Məhkəmə qərarları › İş №1(005)-403/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-403/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-403/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Femida Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Apkido Federasiyasında məşqçi işləmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 44, qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,311 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Su pərisi” istirahət mərkəzinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 15:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2Mİ-ə gətirilmiş və orada həmin tarixdə saat 17:52-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 1,714 qram və 1,597 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,311 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 28 iyun 2021-ci il tarixdə Əli adlı şəxsdən almışdır. Narkotik vasitəni 50 manata almışdır. 29 iyun 2021-ci il tarixdə saat 15:00 radələrində Hövsan qəsəbəsində yerləşən “Su Pərisi" istirahət mərkəzinin yaxınlığında olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində gəzdirdiyi iki ədəd bükümdə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşmanlıq çəkdiyini, qardaşı X1 İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, xüsusən Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyini qeyd edib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edildi. Həmin qərarın icrası ilə bağlı olaraq işlədiyi Baş idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 rəhbərliyi altında əməliyyat qrupu yaradıldı və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və o, daxil edildi. 29 iyun 2021-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Su Pərisi” istirahət mərkəzinin yaxınlığında olması müəyyən edildikdən sonra həmin yerə getmişlər. Saat 15:00-da qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş İdarəyə gəldi. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Rüstəm Diniyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildi və əvvəlcə Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli idman şalvarının ciblərindən 01 ədəd qara rəngli telefonu, pul vəsaitini, tibbi maskanı və 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 02 ədəd bükümə baxış keçirilən zaman şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və 1 gün əvvəl tanımadığı “Əli” adlı şəxsdən aldığını dedi. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən olundu. 01 ədəd mobil telefona baxış zamanı onun “İphone X” markalı olduğu müəyyən edildi, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirdi, mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldü. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildi və 36 manat və 20 qəpik olması müəyyən edilməklə qara rəngli tibbi maska ilə birlikdə şübhəli şəxsin özünə qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, onun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə 29.06.2021-ci il tarixdə saat 17:52-də «Sony» markalı video aparatı vasitəsilə video çəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şübhəli şəxsə təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli idman şalvarın sol cibindən 01 ədəd qara rəngli telefonu, pul vəsaitini və tibbi maskanı, habelə sağ cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etdi. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Bundan sonra 02 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və 1 gün əvvəl tanımadığı “Əli” adlı şəxsdən aldığını dedi. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zəruriliyi ilə əlaqədar olaraq saxlanıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə 29.06.2021-ci il tarixdə saat 18:04-də başa çatdı və videoçəkiliş dayandırıldı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli 6/2634 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,714 qram, 1,597 qram ümumi təmiz çəkisi 3,311 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 3,311 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,211 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 30 iyun 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 4(005)-650/2021 saylı qərarında görünür ki, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 29 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır Maddi sübut hesab edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3.211 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanılması üçün AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2018ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə ona qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30.09.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan Qəsəbə üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində yaşayış yeri və ailə tərkibi haqqında vermiş olduğu 08.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu Hövsan qəsəbəsi Dənirkənarı küçəsi 44 saylı evdə ata, ana və qardaşı ilə birlikdə yaşayır. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan Qəsəbə üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu Hövsan qəsəbəsi Dənirkənarı küçəsi 44 saylı evdə yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Hamı onu tərbiyəli, idmançı, ictimai işlərdə kəndin fəal oğlu kimi tanıyır. Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş İphone X markalı mobil telefona baxış keçirilərkən mobil telefonda narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. 12.08.2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone X” markalı mobil telefon saz vəziyyətdə atası X3 təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X9 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli 3137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 X9 daxil olmuş ambulator məhkəmə-psixatrik ekspertizasının 24.08.2021-ci il tarixli 1903 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Resoublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı aparılmış video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 36,2 manat pulun və 01 ədəd tibbi maskanın onun özünə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş “İphone X” markalı mobil telefonun sonuncunun atası X3 qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,211 qram olan narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, “Azercell" MMC-dən götürülmüş 01 ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması və s. qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilinib, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə ona qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30.09.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəblə də Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halları (ağırlaşdırıcı hal müəyyən edilməmişdir), həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut –Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 3.211 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri - 65.00 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, Təqsirləndirilən şəxs götürülmüş “İphone X” markalı mobil telefonun sonuncunun atası X3 qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclsaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Femida Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı - 3.211 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş “İphone X” markalı mobil telefonun atası X3 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclsaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Femida Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar