Məhkəmə qərarları › İş №1(007)-331/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-331/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-331/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X1 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 19 oktyabr 2021-ci il tarixdə, saat 11:50-də, Bakı şəhərində, xx xxxxxx 1991-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 12.09.2021cı il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, məhəllə 2405 ünvanda yerləşən 1C saylı yaşayış binasının 8 saylı mənzilin qonaq otağında, arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq, sonuncuya ənsə nahiyəsinin hematoması, hər iki bazu nahiyələrinin ön, iç və bayır səthlərinin geniş ölçülü qançırları ilə mışayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək qəsdən sağlamlığina yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 12.09.2021-ci il tarixdə saat 02:00 radələrində, ailəsi ilə yaşadığı ünvan 1 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs vuraraq sonuncuya müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Hazırda həyat yoldaşı ilə barışmış və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12.09.2021-ci il tarixdə saat 02:00 radələrində, ailəsi ilə yaşadığı ünvan 1 ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs ailə münasibətləri zəminində ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Hazırda həyat yoldaşı ilə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Müdafiəçi hüquqularını müdafiə etdiyi şəxsin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, sonuncunun cinayət məsuliyyətindən azad edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəflərin barışması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını əlaqəli araşdırıb, barəsində ittiham irəli sürülmüş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, müdafiəçinin və dövlət ittihamçısının təkliflərini, habelə tərəflərin barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin razılığı ilə verilmiş ərizəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar