Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-80/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, məhəllə 6-da qeydiyyatda olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı ünvanda yerləşən “Beer House” adlı kafenin giriş qapısının şüşələrini sındırıb ora qanunsuz daxil olaraq oradan 500 manat dəyərində 01 ədəd “Samsung” markalı, UA55B8000XR modelli, LCD televizoru, 500 manat dəyərində 01 ədəd “Samsung” markalı, UA43NU7100K modelli LCD televizoru, 500 manat dəyərində 01 ədəd “Samsung” markalı, UE43NU7140U modelli LCD televizoru, 450 manat dəyərində 01 ədəd “LG markalı, 43LF540V modelli LCD televizoru, 1.000 manat dəyərində “Samsung” markalı, UA55ES8000 modelli LCD televizoru, 55 manat dəyərində 01 ədəd “Bergamo” markalı meyvə şirəsi hazırlayan aparatı, 60 manat dəyərində 01 ədəd “Sinbo” markalı, SHB-3088 modelli kokteyl aparatı, 150 manat dəyərində 01 ədəd “Crown line” markalı, MZB-12E modelli buz aparatı, 120 manat dəyərində 01 ədəd “Newtech” markalı görüntü kamerasının yaddaş aparatını, 100 manat dəyərində 01 ədəd “TP-link” markalı, TL-SG1024 modelli internet paylaşdıran aparatı, 300 manat dəyərində 01 ədəd “Cooma” markalı, MP-120P modelli səs gücləndirmə aparatını, 250 manat dəyərində 01 ədəd “Erkiper” markalı sifariş aparatını, 15 manat dəyərində 01 ədəd “Connect TV” markalı peyk aparatını, 500 manat dəyərində 01 ədəd üzərində “Səttar Bəhlulzadə” yazıları həkk edilmiş rəsmi və 800 manat dəyərində müxtəlif növ qab-qacaqları kafenin giriş hissəsinə yığmış, oradan hissə-hissə daşıyaraq taksi ilə yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod dairəsi, 606 saylı ünvana aparmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 5.300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin X1 daxil olmuş xx.xx.2020-ci il tarixli, xx/xx-2992 saylı məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə müəssisədə özünü intihar edərək vəfat etmişdir. Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs öldüyündən və müəyyən edilmiş prosessual müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istək daxil olmadığından, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçinin razılığı olduğundan, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd olunan Məcəllənin 106-1.4-cü maddəsinə görə ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Qeyd olunanlarla iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Samsung” markalı LCD televizoru, 01 ədəd “LG” markalı LCD televizoru, 01 ədəd “Bergamo” markalı meyvə şirəsi hazırlayan aparatı, 01 ədəd “Sinbo” markalı kokteyl aparatı, 01 ədəd “Crown line” markalı buz aparatı, 01 ədəd “Newtech” markalı görüntü kamerasının yaddaş aparatı, 01 ədəd “TP-link markalı” internet paylaşdıran aparatı, 01 ədəd “Cooma” markalı səs gücləndirmə aparatı, 01 ədəd “Er-kiper” markalı sifariş aparatı, 01 ədəd “Connect tv” markalı peyk aparatı, 01 ədəd üzərində “Səttar Bəhlulzadə” yazıları həkk edilmiş rəsm sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı X3 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “Samsung” markalı LCD televizoru, 01 ədəd “LG” markalı LCD televizoru, 01 ədəd “Bergamo” markalı meyvə şirəsi hazırlayan aparatı, 01 ədəd “Sinbo” markalı kokteyl aparatı, 01 ədəd “Crown line” markalı buz aparatı, 01 ədəd “Newtech” markalı görüntü kamerasının yaddaş aparatı, 01 ədəd “TP-link markalı” internet paylaşdıran aparatı, 01 ədəd “Cooma” markalı səs gücləndirmə aparatı, 01 ədəd “Er-kiper” markalı sifariş aparatı, 01 ədəd “Connect tv” markalı peyk aparatı, 01 ədəd üzərində “Səttar Bəhlulzadə” yazıları həkk edilmiş rəsm sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı X3 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-80/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-80/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver