Məhkəmə qərarları › İş №1(005)-85/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-85/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-85/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02.04.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş (qaçırmış) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 31.08.2020-ci il tarixdə saat 06:00 radələrində ünvan 3 ünvanın qarşısından Zərərçəkmiş şəxs məxsus “VAZ 2106" markalı 10- LS-063 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan Maqa adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 31.08.2020-ci il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞnin inzibati binasına gətirilib şəxsi axtarış keçirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızının içərisində sellofan kəsiyinə bükülmüş çəkisi 0,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 31.08.2020-ci il tarixdə saat 06:00 radələrində yaşadığı ünvandan çıxaraq 13 nömrəli marşrut xətt avtobusu ilə H.Əliyev mərkəzi yaxınlığına gəlmişdir. Dəmir-armatur tapmaq üçün həmin ünvandan məhəllələri piyada gəzmiş, bu zaman Nərimanov rayonu, Y.Bakuvi 5 ünvanının qarşısında VAZ 2106 markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəf pəncərəsinin açıq olmasını görmüşdür. Avtomobilə yaxınlaşdıqda açarın avtomobilin üzərində olduğunu görmüş, pula ehtiyacı olduğundan həmin avtomobildən maqnitofonu sökmək istəmiş, sonra oradan insanlar keçərkən yaxalanacağından qorxub avtomobili sürüb maqnitofonu başqa yerdə sökmək qərarına gəlmişdir. Lakin avtomobilə əyləşən zaman hara sürəcəyini bilmədiyindən təşviş içində avtomobili yaşadığı ünvana sürüb bir qədər aralıda saxlamışdır. Orada “Pioneer” markalı maqnitofonu və səs gücləndiriciləri sökmüş, avtomobili həmin ünvanda saxlayaraq qeyd olunan əşyaları satmaq üçün Sabunçu bazarına getmişdir. Bu zaman üzdən tanıdığı Maqa adlı şəxsi görmüş, Maqanın narkotik vasitə satdığını bildiyindən əlindəki əşyaları ona təklif etmiş, o da bunun müqabilində ona qara rəngli siqaret kağızına bükülmüş olan narkotik vasitə heroin vermişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış və yorğun olduğu üçün yaşadığı ünvana gəlmişdir. 31.08.2020-ci il tarixdə saat 17 radələrində isə yenidən evdən çıxaraq metal yığmaq üçün ünvan 7 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs birlikdə ona yaxınlaşmış, həmin şəxslər vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onu Nərimanov PPİ-nin 18-ci PŞ-yə dəvət etmişlər. Bundan sonra polis əməkdaşlarının müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Sonra üzərinə şəxsi baxış və axtarış keçirilmiş, axtarış zamanı o cibində gəzdirdiyi narkotik vasitəni çıxardaraq təqdim etmişdir. Son olaraq əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31.08.2020-ci il tarixdə saat təxminən 06 radələrində işə gəlmiş, tikintidə olan zaman aşağıya baxdıqda avtomobilinin yerində olmadığını görmüşdür. Daha sonra tez tikintidən çıxaraq həmin yerə tərəf gəlmiş və ətrafda olan şəxslərdən bu barədə soruşsa da, bir nəticə əldə edə bilməmişdir. Bundan sonra avtomobilinin oğurlanması barədə polisə müraciət etmişdir. Həmin gün axşam saatlarında araşdırmanı aparan təhqiqatçı Vüqar Rəşidov ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək avtomobilini yolun kənar hissəsində olduğunu aşkar etmişlər. Avtomobilə baxış keçirən zaman avtomobilin arxa hissəsində, arxa sol qanad hissəsində və ön kapotda kiçik əzik olmasını, habelə 2 ədəd səs gücləndirici və 1 ədəd Pioneer markalı maqnitofonun yerində olmamasını görmüşdür. Hər bir səsgücləndirinin qiymətinin 100 manat, Pioneer markalı maqnitofonun qiyməti isə 50 manat, avtomobildə aşkar edilmiş detalların əzilməsi ilə bağlı isə dəymiş zərərin təxminən 300 manat olmasını bildirmişdir. Hazırda həmin hissələri düzəltdirmişdir. Son olaraq təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilmədiyini bildirərək İrşaq Rzaquliyevin barəsində ədalətli cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qabaqcadan hazırlanmış plana əsasən tədbirə cəlb edilmiş şöbənin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə 31.08.2020-ci il tarixdə 18 radələrində Nərimanov rayonu, Y.Bakuvi küçəsi 5 ünvanının yaxınlığına gedərək orada gözləmə mövqeyi seçmişlər. Aradan 15-20 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs görmüşlər və ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını biləndən sonra yayınmaq istəsə də saxlanılmış, ətrafda olmuş şəxslərin tədbirə maneçilik törədə biləcəkləri ehtimalını nəzərə alaraq onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmişlər. Sonuncu artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən hər hansı etiraz bildirmədən şöbənin yerləşdiyi inzibati binaya gəlmişdir. Bu vaxt şöbənin təhqiqatçısının qərarı ilə müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş içərisində olan şəffaf rəngli polietilenə bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı bükümün içərisində nəyin olduğu soruşanda, o, səmimi olaraq bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini saxlanmağından bir neçə saat əvvəl Sabunçu rayonu ərazisində Maqa adlı şəxsdən avtomobil maqnitofonu və səs gücləndirici qurğuların qarşılığında aldığını bildirmişdir. Təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümdə olmaqla həmin heroini ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyaraq ağzını bağlayıb möhürləmiş, protokolun düzgünlüyü və zərfin üstü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 31 avqust 2020ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən qara rəngli siqaret kağızının içərisində sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2020-ci il tarixli 6/1724 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,167 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114.00 manat təşkil edir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 02 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi haqqında 02 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 02 sentyabr 2020-ci il tarixli qərardan və eyni tarixli iltizam qətimkan tədbirindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. CD diskə baxış keçirilməsi haqqında 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 02-ci dəqiqəsi 25-ci saniyəsində əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızının içərisində, sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü təqdim etmiş və həmin bükümdəki maddənin “kakos” olduğunu, özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə “Maqa" adlı şəxsdən aldığını bildirmişdir. Maddi sübut kimi tanımaq haqqında 04 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, “Vaz 2106” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs Əliqəmən oğluna qaytarılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və götürülmüş və təmiz çəkisi 0.167 qram olan narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və narkotik vasitənin ekspertizadan sonrakı qalığı 0.117 qram çəkidə heroinin yekun məhkəmə hökmü çıxarılanadək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11.09.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 14.07.2015-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.07.2016-cı ildə Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 2435 nömrəli, 03.09.2020-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. AR Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində verilmiş 294 nömrəli, 15.10.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən (Ş. Əsədullayev) küçəsində qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində Ramana qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və tutularaq Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 04 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Könüllü gəlmə haqqında 04 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarıldığını bilib könüllü olaraq polis idarəsinə gəlmişdir. Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 04 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02.09.2020-ci ildə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, 01 ədəd DVD-R formatlı diskin maddi sübut növü kimi qiymətləndirilməsi və s. qərara alınmışdır. AR DİN-in VMAS sistemindən çıxarılmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X3 və 2014-cü il təvəllüdlü X5 olmaqla iki azyaşlı övladı vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-85/2021 nömrəli, 04 fevral 2021ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunaraq yerləşdirilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 19.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə saat 10:30 radələrində yaşadığı ünvanın qarşısında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, hadisə yerinə baxış protokolu, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən 02 sentyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-85/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan haqqında həbs qismində qətimkan tədbirinin seçilməsi və tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunaraq yerləşdirilməsi qərara alınmış, 19.02.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokol ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-in əməkdaşları tərəfindən həmin tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 19 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.117 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, “Vaz 2106” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, və 1 ədəd DVD- R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının ümumi dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs həmçinin narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən 02 sentyabr 2020-ci il tarixədək tutma altında saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.117 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, “Vaz 2106” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar