Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-293/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, XX.XX.1958-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi ev 14 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda, təmiz çəkisi 3,136 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarov küçəsi ev 14 saylı ünvanın qarşısına daşımış, onun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 02:25-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarov küçəsi ev 14 saylı ünvanın qarşısında saxlanılaraq qeyd olunan Baş idarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 04:25-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə 3,136 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində gəzərkən tanımadığı bir nəfər şəxs ilə həmsöhbət olmuşdur. Həmin şəxs söhbət əsnasında ona narkotik vasitə satdığını bildirmişdir. O da həmin şəxsdən üzərində narkotik vasitə heroinin olub-olmamasını soruşmuşdur. O, qeyd olunan narkotik vasitənin olmasını bildirmişdir. O, qeyd etdiyi şəxsə 100 manat məbləğində pul verdikdən sonra həmin şəxs sellefon bükümün içərisində qeyd olunan narkotik vasitə heroini ona vermişdir. O, həmin narkotik vasitəni götürüb şalvarının cibinə qoymuşdur. Həmin narkotik vasitəni bir müddət istifadə etməyib cibində saxlamışdır. Narkotik vasitəni üzərində saxlamaqda məqsədinin münasib vaxt tapan kimi istifadə etmək olduğunu bildirmişdir. xx xxx 2020-ci il tarixdə saat 02:20 radələrində siqaret çəkmək məqsədi ilə yaşadığı ünvanın qarşısına çıxmışdır. Bir qədər yaşadığı ünvanın qarşısında dayandıqdan sonra mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyi tələb etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona birlikdə qeyd olunan idarəyə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. O da şalvarının sol yan cibindən şəffaf sellefona bükülmüş heroini, sağ yan cibindən isə 01 ədəd “Kent” markalı siqaret qutusunu və 01 ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və heçnə aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitəyə baxış keçirilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar, eləcə də özü tərəfindən imzalanmışdır. Bundan sonra isə üzərindən çıxan “Kent” markalı siqaret və alışqan özünə qaytarılmışdır. Sorğu zamanı o, qeyd olunan narkotik vasitə heroini Sumqayıt şəhərində öncə tanımadığı şəxsdən 100 manat məbləğində pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və X6 Mübarizə Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Baş İdarəyə Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 əməliyyat qrupunun rəhbəri olmaqla və o, əməliyyat qrupunun üzvü olaraq əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Şahid2 onu təlimatlandırarkən bildirmişdir ki, Baş İdarəyə Sumqayıt şəhəri Corat qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur, o, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətləri və Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı barədə məlumat verdikdən sonra birlikdə Baş İdarədən çıxıb həmin ünvanın qarşısına getmişlər. xx xxx 2020-ci il tarixdə saat 02:25 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi ev 14 ünvanın qarşısında olan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qapısından küçəyə çıxmasını görmüşlər. Qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı Mahir Gülməmmədli tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında X3 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən isə bir ədəd “Kent” markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. O, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin büküm açılan zaman qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində üzdən tanıdığı şəxsdən 100 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən əlavə olaraq əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olduğunu bildirib təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündəki maddə bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərf imzalanmışdır. Kent markalı siqaret qulusu və 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sonra təhqiqatçı Mahir Gülməmmədli tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 106-108-ci vərəqələrində olan şahid Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və X6 Mübarizə Şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, xx xxx 2020-ci il tarixdə Baş İdarəyə Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri olmaqla və Elsəvər Abbasov əməliyyat qrupunun üzvü olaraq əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Onun tərəfindən əməliiyat müvəkkilinə Təqsirləndirilən şəxs xarici əlamətləri və Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı barədə məlumat verdikdən sonra birlikdə Baş İdarədən çıxıb Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı ev 14 saylı ünvanın qarşısına getmişlər. xx xxx 2020-ci il tarixdə saat 02:25 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi ev 14 ünvanın qarşısında olan zaman Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qapısından küçəyə çıxmasını görmüşlər. Qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı Mahir Gülməmmədli tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında X3 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən isə bir ədəd “Kent” markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. O, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin büküm açılan zaman qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində üzdən tanıdığı şəxsdən 100 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən əlavə olaraq əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olduğunu bildirib təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümündəki maddə bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərf imzalanmışdır. Kent markalı siqaret qulusu və 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sonra təhqiqatçı Mahir Gülməmmədli tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X8, Azərbaycan Respublikasının CPM-nin 51, 86 və 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq, həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Baş X1 İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X11 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində BMCMİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni, həmin şalvarın sağ yan cibində olan bir ədəd “Kent” markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroindir, o həmin narkotik vasitə hesab olunan maddəni Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, özü istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin şəffaf rəngli sellofan bükümün içərisinə baxış keçirilmiş, həmin şəffaf rəngli sellofan bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Həmin maddənin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına təqdim etmək üçün bir ədəd zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmişdir. Həmin qablaşdırmanın üzəri hər bi iştirakçı tərəfindən imzalanmışdır. Kent markalı siqaret qulusu və 01 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarış və götürmə otaq şəraitində, gecə vaxtı süni işıqlanmada aparılmışdır. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/642 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilmiş...” yazıları olan zərfdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,136 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat təşkil edir. Cinayət işinin 77-79-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi 3.136 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatdan sonrakı qalıq 3,086 qram heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2, 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-nin 62-ci maddəsinə əsasən cəzası 01 ilə endirilmişdir. xx.xx.2003-cü ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 01 ay 23 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Ali Məhkəmənin xx.xx.2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ləğv edilib və iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həbsdə olduğu 10 ay 7 gün müddət təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq qəti 03 il 07 ay 23 gün azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli amnistiya qərarının 1.1 bəndinə əsasən azad olunmuşdur. Cinayət işinin 117-ci vərəqində olan Corat qəsəbə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeriz üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 xx xxxx 2020-ci il tarixli, 1587 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-141-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3,136 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması, məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalıq – 3,086 qram heroinin saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi haqqındaxx.xx.2020-ci il tarixli qərarın nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınan “CD” diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,136 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, yaşını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşı 60dan yuxarı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X12 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X12 ibtidai istintaq zamanı iştirak etdiyi 25 iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 3,086 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,00 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h ********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-293/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-293/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver