Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-40/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 157 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus taxta məhsulları emalatı sexinin qapı kilidini sındırma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd 150 manat dəyərində taxta dəzgahının mühərrikini, bir ədəd 20 manat dəyərində dəzgah mühərrikinin başlıq hissəsini, 50 manat dəyərində 25 metr uzunluqda üç fazalı elektrik naqilini, bir ədəd 250 manat dəyərində fiqurlu bıçağı, bir ədəd 10 manat dəyərində frezer bıçağını, bir ədəd 20 manat dəyərində elektrik açarını, bir ədəd 20 manat dəyərində fuqan bıçağını, bir ədəd 30 manat dəyərində 30 metr naqilli uzunladıcı elektrik qoşucusunu, bir ədəd 10 manat dəyərində 10 metr naqilli uzunladıcı elektrik qoşucusunu, bir ədəd 10 manat dəyərində kəlbətini və bir ədəd 12 manat dəyərində qabı ilə birlikdə burğu başlığını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 582 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının damında saxlanc yerinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 350 manat dəyərində qaynaq aparatını, 01 ədəd kiçik ölçülü 45 manat dəyərində laqondanı, 01 ədəd böyük ölçülü 250 manat dəyərində laqondanı, 01 ədəd “Devalt” markalı 650 manat dəyərində sıxma aparatını, içərisində 8 nömrəli kiçik ölçülü boltları açmaq üçün nəzərdə tutulmuş 02 ədəd hər biri 2 manat, cəmi 4 manat olan açarları, 10 nömrəli kiçik ölçülü boltları açmaq üçün nəzərdə tutulmuş hər biri 3 manat, cəmi 9 manat olan 03 ədəd açarları, 12 nömrəli boltları açmaq üçün nəzərdə tutulmuş 3 manat dəyərində 01 ədəd açarı, 13 nömrəli bolt açmaq üçün nəzərdə tutulmuş hər biri 5 manat, cəmi 20 manat olan 04 ədəd açarları, 15 nömrəli bolt açmaq nəzərdə tutulmuş 01 ədəd 8 manat dəyərində açarı, 16 nömrəli bolt açmaq nəzərdə tutulmuş 01 ədəd 8 manat dəyərində açarı, 17 nömrəli bolt açmaq nəzərdə tutulmuş 02 ədədinin hər biri 8 manat, cəmi 16 manat dəyərində 02 ədəd açarları, 18 nömrəli bolt açmaq nəzərdə tutulmuş 01 ədəd 8 manat dəyərində açarı, 19 nömrəli bolt açmaq nəzərdə tutulmuş 02 ədədinin hər biri 8 manat, cəmi 16 manat dəyərində olan 02 ədəd açarları, 22 nömrəli bolt açmaq nəzərdə tutulmuş 12 manat dəyərində 01 ədəd açarı, 24 nömrəli bolt açmaq nəzərdə tutulmuş 15 manat dəyərində 01 ədəd açarı, 05 ədəd hər biri 5 manat, cəmi 25 manat dəyərində 05 ədəd qalovka başlıqlarını, 01 ədəd 35 manat dəyərində qara rəngli çantanı, 01 ədəd 55 manat dəyərində perforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1537 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının 10-cu mərtəbəsindəki liftin motorxanasına qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində 02 ədəd perforatoru və 250 manat dəyərində 01 ədəd qaynaq aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2A ünvanın dam hissəsindəki Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizilik Xidmətinə məxsus otağa qanunsuz daxil olub oradan 1 ədəd 45 manat dəyərində adaptoru ilə birlikdə “netLİNK” markalı, HTB-1100S-25KmA modelli video ötürücü qurğunu və 1 ədəd 250 manat dəyərində adaptoru ilə birlikdə “BOSCH” markalı, VJT-X10SN modelli video ötürücü qurğunu gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə 295 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyindən arabir iş tapanda fəhləlilik edib çörək pulu qazanmışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində gəzişərkən yolun kənarında yerləşən üzərində iri həriflərlə “taxta sexi” yazılmış lövhə olan obyekt diqqətini cəlb etmişdir. Uzun müddətdən bəri siqaret almağa və yeyib-içməyə pul tapa bilmədiyindən həmin sexdə müxtəlif alətlərin olduğunu ehtimal edib onları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Odur ki, bu məqsədlə bir neçə dəqiqə yaxınlıqda gəzişib ətrafı diqqətlə müşahidə etmiş və sakitlik olduğunu yəqin etdikdən sonra taxta sexinin giriş qapısına yaxınlaşmışdır. Qapıya diqqətlə baxdıqda taxta sexinin dəmir çərçivə, habelə taxta qapıdan ibarət iki giriş qapısının olduğunu və hər iki qapının ayrı-ayrılıqda asma qıfılla bağlandığını görmüşdür. İçəri daxil olmaq üçün həmin qıfılları açmaq məqsədi ilə dəmir parçası tapmaqdan ötrü cəld ətrafı gözdən keçirməyə başlamış və yaxınlıqda yerdə 20-25 santimetr uzunluqda kiçik dəmir lingə oxşar alət tapıb sexin qapısına yaxınlaşmışdır. Bir neçə saniyə növbəti dəfə ətrafa göz gəzdirib tam sakitlik olduğuna bir daha əmin olduqdan sonra əlindəki həmin alətlə çərçivə qapının üzərindəki asma qıfılın keçirildiyi çərçivə hissəsini dartıb qırmışdır. Çərçivə qapını açdıqdan sonra sexin taxta qapısının üzərindəki asma qıfıla həmin alətlə bir neçə zərbə vurub onu da açmış və daha gərək olmadığı üçün onu kənara tullayıb sexin içərisinə daxil olmuşdur. Qaranlıq olduğundan üzərində olan siqaret yandırmaq üçün istifadə etdiyi alışqanın fənəri ilə içərini işıqlandırıb diqqətlə ətrafı gözdən keçirməyə başlamışdır. Bu zaman içəridə taxta dəzgahının mühərriki, mühərrik başlığı və təxminən 20-30 metr uzunluqda üçfazalı elektrik naqili olduğunu görüb cəld onları götürüb qapının qarşısına yığmışdır. Yenidən içərini diqqətlə axtardıqda divara bərkidilmiş rəflərdə bir ədəd kəlbətin, bir ədəd burğu başlığı, üç ədəd taxta yonmaq üçün bıçaq, bir ədəd elektrik açarı və iki ədəd uzunladıcı elektrik qoşucusu aşkar edib götürmüşdür. Sonra 5-10 saniyə qapıdan çölə göz gəzdirib ətrafda hər hansı şəxsin olmadığını yəqin etdikdən sonra aşkar etdiyi bütün əşyaları götürüb cəld həmin taxta sexini tərk edərək oradan uzaqlaşmışdır. Növbəti gün səhər saatlarında oğurladığı həmin əşyaları Sabunçu rayonu ərazisində yerləşən el arasında “Sabunçu bazarı” kimi tanınan yerə aparıb tanımadığı şəxsə ümumilikdə 70-80 manata satmışdır. Əldə etdiyi pulu 2-3 gün ərzində siqaretə və yeyib-içməyə sərf edib xərcləmişdir. Həmin hadisədən sonra uzun müddət oğurluq etməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etdiyinə görə bir müddət işsiz qalmış, maddi çətinliyi olduğundan və narkotikə ehtiyacı yarandığından oğurluq etmək fikrinə düşmüşdür. Bu niyyətlə ilk öncə xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanda yerləşən dama qalxıb oradan da saxlanc yeri kimi istifadə olunan yerin dəmir qapısının qıfılını qırıb içəriyə daxil olmuşdur. Oradan 01 ədəd qaynaq aparatını, 02 ədəd laqondanı, 01 ədəd “Devalt” markalı sıxma aparatını, 01 ədəd perforatoru, 01 ədəd içərisində müxtəlif açarlar olan çantanı götürərək birinci mərtəbəyə düşüb oradan da həmin əşyaları tanışı Xəyalın evinə aparmışdır. Yol ilə gedərkən çantanı açıb baxmış və içərisində açarlar olduğunu görüb çantanı xatırlamadığı yerə atmışdır. Xəyala həmin əşyaların oğurluq olmasını deməmiş, bildirmişdir ki, özünündür, qalsın, bir iki günə gəlib götürəcəkdir. Xəyal da buna etiraz etməmişdir. Növbəti gün xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının 10-cu mərtəbəsindəki liftin motorxanasına qalxmışdır. Qapıda qıfıl olduğundan oraya əsas giriş qapısından girməmişdir. Digər tərəfdən liftin motorxanasına qalxıb oradan 02 ədəd perforatoru və 01 ədəd qaynaq aparatını oğurlamışdır. Daha sonra həmin motorxananın digər qapısının qıfılını qırıb oradan dam örtüyünə qalxmış, hərəkət edərək növbəti motorxanaya gəlmiş, həmin motorxanadan da mərtəbəyə düşüb getmək istəmiş, amma qapı kilidli olduğundan həmin motorxanada yatmağa məcbur olmuşdur. Oğurladığı əşyaları isə motorxanın bir küncünə yığmışdır. Səhərisi gün yuxudan oyanmış və bir neçə nəfər şəxs ona tərəfə gəlib burda nə iş gördüyünü soruşmuşlar. O da onlara bu tərəflərə arabir gəlib getdiyini, yuxu tutduğundan yatdığını bildirmişdir. Həmin şəxslər ona heç nə deməmiş və oradan aşağıya doğru düşərkən onu polis əməkdaşları saxlamış və oğurladığı əşyaları təqdim etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, maddi imkanı aşağı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən də xx xxx 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvandan çıxıb Nərimanov rayonu, X9 küçəsinə gəlib piyada Gənclik metrosu istiqamətində getməyə başlamışdır. Piyada hərəkət edərkən Gənclik metrosunun yaxınlığındakı 9 mərtəbəli yaşayış binasının qarşısına gəlmişdir. Həmin binanın dam hissəsi fikrini cəlb etdiyindən 9-cu mərtəbəyə qalxmış və oradan binanın damına çıxmışdır. Dama qalxdıqda sağ tərəfdə kiçik otaq görmüş və fikrini cəlb etdiyi üçün qapısında olan dəmir məftildən olan kilidi açıb otağa daxil olmuşdur. Otağın içərisinə baxdıqda orada bir neçə qurğunun olduğunu görmüş və qərara gəlmişdir ki, həmin qurğuları satıb pul əldə edər. Buna görə də həmin qurğulardan ikisini kabeldən ayıraraq damda olan sellofanın içərisinə qoyub aşağı düşmüşdür. Daha sonra isə həmin qurğuları sellofanla birlikdə yaşadığı ünvana gətirib evdə saxlamışdır ki, müştəri tapıb satar. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-yə gətirilmiş və orada etdiyi oğurluğu etiraf edib evdə saxladığı qurğunu təqdim etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, həmin vaxt 01 ədəd qaynaq aparatı, 02 ədəd laqonda, 01 ədəd “Devalt” markalı sıxma aparatı, 01 ədəd perforator, 01 ədəd içərisində müxtəlif açarlar olan çanta oğurlamışdır. Çantanı açıb baxdıqda içərisində açarlar olduğunu görüb yolda onu xatırlamadığı yerə atmışdır. Xəyala saxlamaq üçün 01 ədəd qaynaq aparatı, 02 ədəd laqonda, 01 ədəd “Devalt” markalı sıxma aparatı və 01 ədəd perforatordan başqa heç bir əşya verməmişdir. Həmin əşyaları Xəyala saxlamaq üçün verərkən özünə məxsus olduğunu deyib vermişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1996-cı ildən Bakı şəhəri Azadlıq prospekti 157-də yerləşən qeyri-yaşayış sahəsini taxta sexi kimi işlədir. Bir otaqdan ibarət olan həmin sexdə taxta məmulatlarından müxtəlif avadanlıqlar, o cümlədən mebellər hazırlayır. İş həcmindən asılı olaraq adətən saat 18 radələrində sexi bağlayıb evə getmiş, səhər isə saat 08-09 radələrində sexi açıb işə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə sexi günorta saat 12 radələrində bağlamış, 21 noyabr tarixdə isə sexə ümumiyyətlə getməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində sexin qarşısına gəlib qapını açmaq istədikdə aşkar etmişdir ki, dəmir barmaqlığı olan qapının qıfıl taxılan hissəsi, sexin taxta qapısının üzərindəki qıfıllar sındırılmış və qapı qismən açıq vəziyyətdədir. Sexə daxil olduqda içəridəki əşyaların dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Ətrafa baxan zaman görmüşdür ki, giriş qapısından təxminən 2-3 metr içəridə quraşdırdığı 150 manat dəyərində taxta dəzgahının motoru, 20 manat dəyərində dəzgahın motor başlığı, sexin döşəməsinin üzərindən 1 metrinin qiyməti 2 manat olmaqla ümumi dəyəri 50 manat təşkil edən 25 metr uzunluğunda 3 fazalı kabel, girişdən asağıdakı divarda olan rəfdən taxta dəzgahının 250 manat dəyərində olan 1 ədəd fiqurlu bıçaq, 10 manat dəyərində 1 ədəd frez bıçağı, giriş qapısından təxminən 7-8 metr içəridə, divara bərkidilmiş 20 manat dəyərində 01 ədəd eletktrik açarı, girişdən təxminən 3 metr içəridə, sağ divara bərkidilmiş rəfdən 20 manat dəyərində 01 ədəd fuqan bıçağı, girişdən təxminən 1 metr içəridə, divara bərkidilmiş şkafdan 30 manat dəyərində 91 ədəd 30 metr uzunluğunda elektrik qoşucusu, 10 manat dəyərində 01 ədəd 10 metr uzunluğunda elektrik qoşucusu, 10 manat dəyərində 01 ədəd kəlbətin, 12 manat dəyərində 01 ədəd drel başlığı (qabı ilə birlikdə) oğurlanmışdır. Ümumilikdə ona 582 manat məbləğində ziyan dəymişdir. Dərhal bu barədə DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermiş, bir qədər sonra oraya polis əməkdaşları gəlib baxış keçirmişlər. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 11 ildir lift ustası kimi fəaliyyət göstərir. 2009-cu il tarixdən Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayış binalarında yerləşən liftlərin təmiri ilə məşğul olur. Mart ayının 2-dən ünvan 3 ünvanda yerləşən yaşayış binasında liftin təmiri ilə məşğul olmuşdur. İş saatı saat 08:00-dan saat 20:00-a qədərdir. Qeyd etdiyi işi görmək üçün özünə məxsus 02 ədəd perforator və 01 ədəd qaynaq aparatını da işlədir. Həmin əşyalar ona məxsusdur, onları 8-ci km bazarından almışdır. Perforatorun birini 150, ikisini 300 manata, qaynaq aparatını isə 250 manata almışdır. Həmin əşyaları işdən sonra yaşayış binasının 10-cu mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə etdiyi liftin motorxanasında saxlamışdır. Həmin motorxananın iki qapısı, yəni bir giriş və bir çıxış qapısı vardır. Həmin qapılar dəmir kilidlə bağlanır. Həmin motorxanada qeyd etdiyi alətləri və işçilərin iş geyimlərini saxlamışdır. xx xxxx 2020-ci il tarixdə işçilərlə işə gələrkən görmüşdür ki, motorxanadan qeyd etdiyi alətlər oğurlanmışdır. Belə ki, naməlum şəxs motorxanaya əsas giriş qapısından deyil, digər tərəfdən, yəni motor alətini qaldırmaq üçün nəzərdə tutulmuş kiçik bir yerdən daxil olaraq oradan həmin alətləri oğurlamış, daha sonra isə motorxananın çıxış qapısının kilidini içəridən qıraraq oradan binanın dam örtüyünə çıxaraq 32-ci yaşayış binasının motorxanasına daxil olmuşdur. Həmin şəxs motorxana bağlı olduğuna görə heç bir yerə gedə bilməmiş, nəticədə motorxananın içərisinə girərək orada yatmışdır. Çünki o, alətlərin oğurlanmasını aşkar etdikdən sonra işçilərlə birlikdə hadisəni törətmiş şəxsin hərəkət trayektoriyasını müəyyən etmək üçün dam örtüyü ilə hərəkət edib həmin motorxanaya gəlmişdir. Orada motorxananı işlədən Zaur adlı şəxslə qarşılaşmış, Zaur ona demişdir ki, kimsə gəlib motorxanaya alətlər yığmışdır. O da həmin alətlərə baxdıqda onların məhz oğurlanan alətlər olduğunu görmüşdur. Daha sonra motorxananın içərisinə daxil olduqda görmüşlər ki, içəridə bir nəfər şəxs uzanmışdır. Həmin şəxs ayağa qalxıb bir anlıq şoka düşmüş, sonra isə ondan burda nə iş görməsi soruşulduqda bildirmişdir ki, buralara tez-tez gəlib çıxıb baxır, həm də yorğun olduğundan yatıb qalmışdır. Daha sonra polis əməkdaşları aşağıda oduğundan həmin şəxsə çıxıb getməsini bildirmişlər. Həmin şəxs aşağıya düşərkən polis əməkdaşları onu tutub saxlamışdır. Zaur həmin motorxananın qapısını kilidlə bağladığından, hadisəni törətmiş şəxs isə həmin motorxanaya əsas giriş qapısından deyil, dam örtüyündən daxil olduğundan heç bir yerə qaça bilməmiş, buna görə də orada qalıb yatmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, təxminən 6 ildir ki, lift ustası kimi fəaliyyət göstərir. 2014-cü il tarixdən Bakı şəhərində yaşayış binalarında yerləşən liftlərin təmiri ilə məşğul olur. Mart ayının əvvəllərindən ünvan 3 ünvanda yerləşən yaşayış binasında liftin təmiri ilə məşğul olur. Yanında ümumilikdə 1 nəfər usta çalışır. İş saatı saat 09:00-dan saat 18:00-a qədərdir. İşi görmək üçün özünə məxsus 01 ədəd qaynaq aparatı, 02 ədəd laqonda, 01 ədəd sıxma aparatı “Dewalt” markalı, içərisində 8 nömrəli kiçik ölçülü boltları açmaq üçün nəzərdə tutulmuş 02 ədəd açar, 10 nömrəli kiçik ölçülü bolt açmaq üçün istifadə olunan 3 ədəd açar, 12 nömrəli bolt açmaq üçün nəzərdə tutulmuş 1 ədəd açar, 13 nömrəli bolt açmaq üçün nəzərdə tutulmuş 4 ədəd açar, 15 nömrəli bolt açmaq nəzərdə tutulmuş açar 01 ədəd, 16 nömrəli eyni funksiya üçün 01 ədəd, 17 nömrəli açar 02 ədəd, 18 nömrəli açar 01 ədəd, 19 nömrəli açarlar 02 ədəd, 22 nömrəli açar 01 ədəd, 24 nömrəli açar 01 ədəd, 05 ədəd qalovka başlıqları olan 01 ədəd qara çanta, 01 ədəd perforatoru işlədir. Həmin əşyalar ona məxsusdur, belə ki, 01 ədəd qaynaq aparatını bu ilin yanvar ayında “Sədərək” Ticarət mərkəzindən 350 manata, 02 ədəd laqondadan kiçik ölçülü olanı 45 manata, böyük ölçülü olanı isə 250 manata, 01 ədəd “Dewalt” markalı aparatı 650 manata, içərisində 8 nömrəli kiçik ölçülü boltları açmaq üçün nəzərdə tutulmuş 02 ədəd açarın birini 2 manata ikisini 4 manata, 10 nömrəli kiçik ölçülü bolt açmaq üçün istifadə olunan 3 ədəd açarın birini 3 manata, üçünü 9 manata, 12 nömrəli bolt açmaq üçün nəzərdə tutulmuş 1 ədəd açarı 3 manata, 13 nömrəli bolt açmaq üçün nəzərdə tutulmuş 4 ədəd açarın birini 5 manata 4-nü 20 manata, 15 nömrəli bolt açmaq nəzərdə tutulmuş 01 ədəd açarı 8 manata, 16 nömrəli 01 ədəd açarı 8 manata, 17 nömrəli açarın 02 ədədinin birini 8 manata, ikisini 16 manata, 18 nömrəli açarın 01 ədədini 8 manata, 19 nömrəli açarların 02 ədədini birini 8, ikisini 16 manata, 22 nömrəli açarın 01 ədədini 12 manata, 24 nömrəli açarın 01 ədədini 15 manata, 05 ədəd qalovka başlıqlarının birini 5 manata, 5-ni 25 manata, 01 ədəd qara çantanı 35 manata, 01 ədəd perforatoru isə 55 manata almışdır. Həmin əşyaları işdən sonra yaşayış binasının 9-cu mərtəbəsində yerləşən saxlanc yeri kimi istifadə etdiyi liftin motorxanasında saxlamışdır. Həmin motorxananın iki qapısı, yəni bir giriş və bir çıxış qapısı olmuşdur. Həmin qapıları dəmir kilidlə işdən gedəndə bağlayıb getmişlər. Həmin motorxanada qeyd etdiyi alətləri və işçilərin iş geyimlərini saxlanılmışdır. xx xxxx 2020-ci il tarixdə işə gələrkən görmüşdür ki, motorxanadan qeyd etdiyi alətlər oğurlanmışdır. Belə ki, naməlum şəxs motorxanaya əsas giriş qapısından deyil, yaşayış binasının dam örtüyündən çöl qapısının dəmir kilidini dəmir alətlə qıraraq oraya daxil olub oradan həmin alətləri oğurlamış, daha sonra isə oradan da çıxıb getmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1537 manat maddi ziyan dəymişdir. O, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları ilə birlikdə hadisəni törətmiş Təqsirləndirilən şəxs tanışının evinə gedərkən oradan özünə məxsus oğurlanmış əşyaların bir qismi aşkar olunsa da, 01 ədəd kiçik ölçülü laqonda, 01 ədəd perforator və qeyd etdiyi müxtəlif nömrəli açarlar olan qara çanta oradan aşkar olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu 2-ci Sülh döngəsi 2 A ünvanının dam hissəsində Azərbaycan Respublikası Prezidentinin Mühafizə Xidmətinə məxsus videoötürücü kameraları quraşdırılmış və istifadə olunmuşdur. Lakin xx xxx 2020-ci il tarixdə saat 08 radələrində görüntülərə baxan zaman əməkdaşlar tərəfindən görüntünün itdiyi müəyyən olunmuşdur. Bu səbəbdən də həmin yerə baxış keçirilmişdir. Məlum olmuşdur ki, videoötürücü qurğu yerləşdirilmiş otağın qapısı sındırılmış, içəridən 2 ədəd adaptorları ilə birlikdə videoötürücü qurğu nəməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də bu barədə Nərimanov RPİnin 16-cı PB-yə ərizə ilə müraciət edilmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə maddi zərər dəymişdir. Həmin 2 ədəd adaptorları ilə birlikdə videoötürücü qurğunun təzəsinin dəyəri 1470 manat olmuş, həmin qurğuların işlənməsi nəzərə alınmaqla ekspert rəyindən göstərilməsi kimi 295 manat təşkil etməsi mümkündür. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onu bağışladığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 Teyub oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Şahid2 Teyub oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, qonşu olmuş, münasibətləri normal olmuşdur. Sonradan Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində oğurluq cinayətini törətməyini eşitmiş, özü bu barədə heç nə deməmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları yaşadığı ünvan 7 ünvana gələrək bildirmişlər ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirilmiş bir neçə əşyaları onun evində saxlamışdır. Bununla əlaqədar olaraq yaşadığı evdə baxış və axtarış aparmalıdırlar. O da buna etiraz etməmiş və bu barədə polis əməkdaşları onun ərizəsini almışlar. Daha sonra isə yaşadığı evdən Təqsirləndirilən şəxs gətirdiyi əşyalar aşkar olunmuşdur. Həmin əşyalar laqonda, qaynaq aparatı və sıxma aparatı kimi tikinti əşyaları olmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmin əşyaları gətirib bildirmişdir ki, bir-iki gün bu əşyalar evdə qalsın, əşyalar onundur, gəlib götürəcəkdir. O da buna etiraz etməmiş, həmin əşyaları götürüb evində saxlamışdır. Sonradan isə bilmişdir ki, Təqsirləndirilən şəxs həmin əşyaları oğurluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X7, ünvan 8 ünvanın damında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib Şahid1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Şahid1 yazmış olduğu şikayət ərizəsi ilə əlaqədar olaraq qeyd olunan ünvana baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2A saylı 9 mərtəbəli yaşayış binasının dam hissəsidir. Dam hissəyə binanın 9-cu mərtəbəsindən dəmir materialından olan pilləkənlə keçid vardır. Dama qalxdıqda sağ və sol tərəflərdə elektrik naqilləri, zibil tullantıları, su çənləri və mənzillərə aid olan peyk antenaları vardır. Qeyd olunanlardan içəridə sağ tərəfdə divarları malalanmış kiçik otaq görünür, otağın qapısı dəmirdən olmaqla istifadəyə yararsız vəziyyətdədir. Həmin otaqda elektrik naqilləri vardır; “Maddi sübutun könüllü təqdim edilməsi və götürülməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X7, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 83 A ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasındakı xidməti otaqda ünvan 8 ünvanın damından otağın qapısını açmaqla oğurlamış olduğu 02 ədəd videoötürücü qurğunu könüllü olaraq təhqiqata təqdim etdiyindən həmin əşyalar götürülmüşdür; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-647/2020 nömrəli, xx xxx 2020ci il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Etibar Hüseynov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və həmin cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə sonuncu nömrə altında ibtidai istintaq davam etdirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29262 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş asma qıfıl istifadə üçün yararlıdır, onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə asma qıfıl ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür; Tədqiqata təqdim edilən qıfılın bağlayıcı mexanizmi açıq vəziyyətdədir; Təqdim edilən qıfılın konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi ilə ştat açarı olmadan açmaq olar. Aparılmış ekspertiza tədqiqatının dəyəri 56 (əlli altı) manat təşkil edir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5, ********* nömrəli cinayət işi üzrə müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə təqsirləndirilən şəxs - xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə həmin ifadələri onun könüllü iştirakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, ifadəsi yoxlanılacaq hadisə yerini, əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti yerində əyani olaraq göstərsin. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 157 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus taxta məhsulları emalatı sexinə gəlmişlər. Təqsirləndirilən şəxs qeyd olunan taxta məhsulları emalatı sexini göstərərək xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində oğurluq məqsədi ilə həmin sexin dəmir çərçivə və taxta qapıdan ibarət iki giriş qapısının bağlandığı asma qıfılları yaxınlıqdan tapdığı dəmir alətin köməkliyi ilə açıb içəri daxil olaraq üzərində olan alışqanın fənəri ilə içərini işıqlandırmaqla oradan aşkar etdiyi taxta dəzgahının mühərrikini, mühərrik başlığını, təxminən 20-30 metr uzunluqda üç fazalı elektrik naqilini, o cümlədən divara bərkidilmiş rəflərdən aşkar etdiyi bir ədəd kəlbətini, bir ədəd burğu başlığını, üç ədəd taxta yonmaq üçün bıçağı, bir ədəd elektrik açarı və iki ədəd uzunladıcı elektrik qoşucusunu götürərək oğurladığını bildirdi. İfadənin yerində yoxlanılması zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar olunmadı; “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Etibar Hüseynov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və həmin cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə sonuncu nömrə altında ibtidai istintaq davam etdirilmişdir; “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X8 ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi maddi sübut əhəmiyyəti kəsb edə biləcək 02 ədəd perforatoru və 01 ədəd qaynaq aparıtını istintaq zərurəti ilə bağlı götürmüşdür; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Tutulmuş şəxsin müvəqqəti saxlama yerindən saxlama yerindən azad olunması barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs azadlığa buraxılmışdır (200070153 nömrəli cinayət işi üzrə); “Maddi sübutun götürülməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı X3, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 10 ünvanında evin damında saxlanc yerindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ünvan 11 ünvanına baxış keçirildi və xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, S.Rəhman küçəsi 7 ünvanında evin damından saxlanc yerindən oğurlanmış 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, 1 ədəd sıxıcı alət (“DEWALT”) aşkar edilərək götürüldü; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/569 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcədə elektirik avadanlıqlarının satışı və təmiri məntəqələrində mövcud olan qiymətlələ əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektinin xx xxxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - iki ədəd üzərində “BOSCH, CBH 2-26 DRE Professinal” markalanma yazıları olan xarici görünüşünə görə istismar edilmiş qara göy rəngli perforator 300,00 manat: - bir ədəd üzərində “plus 250 S” markalanma sözləri yazılmış, xarici görünüşünə görə istismar edilmiş, gövdəsi qırmızı rəngli, birləşdirilmiş elektirik kabel və başlıqlar ilə birlikdə dəstəkli elektrik qaynaq aparatı 250,00 manat; Aparılmış ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/570 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertizaya təqdim edilən tədqiqat obyektinin xx xxxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd üzərində “Texas, model DK-MMA-300” markalanma sözləri yazılmış, xarici görünüşünə görə istismar edilmiş birləşdirilmiş elektrik kabel və başlıqlar ilə birlikdə dəstəkli elektrik qaynaq aparatı 220,00 manat; - bir ədəd üzərində “BOSH, GWS 22-230, Professionar, 230” markalanma yazısı olan xarici görünüşünə görə istifadə edilmiş, gövdəsi tünd göy rəngli laqonda 150.00 manat; - bir ədəd üzərində “Dewalt, DSF880,18w” markalanma yazısı olan qara rəngli plastik qutuya qablaşdırılmış, xarici görünüşünə görə istismar edilmiş qara sarı rəngli sıxma aparatı 450,00 manat; Aparılmış ekspertiza tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil edir; “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət yolu ilə ələ keçirilmiş 01 ədəd qaynaq aparatı, 01 ədəd laqonda, 01 ədəd “Dewalt” markalı sıxma aparatı, 02 ədəd perforator və 01 ədəd qaynaq aparatı maddi sübut kimi tanınmış və həmin əşyaların məhkəmə baxışınadək sahiblərinə qaytarılması qərara alınmışdır; Zərərçəkmiş şəxs3 tərəfindən Nəsimi RPİ-nin müstəntiqinə ünvanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus 01 ədəd qaynaq aparatını, 01 ədəd laqondanı və 01 ədəd sıxma aparatını müstəntiq Tağı Tağızadədən təhvil almışdır; Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi RPİ-nin müstəntiqinə ünvanlanmış xx.xx.2020ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus 02 ədəd perforatoru və 01 ədəd qaynaq aparatını saz vəziyyətdə müstəntiq Tağı Tağızadədən təhvil almışdır; Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən və axtarışda olan Təqsirləndirilən şəxs tutularaq xx.xx.2020-ci il tarixdə Nəsimi RPİ-nin MSYə təqdim olunmuşdur; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-281/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (200070153 nömrəli cinayət işi üzrə); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1634 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd müxtəlif markalı video ötürücü qurğuların istifadədə olması nəzərə alınmaqla 2020ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 295 manat müəyyən edilir. Həmin malların ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində (Çin istehsalı “netLİNK” markalı, HTB-1100S-25KmA model video ötürücü qurğu, adaptoru ilə birlikdə - 45 manat, Almaniya istehsalı, “BOSCH” markalı, VJT-X10SN model video ötürücü qurğu adaptoru ilə birlikdə - 250 manat) göstərilmişdir; Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir; Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Məmməd oğlu tərəfindən yazılmış xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, o, 02 ədəd video ötürücü qurğunu müstəntiq Etibar Süleymanovdan təhvil almışdır; “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd adaptoru ilə birlikdə “netLİNK” markalı, HTB-1100S- 25KmA modelli video ötürücü qurğu, 1 ədəd adaptoru ilə birlikdə “BOSCH” markalı, VJT- X10SN modelli video ötürücü qurğu, iki ədəd “BOSCH, CBH 2-26 DRE Professional” markalı perforator, bir ədəd “plus 250 S” markalı (birləşdirilmiş elektrik kabel və başlıqları ilə birlikdə) elektrik qaynaq aparatı, bir ədəd “BOSCH, GWS 22-230, Professional, 230” markalı laqonda, bir ədəd “Dewalt, DSF880,18 w” markalı sıxma aparatı iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn, oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin nümayəndəsinin, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələblərinin olmamasını; Zərərçəkmiş şəxs3 oğurlamış əmlakların bir hissəsinin ona qaytarılmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı iki gün (19-20 mart, 20-xx xxx 2020-ci il) ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməli (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 1 ədəd adaptoru ilə birlikdə “netLİNK” markalı, HTB-1100S-25KmA modelli video ötürücü qurğunun, 1 ədəd adaptoru ilə birlikdə “BOSCH” markalı, VJT-X10SN modelli video ötürücü qurğunun, iki ədəd “BOSCH, CBH 2-26 DRE Professional” markalı perforatorun, bir ədəd “plus 250 S” markalı (birləşdirilmiş elektrik kabel və başlıqları ilə birlikdə) elektrik qaynaq aparatının, bir ədəd “BOSCH, GWS 22-230, Professional, 230” markalı laqondanın, bir ədəd “Dewalt, DSF880,18 w” markalı sıxma aparatının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd adaptoru ilə birlikdə “netLİNK” markalı, HTB-1100S- 25KmA modelli video ötürücü qurğunun, 1 ədəd adaptoru ilə birlikdə “BOSCH” markalı, VJT-X10SN modelli video ötürücü qurğunun, iki ədəd “BOSCH, CBH 2-26 DRE Professional” markalı perforatorun, bir ədəd “plus 250 S” markalı (birləşdirilmiş elektrik kabel və başlıqları ilə birlikdə) elektrik qaynaq aparatının, bir ədəd “BOSCH, GWS 22-230, Professional, 230” markalı laqondanın, bir ədəd “Dewalt, DSF880,18 w” markalı sıxma aparatının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-40/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-40/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver