Məhkəmə qərarları › İş №1(007)-2/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-2/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-2/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs11 hüquqi varisi X1, Zərərçəkmiş şəxs32 hüquqi varisi X44, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 24-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 2013-cü ilin fevral ayında Zərərçəkmiş şəxs41 aldadaraq, onun etibarından sui-istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı mədən küçəsində yerləşən özünə aid olmayan torpaq sahəsinin ona aid olması və satması barədə yalan vəd verib aldadaraq, həmin torpaq sahəsinin satışına dair razılığa gələrək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 107 saylı ünvanda 11.000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs41 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs40 aldadaraq, onun etibarından sui-istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, X19 xx xxxxxx 2002-ci il tarixli 021 nömrəli sərəncamı ilə anası X23 ayrılmış Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsinin yuxarı hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin 200 kv.m sahəsini 6000 manata satmağa razılaşaraq xx xxxxxxxx 2013cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən “Dünya” marketinin qarşısında göstərilən məbləği ələ keçirməklə, Zərərçəkmiş şəxs40 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən özünə aid olmayan torpaq sahəsini özününki kimi təqdim edərək satacağı barədə Zərərçəkmiş şəxs33 yalan vəd verib aldadaraq 2013-cü sentyabr ayında ünvan 1 saylı ünvanda yerləşən 35 saylı notariat kontorunda harada yerləşməsindən asılı olmayaraq bütün əmlakından istifadə və sərəncam vermə hüququ verən etibarnamə rəsmiləşdirib təqdim edərək, notariat kontorunun qarşısında 3500 manat və həmin gün Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 107 saylı ünvanın qarşısında 1000 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs33 4500 manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs27 aldadaraq xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 07 sotunun guya özünə məxsus olmasına inandıraraq, 9000 manata satmağa razılığa gələrək, həmin tarixdə Zərərçəkmiş şəxs27 yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 110 ünvanının qarşısında göstərilən məbləği alıb ələ keçirərək, Zərərçəkmiş şəxs27 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs29 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 02 sotunun özünə məxsus olmasına inandıraraq, hər sotunu 2300 manatdan satmağa razılığa gələrək xx xxxxx 2014-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 10 saylı notariat kontorunda arvadı Şahid7 adından Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə verib, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında özü 4600 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs29 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs32 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini özününkü kimi təqdim etməklə göstərib aldadaraq, torpaq sahəsinin 0.4 ha-nı satmağa razılığa gələrək xx xxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında həmin dövrə görə Azərbaycan Respublikası milli manat məzənnəsi ilə 3529,80 manat dəyərində 4500 ABŞ dolları və 900 manat nağd pul vəsaitini alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs32 cəmi 4429,80 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 02 sotunun guya özünə məxsus olmasını Zərərçəkmiş şəxs39 bildirib, həmin torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq xx xxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 10 saylı notariat kontorunda arvadı Şahid7 adından Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə verib Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında torpağa və torpağın sənədləşdirilməsinə görə 4400 manat nağd pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs39 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs37 Hacıbala qızını aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 02 sotunun özünə məxsus olmasına inandıraraq hər sotunu 2500 manatdan satmağa razılığa gələrək xx xxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 10 saylı notariat kontorunda arvadı Şahid7 adından Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə verib həmin tarixdə Zərərçəkmiş şəxs37 yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 103 saylı ünvanın qarşısında 3800 manat pulunu vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs37 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgəsinin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs38 ünvan 4 saylı evin yaxınlığında yerləşən, mülkiyyətində olmayan torpaq sahəsini göstərərək özünə məxsus olmasına dair yalan vəd verib aldadaraq, 2014-cu ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Pirşagı qəsəbəsində 900 manat nağd pul vəsaitini alıb ələ keçirərək, Zərərçəkmiş şəxs38 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs35 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 0,3 ha-nı özünə məxsus olmasına inandıraraq, hər sotunu 1500 manatdan satmağa razılığa gələrək, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2014-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında həmin torpaq sahəsində 3000 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs35 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs22 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini özününki kimi təqdim etməklə göstərib aldadaraq, torpaq sahəsinin 0,2 ha-nı 2000 manatdan satmağa razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunun qarşısında sənədləşdirmə aparılması üçün həmin dövrə görə Azərbaycan Respublikası Milli manat məzənnəsi ilə 156 manat dəyərində 200 ABŞ dollarını, arvadı Şahid7 adından Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə rəsmiləşdirdikdən sonra, Yevlax rayonu İrəvanlı qəsəbəsinə gedərək orada həmin dövrə görə Azərbaycan Respublikası Milli manat məzənnəsi ilə 3120 manat dəyərində 4000 ABŞ dollarını, 2014-cü ilin avqust ayının ortalarında isə torpağa aid çıxarış almaq bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən rəng zavodunun qarşısında 300 manat pulunu alıb ələ keçirərərk, həmin məbləği də ələ keçirib Zərərçəkmiş şəxs22 cəmi 3576 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs25 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 0,3 ha-nı özünə məxsus olmasına inandıraraq, hər sotunu 1500 manatdan satmağa razılığa gələrək, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2014-cü il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçə, 20-ci döngədə yerləşən fərdi evin qarşısında 600 manat, xx xxxxxx 2014-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 1000 manat pulunu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs25 1600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgəsinin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs24 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək 0,2 ha-nın özünə məxsus olmasına inandıraraq hər sotunu 1000 manatdan satmağa razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2014-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Yeni tikilidəki nömrəsiz evin qarşısında 1000 manat, daha sonra sonuncunun kürəkəni X31 Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən 0,2 ha torpaq sahəsini satacağı barədə yalan vəd verib xx xxxxxxxx 2014-cü il tarixdə saat 14 radələrində həmin yerdə 2000 manat, həmin torpaq sahələrinə dair çıxarışların alınması bəhanəsi ilə xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 485 manat pulu ələ keçirərək, ümumilikdə zərərçəkmiş şəxs Səbuhi Bəhramova 3485 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs34 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 saylı evin yaxınlığında yerləşən mülkiyyətində olmayan torpaq sahəsini göstərərək özünə məxsus olmasına inandıraraq, xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 10 saylı notariat kontorunda arvadı Şahid7 adından mülkiyyətində olmayan Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, 110 saylı ünvanın qarşısında 4300 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs34 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs23 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini özününki kimi təqdim etməklə göstərib aldadaraq, torpaq sahəsinin 0,2 ha-nı 2000 manatdan satmağa razılığa gələrək vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda 2000 manat, 2014-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 1000 manat, xx xxxxxxxx 2014-cü il tarixdə isə sənədləşmənin hazırlanması bəhanəsi ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 108 saylı ünvanın qarşısında 250 manat pulunu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs23 3250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs26 aldadaraq Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 saylı evin yaxınlığında yerləşən mülkiyyətində olmayan torpaq sahəsini göstərərək, özünə məxsus olmasına inandırıb, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxx 2014-cü il tarixdə həmin torpaq sahəsində 1000 manat, xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Əliyev prospektində 500 manat, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Samsung” mağazasının qarşısında 150 manat, həmin gün Füzuli rayonu, Yeni Qayıdış qəsəbəsində 700 manat, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinə gedən yolda 250 manat, xx xxxxxx 2014-cü il tarixdə yenə də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 250 manat pulunu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs26 2850 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs28 aldadaraq ünvan 4 saylı evin yaxınlığında yerləşən mülkiyyətində olmayan torpaq sahəsini göstərərək özünə məxsus olmasına inandıraraq xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 10 saylı notariat kontorunda arvadı Şahid7 adından mülkiyyətində olmayan Abşeron rayonu, donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsindən istifadə və sərəncam vermə hüququ verən etibarnamə təqdim edərək notariat kontorunun qarşısında 1000 manat, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 105 saylı ünvanın qarşısında 2000 manat ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs28 3000 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə xx xxxx 2014-cü il tarixdə ünvan 4 saylı evin yaxınlığında yerləşən mülkiyyətində olmayan torpaq sahəsini Zərərçəkmiş şəxs21 göstərərək torpaq sahəsinin özünə məxsus olmasına inandıraraq hər 0,10 ha-nı 2000 manata satmağa razılığa gələrək xx xxxx 2014-cü il tarixdə saat 20 radələrində həmin torpaq sahəsində 700 manat, xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən “Xəzər” Universitetinin qarşısında 100 manat, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsinə gedən yolda 3200 manat, xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 105 saylı ünvanın qarşısında 50 manat pulunu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs21 4050 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özünə məxsus olmayan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı ərazisində yerləşən torpaq sahəsinin özünə məxsus olması kimi təqdim edərək, həmin torpaq sahəsinin 0,2 ha hissəsini Zərərçəkmiş şəxs9 göstərərək satdığı barədə yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” kafesində 5000 manat, xx xxxxxx 2015-ci il tarixdə Yeni Suraxanı dairəsində 3000 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs9 8000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə yaşadığı ünvan 4 saylı evi satacağı barədə Zərərçəkmiş şəxs30 yalan vəd verib aldadaraq xx xxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 saylı ünvanda yerləşən 9 saylı notariat kontorunda harada yerləşməsindən asılı olmayaraq bütün əmlakından istifadə və sərəncam vermə hüququ verən etibarnamə rəsmiləşdirib təqdim edərək, notariat kontorunda 12.000 manat, xx xxxx 2016-cı il tarixdə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 saylı ünvanda yerləşən evdə, həmin evin texniki pasportunun düzəldilməsi bəhanəsi ilə aldadaraq 200 manat pulunu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 101 saylı ünvanda ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs30 12.200 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə yaşadığı ünvan 4 saylı ünvanda yerləşən evini satacağı barədə Zərərçəkmiş şəxs31 yalan vəd verib aldadaraq, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 saylı ünvanda yerləşən 9 saylı notariat kontorunda Zərərçəkmiş şəxs31 oğlu X14 adına harada yerləşməsindən asılı olmayaraq bütün əmlakından istifadə və sərəncam vermə hüququ verən etibarnamə rəsmiləşdirib təqdim edərək həmin gün saat 16 radələrində ünvan 4 saylı evdə 5000 manat, xx xxxx 2016-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanın qarşısında 8580 manat pulunu ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs31 13.580 manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olmayan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsini özününki kimi təqdim edərək həmin torpaq sahəsini 8 sotunu cəmi 12.000 manata satdığı barədə Zərərçəkmiş şəxs18 yalan vəd verib, torpaq sahəsinin rəsmi sənədlərinin düzəldilməsi adı ilə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin mart ayının əvvəllərindən 2017-ci ilin aprel ayının axırlarına kimi olan müddətdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev küçəsi, 115A nömrəli ünvanın qarşısında etibardan sui-istifadə etmə yolu ilə 5300 manat pulu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs18 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu,Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evi 20.000 manata kreditlə, ilkin olaraq 6000 manat, hər ay 300 manat ödəmək şərtilə satdığı barədə Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə saat 11:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5000 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 18:00da ünvan 4 nömrəli evdə 1000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 17:00-da ünvan 4 nömrəli evdə 200 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs6 6200 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 20.000 manata kreditlə, ilkin olaraq 6.000 manat, hər ay 300 manat ödəmək şərtilə satdığı barədə Zərərçəkmiş şəxs17 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 3000 manat, xx xxxxxx 2017-ci il tarixdə ünvan 4 nömrəli evdə 3000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanın qarşısında 300 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs17 6300 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 25.000 manata kreditlə, ilkin olaraq 5000 manat, hər ay 400 manat ödəmək şərtilə satdığı barədə Zərərçəkmiş şəxs15 yalan vəd verib aldatmış, xx xxxxxx 2017-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli evin qarşısında 4500 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs15 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 20.000 manata kreditlə, ilkin olaraq 6000 manat, hər ay 300 manat ödəmək şərtilə satdığı barədə Zərərçəkmiş şəxs12 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 nömrəli ünvanın qarşısında 400 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 nömrəli ünvanın qarşısında 300 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli ünvanın qarşısında 127 manat pulunu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs12 5827 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Sabir küçəsi 29 nömrəli evi 17.000 manata kreditlə, ilkin olaraq 5000 manat, hər ay 300 manat ödəmək şərtilə satdığı barədə Zərərçəkmiş şəxs10 Mənsurağa oğluna yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkordlar” binasının qarşısında xx xxxxxxx 2017-ci il tarixdə 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə 300 manat və xx xxxxxxx 2017-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda 1000 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs10 1800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə ünvan 4 saylı ünvanda yerləşən 3 otaqlı həyət evini Zərərçəkmiş şəxs2 satacağına yalandan vəd verərək aldadaraq xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 saylı ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 5000 manat, evin sənədlərinin hazırlanması bəhanəsi ilə həmin gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında 370 manat, 2017-ci ilin oktyabr ayının əvvəllərində oğlunun hadisə törətməsi və sonuncuya köməklik etmək bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə satdığını vəd etdiyi evin mətbəx otağında təmir işlərinin aparılması bəhanəsi ilə ünvan 4 saylı ünvanda 570 manat, 2017-ci ilin oktyabr ayının sonlarında həmin ünvanda evin ada keçirilməsi üçün kommunal xərclərin ödənilməsi bəhanəsi ilə 100 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 6540 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə ünvan 4 saylı ünvanda yerləşən 3 otaqlı həyət evini Zərərçəkmiş şəxs3 satacağına yalandan vəd verərək aldadaraq, 2017-ci ilin oktyabr ayının əvvəllərində qeyd edilən ünvanda beh kimi 500 manat, səhəri gün Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 saylı ünvanda yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat konorunda 4700 manat, 2017-ci ilin oktyabr ayının ortalarında evin sənədlərinin rəsmiləşdirilməsi adı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığında 300 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 5500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə özünə məxsus olan ünvan 4 nömrəli evi 21.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs5 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxx 2017-ci il tarixdə ünvan 4 nömrəli evdə beh kimi 200 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5500 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Moskva prospektində yerləşən metronun “20 Yanvar” stansiyasının yanında 500 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli binanın qarşısında 500 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs5 6700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə ünvan 4 saylı ünvanda yerləşən 3 otaqlı həyət evini Zərərçəkmiş şəxs1 satacağına yalandan vəd verərək aldadaraq vahid niyyətlə davamlı olaraq ilk dəfə xx xxxxxxxx 2017-ci il tarixdə ünvan 8 saylı ünvanda yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 2000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 300 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 2150 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekində “Embawood” mebel salonunun qarşısında 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 250 manat, xx xxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 150 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 311 manat və xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 200 manat pulunu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 5861 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 20.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs19 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 5000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 15 radələrində sənədləşməyə sərf etməsi bəhanəsi ilə ünvan 4 nömrəli evdə 70 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 14:30 radələrində kommunal xidmətlərin adına keçirilməsi və həmin ünvana qeydiyyata düşməsi bəhanəsi ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nevrocərrahiyə” xəstəxanasının qarşısında 300 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Nargilə” kafesinin yanında istilik sisteminin quraşdırılması bəhanəsi ilə 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 18 radələrində eyni bəhanə ilə ünvan 11 ünvanının qarşısında 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində sayğacların kodlaşdırılması bəhanəsi ilə ünvan 4 nömrəli evin qarşısında 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində aylıq ödənişin ödənilməsi adı ilə ünvan 4 nömrəli evin qarşısında 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində eyni bəhanə ilə Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində 400 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 12 radələrində kommunal xəttlərinə qoşulmaq bəhanəsi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yanında 112 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində aylıq ödəniş bəhanəsi ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 155A saylı ünvanın qarşısında evin aylıq ödənişi üçün 700 manat pulunu ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs19 8362 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 28.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs11 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsində yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 8000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə 1200 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli ünvanın qarşısında 500 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs11 9700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 25.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs7 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, 18 nömrəli notariat kontorunda 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mustafayev küçəsi 35 nömrəli evin qarşısında 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli evin qarşısında 600 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs7 7600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 25.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs20 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində 8000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 106 nömrəli ünvanda 1700 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs20 9700 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yerləşən, özünə məxsus olmayan 3 otaqlı evi 29.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs14 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 nömrəli notariat kontorunda 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 19 nömrəli evin qarşısında 1350 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli evin qarşısında 650 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs14 8000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 25.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs13 yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evdə beh kimi 500 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 18 nömrəli notariat kontorunda 3500 manat, xx xxxxxx 2017-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evdə 1800 manat, xx xxxxxx 2017-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti 115 nömrəli evdə 1500 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs13 7730 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmə məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 24.000 manata kreditlə satdığı barədə Zərərçəkmiş şəxs16 Əlisahib oğluna yalan vəd verib aldatmış, vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 43 nömrəli notariat kontorunda 8.000 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 700 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 300 manat, 2017-ci il dekabr ayının axırlarında Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 nömrəli ünvanın qarşısında 800 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs16 9800 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə ünvan 4 saylı ünvanda yerləşən 3 otaqlı həyət evini Zərərçəkmiş şəxs4 satacağına yalandan vəd verərək aldadaraq, xx xxxxxx 2018-ci il tarixdə ünvan 12 saylı ünvanda yerləşən 15 saylı notariat kontorunun qarşısında Azərbaycan Respublikası Milli manat məzənnəsi ilə 6800,40 manat dəyərində 4000 ABŞ dollarını və 500 manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs4 ümumilikdə 7300,40 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 25.000 manata kreditlə satdığını deyərək Zərərçəkmiş şəxs36 aldatmış, eyni məqsəd və niyyətlə xx xxxxxx 2018-ci il tarixdə ünvan 13 saylı ünvanda yerləşən 31 saylı notariat kontorunda 3500 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev küçəsi, 10A nömrəli ünvanın qarşısında 1000 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 10A nömrəli ünvanın qarşısında 600 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 10A saylı ünvanın yaxınlığında 1500 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs36 6600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünə məxsus olan ünvan 4 nömrəli evi 45.000 manata kreditlə satdığını deyərək Zərərçəkmiş şəxs42 aldatmış, eyni məqsəd və niyyətlə 2018-ci ilin yanvar ayında evin satışına dair beh şəklində 100 manat, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Kürdəxanı şossesi 10 saylı ünvanda yerləşən 39 saylı notariat kontorunda 5900 manat, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 150 manat, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Sabunçu rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yanında evin sənədlərinin hazırlanması bəhanəsi ilə 200 manat pulunu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs42 6350 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən, özünə məxsus olan ünvan 4 nömrəli evi 23.000 manata kreditlə satdığını deyərək Zərərçəkmiş şəxs8 aldatmış, xx xxxx 2018-ci il tarixdə ünvan 17 nömrəli ünvanda yerləşən 50 nömrəli notarat kontorunda ilkin ödəniş kimi 5000 manat pulu etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəfələrlə müxtəlif şəxslərə qarşı sonuncuların torpaq satmaq bəhanəsi ilə müxtəlif məbləğlərdə pullarını alıb, bunun əvəzində sonunculara vəd verərək heç bir torpaq sahəsi və ya ev verməmişdir. Bu hərəkətinə görə peşmançılıq çəkir və törətdiyi əməllərlə bağlı olaraq onu göstərə bilər ki, ailəsini dolandırmaq məqsədi ilə 2012-ci ildən Bakı şəhəri, Suraxanı rayonu ərazisində torpaq sahələrinin və evlərin alqı-satqısı ilə məşğul olmağa başlamışdır. 2013-cü ilin fevral ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs41 adlı şəxs ona yaxınlaşaraq ailə üzvlərinə ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirdiyindən, o, sonuncuya bir neçə yerdə torpaq sahəsi göstərsə də, Zərərçəkmiş şəxs41 bəyənmədiyindən sonuncunun Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində olan 11 sot boş torpaq sahəsini göstərmişdir. Həmin torpaq sahəsini Manafa göstərdikdə sonuncu torpağı bəyənmiş və həmin torpaq sahəsi ona aid olmasa da, o, düşünmüşdür ki, torpaq sahəsinə dair sənədləri əldə edə bilər və ona görə də yalandan torpaq sahəsinin özünə aid olmasını bildirib hər sotunu 1000 manatdan olmaqla 11.000 manata satıldığını bildirmişdir. Manaf onunla razılaşaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 107 saylı ünvanda ona 11.000 manat pul vermişdir. O, pulu aldıqdan sonra həmin pulu öz ehtiyaclarına xərcləmişdir. O, torpaq sahəsini göstərib pulu alarkən Manafa demişdir ki, torpaq sahəsində hələ tikinti işi aparmasın, Abşeron İcra Hakimiyyəti ilə münasibəti pozulmuşdur, xəbər edəndə tikinti işini aparar. Manaf da onunla razılaşmışdır. Lakin sonradan Manaf torpaq sahəsini ona aldadaraq göstərib satdığını bildiyindən pulunu tələb etməyə başlamış, o isə maddi vəziyətinin ağırlığı ilə əlaqədar olaraq sonuncunun pulunu qaytara bilməmişdir. Bundan başqa 2013-cu ilin sentyabr ayında əvvəllər tanımadığı, lakin sonradan görüb tanıdığı Zərərçəkmiş şəxs40 ona müraciət edərək torpaq sahəsi almaq istəməsini bildirdiyindən o, sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, X48 tərəfindən anası X15 adına verilmiş Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsinin yuxarı hissəsində yerləşən 600 kv.m torpaq sahəsini Zərərçəkmiş şəxs40 göstərərək həmin torpaq sahəsinin özünə aid olmasını bildirmiş və torpaq sahəsinin x xxxxxx 6000 manata razılaşdıqdan sonra 200 kv.m torpaq sahəsini xx xxxxxxxx 2013-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahə adlandırılan sahədə yerləşən “Dünya” marketinin qarşısında Zərərçəkmiş şəxs40lə görüşərək sonuncudan 6000 manat alıb, torpaq sahəsini sonuncunun adına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin sonradan Mahir onu aldanıldığını başa düşərək pulunu geri qaytarmasını tələb etdikdə, o, sonuncunun pulunu maddi vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq qaytara bilməmişdir. Bundan başqa, 2013-cü ilin sentyabr ayında əvvəllər tanımadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs33 ona müraciət edərək torpaq sahəsi almaq istəməsini bildirmişdir. Həmin vaxt onun maddi imkanı ağır olduğundan və pula ehtiyacı olduğundan aldığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən özünə aid olmayan boş torpaq sahəsini Zərərçəkmiş şəxs33 göstərərək yalandan özünə aid olmasını bildirmiş və həmin torpaq sahəsinə dair 35 saylı notariat kontorunda Zərərçəkmiş şəxs33 adına mülki etibarnamə verərək guya həmin torpaq sahəsini sonuncuya satdığına inandırıb notariat kontorunun qarşısında 3500 manat, həmin gün Nizami rayonu, Əliyev prospekti, 107 saylı ünvanın qarşısında isə 1000 manat pulunu almışdır. Lakin sonradan Zərərçəkmiş şəxs33 onu aldatdığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin fevral ayının əvvəllərində əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi X6 müraciət edərək torpaq sahəsi almaq istəməsini bildirmiş, o, sonuncuya torpaq sahəsi olmasını bildirmiş və yalandan Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin özünə aid olmasını bildirmişdir. Səadət həmin torpaq sahəsini görüb bəyənərək torpaq sahəsini almaq istəməsini bildirmiş və sonuncu ilə 7 sot torpaq sahəsini 9000 manata razılaşmışlar. Bundan sonra həmin gün Səadətdən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısına gedərək 9000 manat pulu alıb torpaq sahəsinin sənədlərini sonuncunun adına keçirəcəyini bildirmişdir. Lakin vaxt keçdikcə Səadət onu aldatdığını başa düşərək pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin əvvəllərində tanımadığı, lakin sonradan adını bildiyi Zərərçəkmiş şəxs29 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirmiş, o, həmin şəxsə də yalandan özünə aid olmadığı halda, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən torpaq sahəsi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs29 həmin torpaq sahəsinə baxmaq istəməsini bildirmiş və o, sonuncuya torpaq sahəsini göstərdikdə, Zərərçəkmiş şəxs29 həmin torpaq sahəsini bəyənmiş və torpaq sahəsinin x xxxxxx 4600 manata razılaşmışlar. Bundan sonra o, 10 saylı notariat kontorunda Zərərçəkmiş şəxs29 adına mülki etibarnamə yazdırmış və həmin etibarnaməni Zərərçəkmiş şəxs29 verərək notariat kontorunun qarşısında ondan razılaşdıqları 4600 manat pulu almışdır. Lakin sonradan Zərərçəkmiş şəxs29 onu aldatdığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin may ayında əvvəllər tanımadığı, lakin sonradan görüb adını bildiyi Zərərçəkmiş şəxs32 müraciət edərək torpaq sahəsi almaq istəməsini bildirdikdə, o, Rafiqə özünə aid olmasa da, yalandan guya özünə məxsus torpaq sahəsi olmasını bildirmişdir. Zərərçəkmiş şəxs32 həmin torpaq sahəsinə baxaraq bəyəndikdə, onlar sonuncu ilə torpaq sahəsinin satışına dair razılaşmış və xx xxx 2014-cü il tarixdə həmin torpaq sahəsinin olduğu yerdə o, Rafiqdən torpaq sahəsinin 4 sotunun satışına dair razılığa gələrək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında 4500 ABŞ dolları və 900 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs32 və digərləri kimi vaxt uzandıqca sənədləşmənin aparılmadığınbı görüb onu aldatdığını başa düşərək ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa, 2014-cü ilin may ayında torpaq sahəsi almaq üçün ona əvvəllər tanımadığı Zərərçəkmiş şəxs39 müraciət etdikdə, o, sonuncuya da yalandan guya Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında özünə aid torpaq sahəsinin olmasını bildirərək, həmin torpaq sahəsini satdığını demişdir. Məhəmməd həmin torpaq sahəsinə baxdıqda torpaq sahəsini bəyənərək almaq istədiyini demişdir. Aralarında olan razılığa əsasən Məhəmməd 2 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Buna görə də o, sonuncu ilə hər sotunu 2200 manatdan olmaqla, 2 sot torpaq sahəsini 4400 manata razılaşmışdır. Daha sonra xx xxx 2014-cü il tarixdə 10 saylı notariat kontorunda Məhəmmədin adına mülki etibarnamə verdikdən sonra Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 4400 manat pulunu almış və Məhəmmədə artıq torpağın onun olduğunu və sənədləşməni həll edəcəyini demişdir. Lakin sonradan Məhəmməd də digər şəxslər kimi onu aldatdığını başa düşmüş və pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin may ayında əvvəllər tanımadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs37 Hacıbala qızı olduğunu bildiyi şəxs ona yaxınlaşaraq torpaq sahəsi almaq istədiyini bildirdikdə, o, Fatimata da yalandan Bakı səhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən yerdə torpaq sahəsinin olduğunu bildirmiş və həmin torpaq sahəsinə baxıb bəyənərək 2 sotunu almaq istədiyini bildirdiyindən o, xx xxx 2014cü il tarixdə Zərərçəkmiş şəxs37 adına 10 saylı notariat kontorunda mülki etibarnamə verdikdən sonra Nizami rayonu, H.Əliyev prospekti 103 saylı ünvanda Fatimatdan 3800 manat pul almışdır. Daha sonra Fatimat onu aldatdığını başa düşərək pulunu qaytarmasını tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin iyun ayında əvvəllər tanımadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs38 olmasını bildiyi şəxs, onu taparaq torpaq sahəsi almaq istədiyini bildirdikdə, o, Emilə yalandan, yaşadığı ünvan 4 saylı evin yaxınlığında yerləşən torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin özünə aid olmasını, oranı satdığını bildirmişdir. Zərərçəkmiş şəxs38 onunla razılaşaraq torpaq sahəsini almaq istədiyini bildirdiyindən, o, Emillə Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında görüşərək torpaq sahəsini satacağını bildirib 900 manat pulunu almışdır. Lakin sonradan Emil torpaq sahəsinin ona məxsus olmamasını bildiyindən ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin iyun ayının axırlarında Zərərçəkmiş şəxs35 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirdiyindən, Zeynala Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək yalandan özünə məxsus olmasını bildirmiş və Zərərçəkmiş şəxs35 həqiqətən də torpağın ona məxsus olmasına inanaraq 3 sot almaq istədiyini bildirmişdir. xx xxxx 2014-cü il tarixdə o, Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs35 3000 manat almışdır. Lakin sonradan Zeynal torpaq sahəsinin ona aid olmamasını öyrəndiyindən ondan pulunu geri qaytarmasını tələb etmişdir. Bundan başqa 2014-cü ilin avqust ayında əvvəllər tanımadığı, lakin sonradan görüb tanıdığı Zərərçəkmiş şəxs22 ona müraciət edərək torpaq sahəsi almaq istədiyindən o, Hüseynə yalandan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında yerləşən yerdə özünə aid torpaq sahəsinin olmasını bildirmiş və 2 sot torpaq sahəsinin hər sotunu 2000 manatdan alması barədə razılaşdıqdan sonra xx xxxxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs22 adına mülki etibarnamə verərək torpağın sənədləşməsi bəhanəsi ilə ondan 200 ABŞ dolları, torpaq sahəsinin satışına görə 4000 ABŞ dolları, avqust ayının ortalarında isə guya torpağa dair çıxarışın alınması adı də Əmircan qəsəbəsində 300 manat pulunu almışdır. Lakin sonradan Hüseyn də digərləri kimi torpaq sahəsinin ona məxsus olmamasını öyrəndiyi üçün ondan pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin avqust ayının sonlarına yaxın vaxtlarda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs25 ona müraciət edərək torpaq sahəsi almaq istəməsini bildirdiyindən, o, Ağaəliyə yalandan bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında özünə məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə baxdıqdan sonra Ağaəli torpaq sahəsinin hər sotunu 1500 manatdan olmaqla 3 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Buna görə xx xxxxxx 2014-cü il tarixdə saat 18 radələrində yaşadığı Bakı səhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçə 20-ci döngədə yerləşən fərdi evin qarşısında 600 manat, xx xxxxxx 2014-cü il tarixdə saat 12 radələrində Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 1000 manat pulunu almışdır. Lakin qalan pulu guya onun sənədləşməni hazır edəcəyindən sonra verməli olduğundan, o, sənədləşməni hazırlamadığı üçün Ağaəli qalan pulu verməmişdir. Sonradan isə torpaq sahəsinin ona aid olmamasını öyrəndikdə Ağaəli pulunu qaytarmasını tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin avqust ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs24 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirdikdə, o, Səbuhiyə yalandan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında özünə məxsus torpaq sahəsinin olduğunu bildirmiş, Səbuhi həmin torpaq sahəsinə baxaraq x xxxxxx 1000 manatdan olmaqla almaq barədə razılaşmışlar, xx xxxxxx 2014-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Yeni tikilidəki nömrəsiz evin qarşısında Səbuhidən 1000 manat pul almışdır. Sonra Səbuhi kürəkəni Yusif üçün də həmin yerdən 2 sot torpaq sahəsi almaq istəməsini bildirmiş, buna görə xx xxxxxxx 2014-cü il tarixdə yenə də həmin ünvanda 2000 manat pulunu almışdır. Daha sonra torpaq sahələrinin sənədləşməsinə görə 485 manat da xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxx” zavodunun qarşısında almışdır. Lakin sonradan Səbuhi vaxtın uzanmasını görüb ona torpağı və sənədləri vermədiyini görərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin sentyabr ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs34 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirdikdə o, sonuncunu aldadaraq yaşadığı ünvan 4 saylı evin yaxınlığında yerləşən boş torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin yalandan özünə məxsus olmasını bildirmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə 10 saylı notariat kontorunda Elçinin adına mülki etibarnamə verərək onu inandırmış və həmin gün Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 4300 manat pulunu almışdır. Lakin sonradan Elçin də aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin sentyabr ayının ortalarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs23 ona torpaq almaq istədiyi üçün müraciət etdikdə o, Zaminə Bakı əhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Azərsun” şirkətinə məxsus anbarların yaxınlığında özünə məxsus torpaq sahəsi olduğunu demiş, Zamin həmin torpaq sahəsinə baxaraq bəyəndiyindən 2 sot torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Zaminlə torpaq sahəsinin hər sotunu 2000 manatdan razılaşdırdıqdan sonra xx xxxxxxxx 2014-cü il tarixdə 7 saylı notariat kontorunda mülki etibarnamə verərək notariat kontorunun qarşısında 2000 manat, sentyabr ayının ortalarında 1000 manat və torpaq sahəsinə dair müvafiq sənədləşməni hazırlamaq məqsədi ilə 250 manat pulunu Nizami rayonu, H.Əliyev prospekti 108 saylı ünvanın qarşısında almışdır. Lakin sonradan nə torpağı verdiyini, nə də sənədləşməni hazırlamadığını gördükdə Zamin pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin sentyabr ayının axırlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs26 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirdikdə, o, Elvinə yalandan yaşadığı Bakı səhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 saylı evin yaxınlığında özünə məxsus torpaq sahəsinin olduğunu bildirmiş, Elvin həmin torpaq sahəsinə baxaraq bəyəndikdən sonra xx xxxxxxx 2014-cü il tarixdə orada 1000 manat, xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Əliyev prospektində 500 manat, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Samsung” mağazasının qarşısında 150 manat, həmin gün Füzuli rayonu, Yeni Qayıdış qəsəbəsində 700 manat, xx xxxxxx 2014cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinə gedən yolda 250 manat, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında 250 manat pulunu almışdır, lakin sonradan Elvin onun torpaq sahəsini təhvil vermədiyini, sənədləşməni aparmadığını görüb aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin oktyabr ayının sonlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs28 adlı şəxs ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirmiş, o, Nuriddinə yalandan özünə aid olmayan, yaşadığı ünvan 4 saylı evin yaxınlığında yerləşən torpaq sahəsini göstərərək, həmin torpaq sahəsinin guya özünə aid olmasını bildirmiş, Nuriddini inandırmaq məqsədilə xx xxxxxx 2014-cü il tarixdə 10 saylı notariat kontorunda Nuriddinin adına mülki etibarnamə verərək həmin gün notariat kontorunun qarşısında 1000 manat, xx xxxxxx 2014-cü il tarixdə isə Nizami rayonu, H.Əliyev prospekti 105 saylı ünvanın qarşısında 2000 manat pulunu almışdır. Lakin Nuriddin də digərləri kimi torpaq sahəsini ona vermədiyini görüb pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2014-cü ilin iyul ayının axırlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs21 ona müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, Raminə yalandan yaşadığı ünvan 4 saylı evin yaxınlığında özünə aid olan torpaq sahəsi olduğunu bildirmiş və Zərərçəkmiş şəxs21la torpaq sahəsinin satışına dair razılığa gəlmişdir. Ramin ona torpağın hər sotuna görə 2000 manat ödəməli olmuşdur. Ona görə xx xxxx 2014-cü il tarixdə 700 manat, xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən “Xəzər” Universitetinin qarşısında 100 manat, həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsinə gedən yolda 3200 manat, xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 105 saylı ünvanda 50 manat pulunu almışdır. Lakin sonradan Ramin də onu aldatdığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa əvvəllər tanımadığı Zərərçəkmiş şəxs9 2014-cü ilin dekabr ayında ona torpaq almaq istəməsi ilə bağlı müraciət etdikdə, o, pula ehtiyacı olduğu üçün Azərə yalandan satılıq torpaq sahəsi olduğunu demiş, X96 qəsəbəsində boş bir torpaq sahəsi göstərərək, guya həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. Azər ona inanaraq xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Titanik” kafesində 5000 manat, xx xxxxxx 2015-ci il tarixdə Yeni Suraxanı dairəsində 3000 manat pul vermişdir. O, pulu alandan sonra torpaq sahəsini Azərin adına keçirəcəyinə söz vermişdir. Lakin sonradan torpaq sahəsini sənədləşdirmədiyini və torpaq sahəsinin ona məxsus olmadığını öyrənən Azər pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2016-cı ildə maddi imkanının ağırlığı ilə əlaqədar özünə məxsus ünvan 4 saylı evi satmaq qərarına gəlmiş, bu səbəbdən evin satışı ilə əlaqədar internet sosial şəbəkəsində müxtəlif elan səhifələrində evin yerləşdirilməsini yaxın qohumu olan Rüfət və ya digər makler tanışlarından xahiş etmişdir. 2016-cı ilin may ayının axırlarında elan əsasında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs30 ona müraciət edərək evə baxmaq istədiyini bildirmişdir. O, evi göstərdikdən sonra Zərərçəkmiş şəxs30 bəyəndiyindən evin satılmasına dair kredit şərtlərini də razılaşmış və xx xxx 2016-cı il tarixdə 9 saylı notariat kontorunda mülki etibarnamə verərək həmin notariat kontorunun qarşısında 12.000 manat, xx xxxx 2016-cı il tarixdə Nizami rayonu, H.Əliyev prospekti 101 saylı ünvanda guya evin sənədinin düzəldilməsi adı ilə 200 manat pulunu almışdır. Lakin sonradan pulu öz ehtiyaclarına xərclədiyindən və ailəsinin heç yerdə qala bilməyəcəyini başa düşdüyündən evin satılmasından vaz keçmişdir. Zərərçəkmiş şəxs30 isə verdiyi pulları geri tələb etməyə başlamışdır. Bundan başqa 2016-cı ilin iyun ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs31 internetdə evinin satışı ilə bağlı verilmiş elanla əlaqədar onunla əlaqə yaratmış, gəlib baxaraq evi bəyənmiş, evi almaq istəmişdir. Onlar evin satışına dair krediti müzakirə etdikdən sonra xx xxxx 2016-cı il tarixdə o, 9 saylı notariat kontorunda Zərərçəkmiş şəxs31 adına etibarnamə verərək həmin gün yaşadığı evdə 5000 manat, səhəri gün, xx xxxx 2016-cı il tarixdə isə Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanda 8580 manat pulunu almışdır. O, Qalibə yaxın vaxtlarda evə köçəcəyini demişdir. Lakin əvvəlki kimi o, həmin pulları öz ehtiyaclarına xərcləmiş, sonradan isə Qalib verdiyi pulları ondan geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin mart ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs18 ona torpaq sahəsi ilə bağlı müraciət etdikdə, o, həmin şəxsə yalandan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsini göstərərək həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. Kamran torpaq sahəsini bəyəndiyindən onlar 8 sot torpaq sahəsini 12.000 manata razılaşmışlar. Həmçinin belə qərara gəlmişlər ki, ilkin olaraq Kamran ona pulun bir hissəsini verəcək, sənədləri hazırlayıb ona verdikdən sonra isə pulun qalan hissəsini ödəyəcəkdir. 2017-ci ilin mart ayının əvvələrindən 2017-ci ilin aprel ayının axırlarınadək o, bir neçə dəfəyə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı ünvanın qarşısında Kamrandan ümumilikdə 5300 manat pul almışdır. Lakin sonra Kamran torpaq sahəsinin sənədləşməsi vaxtının uzandığını görüb və torpaq sahəsinin onun adına olmamasını dəqiqləşdirdikdən sonra Kamran verdiyi pulları geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin iyul ayının axırlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 internetdə evinin kreditlə satışı ilə bağlı qoyulmuş elanla bağlı onunla əlaqə yaratmış, Murad gəlib evə baxdıqdan sonra evi almağa razılaşmışdır. Belə razılığa gəlmişlər ki, Murad ilkin olaraq 6000 manat ödəyəcəkdir, qalan məbləği isə hər ay 300 manatdan ödəməlidir. Murad ona inanaraq xx xxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5000 manat, xx xxxxxx 2017-ci il tarixdə yaşadığı evdə 1000 manat pul vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə isə o, evin sənədləşməsinin hazırlanması adı ilə yaşadığı ünvanda Muraddan 200 manat pul almışdır. Lakin sonradan Murad onu aldatdığını başa düşərək ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin iyun ayının axırlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs17 internetdə evinin kreditlə satışı ilə bağlı qoyulmuş elana görə onunla əlaqə yaratmış, gəlib baxdıqdan sonra evi almağa razılaşmışdır. Belə razılığa gəlmişlər ki, Elsevər ilkin olaraq 6000 manat, qalan məbləği isə hər aya 300 manatdan ödəyəcəkdir. xx xxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 3000 manat, xx xxxxxx 2017-ci il tarixdə yaşadığı evdə 3000 manat pulu aldıqdan sonra, xx xxxxxx 2017-ci il tarixdə Elsevərlə əlaqə saxlayaraq evin ona təhvil verilməsi ilə əlaqədar yaranmış ehtiyacla bağlı 300 manat pul tələb olunduğunu bildirmişdir. Həmin gün Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı ünvanın qarşısında 300 manat pulu Elsevərdən almışdır. Lakin sonradan Elsevər də aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin avqust ayının sonlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs15 internetdə evinin satışı ilə bağlı olan elan əsasında onunla əlaqə yaradaraq, evə baxmaq istədiyini bildirmişdir. Sonra İlahə evə baxaraq bəyənmişdir. Onlar belə qərara gəlmişlər ki, İlahə ilkin olaraq 5000 manat ödəyəcək, qalan məbləği isə hər aya 400 manat ödəyəcəkdir. İlahə ona inanaraq xx xxxxxx 2017-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı ünvanın qarşısında ona 4500 manat pul vermişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan İlahə aldandığını başa düşərək ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin iyul ayının axırları və ya avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs12 evinin kreditlə satılmasına dair internetdə olan elanla maraqlanaraq onunla əlaqə yaratmış, yaşadığı evə baxdıqdan sonra evi bəyəndiyini bildirmişdir. Onlar evin kreditini razılaşdırdıqdan sonra Validədən xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 nömrəli ünvanın qarşısında 400 manat, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27 nömrəli ünvanın qarşısında 300 manat, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı səhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115A nömrəli ünvanın qarşısında 127 manat pulunu almışdır. Lakin sonradan evi təhvil vermədiyini görən Validə onu aldatdığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin sentyabr ayının axırlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs10 internetdə evinin kreditlə satılması barədə elanla tanış olaraq onunla əlaqə yaratmış, ondan evin həqiqətən də kreditlə satılmasını soruşduqda, o, bunu təsdiqləmişdir. Zərərçəkmiş şəxs10 gəlib baxaraq evi bəyəndikdən sonra onlar evi ümumi olaraq 17.000 manata razılaşmışlar, ilkin olaraq 5000 manat, qalan məbləği isə hər aya 300 manat ödəmək şərti ilə ödənilməsini dəqiqləşdirdikdən sonra, Tərlandan xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkordlar” binasının qarşısında 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə 300 manat, xx xxxxxxx 2017-ci il tarixdə H.Əliyev prospekti, 115 ünvanının qarşısında 1000 manat pul almışdır. Lakin sonradan Tərlan onun evdən çıxmadığını görüb aldadıldığını başa düşərək pulunu tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin sentyabr ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 onunla əlaqə yaradaraq internetdə evinin kreditlə satışa qoyulması ilə bağlı maraqlanmışdır. O, təsdiqləyəndən sonra Bağır gəlib evə baxaraq evi bəyənmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat konorunda 5000 manat, evin sənədlərinin hazırlanması bəhanəsi ilə həmin gün 5 saylı Bakı “ASAN xidmət”in qarşısında 370 manat, 2017-ci ilin oktyabr ayının əvvəllərində oğlunun hadisə törətməsini yalandan bildirərək köməklik etməsi bəhanəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan səbəsində 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə guya satdığı evin mətbəx otağında təmir işlərinin aparılması bəhanəsi ilə yaşadığı evin qarşısında 570 manat, 2017-ci ilin oktyabr ayında isə evin guya Bağırın adına keçirilməsi üçün kommunal xərclərin ödənilməsi bəhanəsi ilə yenə yaşadığı evin qarşısında 100 manat pulunu almışdır. Lakin sonradan Bağır da digər şəxslər kimi aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin əvvəllərində əvvələr tanımadığı Zərərçəkmiş şəxs3 onunla əlaqə yaradaraq internetdə kreditlə evin satılması barədə elanla tanış olduğunu bildirmişdir. O, təsdiqləyəndən sonra Müşviq gəlib evə baxaraq bəyəndikdən sonra evi almaq qərarına gəlmişdir. Ona görə Müşviq 2017-ci ilin oktyabr ayının əvvəllərində evində beh kimi 500 manat, səhəri gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda 4700 manat, 2017-ci ilin oktyabr ayının ortalarında evin sənədlərinin rəsmiləşdirilməsi adı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Neftçilər” metrostansiyası yaxınlığında 300 manat pulunu almışdır. Sonradan Müşviq aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs5 evinin kreditlə satılması elanını görüb onunla əlaqə yaradaraq bu barədə ondan soruşduqda, o, Eminə həqiqətən də evinin kreditlə satılmasını bildirmişdir. Bundan sonra Emin evə baxaraq bəyəndiyindən almaq qərarına gəlmişdir. O, xx xxxxxxx 2017-ci il tarixdə yaşadığı evdə beh kimi 200 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 5500 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Moskva prospektində yerləşən “20 Yanvar” metrostansiyasının yanında 500 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115A nömrəli binanın qarşısında 500 manat pulu alaraq öz ehtiyaclarına xərcləmişdir. Lakin sonradan Emin evdən çıxmasını tələb etdikdə o, evi satmaq fikrindən vaz keçdiyini demişdir. Bundan başqa evin kreditlə satılması elanı ilə tanış olmuş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onunla əlaqə yaratdıqdan sonra gəlib evə baxaraq almaq istədiyini bildirmişdir. O, Qədirlə razılaşmış və ondan evi satmaq adı ilə xx xxxxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat konorunda 2000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 300 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 2150 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı səhəri, Nizami rayonu, Babək prospektində “Embawood” mebel salonunun qarşısında 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə yenə həmin ünvanda 250 manat, xx xxxxxxx 2017-ci il tarixdə həmin ünvanda 150 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 311 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 200 manat pulunu alıb öz ehtiyaclarına xərcləmişdir. Lakin sonradan Qədir aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa əvvəllər tanımadığı Zərərçəkmiş şəxs19 internetdə evinin kredit yolu ilə satılmasına dair elanla tanış olaraq 2017-ci ilin sentyabr ayının axırlarında onunla əlaqə saxlamışdır. O, Turala evin kreditlə satılmasını yalandan bildirmişdir. Bundan sonra Tural gələrək evə baxmış və evi bəyənmişdir. O, Turaldan xx xxxxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 5000 manat, xx xxxxxxxx 2017-ci il tarixdə saat 15 radələrində sənədləşməyə sərf etmək bəhanəsi ilə yaşadığı evdə 70 manat, xx xxxxxxx 2017-ci il tarixdə kommunal xidmətlərin ada keçirilməsi və həmin ünvana qeydiyyata düşməsi adı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Nevrocərrahiyə” xəstəxanasının qarşısında 300 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Nargilə” kafesinin yanında istilik sisteminin quraşdırılması adı ilə 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə bu adla ünvan 11-nin qarşısında 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə sayğacların kodlaşdırılması bəhanəsi ilə adığı evin qarşısında 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə aylıq ödənişin ödənilməsi adı ilə yenə yaşadığı evin qarşısında 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə eyni adla Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində 400 manat, xx xxxxxx 2017-ci il tarixdə kommunal xətlərinə qoşulmaq adı ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yanında 112 manat, xx xxxxxx 2017-ci il tarixdə aylıq ödəniş adı ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 155A saylı ünvanın qarşısında 700 manat pulunu alaraq öz ehtiyaclarına xərcləmişdir. Lakin sonradan Tural aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs11 özünə məxsus ünvan 4 nömrəli evin kreditlə satılmasına dair elanla tanış olduqdan sonra onunla əlaqə yaradaraq həmin evi almaq istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs11 və onun ailə üzvləri evə baxıb bəyənərək almaq istədiyini bildirmişdir. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində ilkin ödəniş kimi 8000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə 1200 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli ünvanın qarşısında 500 manat pulunu alaraq öz ehtiyaclarına xərcləmişdir. Lakin sonradan İkram aldanıldığını başa düşərək pulunu geri tələb etməyə şlamışdır. Bundan başqa 2017-ci ilin dekabr ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 evinin kredit yolu ilə satılmasını internetdə baxıb gördükdən sonra onunla əlaqə saxlamışdır. O, evinin kreditlə satılmasını yalandan dedikdən sonra Arzu gəlib evə baxaraq evi almaq istədiyini bildirmişdir. Bundan sonra o, Arzudan xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 18 nömrəli notariat kontorunda 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli evin qarşısında 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə həmin ünvanda 600 manat pulunu almışdır. Sonradan Arzu aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa internetdə evinin kreditlə satılması ilə bağlı qoyulmuş elanla tanış olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs20 2017-ci ilin dekabr ayında onunla əlaqə yaratmışdır. Səməd gəlib baxdıqdan sonra evin dəyərini 25.000 manata razılaşmışlar. O, Səmədi inandırmaq məqsədilə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində müqavilə bağlayaraq 8000 manat, xx xxxxxx 2017-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 106 saylı ünvanda 1700 manat pulunu almışdır. Lakin sonradan Səməd aldanıldığını başa düşdüyündən ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa 2017-ci ilin dekabr ayında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs14 da onunla əlaqə saxlayaraq evinin satılması ilə bağlı elanı oxuduğunu və evə baxmaq istədiyini bildirmişdir. O, evi Əhlimana göstərmiş, Əhliman evi görüb bəyənmişdir. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 nömrəli notariat kontorunda mülki etibarnamə verərək 6000 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 19 nömrəli evin qarşısında 1350 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A nömrəli evin qarşısında 650 manat pulunu almışdır. Lakin sonradan Əhliman aldanıldığını başa düşərək ondan pulunu qaytarmasını tələb etməyə başlamışdır. Bundan başqa əvvəllər tanımadığı Zərərçəkmiş şəxs13 onunla əlaqə yaradaraq elanla tanış olduğunu bildirmiş, sonra evə baxmağa gəlmişdir. Malik evə baxdıqdan sonra bəyəndiyindən ondan xx xxxxxx 2017-ci il tarixdə həmin evdə beh kimi 500 manat, xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 nömrəli notariat kontorunda 3500 manat, xx xxxxxx 2017-ci il tarixdə evdə 1800 manat, xx xxxxxx 2017-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 115 saylı ünvanın qarşısında 500 manat pulunu almışdır. O, evi satdığı şəxslərə yalandan evə yaxın vaxtlarda köçəcəklərini bildirmişdir. Malik də evə köçmədiyini və onun vaxtı uzatdığını görərək aldanıldığını başa düşüb ondan pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa evinin kreditlə satışı barədə elanla tanış olmuş Zərərçəkmiş şəxs16 da onunla əlaqə yaradaraq evin satış şərtləri ilə maraqlandıqdan sonra evə baxmağa gəlmişdir. Əlisa yaşadığı və satmaq fikrinin olmadığı evə baxdıqdan sonra evin dəyərini 24.000 manata razılaşmışlar, bundan sonra xx xxxxxxx 2017-ci il tarixdə 43 nömrəli notariat kontorunda Əlisadan 8000 manat, xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 700 manat, xx xxxxxxx 2017-ci il ırixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 300 manat, 2017-ci il dekabr ayının axırlarında isə Nizami rayonu, H.Əliyev prospekti, 115 saylı ünvanın qarşısında 800 manat pulunu almışdır. Lakin sonradan Əlisa aldanıldığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 onunla əlaqə yaradaraq evin kreditlə satışı ilə maraqlanmış, bu barədə sorğu-sual etdikdən sonra evə gəlib baxaraq bəyənmiş və almaq istədiyini bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə ünvan 12 saylı ünvanda yerləşən 15 saylı notariat kontorunun qarşısında Anar ona 4000 ABŞ dolları və 500 manat pul vermişdir. Lakin sonradan Anar da aldanıldığını başa düşərək ondan pulunu tələb etməyə başlamışdır. Bundan başqa əvvəllər tanımadığı Zərərçəkmiş şəxs36 evin satışı ilə bağlı internetdə olan elanla tanış olduğunu bildirərək ondan evlə bağlı maraqlanmış, gəlib evə baxmış, bəyəndikdən sonra xx xxxxxx 2018-ci il tarixdə ünvan 20 saylı ünvanda yerləşən 31 saylı notariat kontorunda 3500 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev küçəsi, 10A nömrəli ünvanın qarşısında 1000 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 10A nömrəli ünvanın qarşısında 600 manat, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 10A saylı ünvanın yaxınlığında 1500 manat pul vermişdir. Sonradan Bəxtiyar da aldanıldığını anlayaraq pulunu tələb etməyə başlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs42 onun evinin kreditlə satışı ilə bağlı onunla əlaqə yaratmış, bundan sonra ona evi almaq istədiyini bildirmişdir. O, Eldənizlə evin satışına dair yalandan razılaşaraq 2018-ci ilin yanvar ayında evin satışına dair ondan beh şəklində 100 manat, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Kürdəxam şossesi 10 saylı ünvanda yerləşən 39 saylı notariat kontorunda 5900 manat, 2018-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 150 manat, 2018-ci ilin fevral ayında Bakı şəhəri “Xalqlar Dostluğu” metrostansiyasının yanında evin sənədlərinin hazırlanması bəhanəsi ilə 200 manat pulunu almışdır. Sonradan isə Eldəniz pulunu geri tələb etməyə başlamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs8 da evin satışı ilə bağlı maraqlanaraq evə baxdıqdan sonra o, Şəhriyardan xx xxxx 2018-ci il tarixdə ünvan 17 nömrəli ünvanda yerləşən 50 nömrəli notarat kontorunda ilkin ödəniş kimi 5000 manat pul almışdır. Lakin sonradan Şəhriyar da aldanıldığını anlayaraq pulunu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, bu işə görə 2012-ci ildən dəfələrlə həbs olunmuşdur, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın çox hissəsini ödəmişdir. Bundan başqa himayəsində ağır xəstə olan qardaşı vardır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2017-ci il tarixdə oğlu Şahid1 və həyat yoldaşı Şahid2 ilə ev almaq məqsədilə mobil telefon vasitəsilə internet sosial şəbəkəsində ev elanlarına baxmışlar. Həmin vaxt İsgəndər adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 3 otaqlı həyət evinin kreditlə 20.000 satmasını, ilkin ödəniş olaraq 5000 manat, qalan pulu isə 4 il müddətinə ayda 300 manat ödəmək şərti ilə satılmasmı görmüşlər. Bu səbəbdən də oğlu Fariz elanda yazılmış ***-***-**-** nömrəsi ilə əİaqə saxlamış, həmin şəxs özünü İsgəndər kimi təqdim edib evin qohumuna məxsus olmasını bildirmişdir. Oğlu həmin şəxslə danışıb evə baxmaq istədiklərini demiş, sonuncu onlarla razılaşmışdır. Həmin gün o, həyat yoldaşı Yasəmən və oğlu X81 qəsəbəsinə İsgəndərlə görüşüb gedib həmin evə baxmışlar. Evdə bir nəfər qadın özünü Gülnar kimi təqdim edib evin onlara məxsus olmasını bildirmişdir. Onlar evə baxarkən İsgəndər demişdir ki, başqa evlər də var, onlar İsgəndərlə birlikdə gedib yaxınlıqda başqa bir evə baxmış, lakin ev xoşlarına gəlməmişdir. Həmin vaxt Yasəmən İsgəndərə demişdir ki, hazırda bir evi 5 nəfər şəxsə satırlar, İsgəndər də bildirmişdir ki, narahat olmasınlar, ev onlara məxsusdur. Onlar yenidən qayıdıb birinci dəfə baxdıqları evə gəlmiş, bir daha evə baxmışlar, Yasəmən Gülnar adlı qadından soruşmuşdur ki, İsgəndər maklerdir, yoxsa qohumları, Gülnar da demişdir ki, İsgəndər həm makler, həm də qohumlarıdır. Həmin vaxt İsgəndər evin dayısı oğluna nəxsus olmasını bildirmişdir. Onlar İsgəndərlə elanda yazılmış şərtlə razılaşmış və çıxıb yaşadıqları evə getmişlər. Səhəri gün, xx xxxxxxxx 2017-ci il tarixdə o, Yasəmən, Fariz və qonşuluqda yaşayan Elvinlə birlikdə həmin evə baxmaq üçün getmişlər. Evə çatdıqda ev sahibi Təqsirləndirilən şəxs da orada olmuş və evi ümumi qiymətini 19.000 manata, 2000 manat ilkin ödəniş, sənədlər hazır olduqda 3000 manat, yerdə qalan pulu isə aylıq 300 manat ödəməklə razılaşmışlar. Sonra çıxıb yaşadığları evə getmişlər. Səhəri gün, xx xxxxxxxx 2017-ci il tarixdə Farizlə birlikdə evi sənədləşdirmək üçün Bakı şəhəri 4 saylı notariat kontoruna getmişlər. Orada Həmidlə görüşmüşlər, o, Həmidə 2000 manat pul vermiş, sonra notariat kontorunda Həmid ona etibarnamə vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Həmid ***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng edib demişdir ki, oğlu Farizin sənədlərinin surətini, üç ədəd 3x4 şəkil və 300 manat lazımdır. O da 300 manat pul və Həmidin dediyi sənədlərin surətini çıxardıb Həmidlə Bakı şəhəri Babək prospektində görüşüb sənədləri və pulu ona vermişdir. Pulu verdikdən sonra Həmid bir ay müddətinə evi oğlu Farizin adına rəsmiləşdirəcəyinə və 2017-ci ilin oktyabr ayına evə köçəcəklərini bildirmişdir. xx xxxxxxx 2017-ci il tarixdə Həmid ona zəng edib 2150 manat pul verməsini bildirmişdir. Həmin gün o, Farizə 2150 manat pul verib Həmidlə görüşüb ona verməsini demişdir. Fariz Həmidlə Bakı şəhəri Səbail rayonu ərazisində görüşüb 2150 manat pulu ona vermişdir. xx xxxxxxx 2017-ci il tarixdə Həmid zəng edib yenidən pul istəmiş, o, Farizə 500 manat pul vermiş, Fariz Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hazırkı “Madeyra” mebel mağazasının qarşısında 500 manat pulu Həmidə vermişdir. Bir həftə keçdikdən sonra o, Farizə 250 manat pul vermiş, Fariz yenidən “Madeyra” mebel mağazasının qarşısında Həmidə 250 manat pul vermişdir. 3-4 gün keçdikdən sonra o, Farizə 150 manat pul vermiş, Fariz yenə “Madeyra” mebel mağazasının qarşısında Həmidə 150 manat vermişdir. Növbəti dəfə o, Farizə 311 manat pul vermiş, xx xxxxxx 2017-ci il tarixdə Fariz Həmidlə “Madeyra” mebel mağazasının qarşısında Həmidlə görüşüb 311 manat pulu ona vermişdir. Sonuncu dəfə Fariz Həmidlə “Madeyra” mebel mağazasının qarşısında görüşüb ona 200 manat pul vermişdir. Sonrakı günlərdə onlar Həmidə zəng edib evə köçmək istədiklərini bildirdikdə Həmid müxtəlif bəhanələr gətirib onlardan gizlənməyə başlamışdır. Onlar başa düşmüşlər ki, Həmid onları aldadıb pullarını ələ keçirmişdir. Ona dəymiş cəmi 5861 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayında yaşadığı evdə olarkən oğlu Emin gəlib sosial şəbəkədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində 29 saylı, iki otaqlı həyət evinin kreditlə 20.000 manata satılmasını, ilkin ödəniş olaraq 6000 manat, qalan pulu isə aylıq 300 manat ödəmək şərti ilə satılmasını gördüyünü, elanda yazılmış nömrə ilə əlaqə saxlayıb Fərid adlı şəxslə gedib evə baxdığını və bəyəndiyini demişdir. O, bunu eşitdikdə çox sevinmişdir. Sonra o, Emindən xahiş etmişdir ki, onu da həmin evə baxmaq üçün aparsın. Bundan sonra o, Eminlə evin yerləşdiyi ünvanda Fərid adlı şəxslə görüşmüşlər. Həmin vaxt Fərid evin dayısı oğlu Həmidə məxsus olmasını bildirmişdir. Evin giriş qapısını bir nəfər qadın açıb özünü Gülər kimi təqdim etmişdir. Gülər ev sahibi Həmidin həyat yoldaşı olduğunu bildirmişdir. Həmin vaxt evdə Gülərin adını bilmədiyi qızı da olmuşdur. Gülər ona demişdir ki, başqa ünvanda ev tikdirmişlər, bu səbəbdən də evi satırlar. O, evə baxmış, ev xoşuna gəldiyi üçün onlar Fəridlə evi ilkin ödəniş olaraq 5000 manat ödəməklə razılaşmışlar. Emin Fəridə ev üçün 50 manat beh verdiyini bildirmişdir. Evə baxarkən Fərid demişdir ki, evin çıxarışı yoxdur, lakin bələdiyyə sənədi var, Həmid və ailəsi həmin evə qeydiyyatdadırlar. Həmçinin Fərid demişdir ki, evi aldıqdan sonra onlar qeydiyyatdan çıxacaqlar, həmin ünvana onları qeydiyyata saldıracaq. O, Fəridə ilkin ödəniş olaraq verəcəyi 5000 manat pulu rəsmi qaydada, yəni notariat kontorunda verəcəyini bildirmişdir. Fərid demişdir ki, heç bir problem yoxdur, notariat kontorunda verəcəyi pulu borc kimi qeyd etdirərlər. O da Fəridə inandığı üçün razılaşmışdır. Səhəri gün “ASAN xidmət”də görüşüb alqı-satqı edəcəklərini deyib oradan çıxıb yaşadığı evə qayıtmışdır. Səhəri gün, xx xxxxxxxx 2017-ci il tarixdə “ASAN xidmət” mərkəzində notariat kontorunda ev sahibi Həmid və Fəridlə görüşmüşlər. Həmin vaxt Emin də yanlarında olmuşdur. O, Həmidə demişdir ki, pulu rəsmi qaydada verəcəkdir, Həmid isə heç bir problem olmadığını, evin sənədlərini 20 gün müddətinə hazır edib oğlu Eminin adına keçirəcəyinə söz vermişdir. Həmid həmin vaxt mobil telefonu ilə oğlu Eminin şəklini çəkmiş, notariat kontorundan çıxdıqdan sonra gedib ərizə yazıb evin sənədləri ilə məşğul olacağını bildirmişdir. O, özü ilə gətirdiyi 3000 ABŞ dollarını 5000 manata çevirmişdir. Bundan sonra 5000 manat pulu oğlu Eminə vermiş, onlar Həmidə inandıqları üçün Emin pulu Həmidə verib notariat kontorunda Həmidlə 5000 manat borc müqaviləsi bağlamışdır. Çölə çıxdıqda Həmid demişdir ki, evin sənədləri üçün 600 manat pul lazımdır, həmin pulun 300 manatını özü verəcək, qalan 300 manatını isə ondan istəmişdir. O, Həmidlə razılaşıb ona 370 manat pul vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. Təxminən 10-15 gün keçdikdən sonra Həmid ona zəng edib evin mətbəxini təmir etdirdiyini deyib ondan 1000 manat pul istəmişdir. O, Həmidə inandığı və ona satdığı evi təmir etdirdiyindən həmin gün onunla Bakı şəhəri Nizami rayonu ərazisində görüşüb Həmidə 500 manat pul vermişdir. Sonra Həmid evin qapı-pəncərəsini düzəltdirdiyini deyib 570 manat pul istəmişdir. O, yenə Həmidlə Bakı şəhəri Nizami rayonu ərazisində görüşüb ona 570 manat pul vermişdir. O, əlavə olaraq sonradan Həmidə Bakı şəhəri Nizami rayonu ərazisində evin təmir üçün 200 manat pul da vermişdir. Həmidin söz verdiyi 20 gün keçdikdən sonra onlar Həmidlə əlaqə saxlamış, Həmid hər dəfəsində müxtəlif bəhanələr gətirib sənədləri hazır edib köçəcəyini deymişdir. Sonradan öyrənmişdir ki, Həmid onları aldatmışdır, həmin ünvanda yerləşən evi bir neçə nəfər şəxsə satmaq adı ilə onlardan da pul almışdır. O, Həmiddən ümumilikdə verdiyi 6640 manat pulu tələb etmiş, Həmid pulu qaytaracağına söz vermişdir. Tarixini unutduğu vaxt Həmidlə Nizami rayonu ərazisində görüşmüşlər, Həmid ona 1000 manat pul verib qalan 5640 manatı da qaytaracağına söz vermişdir. Təxminən 25 gün keçdikdən sonra Həmid ona zəng edib əmisi Elşənin ona 1000 manat verəcəyini demişdir. O Elşən adlı şəxslə Nizami rayonu ərazisində görüşmüş, Elşən ona 100 manat vermişdir. Lakin Həmiddən qalan 4640 manat pulunu dəfələrlə istəsə də, Həmid yalandan vədlər verib onu hər dəfə aldatmışdır. Ona dəymiş cəmi 6540 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, baldızı Zöhrə Omarova uzun illərdir ki, kirayədə yaşadığından və xəstə uşağının olması səbəbindən özünə sərfəli qiymətə, hətta kreditlə verilə biləcək ev axtarmışdır. Bunun üçün ərazidə yaşayan maklerlərlə əlaqə saxlayıb internetdə satışına dair elan olunmuş evlərin qiymətləri ilə maraqlanmışdır. 2017-ci ilin oktyabr ayının əvvəllərində Zöhrə ona demişdir ki, internetdə elanı verilmişdir, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən, 20.000 manat qiymət qoyulmuş, təxminən 0,02 ha sahəsi olan, iki otaqdan ibarət həyət evi tapmışdır, hətta elan vermiş Rasim adlı şəxsə zəng edərək onunla görüşüb evə baxmışdır. Rasim isə Həmid adlı şəxsi dəvət edərək evin sahibinin Həmid olduğunu demişdir, Həmid ona evi 20.000 manata satdığını, evdə olan çatışmayan təmir işləri üçün 5500 manat pulun qabaqcadan verilməsini, qalan 14.500 manatlıq hissəsinin isə hər ay 350 manat olmaqla ödənilməsinə razılıq verdiyini bildirmişdir. Zöhrə ondan xahiş etmişdir ki, onunla gedib evə bir də təkrar baxsınlar, həmin şəxslərlə görüşüb tanış olsun və sənədlərə baxsın. Hətta Zöhrə ondan xahiş etmişdir ki, qabaqcadan veriləsi 5500 manat pulu o, versin, aylıq 350 manatı isə özü ödəyəcək və onun da pulunu sonradan qaytaracaqdır. Zöhrə ilə razılaşıb 2017-ci ilin oktyabr ayının ilk həftəsində onunla birlikdə Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, döngə 1, mənzil 7 ünvanına getmişlər. Getməzdən əvvəl Rasim adlı şəxsə zəng etmiş və həmin evin yerləşdiyi ərazidə onunla görüşmüş, satılması təklif olunan evin qarşısına getmişlər. X105 adlı ev sahibi kimi təqdim etdiyi şəxsə zəng vuraraq həmin ünvana çağırmışdır. Az sonra Həmid ora gəlmiş və onunla tanış olduqda bir daha bildirmişdir ki, ev onunkudur, lazımi sənədləri vardır, birbaşa istədiyi adamın adına keçiriləcəkdir. Xanım qohumu evə köçənədək lazım olsa etibarlı olsun deyə öz evini də mülki etibarnamə qaydasında etibar edə bilər. Onun iştirakında bir daha Həmid Zöhrə ilə əvvəlcədən görüşüb danışdıqları söhbəti bir daha təkrar etmiş və demişdir ki, 5500 manat qabaqcadan evin çatışmayan təmiri üçün alacaq və 20 gün müddətində evi təmir edib təhvil verəcək, qalan 14.500 manatın 350 manatlıq ödənişləri isə hər ay ödəniləcəkdir. Həmidin təklifi ilə o da razı olub beh kimi dediyi 500 manat pulu çıxarıb Həmidə vermişdir. Həmid isə həmin puldan 200 manatını Rasim adlı maklerə vermiş və ayrılarkən Həmid ona demişdir ki, növbəti gün evi adına sənədləşdirmək istədiyi şəxsin şəxsiyyət vəsiqəsi və özü ilə birlikdə 4700 manat pulla Nizami rayonu, H.Əliyev prospektində yerləşən “ASAN xidmət”in qarşısında olsunlar. Növbəti gün saat 09:30 radələrində o, baldızı Zöhrə və evi adına sənədləşdirmək niyyətində olduğu digər baldızı Gülxarla birlikdə həmin yerə getmiş və deyilən vaxtda Rasimlə Həmidin orada olduqlarını görmüşlər. “ASAN xidmət”ə daxil olaraq Həmid baldızı Gülxarın adına Suraxanı rayonunda olan ünvanını xatırlamadığı evini mülki etibarnamə ilə etibar edib sənəd vermişdir. Bundan sonra “ASAN xidmət”in qarşısına çıxaraq orada baldızları Gülxar, Zöhrə, həmçinin Rasim adlı maklerin iştirakı ilə özünə məxsus 4700 manat pulu sayıb Həmidə vermişdir. Pulu sayıb götürdükdən sonra Həmid yenə 20 gün müddət istəyərək həmin müddətdə evi adlarına keçirəcəyini və təmir edib açarı təhvil verəcəyini təkrar etmişdir. Təxminən bir həftə vaxt keçmiş Həmid ona zəng edərək demişdir ki, sənədlərin ada keçirilməsi üçün 300 manat pul lazımdır. O, həmin vaxt Qubada olduğuna görə baldızı Zöhrəyə zəng edib onların evinə gedərək yoldaşından 300 manat pul götürüb “Neftçilər” metrostansiyası yaxınlığında olan “MC Donalts”ın qarşısında Həmidə verməsini demişdir. Aradan təxminən bir saat keçmiş baldızının və Həmidin deməsindən məlum olmuşdur ki, pul Həmidə çatdırılmışdır. Bir həftə keçmiş o, evə baxmaq üçün getmiş, lakin qapının bağlı olduğunu, heç bir təmir işlərinin aparılmadığının şahidi olmuşdur. Bundan sonra Həmidə zəng vurduqda o, demişdir ki, guya tikinti materialları alır, hazırda maşına yükləyir və sabahdan işə başlayacaqdır. Təxminən beş gün keçmiş yenə həmin ünvana gedib qapının bağlı olduğunu və heç bir iş görülmədiyini görmüşdür. Həmidə zəng edib evə çağırmış, az sonra Həmid evə gəlmiş və demişdir ki, guya materiallar maşındadır, maşının mühərriki tökülüb yolda qalıb, təmir edilən kimi materialları evə gətirəcəkdir. O, işlərilə bağlı bir neçə günlüyə Naxçıvana gedib qayıtmış və təkrar Həmidə zəng edib görüşə çağırdıqda evin yenə təmirinə başlanmadığını görmüşdür. Bu dəfə Həmid ona demişdir ki, materialları öz həyətinə boşaltmışdır, ustalar özləri materialları daşıyıb işlərini görəcəklər. xx xxxxxxx 2017-ci il tarixdə Kərbala ziyarətinə getmişlər, 18 gündən sonra qayıtmış və evə baxdıqda yenə heç bir iş görülmədiyinin şahidi olmuşdur. Məlum olmuşdur ki, Həmid onu aldatmışdır. Həmidə zəng edib pulunun qaytarılmasını tələb etmişdir. Həmid müxtəlif bəhanələr gətirmiş, sonradan pulu qaytaracağını desə də, yenə onu aldatmış və hər dəfə uşağını maşın vurduğunu, qaynatasının öldüyünü, şəhərdən kənarda olmasını demişdir. Həmidin onu aldatdığını qəti olaraq bildikdən sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Ona dəymiş cəmi 5500 manat maddi ziyan ödənilməmişdir, pulunu tələb edir. Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə “Lalafo” internet saytnda reklamlara baxarkən, Yeni Suraxanı qəsəbəsində kreditlə həyət evi satılması barədə elan görmüşdür. Evin qiyməti 21.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. Elanda göstərilən nömrəyə zəng edib özünü Fərid kimi təqdim edən vasitəçi ilə danışmışdır. Vasitəçi ona bildirmişdir ki, ev Suraxanıda məscidin yanındadır, istənilən vaxt evi göstərə bilər. Növbəti gün, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində o, vasitəçiyə zəng edib evə baxmaq istədiyini bildirmişdir. Onlar razılaşıb görüşmüşlər, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evin yanına gəlmişlər. Evə gedən yol tam darvazaya qədər asfalt ilə örtülmüş, yaxınlığında məktəb belə olmuşdur. Vasitəçi ilə evə daxil olanda onları başıbağlı qadınlar qarşılamışlar. Ev birmərtəbəli, iki otaq, mətbəxdən ibarət olmuş, ev xoşuna gəlmişdir. Evin şəklini çəkmək istədikdə demişlər ki, yiyəsi kərbəlayidir, gəlsin, sonra. Bir müddət sonra evin yiyəsi gəlmiş və orada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət əsasında Həmid evi istəyənlərin çox olmasını bildirmiş, o isə evi gözü tutduğu üçün bəyəndiyini bildirmişdir. Ümumi qiyməti 21.000 manata razılaşmışlar. O, 200 manat beh vermiş və danışıqları belə olmuşdur ki, Yasamal rayonunda yerləşən “ASAN xidmət” mərkəzində evə dair alqı-satqı müqaviləsi bağladıqdan sonra qalan pulu verəcəkdir. xx xxxxxxx 2017-ci il tarixdə həmin “ASAN xidmət”in yaxınlığında vasitəçi və evin yiyəsi Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmid bildirmişdir ki, evin sənədi yoxdur, lakin ona bütün əmlakına dair baş etibarnamə verəcəkdir. Həmid ona 5 il müddətinə baş etibarnamə vermişdir. Həmin gün saat 12 radələrində “ASAN xidmət”in qarşısında o, ** HK *** dövlət qeydiyyat nişanlı “Toyota Land- Cruiser” markalı avtomaşının içərisində Həmidə 5500 manat pul vermişdir. Həmin vaxt vasitəçi Fərid də orada olmuşdur. Həmidə bildirmişdir ki, anasını da həmin evə qeydiyyata salacaqdır. Həmid heç bir problem olmayacağını deyib, ondan əlavə 500 manat pul istəmişdir. xx xxxxxxx 2018-ci il tarixdə saat 16 radələrində “20 Yanvar” metrosunun yanında Həmidə 500 manat pul vermişdir. Daha sonra Həmid ona demişdir ki, işıq və qaz sayğaclarını adına keçirəcək, bunun ödənişi üçün 500 manat da pul lazımdır. Bir neçə gün keçəndən sonra Həmid ona guya əvəzindən sayğac pulunu keçirməsini bildirmiş və xx xxxxxx 2017-ci il tarixdə saat 15:30 radələrində Nizami rayonu, H.Əliyev prospekti 115A binanın yanında Həmidə 500 manat vermişdir. Həmid ona demişdir ki, anası gəlməlidir ki, şəxsiyyət vəsiqəsini dəyişsinlər. Buna görə anasını Saatlı rayonundan gətirmişlər. Lakin Həmid sözünə əməl etməmiş, “votsap”la yazmışdır ki, anası ilə Suraxanı rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə yaxınlaşsınlar, şəxsiyyət vəsiqəsi hazırdır. Ora gedəndə bir xanım bildirmişdir ki, belə sənəd düzəlmir, Həmidin ailə üzvlərinin razılığı lazımdır. Bundan sonra Həmidə zəng vuranda qaynatasının ölümünü bəhanə gətirərək yanvar ayına qədər aldatmağa başlamışdır. Həmid cürbəcür bəhanələr gətirərək, gah yaxın qohumunun ölməsini, gah özünün ağır xəstə olmasını bildirmişdir. Həmid vaxtilə ona etibarnamə verərkən bildirmişdir ki, böyük obyektləri və ferması var. Öz doğma əmisini ona fermanın işçisi kimi təqdim etmişdir. Lakin sonradan bilmişdir ki, həmin şəxs Həmidin əmisidir və ferma əmisinə məxsusdur. Ona dəymiş cəmi 6700 manat maddi ziyan ödənilməmişdir, pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2011-ci ildə əri X7 boşanmış və ata evinə gəlməyə məcbur olmuşdur. O, xadimə işləyərək pul yığmışdır ki, kreditlə ev alsın və qardaşının evindən çıxsın. İnternet saytlarında ucuz və yaxud kredilə satılan evlər axtarmışdır. 2017-ci ilin dekabr aynın əvvəlində internet saytı olan “Lalafo” saytında Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Saytda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evin qiyməti 25.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, bu barədə qardaşı Mayisə demiş və elandakı yadında qalmayan telefon nömrəsini ona vermişdir ki, maklerlə danışsın. Mayis özünü makler kimi təqdim edən Fərid adlı şəxslə telefonda danışdıqdan sonra əvvəlcədən razılaşdıqları kimi Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında görüşmüşlər. 2017-ci ilin dekabr ayının əvvəllərində Fərid onu ad-soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evinə aparmışdır. Orada Təqsirləndirilən şəxsla görüşmüşlər, Həmid özünə məxsus olan birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət yaşadığı evi 25.000 manata kreditlə satdığını, ilkin olaraq 6000 manat, hər ay isə 300 ödəməli olduğunu demişdir. Mayis Həmidə demişdir ki, evi bacısına alır, tək qadındır, evi yoxdur. Həmid özünü Allah adamı kimi təqdim etmiş, Kərbəla ziyarətində olduğunu, insanlara əl tutmağı bir müsəlman kimi borcu olduğunu, ətrafdakı evlərin torpaqlarını onun satdığını, torpaqlarda evlər tikib satdığını demişdir. Həmidin ailə üzvləri də evdə olmuşlar və arvadı otaqları ona göstərmiş, lakin danışmamışdır. Hətta arvadı demişdir ki, bir oğlu, bir qızı vardır, həyat yoldaşının işinə qarışmır. Həmid özünü bisnesmen kimi təqdim etmişdir. Həmid elə danışırmış ki, o, sonuncuya inanmış və sevinmişdir ki, qarşısına belə alicənab insan çıxmışdır. Həmid evin mətbəxində arakəsmə edib qapı qoyacağını, təmir edib verəcəyini də öz öhdəsinə götürmüşdür. Həmidin deməsinə görə özünə yaxın yerdə ev tikdirir, ora yaxına köçəcəkdir. Mayis Həmiddən evin “kupçası” olub-olmadığını soruşmuş, Həmid demişdir ki, evin kupçası yoxdur, lakin “domovoy” kitabı vardır. 1000 manat da verəcək, işığı, qazı və suyu onun adına keçirəcək və kənd icra nümayəndəliyində onun adını həmin evə saldıracaqdır. Bunun üçün cəmi 1000 manat verməlidir. Həmin 1000 manat da 25.000 manata daxildir. Ondan şəxsiyyət vəsiqəsini, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və boşanma haqqında şəhadətnaməni istəmişdir ki, evə qeydiyyata düşmək üçün lazımdır. Razılaşmalarına görə xx xxxxxx 2017-ci il tarixdə saat 10 radələrində X82 qəsəbəsində “Şir” heykəlinin yanında görüşmüşlər. Həmid öz avtomobili ilə gəlmişdir. Onlar Həmidə demişlər ki, yaxınlıqda notarius var, Həmid demişdir ki, fərqi yoxdur, hara istəyirlərsə getsinlər, lakin avtomobili idarə edərək onları Bakı kinoteatrının yaxınlığında yerləşən notariusa aparmışdır. Həmin notariusda onunla Həmid arasında kredit müqaviləsi bağlanmış və o, Həmidə 6000 manat pul vermişdir. Sonra ordan çıxmışlar. Həmid ona demişdir ki, qısa müddətə sənədləri düzəldib ona verəcək, kənd icra nümaynədəliyində qeydiyyata salacaqdır. Belə razılaşmışlar ki, hər ay 300 manatı Həmidin bankda açdıracağı hesab nömrəsinə köçürtsünlər. Həmid bu söhbətləri qardaşı ilə danışmışdır. İki gündən sonra Həmid ona zəng etmişdir ki, sənədləri və 1000 manatı vermək lazımdır. xx xxxxxx 2017-ci il tarixdə Həmid Mayislə bir yerdə “Gənclik” metrostansiyasına yaxın kafeyə getmiş və orada boşanma haqqında şəhadətnamənin kserosurətini, 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsini Həmidə vermişdir. Həmid ondan 1000 manat istəmiş, o, qardaşına demişdir ki, evdə otağında 1000 manatı götürüb Həmidə versin. Həmin 1000 manat pulu da Həmid evdə qardaşından almışdır. Bir həftə sonra Həmid Mayisə zəng edib demişdir ki, iki ayın ödənişini etmək lazımdır. Qaradaşı da ona demiş, o, soruşmuşdur ki, hələ evə köçməmiş necə pul istəyir, qardaşı demişdir ki, Həmid belə danışır. O, demişdir ki, onsuz da pul verməlidir. xx xxxxxx 2017-ci il tarixdə saat 11 radələrində Həmid bir minik avtomobili ilə onların həyətinə gəlmiş və işdə olduğu üçün qardaşı Mayisdən onun verdiyi 600 manat pulu Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı ünvanda alıb getmişdir. Həmid bu barədə qəbz də yazmışdır. 21 gün keçəndən sonra Mayis Həmidə zəng edib sənəddləşmənin qurtarıb-qurtarmadığını soruşmuşdur. Həmid cavab vermişdir ki, ustalar evində işi görüb qurtarmayıblar ki, mətbəxin arakəsməsini hörüb təmir işini gördürsün. Onunla Həmid arasında bağlanmış müqavilədə evə aid hər hansı bir söz yazılmamışdır. Qardaşı ilə həmin evə getmiş və Həmidlə görüşmüşlər. Qardaşı Həmiddən soruşmuşdur ki, bəs bu müqavilədə evlə bağlı heç nə yazılmamışdır, Həmid demişdir ki, evin kupçası yoxdur, ona görə sənədlər düzələndən sonra yeni bir müqavilə bağlanacaqdır. Mətbəxdə isə hər hansı bir təmir işləri aparılmamışdır. Bunun səbəbini soruşanda Həmid demişdir ki, “bilmirsiniz, ustalar belədir, söz verirlər, eləmirlər, özümün evinin də təmirini edib qurtarmayıblar ki, köçüm”. O, artıq aldandığını başa düşmüş və Mayis demişdir ki, bu adam düz adama oxşamır, pullarını geri alsınlar. Lakin aylar keçmiş, Həmid onları telefonda aldatmağa başlamış və hətta onlarla görüşməmişdir. Mayis telefon vasitəsilə Həmiddən verdiyi pulu istəmiş, Həmid isə demişdir ki, qısa müddətə qaytaracaqdır. Lakin hər dəfə bir bəhanə uydurmuş, gah rayonda olduğunu demiş, gah da başqa bir bəhanə gətirmişdir. xx xxxx 2018-ci il tarixdə Mayis DİN-nin 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs onu aldatdığı barədə məlumat vermişdir. Suraxanı RPİ-nin 32-ci PB-nə çağıranda isə o, işdə olduğu üçün Mayis getmiş və ərizə yazmışdır. Həmid hətta onun şəxsiyyət vəsiqəsini qaytarmadığına görə məcbur olub aprel ayında özünə yeni şəxsiyyət vəsiqəsi almışdır. Ona dəymiş cəmi 7600 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayının axırlarında özünə almaq üçün ev axtaran vaxt internet saytı olan “Tap.Az”-da Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 23.000 manat, ilkin ödəniş 5800 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı mobil nömrə ilə əlaqə saxayıb Fərid adlı şəxslə telefonda danışaraq Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında görüşmüşdür. 2018-ci ilin fevral aynm axırlarında Fərid onu adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə aparmışdır. Orada Təqsirləndirilən şəxsla görüşmüş, Həmid özünə məxsus olan birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət yaşadığı evi 23.000 manata kreditlə satdığını deyib ilkin olaraq 5000 manat ödəməyi, hər ay isə 300 manat ödəməli olduğunu demişdir. O, dayısı oğlu Hüseyn Mehdiyevlə evə baxmış və evi almaq qərarına gəlmişdir. Həmid onu elə inandırmışdır ki, o, Həmidə tam inanmışdır. O, Həmiddən evini satdığını, özünün harada qalacağını soruşanda, demişdir ki, özünə həyətdə ev tikdirir, təmir gedir, təmir qurtarandan sonra ora köcəcəkdir. Eyni zamanda demişdir ki, evin sənədlərini hazırlayıb tam qurtaracaq və onları həmin evə qeydiyyata saldıracaqdır. Razılaşmalarına görə xx xxxx 2018-ci il tarixdə saat 15 radələrində Nizami rayonu, Qara Qarayev prospektindəki 50 saylı notariat kontoruna getmişlər, orada Həmidlə müqavilə bağlayaraq ona 5000 manat pul vermişdir. Sonradan da evin sənədləşməsinə görə Həmid ondan Nizami rayonu, “Diqlas” ticarət mərkəzinin qarşısında 800 manat pul almışdır. Həmid xx xxxx 2018-ci il tarixədək ondan möhlət istəmişdir ki, həmin vaxta kimi evdə qalsın, sonra çıxacaqdır. Lakin bundan sonra hər dəfə Həmidin evinə gedəndə müxtəlif bəhanələrlə onu aldatmağa başlamış, telefonu götürməmiş, evə gedəndə isə evlərində olmamışdır. O, Həmidin həyat yoldaşına Həmidin onu aldatdığını demiş, arvadı ona demişdir ki, onlar boşanırlar, evdən də çıxmayacaqlar, Həmiddən pulunu geri alsın. Ona dəymiş cəmi 5000 manat maddi ziyan ödənilməmişdir, pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 Mənsur oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayının əvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol küçəsi, ev 6-da qeydiyyatda olduğu mənzili 2006-cı il təvəllüdlü oğlu İlqarın xəstəliyi və müalicəsi ilə əlaqədar olaraq satmış və kirayədə yaşamışdır. O, kirayədə yaşadığı üçün münasib qiymətə, yəni ilkin ödəniş təxmini 4-5 min manat ödəməklə qalan məbləği kredit yolu ilə ödəməklə özünə ev axtarmışdır. 2017-ci ilin sentyabr ayının sonlarında internetde “Lalafo” elan saytında Yeni Suraxanı qəsəbəsində yerləşən iki otaqlı mənzil görmüşdür. Həmin mənzili 20.000 manata nağd və ya ilkin ödəniş 5000 manat olmaqla aylıq 300 manat ödəmək şərti ilə ***-***-**-** nömrəsi olmaqla Çingiz adlı şəxs satmışdır. Həmin nömrə ilə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb danışmış, Çingiz bildirmişdir ki, əgər evi real alandırsa, onu ev sahibi ilə görüşdürər, özləri danışarlar. O, telefonla danışandan sonra Yeni Suraxanı qəsəbəsinə getmiş, orada Çingizlə görüşmüş və birlikdə deyilən mənzilə baxmışlar. Mənzil iki otaqdan, tualet, hamam və mətbəxdən ibarət olmaqla təmirsiz olmuşdur. O, evə baxıb fikirləşmişdir ki, təmir edib yaşaya bilər, ona görə Çingizə demişdir ki, evi bəyənmişdir, almaq istəyir. Həmin vaxt Çingiz adını sonradan bildiyi Təqsirləndirilən şəxs zəng etmiş və onunla danışandan sonra Həmid gəlmişdir. Həmid gələndən sonra evi cəmi 17.000 manata, ilkin ödəniş 5000 manat, ayda 300 manat ödəməklə razılaşmışlar. O, oradan çıxıb evə getmiş, evdəkilərlə danışıb evi almağa qərar vermişlər, hətta bir dəfə arvadı İsgəndərova Aybənizlə gedib evə baxmışlar, evə baxanda onlara evi Çingiz göstərmişdir. xx xxxxxxx 2017-ci il tarixdə o, yenidən almaq istədiyi evə getmiş, orada Çingiz yenidən evi ona göstərmişdir. O, evə baxan vaxt Həmid gəlmiş, orada evi almağı dəqiqləşdirdikdən sonra Həmid onu idarə etdiyi ağ rəngli 99 - 049 nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, “Akkordların” binası deyilən yerə gətirmiş və orada ondan evə görə 500 manat beh pul alıb çıxıb getmişdir. xx xxxxxxx 2017-ci il tarixdə saat təxminən 19 radələrində Həmid ***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb evin sənədlərinin düzəlməsi üçün 300 manat pul lazım olduğunu bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra Həmid gəlmiş, onlar yenidən Bakıxanov qəsəbəsi, “Akkordların” binası deyilən yerdə görüşmüş, əvvəl dediyi kimi, onun və arvadının şəxsiyyət vəsiqələrinin əsli və surəti, ikisinin də 3x4 ədəd fotoşəkilləri və 300 manat pulu Həmidə vermişdir. xx xxxxxxx 2017-ci il tarixdə saat təxminən 13 radələrində Həmid onu Bakıxanov qəsəbəsində olan iş yerindən götürüb 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə aparmış və orada ona demişdir ki, narahat olmasın, evi onun adına keçirdir, o da sevinmişdir. Sənədləşmə işlərindən başı çıxmadığı üçün Həmid ona orada etibarnamə vermiş və bildirmişdir ki, artıq evi onun adına keçirtmişdir, saat 17:00-a kimi 1000 manatı düzəltməsini, gəlib götürəcəyini bildirmişdir. Bundan sonra o, çıxıb işə getmiş, həmin gün saat təxminən 17 radələrində Nizami rayonu, H.Əliyev prospekti, 115 saylı ünvanın qarşısında görüşüb, 1000 manatı Həmidə vermişdir. Həmin vaxt avtomaşında bir qadın da olmuş, Həmid demişdir ki, həmin qadın arvadıdır. Həmid 1000 manat pulu ondan alandan sonra bildirmişdir ki, onu qeydiyyata salandan və “ASAN xidmət”də alqı-satqı edəndən sonra qalan 3200 manatı verər, gəlib açarı götürüb evdə təmir işlərinə başlayar. xx xxxxxxx 2017-ci il tarixdə saat təxminən 22 radələrində Çingiz ***-***-**-** nömrəsindən onun nömrəsinə zəng edib ondan Həmidə pul verib-verməməsini soruşmuşdur. O, Həmidə 1800 manat pul və sənədlər verdiyini deyəndə, Çingiz demişdir ki, Həmiddən pulunu və sənədlərini geri alsın, daha ona pul verməsin, Həmidin evi yoxdur, ev başqasına məxsusdur. Bundan sonra o, Həmidlə əlaqə saxlamış, Həmid onun sənədlərini qaytarsa da, pulunu hər dəfə bəhanə edərək qaytarmamışdır. Ona görə də o, ərizə ilə Suraxanı rayon prokurorluğuna müraciət etmişdir. Ona dəymiş cəmi 1800 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, ev 83 ona məxsusdur. Şəhərdə işlədiyi və qızı xəstə olduğu üçün gedib-gələ bilmədiyindən, Nəsimi rayonunda kirayədə yaşamış, öz evini satmaq istəmişdir. 2017-ci ilin iyul ayında özünə almaq üçün ev axtaran vaxt internet saytı olan “Əmlak.Az”-da Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Saytda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 29 nömrəli evin qiyməti 20.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 400 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı 070 *** ** ** mobil nömrəsi ilə əlaqə saxayıb Fərid adlı şəxslə telefonda danışaraq Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında onunla görüşmüşdür. 2017-ci ilin iyul aynın axırlarında Fərid onu adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 29 nömrəli evə aparmışdır. Orda Təqsirləndirilən şəxsla görüşmüş, Həmid özünə məxsus olan birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət yaşadığı evi 20.000 manata kreditlə satdığını, ilkin olaraq 6000 manat, hər ay isə 400 ödəməli olduğunu demişdir. O, Həmidə bildirmişdir ki, həyat yoldaşı rəhmətə getmişdir, özü Əmircan qəsəbəsində doğulmuşdur. Həmid də demişdir ki, özü zərgərdir, Mərkəzi Univermaqda və Moskva univermağında ekspert kimi işləyir, Kərbəla ziyarətində olmuşdur. Həmid onu inandırmışdır ki, torpaqları var, tikib satır, istəyirsə ona torpaq da sata bilər. O, Həmidə demişdir ki, ilkin ödəniş kimi 5000 manat pul verə bilər. Həmid ona sənəd göstərmiş və demişdir ki, ata-baba yurdudur, onları həmin evə qeydiyyata salacaqdır, evin “domovoy kitabı” var. Razılaşmalarına görə xx xxxxxx 2017-ci il tarixdə saat 18 radələrində H.Əliyev prospektindəki “ASAN xidmət”ə getmişlər, orada kredit müqaviləsi bağlamışlar və o, Həmidə 5000 manat pul vermişdir. Eyni zamanda oğlu X11 şəxsiyyət vəsiqəsinin kserosurətini Həmidə vermişdir. Həmid ona demişdir ki, oğlunu evə kənd icra nümaynədəliyində qeydiyyata salacaqdır. Belə razılaşmışlar ki, hər ay 400 manatı evə köçəndən sonra verəcəkdir. Həmid xx xxxxxxxx 2017-ci il tarixədək ondan müddət istəmişdir ki, həmin vaxta kimi evdə qalsın, sonra çıxacaqdır. O, etiraz etməmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə saat 16 radələrində birinci ayın 400 manat ödənişini Y.Səfərov küçəsi 27 nömrəli ünvanda yerləşən BTB bankın yanında Həmidə vermişdir. Bundan sonra Həmid ondan pul istəməyə başlamışdır. Həmid demişdir ki, qeydiyyata düşmək üçün 300 manat pul lazımdır. xx xxxxxxxx 2017-ci tarixdə 15 radələrində Y.Səfərov küçəsi 27 nömrəli ünvanda yerləşən BTB bankın yanında 300 manatı Həmidə vermişdir. Bir neçə gündən sonra Həmid ona zəng etmişdir ki, qaz, işıq və su sayğacı qoymaq üçün 127 manat pul lazımdır. xx xxxxxxxx 2017-ci sarixdə 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanın qarşısında Həmidə 127 manat vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Həmidə zəng edəndə demişdir ki, evin arxasında özünə ikimərtəbəli ev tikmiş, lakin həmin evə köçə bilməmişdir. Beləliklə Həmid onu aldatmağa başlamış, 2017-ci ilin dekabr ayınadək hər dəfə bir söz uydurmuşdur. Sonra Həmid ona demişdir ki, evi nağd 27.000 manata satır, pulu varsa, alsın. Buna görə Həmidə onun pulunu qaytarmasını demişdir. Həmid isə demişdir ki, hazırda pulu yoxdur, olanda verəcəkdir. Şikayət edəcəyini dedikdə, Həmid ona demişdir ki, hara istəyirsə, şikayət eləsin. Bundan sonra o, Xətai RPİ-nin 37-ci PB-nə ərizə ilə müraciət etmişdir. Ona dəymiş cəmi 5827 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayının əvvəlində almaq üçün ev axtarmış, həmin vaxt internet saytı olan “Tap.Az”-da Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 25.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı mobil nömrə ilə əlaqə saxlayraq Fərid adlı şəxslə telefonda danışmışdır. xx xxxxxx 2017-ci il tarixdə X83 qəsəbəsində yerləşən məscidin yanında görüşmüş, Fərid onu Təqsirləndirilən şəxs məxsus Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 29 nömrəli evə aparmış, ev sahibi Təqsirləndirilən şəxsla onu görüşdürmüş və evi satan şəxsin Həmid olduğunu bildirmişdir. Həmid satdığı evi ona göstərmişdir, ev birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət olmuşdur. Həmid evi 25.000 manata satdığını, ilkin olaraq 6000 manat, hər ay isə 300 ödəməli olmasını bildirmişdir. Ev xoşuna gəlmiş və kreditlə satıldığı üçün evi almaq qərarına gəlmişdir. Həmid ona demişdir ki, əgər almaq isəyirsə, beh versin, evi başqa müştərilərə satmasın. O da həmin gün saat 18 radələrində Həmidə 500 manat beh vermiş və demişdir ki, qalan pulu 10-15 günə düzəldə biləcəkdir. Onlar belə razılaşmışlar ki, ilkin ödəniş kimi Həmidə 6000 manat verir, qalan 19.000 manatı isə aylara bölməklə hər ay 300 manatdan olmaqla ödəyir. Həmid eyni zamanda ona demişdir ki, qeydiyyata düşməyi, elektirik və qaz sağaclarını adına keçirmək üçün əlavə 1300 manat pul verməlidir. xx xxxxxx 2017-ci il tarixdə səhər saatlarında Həmid ona zəng edərək pulu düzəldib-düzəltmədiyini soruşmuş, o, cəmi 3500 manat düzəltdiyini demişdir. Həmid həmin pulu gətirməsini, qalan pulu sonra verməsini demişdir. xx xxxxxx 2017-ci il tarixdə saat 11 radələrində danışdıqları kimi Əhmədli qəsəbəsində yerləşən “ASAN xidmət”in yanında Həmidlə görüşmüş, orada kredit müqaviləsi bağlamışlar və o, Həmidə 3500 manat pul vermişdir. Belə razılaşmışlar ki, qısa müddət ərzində qalan 2000 manatı verəcəkdir. Həmid ona demişdir ki, 21 günə onu evə qeydiyyata saldıracaq və ev onun olacaqdır. Bir neçə gün sonra Həmid zəng edərək qalan pulu istəməyə başlamışdır. O, Həmidin yaşadığı evə gedib-gəlmişdir. Həmidin yaşadığı evdə xx xxxxxx 2017-ci il tarixdə saat 17 radələrində ona 1800 manat, xx xxxxxx 2017-ci il tarixdə saat təxminən 18 radələrində Nizami rayonu, H.Əliyev prospekti, 115 saylı ünvanın qarşısında 1500 manat pul vermişdir. Həmid yaşadığı evdən xx xxxxxx 2018-ci il tarixdə çıxacağına söz vermişdir. xx xxxxxx 2018-ci il tarixdə Həmidə zəng edəndə, o, qızının xəstə olduğunu bəhanə gətirmişdir. xx xxxxxx 2018-ci il tarixdə Həmidin yaşadığı evə gedəndə görmüşdür ki, həmin evə başqa müştəri gətirmişdir. Onda başa düşmüşdür ki, Həmid dələduzdur. O, Həmiddən pulunu tələb edəndə müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və pulunu qaytarmamışdır. Ona dəymiş cəmi 7730 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs13lə söhbət zamanı sonuncu ilkin ödəniş şərti ilə ev aldığını demişdir. O isə belə ev olsa, ona da deməsini bildirmişdir. Malik ona demişdir ki, ev aldığı Həmidin başqa bir evi də var, həmin evi də kreditlə satır. O, Maliklə gedib Həmidlə görüşmüş, Həmid ona demişdir ki, evi var, həmin evi də kreditlə satır. Həmidlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mir Qəzzəb küçəsində yerləşən evə baxmaq üçün getmişlər. Evə birinci dəfə küçədən baxmışdır. Həmin evi Həmid 29.000 manata, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə satdığını, evin açarlarının olmadığını, sabah gəlib baxmasını bildirmişdir. xx xxxxxx 2017-ci il tarixdə saat 22 radəlrəində Həmidlə görüşmüş və evə baxmağa getmişlər. Həmid həyət darvazasının qapısını və evin qapısını açaraq içəri keçmişdir. Həmin ev üç otaqdan ibarət, birmərtəbəli fərdi yaşayış evi olmuşdur. İçərisində təmir işləri qalmışdır. O, Həmidə evin təmirsiz olduğunu bildirdikdə, Həmid pul verməsini, 1 ay 15 günə işi qurtarıb evi ona təhvil verəcəyini demişdir. Həmid 29.000 manatdan başqa qeydiyyata düşmək, elektirik və qaz sağaclarını adına keçirmək üçün əlavə 200 manat pul verməli olduğunu da demişdir. O da razılaşmışdır. xx xxxxxx 2017-ci il tarixdə səhər saatlarında Həmidlə Əhmədli qəsəbəsində yerləşən “ASAN xidmət”in yanında görüşmüşlər, orada kredit müqaviləsi bağlamışlar, o, Həmidə 6500 manat pul vermişdir. Belə razılaşmışlar ki, 2 ay ərzində Həmid evi təmir edib ona təhvil verəcəkdir. Üç gün keçəndən sonra Həmid ona zəng etmişdir ki, 2000 manatı da versin, sənədləri düzəltməlidir. xx xxxxxx 2017-ci il tarixdə saat 11 radələrində 1350 manat, xx xxxxxx 2017ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 115A-nın yanında Həmidə 650 manat pul vermişdir. Həmid söz vermişdir ki, evi vaxtından əvvəl təmir edib, sənədləri ilə birlikdə təhvil verəcəkdir. xx xxxxxx 2018-ci il tarixdə səhər saatlarında evə baxmağa gedəndə görmüşdür ki, evdə təmir işləri aparılır, ustalar işləyir. O, soruşmuşdur ki, onları kim işlədir. Ustalar evi Həmidin təmir etdirdiyini, lakin evin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Həmidlə əlaqə saxlayanda o, həmin yerə gələcəyini bildirmişdir. Bundan sonra başqa bir adam gələrək həmin evi Həmiddən 1 il əvvəl aldığını bildirmişdir. Daha sonra o, Həmidi tapa bilməmişdir. Ona dəymiş cəmi 8000 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 14A, mənzil 47-də pasport qeydiyyatındadır, həyat yoldaşı və azyaşlı uşaqları ilə birlikdə yaşayır. “Lalafo.az” internet saytında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 ünvada birmərtəbəli iki otaqlı evin satılması barədə elan qoyulmuş və evin şəklini görmüşdür. Həmin evin qiyməti 25.000 manat, ilkin ödəniş 5000 manat, qalan pulu isə hər ay 400-500 manat ödənilməsi göstərilmişdir. 2017-ci ilin avqust ayının axırlarında o, həmin evin sahibi Təqsirləndirilən şəxs ilə satdığı evdə görüşmüşdür. Ev birmərtəbəli, iki otağı, həyətdə hamam və tualeti olmuşdur. Ev xoşuna gəlmişdir. Həmidlə aralarında olan razılığa görə evə 4500 manat ilkin ödəniş və hər ay 400 manat verməli olmuşdur. Həmid əvvəlcədən demişdir ki, evin heç bir sənədi yoxdur, lakin qazı, işığı, suyu onların adına keçirəcək və etibarnamə verəcəkdir. xx xxxxxx 2017-ci il tarixdə H.Əliyev prospektində, “Koroğlu” metrostansiyasına yaxın yerləşən “ASAN xidmət”ə getmiş və Təqsirləndirilən şəxs onun adına 5 il müddətinə mülki etibarnamə vermişdir. Həmin gün saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı ünvanın qarşısında 4500 mana pulu Təqsirləndirilən şəxs vermişdir. Həmid onun şəxsiyyət vəsqəsinin kserosurətini götürmüşdür ki, qazı, işığı, suyu onun adına keçirəcəkdir. Sentyabr ayının 11-də Həmidlə aralarında olan razılığa görə evə köçməli olmuşdur. 15 sentyabrda dərslər başladığı üçün o, uşaqları həmin evə yaxın məktəbə qoymaq istəmişdir. Hətta bundan sonra uşaqların oxuduğu köhnə məktəbdən çıxartmaq istəmişdir. Lakin Həmidlə əlaqə saxlayanda hər dəfə ona yalan sözlər deməyə başlamış və hər dəfə gələn ayın əvvəlində evə köçəcəklərini vəd etmişdir. 2018-ci iiln fevral ayına kimi Həmid onu aldatmış, sonra isə demişdir ki, pulunu qaytaracaqdır. Lakin o, görəndə ki, Təqsirləndirilən şəxs onu aldatmışdır, ondan Suraxanı RPİ-nin 31-ci PB-nə şikayət ərizəsi yazmışdır. Ona dəymiş cəmi 4500 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyul ayında özünə almaq üçün ev axtaran vaxt internet saytı olan “Tap.Az”-da Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin elan “Əmlak.Az”da da qoyulmuşdur. Saytda ünvan 4 nömrəli evin qiyməti 20.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı mobil telefon nömrəsinə zəng edərək makler Fərid adlı şəxslə telefonda danışmışdır. Fərid ona demişdir ki, ev qohumuna məxsusdur, evi o, satır. Aralarında olan danışığa görə Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında Fəridlə görüşmüş, Fərid onu əvəllər tanımadığı Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, 29 nömrəli evinə aparmışdır. Fərid birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət evi 20.000 manata kreditlə satdığını deyərək ilkin olaraq 6000 manat, hər ay isə 300 ödəməli olduğunu demişdir. O, evin içərisinə baxmışdır. Həmidin arvadı, uşaqları evdə olmuş, özü evdə olmamışdır. Hətta Həmidin arvadı ona demişdir ki, oğlu xəstədir, ona görə də evi həyat yoldaşı satır. Ev onun xoşuna gəlmiş və alacağını, şərtlərin onu qane etdiyini demişdir. Səhəri gün, xx xxxx 2017-ci il tarixdə saat 15 radələrində qaynatası Rəhimov Şahin, qaynatasının dostu Bəbir, tanışı Qələndər ilə bir yerdə, Qələndərin taksi avtomobili ilə əvəlcədən razılaşdıqları kimi Həmidlə onun evində görüşmüşlər. Həmid Kərbəla ziyarətində olduğunu, insanlara köməkliklər etdiyini danışmışdır. Həmid demişdir ki, özünə başqa yerdə ev tikir, hazırda təmir gedir, təmir qurtarandan sonra ora köcəcəkdir. Onlar evin sənədinin olub-olmadığını soruşmuşlar, Həmid demişdir ki, burada heç bir evin sənədi yoxdur, evə qeydiyyata saldıracaqdır. Bundan sonra “ASAN xidmət”ə 300 manat ödəyəcək, işıq, su və qazı onun adına keçirdəcəkdir. O da Həmidə inanmışdır. Belə razılaşmışlar ki, həmin gün 3000 manat, bir aydan sonra 3000 manat ödəyir, evə köçəndən sonra isə hər ay 300 manat verəcəkdir. Birlikdə 5 saylı “ASAN xidmət”ə getmişlər və Həmid qaynatası X32 adına ümumi etibarnamə yazıb vermişdir. Sonra “ASAN xidmət”in qarşısında o, 3000 manatı Həmidə vermişdir. O, evə tez köçmək istəmişdir və xx xxxxxx 2017-ci il tarixdə saat 16 radələrində Rəhimov Şahin, qaynatasının dostu Bəbir, tanışı Qələndərlə bir yerdə, Qələndərin taksi avtomobili ilə Həmidin Sabir küçəsindəki evinə getmişlər. O, həmin şəxslərin yanında 3000 manatı sayıb Həmidə vermiş və demişdir ki, qəbz yazmaq lazımdır. İstintaqa təqdim etdiyi qəbzi də Həmid diktə etmiş, oğlu isə yazmış və imza edilmişdir. Etibarnamə və qəbz Həmidlə qaynatası Şahin arasında bağlansa da, pul onun olmuş və evi o, almışdır. 25avqust 2017-ci il tarixdə saat 17 radələrində işıq, su və qazı ada keçirtmək və qeydiyyata salmaq üçün Nizami rayonu, H.Əliyev prospekti, 115 saylı ünvanda Həmidə 300 manat vermişdir. Eyni zamanda Həmid qaynatası Şahinin şəxsiyyət vəsiqəsinin kserosurətini də almış və demişdir ki, qısa müddətə bu iş həll olunacaqdır. Həmid evdən çıxmaq üçün bir həftə vaxt istəmiş, bu bir həftədə evdə təmir işlərini gördürməli, həyətin daşını döşətdirməli olmuşdur. Bir həftə keçdikdən sonra o, zəng edəndə Həmid Quba rayonunda olduğunu demiş, beləliklə hər həftə ona bir yalan danışmışdır. Demişdir ki, evinin təmiri qurtarmamışdır. Bir neçə dəfə Həmiddən evə nə vaxt köçəcəyini soruşmuş, Həmid ona müxtəlif bəhanələr gətirmişdir. Artıq aylar keçmiş, Həmid ona demişdir ki, “sən məni bezdirdin, artıq sənə evi satmıram, sabah gəlib pulunu qaytaracağam”. Bundan sonra isə pulunu qaytarmaq üçün o, Həmidə dəfələrlə zəng etmiş, Həmid onu aldatmağa davam etmişdir. Sonra isə o, Həmidi tapa bilməmişdir. Ona dəymiş cəmi 6300 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2017-ci il tarixdə internet saytı olan “Lalafo”-da Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 20.000 manat, ilkin ödəniş 5000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə satılması barədə elan verilmişdir. O, elandakı ***-***- **-** mobil nömrəsinə zəng edərək makler Fərid adlı şəxslə telefonda danışmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə günorta vaxtları Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında Fəridlə görüşmüş, Fərid onu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə aparmış və demişdir ki, ev Həmid adlı şəxsə məxsusdur, özü isə vasitəçidir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs evdə olmamış, lakin Həmidin arvadı Gülər evdə olmuşdur. O, birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət evə baxmış və ev xoşuna gəlmişdir. Mətbəxin qabaq hissəsi hörülməmşdir. Fərid ona demişdir ki, əgər ev xoşuna gəldisə, beh versin, evi internet saytından satışdan çıxarsın. O, bildirmişdir ki, valideynləri də gəlib baxsın. O, 50 manat beh kimi Fəridə vermiş, Fərid isə həmin pulu Gülər adlı qadına vermişdir. O, Kürdəmir rayonuna atasına zəng etmiş və ucuz qiymətə ev tapdığını demişdir. Səhəri gün, xx xxxxxxxx 2017-ci il tarixdə atası X58 və dayısı X45 Bakı şəhərinə gəlmişlər, bir yerdə evə baxmağa getmişlər. Onlar da evə baxmışlar, həmin vaxtı Həmid evdə olmamışdır. Telefonla danışmış və Təqsirləndirilən şəxsla Yeni Suraxanı qəsəbəsinin girişində görüşmüşlər. Həmid evi 20.000 manata kreditlə satdığını deyərək ilkin olaraq 5000 manat, hər ay isə 300 ödəməli olduğunu demişdir. Həmid demişdir ki, özünə başqa yerdə ev tikir, hələ həmin evdə təmir işləri getdiyndən burda yaşayır, satdığı evin də mətbəxini tikəcək, evə oboy və həyətə tamet vurduracaq, onlar razılaşmışlar. Həmid demişdir ki, 5000 manat ilkin ödəniş edilməlidir. O, Həmiddən evin hansı sənədinin olduğunu soruşmuşdur. Həmid demişdir ki, evin “kupça”sı yoxdur, lakin “domovoy kitabı” var, həmin kitab vasitəsilə onu evə qeydiyyata saldıracaqdır. Evin sənədi olmadığından notariusda alqı-satqı edə bilməyəcəklər, lakin verilən pulun təsdiqi üçün notariusa gedərək etibarnamə verə bilər, işıq, su və qazın sayğaclarını özü qoyduracaq, evə qeydiyyata düşmək üçün 300 manatı o, ödəməlidir. Razılaşdıqdan sonra xx xxxxxxxx 2017-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4 saylı “ASAN xidmət”ə getmişlər, oradakı notariusda Həmid ona 5 il müddətinə mülki etibarnamə vermişdir. Oradan çıxandan sonra binanın qarşısında o, 5000 manat pulu Həmidə vermişdir. Həmidlə danışıqları belə olmuşdur ki, bir aydan sonra o, evdən çıxacaqdır. Səhəri gün, xx xxxxxxxx 2017-ci il tarixdə Həmid ona zəng etmiş, qeydiyyat üçün 300 manatı ödəməsini demişdir. xx xxxxxxxx 2017-ci il tarixdə saat 14:30 radələrində “Nargilə” kafesinin yanında Həmidlə görüşmüş və ona 300 manat pul vermişdir. Həmid “Nargilə” kafesinin yanında “Land Cruiser” markalı avtomobillə gəlmiş və arvadı Gülər də yanında olmuşdur. Həmid ona demişdir ki, 70 manat əlavə sənədləşmə üçün vermək lazımdır, o, demişdir ki, üstündə yoxdur. Həmid isə ona demişdir ki, nə vaxt evə baxmağa gələndə onda verər. xx xxxxxxxx 2017-ci il tarixdə saat 15 radələrində Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evdə 70 manatı Gülərə vermişdir. Sonra Həmid ona zəng etmiş, su, qaz və işıq sayğaclarını quraşdırmaq üçün ondan 300 manat pul istəmişdir. O, Həmidə demişdir ki, bunu o, özü etməli idi. Həmid isə ona cavab vermişdir ki, xərci çox çıxır, gücü çatmır. O, razılaşmış, xx xxxxxxx 2017-ci il tarixdə saat 14:30 radələrində Xətai rayonunda yerləşən “Nevrocərrahiyə” xəstəxanasının qarşısında Həmidə 300 manat vermişdir. Həmin vaxtı evə kombi çəkdirə bilib-bilməyəcəyini soruşmuş, Həmid demişdir ki, çəkdirə bilər, kombini 1700 manata çəkirlər, 500 manatını əvvəlcədən verər, qalanını isə kreditə salar, aybaay ödəyər, o da razılaşmışdır. xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində “Nargilə” kafesinin yanında Həmidə kombi quraşdırmaq üçün 500 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 18 radələrində Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, ev 32 nin qarşısında Həmidə kombi quraşdırmaq üçün əlavə 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 19 radələrində Həmidin evində sayğacların kodlaşdırılması üçün 100 manat, xx xxxxxxx 2017-ci il tarixdə saat 17 radələrində Həmidin evində evin aylıq ödənişi üçün 1000 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində yaşadığı Xətai rayonu, R.Quliyev küçəsində 400 manat aylıq ödəniş kimi, xx xxxxxx 2017-ci il tarixdə saat 12 radələrində “Əhmədli” metrosunun yanında kommunal xətlərinə qoşulmaq üçün 112 manat, xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində Nizami rayonu, H.Əliyev prospektində evin aylıq ödənişi üçün 700 manat pul ödəmişdir. O, Həmidə demişdir ki, bir aya söz vermişdir, indi isə dekabr ayının axırıdır, Həmid ona yalvarmışdır ki, sənədləri düzəltməyə vermişdir, bir-iki günə hazır olacaqdır. 2018-ci ilin yanvar ayının 6-da evə köçər. O, Həmidə demişdir ki, hər dəfə onu aldadır. Həmid isə ona demişdir ki, “həmin gün gələrsiniz, görsəniz ki, həyətdə yas mağarı qurulub, bilin ki, mən ölmüşəm, üç gün gözləyirsiniz, dördüncü günü evə köçərsiniz. Yəni Həmid belə sözlərlə onu inandırırmışdır. xx xxxxxx 2018-ci il tarixdə Həmidgilə gedəndə Həmid evdə olmamışdır. Sonra Həmidi tapa bilməmiş, onun telefonuna zəng çatmamışdır. O, Həmidin arvadı Gülərə dedikdə ki, Həmid onlara ev satmışdır, Gülər ona bildirmişdir ki, gedib Həmiddən şikayət etsin, qoy onu tutsunlar, o, Həmiddən boşanır. xx xxxxx 2018-ci il tarixədək gözləmiş və həmin tarixdə Xətai RPİ-nin 35-ci PB-nə şikayət ərizəsi yazmışdır. Ona dəymiş cəmi 8362 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, oğlu X33 ailə qurmuş, həyat yoldaşı və uşaqları ilə birlikdə onlarla bir yerdə yaşayır. Onlar Şəhriyara ev almaq istəmişlər. 2017-ci ilin oktyabr ayının əvvəlində Şəhriyar əmlak satışı ilə bağlı internet saytında Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması barədə elanı görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 25.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 400 manat ödənilməsi şərti ilə elan verilmişdir. Şəhriyar elandakı mobil nömrəyə zəng edərək makler Fərid adlı şəxslə telefonda danışmışdır. 2017-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında Fəridlə görüşmüşlər, Fərid onları Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evinə aparmış və demişdir ki, ev onun dayısı oğluna məxsusdur. Onlar həmin evə getmişlər, orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmidin ailə üzvləri də evdə olmuşlar. Onlar oturmuş, Həmidin həyat yoldaşı Gülər onlara çay gətirmişdir. Həmid birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət evi 25.000 manata kreditlə satdığını deyərək ilkin olaraq 8000 manat, hər ay isə 400 ödəmək şərtilə evi satdığını demişdir. Şəhriyarla birlikdə evə baxmışlar. Həmid demişdir ki, özünə başqa yerdə ev tikir, hələ həmin evdə təmir işləri getdiyindən orada yaşayır. O, Həmidə demişdir ki, 6000 manat ilkin ödəniş edə bilərlər, çünki elanda da belə vermişdir. Lakin Həmid demişdir ki, 8000 manat ilkin ödəniş edilməlidir. Həmidin şərti ilə razılaşmışlar. O, Həmiddən evin hansı sənədinin olduğunu soruşmuşdur. Həmid demişdir ki, evin “kupçası” yoxdur, “domovoy kitabı” vardır, onu evə “domovoy kitab” vasitəsilə qeydiyyata saldıracaqdır. Evin sənədi olmadığından notariusda alqı-satqı edə bilməyəcəklər, lakin verilən pulun təsdiq edilməsi üçün notariusda müqavilədə bağlayarlar. Həmid demişdir ki, evə qeydiyyata düşmək, işıq, su və qazı onların adına keçirtmək üçün əlavə xərcləri onlar ödəməlidirlər. Bunun üçün də əlavə 1700 manat verilməlidir. Səhəri gün həyat yoldaşı Familə Rəcəbova ilə də birlikdə evə baxmışlar. xx xxxxxx 2017-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, “Koroğlu” metrosunun yaxınlığında yerləşən 5 saylı “ASAN xidmət”ə getmişlər, notariusda Həmidlə onun arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən 8000 manat pulu o, Həmidə vermişdir. Həmidlə danışığı belə olmuşdur ki, 20 gündən sonra o, evdən çıxacaqdır. Oradan çıxandan sonra 1700 manatı da qısa müddətə vermələrini Həmid onlara tapşırmış, demişdir ki, həmin məbləği tez çatdırsınlar ki, sənədləri tez hazırlasın. xx xxxxxx 2017-ci il tarixdə axşam saat 19 radələrində o, oğlu və həyat yoldaşı ilə Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə getmişlər. Həmid evdə olmamışdır. Həmidlə telefonla danışmış, o, demişdir ki, işi ilə əlaqədar hansısa rayona getmişdir. Həmid onlara qızıl alqı-satqısı ilə məşğul olduğunu və bu sahədə ekspert olduğunu demişdir. Həmid teleflonda demişdir ki, 1700 manatı həyat yoldaşı Gülərə versin. O da həmin məbləğdə pulu sayıb Gülərə vermişdir. Eyni zamanda şəxsiyyət vəsiqəsini də vermişdir ki, sənədləşmə aparılsın. Onlarla Gülər arasında evlə bağlı hər hansı söhbət olmamışdır. Lakin Həmidin evində olan danışıqlarda Gülər də iştirak etmişdir. Hətta Gülər evin içərisini həyat yoldaşına göstərmişdir. Gülərə verdiyi şəxsiyyət vəsiqəsini 10 gündən sonra Həmid qaytarmış və demişdir ki, sənədləri düzəlməyə veribdir, 10 günə hazır olacaqdır. 2018-ci ilin yanvar ayının əvəllərində Həmidə zəng etmişdir ki, evdən nə vaxt çıxırlar, Həmid evdə təmir işləri gördüyünü, işinin qurtarmadığını, digər özünə məxsus olan evdə də təmir işləri getdiyini deyərək vaxt istəmişdir. Bir neçə dəfə Həmidin evinə gedib-gəlməyə başlamışlar. Lakin Həmid evdən çıxmamışdır. 2018-ci ilin yanvar ayının axırlarında Həmidin arvadı demişdir ki, Həmidlə araları pisləşmişdir, evdən çıxmayacaqdır. Həmidlə görüşmüş və demişdir ki, yoldaşı evdən çıxmır, arvadı ilə problemi varsa, özün həll etsin, onun pulunu versin, sakitcə aralaşsınlar. Həmid ondan bir ay vaxt istəmişdir ki, problemləri yoluna qoyacaqdır. Lakin sonra Həmid telefonları söndürmüş və yalnız rus nömrəsi ilə “votsap” vasitəsilə əlaqə saxlamışlar. Sonuncu dəfə Həmid ona demişdir ki, xx xxxxxx 2018-ci il tarixdə oğlunun toyu olacaq, həmin toydan yığılan pulla onun pulunu qaytaracaqdır. xx xxxxxx 2018-ci il tarixdə Həmid ümumiyyətilə əlaqəni təmiz kəsmişdir. Bundan sonra o, məcbur olub Təqsirləndirilən şəxs onu aldatması ilə bağlı Suraxanı rayon prorkurorluğuna şikayət ərizəsi yazmışdır. Ona dəymiş cəmi 9700 manat maddi ziyan ödənilməmişdir, pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə kirayə yaşadığı üçün 2 sot torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. X3 ilə birlikdə torpaq alqı- satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. xx xxxxxxxx 2014-cü il tarixdə saat səhər 10 radələrində əmisi Ənnağı ilə Yeni Suraxanı qəsəbəsinin girəcəyində görüşmüş, əmisi topaq satan Həmid adlı şəxsin mobil telefonuna zəng vuraraq Yeni Suraxanı qəsəbəsinin girəcəyində olduqlarını bildirmişdir. Təxminən 5 dəqiqə sonra Həmid onların yanına gələrək torpaq sahəsinə aparmışdır. Həmin torpaq sahəsi “Azərsun Holding”in anbarlarının yanında yerləşmişdir. Həmid torpaq sahəsini ölçərək 2 sot torpaq sahəsinin ona məxsus olduğunu, torpağa görə pulun yarısını istədiyini demişdir. Birlikdə Qaraçuxur qəsəbəsində yerləşən notarusa getmişlər, şəxsiyyət vəsiqəsi evdə qaldığı üçün bütün sənədləşmə X85nın adına aparılmış, notariat kontorunda 2000 manat pulu Həmidə vermiş və bu barədə əmisinin adından Həmidlə kredit müqaviləsi imzalanmışdır. Aradan bir neçə gün keçdikdən sonra Həmidlə Mehdiabad qəsəbəsində görüşərək 1000 manat pulu ona vermişdir. xx xxxxxxxx 2014-cü il tarixdə Həmid onun əmisinin adına torpaq sahəsinin verilməsi barədə etibarnamə vermişdir. Aradan 10 gün keçmiş torpağın çıxarışına görə də Nizami rayonu, H.Əliyev prospekti, 108 saylı ünvanın qarşısında Həmidə 250 manat pul vermişdir. Abşeron rayonu Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə gedərək torpağa aid çıxarışın hazırlanmadığını öyrənmiş, bundan sonra Həmid tərəfindən aldadıldığını başa düşmüşdür. Həmidə ümumilikdə 3250 manat pul vermişdir. Ona dəymiş cəmi 3250 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə kirayə yaşadığından 3-4 sot torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Onunla “xxxx” MMC-də sürücü işləyən Zərərçəkmiş şəxs35 Yeni Suraxanı qəsəbəsində “Azərsun Holding”in anbarlarının yaxınlığında kreditlə sotu 2500 manata 3 sot torpaq sahəsi aldığını öyrənərək, xx xxxxxx 2014-cü il tarixdə saat 12 radələrində Zeynalla birlikdə Yeni Suraxanı qəsəbəsinə gedərək torpaq sahəsinə baxaraq bəyənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünün torpaq sahəsinə gələrək uşağının qan xəstəsi olduğunu söyləyərək İrana müalicəyə aparmaq üçün təcili 1000 manat pula ehtiyacı olduğunu, ona görə də torpağın sotunu 1000 manata satdığını bildirdiyindən, onun sonuncuya yazığı gəldiyi üçün 2 sot torpaq sahəsi almaq istədiyini bildirərək Zeynalla birlikdə Həmidin idarə etdiyi “BYD” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minərək özünün kirayə qaldığı Balaxanı qəsəbəsindəki evinə getmişlər. Evdən 1000 manat pulu götürüb yaşadığı evin qarşısında 2 sot torpaq sahəsinin 1 sotunun pulu kimi Həmidə vermişdir. 2 gün keçdikdən sonra, xx xxxxxx 2014-cü il tarixdə Həmid öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng vuraraq uşağının sağaldığını və minnətdarlığını bildirib, ona görüşərək torpağa dair etibarnaməni təqdim etməsini söylədikdən sonra, həmin gün saat 15 radələrində Həmid həyat yoldaşı Gülərlə birlikdə onun kirayə yaşadığı Balaxanı qəsəbəsinə gəlib onu götürərək birlikdə Maştağa qəsəbəsində yerləşən 17 saylı dövlət notariat kontoruna getmişlər. Həmid həyat yoldaşı Gülərlə birlikdə həmin notariat kontoruna girərək etibarnamə rəsmiləşdirib gətirib ona vermiş, etibarnamədə Şahid7 adından ona Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən və istifadəsində olan 0,30 hektar topraq sahəsinin 200 kv.metrini sərəncam vermək huququ göstərilmiş, Həmid avtomobili ilə onun yaşadığı evə düşürüb getmişdir. X4 2 sot torpaq sahəsi alınması üçün x xxxxxxxx 2014-cü il tarixdə saat 14 radələrində X86 qəsəbəsində satdığı torpaq sahəsində görüşərək 2000 manat pulu və Yusifin şəxsiyyət vəsiqəsini vermiş, həmin günün səhəri Həmidin arvadı Gülərlə yaşadığı evin küçə qapısına gələrək Yusifə 200 kv.metr torpaq sahəsinin həvalə edilməsi barədə etibarnamə vermişdir. 2014cü ilin noyabr ayının 6-da torpağın çıxarışının hazır olacağını söyləmiş, aradan 5 gün keçdikdən sonra Həmid onun mobil telefonuna zəng vuraraq uşağına sistem qoşulması üçün 600 manat pul lazım olduğunu bildirərək torpağın qalan pulunu istəmişdir. Həmin gün saat 19 radələrində Həmidlə Sabunçu qəsəbəsində yerləşən “Emin” kafesinin qarşısında görüşərək ona 600 manat pul vermişdir. Təxminən 3 həftə keçdikdən sonra Həmid yenə də ona zəng edərək 600 manat pul lazım olduğunu söyləmiş, həmin gün axşam saat 20 radələrində Həmid arvadı Gülərlə onun kirayə qaldığı evin küçə qapısına gələrək 600 manat pulu almışdır. xx xxxxxxx 2014-cü il tarixdə Həmid ona zəng vuraraq torpağın çıxarışı üçün 242 manat pul lazım olduğunu bildirmiş, Həmidə işlədiyi yerə gəlməyi xahiş etmişdir. Həmid onun iş yerinə gəlmiş, əlində iş olduğu üçün 485 manat pulu iş yoldaşı Zərərçəkmiş şəxs35 vermiş, Zeynal isə Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında Həmidə vermişdir. Həmidlə əlaqə saxladığı zaman o, həmin məbləği aldığını bildirmişdir. Noyabr ayının 6-da Həmidə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Həmin ayın 11-də Həmiddən torpaq almış iş yoldaşları Ənnağı və Elçinlə birlikdə Abşeron rayon Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə getmişlər. Həmid və onun həyat yoldaşı Gülərin adına torpaq sahəsi olub-olmadığı ilə maraqlanmışlar, orada həmin şəxslərin adına heç bir torpaq sahəsi olmadığını öyrəndikdən sonra Həmid tərəfindən aldandıqlarını başa düşmüşlər. Həmidə ümumilikdə 4685 manat pul vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir, pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 2014-cü ilin avqust ayında torpaq almaq fikrinə düşmüş, həmin ərəfədə iş yoldaşı X63 qəsəbəsində torpaq sahəsi aldığını öyrənərək xx xxxxxx 2014-cü il tarixdə saat 17 radələrində iş yoldaşları Zeynal və Səbuhi ilə bilikdə Səbuhinin torpaq sahəsi aldığı əraziyə getmişlər. Orada özünü torpaq sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs də torpaq sahəsinə gələrək, torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirmiş, qızının qan xəstəsi olduğunu, təcili olaraq İran İslam Respublikasına aparacağına görə torpaq sahəsini ucuz qiymətə satdığını demişdir. O, Həmidlə torpaq sahəsinin bir sotunu 1500 manata razılaşaraq 3 sot torpaq sahəsi alacağını demiş, Həmidə təcili pul lazım olduğundan Zeynalla birlikdə Həmidin avtomobili ilə yaşadığı evə gələrək evdən 600 manat pul götürərək Həmidə vermişdir. Həmid onun adına etibarnamə verməsi üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin şəxsiyyət vəsiqəsi Naxçıvan MR-da evdə qaldığı üçün oğlu X25 şəxsiyyət vəsiqəsini Həmidə vermişdir. Həmin günün səhəri saat 12 radələrində Həmid istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində ***-***-**-** mobil nəmrəsinə zəng vuraraq etibarnamənin hazır olduğunu söyləyib avtomobili ilə onların yaşadığı evin küçə qapısına həyat yoldaşı ilə birlikdə gəlmişdir. Həmidin arvadı ağlayaraq onlara kömək etməsini xahiş etdiyindən o, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında torpağa görə 1000 manat pulu Gülərə vermişdir. O, çıxıb getdikdə Həmid ona 2014-cü ilin noyabr ayının 6-sı torpağın çıxarışının hazır olacağını bildirmişdir. Lakin Həmidin dediyi tarixdə çıxarışın verilmədiyini görüb aldandığını başa düşərək Həmiddən 800 manat pul və 300 manat dəyərində noutbuk almış, Həmidin ona 500 manat borcu qalmışdır. Sonradan ona dəymiş maddi ziyandan 300 manat da ödənilmiş, 200 manat isə ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, böyük oğlu Rəcəbə toy etmək istəmiş, lakin oğlunun evi olmadığı üçün yoldaşı ilə belə qərara gəlmişlər ki, torpaq sahəsi alıb orada oğlu üçün ev tiksinlər. Bu məqsədlə o, yoldaşı ilə birlikdə Yeni Suraxanı qəsəbəsinə getmişdir. Orada ev-torpaq alverçiləri ilə söhbət edərkən Həmid adlı şəxs onların yanlarına gələrək torpaq alqı-satqısı ilə məşğul olduğunu bildirmiş və ucuz qiymətə torpaq sahəsi olduğunu demişdir. Onlar Həmidlə birlikdə onun göstərdiyi Suraxanı rayonu, Yeni Suraxanı qəəsəbəsində “Azersun Holding” anbarının yanında yerləşən torpaq sahəsinə baxmışlar, torpaq sahəsi xoşlarına gəlmişdir. Onlar Həmidlə 7 sot torpaq sahəsini sotunu 1500 manata danışmışlar. Həmin günün səhəri o, yoldaşı ilə birlikdə Həmidlə görüşmüş və birlikdə Nərimanov rayonu ərazisində yerləşən notariusa getmişlər. Həmin notariusda oğlu Rəcəbin adına etibarnamə vermiş və onlar oradan evə gəlmişlər. Evdən 9000 manat pulu götürərək Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısına gəlib Həmidə vermişdir. Həmid pulu götürüb çıxıb getmişdir. Həmid çıxıb gedəndən sonra onlar sənədə baxan zaman görmüşlər ki, sənəddə göstərilən ərazi tikiniti məqsədləri üçün istifadə olunmur. Bundan sonra o, tək Həmidin yaşadığı evə getmişdir. Həmidin evində qapını yoldaşı açmış və ona Həmidin bu gün Moskva şəhərinə getdiyini bildirmişdir. Həmin günün səhəri o, torpaq sahəsinə getmişdir. Torpaq sahəsinə baxan zaman neft işçiləri ora gəlmişlər və ona bildirmişlər ki, bu torpaq sahəsi neft şirkətinə məxsusdur. Sonradan Həmidlə görüşəndə onlara demişdir ki, oğlunun müalicəsi üçün bu pulu götürmüşdür, onlara qaytaracaqdır. Lakin o vaxtdan Həmid müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Ona dəymiş cəmi 9000 manat maddi ziyandan 1000 manat ödənilmişdir, qalan pul ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, xx xxxxx 2014-cü il tarixdə Yeni Suraxanı qəsəbəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmid ona Yeni Suraxanı qəsəbəsində hasarı olmayan torpaq sahəsi göstərərək özünə məxsus olduğunu, lakin torpaq sahəsinin sənədinin arvadı Şahid7 adına olduğunu bildirmişdir. O, 2 sot torpaq sahəsini almağa Həmidlə 4600 manata razılaşmışdır. Həmin gün Həmid və arvadı Gülər Suraxanı qəsəbəsində yerləşən 10 saylı notiariat kontoruna gələrək onun adına etibarnamə rəsmiləşdirdikdən sonra Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında Həmidə 4600 manat pul vermişdir. Torpaq sahəsinə 2000 ədəd mişar daşı, qum və sement alıb tökərək usta çağırıb iki otaqlı evin bünövrəsini qaldırdıqdan sonra Neft Şirkətinin əməkdaşları gələrək həmin torpaq sahəsinin dövlətə məxsus olduğunu bildirdikdə Həmiddən aldığı etibarnaməni onlara təqdim etmişdir. Həmin şəxslər sənədi oxuyub etibarnamədə göstərilən torpaq sahəsinin Abşeron rayonu donuzkökəltmə sovxozunun ərazisində yerləşdiyini bildirdikdən sonra aldanıldığını başa düşərək Həmidin yaşadığı evi tapıb onunla görüşərək verdiyi pulu geri istəmişdir. Həmid isə iki ildən artıq müddətdə bu gün, sabah qaytararam söyləyərək pulunu qaytarmamışdır. Ona dəymiş 4600 manat maddi ziyan ödənilsə də, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, 2016-cı ilin may ayının axırlarında ev almaq məqsədi ilə internet vasitəsi ilə ev alqı-satqısı şəbəkəsinə daxil olaraq Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evin satıldığını müəyyən edib elan verilən 070 *** ** ** nömrəsinə zəng etmişdir. Telefonu götürən şəxs özünü Həmid adlandıraraq məqsədlərini bilib onu internetdə ünvanı yazılmış evə dəvət etmişdir. xx xxx 2016-cı il tarixdə saat 10 radələrində arvadı Gülxarla həmin ünvana getmişdir. Evdə onları Təqsirləndirilən şəxs qarşılamış, evi 12.000 manata satdığını bildirmişdir, onlar həmin qiymətə razılaşmışlar. Pul kirayə qaldığı yataqxanada olduğundan Həmidin idarə etdiyi avtomobilə oturub yaşadıqları yataqxanaya getmişlər. Evdən 12.000 manat pulu götürüb Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 9 saylı notariat kontoruna getmiş, Həmid notariusda etibarnamə yazdıraraq ona verdikdən sonra 12.000 manat pulu sayıb notariat kontorunda ona vermişdir. Həmiddən evi boşaltmağı tələb etdikdə o, üç gün vaxt istədiyindən razılaşmışdır. Üç gündən sonra Həmid evi boşaltmayaraq əlavə bir həftə də vaxt istəmiş, ondan Nizami rayonu, H.Əliyev prospekti 101 saylı ünvanda 200 manat da alaraq həmin pula evin texniki pasportunu düzəldəcəyini vəd etmişdir. Bir həftə vaxt da qurtardıqdan sonra Həmidin evinə getmiş, lakin Həmid evdən çıxmayacağını bildirərək onu hədələməyə başlamışdır. Aldandığını başa düşərək Suraxanı rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ona dəymiş 12.200 manat maddi ziyandan cəmi 3000 manat ödənilmişdir, qalan pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, yaxın qohumu olan və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində yaşayan Şahid6 2016-cı ilin iyun ayının əvvəllərində ona qonşuluqda yaşayan Həmid adlı şəxsin evini təcili satmaq istədiyini bildirmişdir. xx xxxx 2016-cı il tarixdə saat 11 radələrində Vasifgilə gedərək onunla birlikdə Həmidin yaşadığı evə getmişlər. Həmidlə yaşadıqları evi 15.000 manata evdə olan əmlakla və bir sot torpaq sahəsi verilməklə almağa razılaşmışlar. Həmin gün oğlu Elşən, arvadı Nəzakət, Şahid6 və Həmidlə birlikdə Bakı şəhəri 9 saylı notariat kontoruna getmişlər, Həmid onun oğlunun adına bütün əmlakına sahib olmasına etibarnamə rəsmiləşdirərək vermiş, etibarnamə alınan gün saat 16 radələrində Həmidin yaşadığı evə gedərək 5000 manat beh vermiş, Həmid evi onun oğlunun adına sənədləşdirməyi də öhdəsinə götürmüşdür. xx xxxx 2016cı il tarixdə Həmid onunla telefon əlaqəsi saxlayaraq pulun qalanını da istəmiş, həmin gün saat 12 radələrində Həmidə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanda 8580 manat da pul vermişdir. Bundan sonra Həmidlə X22 Asif adlı şəxslə görüşmüşlər, bələdiyyəsinin binasında Həmid Asifin otağına girib-çıxaraq Asifə 300 manat pul verdiyini bildirərək evin sənədlərini bir həftəyə hazırlayıb verəcəyini demişdir. Özü də Vasiflə bələdiyyədə olmuş, söhbət zamanı Asif onun oğlunun şəxsiyyət vəsiqəsini təqdim etməsini və sənədlərin hazırlanacağını demişdir. Həmid yoxa çıxdıqdan sonra Asiflə görüşmüş, Asif Həmidin zəng vuraraq onunla razılığa gəlmədiyini və ona görə də sənədləri hazırlamamasını dediyini bildirmişdir. Həmin vaxtdan Həmidi görməmiş, dəfələrlə Həmidin yaşadığı evə getmiş, Həmid ona anasının başqa yerdə torpaqları olduğunu, satıb pulu verəcəklərinə vəd vermiş, aldandığını başa düşüb hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Sonradan ona dəymiş cəmi 13.580 manat maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs şikayəti yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onu Qaraçuxur qəsəbəsində yerləşən torpaq, ev alqı-satqısı ofisində “makler” işləyən Hilal və Nizami adlı şəxslər tanış etmişlər. 2013-cü ilin sentyabr ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, 6-cı döngədə kirayədə yaşadıqları zaman onlarla qonşuluqda X59 adlı torpaq, ev alqı-satqısı ilə məşğul olan şəxs yaşamış, Hilal onun oğlu Elşənə ofisinə gəlmələrini, onlar üçün 2 sot torpaq sahəsi tapdığını söylədiyi üçün oğlu ilə 2013-cü ilin sentyabr ayının əvvəllərində Bilalın Qaraçuxur qəsəbəsindəki ofisinə getmişlər. Ofisə daxil olanda X51 da orada olmuş, Nizami adını onlara Allahyar kimi bildirmiş, Hilal onları Nizami ilə tanış edərək torpağı onun satdığını bildirmişdir. Nizami isə torpaq sahəsinin ona yox, Həmid adlı şəxsə məxsus olduğunu, özünün vasitəçi olduğunu bildirərək torpağın x xxxxxxx 5000 manatdan satıldığını onlara bildirmişdir. Həmin gün Hilal və Nizami ilə birlikdə torpaq sahəsinə baxmağa gəlmişlər, torpaq sahəsi Həmid və ailə üzvlərinin yaşadığı evin arxa hissəsində olmuşdur. Torpaq sahəsinə baxıb bəyənmişlər, həmin vaxt Həmid orada olmamışdır. Oradan Hilalın ofisinə qayıtmışlar, Hilal və Nizami ondan pulu gətirməsini xahiş etmişlər. O, oğlu ilə evə gedərək 3500 manat pulu götürərək ofisə qayıtmış və Hilala təqdim etmişdir. Hilal pulu sayıb Nizamiyə vermiş, Həmidin onunla əlaqə saxlayıb torpağa aid sənədləri rəsmiləşdirəcəklərini söyləmişlər. 1000 manat pulu da torpağın rəsmiləşdirilməsi üçün Həmidə verilməsi ilə razılaşmışlar. Aradan bir həftə keçmiş Həmid öz istiafadəsində olan 070 *** ** ** nömrəsi ilə onun istifadəsində olan 050 *** ** ** nömrəsinə zəng edərək ofisin qarşısında gözlədiyini bildirmişdir. Oğlu ilə birlikdə Hilal və Nizaminin işlədikləri ofisin qarşısına gedərək Həmidlə görüşmüş, avtomobilə oturub Hövsan qəsəbəsində yerləşən 35 saylı notariat kontoruna getmişlər, notariat kontorunun qabağında Həmid ona Nizami və Hilalın cəmi 2500 manat pul verdiyini söyləmiş, 1000 manat pulun Hilal və Nizamidə qaldığını, torpaq ona məxsus olduğundan həmin pul da ona çatmalı olduğunu söyləyərək, onlarla çörək kəsdiyindən utandığını və pulu həmin şəxslərdən alıb ona verməsini tələb etmişdir. Kontorun qabağında Həmidə 1000 manat pul verdikdən sonra əri X34 şəxsiyyət vəsiqəsini və notariusa verilməsi üçün 10 manat pulu da Həmidə vermişdir. Həmid notariat kontoruna daxil olaraq öz adından etibarnamə gətirərək ona verdikdən sonra o, geri qayıdıb Nizami ilə Hilalı taparaq, 1000 manat pulu tələb etmişdir. Aradan bir neçə gün keçmiş həmin məbləği Hilalın ofisində almış, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 107 saylı ünvanın qarşısına gələrək Hilaldan aldığı məbləği Həmidə vermişdir. Aradan bir ay keçmiş həmin sahəyə getmiş, orada Həmidin ona satdığı torpaq sahəsini başqa adamlara satdığını öyrənmişdir. Həmin adamlar ona orada tikinti işi aparmağa imkan verməmişlər. Oradan Hilalın ofisinə gedib hadisəni ona danışmış, Hilal zəng edib Nizamini çağırdıqdan sonra hər ikisi onu arxayın edərək həmin sahədə onun üçün ev tikəcəklərini vəd etmişlər. Aradan on gün keçmiş Hilalla Nizami onun yaşadığı evə gələrək evin tikintisi üçün pul istəmişdir. Özündə olan 2500 manat pulu Hilala vermiş, Hilal da pulu sayıb Nizamiyə vermişdir. Onlar çıxıb gedərkən hər ikisi yenə də onu əmin edərək evi tikməyə başlayacaqlarını və evin sənədlərini də qaydaya salacaqlarını bildirmişlər. Bir müddət keçdikdən sonra Nizami ilk aldığı torpaq sahəsindən aralı iki sot torpaq sahəsində bünövrə qazdırdığını bildirmiş, 250 manat, sonra da 50 manat pulu Nizami Hilalın ofisinin qabağında ondan alaraq həmin sahəyə daş tökdürüb daşları düzdükdən sonra həmin yerin də başqa adama satıldığı müəyyən olmuşdur. Nizaminin yaşadığı evə gedərək bu barədə ona bildirəndə Nizami başqa yerdə torpaq sahəsi ayrıldığını bildirərək ondan yaşadığı evdə 1500 manat alaraq ona Yeni Suraxanı qəsəbəsində 0,03 ha torpaq sahəsi verilməsi barədə xx xxxxxxxx 2014-cü il tarixli Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 390 saylı sərəncamının surətini təqdim etmişdir. Həmin sahədə də tikiinti işləri aparılmasına özlərini “Socar” əməkdaşları kimi təqdim edən şəxslər icazə verməmişlər, bundan sonra Nizami Qabil adlı şəxsi onunla tanış edərək onun 2 sot torpaq sahəsini ona verdiyini bildirmişdir. Nizaminin evində 500 manat pulu Qabilə verdikdən sonra hissə-hissə Qabilə daha 600 manat pul vermiş, 1400 manat da verməli olmuş, lakin Nizami ailəsi ilə Türkiyəyə köçdüyündən onunla mobil telefon əlaqəsi yaratmış, Nizami mart ayında Bakı şəhərinə gəlib bütün məsələləri həll edib onun pulunu qaytaracağını vəd etmişdir. Beləliklə də Həmidə cəmi 4500 manat, Nizamiyə 4350 manat, 1100 manat isə Qabilə vermişdir. Hazıradək onun nə pulu qaytarılmamış, nə də torpaq sahəsi verilməmişdir. Hazırda ona dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs ödəməmişdir, lakin ondan şikayətçi deyil. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, onunla birlikdə “xxxx” MMC-də sürücü işləyən Zərərçəkmiş şəxs35 Yeni Suraxanı qəsəbəsində “Azərsun Holding”in anbarının yanında kreditlə sotu 2500 manata 3 sot torpaq sahəsi aldığını ona söyləmişdir. Zeynaldan başqa orada işləyən şəxslərin də torpaq sahəsi aldıqlarını öyrənmişdir. 2014-cü ilin sentyabr ayının əvvəllərində Zeynal onu Yeni Suraxanı qəsəbəsində aldığı torpaq sahəsində Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Həmidlə sotu 2000 manata 4 sot torpaq sahəsi almağa razılaşmış, torpağa aid sənəd olub-olmaması ilə maraqlandıqda Həmid torpağa aid bütün sənədləri özünün düzəldib ona verəcəyini vəd etmişdir. O, Həmidə inanaraq aradan bir neçə gün keçmiş Həmidlə əlaqə saxlayaraq onunla Yeni Suraxanı qəsəbəsində satdığı torpaq sahəsində görüşərkən, Həmid ona arvadı Şahid7 adına Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində 2 sot torpaq sahəsinin sərəncamına verilməsi barədə x xxxxxxxx 2014-cü il tarixli etibarnamə təqdim etmişdir. Torpaq sahəsində etibarnamə alınan tarixdə saat 15 radələrində 4340 manat pulu Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında Həmidə vermiş, qalan pulları isə torpağın çıxarışını Həmid ona təqdim etdikdən sonra verməyi razılaşmışlar. Lakin günlər keçdikcə Həmid hər dəfə bir bəhanə gətirərək torpağa aid sənədləri təqdim etmədiyindən iş yoldaşları Ağəli, Zeynal, Zamin və Səbuhi ilə birlikdə Abşeron rayonunda yerləşən ərazi reyestr xidmətinə getmişlər, orada həmin torpaq sahəsinin X12 adına rəsmiləşdirildiyini, Həmid və arvadı Şahid7 həmin torpağa aid heç bir aidiyyətləri olmadığını öyrənmişlər. Bundan sonra iş yoldaşı və Həmiddən torpaq almış Ağəli Babayev, Hikmət adlı şəxsi axtarıb taparaq bu barədə söhbət etdikdə, Hikmət torpağı Həmidə satdığını, lakin Həmidin torpağın pulunu ona vermədiyindən ondan geri aldığıını demişdir. Həmidin onlara göstərdiyi torpaq sahəsi Neft Şirkətinə məxsus torpaqlar olmuş, onlara satılmış torpaq sahəsinin etibarnamədə göstərilən torpaq sahəsinə heç bir aidiyyəti olmamışdır, Həmidin onlara göstərdiyi torpaq sahəsi “Azərsun Holding”in anbarlarının yaxınlığında olmuşdur. X16 məxsus torpaq sahəsinin həmin ərazidən təxminən 5-6 km aralıda olduğunu öyrəndikdən sonra verdiyi pulu geri tələb etmişdir. Lakin Həmid ona və torpaq almış iş yoldaşlarına müxtəlif vədlər verməyinə baxmayaraq indiyədək verdiyi pulu ödəməmişdir. Ona dəymiş cəmi 4300 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində göstərmişdir ki, 2014-cü ilin may ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində torpaq və ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmid ona Yeni Suraxanı qəsəbəsində yerləşən anbarların yaxınlığında düzəngahda torpaq sahəsi göstərərək hər sotunu 2000 manatdan satdığını bildirmişdir. Torpağa aid sənəd olub-olmaması ilə maraqlandıqda Həmid söz verərək torpağa aid bütün sənədləri özünün düzəldib verəcəyini vəd etmişdir. O, Həmidə inanmışdır. Aradan bir neçə gün keçmiş Həmidlə əlaqə saxlayaraq onunla Yeni Suraxanı qəsəbəsində satdığı torpaq sahəsində görüşmüşdür. Həmid ona arvadı Şahid7 adına Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində 2 sot torpaq sahəsinin sərəncamıma verilməsi barədə xx xxx 2014-cü il tarixli etibarnamə vermişdir. Buna görə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında Həmidə 4000 manat pul vermişdir. Həmid torpağın çıxarışını almaq üçün də həmin yerdə ondan 400 manat da pul almışdır. Sonradan ərazidə tikinti işləri aparmaq məqsədi ilə həmin yerə getdikdə, orada olan şəxslərdən torpaq sahəsinin Neft Şirkətinin ərazisi olduğunu öyrənmişdir. Həmin gün Həmidi taparaq bu barədə ondan xəbər aldıqda, Həmid əvvəlcə torpağın etibarnamədə göstərilən əraziyə aid olmasını bildirmiş, sonradan isə ona möhlət verərək aldığı pulu qaytaracağını vəd etmişdir. Lakin Həmid vədinə əməl etməmişdir. Ona dəymiş cəmi 4400 manat maddi ziyan ödənilməmişdir, pulunu tələb edir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, 2014-cü ilin iyun ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Həmidlə sotu 1500 manata 3 sot torpaq sahəsi almağa razılaşmışlar. Torpağa aid sənədlərin olub-olmaması ilə maraqlandıqda Həmid torpağa aid bütün sənədləri özünün düzəldib ona verəcəyini vəd etmişdir. Həmidə inanaraq aradan bir neçə gün keçmiş onunla əlaqə saxlamış, Yeni Suraxanı qəsəbəsində satdığı torpaq sahəsində görüşmüşlər. Həmid ona arvadı Şahid7 adına Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində 3 sot torpaq sahəsinin sərəncamına verilməsi barədə x xxxx 2014-cü il tarixli etibarnamə verdiyindən Nizami rayonu, H.Əliyev prospekti 110 saylı ünvanın qarşısında etibarnamə alınan tarixdə saat 14 radələrində 3000 manat pul verərək, qalan 1500 pulu isə torpağın çıxarışını Həmid ona təqdim etdikdən sonra verməyi razılaşmışlar. Lakin günlər keçdikcə Həmid hər dəfə bir bəhanə gətirərək torpağa aid sənədləri təqdim etmədiyindən iş yoldaşları Ağəli və Səbuhi ilə birlikdə Abşeron rayonunda yerləşən ərazi reyestr xidmətinə getmişlər, orada həmin torpaq sahəsinin X12 adına rəsmiləşdirildiyini, Həmid və arvadı Şahid7 həmin torpağa aid heç bir aidiyyətləri olmadığını öyrənmişlər. Bundan sonra iş yoldaşı və Həmiddən torpaq almış Ağəli Babayevlə birlikdə Hikmət adlı şəxsi axtarıb taparaq bu barədə söhbət etdikdə Hikmət torpağı Həmidə satdığını, lakin Həmid torpağın pulunu ona vermədiyindən geri aldığını söyləmişdir. Həmidin onlara göstərdiyi torpaq sahəsinin Neft Şirkətinə məxsus torpaqlar olduğunu, onlara satılmış torpaq sahəsinin etibarnamədə göstərilən torpaq sahəsinə heç bir aidiyyəti olmadığını, Həmidin onlara göstərdiyi torpaq sahəsinin “Azərsun Holding”in anbarlarının yaxınlığında olduğunu, X16 məxsus torpaq sahəsinin həmin ərazidən təxminən 5-6 km aralıda olduğunu öyrəndikdən sonra Həmiddən verdiyi pulu tələb etmişlər. Həmid ona və torpaq almış iş yoldaşlarına müxtəlif vədlər verməsinə baxmayaraq pulu ödəməmişdir. Həmidin həyat yoldaşı Şahid7 bir dəfə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 7 saylı notariat kontorunda ona etibarnamə verən zaman görmüşdür. Həmidlə arvadı notariusa girib etibarnaməni rəsmiləşdirdikdən sonra geri qayıdıb Həmid etibarnaməni ona vermişdir. Həmidin arvadı Gülərlə torpaq alqı-satqısı və pulun verilməsi barədə heç bir söhbəti olmamışdır, bütün söhbətlər Həmidlə aparılmışdır. Ona dəymiş cəmi 3000 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayının əvvəlində özünə almaq üçün ev axtaran vaxt internet saytları olan “Lalafo”-da, Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 25.000 manat, ilkin ödəniş 8000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı mobil telefon nömrəsinə zəng edərək “makler” Rasim adlı şəxslə telefonda danışmışdır. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında Rasimlə görüşmüşdür. Rasim onu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə aparmışdır. Təqsirləndirilən şəxs evdə olmamışdır. Ev bir mərtəbəli, iki otaq, bir mətbəxdən ibarət evi telefon vasitəsilə 25.000 min manata kreditlə ilkin olaraq 7000 manat ödəməyi, hər ay isə 300 ödəməli olduğuna razılaşmışlar. O, 200 ABŞ dolları pulu Həmidin həyat yoldaşı Gülərə beh vermişdir. İki gündən sonra Həmid ona zəng etmiş və demişdir ki, təcili pul lazımdır. O, demişdir ki, hazırda cəmi 3500 manatı var. xx xxxxxx 2018-ci il tarixdə saat 15 radələrində 31 nömrəli notariat kontorunda Həmidlə görüşmüş və notariat kontorunda aralarında müqavidlə bağlanmış və o, ilkin verdiyi behi də hesablamaqla, yəni üstünə gəlməklə 3500 manat pul notariusda Həmidə vermişdir. Danışıqları belə olmuşdur ki, qalan 3500 manatı yanvar ayının axırına kimi verəcək və xx xxxxxx 2018-ci il tarixdə evə köçəcəkdir. Üç gündən sonra Həmid ona zəng etmişdir ki, 1000 manat pul lazımdır. xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində işlədyi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 10A nömrəli ünvanın qarşısında Həmidə 1000 manat pul vermişdir. Sonra Həmid ona zəng edərək demişdir ki, mətbəxi təmir etdirir, 600 manat pul lazımdır. xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində iş yerinin qarşısında Həmidə 600 manat vermişdir. xx xxxxxx 2018-ci il tarixdə, saat 13 radələrində Nizami rayonu H.Əliyev prospekti 10A saylı ünvanın qarşısında Həmidə 1500 manat pul vermişdir. 2018-ci ilin fevral aynın əvvəllərində Həmidin həyat yoldaşı Gülər ona zəng etmiş və demişdir ki, Həmid Bakıda yoxdur, İrana gedib, xəstəsi var. Artıq həmin vaxt o, öyrənmişdir ki, Həmid həmin evi başqa adamlara da satmış, daha doğrusu onları aldatmışdır. Bundan sonra Həmid onunla yalnız “votsap” vasitəsilə əlaqə saxlamış və söz vermişdir ki, onun pulunu qaytaracaqdır. Sonra öyrənmişdir ki, Həmid Göygöl rayonuna getmişdir. O, Gülərə zəng etmişdir ki, onu niyə aldadırlar, Həmid İrana getməmişdir. Gülər ona telefonda danışmışdır ki, Həmiddən bezib, o, başqa adamları da aldatmışdır. Bundan sonra Həmid “votsap” vasitəsilə əlaqə saxlamışdır ki, heç yerə şikayət etməsin, xx xxxx 2018-ci il tarixdə onun evinə gəlsin, pulunu qaytaracaqdır. xx xxxx 2018-ci il tarixdə Həmidin evinə getmiş, lakin Həmid evdə olmamışdır. Həmidin yoldaşı Gülər ona 1000 manat qaytarmışdır. O, Gülərdən pulun qalanını soruşmuş, Gülər demişdir ki, Həmid bunu göndərmişdir, 3-4 günə pulu tam qaytaracaqlar. Lakin bundan sonra Həmid onu aldatmış və pulunu qaytarmamışdır. Ona dəymiş 6600 manat maddi ziyandan Təqsirləndirilən şəxs cəmi 1000 manat ödəmişdir, sonradan həbs olunduğuna görə ona qarşı şikayəti yoxdur. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, yaşadığı ev kiçik, şəraitsiz olduğundan və uşaqları artıq böyüdüklərindən 2013-cü ilin əvvəllərində qərara gəlmişdir ki, evi satıb, torpaq alaraq ev tiksin. Bu məqsədlə 2013-cü ilin əvvəllərindən 20-ci sahə ərazisində ev alqı-satqı ofisində fəaliyyət göstərən maklerlərə evinin satılması ilə bağlı elan verib onlardan müştəri tapmalarını xahiş etmişdir. Maklerlərə elan verdikdən sonra evinə bir neçə müştəri çıxıb baxsa da, sonda xx xxxxxxx 2013-cü il tarixdə əslən Masallı-Lənkəran bölgəsindən olan ailəyə 28.000 ABŞ dollarına satmışdır və evdən çıxmaq üçün bir ay möhlət almışdır. Evi satdıqdan sonra qərara gəlmişdir ki, şəhərətrafı qəsəbələrin ərazisindən ucuz qiymətə torpaq sahəsi alıb ev tiksin. Bu məqsədlə bütün maklerlərə fikrini bildirib, ona torpaq sahəsi tapmalarını xahiş etmişdir. Evi satdığı gündən 5-6 gün sonra 20-ci sahədə yerləşən Eldar adlı “makler”in ev alqı-satqısı ofisinin qarşısından keçəndə Eldarla rastlaşmışdır. Eldar ondan soruşmuşdur ki, evi neylədi, sata bildimi, o da cavabında bildirmişdir ki, təzəlikcə satmışdır. Eldar soruşmuşdur ki, bəs nə fikirləşir, nə almaq istəyir, o da qiyməti 18.000-20.000 ABŞ dolları qiymətinə xoşu gələn ev olsa, ev almaq istədiyini, olmasa şəhərətrafı qəsəbələrdən ucuz torpaq sahəsi tapıb ev tikmək istədiyini demişdir. Eldar ona demişdir ki, onda həmin qiymətə ev yoxdur, amma istəsə dostu Əsəd var, o da maklerdir, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında fəaliyyət göstərir, Əsədə deyə bilər, ona torpaq sahəsi tapmaqda kömək edər. O da Eldara demişdir ki, Əsədlə danışsa, pis olmaz. Eldar onun yanında Əsədə zəng edib danışmış və onun nömrəsini vermişdir ki, zəng etsin, Əsədlə görüşüb danışsın. Həmin vaxt işi ilə əlaqədar başqa yerə getməli olduğuna görə Eldardan ayrılıb öz işlərinin arxasınca getmişdir. Səhəri gün Əsədə zəng edib danışaraq onun işlədiyi ofisə getmişdir. Əsədlə görüşüb istəyini bildirmiş, 18.000- 20.000 ABŞ dollarına qədər hazır ev olsa, almaq istədiyini bildirmişdir. Əsəd ona demişdir ki, həmin qiymətə qardaşının Binə qəsəbəsi, Sovxoz deyilən yerdə evi var, 18.000 ABŞ dollarına satır, alası olsa 17.000 ABŞ dollarına da verər, istəyirsə gedib baxsınlar. O da Əsədə bildirmişdir ki, o, tək gəlmişdir, evə ailəsi də baxmalıdır, qalsın sabaha, ailəsi ilə gələr, gedib baxarlar. Sabahısı gün həyat yoldaşı Ulduzla birlikdə Əsədin ofisinə getmiş və üçü birlikdə Binə qəsəbəsinə Əsədin qardaşının evinə baxmağa getmişlər. Həmin ev normal vəziyyətdə olsa da, yerləşmə yeri şəhərdən, eləcə də avtobus danacağından çox uzaq məsafədə olmuş, bir sözlə əlverişsiz yerdə yerləşmişdir. Ona görə elə oradaca Əsədə fikrini bildirmişdir. Birlikdə geri qayıdan zaman Əsəd torpaq sahəsi istəyibistəmədiyini soruşmuş, o da cavabında bildirmişdir ki, olsa istəyər. Əsəd təklif etmişdir ki, Yeni Suraxanı qəsəbəsində tanış makler var, yolüstü gedib onun ofisinə maraqlanarlar. Əsəd onları X87 adlı “makler”in ofisinə aparmışdır. Habil bildirmişdir ki, tanışı Aslan adlı “makler”in əlində Ramanı qəsəbəsində satdıq torpaq sahələri var, oradan istəyərmi, o, baxmaq lazım olduğunu bildirmişdir. Habil Aslana zəng edib onu ofisə çağırmış, Aslan ofisə gəlmiş və təklif etmişdir ki, torpaq sahələrinə gedib baxsınlar. O, yoldaşı Ulduz, Əsəd və Aslan Ramanı qəsəbəsinə gedib, torpaq sahələrinə baxmışllar, həmin torpaq sahələri çöllük ərazidə yerləşmiş, ətrafda yaşayış olmamış, həmçinin heç bir kommunikasiya qovşağı olmayan yer olduğuna görə Aslana fikrini bildirmişdir ki, bu yerlərdən xoşu gəlməmişdir. Onlar birlikdə Habilin ofisinə gəlmişlər. Ofisdə Aslan ona bildirmişdir ki, dostu özünə məxsus torpaq sahəsini satır, o, neçə sot istəsə satar, həmin yerin qiyməti 5000 manatdır, ancaq ona 3000 manata satar, istəyirsə həmin şəxsi çağırsın, torpaq sahəsinəvdə baxsınlar, o, razılaşmışdır. Aslan telefonla Həmid adlı şəxsə zəng edib bildirmişdir ki, onun torpağına müştəri var, baxmaq istəyir, gəlsin Əsədin ofisinə. Təxminən bir neçə dəqiqədən sonra Həmid ofisə gəlmişdir. Onlar görüşmüşlər və birlikdə Həmidin torpaq sahəsinə gedib baxmışlar. Həmin torpaq sahəsi çox əlverişli yerdə olmuş, məktəbə, məscidə və avtobus dayanacağına yaxın yerdə yerləşmişdir. Onlar elə oradaca Həmidlə Aslana torpaq sahəsinin yerini bəyəndiyini və 2 sot torpaq almaq istədiyini, ancaq sabah yenidən uşaqlarla birlikdə gəlib baxmaq istədiyini bildirmişdir. Həmidin və Aslanın mobil telefon nömrələrini götürüb onlardan ayrılmışlar. Səhəri gün o, uşaqları götürüb Yeni Suraxanı qəsəbəsinə gedərək Həmidə zəng edib onun torpaq sahəsinə baxmışlar. Uşaqlar da torpağa baxıb bəyəndikdən sonra o, Aslana zəng edib onu çağırmışdır. Aslan gəldikdən sonra o, torpaq sahəsini bəyəndiyini və almaq qərarına gəldiyini bildirmişdir. Aslan və Həmid bildirmişlər ki, sabah Həmid notariusdan sənədləri alıb hazırlayacaq, sabah görüşüb sənədləri verəndə pulu verər. Səhəri gün saat 10:30 radələrində Həmid ona zəng edib bildirmişdir ki, sənəd hazırdır, görüşsünlər, sənədləri versin. Həmid özü “20ci sahə” dairəsinə gəlmiş, bundan təxminən 10 dəqiqə sonra Aslan ona zəng edib bildirmişdir ki, Həmid ona zəng edib, sənədlər hazırdır, o da gəlir “20-ci sahə”yə, onsuz Həmidə pul verməsin. Təxminən 30-40 dəqiqədən sonra onlar birlikdə taksi maşını ilə “20ci sahə” dairəsinə gəlmişlər. Sonradan bilmişdir ki, taksi sürən Həmidin qardaşı olmuşdur. Onlar “20-ci sahə”də yerləşən “Dünya Market”in qarşısındakı kafenin bayıra çıxarılmış masasında oturub çay sifariş etmişlər. Həmid notariusun təsdiq etdiyi etibarnaməni və torpaq sahəsinə dair sənədləri vermişdir. O, oğlu Nicata zəng edib bildirmişdir ki, evdən 6000 manat pulu gətirsin. Təxminən 3-5 dəqiqə sonra Nicat evdən pulu gətirmiş, o, pulu həmin şəxslərin və Nicatın yanında sayıb Aslana verib demişdir ki, özü də pulu saysın. Aslan pulu saydıqdan sonra Həmid demişdir ki, 50 manat da pul vermişdir notariusa, onu da versin. O, cibindən 50 manat da çıxardıb Həmidə vermişdir. Bundan sonra Aslan bildirmişdir ki, sabahdan tikinti materialı gətirib oraya töküb tikintiyə başlaya bilər. Səhəri gün o, Aslana zəng etmişdir ki, işə başlaya bilərmi, Aslan isə demişdir ki, başlasın, gedib tikinti materialları alıb işə başlasın, narahat olmasın, bir şey olsa ona zəng eləsin. O da tikinti bazarından bir maşın daş alıb torpaq sahəsinə gətirib boşaltdırıb, yenidən qum almaq üçün bazara qayıtmış, bir maşın da qum alıb torpaq sahəsinə gələndə görmüşdür ki, orada 2 nəfər qadın, bir nəfər cavan və bir nəfər də orta yaşlı oğlan dayanmışlar. Onu görən kimi qadınlar səs-küy salmağa başlamışlar ki, bu torpaq sahəsi onlarındır, Həmiddən almışlar. Həmidin atası rəhmətə gedəndə onlardan torpağa görə puyl almışdır. O, Aslana zəng edib ona bu barədə demişdir. Aslan da ora gəlmişdir. Təxminən 15-20 dəqiqə sonra Aslan Həmidlə birlikdə gəlmişdir. Qadınlar Həmidə demişlər ki, bu torpağı atası rəhmətə gedəndə onlara satıb, pulunu da almışdır, bura onlarındır, başqa adama satıla bilməz, özlərini doğrayıb qan salacaqlar. Həmid də qarın nahiyyəsini açıb cibindən bıçağı çıxarıb bıçaqla 7-8 dəfə qarın nahiyəsinə “şram” atmış, yəni üzdən kəsib əllərini qana batırmış, qadınlara göstərərək demişdir ki, “qan istəyirsinizsə, alın qanı”. Qadınlar qorxub hərəsi bir istiqamətə qaçaraq demişlər ki, “bunun başı işləmir, dəlidir”. Bundan sonra Həmid orta yaşlı oğlanı kənara çəkib söhbət etməyə başlamışdır. Cavan oğlan isə ona demişdir ki, o, burada ev tikə bilməz, onlar bu torpağın pulunu verib almışlar, istəyirsə gətirdiyi daşın, qumun pulunu versinlər, çıxıb getsinlər. O da bildirmişdir ki, ona haramçılıq, münaqişəli torpaq lazım deyil, daş və qumun pulunu da bunlardan alacaqdır. Bundan sonra Həmidlə danışan orta yaşlı oğlan ona yaxınlaşıb demişdir ki, gedib tələb edərək pulunu alsın, burada ev tikə bilməz, bura onlarındır. Bundan sonra o, Aslan və Həmidlə birlikdə Habilin ofisinə getmiş, orada həmin şəxslər ona demişlər ki, gedib evi tiksin, onun əlində sənədi var, həmin şəxslərin isə heç bir sənədləri yoxdur. O, münaqişəli ev istəmədiyini, pulunu qaytarmalarını demişdir. Həmin şəxslər ona demişlər ki, pul yoxdur, istəyirsə başqa yerdən ona torpaq vermələrini demişdir. O isə razılaşmayıb pulunu tələb etməyə başlamışdır. Bundan sonra o, bir neçə ay Həmidlə görüşmüş, sonda Həmid 2014cü ilin iyun ayında ona Suraxanı rayonu Atçılıq deyilən ərazidən həyat yoldaşı Şahid7 adına olan 3 sot torpaq sahəsini etibarnamə ilə vermişdir. Təxminən 20 gün sonra Nərimanov rayonu ərazisində yerləşən notariusdan ona məktub gəlmişdir ki, Həmid etibarnaməni ləğv etdirmişdir. Halbuki, Həmid bu dəfə də ondan həmin etibarnaməyə görə 100 manat pul almışdır. Ona dəymiş cəmi 6000 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, 2014-ci ilin may ayında oğlu X2 adlı şəxsin Yeni Suraxanı qəsəbəsində yerləşən evində fəhlə kimi işləmişdir. Həmin vaxt oğlundan Nizaminin torpaq alqı-satqısı ilə məşğul ölduğunu öyrənərək torpaq sahəsi almaq fikrinə düşmüşdür. Nizami onların yaşadıqları evə gələrək torpaq alqı-satqısı ilə məşğul olduğunu bildirdikdən sonra onunla birlikdə torpaq sahəsinə gedib baxmışlar. Torpaq sahəsi Yeni Suraxanı qəsəbəsində yerləşmişdir, o, torpağı bəyənərək Nizami ilə evlərinə qayıtmışlar. Nizamiyə beh olaraq 2500 manat pul vermiş, pulu verdiyi zaman Nizami onlara torpaq sahəsinin Həmid adlı şəxsə məxsus olduğunu bildirmişdir. Üç gün keçdikdən sonra Nizami Həmidi onların evlərinə gətirmişdir. Həmid torpağın ona məxsus olduğunu bildirdikdən sonra ona Nizami rayonu, H.Əliyev prospekti, 103 saylı ünvanda 1300 manat pul vermişdir. Həmid torpağın sotunu onlara 2000 manata satmağa razılıq verərək bir neçə gündən sonra ona arvadı Gülərin adından etibarnamə gətirib vermişdir. Torpaq sahəsinə mişar daşı tökdürərək tikinti işləri aparmaq istərkən yaxınlıqda olan qonşular torpaq sahəsinin sovxoza məxsus olduğunu bildirmişlər. Həmidlə Nizamini tapıb verdiyi pulu geri tələb etmək istəmiş, lakin onların telefonlarına zəng çatmadığını görüb məcbur olaraq bu barədə ərizə ilə polisə müraciət etmişdir. Həmin sahəyə 1000 ədəd mişar daşı tökdürərək daşın alınmasına da 650 manat pul vermişdir. Nizamini taparaq bu barədə söhbət etdikdə həmin daşları satdığını boynuna alaraq ona başqa yerdə torpaq sahəsi verəcəyini vəd etmişdir. Lakin nə Nizami, nə də Həmid vədlərinə əməl etməyib qaçıb gizlənmişlər, mişar daşlarının pulundan əlavə Nizami ilə Həmidə cəmi 3800 manat pul vermişdir. Ona dəymiş cəmi 3800 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayında övladlarına torpaq sahəsi alaraq ev tikmək məqsədi ilə torpaq satan axtarmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmid ona bildirmişdir ki, Yeni Suraxanıda 10 sot torpaq sahəsi vardır və həmin torpaq sahəsini 11.000 manata satır. O, Həmidlə razılaşmış və həmin məbləğdə pulu Nizami rayonu, H.Əliyev prospekti 107 saylı ünvanda Həmidə ödəmişdir. Bundan sonra Həmid ona bildirmişdir ki, tikinti aparmaq üçün bir müddət gözləsin, çünki Abşeron rayon İcra Hakimiyyətinin başçısı ilə münasibəti yoxdur. O, Həmidin bu sözlərinə inanmış və bir qədər gözləmişdir. Bir müddət sonra o, Həmidlə əlaqə saxlamağa çalışmış, lakin Həmidlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra xx xxxx 2014-cü il tarixdə Həmid özü onu taparaq təklif etmişdir ki, borc müqaviləsi bağlasınlar. O, Həmidə inanaraq onunla borcun etirafına dair müqavilə bağlamışdır. Həmin müddətdən sonra Həmid ona müxtəlif bəhanələr danışaraq ondan torpaq sahəsi satacağı ilə bağlı almış olduğu 11.000 manat pulu qaytarmamışdır. Ona dəymiş həmin məbləğdə maddi ziyan ödənilməmişdir, pulunun ödənilməsini istəyir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs42 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında mənzil alqı-satqısı ilə məşğul olan internet portallarının birində kredit şərtləri ilə mənzil satıldığını görmüşdür. Həmin mənzilin ümumi dəyəri 45.000 manat göstərilmişdir. Mənzili kredit yolu ilə 8000 manat ilkin ödəniş və ayda 400 manat ödəməklə 93 ay ödədikdən sonra mənzil alıcının adına sənədləşdirilməsi göstərilmişdir. Həmin şərtlər onun ailə büdcəsinə uyğun gəldiyindən o, portaldan götürdüyü mənzil sahibi olan Fəird adlı şəxsin ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Fəridlə bir qədər satdığı mənzilin şərtlərini müzakirə etdikdə sonra, Fəridə səhəri gün mənzilə baxmaq üçün gələcəyini bildirmişdir. Səhəri gün o, Fəridin dediyi mənzilə baxmaq üçün Suraxanı rayonuna getmişdir. Suraxanı rayonunda onu Fərid və Həmidin qardaşı qarşılamışlar, onlar birlikdə Fəridin ona satacağı mənzilə baxmaq üçün getmişlər. Həmin mənzil 3 otaqdan ibarət olmaqla yeni təmirli və təzə tikili olmuşdur. O, mənzilə baxdıqdan sonra Fəridə bildirmişdir ki, internet portalında mənzilin satmaq üçün ilkin ödənişini 8000 min manat yazmışlar, lakin hazırda onun 6000 manatı vardır. Arada qalan məbləği o, qısa müddətdə ödəyə bilər. Bu zaman Fərid mobil telefon vasitəsi ilə bir nəfərə zəng etmiş, həmin şəxsin adı Həmid olmuşdur. Fərid Həmidə bu barədə bildirmiş və mobil telefonu ona vermiş, o, Həmidlə danışmışdır. Onlar razılıq əldə etdikdən sonra o, Fəridə 100 manat beh vermişdir. İki gündən sonra o, Həmidlə görüşmüş və mənzilə yenidən baxmağa getmişlər. O, Həmiddən mənzilin sənədləşməsi barədə soruşduqda Həmid bildirmişdir ki, qısa müddətdə mənzilin sənədləşməsini həll edəcəkdir. Bundan sonra o, Həmidlə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən notariat kontorunda Həmidlə aralarında borc müqaviləsi bağlamışlar. O, Təqsirləndirilən şəxs 6000 manat pul ödəmişdir. Həmid ona bildirmişdir ki, qısa müddətdə mənzilə köçə biləcəkdir. Həmin gündən bir ay sonra o, Həmidlə Binəqədi rayonu ərazisində görüşmüş və ona 150 manat pul vermişdir. Sonuncu dəfə 2018-ci ilin fevral ayının ortalarında Həmid onunla əlaqə saxlayaraq bildirmişdir ki, mənzilin sənədləşmə işləri üçün 200 manat da lazımdır. O, həmin gün Həmidlə Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında görüşərək ona 200 manat pul vermişdir. Həmin gündən sonra o, Həmidlə müxtəlif vaxtlarda əlaqə saxlayaraq ondan mənzil barədə soruşsa da, Həmid ona hər dəfə müxtəlif yalanlar danışaraq müddəti uzatmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mənzil satmaq adı ilə onlarla şəxsi aldadaraq onlardan pul alıb qaytarmamışdır. Ona dəymiş cəmi 6350 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs11 hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən xx xxxx 2020-ci il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan, aralarında rəsmi nikah qeydə alınmış X1 müraciəti əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərmişdir ki, oğlu İdrak “Lalafo.az” internet saytında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 ünvanda birmərtəbəli, iki otaqlı evin şəklini görmüşdür, həmin evin qiyməti 28.000 manat, ilkin ödəniş 8000 manat, qalan pulu isə hər ay 350 manat ödənilməsi göstərilmişdir. Həmin elan barədə İdrak evdə onlara bildirmiş, mərhum əri İkram, oğlu İdraka gedib evə baxmalarını, yaxşı olsa almalarını demişdir. xx xxxxxx 2017-ci il tarixdə İdrak dostu Şükürov Mahirlə evə baxmağa getmişdir. Səhəri gün mərhum əri İkramla birlikdə onlar da evə baxmağa getmişlər. Orada evin sahibi olduğu deyilən Təqsirləndirilən şəxsla görüşmüşlər, Həmid evi onlara göstərmişdir. Həmin gün digər oğlu İbrahim də həyat yoldaşı və onunla gedib həmin evə baxmışlar, ev ailəlikcə xoşlarına gəldiyi üçün almaq qərarına gəlmişlər. Həmidlə aralarında olan razılığa görə evə 8000 ilkin ödəniş və hər ay 350 manat verməli olmuşlar. Həmid onlara təklif etmişdir ki, səhəri gün notariusa gedərək müqavilə bağlasınlar. xx xxxxxx 2017-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “ASAN xidmət”də Təqsirləndirilən şəxs ilə onun oğlu Şahid10 arasında kredit müqaviləsi bağlanmışdır. Mərhum əri İkram 8000 manat pulu sayıb oğlu İbrahimin yanında Həmidə vermişdir. Kredit müqaviləsi oğlu İbrahimin adına bağlansa da, pul əri İkrama məxsus olmuşdur. Elə həmin gün Həmid əlavə 300 manat da istəmişdir ki, həmin pula evi onların adına keçirəcəkdir. İki gün sonra Həmid oğlu İbrahimə zəng etmişdir ki, işıq, qaz və su sayğacı qoymaq üçün 1200 manat pul lazımdır. X78 1200 manat vermişdir ki, Həmidə versin. xx xxxxxx 2018-ci il tarixdə İdrak Suraxanı rayonunda 10-cu dairə deyilən yerdə Həmidlə görüşərək 1200 manat pulu ona vermişdir. Bir həftə sonra isə Həmid yenə zəng etmiş və demişdir ki, həyətə tamet vurdurur, əlavə olaraq 500 manat pul lazımdır. Onlar bu pulu vermək istəməmişlər, lakin xx xxxxxx 2018-ci il tarixdə Nizami rayonu, H.Əliyev prospekti, 115A saylı evin yanında İbrahim Həmidlə görüşərək ona həmin 500 manat pulu vermişdir. Həmin pulu İbrahimə əri İdrak vermişdir. Lakin Həmid onlara söz verdiyi kimi evi adlarına keçirməmiş, sonradan başa düşmüşlər ki, Həmid onları aldatmışdır. Onlara dəymiş cəmi 9700 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs32 hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan, oğlu X44 müraciəti əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X68 göstərmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs32lə birlikdə ünvan 26-da yaşayan, torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə 2014-cü ilin may ayının axırlarında tanış olmuşlar. Belə ki, onlar torpaq sahəsi almaq istəmişlər. Həmid onlara Yeni Suraxanı qəsəbəsində yaşadığı evin yaxınlığında torpaq sahəsi göstərmiş, lakin sonradan həmin torpaq sahəsindən imtina etmişlər. Həmid onları Yeni Suraxanı qəsəbəsində yerləşən Abşeron rayonu donuzkökəltmə sovxozunun ərazisində 0,04 ha torpaq sahəsini göstərmiş, sonra həmin torpaq sahəsinə və torpağın adlarına rəsmiləşdirilməsinə görə xx xxx 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında 4500 ABŞ dolları və 900 manat pulu mərhum atası Zərərçəkmiş şəxs32 Təqsirləndirilən şəxs verilmişdir. Həmid həmin torpaq sahəsinə görə onlara arvadı Şahid7 adından xx xxx 2014cü il tarixli etibarnamə vermişdir. Aradan bir müddət keçmiş aldıqları torpaq sahəsində tikinti işləri aparmaq istədikləri zaman tanımadıqları şəxslər onlara yaxınlaşıb həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Buna görə Həmidlə görüşüb bu barədə söhbət aparmalarına baxmayaraq, Həmid müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonra isə telefon zənglərinə cavab verməyərək yoxa çıxmışdır, sonradan televizorda Həmidin Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutulduğunu öyrənib polisə müraciət etmişlər. Onlara dəymiş cəmi 4429,80 manat maddi ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edib, müəyyən səbəblərə görə iştirak edə bilmədiyini, Təqsirləndirilən şəxs pulunu tələb etdiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında özünə ev almaq üçün internetdə “Lalafo” saytında yerləşdirilmiş elanlara baxıb qiymətləri və satılan evlərin yerləşdikləri əraziləri nəzərdən keçirən vaxt Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 3 otaq kimi göstərilən birmərtəbəli kiçik həyəti olan həyət evinin 35.000 manata satıldığını görmüşdür. Satan şəxs özünü Kamal kimi təqdim etmişdir. Kamala həmin evə baxmaq istədiyini bildirmiş, Kamal isə bir saatdan sonra onunla görüşə biləcəyini demişdir. xx xxxxxx 2018-ci il tarixdə, yəni həmin gün Kamalla danışdığı vaxtda göstərilən evə baxmaq üçün getmişdir. Kamal onu qarşılamış və demişdir ki, elanda yerləşdirdiyi ev onun əmisi Həmidə məxsusdur .Onun yanında əmisi olaraq adlandırdığı Həmid adlı şəxsə zəng vurmuş və təxminən 10 dəqiqə sonra Həmid onların olduğu yerə gəlmişdir. Özündə olan açarla hasarda olan qapını asmış, birlikdə həyətə daxil olmuş, sonra evə daxil olub baxdıqda evin qiymətini bir daha 35.000 manat olduğunu demişdir. O, bir az Həmidlə bazarlıq etdikdə 33.000 manata sata biləcəyini bildirmişdir. Söhbət zamanı yaşı təxminən 38-40 olan, keçəl, iri başlı, oval sifətli, qalın qaşlı, sonradan adının, soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun daha bir alıcısının da olduğunu, sabah gəlmədiyi halda evi həmin şəxsə verəcəyini deyib onu şirnikləndirmiş və o, cibindən çıxarıb ona həmin evdə 500 manat beh olaraq vermişdir ki, heç kimə satmasın. Evin sənədlərini soruşmuş, Həmid onu əmin etmişdir ki, hər şey qaydasındadır. Həmid həm də ona demişdir ki, 15 gün ərzində evin çatışmayan şeylərini təmir edib təhvil vermək üçün ona 7000 manat pul lazım olacaq. O, Həmidlə razılaşmış və Həmidin dediyi tarixdə evi ona təhvil verəcəyi halda qabaqcadan behdən əlavə həm də 7000 manat pul verəcəyini söyləmişdir. Hətta onu inandırmaq üçün pulu notarial qaydada verə biləcəyini də deyərək xx xxxxxx 2018-ci il tarixdə ona zəng etmiş və Nizami rayonu, Məhsəti küçəsi 3 ünvanda yerləşən 15 saylı nonariat kontoruna çağırmışdır. Həmin gün Həmidlə notariat kontorunda görüşmüş, Həmidin təklifi ilə aralarında borc müqaviləsi bağladıqdan sonra Həmidə üstündə milli pul olmadığından 7000 manat qarşılığında 4000 ABŞ dolları məbləğində pul vermişdir. Özünü Kamal adı ilə təqdim etmiş şəxsin sonradan Həmidin bacısı oğlu Fərid olduğunu öyrənmişdir. Notariat kontorunda Həmidlə müqavilə bağlayarkən Fərid də gəlmiş və çöldə gözləmişdir. Həmid pulu alıb gedəndən təxminən bir gün sonra o, evə baxmaq üçün bir də getmiş, Həmidlə Fəridin orada daha iki nəfər fəhlə ilə olduqlarını görmüşdür. Fəhlələr əllərində bel aləti ilə yol kənarının daşlarını təmizləmişlər. Həmiddən qapını açmasını, evə bir də baxmaq istədiyini xahiş etdikdə o, qapını açıb içəri keçmişdir. O, evə baxıb Həmidin otaqda olduğu vəziyyətdə özündə olan mobil telefonla şəklini çəkmişdir. Həmiddən ayrıldıqda onu arxayın etmişdir ki, narahat olmasın, görür ki, fəhlə gətirib işlədir və söz verdiyi işlərlə məşğul olur. Aradan təxminən bir həftə keçmiş o, Həmidin işlətdiyi ***-***-**-** mobil nömrəsinə zəng etmiş, zəng çatmadıqda Kamal deyilən Fəridə zəng vurmuşdur. Fərid rayonda olduğunu, yoldaşı ilə getdiyini, iki-üç günə qayıdacağını bildirmişdir. Təxminən bir həftə, on gün sonra Həmid və Fəridlə Binəqədi rayonu ərazisində görüşmüşlər. Görüş zamanı Həmid ona demişdir ki, sənədlərdə problem yaranıb, narahat olmasın, bir həftəyə onun pulunu qaytaracaqdır. Bunu deyib ayrılandan sonra ümumiyyətlə sonuncuya zəng çatmamışdır. Arada bir dəfə Həmidlə danışa bilsə də, Həmid ona guya Xaçmazda olduğunu və onun üçün pul gətirməyə getdiyini demiş, sonradan yenə yoxa çıxmışdır. Bundan sonra o, Həmid tərəfindən aldadıldığını başa düşüb xx xxxx 2018-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs6 müəssisə rəhbərliyi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edib, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılaraq ona dəymiş ziyanın bərpa olunmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyul ayında özünə almaq üçün ev axtarırmış və internet saytı olan “Tap.Az”-da Yeni Suraxanı qəsəbəsində kredtilə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 20.000 manat, ilkin ödəniş 6000 manat, hər ay isə 300 manat ödənilməsi şərti ilə elan verilmişdir. Elandakı mobil nömrə ilə əlaqə saxayıb Fərid adlı şəxslə telefonda danışaraq Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında görüşmüşdür. 2017-ci ilin iyul aynın axırlarında Fərid adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə aparmışdır. Orada Təqsirləndirilən şəxsla görüşmüş və Həmid özünə məxsus olan birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət yaşadığı evi 20.000 manata kreditlə satdığını deyərək ilkin olaraq 6000 manat ödəməyi, hər ay isə 300 ödəməli olduğunu demişdir. O, həyat yoldaşı Rəqsanə ilə evə baxmış və evi almaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs onu elə inandırmışdır ki, o, Həmidə tam inanmış və sonuncu ona demişdir ki, Kərbala ziyarətində olmuşdur, din adamıdır. O, Həmiddən evini satmasını, özünün harada qalacağını soruşmuş, Həmid ona demişdir ki, özünə həyətdə ev tikir, hazırda təmir gedir, təmir qurtarandan sonra ora köcəcək. Eyni zamanda demişdir ki, evin sənədlərini hazırlayıb tam qurtaracaq və onları həmin evə qeydiyyata saldıracaqdır. Razılaşmalarına görə xx xxxxxx 2017-ci il tarixdə saat 12 radələrində Razin qəsəbəsində olan “ASAN xidmət”ə getmişlər, orada onunla kredit müqaviləsi bağlanmış və o, Həmidə 5000 manat pul vermişdir. Belə razılaşmışlar ki, 1000 manatı evə köçəndən sonra verəcəklər. Eyni zamanda həmin gün Təqsirləndirilən şəxs ona mülki etibarnamə vermişdir. Həmid xx xxxxxxxx 2017-ci il tarixədək ondan müddət istəmişdir ki, həmin vaxta kimi evdə qalsın, sonra çıxacaqdır. Bundan sonra Həmid ondan 1000 tələb etməyə başlamışdır. Demişdir ki, evin müəyyən işləri var, onları görməlidir. xx xxxxxx 2017-ci il tarixdə saat təxminən 18 radələrində Həmidin yaşadığı evdə sonuncuya 1000 manat pul vermişdir. xx xxxxxxxx 2017-ci il tarixdə Həmidlə əlaqə saxlayanda, üç gün, sonra iki gün, daha sonra 10 gün vaxt istəmişdir. Həmid eyni zamanda hər dəfə ondan pul istəmiş, lakin o, Həmidə demişdir ki, onun pulu yoxdur, heç evə köçməmiş, evə köçəndən sonra razılaşdıqları kimi hər ay 300 manat ödəycəyək. Həmiddən evin sənədlərinin hazır olmasını soruşanda sənədlərin hələ hazır olmadığını, hazır olan kimi xəbər edəcəyini demişdir. Bir neçə dəfə Həmiddən evə nə vaxt köçəcəyimi soruşanda, sonuncu müxtəlif bəhanələr gətirmişdir. O, dəfələrlə Həmidin evində olmuş, hər dəfə Həmid ona bir söz demiş və hər dəfə də əlavə pul istəmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə saat təxminən 17 radələrində Həmidin evinə getmişdir ki, evin açarını sonuncudan alsın, Həmid ondan vaxt istəmiş və evin içərisində müəyyən təmir işləri gördüyünü deyərək ondan pul istəmişdir. O, Həmidə 200 manar pul vermiş, lakin bundan sonra hər dəfə Həmidin evinə gedəndə, sonuncu müxtəlif bəhanələrlə onu aldatmağa başlamış, telefona cavab verməmiş, evə gedəndə isə evlərində olmamışdır. O, Həmidin həyat yoldaşına deyəndə ki, Həmid onu aldadıb, sonuncu ona demişdir ki, onlar boşanır, evdən də çıxmayacaqlar, gedib Həmiddən pulunu geri alsın. Həmin qadına o, sual etmişdir ki, “bəs bu evə baxmağa gələndə və evi satılanda heç bu sözləri demirdin”, sonuncu həmin vaxt boşanma söhbəti olmadığını, hazırda boşanmalarını, boşanandan sonra evin satılacağını və pulun yarı bölünəcəyini, onda Həmiddən pulunu tələb etməsini bildirmişdir. Həmidlə əlaqə saxlamış və sonuncudan pulunu tələb etmiş, Həmid demişdir ki, narahat olmasın, pulunun iki qatını qaytaracaq. Lakin Həmid onu aldatmağa davam etmişdir. xx xxxxxx 2018-ci il tarixdə axşam saat 22 radələrində həyat yoldaşı, qaynanası Vəliyeva Dilarə ilə Həmidin yaşadığı evə getmişlər ki, bəlkə həmin vaxt sonuncunu tapsınlar və pulunu qaytarmasını desinlər. Qapını Həmidin arvadı açmış, yaxınlaşaraq ondan Həmidi harda olmasını soruşanda, əvvəlcə Həmidin burda yaşamadığını, sonuncudan ayrıldığını demişdir. Onun həyat yoldaşı Həmidin arvadından boşanma sənədini istəmişdir ki, evə baxsınlar, həmin zaman Həmidin arvadı səs-küy salmış, Həmidin qardaşı Faiq əlində bıçaqla gələrək bıçağı onun qaynanasının böyrünə söykəyib həyətdən çıxmalarnı tələb etmişdir. Həmidin oğlu İntiqam isə həyətdə olan iti açmağa gedərkən həyat yoldaşı və qadınlar həyətdən çıxmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs9 müəssisə rəhbərliyi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edib, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın indiyədək ödənilmədiyini, maddi ziyanı təqsirləndirilən şəxsdən tələb etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti olmamışdır. Onun özünün şəxsi evi olmadığı üçün kirayədə yaşamışdır, ona görə də torpaq alıb ev tikmək istəmişdir. Suraxanı rayonunda yaşadığına görə torpağı da Suraxanıdan almaq istəmişdir. 2014-cü ilin dekabr ayının ortalarında o, Yeni Günəşli qəsəbəsində divara yapışdırlmış elanda torpaq sahəsi satıldığını görmüş və həmin nömrəyə zəng etmişdir. Nömrəni istifadə edən şəxs həmin gün telefonu götürməmiş, iki gündən sonra isə özü zəng etmişdir ki, onun nömrəsindən zəng gəlmişdir. O, həmin şəxsə torpaq satılması barədə elanla əlaqədar zəng etdiyini demişdir. Həmin şəxs torpağı hardan istəməsini soruşduqda, o, Suraxanı rayonu ərazisindən istədiyini bildirmişdir. Adını sonradan bildiyi vasitəçi Nizami, Yeni Suraxanı qəsəbəsində məktəbin yanında bir nəfərin iki sot torpaq sadığını demiş və sonuncu ilə görüşüb həmin torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi iki daş hündürlüyündə hasara alınmışdır. O, torpağın sahibini və torpağın qiymətini soruşduqda, Nizami torpağın sahibinin bir sotunu 3000 manata deməsini bildirmişdir. O, xahiş etmişdir ki, onu torpaq sahibi ilə görüşdürsün. Səhəri gün Təqsirləndirilən şəxs özü ona zəng etmiş və onlar Yeni Suraxanı dairəsində görüşmüşlər, Həmid həmin torpaq sahəsini ona təkrar göstərərək 2 sot torpağın əvvəlcə bir sotunu 3000 manata və sonda alsa, 5500 manata verə biləcəyini demişdir. O, torpağın hansı sənədi olmasını soruşduqda, Həmid torpağın sənədi olmamasını, ona etibarnamə verəcəyini, ev tikmək istəsə ona köməklik edə biləcəyini bildirmişdir. O, necə köməklik edə biləcəyini soruşduqda, Həmid əlavə 2500 manat verəcəyini, 2000 manatını Suraxanı İcra Hakimiyyətinə, 500 manat isə polisə veriləcəyini və tikinti aparılmasına icazə alacağını bildirmişdir. O, torpaq yerinin xoşuna gəlməsini, lakin birdən problemli torpaq olmasını bildirdikdə, Həmid özünün də burda yaşamasını, narahatçılıq olmasını bildirərək ondan beh istəmişdir. O, demişdir ki, beh verə bilməz, əvvəlcə dəqiqləşdirməlidir ki, torpaq problemsizdir, sonra pulunu verib alar. O, həmin vaxt polis əməkdaşı olmuş, Yasamal mühafizə polisində polis nəfəri vəzifəsində işləmişdir. 2014-cü ilin dekabr ayının 25-də saat 13 radələrində Həmidin telefon zəngindən sonra sonuncu ilə növbəti dəfə Yeni Suraxanı qəsəbəsində “Titanik” restoranında görüşmüş, ora gələn zaman həmin yerdə Həmid, Nizami və sahə inspektoru Cavanşir müəllim oturub çörək yemişlər. O, sonuncularla oturmuş və Cavanşir müəllimə polis əməkdaşı olmasını, Həmiddən torpaq almaq istəməsini bildirmiş, Cavanşir Həmiddən hansı torpağı satmasını soruşmuş, Həmid evlərinin yanında olan torpağı satmasını bildirmiş, Cavanşir “məncə orda problem yoxdu, özün də bax” demişdir. Bir qədər söhbətdən sonra o, torpağı almağa razılaşmış, sonra Həmidlə birlikdə kafenin qarşısına keçmiş və sayaraq 5000 manat vermişdir. Həmid demişdir ki, ona etibarnamə verəcək, ondan sonra daş töküb evi tikər. Etibarnamə verəndə isə qalan 3000 manatı verməlidir. O da razılaşmışdır. O, şəxsiyyət vəsiqəsinin kserosurətini Həmidə vermiş, xx xxxxxx 2015-ci il tarixdə saat 15 radələrində, Yeni Suraxanı qəsəbəsidə, dairədə olan çayxanada Həmidlə görüşmüş və Həmid ona etibarnamə vermiş, o da 3000 manat pulu Həmidə vermişdir. Yanlarında heç kim olmamışdır. Bir neçə gün sonra o, tikinti işləri aparmaq məqsədi ilə Həmidin ona göstərdiyi yerə daş tökmək istədikdə bildirmişlər ki, torpaq sahəsi başqa şəxsə məxsusdur. O, həmin torpaq sahəsinin sahibi ilə görüşmüş və həmin şəxs ona demişdir ki, torpaq onundur, həmin torpaq Həmidə aid deyildir. Sonra o, Həmidlə görüşmüş, Həmid ona demişdir ki, narahat olmasın, ona başqa bir yerdə torpaq sahəsi verəcək. Sonra onu əmisi Elşənin həyətinə aparmış və ona iki sot torpaq sahəsi göstərmiş və demişdir ki, burda ev tikə bilər. Sonra o, həmin torpaqda tikinti aparmaq üçün qazıntı işləri aparanda, torpağın yanında olan mal tövləsinin sahibi demişdir ki, torpaq onundur. O, hətta Həmidin əmisi Elşənlə görüşmüş və sonuncu ona torpağın tövlənin sahibinin olmasını, onun hardan Həmidə ilişməsini demişdir. O, Həmidi axtrasa da tapa bilməmişdir və məlum olmuşdur ki, Həmid Respublikadan qaçıb getmişdir. 2017-ci ilin iyun ayında o, Həmidlə görüşmüş və sonuncudan pulunu tələb etdikdə Həmid bildirmişdir ki, iki sot torpağı var, satıb onun pulunu verəcək. Lakin pulunu qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16hib Əlisahab oğlu məhkəməyə teleqramla müraciət edib, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, işdəki ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, X52 doğma oğludur. Rüstəm ikinci qrup əlildir. Ailəsi İsmayıllı rayonunda yaşayır. Qızı isə Bakı şəhərində ərdədir. O, oğluna Bakı şəhərində ucuz qiymətə, ilkin hissəni ödəmək şərtilə ev almaq istəmişdir. 2017-ci ilin oktyabr ayının əvvəlində özünə almaq üçün ev axtarmış və internet saytları olan “Tap.Az”-da, yoxsa “Əmlak.Az”-da Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində kreditlə ev satılması elanını görmüşdür. Həmin internet saytında ünvan 4 nömrəli evin qiyməti 24.000 manat, ilkin ödəniş 10.000 manat, hər ay isə 400 manat ödənilməsi şərti ilə elan verilmişdir. O, elandakı mobil nömrəsinə zəng edərək makler Fərid adlı şəxslə telefonda danışmışdır. Fərid ona demişdir ki, ev sahibinin qohumudur və evi o, satır. xx xxxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən məscidin yanında Fəridlə görüşmüşdür. Fərid onu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi 29 nömrəli evə aparmışdır. Təqsirləndirilən şəxs ilə tanış olmuş, onun ailə üzvləri də evdə olmuşlar. O, oğlu Rüstəmlə bir yerdə getmişdir. Hətta onlara çay da vermişlər. Həmid birmərtəbəli, iki otaq, bir mətbəxdən ibarət evi 24.000 manata kreditlə satdığını deyərək ilkin olaraq 10.000 manat ödəməyi, hər ay isə 400 ödəməli olduğunu demişdir. O, evə baxmışdır. Həmidin arvadı, uşaqları da evdə olmuşdur. Həmid demişdir ki, özünə başqa yerdə ev tikir, hələ həmin evdə təmir işləri getdiyindən burda yaşayır. Evə baxmış, ev xoşuna gəlmişdir. O, Həmidə 8000 manatı olmasını, həmin məbləğdə pulu verib, qalan pulu isə ayda 400 manat ödəməklə verəcəyini təklif etmiş, Həmid onun şərti ilə razılaşmış və qərarlaşdırmışlar ki, səhəri gün notariusa getsinlər. Həmid demişdir ki, evin kupçası yoxdur. Lakin domovoy kitabı var. Həmin evə də oğlunu domovoy kitab vasitəsilə qediyyata saldıracaqdır. Evin sənədi olmadığından notariusda alqı-satqı edə bilməyəcəklər, lakin verilən pulun təsdiq edilməsi üçün notariusa getmək lazımdır. Əlavə, yəni evə qeydiyyata salmağın pulu 600 manatdır, yarısını onlar, yarısını isə o, ödəyəcəkdir. Bundan əlavə işıq, su və qazı onların adına keçirəcəkdir ki, bunun üçün də əlavə pul verəcəklər. Razılaşdıqdan sonra pul rayonda olduğu üçün həmin axşam oğlu ilə rayona qayıtmış və səhər tezdən oğlu, anası X26 ilə birlikdə Bakıya gəlmişlər. O, 8000 manatı oğluna vermişdir ki, notariusda Həmidə versin. Həmin gün 49 nömrəli notariat kontorunda Həmid evə görə 8000 manat aldığını təsdiq edən ərizə yazmış və həmin məbləğdə pulu almışdır. Həmidlə danışıqları belə olmuşdur ki, 1 ay 15 gündən sonra evdən çıxacaq. 10 gündən sonra Həmid zəng etmişdir ki, 1000 manat lazımdır. Hətta notariusda müqavilə bağlananda oğlu və həyat yoldaşına 1000 manat da düzəltməyi xahiş etmişdir ki, sənədləşmə işi tez həll olunsun. Onun qardaşı X65 bərbər işləyir. O, Həmidə demişdir ki, 700 manat yollamışdır, qalan 300 də yollayacaq, Əlidən gedib götürər. O, ödəniş cədvəli tərtib etmişdir ki, hər ay Həmidə pul verəndə qol çəksin. xx xxxxxxx 2017-ci il tarixdə Həmid qardaşı Əlidən 700 manat, xx xxxxxxx 2017-ci il tarixdə isə 300 manat məbləğdə pulu götürmüşdür. 2017-ci ilin dekabr ayında Həmid zəng etmişdir ki, oğlunun və həyat yoldaşının şəxsiyyət vəsiqələri, nikah haqqında sənədlər və 300 manat qeydiyyat üçün, 500 manat isə qaz, su və işıq üçün yollasın. Dəqiq tarix yadında deyil, 2017-ci ilin dekabr ayında Rüstəmin və həyat yoldaşı Fəridənin şəxsiyyət vəsiqələrini, nikah haqqında şəhadətnaməni və 800 manat pulu oğlu Rüstəm götürüb Bakıya getmişdir. Rüstəm qardaşı Əli ilə bir yerdə Həmidlə Nizami rayonu, H.Əliyev prospektində görüşüb pulu sonuncuya vermişdir. Həmidə zəng etmişdir ki, artıq dediyi vaxt da keçib, evdən çıxsın, onlar əşyalarını gətirsinlər, Həmid evdən çıxmaq üçün bir qədər də vaxt istəmiş və həm onlara satdığı evdə, həm də öz evində təmir işləri qurtarmadığını bildirmişdir. O da Həmidə inanmışdır. Bir həftə keçmiş o, zəng etdikdə, Həmid rayonda, sonra Dağıstanda olduğunu demişdir. Lakin sonradan Həmid tərəfindən aldanıldığını başa düşmüşdür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 məhkəməyə ərizə ilə müraciət edib, məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanı təqsirləndirilən şəxsdən tələb etdiyini göstərmiş, cəza təyin edilərkən bu halın nəzərə alınmasını və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, 2017-ci iln fevral ayında Məzahir onun yanına gələndə sonuncu ilə bir nəfər tanışı gəlmişdir. Sonradan bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, kirayədə yaşamışdır və Həmidlə münasibəti yaranmışdır. Həmid söhbət edəndə bildirmişdir ki, Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi vardır, bölüb satır. O da maraqlanmış və soruşmuşdur ki, torpaq nə torpaqdır. Həmid ona bildirmişdir ki, 17 hektar torpaq sahəsi vardır, həmin torpaq sahəsini bölüb bir sotunu 2000 manata satır. 2017-ci ilin fevral ayının axırlarında birlikdə həmin torpaq sahəsinə getmişlər. “Azərsu”nun deposunu keçəndən sonra Donuzçuluq fermasının qarşısında olan torpaq sahəsini göstərmişdir ki, həmin torpaq sahəsini satır və 40x20 metr ölçüdə torpaq sahəsini ölçüb ona göstərmişdir ki, buranı hasara alıb tikə bilər. O, sonuncu ilə 8 sot torpaq sahəsini cəmi 12.000 manata razılaşmışdır. Həmid ona demişdir ki, torpağın sənədi yoxdur. Yəni bir nəfərin adına ümumi torpaq sahəsi vardır və həmin torpaq sahəsini bölüb çıxarış alıb verəcək. Eyni zamanda ona demişdir ki, özünə çıxarış almaq üçün 1800 manat vermək lazımdır. Həmin 1800 manatın 1000 manatını o, 800 manatını isə Həmid verməli imiş. 2017-ci ilin mart ayının əvvəllərində ünvan 23 nömrəli ünvanda yerləşən avtomobil təmiri sexində Məzahirin yanında Həmidə 1000 manat, bir həftə sonra isə 1000 manat, yenə də həmin ünvanda Həmidə vermişdir. 2017-ci ilin mart ayının axırlarında Ə.Əliyev küçəsi 36 nömrəli ünvanda yerləşən avtomobil təmir sexində yenə də Məzahirin yanında Həmidə 2000 manat pul vermişdir. Həmid ona demişdir ki, 21 günə torpağın sənədini düzəldib ona verəcək, o da qalan pulu sonuncuya verməlidir. Sonra Həmid ondan pulun qalanını istəməyə başlamış və o, Həmidə demişdir ki, sənədi düzəldib göstərsin, ondan sonra ona pul verəcək. Həmid isə ona bu gün-sabah deyərək hər dəfə bir yalan uydurmuşdur. Bir dəfə isə həyat yoldaşının böyrəyinin xəstə olduğunu deyərək ona yalvarmışdır ki, puldan ona versin. 2017-ci ilin aprel ayının ortalarında yenə də iş yerində Həmidə 1300 manat vermişdir. Həmin zaman yanlarında heç kim olmamışdır. Həmid ayda, yəni 2017-ci ilin aprel ayının axırlarında Həmid Nizami rayonu, H.Əliyev prospekti 115A saylı ünvanın qarşısında ondan 500 manat pul almışdır. Həmid onu aldadaraq cəmisi 5300 manat pul almışdır. Lakin bundan sonra Həmid vədinə əməl etməmiş və torpaq sahəsinin sənədini düzəldib ona verməmişdir. O, Həmiddən pulu və yaxud torpağın sənədini tələb edəndə demişdir ki, “hamı sənədsiz tikir, sən də get tik”. Doğrudan da o, həmin torpaq sahəsinin yanında olan ev sahiblərindən öyrənmişdir ki, həmin tikilən evlərə aid torpaq yerlərini də onlara Həmid satmışdır. Lakin o, Həmidə demişdir ki, sənədsiz torpaq istəmir və Həmiddən pulunu tələb etməyə başlamış, çox çətinliklə 500 manat almışdır. Nərimanov RPİ-nə şikayət ərizəsi yazdıqdan sonra isə Həmid ona 1000 manat qaytarmışdır. Lakin Həmid ona 3800 manat pulu bu günə qədər qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 məhkəməyə ərizə ilə müraciət edib, məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə kirayə yaşadığı üçün 2 sot torpaq sahəsi alıb ev tikmək qərarına gəlmiş, bu məqsədlə topraq sahəsi axtarmağa başlamışdır. 2014-cü ilin iyul ayının 27-də Yeni Suraxanı qəsəbəsində topraq alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxslə tanış olmuş, Nizami ona sotu 2000 manata topraq sahəsi olduğunu bildirmiş, birlikdə həmin torpaq sahəsinə baxmışlar. Nizami torpaq sahəsinin Həmid adlı şəxsə məxsus olduğunu bildirmiş, həmin vaxt Həmid özü də torpaq sahəsinə gəlmiş və torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək, həmin torpaq sahəsinə görə Həmidə 4000 manat pulu Nizami rayonu, H.Əliyev prospekti 105 saylı ünvanın qarşısında vermişdir. Həmid torpağa aid bütün sənədlərin özü tərəfindən düzəltməyə vəd vermişdir. Həmid anası Xumarın adına olan torpaq sahəsinin onun sərəncamına verilməsi barədə etibarnamə vermiş, sonradan həmin etibarnamənin səhv yazıldığını söyləyərək ondan almışdır. Sonradan həmin torpaq sahəsinə Həmidin heç bir aidiyyəti olmadığını və aldanıldığını öyrənərək ərizə ilə polisə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 məhkəməyə ərizə ilə müraciət edib, hazırda Türkiyə Respublikasında yaşdığını, pandemiya ilə əlaqədar Azərbaycana gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ondan pulunu tələb etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, uzun müddətdir kirayə yaşadığı üçün torpaq sahəsi alıb orada ev tikmək qərarına gəlmişdir. 2014-cü ilin avqust ayının doqquzunda “Neftçilər” metrosu yaxınlığından keçərkən ağac üzərində torpağın satılması barədə elan görərək həmin elanda göstərilən ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Nizami adlı şəxs cavab vermişdir. Nizamiyə torpaq sahəsi almaq istədiyini bildirmiş, Nizami problem olmadığını bildirmişdir. Həmin gün gec olduğu üçün Nizami ilə görüşməmiş, səhəri gün Nizaminin mobil nömrəsinə zəng vuraraq sonuncu ilə Yeni Suraxanı qəsəbəsində dördyol adlanan yerdə görüşmüşdür. Nizami ilə görüşdükdən sonra, sonuncu bir sot torpaq sahəsini 2000 manata satdığını bildirmiş, Nizamiyə torpağın sotunu 2000 ABŞ dollarına almaq imkanı olduğunu dedikdə, Nizami onunla razılaşmamış, ona Həmid adlı şəxsin torpaq sahəsinin olduğunu və sotunu 2000 manata satdığını bildirdikdən sonra, birlikdə Həmidin yaşadığı məhəlləyə getmişlər. Nizami Həmidin evinə girərək geri qayıdaraq Həmidin torpaq sahəsinə özü gələcəyini bildirmiş, Nizami ilə birlikdə “Azərsun Holding”ə məxsus anbarların qarşısına gəlmişlər. Nizami torpaq sahəsini göstərərək torpaq sahəsinin Həmidə məxsus olduğunu bildirmiş, bir qədər keçmiş Həmid özü də torpaq sahəsinə gələrək topraq sahəsinin özünə məxsus olduğunu bildirərək 2 sot torpaq sahəsi almaq üçün sotunu 2000 ABŞ dollarına razılaşmışlar. X43 yüksək vəzifədə işlədiyini bildirərək onun adına heç bir mülkiyyət olmadığını, torpaq sahəsinin həyat yoldaşının adına olduğunu və ona görə də sənədləşmənin sonuncunun adından veriləcəyini bildirmişdlir. Nizami və Həmidlə sonuncunun yaşadığı məhəlləyə gəlmiş, Həmidin həyat yoldaşı Güləri də götürüb birlikdə “Neftçilər” metrosu yaxınlığında yerləşən notariat kontoruna gəlmiş, notariat kontorunun qarşısında Həmid ondan sənədləşmə üçün 200 ABŞ dolları almış, şəxsiyyət vəsiqəsini evdə unutduğu üçün Gülər onun qardaşının adına etibarnamə rəsmiləşdirmişdir. Həmid və həyat yoldaşı notariat kontorundan çıxdıqdan sonra Həmidə qalan pulu Yevlax rayonunda nənəsinin evində olduğunu bildirdikdə, Həmid rayona getməyə razılaşaraq idarə etdiyi avtomobillə arvadını evə gətirərək düşürtmüş və Nizami ilə birlikdə Həmidin idarə etdiyi avtomobilə əyləşərək Yevlax rayonuna yola düşmüşlər. xx xxxxxx 2014-cü il tarixdə saat təqribən 17 radələrində Yevlax rayonu, İrəvanlı qəsəbəsinə çatmış, nənəsinin yaşadığı evdən 4000 ABŞ dollarını götürüb Nizaminin yanında Həmidə vermişdir. Bakı şəhərinə geri qayıtdıqları zaman Həmid etibarnaməni ona verərək əlavə 300 manat pulu torpaq sahəsinin çıxarışı üçün verməsini və çıxarışın 51 günə hazırlanıb ona təqdim edəcəyini vəd etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra sentyabr əvvəllərində 300 manat pulu Həmidlə Əmircan qəsəbəsində yerləşən “Rəng zavodunun” yanında görüşərək ona vermiş, həmin vaxtdan sonra Həmidlə əlaqə saxlaya bilməmiş, Həmidin verdiyi mobil nömrələrə zəng çatmamış, Həmidin evinə getmiş, arvadı X93 şəhərinə getdiyini söyləmişdir. Etibarnamə ilə tikinti işləri apara biləcəyinə əmin olaraq torpaq sahəsinə traktor apararaq tikinti işləri aparmaq istəyərkən “xxxx” avtomobili ilə 3 nəfər şəxs gələrək torpaq sahəsinin Neft Şirkətinin ərazisi olduğunu və burada tikinti aparmağın qadağan olduğunu bildirmişlər. O gündən bu vaxta kimi Həmid vədinə əməl etməmiş, pulunu geri qaytarmamışdır. Həmidə ümumilikdə 4200 ABŞ dolları və 300 manat pul vermişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 məhkəməyə teleqramla müraciət edib, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, evi olmadığından torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Xalasının həyat yoldaşı Sirdaşın iş yoldaşı Zeynal adlı şəxsin 2014-cü ilin avqust ayında xalasıgilə qonaq gəlmiş, Zeynalın söhbət əsnasında sotu 1250 manata olmaqla Yeni Suraxanı qəsəbəsində “Azərsun” bazasının yaxınlığında 2 sot torpaq sahəsini etibarnamə ilə aldığını söyləmiş, torpaq almaq məqsədi ilə 2014-cü ilin sentyabr ayının əvvəllərində Zeynala zəng vuraraq aldığı torpaq sahəsinin yanında əlavə torpaq sahəsinin olubolmadığını soruşmuşdur. Zeynal bu barədə torpaq satmış Həmid adlı şəxslə əlaqə saxlayaraq birlikdə Zeynal və Sirdaşla həmin torpaq sahəsinə baxaraq hər sotunu 1250 manata razılaşmış və torpaq sahəsində 1000 manat pulu və şəxsiyyət vəsiqəsinin əslini Həmidə vermişdir. Pulun qalan hissəsini 1 ay müddətinə verməyi razılaşmışlar. xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən keçidin yaxınlığında Həmidə 500 manat pulu vermişdir. Həmid isə ona etibarnamə və şəxsiyyət vəsiqəsini qaytararaq, noyabr ayının 6-da torpağa aid çıxarışın hazır olacağını söyləmişdir. Noyabr ayının 4-də Həmidə Hövsan qəsəbəsində yerləşən “Samsung” mağazasının qarşısında 150 manat pul vermiş, qalan pulu Həmidə vermək üçün sonuncu ilə birlikdə Füzuli rayonuna yolda düşmüşlər. Füzuli rayonu, Yeni Qayıdış qəsəbəsinə gələrək evdən 700 manat pul götürərək Həmidə verib özü rayonda qalmışdır. Bundan sonra Həmidə hissə-hissə 500 manat pulu da Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında vermişdir. Aradan bir müddət keçdikdən sonra Həmidin onları aldatdığını öyrənərək pulu tələb etdikdə, Həmid torpaq sahəsinin pulunu qaytaracağına söz verməsinə baxmayaraq ondan almış olduğu 2850 manat pulu qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 məhkəməyə ərizə ilə müraciət edib, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Rusiyada yaşadığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, həmin ifadəsində göstərmişdir ki, 2014-cü ilin noyabr ayının ortalarında dostluq etdiyi Ağəli Əsədov vasitəsilə Həmid adlı torpaq alqı-satqısı ilə məşğul olan şəxslə Yeni Suraxanı qəsəbəsində torpaq sahəsi satdığı sahədə tanış olmuş, Həmidlə dörd sot torpaq sahəsinin hər sotunu 1500 manata razılaşmış, həmin gün torpaq sahəsində Həmidə 1000 manat pulu notariat kontorundan arvadının adından torpaq sahəsinin ona verilməsi barədə etibarnaməni verdiyi zaman vermişdir, aradan bir gün keçmiş Həmid idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlib onunla birlikdə aldığı torpaq sahəsinə gətirib torpaq sahəsini göstərib H.Əliyev prospekti 105 saylı ünvanın qarşısında sonuncuya 2000 manat pul vermişdir. Həmid onu əmin edərək bir neçə günə torpağın sənədlərini təqdim edəcəyini bildirmiş, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq torpağın sənədlərini təqdim etməmiş, aradan beş ay keçdikdən sonra o, pulunu tələb etdikdə Həmid ona cəmi 400 manat pul qaytarmışdır, hazırda 2600 manat pulu qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 məhkəməyə teleqramla müraciət edib, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb etdiyini göstərmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, həmin ifadəsində göstərmişdir ki, 2013-cü ildən beton istehsalı məşğul olan “xxxx” MMC-də işləyir. 2014-cü ilin iyun ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ilə iş yoldaşı Səbuhi vasitəsi ilə tanış olmuşdur. Həmidlə sotu 1500 manata 2 sot torpaq sahəsi almağa razılaşmış, torpağa aid sənəd olub-olmaması ilə maraqlandıqda Həmid söz verərək torpağa aid bütün sənədləri özü düzəldib verəcəyini vəd etmişdir. Həmidə inanaraq aradan bir neçə gün keçmiş onunla əlaqə saxlamış, Nizami rayonu, H.Əliyev prospekti, 110 saylı ünvanın qarşısında görüşmüşlər. Həmidə torpaq sahəsinə görə 900 manat pul vermiş, Həmid ona arvadı Şahid7 adına Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində 2 sot torpaq sahəsinin sərəncamına verilməsi barədə etibarnamə verəcəyini vəd etmişdir. Satdığı torpaq sahəsinin sənədlərini rəsmiləşdirib təqdim etdikdən sonra qalan pulu verməyi razılaşmış, lakin günlər keçdikcə Həmid hər dəfə bir bəhanə gətirirərək torpağa aid sənədləri təqdim etməmiş, ondan başqa iş yoldaşları Səbuhi, Ağəli və digər şəxslər də Həmiddən torpaq sahəsi almış, Həmid torpağa aid sənədləri təqdim etmədiyinə və müxtəlif bəhanələr gətirdiyinə görə daha Həmidlə əlaqə saxlamamışdır. Həmin ərazidə torpaq sahəsi almış şəxslərdən Ağəli və Səbuhi ilə birlikdə Abşeron rayonunda yerləşən ərazi reyestr xidmətinə gedərək Həmid və arvadı Şahid7 həmin torpağa aid heç bir aidiyyətləri olmadıqlarını öyrənmişdir. İş yoldaşları ilə birlikdə Həmid barəsində şikayət ərizəsinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ünvan 24 ünvanı ata evidir. Həmin ünvanda 6 fərdi yaşayış evi vardır. Atası vəfat etməzdən əvvəl o, həmin həyətdə özünə ayrıca ev tikdirmiş, həyəti də ayırmışdır. Qardaşı Təqsirləndirilən şəxs da həmin həyətdə özünə ayrıca ev tikmiş, ata evlərini isə satmışdır. Buna görə Həmidlə küsülüdürlər, danışmırlar, Həmidin kimləri aldatmasından onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Yasinbala oğlu, Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12, Zərərçəkmiş şəxs40 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X36, Zərərçəkmiş şəxs37 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X53 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs22 Bakı şəhərində torpaq sahəsi alıb ev tikmək istəmişdir. Onlar Təqsirləndirilən şəxs makler vasitəsilə tanımışlar. Onlar birlikdə “Azərsun Holding”ə məxsus anbarların qarşısına getmişlər. Nizami adlı makler torpaq sahəsini göstərərək oranın Həmidə məxsus olduğunu bildirmişdir. Bir az sonra Həmid özü də gələrək torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. 2 sot torpaq sahəsi almaq üçün sotunu 2000 ABŞ dollarına razılaşmışlar. Həmid torpaq sahəsinin həyat yoldaşı Gülərin adına olduğunu bildirmiş, sonra Güləri götürüb birlikdə “Neftçilər” metrosu yaxınlığında yerləşən notariat kontoruna getmişlər, notariat kontorunun qarşısında Həmid qardaşı Hüseyndən sənədləşmə üçün 200 ABŞ dolları almışdır. Hüseyn şəxsiyyət vəsiqəsini evdə unutduğu üçün Gülər onun adına etibarnamə vermişdir. Notariat kontorundan çıxandan sonra Hüseyn Həmidə qalan pulun Yevlax rayonunda nənəsinin evində olduğunu bildirdikdə, Həmid rayona getməyə razılaşmış, onlar Nizami ilə birlikdə Həmidin idarə etdiyi avtomobillə Yevlax rayonuna getmişlər. Hüseyn orada Nizaminin yanında həmin pulu Həmidə vermişdir. Həmid etibarnaməni Hüseynə verərək əlavə 300 manat pulu torpaq sahəsinin çıxarışı üçün verməli olduğunu, çıxarışın 51 günə hazırlanıb ona təqdim edəcəyini vəd etmişdir. Sentyabr ayının əvvəllərində X75 qəsəbəsində yerləşən “Rəng zavodunun” yanında görüşərək 300 manat pulu da ona vermişdir. Lakin həmin vaxtdan sonra Həmidlə əlaqə saxlaya bilməmişlər, onun verdiyi mobil nömrələrə zəng çatmamışdır. Hüseyn Həmidin evinə getmiş, arvadı X93 şəhərinə getdiyini demişdir. Hüseyn etibarnamə ilə tikinti işləri apara biləcəyinə əmin olaraq torpaq sahəsinə traktor apararaq tikinti işləri aparmaq istəyərkən ora gələn şəxslər torpaq sahəsinin Neft Şirkətinin ərazisi olduğunu və burada tikinti aparmağın qadağan olduğunu bildirmişlər. Hüseyn Həmidə ümumilikdə 4200 ABŞ dolları və 300 manat pul vermişdir. Lakin indiyədək Həmid pulu qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə ilə müraciət edib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs31 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə ərizə ilə müraciət edib, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bununla əlaqədar həmin şahidin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, təxminən 2010-2011-ci illərdə Ramana qəsəbəsində torpaq sahəsi almışdır, 2013-cü ildə ehtiyacı yarandığından o, həmin torpaq sahələrinin satışı ilə əlaqədar olaraq Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən maklerlərə müraciət etmişdir ki, onlardan biri də Habil olmuşdur. Təxminən 2013-cü ilin avqust-sentyabr aylarında Habil ona zəng edərək torpaq sahəsinə müştərisinin olmasını bildirmişdir. O, Habilin yanında Mahir adlı şəxslə tanış olmuş və Mahiri apararaq satmaq istədiyi torpaq sahəsini göstərmiş, Mahir isə torpaq sahəsini bəyənsə də, Suraxanıda yolun kənarından torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bundan sonra o, Mahiri tanışı olan Təqsirləndirilən şəxs ilə tanış etmiş və Mahirlə Həmid torpaq sahəsinin alqı-satqısına dair aralarında danışmışlar. Aradan bir müddət keçdikdə o, Həmidlə qarşılaşdıqda, Həmid torpaq sahəsini Mahirə satmasını bildirmişdir. O, Mahirlə Həmidi tanış etməsinə görə zəhmət haqqısı olan 260 manat pulu Həmiddən almışdır. Lakin bir müddət sonra Mahir ona zəng edərək torpaq sahəsində tikinti aparmaq istəməsini, lakin ona imkan verməmələrini bildirdikdə, o, bununla əlaqədar Həmidə zəng etmiş, Həmid isə problemi yoluna qoyacağını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahidlər Şahid11 və Şahid10 ifadələri elan edilərək tədqiq olunmuş, müəyyən edilmişdir ki, onların ifadələri zərərçəkmişin hüquqi varisi X1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Şahid8 isə onun baldızı oğludur. O, ailə üzvləri ilə birlikdə özlərinə məxsus olan ünvan 25 ünvanında yaşayır. Adları hazırda tam ona məlum olan zərərçəkmişlərdən bir qismini tanıyır. Belə ki, əri Həmid 2012-ci ildən Bakı şəhəri, Suraxanı rayonu ərazisində torpaq sahələrinin və evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Onun Həmidin gördüyü işlərdən heç bir xəbəri olmamışdır. 2016-cı ildə Həmidin yaşadıqları Suraxanı rayonu, Sabir küçəsi, 29 ünvanında yerləşən evi internet vasitəsi ilə satışa qoymasını o, evə ilk müştərilərin gəlməsindən bilmişdir. O, bu barədə Həmiddən soruşduqda, Həmid onun işlərinə qarışmamasını bildirmişdir. Ona görə də o, düşünmüşdür ki, Həmid həmin evi satıb yəqin ki, onlar üçün də hardasa ev tikər. Ümumiyyətlə Həmid çox qapalı bir insandır. Heç vaxt ailədə işlərinə qarışmalarını sevməmişdir. İlkin olaraq o, evə gələn müştərilərə həqiqətən də evin otaqlarını göstərmiş, lakin sonradan Həmid ona evi almaq istəyən şəxslərin evi almaq fikirlərindən vaz keçdiklərini bildirmişdir. O, ilk əvvəl Həmidə inansa da, sonradan artıq həmin şəxslərin evə gələrək evdən çıxmalarını tələb etmələrini, Həmiddən pullarını tələb etmələrini görüb başa düşmışdır ki, Həmid həmin insanları aldatmışdır. Ona görə də həmin şəxslər evə gəldikdə o, sonunculara gedib Həmiddən şikayət etmələrini, evdən çıxmayacağını bildirmişdir. Həmidin aldığı pulları hara sərf etməsindən xəbəri yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur, o, sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur. 2017-ci ildə dəqiq tarix yadında deyil, Həmid ona demişdir ki, evini kreditlə satır və xahiş etmişdir ki, telefonuna zəng edəndə o, həmin müştərini onun evinə gətirsin. Həmid öz evində olan kompyuterində “Lalafo”da evin şəkilini və evin altında kreditlə satıldığını, ilkin ödəniş kimi hansısa məbləğ və hər ay 300 manat ödəmək şərti ilə fərdi yaşayış evini 20.000 manata elanda qoymuşdur. Makler kimi də onun telefonunu “Lalafo” saytına qoymuşdur. Ona söz vermişdir ki, evi satsa ona da makler kimi hörmət edəcək. Dəqiq tarixlər yadında deyil, lakin 2017-ci ilin müxtəlif aylarında onun hazırda yadına qalmayan telefon nömrəsinə müştərilər zəng etmiş və o, sonuncularla Suraxanı qəsəbəsində olan məscidin yanında görüşmüş və onları Həmidin evinə aparmışdır. Onlarla qiymətdə Həmid özü danışmış, o, heç vaxt müştəridən hansısa pul almamışdır. Bir neçə dəfə də Həmid onu notariusa aparmışdır. Lakin Həmid ona heç vaxt pul verməmişdir. Həmid ona demişdir ki, hansısa sənəd düz olmadığına görə evi sata bilməmişdir. Yəni, ona heç vaxt ev satmaq adı ilə pul verməmişdir. O, Həmidə 15 manat bir dəfə borc vermiş, Həmid də ona 100 manat pul qaytarmışdır. O, internetdən istifadə etmək üçün Həmidgilə getmişdir. O, dəfələrlə müştəri aparmış, lakin hazırda onların kim olmasını və Həmidlə hansı sövdələşmələr aparmalarını bilməmişdir. O, müştəri aparanda evdə həmişə Həmid olmuşdur. Yəni, Həmidsiz onların evinə müştəri aparmamışdır. Bəzi hallarda isə Həmidin həyat yoldaşı Gülər də evdə olmuşdur. Lakin Gülər heç vaxt müştərilərlə danışmamışdır. O, bilməmişdir ki, Həmid bu yolla adamları aldatmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə maddi ziyan vurması faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1-2) -Baxış haqqında xx xxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 hadisə yerini göstərmişdir. (İ cild i.v. 19) -Baxış haqqında xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 hadisə yerini göstərmişdir. (İ cild i.v. 49) -Baxış haqqında xx xxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə yerini göstərmişdir. (İ cild i.v. 99) - xx xxxxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda X69 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 5000 manat pulu borca vermişdir. (İ cild i.v. 103) -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə maddi ziyan vurması faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İİ cild i.v. 1) -Baxış haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 Zahid oğlu hadisə yerini göstərmişdir. (İİ cild i.v. 8) - xx xxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Zərərçəkmiş şəxs6 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2021-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 5000 manat pulu borca vermişdir. (İİ cild i.v. 10) - xx xxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxxxxx 2021-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs6 vermişdir. (İİ cild i.v. 11) - xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxxxxx 2022-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs5 vermişdir. (İİ cild i.v. 22) -Baxış haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 hadisə yerini göstərmişdir. (İİ cild i.v. 23) - xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs7 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 6000 manat pulu borca vermişdir. (İİ cild i.v. 58) - xx xxxxxx 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Qubatov X18 Həmid İntiqam oğluna 2 ayın ödənişi kimi 600 manat ödəmiş, Təqsirləndirilən şəxs həmin məbləği almış və qəbzi imzalamışdır. (İİ cild i.v. 59) - xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda Zərərçəkmiş şəxs8 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxx 2018-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 5000 manat pulu borca vermişdir. (İİ cild i.v. 88) - xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxxxx 2025-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs9 vermişdir. (İİ cild i.v. 115) - xx xxxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxxxxx 2021-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs10 vermişdir. (İİ cild i.v. 141) - xx xxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Şahid10 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2017-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 8000 manat pulu borca vermişdir. (İİ cild i.v. 155) -Baxış haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 hadisə yerini göstərmişdir. (İİ cild i.v. 192) -Baxış haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 hadisə yerini göstərmişdir. (İİ cild i.v. 195) - xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs14 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxx 2018-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 6000 manat pulu borca vermişdir. (İİ cild i.v. 198) - xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs13 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxx 2018-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 3500 manat pulu borca vermişdir. (İİ cild i.v. 199) - xx xxxxxx 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Zərərçəkmiş şəxs12 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxxx 2017-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 5000 manat pulu borca vermişdir. (İİ cild i.v. 206) -Təqsirləndirilən şəxs xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, o, ünvan 26 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evini aralarındakı razılığa əsasən X52 ilə 24.000 manata razılaşmışlar, X52 tərəfindən 8000 manat ödənilmiş, qalan 16.000 manat hər ay 400 manat ödəməyi öhdəsinə götürmüşdür. (İİİ cild i.v. 40) - xx xxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxx 2022-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə X46 vermişdir. (İİİ cild i.v. 69) -Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixli qəbzindən görünür ki, o, ünvan 26 ünvanında yerləşən özünə məxsus olan evi Rəhimov Şahinə 20.000 manata satmışdır. Onun 6000 manatını ilkin ödəniş şəkli kimi qəbul etmiş, yerdə qalan məbləği kredit şəklində ayda 300 manat ödəmək şərti ilə vermişdir. Qəbz Təqsirləndirilən şəxs, şahidlər Bəbir Şahmar oğlu və Orucov Qələmdar tərəfindən imzalanmışdır. (İİİ cild i.v. 70) - xx xxxxxxxx 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxxxxxx 2022-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs19 vermişdir. (İİİ cild i.v. 98) - xx xxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Zərərçəkmiş şəxs20 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2022-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 8000 manat pulu borca vermişdir. (İİ cild i.v. 160) - xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda Zərərçəkmiş şəxs36 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 3500 manat pulu borca vermişdir. (İİİ cild i.v. 207) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 192 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (İİİ cild i.v. 245-246) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.30 ha torpaq sahəsindən etibarnamə əsasında ona etibar edilmiş 0.15 ha torpaq sahəsinin 200 kv.m sahəsinə dair zəruri sənədləri toplamağı, təyinatı üzrə istifadə etməyi, təyinatı dəyişdirildikdən sonra özəlləşdirməyi və sair səlahiyyətləri 79 il 2 ay 12 gün müddətindək həmin etibarnamə ilə X37 vermişdir. (İV cild i.v. 7) - xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X53 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxx 2045-ci il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs22 vermişdir. (İV cild i.v. 8) -Baxış haqqında xx xxxx 2015-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs22 hadisə yerini göstərmişdir. (İV cild i.v. 9) - xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxxx 2064-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X31 vermişdir. (İV cild i.v. 23) - xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs23 vermişdir. (İV cild i.v. 24) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs24 vermişdir. (İV cild i.v. 25) - xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 200 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxxx 2064-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs34 vermişdir. (İV cild i.v. 26) - xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs26 vermişdir. (İV cild i.v. 27) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs28 vermişdir. (İV cild i.v. 28) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X38 vermişdir. (İV cild i.v. 29) - xx xxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsi ilə bağlı müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs35 vermişdir. (İV cild i.v. 30) - xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda X27 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana xx xxxxxx 2015-ci il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 2000 manat pulu borca vermişdir. (İV cild i.v. 37) -Abşeron rayon İHB-nın xx xxxxxx 2008-ci il tarixli 068A nömrəli Sərəncamının surətindən görünür ki, Abşeron rayonuna təhkim edilmiş Dövlət X67 saxlanılan torpaqlardan Donuzkökəltmə sovxozu ərazisində kənd təsərrüfatı məqsədləri üçün 4 hektar torpaq sahəsi 99 il müddətinə icarə qaydasında X16 ayrılmışdır. (İV cild i.v. 47) -Baxış haqqında xx xxxxxx 2015-ci il tarixli protokoldan görünür ki, X60, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs23, X5 və Zərərçəkmiş şəxs35 hadisə yerini göstərmişlər. (İV cild i.v. 48-54) - xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Abdinova (Quliyeva) Xumar Fərrux qızının adından etibarnamə ilə hərəkət edən Təqsirləndirilən şəxs Bakı şəhəri X19 xx xxxxxx 2002-ci il tarixli Sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində Sabir küçəsinin yuxarı hissəsində fərdi ev tikintisi üçün ona ayrılmış 350 kv.m torpaq sahəsinin 300 kv.m torpaq sahəsində müvafiq qaydada tikinti aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, satmağı və digər səlahiyyətləri xx xxxxxx 2063-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X61 vermişdir. (İV cild i.v. 65) - xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri 35 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Abdinova (Quliyeva) Xumar Fərrux qızının adından etibarnamə ilə hərəkət edən Təqsirləndirilən şəxs Bakı şəhəri X19 xx xxxxxx 2002-ci il tarixli Sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində Sabir küçəsinin yuxarı hissəsində fərdi ev tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin 350 kv.m torpaq sahəsinə dair sərəncam vermək hüququ ilə ona verilmiş 100 kv.metrinə dair müvafiq sənədləşmə işləri aparmağı, satmağı və digər səlahiyyətləri xx xxxxxx 2063-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X61 vermişdir. (İV cild i.v. 66) -Bakı şəhəri X19 xx xxxxxx 2002-ci il tarixli 021 nömrəli Sərəncamının surətindən görünür ki, X23 həyətinin qarşısında Sabir küçəsinin yuxarı hissəsində 600 kv.m zibillik öz hesabına təmizlənib, torpaq sahəsi vətəndaşın istifadəsinə verilməsi qərara alınmışdır. (İV cild i.v. 68) -Baxış haqqında xx xxxxxx 2015-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs21 hadisə yerini göstərmişdir. (İV cild i.v. 69-71) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Abdinov X41 rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 700 kv.m torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X9 vermişdir. (İV cild i.v. 76) - xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda Zərərçəkmiş şəxs27 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borc alana xx xxx 2014-cü il tarixədək qaytarmaq öhdəliyi ilə, faizsiz olmaqla, 9000 manat pulu borca vermişdir. (İV cild i.v. 91) - xx xxxxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs29 vermişdir. (İV cild i.v. 158) - xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs39 vermişdir. (İV cild i.v. 178) - xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs37 vermişdir. (V cild i.v. 3) -Baxış haqqında xx xxxxxx 2016-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs37 hadisə yerini göstərmişdir. (V cild i.v. 10-12) - xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Abdinova (Quliyeva) Xumar Fərrux qızının adından etibarnamə ilə hərəkət edən Təqsirləndirilən şəxs Bakı şəhəri X19 xx xxxxxx 2002-ci il tarixli Sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində Sabir küçəsinin yuxarı hissəsində fərdi ev tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinə dair müvafiq sənədləşmə işləri aparmağı, satmağı və digər səlahiyyətləri xx xxxxxxxx 2063-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə Zərərçəkmiş şəxs40 vermişdir. (V cild i.v. 104) -Baxış haqqında xx xxxxx 2014-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs40 hadisə yerini göstərmişdir. (V cild i.v. 122-123) -Bakı şəhəri X19 xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli məktubundan görünür ki, X15 adına X22 xx xxxxxx 2002-ci il tarixli 021 nömrəli Sərəncam yoxdur. (V cild i.v. 145) - xx xxxx 2014-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X17 vermişdir. (V cild i.v. 188) - xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxxx 2116-cı il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə X28 vermişdir. (V cild i.v. 311) - xx xxx 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq xx xxx 2116-cı il tarixədək olan müddətdə onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və sair səlahiyyətləri həmin etibarnamə ilə Zərərçəkmiş şəxs30 vermişdir. (Vİ cild i.v. 20) - xx xxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Şahid7 Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X54 vermişdir. (Vİ cild i.v. 179) - xx xxxx 2014-cü il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda Zərərçəkmiş şəxs41 (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, borc alan borc verənə 11.000 manat borcu olduğunu etiraf etmiş, həmin borcu xx xxxxxxxx 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. (Vİİİ cild i.v. 100) - xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X12 adından etibarnamə ilə hərəkət edən Abdinov X41 rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 500 kv.m torpaq sahəsinə dair müvafiq sənədləri aldıqdan sonra ona dair sərəncam verməyi, satmağı və sair səlahiyyətləri xx xxxxxxx 2093-cü il tarixədək olan müddət üçün həmin etibarnamə ilə X47 vermişdir. (Vİİİ cild i.v. 101) -Baxış haqqında xx xxxxxxx 2016-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs41 hadisə yerini göstərmişdir. (Vİİİ cild i.v. 110-112) -Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, X10 Nizami və Qabil adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi faktı üzrə materiallar cinayət işinin materiallarından ayrılmış və araşdırılması üçün icraata qəbul edilmiş, Şahid8, Şahid5 və Şahid7 barələrində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (Vİİİ cild i.v. 206-260) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs da niyyəti əmlakı (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə, yəni onlara vəd etdiyi torpaq sahələrini, fərdi yaşayış evini vermək deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, bütün hallarda, yəni 42 nəfər zərərçəkmiş şəxsin hər birinə münasibətdə də bu məqsəd və niyyətinə çatmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın yalnız bir qismini ödəmişdir, qalan maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslərlə barışmamış, bundan irəli gələrək cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, həmin təqsirləndirilən şəxsin CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - xx xxxxxxxx 2017-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs18 satdığı torpaq sahəsinə görə aldığı puldan 1000 manatını ona ödəmişdir, qalan pulu az bir vaxtda ödəyəcəkdir. (İİ cild i.v. 129) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il və xx xxxx 2020-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Abdinov X13 Respublikası Qomel vilayəti Qomel Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Belorusiya Respublikası CM-nin 380-ci maddəsinin 1-ci hissəsi ilə (saxta sənəd möhür.) təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq, azad edilmişdir. (İİİ cild i.v. 24-26, İX cild i.v. 28-31) -Tutma haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİİ cild i.v. 170) -Tutma haqqında xx xxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün həmin tarixdə tutulmuşdur. (İİİ cild i.v. 179) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 15 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. (İİİ cild i.v. 200-201) -Belorusiya Respublikası Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin xx xxxxxx 2015-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhədini qanunsuz keçərkən saxlanılmış, müəyyən edilmişdir ki, o, saxta sənəddən, Abdinov Faiq adlı şəxsin adına pasportdan istifadə etmişdir. (İV cild i.v. 227) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Belorusiya Respublikasından ekstradisiya məsələsinin həlli üçün onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. (İV cild i.v. 236) -Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin xx xxxxxx 2016-cı il tarixli 201 nömrəli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdə Bakı H.Əliyev adına Hava Limanında saxlanılaraq RPİ-nin İŞ-nə təhvil verilmişdir. (V cild i.v. 13) -Tutma haqqında xx xxxxxx 2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün həmin tarixdə tutulmuşdur. (V cild i.v. 16) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2016cı il tarixdən hesablanmışdır. (V cild i.v. 37-40) -Belorusiya Respublikası DİN-nin 3 saylı istintaq təcridxanasının xx xxxxxx 2016-cı il tarixli ******* nömrəli arayışından görünür ki, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək həmin təcridxanada saxlanılan Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. (V cild i.v. 43) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxx 2016-cı il tarixədək uzadılmışdır. (V cild i.v. 56) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2016-cı il tarixədək uzadılmışdır. (V cild i.v. 78-79) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx xxxx 2016-cı il tarixədək müəyyən edilmişdir. (V cild i.v. 76-77) -Zərərçəkmiş şəxs21 xx xxxx 2016-cı il tarixli qəbzindən görünür ki, ona dəymiş 4050 manat maddi ziyandan 2500 manatını təhvil almışdır. (V cild i.v. 80) -Zərərçəkmiş şəxs27 xx xxxx 2016-cı il tarixli qəbzindən görünür ki, ona dəymiş 7800 manat maddi ziyandan 1000 manatını təhvil almışdır. (V cild i.v. 84) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında olma müddəti xx xxxxxx 2016-cı il tarixədək uzadılmışdır. (V cild i.v. 89-90) -Zərərçəkmiş şəxs21 xx xxxx 2016-cı il tarixli qəbzindən görünür ki, ona dəymiş 4050 manat maddi ziyandan 300 manatını təhvil almışdır. (V cild i.v. 91) -Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğuna, istintaqın çağırışlarına gəlməyərək gizləndiyinə görə barəsində axtarış elan edilmiş, tutulduğu halda Suraxanı RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. (V cild i.v. 300-301) -Tutma haqqında xx xxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (Vİ cild i.v. 86) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 01 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2017ci il tarixdən hesablanmışdır. (Vİ cild i.v. 145-146) -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin xx xxxxx 2017-ci il tarixədək uzadılmasından imtina edilmişdir (CPM-nin 159.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyinə görə). (Vİİ cild i.v. 36-39) -Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin xx xxxxxx 2016-cı il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Vİİ cild i.v. 40-43) -Zərərçəkmiş şəxs21 xx xxxx 2017-ci il tarixli qəbzindən görünür ki, ona dəymiş maddi ziyandan 250 manatını təhvil almışdır. (Vİİ cild i.v. 74) -Zərərçəkmiş şəxs30 xx xxxx 2017-ci il tarixli qəbzindən görünür ki, ona dəymiş maddi ziyana görə 1000 manat pulu təhvil almışdır. (Vİİ cild i.v. 109) -Zərərçəkmiş şəxs21 qəbzindən görünür ki, ona dəymiş maddi ziyandan 180 manatını təhvil almışdır. (Vİİ cild i.v. 111) -Zərərçəkmiş şəxs29 Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. (Vİİ cild i.v. 130) -Zərərçəkmiş şəxs25 qəbzindən görünür ki, ona dəymiş maddi ziyandan 300 manatını təhvil almışdır. (Vİİ cild i.v. 135) -Zərərçəkmiş şəxs30 xx xxxxxxx 2017-ci il tarixli qəbzindən görünür ki, ona dəymiş maddi ziyandan 1000 manatını təhvil almışdır. (Vİİ cild i.v. 136) -Zərərçəkmiş şəxs30 xx xxxxxxx 2017-ci il tarixli qəbzindən görünür ki, ona dəymiş maddi ziyandan 1000 manatını təhvil almışdır. (Vİİ cild i.v. 138) -Zərərçəkmiş şəxs31 Bakı şəhəri Suraxanı RPİ-nə ünvanladığı xx xxxxxxxx 2018-ci il tarixli və məhkəməyə təqdim etdiyi xx xxxxxx 2021-ci il tarixli ərizələrindən görünür ki, ona dəymiş 13.580 manat maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. (Vİİ cild i.v. 139) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmişdir (CPM-nin 159.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyinə görə). (Vİİİ cild i.v. 52-58) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Vİİİ cild i.v. 59-65) -Belorusiya Respublikası Qomel vilayəti Qomel Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, Belorusiya Respublikası CM-nin 380-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxx 2016-cı il tarixədək uzadılmışdır. (İX cild i.v. 32) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəmə məsuliyyətinə verilmiş Təqsirləndirilən şəxs məhkəmədən gizlənərək məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli protokolundan və xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx xxxxxx 2019-cu il tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay 28 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” x xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Məhkəmə istinad edilən qərarla müəyyən edilmiş hüquqi nəticəyə uyğun olaraq, Təqsirləndirilən şəxs Belorusiya Respublikasının Qomel vilayətinin Qomel Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə məhkum olunmasını nəzərə almır, hesab edir ki, o, əvvəllər məhkum olunmamış şəxs kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın bir qisminin ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, dələduzluğun təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğundan cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, ibtidai istintaq zamanı xx xxx 2016-cı il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasından sonra, o, bundan nəticə çıxarmamış, həbsdən azad edildikdən dərhal sonra, xx xxx 2016-cı il tarixdə və ondan sonrakı müvafiq tarixlərdə çoxsaylı dələduzluq əməllərinə yol vermiş, davranışı ilə ona göstərilmiş etimadı doğrultmamışdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Belorusiya Respublikasının Sərhəd Qoşunları tərəfindən saxta sənəddən istifadə etməsi şübhəsi ilə saxlanılması ilə əlaqədar onun şəxsiyyətinin dəqiqləşdirilməsi barədə müraciət edildikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Belorusiya Respublikasından ekstradisiya məsələsinin həlli üçün onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. Lakin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs barəsindəki həmin qərar Belorusiya Respublikasında icra olunmamışdır, o, məhz Belorusiya Respublikası Qomel vilayəti Qomel Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Belorusiya Respublikası CM-nin 380-ci maddəsinin 1-ci hissəsi ilə (saxta sənəd möhür.) təqsirli bilinib, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq, azad edilmişdir. Belorusiya Respublikası DİN-nin 3 saylı istintaq təcridxanasının xx xxxxxx 2016-cı il tarixli ******* nömrəli arayışı ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək həmin təcridxanada sözügedən hökmün icrası ilə bağlı saxlanılmış və cəzasının sonu ilə azad edilmişdir. İbtidai istintaq zamanı Suraxanı və Nizami Rayon Məhkəmələrinin müvafiq qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunarkən həmin 3 ay müddət də təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə daxil edilsə də, bu, əsaslı olmamışdır, yalnız ilkin məlumatlara və təqsirləndirilən şəxsin özünün məlumatına istinadən olmuşdur. Halbuki, ibtidai istintaqın sonrakı gedişində hökmün və qərarın əldə edilməsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdə tutulmasından sonra cinayət işi məhkəmə baxışında olarkən onun həbsdə saxlanılma müddəti məhz Belorusiya Respublikası CM-nin 380-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı uzadılmış, lakin həmin müddətədək işə baxılaraq ona cəza təyin edilmiş, cəzaçəkmə müddəti başa çatdıqdan sonra o, təcridxanadan azad edilmiş, təyyarə vasitəsi ilə Azərbaycana gəlmiş, xx xxxxxx 2016-cı il tarixdə X50 tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirli bilindiyi digər cinayət əməlinə görə xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək istintaq təcridxanasında saxlanıldığı müddət Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırkı cinayət işi ilə bağlı olmamışdır, ona görə cəzaçəkmə müddətinə daxil edilə bilməz. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək və xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, ümumilikdə 07 ay 29 gün müddətdə şübhəli şəxs qismində tutulmuş, həbsdə saxlanılmış və ev dustaqlığında olmuşdur, ona görə həmin müddətlər Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bu zaman məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında olma müddəti xx xxxxxx 2016-cı il tarixədək uzadılsa da, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğuna, istintaqın çağırışlarına gəlməyərək gizləndiyinə görə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin xx xxxx 2016-cı il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, tutulduğu halda Suraxanı RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan müddət təqsirləndirilən şəxsin ev dustaqlığında olması kimi qiymətləndirilə və cəzaçəkmə müddətinə daxil edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanmalı olduğu tarixlə bağlı qeyd edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərildikdən sonra, Təqsirləndirilən şəxs məhkəmədən gizlənərək məhkəmə iclaslarına gəlmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun axtarışı elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şübhəli şəxs kimi Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin icraatında olan cinayət işi ilə bağlı xx xxxxxx 2019-cu il tutulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən xx xxxxxx 2019-cu il tarixli həbs qərarı həmin vaxt qüvvədə olmuş, sonradan da dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Xəzər RPİ-nin İŞ-si tərəfindən aparılan ilkin araşdırma zamanı təqsirləndirilən şəxsin barəsində digər cinayət işi ilə bağlı həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilməsi və icra olunmaq üçün Nizami RPİ-nə göndərilməsi barədə məlumat olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə də barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərin əksəriyyətinə vurulmuş maddi ziyan ödənilməsə də və ya bir hissəsinə dəymiş maddi ziyanın bir qismi ödənilsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinun tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində dövlət hesabına vəkil X55 təyin olunmuşdur, müstəntiqin arayışına əsasən vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 71 iş saatı müddətində olmuşdur, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 426 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmədə işə baxılarkən təqsirləndirilən şəxsin müdafiəçisi qismində dövlət hesabına vəkil Müdafiəçi dəvət olunmuşdur, həmin müdafiəçinin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 80 iş saatı müddətinə bərabər tutulur. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxx 2016-cı il tarixədək, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək və xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığında olduğu ümumilikdə 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinin məhkəmə baxışında olması və həmin iş üzrə də barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda 71 saat göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X39 “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 426 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş materialları ilə tanış olmaqla birlikdə Təqsirləndirilən şəxs məhkəmədə 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar