Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-330/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun Vəkili X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında faktiki yaşamış və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu yivsiz silah hesab edilən, hazırda öz təyinatını itirmiş ov tüfənginin kəsiyini (obrezini) və onun patronlarını əldə edib üzərində qanunsuz saxlayıb gəzdirməklə ünvan 3 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da ünvan 3 ünvanın yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 19:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli idman çantasının içərisindən nömrəsi silinmiş, “SSRİ" dövlətində, 1956-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal hazırda öz təyinatını itirmiş ov tüfənginin kəsiyi (obrezi) və 04 (dörd) ədəd həmin kalibrli, hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 16x70 kalibrli ov patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 ilə dostluq münasibətləri vardır. Silahı tutulmamışdan təxminən 4-5 gün öncə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerləşən məişət tullantılarının yığıldığı yerin qarşısından piyada keçən zaman tapmışdır. Silah idman çantasının içərisində olmuşdur. Daha sonra çantanı özü ilə gəzdirmiş, axşam evə gedən zaman isə çantanı yaşadığı evin yaxınlığında gizlədib sonra evə getmişdir. 08.04.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxan zaman həmin çantanı gizlətdiyi yerdən götürüb yola düzəlmiş, məqsədi həmin silahı məişət tullantılarının atıldığı yerlərin birində tullamaq olmuş, lakin getdiyi yerlərdə çantanı tullamaq mümkün olmadığından idman çantasını özü ilə gəzdirmək məcburiyyətində qalmışdır. Həmin gün saat 18 radələrində dostu Nicat ilə şəhər ərazisində görüşüb yaşadıqları Bakı şəhəri, Sabunçu rayonuna gəlmək üçün yola düzəlmiş, Nicat ilə görüşən zaman idman çantası əlində olmuş, Nicat çantanın içərisində nə olduğunu soruşduqda, ona, çantanın içərisində özünə aid əşyaların olduğunu demişdir. Bskı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 167 saylı ünvanın qarşısında piyada hərəkətdə olan zaman bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində, qanunsuz olaraq odlu silah əldə etmək və gəzdirməkdə şübhəli olduqlarını bildirib Baş İdarəyə dəvət etmiş, onların dedikləri ilə razılaşıb birlikdə Baş İdarəyə gəlmişlər. Daha sonra Baş İdarədə dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə üstlərinə şəxsi axtarış keçirilməyə başlanmış, ilk öncə ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra masaya doğru yaxınlaşıb əlində olan qara rəngli idman çantasını masanın üzərinə qoymaqla təqdim etmiş və bildirmişdir ki, çantanın içərisində odlu silah və patronlar vardır. Bundan sonra iştirakçılarla birlikdə çantanı açıb içərisindən 01 ədəd lüləyi kəsilmiş tüfəngi və dörd ədəd patronu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Nicata təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. Nicat masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 03 ədəd sellofan bükümdə olan maddələri təqdim etmişdir. Onun üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Nicatdan bükümlərin içindəki maddələrin nə olduğu barədə soruşulduqda, o, maddələrin narkotik vasitə olduğunu və həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Nicatın üzərində narkotik vasitə olması barədə əvvəlcədən hər hansı məlumatı olmamış, həmçinin onun əlindəki idman çantasında silah olması barədə Nicatın hər hansı məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. xx.xx.1988-ci ildə Xocavənd rayonunda anadan olmuş, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs və 30.12.1986-cı ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri, Vəzirov küçəsi, ev 1, mənzil 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvansız fərdi yaşayış evində yaşayan X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmələri, daşımaları və satışı ilə məşğul olmaları, həmçinin qanunsuz olaraq odlu silah və döyüş susatı əldə edərək üzərilərində saxlamaqla gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs Nəb oğlu və X3 barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 08 aprel 2021-ci il tarixdə işlədiyi idarənin əməliyyat müvəkkilləri - Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə getmiş və saat 18:10-da ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs və Nicat Süleymanovu saxlamış, özlərini təqdim etdikdən sonra onların da şəxsiyyətlərini müəyyən etmiş və barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs və N.Süleymanov etiraz etmədən onlarla Baş İdarəyə gəlmişlər, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə baş təhqiqatçı X9 tərəfindən Təqsirləndirilən şəxs və X3 üzərilərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə onlara təklif edilmişdir ki, üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əlində olan qara rəngli idman çantasını masanın üzərinə qoymaqla təqdim etmiş və bildirmişdir ki, çantanın içərisində odlu silah və patronlar vardır. Ardınca Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə çantanı açıb içərisindən 01 ədəd lüləyi kəsilmiş tüfəngə bənzər dəmir predmeti və 04 ədəd patronu çıxarıb masanın üzərinə qoymuş, ardınca Təqsirləndirilən şəxs boz rəngi cins materiallı şalvarının arxa sağ yan cibindən şəxsiyyət vəsiqəsini, şalvarının ön sağ və sol yan ciblərindən iki ədəd mobil telefonları, həmçinin şalvarının sağ yan cibindən pul vəsaitini masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaiti sayılmış və 01 ədəd 20 manatlıq pul əskinası olmaqla əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən “İphone X” və “Nokia" markalı telefonlar aşkar edilmiş, həmin telefonlar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasından aşkar olunmuş silaha bənzər dəmir predmetə və patronlara baxış keçirilmişdir. Silaha bənzər əşya lüləyi kəsilmiş ov tüfənginə bənzər olmaqla üzərində hər hansı yazı və rəqəm aşkar edilməmiş, silah boş olub-olmamasının müəyyən edilməsi üçün yoxlanılmış, boş olduğu müəyyən edilmiş, patronlara baxış zamanı isə onların sayının 04 ədəd olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs lüləyi kəsilmiş ov tüfənginə bənzər əşyanı və patronları təxminən 5 gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və başqa yerdə saxlamaqdan ehtiyat etdiyi üçün üzərndə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş lüləyi kəsilmiş ov tüfənginə bənzər dəmir predmet və 04 ədəd patron müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün aşkar olunduğu idman çantasında qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid4, Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası AR CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində AR CM-nin 228.1-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, X1 məqsədi ilə qanunsuz narkotik vasitə əldə etmə, saxlama və daşıma faktına görə AR CM-nin 234.4.3-cü, Təqsirləndirilən şəxs təyinatını itirmiş yivsiz odlu silahı və onun patronlarını əldə edib, saxlama, gəzdirmə və daşıma faktına görə AR CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BMCMİnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə saat 18:10-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş idarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs bir ədəd lüləyi kəsilmiş tüfəngə bənzər dəmir predmet və 04 ədəd patron aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə-ballistik ekspertizasının 09.04.2021-ci il tarixli 21/247R nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində, 1956-ci ildə, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulla kəsilmişdir və hal hazırda oz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdırlar. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2021-ci il tarixli, 4(005)- 356/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs seçilməklə həbsetmənin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmışdır. Maddi sübut hesab etmə haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd №-si silinmiş silah, keçmiş "SSRİ" dövlətində, 1956-ci ildə, ijevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İjK modelli, çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş ov tüfəngi və dörd ədəd patron maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı bir ədəd silah və üç ədəd patron saxlanması üçün DİN-in BMCMİ- nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə tərəfindən verilmiş 21 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyul 2021-ci il tarixli, 4(005)- 665/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 08 avqust 2021-ci il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd nömrəsi silinmiş silah, keçmiş "SSRİ" dövlətində, 1956-ci ildə, ijevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İjK modelli, çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş ov tüfəngi və dörd ədəd patron maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı bir ədəd silah və üç ədəd patron saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi nəzərə alınmış, “şəxsi axtarış aparılması” haqqında 08 aprel 2021-ci il tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də, işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işin materiallarına əlavə edilmiş, şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilməsi nəzərə alınmışdır. AZ-İV №190021 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18.10.2018-cii il təvəllüdlü X5 olmaqla bir azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 08 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd №-si silinmiş silah, keçmiş "SSRİ" dövlətində, 1956-ci ildə, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJK modelli, çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş ov tüfəngi və ekspertiza tədqiqatından sonra qalmış üç ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş bir ədəd №-si silinmiş silah, keçmiş "SSRİ" dövlətində, 1956-ci ildə, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJK modelli, çaxmağlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş ov tüfəngi və ekspertiza tədqiqatından sonra qalmış üç ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-330/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-330/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver