Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-47/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və müdafiəçisi “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Vood Volley Hicran Məhəmməd qızının və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Vood Volley Hicran Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Vood Volley Hicran Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi Müdafiəçi ərizə təqdim edərək Vood Volley Hicran Məhəmməd qızına qarşı xüsusi ittiham qaydasında olan şikayətlərindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Vood Volley Hicran Məhəmməd qızı və onun müdafiəçisi X3 ayrı-ayrılıqda çıxış edərək X2 Vood Volley Hicran Məhəmməd qızına qarşı xüsusi ittiham qaydasında olan şikayətindən imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı ərizəsinin təmin edilməsinə etiraz etdiklərini bildirmişlər. Məhkəmə iş materiallarını və tərəflərin çıxışlarını, həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsinin şikayətdən imtina etmələri və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı ərizəni nəzərə alaraq hesab edir ki, Vood Volley Hicran Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir; 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır; 88.4 və 88.4.2-ci maddələrinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada: cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir; 103.5.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək hüquqlara malikdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Beləliklə, məhkəmə Vood Volley Hicran Məhəmməd qızına qarşı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Müdafiəçi ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Vood Volley Hicran Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7 və 43.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vood Volley Hicran Məhəmməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-47/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-47/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver