Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-367/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsində istintaqa konkret məlum olmayan ünvanda satış məqsədi olmadan qanunsuz olaraq tanışı X6 25 manat müqabilində 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,518 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış və həmin gün saat 19 radələrində Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Əliyevlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, 196 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq Taleh Əliyevdən əldə edib üstündə saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,518 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. X11 2021-ci ilin may ayından narkotik vasitələrin aludəçisi kimi tanıyır, onunla təsadüfən Bakı şəhərində kafedə tanış olmuşdur. Həmin vaxt Talehin metamfetamin qəbul etdiyini görüb gələcəkdə ağrıları olanda ona da təşkil etməsi üçün onun mobil nömrəsini götürmüşdür. Həmin vaxtdan Talehlə aralarında əlaqə yaranmışdır. 29 may 2021-ci il tarixdə günorta saatlarında uzun müddətdən bəri metamfetamin qəbul etmədiyi üçün ağrıları şiddətlənmişdir. Bu səbəbdən qəbul etmək üçün metamfetamin axtarmağa başlamış və tanışı X8 metamfetamin təşkil edə biləcəyini düşünüb ona zəng etmişdir. O, Talehə 25 manat pulunun olduğunu bildirib onun üçün metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh razılaşaraq növbəti gün səhər saatlarında bu məqsədlə görüşməyi təklif etmişdir. Növbəti gün, yəni 30 may 2021-ci il tarixdə səhər saatlarında Talehə zəng vurub harada olduğunu soruşmuş və Talehlə Yasamal rayonu ərazisində görüşmüşlər. Onlar razılaşdıqları kimi Talehə 25 manat pul verib onun üçün metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh pulu alıb öz cibindən 25 manat da əlavə etməklə ümumilikdə 50 (əlli) manat müqabilində metamfetamin alacağını söyləyib onun üçün təşkil edəcəyi 1 (bir) büküm metamfetamini birlikdə istifadə etməyi təklif etmişdir. O, etiraz etməyib razılaşmış və Taleh axşam tərəfi saat 19 radələrində Yasamal rayonu ərazisində görüşməyi təklif edib çıxıb getmişdir. Daha sonra danışdıqları kimi Talehlə Yasamal rayonu ərazisində görüşmüş və Taleh ona 1 (bir) ədəd sellofan kəsiyi bükümündə metamfetamin vermişdir. Bundan sonra Talehlə birlikdə metemfetamin qəbul etmək üçün əlverişli yer axtararkən bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər vəsiqələrini təqdim edib onlara Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirməklə onları polis şöbəsinə dəvət etmişlər. 18-ci polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa, onlara təqdim etməyi təklif etmişdir. Buna cavab olaraq əynindəki şalvarın cibindən 1 (bir) ədəd sellofan kəsiyi bükümündəki metamfetamini, pulu və siqaret qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi 1 (bir) ədəd sellofan kəsiyi bükümündəki həmin maddə barədə ondan soruşduqda səmimi etiraf edərək həmin maddənin metamfetamin olduğunu və onu tanışı X6 aldığını bildirmişdir. Bununla bağlı protokol tərtib olunmuş, ondan aşkar olunmuş 1 ədəd sellofan kəsiyi bükümündəki metamfetamin qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məlum olmuşdur ki, tanışı X1 50 (əlli) manata 3 büküm metamfetamin almış və məhz həmin bükümlərdən birini ona vermişdir. Taleh Ruslan adlı həmin şəxsdən metamfetamin alacağı barədə ona bir söz deməmişdir. X5 31 may 2021-ci il tarixədək tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 may 2021ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində axtarış elan edilmiş, CM-in 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Taleh adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin faktla əlaqədar müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Təqsirləndirilən şəxs və Taleh adlı şəxsin olduğu yer müəyyənləşdirilmişdir. Onların saxlanılması məqsədi ilə rəhbərliyi altında Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs X13 ilə birlikdə 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilmişdir. X17 və Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə edilmişdir. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı Emin Quliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən sellofan kəsiyinə bükülmüş 1 ədəd büküm çıxarıb təqdim edərək həmin bükümdəki maddənin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan kəsiyi bükümünə baxış keçirilərkən içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” kimi tanınan metamfetamin olduğunu və həmin maddəni istifadə etmək üçün tanışı X6 25 manata aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq pul və siqaret qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. İçərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan sellofan kəsiyindən hazırlanmış həmin 1 ədəd büküm zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmuşdur. Bununla bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 30 may 2021-ci tarixli protokoldan görünür ki, Nərimanov RPİ 18-ci PŞ-nin baş təhqiqatçısı X12, cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə protokol tərtib etmişdir. ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-yə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, içərisində ağ rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə psixotrop maddə olan “şüşə”dir. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilmiş psixotrop maddəni 30.05.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində onunla birlikdə saxlanılan X6 25 manata alaraq daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 30.05.2021-ci il tarixdə saat 19:00 radələrində isə ünvan 7 ünvanının qarşısında Taleh Əliyevlə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki mavi rəngli şalvarın sağ cibindən 25 manat pul, üzərində “Pall Mall” yazısı olan içərisi boş siqaret qutusu, şalvarının sol cibindən isə 45 qəpik aşkar olundu. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması axşam vaxtı otaq şəraitində təbii işıqlanmada aparıldı, saat 20:50-da başladı və 21:20-da başa çatdırıldı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 6/2173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №224”T möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,518 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,518 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 0,468 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-543/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 may 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X14, Nərimanov RPİ-də xidməti iş otağında icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş CD formatlı diski “Dell” markalı kompyuterin disk yuvasına daxil etməklə diskdə mövcud olan videogörüntüyə monitorda baxış keçirmişdir. Baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən 30 may 2021-ci il tarixdə saat 20:50dən 21:20-dək həmin şöbədə yerləşən xidməti otağında vəkil X7, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 1 (bir) ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristalşəkilli maddə kütləsinin götürülməsinə dair 7 (yeddi) dəqiqə 17 (on yeddi) saniyəlik videgörüntünün mövcud olduğu müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntünün mötəbərliliyini təsdiq edərək, videogörüntüdə əks olunmuş, şəxsi axtarış zamanı ondan aşkar olunaraq götürülmüş 1 (bir) ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristalşəkilli maddə kütləsinin narkomanlar arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 30 may 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 25 manat müqabilində tanışı X6 onunla birgə istifadə etmək üçün alıb əldə etdiyini bildirdi. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 iyun 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Nərimanov RPİ tərəfindən 29.06.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 6/2275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…” qeydli zərfdəki 01 ədəd bükümdəki, “X4 üzərindən aşkar olunmuş…” qeydli zərfdəki 01 ədəd bükümdəki, “X8 üzərindən aşkar olunmuş…” qeydli zərfdəki 02 ədəd bükümdəki psixotrop maddə - metamfetamin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. №1 metamfetamin 0,468 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,428 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 29 iyul 2021-ci il tarixli, 2438 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-37/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 30.05.2021-ci il tarixdən hesablanmalıdır; “Sübutların qiymətləndirilməsi haqqında” 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və Nərimanov RPİ-yə saxlanışa verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,518 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 37/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla (əlavə cəza tam toplanılmaqla) Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-37/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar CM-in 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı (əlavə cəza isə tam toplanılmalı) və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-yə saxlanışa verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxsdən tutulması ilə bağlı qeyd edir ki, 31.05.2021-ci il tarixdə ekspert tədqiqatı Təqsirləndirilən şəxs barəsində aparılmışdır. Belə olduğu halda həmin tədqiqatın tam dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 6/2275 nömrəli rəyindən görünür ki, tədqiqat Təqsirləndirilən şəxs, X9 və X13 barəsində aparılmış və ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. Bu halda məhkəmə hesab edir ki, həmin məbləğin 36,6 (otuz altı manat altmış qəpik) manat hissəsi hazırki iş üzrə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4, 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-37/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən (əlavə cəza tam) toplanılsın və qəti olaraq ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-yə saxlanışa verilmiş 0,428 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 146,5 (yüz qırx altı manat əlli qəpik) manat Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-367/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-367/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver