Məhkəmə qərarları › İş №1(005)-48/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-48/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-48/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 6.675 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 məhəllə 1193 ünvanına qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyala keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 00.15-də ünvan 3 məhəllə 1193 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gəlirilmiş, Baş İdarədə xidməti otaqların birində həmin gün saat 01.15-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sol ön yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə 6.675 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan marixuana istifadəçisidir. O, narkotik vasitə marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Saxlanılmamışdan bir gün əvvəl üzdən tanıdığı adını bilmədiyi şəxsdən 100 manat pul verməklə bir ədəd kağız bükümdə narkotik vasitə olan marixuana almışdır. O, həmin narkotik vasitənin bir hissəsini dostu Ceyhunla birlikdə istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 00:15 radələrində o, Ceyhunla birlikdə Xətai rayonu, Yusif Səfərov küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin 2 nəfər şəxs ondan və Ceyhundan özlərini təqdim etmələrini istəmişlər, o və Ceyhun da öz anket məlumatlarını həmin şəxslərə demişlər. Bandan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib baş idarəyə dəvət etmişlər. Ceyhunu isə onun üzərində aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi üçün dəvət elmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadəsi və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərində baxış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən qara rəngli dəri materiallı pul qabını, ardınca şalvarının ön sol yan cibindən 01 ədəd siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir, o deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı “İphonel 11” markalı telefon olduğu müəyyən edilmiş, telefonun özünə məxsus olduğunu bildirmiş, pul qabına baxış zamanı içində iki ədəd 100 manatlıq və iki ədəd 100 ABŞ dolları pul əskinaslarının və müxtəlif kartların olduğu məlum olmuşdur. Pul qabının içində kənar əşya və maddə aşkar edilmədiyindən və araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim eldiyi 01 ədəd siqaret qutusuna baxış keçirilmişdir. Siqaretin “Winston” adlı siqaret olduğu, içində 04 ədəd siqaret dənəsinin və 01 ədəd kağız bükülünün olduğu məlum olmuşdur. O, həmin kağız bükülünün içində narkotik vasitə olan marixuananın olduğunu demişdir. Siqaret qutusunun içindəki kağız bükülü açıldıqda içində narkotik vasitə olan marixuana olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı o, narkotik vasitə olan marixuananı şəxsi istifadəsi məqsədi ilə bir gün əvvəl tanımadığı şəxsdən təxminən 100 manat pul verməklə aldığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş bükümdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd siqaret qutusu araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Bundan sonra onunla birlikdə saxlanılaraq BMCMİ-yə dəvət edilmiş, şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən tanışı Şahid3 üzərində qanunsuz əşya və maddə olub-olmadığı soruşulmuşdur. Ceyhun şalvarının ciblərini tam olaraq açıb göstərmiş və bildirmişdir ki, üzərində hər-hansı qanunsuz əşya və maddə yoxdur. Həmçinin Ceyhun sorğu zamanı onunla dost olduğunu və onunla birlikdə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X3 və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla X1 şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİnin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış, həmin qərarın icra edilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmış və xx xxxx 2020-ci il tarixdə saat 00.15-də Təqsirləndirilən şəxs tərəflərindən Xətai rayonu Y.Səfərov küçəsi 14 məhəllə 1193 ünvanının yaxınlığında Şahid3 ilə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs əməliyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və üzərində şəxsi axtarış və götürmə aparılması üçün, Şahid3 isə prosessual hərəkətdə iştirak etməsi üçün Baş İdarənin inzibati binasına dəvət olunmuşdur. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2020-ci il tarixdə saat 01:15-də «İphone» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şübhəli şəxsə təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən qara rəngli dəri materiallı pul qabını, ardınca şalvarının ön sol yan cibindən 01 ədəd siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı “İphone 11” markalı mobil telefon olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmiş, pul qabına baxış zamanı içində iki ədəd 100 manatlıq və iki ədəd 100 ABŞ dolları pul əskinaslarının və müxtəlif kartların olduğu məlum olmuşdur. Pul qabının içində kənar əşya və maddə aşkar edilmədiyindən və araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən pul qabı şübhəli şəxsin özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim edilən 01 ədəd siqaret qutusuna baxış keçirilmişdir. Siqaretin “Winston” adlı olduğu, içində 04 ədəd siqaret dənəsinin və 01 ədəd kağız bükülünün olduğu məlum olmuşdur. Şübhəli şəxs həmin kağız bükülünün içində narkotik vasitə olan marixuananın olduğunu demişdir. Siqaret qutusunun içindəki kağız, bükülü açıldıqda içində yaşıl rəngli, spesifik iyli, ot kütləsi halında narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı şəxsi istifadəsi məqsədi ilə bir gün əvvəl tanımadığı şəxsdən təxminən 100 manat pul verməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və siqaret qutusu araşdırma zərurətindən irəli gələrək saxlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə BMCMİ-və prosessual hərəkətlərdə iştirak elmək üçün dəvət edilmiş, şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən Şahid3 üzərində qanunsuz əşya və maddə olubolmadığı soruşulmuşdur. Şahid3 şalvarının ciblərini tam olaraq açıb göstərmiş və bildirmişdir ki, üzərində hər-hansı qanunsuz əşya və maddə yoxdur. Həmçinin Şahid3 sorğu zamanı Təqsirləndirilən şəxs ilə dost olduğunu və bir gün əvvəl Səfərdən marixuana alıb çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxs, axtarış və baxış xx.xx.2020-ci il tarixdə saat 01:30-da başa çalmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuana istifadəçisidir. Dostu Səfər saxlanılmamışdan təxminən bir gün əvvəl o, Səfərlə birlikdə narkotik vasitəni çəkmək yolu ilə qəbul etmişdir. xx xxxx 2020ci il tarixdə saat təxminən 00:15 radələrində o, Səfərlə birlikdə Xətai rayonu, Yusif Səfərov küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan və Səfərdən özlərini təqdim etmələrini istəmişlər, o və Səfər öz anket məlumatlarını həmin şəxslərə demişlər. Bundan sonra polis əməkdaşları Səfərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Səfəri baş idarəyə dəvət etmişlər. Onu isə Səfərin üzərində aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi üçün dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Səfərin hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra onun da iştirakı ilə Səfərə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Səfər etiraz etmədikdən sonra videoçəkiİişlə üzərinə baxış keçirilməyə başlanmışdır. Səfərə təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Səfər bundan sonra masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən qara rəngli dəri materiallı pul qabını, ardınca şalvarının ön sol yan cibindən 01 ədəd siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca Səfərə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, Səfər deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Səfərin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı “İphone 11” markalı telefon olduğu müəyyən edilmişdir. Səfər telefonun özünə məxsus olduğunu bildirmiş, pul qabına baxış zamanı içində iki ədəd 100 manatlıq və iki ədəd 100 ABŞ dolları pul əskinaslarının və müxtəlif kartların olduğu məlum olmuşdur. Pul qabının içində kənar əşya və maddə aşkar edilmədiyindən və araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən Səfərin özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca Səfərin təqdim etdiyi 01 ədəd siqaret qutusuna baxış keçirilmişdir. Siqaretin “Winston” adlı olduğu, içində 04 ədəd siqaret dənəsinin və 01 ədəd kağız, bükülünün olduğu məlum olmuşdur. Səfər həmin kağız bükülünün içində narkotik vasitə olan marixuananın olduğunu demişdir. Siqaret qutusunun içindəki kağız, bükülü açıldıqda içində narkotik vasitə olan marixuana olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Səfər narkotik vasitə olan marixuana istifadəçisi olduğunu bildirmişdir. Səfər narkotik vasitə olan marixuananı şəxsi istifadəsi məqsədi ilə bir gün əvvəl tanımadığı şəxsdən təxminən 100 manat pul verməklə aldığını bildirmişdir. Səfərin üzərindən aşkar edilmiş bükümdəki narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunması üçün hamının iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Səfərin üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd siqaret qutusu araşdırma zərurəti ilə əlaqədar olaraq saxlanılmışdır. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunsuz əşya və maddə olub-olmadığını soruşmuşlar. O, şalvarının ciblərini tam olaraq açıb göstərmiş və bildirmişdir ki, üzərində hər-hansı qanunsuz əşya və maddə yoxdur. Həmçinin o, Səfər ilə dost olduğunu və bir gün əvvəl birlikdə marixuananı çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokola imza edib təsdiq etmişlər. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qsmində tutulmuşdur. Cinayət işinin 30-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla X5 bölməsinin baş təhqiqatçısı X9 həmin protokolu, Azərbaycan Respublikası CPM-nin 51.2, 51.3, 86.4.2, 207.4, 236 və 445.2-ci maddələrinin tələblərini rəhbər tutaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X6 və baxışda iştirak etmək üçün dəvət olunmuş Şahid3 iştirakları ilə tərtib etmişdir ondan ötrü ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 01 ədəd mobil telefonu, şalvarının arxa sağ yan cibindən qara rəngli dəri materiallı pul qabını, ardınca şalvarının ön sol yan cibindən 01 ədəd siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca şübhəli şəxsin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı “İphone 11” markalı mobil telefon olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmiş, pul qabına baxış zamanı içində iki ədəd 100 manatlıq və iki ədəd 100 ABŞ dolları pul əskinaslarının və müxtəlif kartların olduğu məlum olmuşdur. Pul qabının içində kənar əşya və maddə aşkar edilmədiyindən və araşdırma zamanı əhəmiyyət kəsb etmədiyindən pul qabı şübhəli şəxsin özünə qaytarılmış, mobil telefon isə sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim edilən 01 ədəd siqaret qutusuna baxış keçirilmişdir. Siqaretin “Winston” adlı olduğu, içində 04 ədəd siqaret dənəsinin və 01 ədəd kağız bükülünün olduğu məlum olmuşdur. Şübhəli şəxs həmin kağız bükülünün içində narkotik vasitə olan marixuananın olduğunu demişdir. Siqaret qutusunun içindəki kağız, bükülü açıldıqda içində yaşıl rəngli, spesifik iyli, ot kütləsi halında narkotik vasitə olan marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı şəxsi istifadəsi məqsədi ilə bir gün əvvəl tanımadığı şəxsdən təxminən 100 manat pul verməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və siqaret qutusu araşdırma zərurətindən irəli gələrək saxlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə BMCMİ-və prosessual hərəkətlərdə iştirak elmək üçün dəvət edilmiş, şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən Şahid3 üzərində qanunsuz əşya və maddə olub-olmadığı soruşulmuşdur. Şahid3 şalvarının ciblərini tam olaraq açıb göstərmiş və bildirmişdir ki, üzərində hər-hansı qanunsuz əşya və maddə yoxdur. Həmçinin Şahid3 sorğu zamanı Təqsirləndirilən şəxs ilə dost olduğunu və bir gün əvvəl Səfərdən marixuana alıb çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxs, axtarış və baxış xx.xx.2020-ci il tarixdə saat 01:30-da başa çalmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/326 nömrəli rəyindən görünür ki, tətqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 6,675 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 76-77-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin MYS-dən buraxılması və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbyacan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs hal-hazırda saxlanıldığı BMCMİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 79-80-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd zərfdə qablaşdırılan 01 ədəd kağız bükümdə tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 6,625 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxx 2020-ci il tarixli 2047 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzəb çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-cü vərəqində olan Bakı şəhəri Sabunçu RİH-nin Sabunçu rayon MKTB-nin 86 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 124-132-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə BMCMİ-nin inzibati binasında keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 1 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş “İphone 11” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol ön yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,675 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (13-xx xxxx 2020-ci il) 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli, 1 ədəd CD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,625 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 69,82 (altmış doqquz manat səksən iki qəpk) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar