamışdır. Bundan əlavə Şahid8 bildirmişdir ki, anasıyla atası boşansalar da, onlar birlikdə yaşayırmışlar. Sonradan anasının Ramildən oğlu olduqdan sonra atasıyla dalaşıb onu birgə yaşadıqları metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən R.Rüstəmov küçəsi 73 saylı binadan yerləşən mənzildən qovmuşdur. Bundan sonra atası onlarla yaşamamışdır. Ramilin anasına etdiyi işgəncələrə və anasının da Ramilin anasına yaşatdıqlarına baxmayaraq ayrılmamasına görə atasının yanına getmişdir. Bilirmiş ki, o anasıyla və Ramillə birgə yaşasa nə isə bir cinayət hadisəsi törədəcək. Çünki Ramil anasına çox işgəncə verib döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2000ci ildə Zərərçəkmiş şəxs ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından 2002-ci ildə oğlu Şahid8 doğulmuşdur. Münasibətləri alınmadığına görə 2012-ci ildə Şahid8la boşanmışdır. Boşandıqdan sonra Mətanət oğlu ilə birgə Bakı şəhəri Nizami rayonunda kirayə yaşamışdır. Uşağına görə o Mətanətin bütün maddi tələbatlarını ödəyirmiş. Evinin kirayə haqqını və bazarlığını o edirmiş. Arada bir uşağa görə kirayə qaldığı evə gəlib orada qalırmış. Sonradan ona məlum olmuşdur ki, Mətanətin münasibətdə olduğu şəxs vardır. Belə ki, o başa düşmüşdür ki, Mətanət hamilədir. Mətanətlə ilə bu barədə danışdıqda ona etiraf etmişdir ki, bir nəfərlə evlənmişdir. Mətanətlə Ramilin rəsmi olaraq nikaha daxil olubolmadığını bilmir. Mətanətin hamilə olduğunu və münasibətdə olduğu şəxs olduğunu bildikdən sonra maddi dəstəyini demək olar ki, dayandırmışdır. Lakin arada bir yenə də Mətanət ona pul lazım olduğu zaman ona müraciət edirmiş o uşağının anası olduğuna görə imtina etmirmiş. Boşandıqdan sonra heç bir zaman Mətanətlə ər-arvad münasibətində olmamışlar və cinsi əlaqələri olmamışdır. Heç bir zaman Mətanətin ailə qurduğunu dediyi Ramil adlı şəxsi görməmişdir. Oğlu Sənan 2016-2017-ci ilə qədər anası ilə qalırmış. Sənanın deməsindən bilirmiş ki, Ramil Mətanəti tez-tez döyürmüş. Sənan ona anası ilə Ramilin tez-tez mübahisə etdiyini, onun Mətanətə xəsarətlər yetdiyini deymiş, Sənan onun yanına anasının Ramil tərəfindən tez-tez döyüldüyü, artıq bunlara dözə bilmədiyi üçün köçmüşdür. Mətanət ilə də bir neçə dəfə bu barədə söhbət edərkən Ramilin Mətanəti döydüyünü, Mətanəti öldürə həddinə çatdırdığını, buna görə dəfələrlə özünü öldürməyə cəhd etdiyini demişdir. Mətanətə onun həyatına qarışmadığını, özünün seçdiyi adam olduğunu demişdir. Çünki Mətanət xaraktercə sərbəstliyi sevən, işinə müdaxilə edilməsinə imkan verməyən bir insandır. Onların da Mətanətlə ayrılmasına səbəb Mətanətin sərbəst xarakterdə olması, tabe olmaqdan imtina etməsi olmuşdur. Heç bir zaman Mətanətdə yüngül həyat tərzinə meyillik hiss etməmişdir. Birgə yaşadıqları müddətdə və sonrakı vaxtlarda Mətanətin kiminləsə qeyri-ciddi münasibətinin olmasını, yüngül həyat keçirməsinin şahidi olmamışdır. Ümumiyyətlə Mətanət xaraktercə yüngül həyat tərzinə meylli insan deyildir. Hətta Mətanətin anası, atası və bacısı ilə görüşən zaman onlar da ona Ramilin qızlarını incitməsi barədə demişdir. Oğlu Sənan ondan notebook istədiyi üçün Sənana təxminin xatırladığına görə 600 manatdan yuxarı qiymətə həmin texniki vasitəni alıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, Ramil oğluna aldığı həmin texniki vasitəni də lombarda qoymuş, lakin ödənişləri etmədiyinə görə həmin kompyüter satılmışdır. O bu barədə sonradan bilmiş və kompyüteri ondan tələb edib polisə müraciət edəcəyini deyərkən Mətanət özü polisə bildirmişdir. X2muş iki uşağı vardır. Qalmağa evi yoxdur və maddi olaraq çox çətinlik çəkir. Arada bir ondan istəyərkən az miqdarda pul versə də, ona maddi dəstək ola bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. X6 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan Xəyalə Mahmudova, Şahid11 və Təqsirləndirilən şəxs doğulmuşdur. Xəyalə Mahmudova ailəlidir, ailə üzvləri ilə birlikdə ayrı yaşayır. Şahid11 isə subaydır, onlarla birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs hal-hazırda işləyir, lakin harada işlədiyi barədə məlumatı yoxdur. Həyat yoldaşı Şahin Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edildiyi üçün adətən yoldaşının yanına gedib-gəlmişdir. 4-5 il əvvəl adının sonradan Mətanət olduğunu bildiyi şəxs yanında uşaqla onların evinə gəlmiş, ona uşağı göstərib nəvəsi olduğunu bildirmişdir. Həmin qadının kim olduğunu bilməmiş, əvvəllər onu tanımamışdır. Sonradan həmin qadın dəfələrlə işlədikləri yerlərə, evlərinə gəlməklə səs-küy salmış, Ramildən uşağı olduğunu bildirmişdir. Həmin ərəfədə yoldaşı Şahin Mahmudov azadlığa buraxılmışdır. Mətanətin dəfələrlə onların evinə gedib səs-küy saldığı üçün o, qonşulardan utanıb Mətanətin evə buraxılmasına razılıq vermişdir. O, oğlu Ramildən bu məsələ ilə bağlı soruşduqda Ramil ona Mətanətin şər-böhtan atdığını bildirmişdir. Mətanət təxminən 10 gün onların evində ayrıca otaqda qalmışdır. O, Mətanəti və uşağını qəbul etmək istəməmiş, münasibət qurmamışdır. Mətanətə qaldığı müdətdə gündəlik yemək verdiyi halda onunla heç bir halda münasibət qurmamışdır. Təxminən 10 gün sonra Ramil qızı Şahid11 zəng edərək Mətanəti və uşağını aparacağını bildirmişdir. Mətanət onların evində qaldığı müddətdə Ramil evə getməmişdir. Daha sonra Ramil birdəfəlik Mətanəti aparmış və heç vaxt Mətanəti görməmiş və onunla bağlı heç nə eşitməmişdir. Şahid10 Oqtay qızı əlavə olaraq göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Mətanət barədə heç bir məlumat veməmişdir. Mətanət onun evinə uşaqla gəldikdən sonra oğlu ilə Mətanətin münasibətlərinin olduğunu öyrənmişdir. Mətanətə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Mətanət yalnız gəlib evimdə səs-küy salan zaman və ac olduğu üçün yaşamağa yeri olmadığı zaman 10 gün müddətində evində qalmışdır. 2019-cu ilin yayında və heç vaxt onu abort etdirməyə məcbur etdirməmişdir. Mətanətin özünü öldürmək istəməsi və xəsarət yetirməsi barədə məlumatı yoxdur. X13 dediklərinin böhtan xarakterli olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2008ci ildən etibarən TTYS-da həkim terapevt kimi işləyir. İşi daxil olmuş çağırışa əsasən ünvanlara gedib xəstələri müayinə etmək, ilkin tibbi yardım göstərmək, lazımi hallarda isə müvafiq xəstəxanalara çatdırmaqdan ibarətdir. Hal-hazırda xx.xx.2018-ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsi, 10-cu bölmənin yaxınlığında yerləşən ünvana Zərərçəkmiş şəxs ilə bağlı çağırışa getməyini və bunun səbəblərini tam olaraq xatırlamır. Lakin sənədlərə əsasən deyə bilər ki, onlar xx.xx.2018-ci ildə saat 04:01-də edilmiş çağırış əsasında həmin ünvanda olmuşlar və Zərərçəkmiş şəxs özünün deməsinə əsasən 25-26 həftəlik hamilə diaqnozu qoymuşlar. Adətən hamiləliyin müddətini onlar xəstənin deməsinə əsasən müəyyən edirlər. Çünki TTY maşınlarında USM aparatı olmadığına görə onlar hamiləliyin müddətini dəqiq olaraq müəyyən edə bilmirlər. Eyni zamanda xatırlayır ki, xəstə əri tərəfindən döyüldüyünü, qarın və bədəninin digər hissələrinə təpik və yumruq zərbələri vurulduğunu demişdir. Müayinə edərkən də onun bədəninin bir neçə yerində səthi travmanın əlamətlərini müşahidə etdiyi üçün ona bununla bağlı diaqnoz qoymuşdur. Səthi travma dedikdə bədəninin müəyyən nahiyələrində ağrı və hiperemiyanın olması nəzərdə tutulur. Səthi travmalar zamanı hələ göyərmə və qançırlar inkişaf etmir. Bir neçə saat sonra həmin göyərmə və qançırlar əmələ gəldiyi üçün bu barədə gördüyümüz halda qeydlər aparırlar. Xəstənin hamilə olması, ona yetirilmiş xəsarətlər nəticəsində düşük olması ehtimalı nəzərə alınaraq tibbi protokollara əsasən onu X17 aparmışlar. Orada xəstə müvafiq həkimə təhvil verildikdən sonra xəstə barədə məlumatı olmamışdır. Şahid12 əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əri tərəfindən döyüldüyünü desə də, ərinin kim olduğu barədə məlumat verməmişdir və Təqsirləndirilən şəxs barədə hər hansı məlumatları yoxdur. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs hər hansı düşük əlamətləri müəyyən etməmişdir. Lakin xəstənin hamilə olması və ona yetirirmiş xəsarətlər nəticəsində düşük olmasının qarşısını almaq üçün onu X17 aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, ailə üzvləri həyat yoldaşı X1 ibarətdir. Abbasağa ilə nikahlarından iki qızı doğulmuşdur. Böyük qızı Zərərçəkmiş şəxs və kiçik qızı İlhamə Babayevadır. Onların ailəsi Göyçayda adlı-sanlı tərbiyəli ailə kimi tanınmışdır. Böyük qızı Mətanət ali təhsilli jurnalistdir və əvvəllər ixtisası üzrə müxtəlif mətbuatlarda işləmişdir. Hal-hazırda işsizdir. Mətanət ilk dəfə Şahid9la ailə qurmuşdur. Birgə təxminən 10 il yaşadıqdan sonra xasiyyətləri düz gəlmədiyi üçün boşanmışlar. Onların 17-18 yaşında Sənan adlı bir oğlu var. Sonradan Mətanət ona demişdir ki, Ramil adlı oğlanla münasibəti var. Mətanət ona bu barədə deyəndə artıq Ramildən hamilə olmuşdur. Mətanətin deməsinə görə Ramil Mətanətin yaşadığı əraziyə yaxın yerdə yaşayan adam olmuş və orada tanış olmuşlar. Mətanət əvvəllər deyirdi ki, Ramillə rəsmi şəkildə evlənib, lakin sonradan etiraf etmişdir ki, Mətanətin nikahı yoxdur. Hər dəfə Mətanətdən nikah barədə soruşduqda müxtəlif sözlər demişdir. Ramillə birgə yaşadığı dövrdə Mətanətin iki uşağı olmuşdur. Dəfələrlə olmuşdur ki, Mətanət ona zəng edib Ramilə pul tapmağı xahiş etmişdir. Mətanətin istəyi ilə o qonşusu yeganədən 1000 manat borca pul alıb göndərmişdir. Pulu alanda Mətanət ona demişdir ki, Ramil tez bir zamanda qaytaracaqdır, lakin Ramil həmin pulu qaytarmamış və o indiyə qədər hər ay təqaüd kartı ilə o pulu qaytarır. Bir dəfə yenə Mətanət ona zəng edib Ramilin Lənkərana getdiyini yol pulu lazım olduğunu demiş və hə həmin vaxt Mətanətə 10 manatı olduğunu demişdir. Ramilin telefonda onunla danışıb 5 manat da tapıb pulun üstünə qoymağı demişdir. O qonşuluqda olan ayaqqabı mağazasına gedib oradan 5 manat borc alıb onlara 15 manat göndərmişdir. Bakıya gələrkən o Ramili üç dəfə görmüşdür. Onunla artıq əskik heç bir hərəkəti olmamışdır. Sonuncu dəfə o Ramili görəndə Mətanət qız uşağına hamilə olmuşdur. Həmin vaxt o, gecəni Mətanətin yaşadığı evdə qalmış və Ramil də gecə orada qalmışdır. Hər dəfə Ramili görəndə onun Nurlanla normal davrandığını görmüş, hətta hər dəfə görəndə Ramilin Nurlana paltar aldığını, evə bazarlıq gətirdiyini görmüşdür. Sonuncu dəfə görəndə Ramillə Mətanət arasında mübahisə olmuşdur. Hamilə olsa da, Ramil Mətanəti başından və bədənindən yumruqla vurmuşdur. Bir ana kimi ürəyi bunlara dözməmişdir. Həmin vaxt Ramilə Mətanəti vurmamağı, polisə düşə biləcəyini demişdir. Ramil də Mətanətin Ramilin işlərinə müdaxilə etdiyini, bezdiyini demişdir. O Ramillə Mətanətə birgə yaşaya bilmirlərsə, nikahları da yoxdursa nə üçün ikinci uşağı dünyaya gətirmək istədiklərini demişdir. Həmin vaxt nə Ramil, nə Mətanət ona cavab verməmişdir. İllərin təcrübəsinə əsasən bilirmiş ki, Ramil heç bir zaman qızı ilə nikaha girməyəcəkdir. Hətta Mətanətə də deyirmiş ki, Ramil Mətanəti yarı yolda qoyacaqdır. Çünki hər dəfə görüşəndə Ramilin danışıqlarından başa düşürmüş ki, o normal adam deyil. Ramilin Mətanətin qızıllarını da lombarda qoyub, satıb ələ keçirmişdir. Hər dəfə Mətanətlə danışanda Ramilin Mətanəti döydüyünü deymişdir. Bütün bu hərəkətlər onu deməyə əsas verirmiş ki, Ramil Mətanəti aldadırdı. Bütün bunlara görə atası da Mətanəti və övladlarını qəbul etmir, ona və bacısına Mətanətlə münasibət qurmağı qadağan etmişdir. Əvvəlcədən Ramilin qızı ilə münasibət qurmaqda məqsədi ondan istifadə etmək olmuşdur. Ona görə də qızı Ramildən hər dəfə nikaha daxil olmağı və uşağa atalıq verməyi istəyəndə Mətanəti döyüb təhqir etmişdir. Bakıya gəlib qızı ilə görüşərkən onun bədən səthində göyərmələr görürmüş. Mətanət də ona Ramilin onun hamilə olduğu vaxtlarda başına vurduğunu, döydüyünü, ac saxladığını, istəmədiyi vaxtlarda zorla cinsi əlaqədə olduğunu deyirmiş. Bunlara görə Mətanət dəfələrə özünü öldürməyə cəhd edibmiş. Ramil barədə polisə verdiyi şikayətlər nəticəsiz qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 oğlu ifadəsində göstərmişdir ki, 16 iyul 2018-ci il tarixdə şəxsi işlərinin arxasınca yollanmaqdan ötrü Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasına endikdə orada platformada çoxlu adamların nəyinsə ətrafında toplaşmalarını görmüşdür. Onlara yaxınlaşdıqda görmüşdür ki, ətrafında toplaşdıqları yerdə uzanmış və halsız vəziyyətdə olan tanımadığı qadındır. Həmin qadına biraz da yaxınlaşıb nə baş verməsini maraqlandıqda onun adının Mətanət olmasını bilmişdir. Ətrafdakı olan şəxslərdən bilmişdir ki, Mətanət özünü qatarın altına atmaq istəmiş, ancaq onu görünlər bu hərəkətə mane olmuşlar. Mətanətin yavaş-yavaş özünə gəlməsini görüb bir qadın kimi ona ürəyi ağrıdığından onu sorğu-sual edib niyə bu cür hərəkət etmək istəməsinin səbəbini soruşmuşdur. Həmin vaxt artıq ətrafdakı şəxslərin bir çoxu oradan ayrılmışlar. Mətanətin yanında azyaşlı oğlan uşağı da olmuşdur. Mətanətin qarnının şiş olmasına fikir verdikdə bilmişdir ki, Mətanət hamilədir. Mətanət ona cavabında bildirmişdir ki, həyat yoldaşı Ramil adlı şəxsin anası Minayə, yəni Mətanətin qaynanası Mətanətdən 8-ci ayda olmasına baxmayaraq hamiləliyinin kəsməsini tələb etmiş, bunun üstündə ailələrində söz-söhbətlər, münaqişələr olmuş, həyat yoldaşı Ramildə anasının düz olduğunu hesab etmiş, buna görə də bundan bezib özünü öldürmək qərarına gəlmişdir. Mətanəti sakitləşdirməkdən ötrü bir müddət birgə platformada dayanıb söhbətlər edib, sonda isə Mətanətin artıq özünü öldürmək fikrindən daşındığını başa düşdükdə onun mobil nömrəsini götürmüşdür. Belə ki, imkanı olduğu halda Mətanətə köməklik etmək istəmişdir. Təxminən 2 gün sonra Mətanətə yenə zəng etdikdə öyrənmişdir ki, o, hazırda qaynanasının evində yaşamaqda davam edir, araları soyuq olsa belə söz-söhbətləri olmur. Mətanətə səbrli olmasını deyib telefon zənginə son vermişdir. Bu zəngdən təxminən 1-2 həftə sonra gecə saatlarında Mətanət həyəcanlı səslə zəng edərək əri Ramil tərəfindən döyüldüyünü, uşağını öldürmək istəməsini söyləyib ondan kömək etməsini xahiş etmişdir. Telefon zəngi zamanı bir nəfər kişinin yüksək səslə və söyüşlə danışığını eşitmişdir. Həmçinin tappıltı səsini, Mətanətin isə “eləmə” deyə yalvarış səslərini eşitdikdə başa düşmüşdür ki, həmin şəxs Mətanəti döyür. Bu an Mətanət telefona zənginə son vermiş, özü isə bir neçə dəfə ona zəng etdikdə telefona zəng çatmadığını görmüşdür. Mətanətin yaşadığı ünvanı bilmədiyi üçün isə polisə zəng etməmişdir. Bundan sonra xeyli müddət ərzində Mətanət ilə əlaqə saxlaya bilməmiş, buna görə də ondan xəbəri olmamışdır. Bundan təxminən bir neçə ay sonra Mətanət ilə təsadüfi olaraq “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşmüşdür. Onun qarnının düz olmasını gördükdə Mətanətin doğuş keçirməsini fikirləşib bu münasibət ilə Mətanəti təbrik etdmiş, lakin Mətanət uşağı doğmadığını, uşağın ona zəng etdiyi gecə Ramil ilə adını bilmədiyi dostu tərəfindən döyülməsi nəticəsində elə oradaca uşağının düşməsini, uşağın doğularkən diri olmasını, Ramil ilə dostunun isə yenidoğulmuş uşağı mələfəyə bükərək bilmədiyi yerə apardıqlarını, sonradan isə uşağından xəbərinin olmamasını söyləmişdir. Eşitdiklərinə şok olub Mətanətdən nə üçün polisə müraciət etmədiyini maraqlandıqda Mətanət əri ilə barışdığını, hazırda Ramil ilə birlikdə yaşadığını, ailəsinin dağılmasından qorxduğunu, ondan başqa heçkəsinin olmamasına görə polisə şikayət etmək istəmədiyini demişdir. Açığı buna təəcüblə yanaşsa da Mətanətin öz qərarı olduğundan hər hansı bir söz deməmiş, bundan sonra Mətanətin yeni mobil nömrəsini özündə qeyd etdikdən sonra sağollaşmışlar. Bundan sonra Mətanət ilə ara-sıra əlaqə saxlasalarda, sonradan Mətanətin ona verdiyi nömrəyə zəng çatmadığı üçün əlaqələri kəsilmişdir. Sonuncu görüşlərindən təxminən 1 il sonra Mətanətlə Milli Oftalmologiya Mərkəzi ilə üzbəüz parkda təsadüfən görüşmüş və bu zaman Mətanətin yanında birinci dəfə gördüyü oğlu ilə yanaşı birneçə aylıq qız uşağının olmasını görmüşdür. Mətanətin deməsindən bilmişdir ki, həmin qız uşağı da Ramil ilə birgə münasibətlərdən dünyaya gəlmiş, Ramil ilə münasibətləri gərgin olmasına baxmayaraq yenə də qırışa-qırışa birgə yaşamaqda davam etmişlər. Bu görüşdən təxminən bir neçə ay sonra isə Mətanət ilə telefon zəngi zamanı hal-əhval tutarkən onun artıq birdəfəmlik Ramildən ayrıldığını, ayrılıqdan sonra bir neçə dəfə özünü öldürmək istəməsini, həmin faktlarla əlaqədar hazırda prokurorluqda araşdırma aparılmasını öyrənmişdir. Bundan sonra isə tez-tez Mətanət ilə əlaqə saxlamağa başlayıb, maddi cəhətdən köməklik etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, ünvan 17 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 1992-ci ildə ATU-nin Müalicə işi fakültəsini bitirmiş, Binəqədi rayonu 9 saylı Poliklinikada iş fəaliyyətinə başlamışdır. 2005ci ildən isə KTM-də həkim mama ginekoloq işləyir. İşi hamilələrin müayinə müalicəsi, doğuşu, keysəriyyə əməliyyatı, həmçinin digər ginekoloji xəstələri müalicə etməkdən ibarətdir. Təxmini xatırladığına görə Zərərçəkmiş şəxs 2019-cu ilin may ayında işlədiyi xəstəxanaya TTY vasitəsilə gətirilmişdir. Həmin vaxt hamilənin dölyanı suyu açılmış, doğuş ağrıları başlamışdır. Özünün deməsinə görə, Məlikov adına və Respublika Xəstəxanasından imtina edib KTM-ə gəlmişdir. Özünün deməsinə görə 6-cı hamiləliyi olmuşdur. Bu barədə xəstəxana tarixində qeyd aparılmışdır. Həmin vaxt USM müayinəsi görə uşaq 38 həftəlik olmuş, lakin, USM hamilənin özünün göstərdiyi son aybaşı tarixi ilə isə hamiləlik 39-cu həftədə olmuşdur. 2015-ci ildə keysəriyyə əməliyyatı olduğuna görə Zərərçəkmiş şəxs yenidən keysəriyyə əməliyyatı etmişlər və sağlam qız uşağı dünyaya gəlmişdir. Hamilənin baxımsız olması ilə əlaqədar olaraq, uşaq arıq olsa da, fiziki cəhətdən sağlam olmuşdur. Əməliyyatın səhəri günü xəstə evə getməyi tələb etmiş, əks halda özünü pəncərədən atmaqla onları hədələmişdir. Ona görə də bu barədə qeyd aparılmaqla, 102 xidmətinə məlumat verilmişdir. Xəstənin deməsinə görə evdə azyaşlı uşağı tək qalmışdır. Mətənət xəstəxanada qaldığı müddətdə, çox narahatlıq yaratmış, səsküy salmış, ora gələn polis əməkdaşlarının sözünə əhəmiyyət verməmişdir. Əməliyyatın 3cü günündə öz iltizamı əsasında evə buraxıldıqdan sonra xəstə barədə məlumat olmamışdır. Şahid15 əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs deməsinə görə birinci dəfə 2002-ci ildə, 2-ci dəfə 2005-cii ldə, 3-cü dəfə 2010-cu ildə, 4-cü dəfə 2017-ci ildə düşük hamiləlik keçirtmişdir. Zərərçəkmiş şəxs deməsinə görə, həmin düşüklər öz başına olmuşdur. Zərərçəkmiş şəxs ona 2018-ci ilin avqust ayında döyülmə nəticəsində hamiləliyin pozulması barədə məlumat verib-vermədiyini xatırlamamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 və Şahid11 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanında qeydiyyatda olsa da, həmin mənzili icarə müqaviləsi əsasında müxtəlif şəxslərə kirayə üçün verir. Adətən o evini kirayə verərkən icarəçi ilə aramızda müqavilə bağlanır. Belə bir icarəçilərdən biri də təxminən 2019-cu ilin aprel ayında müqavilə bağladığı Təqsirləndirilən şəxs olmuşdur. Ramillə aralarında olan razılığa əsasən Ramil, ailəsi ilə birlikdə həmin ünvanda kirayə yaşayacağdılar və Ramil ona aylıq olaraq 400 manat icarə haqqı verəcəkdi. Ramilgil mənzilə köçdükdən bir müddət sonra evə gedərək yaşayan kirayəşinləri tanımaq istəmişdir. Ona qapını açan özünü Mətanət kimi təqdim edən xanım olmuşdur. Mətanət ona yoldaşı Ramil və uşaqları ilə birlikdə yaşadığını bildirmişdir. Mətanətin təxminən 3-4 yaşlı oğlu olmuş və özü də təxminən 7-8 aylıq hamilə olmuşdur. Ramilin onun mənzilində kirayə yaşadıqların müddətdə aralarında hər hansı narazılıq baş verməmiş, Ramin hər ayın əvvəli vaxtı vaxtında kirayə haqqını ödəmişdir. Təxminən 2019cu ilin iyun-iyul aylarında həmin binada yaşayan tanışları ona zəng edərək mənzilinin qarşısında polis əməkdaşlarının olduğunu bildirmiş və ünvana gəlməyini xahiş eləmişlər. O da dərhal həmin ünvana getmiş və orada təcili tibbi yardım əməkdaşlarını, eyni zamanda polis əməkdaşları binanın mühafizə əməkdaşlarını görmüşdür. O, özündə olan açarla qapını açmış və bu zaman divanda Mətanət balaca körpəsi ilə yatdığını görmüşdür. O, Mətanəti oyatmış və Mətanətlə söhbət etməyə başlamışdır. Mətanət polis əməkdaşları ilə danışmaq istəmədiyini bildirdiyi üçün Mətanətlə özü danışmışdır. Mətanət, ona Ramillə dalaşdığını və artıq Ramilin evə gəlmədiyini bildirərək, hətta Ramilin Mətanəti küçəyə atacağını söyləmişdir. Eyni zamanda Ramil Mətanətdən evi boşaltmağı da istəmişdir. O, Mətanətə bildirmişdir ki, onun Ramilin evdən çıxmaq istəməsi ilə bağlı heç bir məlumatı yoxdur, hətta o Mətanəti azyaşlı oğlu və yeni doğulmuş körpə ilə küçəyə atmaz. Mətanət özü də ondan müəyyən müddət zaman istəmişdir. Bildirmişdir ki, əməliyyatdan yeni çıxıb sağaldıqdan Mətanət özünə qalmağa başqa yer tapacaqdır. O da, buna razılıq vermişdir. Mətanətdən tibb işçiləri və polis əməkdaşlarının nə səbəbdən gəldikləri soruşmuşdur. Mətanət da Ramilin artıq bir müddətdir ki, Mətanətlə yaşamadığını və evdən uşaqlarla birlikdə get deməsi səbəbindən DİN-nin 102 xidmətinə zəng vuraraq özünü öldürəcəyi barədə məlumat verdiyini bildirmişdir. Orada olan tibb işçiləri də artıq həmin mənzilə eyni gündə iki dəfə çağırış olduğunu bildirərək Mətanəti xəstəxanaya aparmağı təklif etmişlər. Mətanət əvvəlcə getmək istəməsə də, daha sonra yenicə keysəriyyə əməliyyatı olduğu üçün tibbi işçiləri Mətanəti xəstəxanaya aparmışlar. O daha sonra Ramilə zəng edərək Ramillə danışmış, aralarında olan söz-söhbətin nə olmasını, qapıya polis əməkdaşlarının gəlməsindən narazı olduğunu bildirmişdir. Ramil də ona Mətanətlə artıq yaşamadığını, kirayə haqqını ödəməyəcəyini bildirərək Mətanətin anası evinə getməsini bildirirmiş. Bundan bir neçə gün sonra Ramil ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Küçədə onunla görüşmüş, Ramil ona evin kirayə pulunun yarısını yəni 200 manat və əlavə 20 manat pul vermişdir ki, həmin pulu Mətanətə versin ki, uşaqlarına yemək alsın. O Ramilə bildirmişdir ki, iki azyaşlı uşağı var və söz-söhbət lazım deyil. Ramil də, ona Mətanətlə təsadüfən tanış olduğunu, aralarında rəsmi nikah olmadığını, Mətanətlə yaşamaq istəmədiyi və ayrılmaq istədiyini, lakin Mətanətin Ramildən əl çəkmədiyini, dərman içərək özünü öldürməklə hədələdiyini bildirmişdir. O Ramilin ona verdiyi 20 manat pulu Ramilin xahişi ilə öz adından vermiş kimi Mətanətə vermiş və uşaqlara yemək almasını bildirmişdir. Daha sonra bir dəfə də Ramillə görüşmüş və Ramil ona yenə kirayə haqqının qalan məbləği olan 200 manat və əlavə Mətanətə verməsi üçün 20 manat pul vermiş və bildirmişdir ki, kirayə haqqını ödədiyini və Mətanətə pul göndərdiyini Mətanət bilməsin. O da, bu barədə Mətanətə heç bir məlumat verməmişdir. Bu minvalla Mətanət təxminən iki aya yaxın həmin mənzildə qaldı. Bu müddətlərdə bir dəfə qızı Aynur mənzilə baxmağa getmiş, qapının açıq olduğunu və evdə heç kimin olmadığı görmüş və ona məlumat vermişdir. Aynur özü də Mətanətlə danışmış, rəfiqəsi telefonda Mətanətin işlə bağlı getdiyini, uşaqlara rəfiqəsinin özünün baxdığını və binanın yaxınlığında olduğunu bildirmişdir. Bir neçə gün sonra Aynur yenə mənzilə baxmaq üçün getmiş və evdə heç kimin olmadığını və mənzilin qapısının açıq olduğunu görmüşdür. Aynur da ona məlumat vermiş və o, və qızına mənzilinə yeni qıfıl düzəltməsini tapşırmışdır. 2019-cu ilin təxminən avqust sentyabr aylarında o mənzilin qıfılını dəyişdikdən sonra dəfələrlə Mətanətə zəng edərək bu barədə məlumat vermək istəmiş, lakin Mətanət onun zənglərinə cavab verməmişdir. Bu barədə hətta mesaj da yazaraq göndərmişdir ki, qıfılı dəyişmişdir, mənzilə gələndə ona məlumat versin gəlib evdəki ona və uşaqlarına məxsus əşyaları qaytarsın. Bütün bunlara baxmayaraq Mətanət ona zəng eləməmiş və gəlib evdən əşyaları götürməmişdir. Hətta o mənzilin qıfılını dəyişdikdən sonra Mətanət telefonlara cavab vermədiyi üçün Ramilə zəng eləmişdir. Ramilə Mətanətin evi açıq qoyaraq getdiyini və evdə Mətanətə və uşaqlara məxsus əşyaların olduğunu bildirmişdir. Ramil isə ona Mətanətlə artıq əlaqəsinin olmadığını bildirmişdir. Nərimanov rayon prokurorluğundan Mətanətin müraciəti əsasında araşdırma aparılması barədə məlumat aldıqdan sonra o Mətanətə zəng eləmişdir. Mətanət də ona artıq işinin Binəqədi rayon prokurorluğunda deyil, Nərimanov rayon prokurorluğunda baxıldığını bildirmişdir. Mətanətə gəlib paltarlarını götürməsini də söyləmişdir, Mətanət ona Mərkəzi Univermağın yanında qaldığını, bir gün vaxt tapıb gəlib əşyaları götürəcəyini bildirsə də, indiyədək Mətanət gəlməmişdir. İfadəsində qeyd edilən hallardan başqa heç bir zaman Ramil və Mətanət adlı şəxsləri görməmiş, barələrində məlumatı olmamışdır. Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Təxminən 5 il əvvəl bir nəfər qadın adının sonradan Mətanət olduğunu bildiyi şəxs Qaradağ rayonunda yaşadığı ünvana gəlib səs-küy salaraq Ramili axtarmış, Ramili həyətə çağırmağını tələb etmişdir. Sonradan həmin qadının Ramillə münasibəti olduğunu öyrənmişdir. Mətanət ona Ramildən hamilə olduğunu bildirmişdir. Mətanət adətən onları narahat etmiş, həyətdə səsküy salmışdır. Daha sonra Mətanət yanında 2-3 yaşlı uşaqla onların evinə gəlmişdir. Həmin vaxt onun Mətanətə yazığı gəldiyi üçün anasının da razılığını alıb onu evə buraxmışdır. Mətanət təxminən 10 gün onlarla birlikdə yaşamışdır. Həmin vaxt o, Mətanətə yazığı gəldiyi üçün sonuncunu evə buraxdığını bildirmiş, Mətanətin yerində başqa bir qadının da olduğu halda evə buraxacağını bildirmişdir. O, onun Mətanətə olan qayğısını səhv başa düşdüyünü bildirmişdir. Mətanət evdə qaldığı müddətdə Ramil evə gəlməmişdir. Sonradan o, Ramillə əlaqə saxlayaraq Mətanəti və uşağı aparmasını istəmiş, Ramil də onları özü ilə aparmışdır. Sonradan Mətanət yenə də yaşadıqları ünvana gəlib blokda oturmuş, səs-küy salmışdır. Lakin Mətanətlə həmin məsələdən sonra görüşməmişlər. Mətanət ona hər zaman mesajlar yazmış, həm Ramili və onları hədələmiş, həm də ona yalvarıb Ramillə münasibət qurmağında köməklik istəmişdir. O, Mətanətə Ramildən uzaqlaşmasını, bu hərəkətlərinin nəticəsinin olmayacağını bildirmişdir. O, Ramildən uşaqların Mətanətdən olub-olmadığını soruşmuş, Ramil isə uşaqların ondan olmadığını, şübhəli olduğunu demişdir. Sonradan Mətanət onun qohumlarına mesaj yazaraq qızı olduğunu və adını anasının adını qoyduğunu bildirmiş, lakin o, həmin uşağı görməmişdir. Adətən Mətanət onların qohumlarına mesajlar yazmış, onları narahat etmişdir. O, Mətanətlə söhbət edərkən sonuncu ona dərdinin uşaq olmadığını, Ramilin onunla ailə qurmasını istədiyini bildirmişdir. O isə Mətanətə Ramilin onunla heç vaxt ailə qurmayacağını bildirmişdir. Bir vaxtlar Mətanət onlarla qalan zaman evdə olarkən əlində kəsici alət tutub biləyini kəsəcəyini demişdir. Mətanətin tək istəyi Ramilin evə gəlməyi və birlikdə nikaha daxil olmağı olmuşdur. Şahid11 əlavə olaraq göstərmişdir ki, heç vaxt Mətanətə qarşı qanunsuz hərəkətə yol verməmişdir. Həmçinin, Mətanət onun səslərini “Facebook” sosial şəbəkəsində paylaşıb nalayiq ifadələr yazmasına baxmayaraq, Mətanəti evə buraxmış və kömək etməyə çalışmışdır. Mətanət oğlu Nurlan ilə birlikdə onların evinə gəldikdə qız uşağına hamilə olduğunu bildirmiş, sonradan Mətanətin qız uşağını doğduğunu da bildirmişdir. Lakin o, heç vaxt Mətanətin uşaq doğduğunu bilməmiş, Ramilin də həmin uşağı öldürüb basdırmasını eşitməmiş, Ramilin belə bir addım atacağını düşünməmişdir. O, Mətanətin dediklərinin böhtan xarakterli olduğunu bildirmişdir. Ramil hər iki uşağın özündən olmasını şübhə etdiyi üçün sahib çıxmamışdır. Mətanət onlarla yaşadığı zaman əsəbləri yerində olmadığı üçün özünə xəsarət yetirmişdir. Həmçinin, Ramilin onunla nikaha daxil olacağına ümid etmişdir. O, anası və digər ailə üzvlərindən heç kəs Mətanəti abort etdirməyə məcbur etməmiş, lakin nikah olmadan ikinci uşağa hamilə qalmasına görə irad bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X7 xx.xx.2019-cu il tarixli, 934 nömrəli ekspert rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sol saidin orta üçdə birinin ön səthinin, qarının ön səthinin sağ yarısının, sağ baldırın orta üçdə birinin bayır səthinin çapıq toxumalar (deşilmiş-kəsilmiş və kəsilmiş yara izləri) –deşici –kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin ucunun iti kənarının təsirindən törəmişdirlər. Qeyd olunan xəsarətlərin törənmə müddətləri sol saidin orta üçdə birinin ön səthində çapıq toxuma ( deşilmiş kəsilmiş yara izi ) məhkəmə tibbi ekspertizasından 2-3 ay əvvələ, qarının ön səthinin sağ yarısının, sağ baldırın orta üçdə birinin bayır səthinin çapıq toxumalar ( deşilmiş-kəsilmiş yara izləri ) məhkəmə tibbi ekspertizasından 1,5 il və ondan əvvəl müddətə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Üst çənədə mərkəzdən sola 2-ci və 3-cü dişləri diş yuvasında yoxdur. Diş yuvasının yumşaq toxumcalıları çəhrayımtıl rəngdə olub hamardır. Həmin dişləri travmatik və ya qeyritravmatik düşmələri haqqında hər hansı tibbi sənəd (sənədlər) olmadığından və hadisədən uzun müddət keçdiyindən bu haqda konkret fikir söyləmək mümkün deyildir. Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyana görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə toplanmış material üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilib. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli, 19/463R nömrəli eksper rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2014-cü ildə dünyaya gətirdiyi “Nurlan” adında oğlan övladının bioloji atası 99,9947% ehtimalla Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs xx.xx.2019-cu ildə dünyaya gətirdiyi “Minayə” adında qız övladının bioloji atası 99.991% ehtimalla Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X7 xx.xx.2018-ci il tarixli, 858 nömrəli ekspert rəyindən görsənir ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın sağ təpə nahiyəsinin qançır-şişkinliyi və sol budun qançırı müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, sol bazunun, sol saidin, sağ budun, hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın qançırları müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər, müayinə olunan şəxsin qeyd etdiyi xx.xx.2018ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 2365 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs istintaqa verdiyi izahatında göstərdiyi kimi ailə daxili söz-söhbətlər ilə əlaqədar daxili sıxıntı, əsəbi gərginliklər keçirmiş, onda Nevrotik-depressiv hal meydana gəlmiş, bununla əlaqədar intihara cəhd etmişdir. Cinayət işi materialından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin intihara cəhd etdiyi zaman hər hansı bir xroniki psixi xəstəliyi, kəmağıllıq psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs etdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Hazırda törətdiyi əmələ görə Zərərçəkmiş şəxs tənqidi münasibəti müəyyən edilir. Belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs kifayət qədər ictimai şəxs olmuş, ünsiyyətçilik, aktivlik, özünəməxsus mövqeyə və prinsipə yetişkəndir. Təfəkkürünün tənqidliyi, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma kimi funksiyaları tam həcmdə olmaqla,intellektual imkanları normaya uyğundur. Belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs bezikmə, emosional və sinir gərginliyi yaranmış, intihara cəhd edərkən emosional reaksiya halını keçirərək intihara cəhd göstərmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Zərərçəkmiş şəxs ekstremal psixi vəziyyətin yaranma səbəbi qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə əlaqədar ola bilərdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X7 22 yanvar 2020-ci il tarixli, 724 nömrəli ekspert rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixdə 15 saylı TTYS briqadası tərəfindən ona “Bədənin bir neçə nahiyəsinin səthi travması, 25-26 həftəlik hamiləlik” diaqnozu təyin edilərək müvafiq tibbi yardım göstərilmiş və konsultasiya məqsədilə KTM-nə aparılmışdır. xx.xx.2018-ci il tarixdə isə 5 saylı TTYS-nin həkimi tərəfindən ona “Başın səthi travması” diaqnozu təyin edilərək müvafiq tibbi yardım göstərilmişdir. Qarnın ön səthinin sağ yarısında, sağ baldırında, sol saidin orta 1/3-də çapıqlar müəyyən edildi. Qeyd olunan çapıqların törənmə müddətləri qarnın ön səthinin sağ yarısında olan çapıq müayinədən 7-8 ay əvvəllə, sağ baldırına və sol saidin orta 1/3-nün ön səthində olan çapıq toxumaları 2 il və ondan əvvəl müddətə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə və ya ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyritəbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olduqdan sonra hər hansı bir xəsarət və xəsarət izi qalmışa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün olmur. Zərərçəkmiş şəxs adına KTM-də tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixdə ona “22-23 həftəlik hamiləlik” diaqnozu təyin edilmişdir. Həmin hamiləliyin xx.xx.2018-ci il tarixdə pozulması barədə hər hansı bir tibbi sənəd olmadığından sözügedən hamiləliyin konkret olaraq hansi tarixdə pozulması və pozulmanın travmatik mənşəli olub-olmaması haqqında fikir söylənməsi mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X7 27 yanvar 2020-ci il tarixli, 646 /2019 nömrəli ekspert rəyindən görünür ki, salfetlərin üzərində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapillyarlıq faktoru üzrə səthə hopmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin 03 fevral 2020-ci il tarixli, 983/2019 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş 08 ədəd salfet üzərində sperma qarışmış insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmışdır. A və H antigenləri zərərçəkmiş Zərərçəkmiş şəxs, sperma isə 0 alfa beta /İ/ qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 09 ədəd salfet üzərində olan qan ləkələri uşaqlıqdan axan qan hesabına yaranmışdır və menstrual (aybaşı) xarakterli olduğu inkar olunmur. “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-459/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 256/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş məhkəmə-tibbi ekspert rəyinə əsasən, qarnın ön səthinin sağ yarısında, sağ baldırında, sol saidin orta 1/3-də çapıqların olduğu müəyyən edilmişdir.Qeyd olunan çapıqların törənmə müddətləri qarnın ön səthinin sağ yarısında olan çapıq müayinədən 7-8 ay əvvələ, sağ baldırında və sol saidin orta 1/3-nün ön səthində olan çapıq toxumaları 2 il və ondan əvvəl müddətə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə və ya ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pzoulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. X15 Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, əsasən, ona xx.xx.2018-ci il tarixdə “22-23 həftəlik hamiləlik” diaqnozu təyin edilmişdir. Həmin hamiləliyin xx.xx.2018-ci il tarixdə pozulması barədə hər hansı bir tibbi sənəd tərtib olunmadığından, hamiləliyin konkret olaraq hansı tarixdə pozulması və pozulmanın travmatik mənşəli olub-olmaması haqqında fikir söylənməsi mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin 17 avqust 2018-ci il tarixli, 743 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərdən – boynun sağ yan səthinin və sol saidin səthi kəsilmiş yaraları iti uclu, iti kənarlı əşyanın (əşyaların) təsirindən, hər iki yanağın sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin 11 noyabr 2021-ci il tarixli, T291/2021 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə “22-23 həftəlik hamiləlik” diaqnozu təyin edilsə də həmin hamiləliyin 2018-ci ilin iyul-sentyabr aylarını əhatə edən dövrdə pozulmasına və pozulmanın travmatik mənşəli olmasına dair hər-hansı sənəd və müayinə zamanı xəsarət aşkar edilmədiyindən bu haqda konkret fikir söyləmək mümkün olmadı.Vətəndaş Zərərçəkmiş şəxs müayinələr zamanı qarnın ön səthinin sağ yarısında, sağ baldırın, sol saidin orta 1/3-də çapıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti uclu və ya kənarlı deşici-kəsici alətin təsirindən törənmiş, törənmə müddətləri qarnın ön səthinin sağ yarısında olan çapıq ilkin müayinədən sonra 7-8 ay əvvələ, sağ baldırında və sol saidin orta 1/3-nin ön səthində olan çapıq toxumaları iki il və ondan əvvəlki müddətə uyğun gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Göstərilən xəsarətlərin könüllü olaraq cinsi əlaqə və ya zorlanma nəticəsində əmələ gələ bilməsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Üst çənədə mərkəzdən sola İİ və İİİ dişlərin travmatik və ya qeyri-travmatik zədələnmələri haqqında hər hansı tibbi sənəd olmadığından, hadisədən uzun müddət keçdiyindən bu haqda konkret fikir söyləmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli ultrasəs müayinəsinə əsasən göstərilən hamiləliyin müddəti zərərçəkmişin qeyd etdiyi aybaşı tsiklinə uyğun gəlir. 33-34 həftəlik hamiləliyi təsdiq edən tibbi karta ilə 38 həftəlik hamiləliyi göstərən tibbi karta arasında iki həftə fərq olması mamalıq praktikasında yol verilə bilən xətadır. Belə ki, bu müddətdə orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq dölün inkişafı dəyişə bilər. “Qətimkan tədbiri seçilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. 26 dekabr 1998-ci il tarixli, 47618 nömrəli vəsiqədən görünür ki, X6 Azərbaycanın ərazi bütövlüyünün uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma– üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələrinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə, işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində dörd azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan portaldan çıxarış), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, atası X3 Birinci Qarabağ müharibəsi veteranı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125, 133.2.2 və 133.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət cəza müddətinə hesablanmalıdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş zərərin ödənilməsini, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar