Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-83/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1984-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Təqsirləndirilən şəxs1 malın istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını aldatma, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə, habelə saxta aksiz markalarını əldə etmə, saxlama, həmçinin saxta aksiz markaları ilə markalanmış məhsulları əldə etmə, saxlama və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X1 küçəsində yerləşən inventar nömrəsi olmayan fərdi tikilidə təşkil etdiyi gizli sexdə müxtəlif markalı spirtli içkiləri istintaqa məlum olmayan mənbədən əldə etdiyi rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlamaqla butulkaların üzərinə istintaqa məlum olmayan mənbədən və şəraitdə əldə edib saxladığı “Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal” məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən saxta aksiz markalarını yapışdırdıqdan sonra tanışı Təqsirləndirilən şəxs2 təqdim etmiş, aralarında olan cinayətkar plana uyğun olaraq sonuncu orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən, istifadəyə yararsız olan, Təqsirləndirilən şəxs1 kustar üsulla hazırladığı, saxta aksiz markaları ilə markalamaqla saxladığı spirtli içki məhsullarını, yəni 01 ədəd 0,7 litrlik «Stoliçnaya vodka», 01 ədəd 1 litrlik «Stoliçnaya», 01 ədəd 0,7 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,5 litrlik «Belıy Volk», 03 ədəd 0,7 litrlik «Russkaya Vısota», 02 ədəd 0,5 litrlik «Banketnaya», 03 ədəd 0,7 litrlik «Banketnaya, 05 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,7 litrlik «Yakor» 03 ədəd 0,5 litrlik «Yakor», 04 ədəd 0,5 litrlik «Mamedoff», 03 ədəd 0,7 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «Minskiy Standart», 01 ədəd 0,7 litrlik «Minskiy Standart», 01 ədəd 0,5 litrlik «Çarskaya», 02 ədəd 0,25 litrlik «Ağsu», 01 ədəd 0,7 litrlik «Sultanbek», 10 ədəd 0,5 litrlik «Sultanbek», 03 ədəd 1 litrlik «Rusinka Vodka», 03 ədəd 0,7 litrlik «Rusinka Vodka», 09 ədəd 1 litrlik «Zolotoe koltso», 07 ədəd 0,7 litrlik «Zolotoe koltso», 11 ədəd 0,5 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Göygöl», 1 ədəd 0,7 litrlik «Göygöl», 03 ədəd 0,5 litrlik «Arxangelsk», 04 ədəd 0,5 litrlik «Moskovskiy Kremlin», 06 ədəd 1 litrlik «Kazyonka», 03 ədəd 0,7 litrlik «Kazyonka», 1 ədəd 0,5 litrlik «Kazyonka», 03 ədəd 0,5 litrlik «Orel», 05 ədəd 0,5 litrlik «İmmunitet», 01 ədəd 0,7 litrlik «İmmunitet», 02 ədəd 0,5 litrlik «Blast», 01 ədəd 0,5 litrlik «Vodoçka» 01 ədəd 1 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Fayton», 01 ədəd 1 litrlik «Nobel», 01 ədəd 0,75 litrlik «Starıy dvorik», 01 ədəd 0,75 litrlik «Oligarch», 02 ədəd 0,7 litrlik «Xan kristal», 1 ədəd 0,5 litrlik «Xan kristal», 01 ədəd 0,5 litrlik «Kremlevka» və 01 ədəd 0,7 litrlik «Kremlevka» markalı araqları 2020-ci ilin iyun ayının əvvəllərindən xx xxxxxxxx 2020-ci il tarixədək olan müddət ərzində bir neçə dəfəyə Zaqatala rayonu, Dardoqqaz kəndində yerləşən mağazada ticarət obyektinin sahibi Zərərçəkmiş şəxs yüksək keyfiyyətli, rəsmi istehsalçı zavod tərəfindən hazırlanmış məhsul adı ilə sataraq onun ümumilikdə 960 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qarşı dələduzluq etmiş, eləcə də fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Təqsirləndirilən şəxs1 malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçı Zərərçəkmiş şəxs xeyli miqdarda - 960 manat məbləğində aldatmışdır. Vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma gedişində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Zaqatala rayonu, E.Ağayev küçəsində yerləşən «Dəniz» şadlıq evinin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-2107» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı markalı avtomaşının yük yerindən Təqsirləndirilən şəxs1 əldə edib saxladığı saxta aksiz markaları ilə markalanmış, rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 04 ədəd 1,75 litrlik «Zolotoe koltso», 07 ədəd 0,75 litrlik «Zolotoe koltso», 03 ədəd 1 litrlik «Yakor», 02 ədəd 0,5 litrlik «Yakor», 05 ədəd 1 litrlik «Kolosok», 01 ədəd 0,5 litrlik «Kolosok», 01 ədəd 1 litrlik «Çarskaya», 01 ədəd 0,5 litrlik «Terminal», 01 ədəd 0,5 litrik «Merlin», 01 ədəd 0.7 litrlik «Nobel», 02 ədəd 0,7 litrlik «Rusinka», 01 ədəd 0,5 litrlik «Rusinka», 01 ədəd 1 litrlik «Rusinka». 01 ədəd 1 litrlik «Arxangelsk», 02 ədəd 0,7 litrlik «Yubiley», 01 ədəd 1 litrlik «Milenium», 01 ədəd 1 litrlik «Russkaya vısota», 09 ədəd 0.5 litrlik «Zolotoe koltso», 05 ədəd 0.5 litrlik «Banketnaya», 01 ədəd 0,5 litrlik «Mamedoff», 01 ədəd 1 litrlik «White water», 01 ədəd 0,7 litrlik «White water», 02 ədəd 0,7 litrlik «Belıy volk», 01 ədəd 0,5 litrlik «Belıy volk» markalı spirtli içkilər aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə əməliyyat axtarış tədbirlərinin davamı olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhərində keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Nissan» markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqlarınmürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız, üzərinə saxta aksiz markaları yapışdırılmış 03 ədəd 1,75 litrlik «Zolotoe koltso», 02 ədəd 0,7 litrlik «Zolotoe koltso», 03 ədəd 0,5 litrlik «Zolotoe koltso», 01 ədəd 1,75 litrlik «Zolotoe koltso», 1 ədəd 1,75 litrlik «Rusinka vodka», 01 ədəd 0,5 litrlik «Yakor», 12 ədəd 0,7 litrlik «Belıy volk», 28 ədəd 0,25 litrlik «Ağsu» markalı araqlar, 03 ədəd 0,5 litrlik «Jack Daniels» markalı viski, habelə istintaqa məlum olmayan mənbədən əldə etdiyi ofset çap üsulu ilə hazırlanmış, «Azərbaycan Respublikası Aksiz markası Alkoqollu içkilər İdxal» məzmunlu aksiz markalarının nümunələri ilə eynilik təşkil etməyən 102 ədəd aksiz markaya bənzər obyektlər (saxta aksiz markaları), Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, X1 küçəsində yerləşən nömrəsiz fərdi tikilidə təşkil olunmuş gizli sexə baxış nəticəsində isə rektifikat etil spirti və su əsasında kustar üsulla hazırlanmış, orqanoleptik, tündlük göstəricilərinə və tərkiblərində olan zərərli qarışıqların-mürəkkəb efirlərin miqdarlarına əsasən alkoqollu içkilər üzrə standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən və istifadəyə yararsız 126 ədəd 1 itrlik «Arxangelsk», 192 ədəd 0,7 litrlik «Arxangelsk», 80 ədəd 0,5 litrlik «Arxangelsk», 153 ədəd 1 litrlik «Russkiy brend», 24 ədəd 0,7 litrlik «Russkiy brend», 64 ədəd 0,5 litrlik «Russkiy brend», 26 ədəd 1 litrlik «Belıy volk», 89 ədəd 0,7 litrlik «Belıy volk», 45 ədəd 1 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Moskovskaya osobaya», 80 ədəd 0,5 litrlik «Moskovskaya osobaya», 60 ədəd 0,7 litrlik «Lapland», 30 ədəd 0,25 litrlik «Banketnaya», 02 ədəd 0,5 litrlik «Xortitsa», 01 ədəd 0,7 litrlik «Xortitsa», 16 ədəd 0,5 litrlik «Nemiroff», 28 ədəd 0,7 litrlik «Nemiroff», 01 ədəd 0,5 litrlik «Nemiroff Delikat», 03 ədəd 1 litrlik «Nemiroff», 32 ədəd 0,7 litrlik «Mamedoff», 03 ədəd 0,5 litrlik «Absolyut», 12 ədəd 1 litrlik «White water», 03 ədəd 1,75 litrlik «Belıy volk», 10 ədəd 0,5 litrlik «Rusinka vodka», 03 ədəd 0,7 litrlik «Sapfir», 01 ədəd 0,7 litrlik «Natsionalnıy», 04 ədəd 0,5 litrlik «Natsionalnıy», 04 ədəd 0,7 litrlik «Yubiley», 06 ədəd 0,7 litrlik «Çarskaya oxota», 08 ədəd 0,7 litrlik «Yakor», 14 ədəd 0,5 litrlik «Yakor» markalı spirtli içkilər, həmçinin Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 847 ədəd 1 litrlik plastik qablarda tündlüyü 54-55% olan rektifikat etil spirti əsasında kustar üsulla hazırlanmış maye, 4 ədəd 5 litrlik plastik qablarda orqanoleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə əsasən spirttərkibli giləmeyvədən çəkilmiş, tündlüyü (etil spirtinin miqdarı) 13% təşkil edən şərab məhsulu, 01 ədəd 10 litrlik plastik qabda tündlüyü 9,5% olan etil spirtindən, içməli sudan, limon turşusundan, tünd çəhrayı boya maddəsindən kustar üsulla hazırlanmış spirttərkibli maye və 506 ədəd müxtəlif həcmli boş şüşə butulkalar aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 məhkəməyə yazılı vəsatət təqdim edərək cinayət əməlinin Gəncə şəhərinin ərazisində törədilməsini nəzərə alaraq, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 çıxış edərək cinayət işinin aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda çıxış edərək cinayət işinin məhkəmə baxışına təyin olunmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı qızı çıxış edərək bildirdi ki, ittihamda qeyd olunan cinayət əməlləri Təqsirləndirilən şəxs1 tərəfindən Gəncə şəhərinin Kəpəz rayonu ərazisində törədilsə də, ittiham tərəfi olaraq hesab edirlər ki, hazırki cinayət işi məhkəmə baxışına təyin olunmalıdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, ittihamda qeyd olunan sonuncu əməl Gəncə şəhərinin Kəpəz rayonu ərazisində törədildiyindən, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənləri və cinayət prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, 1(005)-374/2020 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələri ilə təqsirləndirilən şəxs – xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə saxlanması müddəti xx xxxxxx 2020-ci il tarixdə bitəcək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanıldığından məhkəmə hesab edir ki, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması zamanı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 74.1, 75.1, 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 200.2.2 və 205-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılması nəzərə alınsın. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-83/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-83/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver