Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-168/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Nizami rayonu, Naxçıvanski küçəsi 100, 14 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, hüquq verən və ya vəzifədən azad edən sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını bilə-bilə saxta sənədlərdən istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamışdır. Belə ki, o, 01 iyul 2022-ci il tarixdən ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs fiziki şəxs kimi Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti göstərdiyi lombardda mütəxəssis kimi işlədiyi dövrdə hüquq verən və ya vəzifədən azad edən sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla 041716 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “İsgəndəova Fatimə'’ adına 400 manat, 041718 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Nağıyev Mirxəlil" adına 100 manat, 041719 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Sadıqova Sahilə” adına 750 manat, 041721 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Sadıqova Sahil” adına 1000 manat, 041722 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Əliyev Tunar” adına 450 manat, 041774 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Sadıqova Lyüdmila” adına 350 manat , 041759 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Sadıqova Lyüdmila” adına 300 manat, 041760 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Ələsgərova Pərvin” adına 600 manat, 041767 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Fatimə” adına 350 manat, 041769 nömrəli girov biletinin surətinə xx.xx.2023- cü il tarixdə “İsgəndərova Fatimə” adına 850 manat, 041779 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Gözəl” adına 950 manat, 041782 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Gözəl” adına 400 manat, 041786 nömrəli girov biletinin surətinə xx.xx.2023cü il tarixdə “İsgəndərova Gözəl” adına 1500 manat, 041792 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Sadıqov Tunar” adına 320 manat, 041796 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Aygün” adına 350 manat, 041807 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Ələsgərova Aygün” adına 320 manat, 041812 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə ad və soyad qeyd etmədən 1200 manat, 041823 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Şahid1" adına 300 manat, 041826 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Gövhər” adma 200 manat, 041830 nömrəli girov biletinin surətinə xx.xx.2023cü il tarixdə “Hacıyevə Şəhla" adına 380 manat, 041831 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Həcıyeva Şəhla” adına 350 manat, 041833 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Daşdəmirova Aişə” adına 600 manat, 041838 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Haqverdiyev Səbuhi” adına 430 manat, 041834 nömrəli girov biletinin surətinə 29 may 2023-cü il tarixdə “Ağayeva Nərmin” adına 1050 manat, 041839 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Günay” adına 540 manat, 041840 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Aytac” adına 550 manat, 041844 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Günay” adına 300 manat, 041845 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Günay” adına 980 manat, 041847 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Günay” adına 840 manat, 041851 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Aysel” adına 480 manat, 041852 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Aysel” adına 600 manat, 041854 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Natalya” adına 200 manat, 041857 nömrəli girov biletinin surətinə 30.06 2023-cü il tarixdə “İsgəndərova Aytac” adına 450 manat, 041859 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Ağayeva Nərminə” adına 650 manat, 041861 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Aytəkin” adına 570 manat, 041866 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adına 250 manat, 041867 nömrəli girov biletinin surətinə xx.xx.2023cü il tarixdə “Əhmədova Güney” adına 350 manat, 041877 nömrəli girov biletinin surətinə 24.07 2023-cü il tarixdə “Ələsgərova Aygün” adına 350 manat, 041880 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adına 330 manat, 041882 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Leyla” adına 420 manat, 041884 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Oruclu Sərxan” adına 250 manat, 041886 nömrəli girov biletinin surətinə xx.xx.2023- cü il tarixdə “Haqverdiyevə Gülnarə” adına 1350 manat, 041887 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Haqverdiyevə Gülnarə” adına 1700 manat, 041894 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adma 400 manat, 041897 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hacıyevə Şəhla” adma 700 manat, 336601 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Həsənova Aytəkin” adma 660 manat, 336603 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 1000 manat, 336605 nömrəli girov biletinin kötüyünə 01 09.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 1200 manat, 336633 nömrəli girov biletinin kötüyünə xx.xx.2023- cü il tarixdə “Haqverdiyev Səbuhi” adına 780 manat, 336609 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 480 manat, 336639 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Əliyev Samir” adına 420 manat, 336617 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 450 manat, 336613 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 750 manat, 336618 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Oruclu Sərxan” adına 830 manat, 336621 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Hacıyevə Şəhla” adına 630 manat, 336625 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Mahir” adına 80 manat, 336628 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Nərgiz” adma 580 manat, 336630 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Ələkbərova Leyla” adına 400 manat, 336642 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə "Səlimli Kamran” adına 650 manat, 336644 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Bağırova Nigar” adına 820 manat, 336645 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Cəfərova Pərvanə” adına 250 manat, 336647 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Şahid4” adına 650 manat, 336652 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Mehrəliyev Bəxtiyar” adına 450 manat, 336654 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Nazilə” adına 1000 manat, 336655 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə "Haqverdiyev Səbuhi” adına 870 manat, 336657 nömrəli girov biletinin kötüyünə 15.11 2023-cü il tarixdə “Ağazadə Nərminə” adına 430 manat, 336610 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Hacıyev Talib” adına 1000 manat, 041896 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Nəcəfova Türkanə” adına 650 manat, 041776 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Nəcəfova Türkanə” adına 350 manat, 926057 nömrəli kassa mədaxil orderinə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 200 manat, 926059 nömrəli kassa mədaxil orderinə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 1050 manat və 926060 nömrəli kassa mədaxil orderinə xx.xx.2023-cü il tarixdə “Həsənova Aytəkin” adına 750 manat qeyd etməklə tərəfindən əlyazma mətnləri və imzalar icra olunaraq, həmçinin 336635 nömrəli girov biletinin kötüyünə 04.10 2023-cü il tarixdə “Tahirli Əzizə" adına 50 manat qeyd etsə də, qeydiyyat jurnalına həmin nömrə, ad və soyadın qarşısında 250 manat, 336620 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə ad və soyad qeyd etmədən 60 manat qeyd etsə də, qeydiyyat jurnalına həmin nömrə və “Əzizli Tahirə” ad və soyadının qarşısında 530 manat, 041893 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Şahid4” adına 1260 manat qeyd etməklə bilə-bilə saxta sənədlərdən istifadə edib müvafiq olaraq 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı 925 əyarlı gümüşdən hazırlanmış, çəkisi 2,57 qram üzük, 1 ədəd sarı rəngli metaldan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 5,92 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 10,95 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşdən hazırlanmış, çəkisi 1,54 qram üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,93 qram sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan, içərisində “Cartier” yazısı olan, dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,11 qram üzük, 1 ədəd san rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 0,91 qram üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 4,38 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 1,28 qram sırğa cütü, 1 ədəd sarıgümüşü rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,99 qram qolbaq, 1 ədəd sarı rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 7,44 qram səbət formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 4,58 qram kürə formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,26 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,37 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,34 qram qırıq boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 7,91 qram səbət formalı sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 2,31 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,16 qram boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 7,18 qram səbət formalı sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 3,52 qram üzük, 1 ədəd san rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,28 qram sırğa cütü, 1 ədəd san rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,55 qram kulonlu boyunbağı, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış, çəkisi 1,66 qram sırğa cütü, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 2,56 qram üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 3,05 qram üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 2,54 qram üzük, 1 ədəd sarı-gümüşü rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, çəkisi 5,22 qram üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,87 qram üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 2,63 qram üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 2,63 qram üzük, 1 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,15 qram üzük, 1 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi , 10 qram üzük, 1 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,95 qram üzük, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,49 qram üzük, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı mis əsaslı ərintidən hazırlanmış çəkisi 6,90 qram qolbaq, 1 ədəd sarı rəngli metaldan, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 9,63 qram qolbaq, 1 ədəd gümüşü rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən, ağ şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 38,21 qram qolbaq, 1 ədəd sarı rəngli metaldan, üzərində qiymətli qaşlara aid hesab edilməyən müxtəlif rəngli qaşlar və mirvariyə bənzər muncuq olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,55 qram qolbaq, 1 ədəd gümüşü rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 3,10 qram qolbaq, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ‘'925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 3,92 qram boyunbağı, 1 ədəd sarı rəngli metaldan, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 22,66 qram qolbaq və 1 ədəd gümüşü rəngli metaldan, üzərində “925'' əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun olan, çəkisi 8,96 qram qolbağı qızıl-zinət əşyası kimi girova qoyaraq ümumilikdə 46.180 (qırx altı min yüz səksən) manat pul vəsaitini əldə etməklə Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını bilə-bilə saxta sənədlərdən istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, lombardda işlədiyi müddətdə zərərçəkmiş şəxslə heç bir problemi olmamışdır. O, Ağdam rayonu sakinidir. Onları icra hakimiyyətindən gəlib siyahıya almışlar. Ona bildirmişlər ki, onun anası rəhmətə getdiyindən, atası onlardan ayrıldığından, himayəsində olan 1 azyaşlı oğlunun atası ilə isə rəsmi nikahı olmadığından köçmə ərəfəsində onlara ev verilməyə bilər. O, icra hakimiyyətinə gedib bu məsələni dəqiqləşdirmək üçün işlədiyi müddətdə ilk dəfə Şəfaqət xanımdan bununla bağlı icazə istəmişdir. Orada ondan qaçqınlıq vəsiqəsini istəmişlər. Onun vəsiqəsi üzərində olmamışdır. Ona “SİMA” proqramı yükləyərək onun vasitəsilə vəsiqəsini çap edə biləcəyini bildirmişlər. O, həmin proqramı yükləmişdir. Daha sonra o, həmin gün oradan qayıdan zaman proqramda olan digər xidmətlərə baxmışdır.Orada təbibdə olan məlumatda guya onun ginekoloji prosedurdan (abort) keçdiyi, həkim olaraq isə zərərçəkmiş şəxsin qızının adı qeyd edildiyini müəyyən etmişdir. O, heç vaxt onun qızının yanında olmamış, o prosedurdan keçməmişdir. Bundan sonra Şəfaqət xanımla əlaqə saxlayaraq ona bu barədə bildirmişdir. Şəfaqət xanım onunla çox pis, təhqiredici ifadələrlə danışmışdır. O, Şəfaqət xanıma demişdir ki, həmin məlumatları oradan sildirsinlər. Əgər onun şəxsiyyət vəsiqəsi vasitəsilə nəsə də ediblərsə onu da ləğv etsinlər. Çünki ondan qabaq zərərçəkmiş şəxs ona bildirmişdir ki, VÖEN onun adına keçirmək istəyir. Çünki o, qaçqın olduğu üçün daha az vergi ödəyəcəkdir. O, da zərərçəkmiş şəxsin başqa da nəsə edib etmədiyi bilmədiyi üçün bununla bağlı narahatlığı olmuş və bunu zərərçəkmiş şəxsə demişdir. Zərərçəkmiş şəxslə aralarında mübahisə qeyd edilən məsələ ilə bağlı başlamışdır. O, işə götürüləndə aralarında belə razılığa gəlmişlər ki, o, Qarabağa köçənə kimi zərərçəkmiş şəxslə işləyəcəkdir, köçəndən sonra isə orada yaşamağa başlayacaqdır. Kassanın 1063 manat pulu var idi. Onlarda hesabat kitabı olmuşdur. O, kitabda qeyd olunmuşdur ki, 394 manat pulu xanımın bankına ödəmişdir. Xanım ona yazmışdır ki, 394 manat pulu ona göndərsin. 216 manat pulu onun işlədiyi günlərin ödənişi olaraq hesablamışdır. 453 manatı xanımın “Leobank” kartına köçürmüşdür. Xanıma 394 manat pulu nəzərə almamışdır. O. isə xanıma demişdir ki, bir gün öncə açot etmişlər, həmin vaxt o pulu hesablamışdır. Zərərçəkmiş şəxs iki gündən bir açot edib, özü öz xətti ilə kitabda qeydiyyat aparırdı. Zərərçəkmiş şəxs neçə dəfə ona yazıb təzə işçi götürənə qədər işə qayıtmasını istəmişdir. Daha sonra zərərçəkmiş şəxs ona zəng edərək qızılları ona təhvil vermədiyini bildirmişdir. O, isə zərərçəkmiş şəxsə malları bir-bir özünə təhvil verdiyini, öz xətti ilə təvil aldıqca özünə aid olan dəftərdə yazdığını bildirmişdir. Sonra zərərçəkmiş şəxs zəng edib 20.000 dəyərində qızılın saxta olmasını bildirmişdir. O, zərərçəkmiş şəxsə harada olmasını soruşmuşdur. Bu zaman zərərçəkmiş şəxsin qızının səsini eşitmişdir ki, həmin qızılları aparıb Laçın univermağında yoxlatdıracaqlarını, daha sonra ona məlumat verəcəklərini demişdir. O, zərərçəkmiş şəxsə qızılların şəklini çəkib ona göndərməsini istəmişdir. O, zərərçəkmiş şəxsə demişdir ki, o, əvvəlki işçi Aytəkinə etdiyini ona etmək istəyir, lakin onunla xoşluqla ayrılmaq istəyir. Qızılları yoxlayan zaman çox zaman zərərçəkmiş şəxs özü orada olmuşdur. Özü orada olmadıqda isə video zəng vasitəsilə zərərçəkmiş şəxsin iştirakı ilə qızılları yoxlamışdır. Qızılları daş və yağla yoxlamışdır. Sonra həmin qızılları və girov biletinin kodu yazılan çeki şəffaf sellofana qoymuşdur. Zərərçəkmiş şəxs qızılları təhvil aldıqda özü birdə qızılları yoxlayıb götürmüşdür. Zərərçəkmiş şəxsin özü 20 il qızılın alışı və satışı ilə məşğul olub, qızılları çox yaxşı tanıyırdı. Özü deyirdi ki, qızılı əlinə alanda onun qızıl olub-olmamasını bilir. Dediyinə görə, əlində qızılın enerjisini hiss edirdi. Heç vaxt lombardda və yaxud onda qızıl qalmamışdır. Girov biletləri mütəxəssis olaraq onun tərəfindən tərtib edilmişdir. Həmin girov biletlərində qızılın növü, çəkisi, əyarı, qramı, vətəndaşın ad, soyadı, girov qoyulan tarix, verilən pulun məbləği, ödəniləcək faiz qeyd edilirdi. O, zərərçəkmiş şəxsin özünə də bildirmişdir ki, ehtiyacı olduğu üçün 3 müştəriyə çoxaltma etmiş və 600 manat pul götürmüşdür. Hesab edir ki, zərərçəkmiş şəxs özü bunu bilib göz yummuşdur. Çünki oradan ona faiz gəlmişdir. O, zərərçəkmiş şəxsin qızının guya onun ginekoloji prosedurdan keçməsinə dair saxta sənəd hazırlaması ilə bağlı prokurorluğa müraciət etmişdir. Sonra zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. O, polisə getdikdə də hansı qızılları müştərilərdən götürdüyünü bildiyini, həmin qızıl əşyaların ona təqdim edilməsini tələb etmişdir. Lakin ona qızıllar təqdim edilməmiş, yalnız fotoşəkli göstərilmişdir. O, polisdə də bildirmişdir ki, lombardda səsli kamera var, eyni zamanda həmin kamera zərərçəkənin də telefonuna bağlıdır. Həmin kamera görüntülərinə baxılsa qızıl qoyan şəxslər müəyyən oluna bilər. Lakin zərərçəkmiş şəxs kameranın artıq olmadığını bildirmişdir. Bundan başqa işdə olan telefona bütün müştərilərin şəxsiyyət vəsiqəsinin fotoşəkli çəkilmiş, girov biletinin kodu ilə müştərilərin telefon nömrələri yazılmışdır. O, həmin telefondakı məlumatlara baxılmasını tələb etmişdir. Zərərçəkmiş şəxs ona girov məbləğini qızılın dəyərindən çox yazmasını demişdir. O, əvvəllər lombardda işləməmişdir. İşin bu şəkildə görülməsini zərərçəkmiş şəxs bildirmişdir. Bundan başqa təqdim edilən girov biletlərinin bəziləri üzrə müştərilər pulu ödəyib qızıllarını çıxarmalarına baxmayaraq onları da ittihama daxil etmişlər. Belə ki, qeydiyyat kitabında ödənişlər olduqca həmin ayın qarşısında “+” işarəsi qeyd olunur, şəxs pulu tam şəkildə ödəyib, malını çıxardıqda isə üstündən xətt çəkilirdi. 1833 nömrəli girov bileti üzrə Daşdəmirova Arifə, 1854 nömrəli girov bileti üzrə Vladimirovna Natalya, 1812 nömrəli girov bileti üzrə Abbasova Nənəvəz, 1718 nömrəli girov bileti üzrə Nağıyev Mirxəlil, 1823 nömrəli girov bileti üzrə Şahid1 ödənişlərini edib, qızıllarını götürmüşlər, kitabda da bununla bağlı qeydiyyat aparılmışdır. Bundan başqa girov biletləri ilə ekspertizaya verilən malların sayında böyük fərq vardır. Belə ki, 68 ədəd girov bileti təqdim edilib, say olaraq ekspertizaya 41 ədəd qızıl təqdim edilib. Hər girov biletində ən azı üç mal yazılır. Onda 150 yaxın əşya təqdim edilməli idi. Lakin say olaraq girov biletindən az sayda əşya təqdim edilmişdir. Eksertizaya təqdim edilən mallar aid olduğu girov biletlərindən çıxarılaraq paket halı ilə təqdim edilmişdir. Malların girov biletində qeyd edilən sayı və çəkisi ilə qarşılaşdırılması qeyri-mümkündür. Hansı malın hansı girov biletinə aid olmasını müəyyənləşdirmək mümkün deyil. Bundan başqa zərərçəkmiş şəxsin hər zaman qulağına taxdığı açar qızıl əşyası olmuşdur. Onu da müstəntiqin ona göstərdiyi fotoşəkildə olan əşyaların içərisində görmüş və ekspertiza olunmasını tələb etmişdir. Ona ümumiyyətlə istintaq zamanı qızıl əşyalar təqdim edilməmişdir. Müstəntiq onları ekspertizaya göndərdiyini bildirmiş, yalnız fotoşəkillərini təqdim etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Sadıqova Lyudmilla özü əvvəllər qızılda işləmişdir. Onun yanına gəlmiş, ona istirahətinin olmadığını, uşağı olduğu üçün bu şəraitdə işləməyin ona çətin olduğunu bildirmişdir. Lyudmilaya köhnə işçisi təxminən 15 gün işi izah etmişdir. Sonra Lyudmilla işə başlamışdır. O, həftdə iki ya üç dəfə işdə olur ya olmur. İsgəndərova Fatimə adlı şəxsi o görməmişdir. Hesab edir ki, belə bir adam yoxdur. Aynur adlı müştəri isə illər əvvəl lombarda qızıl qoyub sonra onu götürmüşdür. Sadəcə onun nömrəsini Fatiməyə aid olan girov biletinin üzərinə yazmışdır. Hesab edir ki, 30 nəfər şəxs xaricə gedə bilməz, belə adamlar ümumiyyətlə yoxdur. Oktyabr ayının sonuna qədər ödənişlər var. Bu maaşını alıb maaşından ödənişlər edirmiş. Noyabr ayının 20-də Lyudmila qaçmış, ondan sonra həmin adamların ödənişi yoxdur. Çünki həmin vaxt Lyudmila artıq lombardda işləmirdi. Lyudmila həmin şəxslər üçün faizləri əmək haqqından ödəsə də ana pul onda qalırdı, bununla da onun əmlakını mənimsəmişdir. Hesab edək ki, əşyaların hamısı saxta deyil, həqiqi qızıldır. Niyə həmin adamların bir dənəsi də olsun gəlib qızılını istəmir, o qədər faiz ödəyən adam qızılından vaz keçərmi. Bu adamların heç biri mövcud deyil. Təqsirləndirilən şəxs həmin şəxslərin adına tərtib etdiyi girov biletlərində qeyd etdiyi əşyalar qızıl deyil, hamısı bijuteriyadır. Lombardda belə bir hal olmur ki, qızıl girov qoyub pul götürsün, 6-7 ay ödəniş edib, sonra ödəniş etməsin. Ödəniş olunmursa əvvəldən ödəniş olunmur. O da o halda ola bilər ki, oğurluq mal olar. Lyudmila ona görə qaçdı ki, ona ödənişi gecikdirən şəxslərin pullarını il sonunadək ödəməsini tələb etmişdir. Çünki kitaba baxdıqda həmin şəxslərin gecikmələrə yol verdiyini, cərimələr yazıldığını görmüşdür. Ona görə də pulların ödənilməsini tələb etmişdir. Ona görə Lyudmilla icra hakimyyəti adından işdən icazə alıb getmiş, sonra isə işə ümumiyyətlə gəlməmişdir. O, ay sonuna qədər gözləmişdir ki, bəlkə həmin adamlar gələr. Lakin heç biri gəlməmişdir. Onlardan hansının telefon nömrələri varsa onlara zəng etmişdir, lakin ya zəng çatmamışdır. Bundan sonra qızılları götürüb Laçın univermağına onları yoxlatmağa getmişdir.Laçında bu xanımı yaxşı tanımışlar. Onun çox adamı aldatdığını bildirmişlər. Orada üç nəfər zərgər həmin əşyaları yoxlamışdır. Yenə də inanmamış, Gənclikdə yoxlatdırmışdır. Orada həmin əşyaların qızıl olmadığı, saxta olduğu müəyyən olunmuşdur. O, qızılları yoxlatdıran zaman Lyudmilanı oraya dəvət etmişdir, lakin o, gəlməmişdir. Sonra onun telefonunu bloka atmışdır. Bəzi girov biletləri üzrə isə artırmalar etmişdir. Məsələn müştəridə qalan girov biletində 760 manat yazıb, lombardda qalan girov biletində 1260 manat yazıb. Bu yolla da onun pulunu mənimsəmişdir. Lyudmila onun pulları tələb etdiyini gördüyü üçün bəhanə uydurdu ki, guya ev məsələsi ilə bağlı icra hakimiyyətinə getməlidir. İşdən icazə alıb getmişdir. Sonra zəng edib avtobusda pul qabısının oğurlandığını bildirmişdir. O, da polisə şikayət etməsini bildirmişdir. Təqsirləndirilən şəxs heç vaxt avtobusa minməmişdir. Həmişə qonşusu onu maşınla işə gətirib işdən aparmışdır. Yəni, onu da yalan demişdir. Sonra dedi ki, pul qabı evdən çıxıb. O işdə çox vaxt olmamışdır. İşdə olduğu zamanda heç vaxt qızılın yoxlanması, qəbul olunub girov biletinin yazılmasında iştirak etməmişdir. Bunlar Təqsirləndirilən şəxs bir mütəxəssis olaraq vəzifəsi olmuşdur, buna görə o, cavabdehdir, məsuliyyəti var və 700 manat əmək haqqı alır. Ona görə o, heç vaxt o əməliyyatlarda iştirak etməmişdir. Qızılları qəbul edən zaman da yoxlamamışdır. Çünki bunlar hamısı mütəxəssis olaraq təqsirləndirilən şəxsin məsuliyyətində olan məsələlər olub. Girov bileti tərtib etdiyi şəxslərin onun qonşusu, tanışı olduğunu demişdir. Lombardın illərlə müştərisi olan şəxslərə münasibətdə bunu edə bilməmişdir. Natalya adlı xanım lombardın daimi müştərisidir, hazırda da ödənişlər edir. Onun girov bileti yanlış olaraq ittihamda qeyd edilmişdir. İki dənə qeydiyyat kitabı olmuşdur. Sadəcə yanğın və ya başqa gözlənilməz halların ola bilmə ehtimalını nəzərə alıb tapşırmışdır ki, digər kitabı da doldursun. Həmin kitabda da digər qeydiyyat kitabı ilə eyni məlumatlar olmuşdur. Kitabda girov biletinin kodu, tarixi, şəxsin ad, soyadı, telefon nömrəsi, ödəniləcək faiz, müştəriyə verilən pulun məbləği qeyd olur. Eyni zamanda kitabda ödənişlər olduqca həmin ayın qarşısında “+” işarəsi qeyd olunur, şəxs pulu tam şəkildə ödəyib, malını çıxardıqda isə üstündən xətt çəkilirdi. O, bütün kitabları, girov biletlərini, qızıl adı ilə təqdim edilən əşyaları istintaqa təqdim etmişdir. Qızılların sayının az olması ola bilər ki, təhqiqatçıya təhvil verən zaman açıb baxanda yerə düşmüş olsun. Mülki iddiasını müdafiə edir və təmin edilməsini xahiş edir, təqsirləndirilən şəxsin törətdiyi cinayətə daha yüksək cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “*** *** ** **” mobil nömrəsi onun bacısı X6 adınadır və 14 ildir ki, həmin nömrə onun istifadəsindədir. İsgəndərova Nazilə adlı şəxsi tanımır, ilk dəfədir ki, onun adını eşidir, həmin adda tanışı və ya qohumu yoxdur. O, bir neçə dəfə müxtəlif vaxtlarda ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs işlətdiyi Lombarddan təxminən 4-5 il öncə özünə məxsus qızıl-zinət əşyasını girov qoymaqla pul vəsaiti götürmüşdür. Sonuncu dəfə isə təxminən 2020-ci ildə həmin Lombarda özünə məxsus qızıl-zinət əşyasını girov qoymaqla pul vəsaiti götürmüş və o, qeyd olunan Lombarddan pul götürdüyü zaman orada Aytən adlı işçi işləmişdir. Təqsirləndirilən şəxs isə tanımamışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İsgəndərova Nazilə adlı şəxslə 750 əyarlı 25,6 qram qolbaq qarşılığında 1000 manat məbləğində pulun verilməsi ilə bağlı tərtib edilmiş 336654 nömrəli üzərində '‘*** *** ** **” mobil nömrəsi yazılmış girov biletinin əsli ilə tanış olmuşam. Həmin girov biletindəki “*** *** ** **” mobil nömrə ona məxsusdur, lakin biletdə yazılmış digər məlumatlarla bağlı məlumatı yoxdur. O, sonuncu dəfə 2020-ci ildə həmin Lombarddan pul götürmüşdür. Lombardda qeyd edilən tarixdə oradan pul götürməmişdir. Hansı səbəblə həmin girov biletində ona məxsus mobil nömrənin başqa ad və soyadlı şəxsə məxsus olmasının qeyd olunmasının səbəbini bilmir. Qeyd edilən şahidin ifadəsinə münasibət bildirərək təqsirləndirilən şəxs qeyd etmişdir ki, Şahid6 tanımır, onu birinci dəfə burada görmüşdür. Onun telefon nömrəsi qeyd edilən girov bileti ilə tanış olan zaman müəyyən etmişdir ki, orada telefon nömrəsi sonradan yazılmışdır. Çünki girov biletinin əslinə yazılmış olsa idi, onun nüsxəsinə bu şəkildə düşməzdi. Onun çernellə yazılması sonradan yazıldığını göstərir. O, isə sonradan həmin girov biletinin nüsxəsinə hər hansı məlumat yazmamışdır. Ona görə hesab edir ki, həmin yazı ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayında maddi vəziyyəti ilə bağlı olaraq nağd pul əldə etmək üçün qızılını girov qoyaraq pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə 16 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Lombarda yaxınlaşaraq özünə məxsus 583 əyarlı, 23.3 qr çəkidə olan qızıl boyunbağısını girov qoyub 760 manat məbləğində nağd pulu götürmüşdür. Ona pulu həmin vaxt Lombardda işləyən Lyudmila adlı qadın vermişdir. Bu zaman onun adına aylığı 46 manat olmaqla, 041893 nömrəli girov bileti tərtib olunmuş, həmin bilet o və Lyudmila tərəfindən izalanmışdır. Bundan sonra o, 5 ay müddət ərzində girov haqqını ödəmişdir. O, lombardda qızıl qoyub pul götürərkən sonradan adını eşitdiyi Şəfaqət adlı qadını orada görməmişdir. Ondan qızılı Lyudmila tək olaraq götürmüş, qızılı götürərkən qızılı daşa çəkib yağ sürtməklə həqiqiliyini yoxlamış və qızıl olduğuna əmin olduqdan sonra ona 760 manat məbləğində nağd pul vermişdir. Prokurorluqda ona təqdim edilən lombardda saxlanılmış girov biletində isə guya ona 1260 manat pul verldiyi qeyd edilmişdir. Halbuki o, lombarddan 760 manat pul götürmüşdür. Qeyd edilən şahidin ifadəsinə münasibət bildirərək təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin şahidə məxsus girov bileti üzrə artırma etmişdir. Yəni xanıma verdiyi girov biletində 760 manat, lombardda qalanda isə 1260 manat qeyd edərək artırma etmişdir. Hesab edir ki, zərərçəkmiş şəxs bunu bilmiş, ona faiz gəldiyi üçün göz yummuşdur. Həmin girov bileti üzrə o, artırdığı məbləğ üzrə ödənişləri etmişdir. Lakin kitabda həmin səhifə cırıldığı üçün o, bunu sübut edə bilməyəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “*** *** ** **” mobil nömrəsi onun yoldaşı X7 adınadır və 2020-ci ildən həmin nömrə onun istifadəsindədir. Bundan başqa, İsgəndərova Fatimə adlı şəxsi tanımır. İlk dəfədir ki, bu adı eşidir. Həmin adda tanışı və ya qohumu yoxdur. xx.xx.2023-cü il tarixdə qeyd olunan, yəni ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs işlətdiyi Lombarda özünə məxsus qızıl-zinət əşyasını girov qoymaqla 400 manat məbləğdə pul vəsaiti götürmüşdür. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işlətdiyi Lombardda işləyən işçi kimi tanımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs şəxsən tanımamış, həmin Lombarddan qızıl-zinət əşyası qoyaraq pul götürdüyü vaxt, həmçinin pulu ödəyərək Lombardı bağladığı vaxt Lyudmila adında işçinin orada işlədiyini bilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İsgəndərova Fatimə adlı şəxslə sep klon qarşılığında 350 manat məbləğində pulun verilməsi ilə bağlı tərtib edilmiş 041767 nömrəli üzərində “*** *** ** **” mobil nömrəsi yazılmış girov biletinin əsli ilə tanış olmuşdur. Həmin girov biletindəki “*** *** ** **” mobil nömrə ona məxsusdur. Lakin həmin biletdə başqa şəxsin ad və soyadı yazılmışdır. Biletdə yazılmış digər məlumatlarla bağlı məlumatı yoxdur. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə həmin Lombarddan pul götürmüşdür. Hansı səbəblə həmin girov biletində ona məxsus mobil nömrənin başqa ad və soyadlı şəxsə məxsus olmasının qeyd olunmasının səbəbini bilmir. Qeyd edilən şahidin ifadəsinə münasibət bildirərək təqsirləndirilən şəxs qeyd etmişdir ki, 041767 nömrəli girov biletində Şahid2 məxsus “*** *** ** **” mobil telefon nömrəsinin yazılması ilə bağlı qeyd edir ki, ondan öncəki girov bileti, yəni 1766 saylı girov bileti Həsənov Aynura aiddir. Həmin girov biletində Şahid2 telefon nömrəsi qələmlə qeyd edilən zaman həmin nömrə ondan sonra gələn girov biletinə düşmüşdür. Ona görə 1767 saylı girov biletində Aynurun telefon nömrəsi əks olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan 4 oktyabr 2023-cü il tarixdə bacısı X14 ilə birlikdə ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs işlətdiyi Lombarda yaxınlaşaraq bacısı Tahirli Əzizəyə məxsus qızıl boyunbağını girov qoyaraq pul götürmüşlər. Bundan başqa əvvəllər də 21 sentyabr 2023cü il tarixdə həmin lombarda getmiş və bacısı Tahirli Əzizəyə məxsus qızıl üzüyü girov qoyaraq 60 manat məbləğində pul götürmüşlər və girov qoyub götürdükləri pula görə aybabay hissə- hissə ödəniş həyata keçirmişlər. 13 fevral 2024-cü il tarixdə girovda olan qızılları girovdan çıxartmaq məqsədi ilə Lombarda yaxınlaşdıqda onlara Lombardda qızılları qəbul etmiş Lyudmila adlı qadının xx.xx.2023-cü il tarixdə verdikləri qızıl üzüyə görə 530 manat məbləğində pul qeyd etdiyi məlum olmuşdur. Bundan başqa xx.xx.2023cü il tarixdə girov qoyduqları qızıl boyunbağına görə isə 250 manat məbləğində pul verilməsinin qeyd edilməsinə baxmayaraq, onlar həmin məbləğdə pul götürməmişlər, bunu Lyudmila yalandan yazaraq öz müdiriyyətini aldatmışdır. Qeyd edilən şahidin ifadəsinə münasibət bildirərək təqsirləndirilən şəxs qeyd etmişdir ki, Tahirli Əzizəyə aid qeyd edilən girov biletləri üzrə ehtiyacı olduğu üçün artırma etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “*** *** ** **” mobil nömrəsi onun anası X8 adınadır və 3 ildir ki, həmin nömrə onun istifadəsındədir. ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Lombarddan 2023-cü ilin may ayında özünə məxsus qızıl-zinət əşyasını girov qoymaqla pul vəsaiti götürmüş və təxminən avqust ayında isə pulu ödəyərək qızıl-zinət əşyasını Lombarddan çıxartmışdır. Həmin vaxt Lombarddan pul götürdüyü zaman orada Lyudmila adlı sarışın saçlı bir işçi işləmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Şahid1 adlı şəxsə 583 əyarlı 1,6 qram 01 ədəd üzük qarşılığında 70 manat məbləğində pulun verilməsi ilə bağlı tərtib edilmiş 041823 nömrəli üzərində “*** *** ** **” mobil nömrəsi yazılmış girov biletinin əsli ilə tanış olmuşdur. Həmin girov biletindəki “*** *** ** **” mobil nömrə və ad soyad ona məxsusdur. Biletdə qeyd olunan məlumatlar düzgündür. Belə ki, o, 2023-cü ilin may ayında özünə məxsus 01 ədəd üzüyü Lombarda qoyaraq 70 manat məbləğində pul vəsaiti götürmüşdür. Sonra həmin pul vəsaitini ödəmiş və qızılını çıxarmışdır. Qeyd edilən şahidin ifadəsinə münasibət bildirərək təqsirləndirilən şəxs qeyd etmişdir ki, 1823 nömrəli girov bileti üzrə Şahid1 ödənişi edib, malını götürmüşdür, kitabda da bununla bağlı qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus beş yüz manatdan yuxarı pul vəsaitini ələ keçirilərək mənimsənilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə baxış keçirilərək hadisə yerinin ünvan 4 ünvanında yolun kənarında yerləşən lombarddır. Hadisə yerinin fotoşəkli çəkilmişdir. Protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında Təqsirləndirilən şəxs qızıl adı ilə 1) Əlsəgərova Aygünün adına bir ədəd bijuteriya üzük qoyaraq 430 manat pul götürüb; 2) Paşayeva Günayın adına bir ədəd gümüş üzük qoyaraq 300 manat pul götürüb; 3) Ağayeva Nərminənin adına bijuteriya sırğa və boyunbağı qoyaraq 650 manat pul götürüb; 4) Əhmədova Günayın adına bir cüt bijuteriya sırğa qoyaraq 250 manat pul götürüb; 5) Paşayeva Günayın adına bir cüt bijuteriya sırğa qoyaraq 840 manat pul götürüb; 6) İsgəndərov Anarın adına bir ədəd qadın bijuteriya üzüyü qoyaraq 420 manat pul götürüb; 7) Paşayeva Günayın adına bir cüt sırğa və bir ədəd bijüteriya boyunbağı qoyaraq 520 manat pul götürüb; 8) Ələkbərova Leylanın adına bir ədəd bijüteriya üzük qoyaraq 450 manat pul götürüb; 9) Haqverdiyeva İlhamənin adına bir cüt sırğa bijuteriya qoyaraq 780 manat pul götürüb; 10) Əhmədov Coşqunun adına bir ədəd ağ qızıl adı ilə bijuteriya qoyub 1200 mant pul götürüb; 11) İsgəndərov Anarın adına bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq bijuteriya qoyaraq 1000 manat pul götürüb; 12) Əhmədov Coşqunun adına bir ədəd bijuteriya üzük qoyaraq 480 manat pul götürüb; 13) Əhmədova Günayın adına bir ədəd bijuteriya qolbaq qoyaraq 350 manat pul götürüb; 14) Ələsgərova Aygünün adına bir cüt bijuteriya sırğa qoyaraq 350 manat pul götürüb; 15) Həsənova Aytəkinin adına bir ədəd bijuteriya üzük qoyaraq 570 manat pul götürüb; 16) Ağayeva Nərminənin adına bir ədəd bijuteriya üzük qoyaraq 430 manat pul götürüb; 17) İsgəndərova Gözəlin adına bir ədəd bijuteriya qolbaq qoyaraq 1500 manat pul götürüb; 18) Orucov Sərxanın adına bir ədəd bijuteriya üzük qoyaraq 830 manat pul götürüb; 19) Səlimli Kamranın adına bir ədəd bijuteriya üzük və bir cüt sırğa qoyaraq 650 manat pul götürüb; 20) Səfərova Pərvanənin adına bir cüt bijuteriya sırğa qoyaraq 250 manat pul götürüb; 21) Əhmədova Günayın adına bir ədəd bijuteriya qolbaq qoyaraq 330 manat pul götürüb; 22) Sadıqova Sahilənin adına bir cüt bijuteriya sırğa qoyaraq 1000 manat pul götürüb; 23) İsgəndərova Aytacın adına bir ədəd bijuteriya üzük qoyaraq 450 manat pul götürüb; 24) Əhmədov Coşqunun adına bir ədəd bijuteriya üzük qoyaraq 750 manat pul götürüb; 25) Sadıqova Sahilənin adına bijuteriya bir ədəd üzük və bir cüt sırğa qoyaraq 750 manat pul götürüb) 26) Həsənova Aytəkinin adına bir ədəd bijuteriya qolbaq qoyaraq 210 manat pul götürüb; 27) İsgəndərova Aytacın adına bir ədəd bijuteriya boyunbağ qoyaraq 360 manat pul götürüb; 28) İsgəndərova Nazilənin adına bir ədəd bijuteriya qolbaq qoyaraq 1000 manat pul götürüb; 29) İsgəndərova Aytacın adına bir ədəd bijuteriya qolbaq qoyaraq 560 manat pul götürüb; 30) Haqverdiyeva Gülnarənin adına bijuteriya 2 cüt sırğa, bir ədəd qolbaq və iki ədəd üzük qoyaraq 1350 manat pul götürüb; 31) Həsənova Aytəkinin bir ədəd bijuteriya üzük qoyaraq 600 manat pul götürüb; 32) Haqverdiyeva Gülnarənin adına bijuteriya bir cüt sırğa qoyaraq 700 manat pul götürmüşdür. Maddi sübutun təqdim edilməsi və götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat və xx.xx.2023-cü il tarixdə yazdığı şikayət ərizəsi əsasında işlətdiyi lombardda işçi olan Təqsirləndirilən şəxs tərəfindən lombarda qızıl adı ilə qoyub pul götürdyü sarı və gümüşü rəngli ümumilikdə 36 ədəd 12 ədəd sarı rəngdə üzüyü, 3 ədəd gümüşü rəngdə üzüyü 3 ədəd sarı rəngdə qolbağı, 4 ədəd gümüşü rəngdə qolbağı, 12 cüt sarı rəngdə sırğanı, 1 cüt gümüşü rəngdə sırğanı və 1 ədəd sarı rəngdə boyunbağını təqdim edərək təqdim etdiyi əşyaların bəzək əşyaları bijuteriya olduğunu, qızıl zinət əşyaları olmadığını bildirmişdir.Həmin əşyalar qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Materialların məhkəmə ekspertizasının 20 dekabr 2023-cü il tarixli 6/6387 nömrəli rəyindən görünür ki, 32 paketdə təqdim edilən məmulatların metalı, əyarı, çəkisi üzərində olan qaşların təbiəti və digər göstəriciləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. 336635 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiyməti 50 manat, qiymət üzrə faiz 6%, girov verənin Tahirli Əzizə olduğu, girov verilən əşya olaraq sep 750 prob, 1,8 qram olduğu qeyd edilmişdir. 336620 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiyməti 60 manat, qiymət üzrə faiz 6%, girov verilən əşya olaraq üzük 750 prob, 2,6 qram olduğu qeyd edilmişdir. Qeydiyyat kitabının surətindən görünür ki, orada 6635 nömrəli girov bileti üzrə məbləğ 250 manat, 6620 nömrəli girov bileti üzrə isə məbləğ 530 manat qeyd edilmişdir. Müştəridə olan 041776 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiyməti 250 manat, qiymət üzrə faiz 6%, girov verənin Nəcəfova Türkanə olduğu, girov verilən əşya olaraq üzük 750 prob, 3,5 qram olduğu qeyd edilmişdir Lombardda qalmış 041776 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiymət 350 manat, qiymət üzrə faiz 6%, girov verənin Nəcəfova Türkanə olduğu, girov verilən əşya olaraq üzük 750 prob, 3,5 qram olduğu qeyd edilmişdir. Müştəridə olan 041896 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiyməti 450 manat, qiymət üzrə faiz 6%, girov verənin Nəcəfova Türkanə olduğu, girov verilən əşya olaraq üzük qadın 585 prob, üzük kişi 750 prob, 3,6 qram və 4,4 qram olduğu qeyd edilmişdir Lombardda qalmış 041896 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiymət 650 manat, qiymət üzrə faiz 6%, girov verənin Nəcəfova Türkanə olduğu, girov verilən əşya olaraq üzük qadın 585 prob, üzük kişi 750 prob, 3,6 qram və 4,4 qram olduğu qeyd edilmişdir. Müştəridə olan ******* nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiyməti 760 manat, qiymət üzrə faiz 6%, girov verənin Şahid4 olduğu, girov verilən əşya olaraq sep 583 prob, 23,3 qram olduğu qeyd edilmişdir. Lombardda qalmış 041893 nömrəli girov biletində girovun qəbul edilmə tarixi olaraq xx.xx.2023-cü il tarix, qiymət 1260 manat, qiymət üzrə faiz 6%, girov verənin Şahid4 olduğu, girov verilən əşya olaraq sep 583 prob, 23,3 qram olduğu qeyd edilmişdir. İşə qəbul barəsində 02 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə “Lombard 1” bölməsində “mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış xxxxxxx00200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1447 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 926057, 926059, 926060 (2 ədəd) nömrəli kassa mədaxil orderinin qəbzlərinin əlyazma mətnləri; 041776 nömrəli girov biletinin kötüyünün və əslinin, 041896 nömrəli girov biletinin kötüyünün və əslinin əlyazma mətnləri, "Nəzarətçi” qrafalarındakı imzalar; 041718, 041716, 041719, 011721, 041722, 041774, 041759, 041760, 041767, 041769, 041779, 041782, 041786, 041792, 041796, 041807, 041812, 041823, 041826, 041830, 041831, 041833, 041838, 041838, 041834, 041839, 041840, 041844, 041845, 041847, 041851, 041852, 041854, 041857, 041859, 041861, 041866, 041867, 041877, 041880, 041882, 041884, 041886, 041887, 041894, 041897, 336601, 336603, 336605, 336633, 336609, 336639, 336617, 336613, 336618, 336621, 336625, 336628, 336630, 336642, 336644, 336645, 336647, 336652, 336654, 336655, 336657, 336610 nömrəli girov biletlərinin surətlərində əks olunmuş əlyazmalar və "Nəzarətçi” qrafalarında əks olunmuş imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 179.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda baxış zamanı X2 iştirakı ilə girov biletlərində və araşdırma materiallarında olan sənədlərin (girov biletləri və jurnal) surətlərinə qeyd olunan rəqəmlərin cəmi hesablanaraq ümumilikdə 46180 manat olduğu müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi girov biletləri və sarı, gümüşü rəngli ümumilikdə 36 ədəd 12 ədəd sarırəngdə üzüyü, 3 ədəd gümüşü rəngdə üzüyü, 3 ədəd sarı rəngdə qolbağı, 4 ədəd gümüşü rəngdə qolbağı, 12 cüt sarı rəngdə sərğanı, 1 cüt gümüşü rəngdə sırğanı və 1 ədəd sarı rəngdə boyunbağı öz xüsusiyyətinə və əlamətinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 179.2.3, 179.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il il təvəllüdlü X9 adlı bir uşağı vardır. Zərərçəkmiş şəxs mülki iddia təqdim edərək göstərmişdir ki, iş materiallarından, o cümlədən Təqsirləndirilən şəxs CM-ın 179.2.3, 179.2.4 və 320 2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə mövcud ittiham aktından müəyyən edilir ki, o, 01,07.2022-ci il tarixli əmək müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən lombardda mütəxəssis işlədiyi dövrdə saxta girov biletləri tərtib etməklə qızıl-zinət əşyası yerinə bjuteriya qoyaraq ona etibar edilmiş Zərərçəkmiş şəxs məxsus beş yüz manatdan yuxarı pul vəsaitini ələ keçirərək mənimsəmişdir. Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş ona məxsus əmlakın dəyən 46180 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona məxsus 46180 manat dəyərində əmlakı mənimsədiyindən həmin əmlakın dəyəri, yəni 46180 manat tutulub ona ödənilməlidir. CPM-in 181.2.3-cü addəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmçinin, Mülki Məcəllənin 449.2-ci mddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Uçot dərəcəsi xx.xx.2022-ci ildən başlayaraq hazırkı dövrə qədər aşağıdakı qaydada olmuşdur.xx.xx.2022-7.75%, xx.xx.2022-8%, xx.xx.2022-8,25%, xx.xx.2023-8.5%, xx.xx.2023-8.75%, xx.xx.2023-9.0%, xx.xx.2023-8.5%, xx.xx.2023-8%, xx.xx.2024-7.75%, xx.xx.2024-7.5%, xx.xx.2024-7,25%. Beləliklə, hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 46180 manat qanunsuz və əsassız olaraq əldə edildiyindən və xx.xx.2022-ci ildən başlayaraq bu günədək həmin məbləğin ona ödənilməməsi səbəbindən ona 10.390 manat məbləğində faiz ödənilməlidir. CPM-in 181.2 4-cü addesine əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini edə bilər. Bildirir ki, hadisə nəticəsində maddi ziyanla yanaşı ona mənəvi zərər də dəymişdir ki. bu zərər, cinayət hadisəsi nəticəsində, eləcə də hadisədən sonrakı müddətdə keçirdiyi iztirablar, bədənində yaranmış ağrılar nəticəsində çəkdiyi əzablar, ilk zamanlar yerindən tərpənə bilməməyi, tez-tez ruh düşkünlüyünə qapılmağından ibarətdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkəti nəticəsində ona 3.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur və həmin ziyan cavabdehdən tutulub ona ödənilməlidir. Hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən 269 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərkən qeyd edilən dövlət rüsumunun məbləği də Təqsirləndirilən şəxs tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ziyan kimi 46.180 (qırx altı min yüz səksən), faiz kimi 10.390 (on min üç yuz doxsan) manat mənəvi kimi 3.000 (üç min), dövlət rüsumu kimi 269 (iki yüz altmış doqquz) manat, cəmi 59.839 (əlli doqquz min səkkiz yüz otuz doqquz) manatın tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar nəticəsində məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın həcmi azaldılmalıdır. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın mahiyyətindən belə məlum olur ki, ona saxta qızıl əşyalarını olmayan şəxslərin adından girov qoymaqla zərərçəkmiş şəxsin pulunun mənimsənilməsi və girov biletləri üzrə müvafiq məbləğlərdə artırmalar etməklə zərərçəkmiş şəxsin pulunun mənimsənilməsinə dair ittiham elan edilmişdir. Məhkəmə iclasında girov biletlərinin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, artırmalar edilmiş girov biletləri aşağıdakılardır:
1. Şahid4 adına tərtib edilmiş 041893 nömrəli girov bileti üzrə müştəriyə verilən girov biletində 760 manat, lombardda saxlanılan girov biletində isə 1260 manat qeyd etməklə 500 manat artırma etmişdir.
2. Tahirli Əzizə adına tərtib edilmiş 336635 nömrəli girov bileti üzrə 50 manat, 336620 nömrəli girov bileti üzrə 60 manat qeyd edilməsinə baxmayaraq qeydiyyat kitabında 6635 nömrəli girov bileti üzrə 250 manat qeyd etməklə 200 manat artırma, 6620 nömrəli girov bileti üzrə isə 530 manat qeyd etməklə 470 manat məbləğində artırma etmişdir.
3. Nəcəfova Türkanə adına tərtib edilmiş 041776 nömrəli girov bileti üzrə müştəriyə verilən girov biletində 250 manat, lombardda saxlanılan girov biletində isə 350 manat qeyd etməklə 100 manat artırma etmişdir.
4. Nəcəfova Türkanə adına tərtib edilmiş 041896 nömrəli girov bileti üzrə müştəriyə verilən girov biletində 450 manat, lombardda saxlanılan girov biletində isə 650 manat qeyd etməklə 200 manat artırma etmişdir.
5. Hacıyev Talıb adına tərtib edilmiş 336610 nömrəli girov bileti üzrə girov biletində 1000 manat qeyd edilməsinə baxmayaraq qeydiyyat kitabında 800 manat qeyd etməklə 200 manat məbləğində artırma etmişdir. Məhkəmə iclasında 041812 (1200 manat), 041823 (70 manat), 041718 (100 manat), 041833 (600 manat) nömrəli girov biletləri tədqiq edilən zaman müəyyən olunmuşdur ki, həmin girov biletləri üzrə təqsirləndirilən şəxs tərəfindən artırma halı müəyyən edilməmişdir. Həmçinin qeydiyyat kitabında həmin girov biletlərinə dair məlumatların üzərindən xətt çəkilmişdir. Məhkəmə iclasında həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxs qeydiyyat kitabında girov biletlərinə dair məlumatların üzərindən xətt çəkilməsinin həmin girov bileti üzrə ödənişlər edilməklə girov qoyanın əşyasını götürməsini ifadə etdiyini bildirmişlər. Ona görə məhkəmə hesab edir ki, həmin girov biletləri üzrə təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi qeyd edilən məbləğlər ittihamın məbləğindən çıxılmalıdır. Vladimirovna Natalya adına tərtib edilmiş 041854 nömrəli girov bileti üzrə qeydiyyat kitabına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin girov bileti üzrə girov qoyan tərəfindən dekabr ayı daxil olmaqla davamlı ödənişlər aparılmışdır, həmin girov bileti üzrə təqsirləndirilən şəxs tərəfindən artırma halı da müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs Vladimirovna Natalyanın onun daimi müştərisi olduğunu, hər zaman ödənişlər etdiyini, həmin girov biletinin yanlış olaraq ittihama qeyd edildiyini bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin girov bileti üzrə təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi qeyd edilən məbləğ, yəni 200 manat ittihamın məbləğindən çıxılmalıdır. Məhkəmə ittihamın saxta qızıl əşyalarının mövcud olmayan şəxslərin adından girov qoymaqla zərərçəkmiş şəxsin pulunun mənimsənilməsinə dair hissəsində qeyd edir ki, 73 girov biletinin 6-ı üzrə artırma edilmişdir. Yerdə qalan girov biletləri üzrə isə istintaq orqanı təqsirləndirilən şəxsin saxta qızıl əşyaları girov qoymaqla zərərçəkmiş şəxsin pulunun mənimsənilməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, 4 girov bileti üzrə isə girov qoyan şəxslər ödəniş edib əşyalarını girovdan çıxarmışlar. 1 girov bileti (Vladimirovna Natalya) isə yanlış olaraq ittihama daxil edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaqa 32 paketdə saxta qızıl əşyalar təqdim edilmişdir. Həm zərərçəkmiş şəxs, həm təqsirləndirilən şəxs məhkəmə iclasında hər girov bileti üzrə götürülmüş əşyaların şəffaf paketlərdə qablaşdırıldığını bildirmişlər. Belə olan halda yerdə qalan 62 girov bileti üzrə hansı ki, ittihama əsasən saxta qızıl əşyalar girov qoyularaq pul mənimsənilmişdir faktiki olaraq bununla bağlı istintaqa təqdim edilən qızıl əşyasının sayından çox olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin istintaq zamanı saxta qızıl əşyalarını təqdim edən zaman verdiyi izahatına uyğun olaraq təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə aşağıdakı girov biletləri üzrə saxta qızıl əşyalarının girov qoyularaq zərərçəkmiş şəxsinin pulunun mənimsənilməsi müəyyən olunmuşdur.
1. 041719 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Sadıqova Sahilə” adına 750 manat,
2. 041721 nömrəli girov biletinin surətinə xx.xx.2022-ci il tarixdə “Sadıqova Sahilə” adına 1000 manat
3. 041786 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Gözəl” adına 1500 manat,
4. 041807 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Ələsgərova Aygün” adına 320 manat,
5. 041840 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Aytac” adına 550 manat,
6. 041844 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Günay” adına 300 manat,
7. 041847 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Paşayeva Günay” adına 840 manat
8. 041852 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Aysel” adına 600 manat-qeyd edilən nömrəli girov bileti məhkəmə iclasında tədqiq edilən zaman girov qoyanın adının yanlış olaraq “Hüseynova Aysel” yazıldığı müəyyən edilmişdir. Belə ki, həmin nömrəli girov biletində, həm də qeydiyyat kitabında girov qoyadının adı “Həsənova Aytəkin” yazılmışdır.
9. 041857 nömrəli girov biletinin surətinə 30.06 2023-cü il tarixdə “İsgəndərova Aytac” adına 450 manat;
10. 041859 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Ağayeva Nərminə” adına 650 manat
11. 041861 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Hüseynova Aytəkin” adına 570 manat,
12. 041866 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adına 250 manat,
13. 041867 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adına 350 manat,
14. 041877 nömrəli girov biletinin surətinə 24.07 2023-cü il tarixdə “Ələsgərova Aygün” adına 350 manat,
15. 041880 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Əhmədova Güney” adına 330 manat
16. 041886 nömrəli girov biletinin surətinə xx.xx.2023- cü il tarixdə “Haqverdiyevə Gülnarə” adına 1350 manat,
17. 041887 nömrəli girov biletinin surətinə xx.xx.2023-cü il tarixdə “Haqverdiyevə Gülnarə” adına 1700 manat- qeyd edilən nömrəli girov bileti məhkəmə iclasında tədqiq edilən zaman girov məbləğinin yanlış olaraq 1700 manat yazıldığı müəyyən edilmişdir. Belə ki, həmin nömrəli girov biletində, həm də qeydiyyat kitabında girov məbləği 700 manat yazılmışdır.
18. 336603 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 1000 manat,
19. 336605 nömrəli girov biletinin kötüyünə 01 09.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 1200 manat,
20. 336609 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 480 manat,
21. 336617 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərov Anar” adına 450 manat- qeyd edilən nömrəli girov bileti məhkəmə iclasında tədqiq edilən zaman girov məbləğinin yanlış olaraq 450 manat yazıldığı müəyyən edilmişdir. Belə ki, həmin nömrəli girov biletində, həm də qeydiyyat kitabında girov məbləği 420 manat yazılmışdır.
22. 336613 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Əhmədov Coşqun” adına 750 manat,
23. 336618 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Oruclu Sərxan” adına 830 manat
24. 336630 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Ələkbərova Leyla” adına 400 manat,
25. 336642 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə "Səlimli Kamran” adına 650 manat,
26. 336645 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “Cəfərova Pərvanə” adına 250 manat,
27. 336654 nömrəli girov biletinin kötüyünə xx.xx.2023-cü il tarixdə “İsgəndərova Nazilə” adına 1000 manat,
28. 336657 nömrəli girov biletinin kötüyünə 15.11 2023-cü il tarixdə “Ağazadə Nərminə” adına 430 manat
29. 926060 nömrəli kassa mədaxil orderinə xx.xx.2023-cü il tarixdə “Həsənova Aytəkin” adına 750 manat. Zərərçəkmiş şəxsin mövcud olmayan şəxslərin adına saxta qızıl əşyalar girov qoyularaq pulunun mənimsənilməsinə dair verdiyi ilkin izahatında qeyd etdiyi şəxslərlə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda qeyd edilən saxta qızıl əşyası girov qoyularaq adlarına girov bileti tərtib edilmiş şəxslər qarşılaşdırılan zaman yuxarıda göstərilən şəxslər və girov biletləri üzrə qeyd edilmiş məbləğlər üzrə uyğunluq müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs ilkin izahatında Haqverdiyeva İlhamə adına bir cüt sırğa bijuteriya qoyularaq 780 manat pulunun mənimsənilməsi qeyd etməsinə baxmayaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda həmin şəxs qeyd edilməmiş, ona aid girov bileti də təqdim edilməmişdir. Bundan başqa İsgəndərova Aytacın adına bir ədəd bijuteriya boyunbağ qoyaraq 360 manat pul götürülməsini zərərçəkmiş şəxs ilkin izahatında qeyd etsə də təqsirləndirilən şəxsə elan edilmiş ittihamda həmin şəxsin adına saxta qızıl əşyası girov qoyularaq 360 manat pulun mənimsənilməsi qeyd edilməmiş, girov bileti təqdim edilməmişdir. Bundan başqa Həsənova Aytəkinin adına bir ədəd bijuteriya qolbaq qoyaraq 210 manat pul götürülməsini zərərçəkmiş şəxs ilkin izahatında qeyd etsə də təqsirləndirilən şəxsə elan edilmiş ittihamda həmin şəxsin adına saxta qızıl əşyası qoyularaq 210 manat pulun mənimsənilməsi qeyd edilməmiş, girov bileti təqdim edilməmişdir. “İsgəndərova Fatimə” adına 350 manat qeyd edilmiş 041767 nömrəli girov bileti üzrə məhkəmə qeyd edir ki, həmin girov biletində telefon nömrəsi qeyd edilmiş Şahid2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, İsgəndərova Fatimə adlı şəxsi tanımır, girov biletində göstərilən tarixdə deyil, başqa tarixdə lombarddan pul götürmüşdür. Qeyd edilən girov bileti üzrə təqsirləndirilən şəxs isə bildirmişdir ki, 041767 girov biletində Şahid2 telefon nömrəsi ona görə əks edilmişdir ki, ondan öncəki girov bileti Şahid2 aid olmuşdur. Həmin girov biletini yazan zaman onun əksi digər biletə əks olunmuşdur. Məhkəmə tərəfindən qeyd edilən girov bileti tədqiq edilən zaman orada telefon nömrəsinin bir qədər solğun yazıldığı müəyyən edilmişdir. Eyni zamanda qeydiyyat kitabına baxış zamanı da 041767 girov biletinə dair məlumatlarda telefon nömrəsi qeyd edilmədiyi müəyyən edilmiş, ondan öncəki, yəni 041766 nömrəli girov biletində isə Şahid2 adlı şəxsin məlumatları və 041767 girov biletində yazılmış telefon nömrəsi əks olunmuşdur. Məhkəmə girov biletlərinin kağız materialının xüsusiyyətlərini və biri digərinin üzərində yazıldığını nəzərə alaraq ilk öncəki girov biletinin məlumatlarının digər girov biletində əks olunmasını mümkün hesab edir. Digər tərəfdən İsgəndərova Fatimə zərərçəkmiş şəxsin ilkin izahatı zamanı qeyd etdiyi şəxslərin və buna uyğun olaraq da təqdim etdiyi saxta qızılların aid olduğu şəxslər sırasında göstərilməmişdir. Təqsirləndirilən şəxsə həmin girov bileti üzrə saxta qızıl əşyasının girov qoyularaq pulun mənimsənilməsinə dair ittiham irəli sürülməsinə baxmayaraq bunu təsdiq edən sübut təqdim edilmədiyindən yəni, hansı saxta qızıl əşyasının girov qoyulması, həmin qızıl əşyası özü təqdim edilmədiyindən ittihama daxil edilə bilməz. Təqsirləndirilən şəxsə saxta qızıl əşyaların girov qoyularaq zərərçəkmiş şəxsin pulunun mənimsənilməsinə dair ittiham elan edildiyindən, digər girov biletləri üzrə isə saxta qızıl əşyaları təqdim edilmədiyindən, onların saxta olub-olmaması müəyyən edilmədiyindən həmin girov biletlərinə münasibətdə təqsirləndirilən şəxsin təqsirinin olması qənaətinə gəlinməsi istisna olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qızıl əşyalarının sayının az olmasının səbəbi ilə bağlı verilən suala təhqiqatçıya təqdim edilən zaman yerə düşə bilməsi ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin həmin əşyaların hesab edək ki, heç saxta deyil, qızıl olması, nəyə görə onlardan birinin gəlib əşyasını istəməməsi ilə bağlı mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, belə olan halda girov saxlayan olaraq lombardın girovla təmin edilmiş öhdəliyin icra olunmadığı üçün tələbin həmin qızıl əşyası hesabına ödənilməsi hüququ olduğundan onun mənafeyinin pozulması, əmlakının mənimsənilməsi kimi hal da baş verməmiş olur. AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın həcmi azaldılaraq 20640 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın həcminin azaldılması ümumilikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş AR CM-nin 320.2-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin maddənin tələbinə əsasən CM-nin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. AR CM-nin 320.1-ci maddəsinə əsasən isə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyətinə səbəb olur. İstintaq orqanı təqsirləndirilən şəxsin girov biletlərinə yanlış məlumatlar daxil edərək saxtalaşdırmaqla həmin girov biletlərindən istifadə etməkdə ifadə olunan əməlini AR CM-nin 320.2-ci maddəsinin tərkib əlamətinə uyğun hesab edərək ona həmin maddə ilə də ittiham elan etmişdir. Məhkəmə ilk növbədə qeyd edilən cinayətin predmetini təşkil edən rəsmi sənədin anlayışına nəzər yetirməyi vacib hesab edir. Belə ki “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir.” Yəni Plenum qərarından da görünür ki, sənədin CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan (CM-nin 320.2-ci maddəsi 320.1-ci maddəsində nəzərdə tutulmuş sənəddən istifadəni nəzərdə tutur) rəsmi sənəd ola bilməsi üçün əsas şərt onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma qabiliyyətinə malik olmasıdır. Hazırki iş üzrə istintaq orqanın mövqeyinə əsasən girov bileti rəsmi sənəd kimi qəbul edildiyindən məhkəmə girov biletinin anlayışına diqqət etməyi və onun rəsmi sənəd üçün tələb olunan əlamətləri ödəyib-ödəməməsini müəyyənləşdirməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, əşyanın lombardda girovu AR Mülki Məcəlləsinin 300.0.2-ci maddəsinə əsasən girovun növlərindən biridir. Həmin Məcəllənin əşyanın lombardda girovunu tənzimləyən normalarına əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. (MM-302.1) Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. (MM-302.2) Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. (MM-302.7) Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi girov bileti əşyanın lombardda girov qoyulmasından irəli gələn və girov qoyanla girov saxlayan arasında münasibətləri tənzimləyən grov müqaviləsinin bağlanmasını təsdiq edən sənəddir. Bu müqavilə (girov bileti) girov qoyana girovla təmin edilmiş öhdəliyi icra etdiyi təqdirdə girov qoyulmuş əşyanın qaytarılmasını tələb etmək hüququ, girov saxlayana (lombarda) isə girovla təmin edilmiş öhdəlik icra edilmədiyi halda tələbin girov qoyulmuş əşya hesabına ödənilməsi hüququ verir. Yəni girov bileti girov saxlayanla girov qoyan arasında bir-birinə münasibətdə müqavilədən irəli gələn qarşılıqlı hüquq və vəzifələr yaradır. Girov bileti lombardın işçisinə münasibətdə hər hansı hüquq yaratmır. Təqsirləndirilən şəxsə istinad edilən AR CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət idarəetmə qaydası əleyhinə olan cinayətlərə aiddir. Şərh olunan cinayətin obyektini idarəetmə faəliyyətinin predmetləri olan vəsiqə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasının, onlardan istifadənin, gəmin predmetlərlə davranışın qanunvericiliklə müəyyən olunmuş qaydasıdır. Heç də təsadüfi deyil ki, CM-nin 320.1 ci maddəsi hüquq verən və vəzifədən azad edən sənəddən istifadə etmək məqsədilə saxtalaşdırmanı, CM-nin 320.2-ci maddəsi isə həmin sənədlərdən istifadə etməni cinayət kimi qiymətləndirmişdir. Qeyd edilən sənədləri saxtalaşdırmaqla onlardan istifadə edilməsi sənəd dövriyyəsinə qanunsuz müdaxilə etməklə qanunsuz olaraq üstünlüklər, hüquqlar əldə edilməsi ilə nəticələnə bilər. Qanunverici orqanın da qeyd edilən əməli ictimai təhlükəli əməl kimi qiymətləndirməkdə məqsədi də məhz dövlət idarəetmə sahəsindəki münasibətləri qoruma altına almaqdan ibarətdir. Girov bileti üzrə hüquq və vəzifələr yalnız müqavilə tərəflərinin bir-birinə münasibətdə yarandığından, hüquq və vəzifə yaratmağın müqavilənin təbiətindən irəli gəlməsi nəzərə alınaraq girov biletinin saxtalaşdırılması dövlət idarəetmə sahəsindəki münasibətlərə təsir etmədiyindən girov bileti CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan mənada rəsmi sənəd hesab edilə bilməz. Belə ki, girov bileti həmin maddədə gösətirilən mənada rəsmi sənəd üçün xarakterik olan təqdim edilə bilmə və digər şəxslərə, təşkilatlara münasibətdə istifadə edilə bilmək qabiliyyətinə malik olmur. Müqavilə onun tərəflərinin iradəsini ifadə etməklə yalnız müqavilə tərəflərini bir-birinə bağlayır. Eyni zamanda nəzərə alsaq ki, lombard sahibi, yəni zərərçəkmiş şəxs saxtalaşdırma faktından məlumatsız olduğundan, burada lombardın hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi də istisna olunur. Bundan başqa işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından da məlum olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus lombarda mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Müştərini qəbul etmək, əşyanı yoxlamaq, həmin əşyanı girov predmeti olaraq qəbul etmək, girov biletini tərtib etmək, girov məbləğini vermək mütəxəssis olaraq onun əmək funksiyasından irəli gələn vəzifələri olmuşdur. Bu vəzifələr işçi olaraq onun əmək müqaviləsindən irəli gələn vəzifələridir. Məhkəmə iclasında zərərçəkmiş şəxs də girov biletlərini, girov qoyulmuş əşyanın qızıl olub-olmamasını heç vaxt yoxlamadığını, hətta işdə olduğu halda belə bunu etmədiyini, bunların mütəxəssis olaraq təqsirləndirilən şəxsin vəzifəsi olduğunu, bu məsələlərə onun cavabdeh olduğunu, pulun öncədən təqsirləndirilən şəxsdə olduğunu, ya kassadan götürdüyünü, bəzi hallarda özünün gətirib verdiyini bildirmişdir. Girov bileti girov saxlayanla girov qoyan arasında hüquq və vəzifə yaratdığından lombardın işçisinə münasibətdə hər hansı hüquq yaratmır, onu vəzifədən azad etmir. Hətta həmin girov biletlərinin saxtlaşdırılması belə ona lombard sahibi qarşısında hər hansı hüquq vermir və ya onu vəzifədən azad etmir. Yuxarıda qeyd edildiyi kimi girov bileti tərtib etmək, girov qoyulan əşya müqabilində girov məbləğini vermək onsuzda onun əmək funksiyasından irəli gəlir. O, girov biletini saxtalaşdırmaqla bu funksiyaları həyata keçirmiş olmur, əmək müqaviləsindən irəli gələrək onları həyata keçirir. Bundan başqa təqsirləndirilən şəxsə AR CM-nin 179-cu maddəsində göstərilən cinayətin, yəni mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayətinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə ittiham elan edilmişdir. Yəni təqsirləndirilən şəxsə etibar edilmiş özgə əmlakını mənimsəmə cinayətinə görə ittiham elan edilmişdir. Talama cinayətinin bu növünü onun digər növlərindən fərqləndirilən əsas əlamət təqsirləndirilən şəxsin etibar edilərək verilmiş əmlakın mənimsənilərək öz sahibliyinə keçirilməsində ifadə olunur. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq ona sərəncam vermə, idarəetmə, tədarük və.s səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli CM-nin 179.2.3-cü maddəsi ilə tövsif ediləcəkdir. Hazırki işin hallarından da görünür ki, təqsirləndirilən şəxs tutduğu vəzifə ilə əlaqədar sərəncam vermə səlahiyyəti verilməklə etibar edilmiş pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, girov biletini saxtalaşdırması ona həmin əmlakı öz ixtiyarına keçirməklə bağlı hüquq vermədiyindən, həmin əmlak xidməti fəaliyyətindən irəli gələrək ona etibar edildiyindən onun əməlində AR CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Təqsirləndirilən şəxsin girov biletini saxtalaşdırmaqda ifadə olunan əməli AR CM-nin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan onun bu hərəkətləri mənimsəmə cinayətinin törədilmə üsulu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinə uyğun olaraq yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. AR CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş AR CM-nin 320.2-ci maddəsi üzrə ona əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməllidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 179.2.3, 179.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Ona görə məhkəmə təqsirləndirilən şəxsin özünü həmin maddələrlə təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), ilk dəfə cinayət törətməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X5 AR CM-nin 320.2-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut hesab edilən girov biletləri cinayət işinin materiallarında saxlanılmalı (CPM- 132), sarı, gümüşü rəngli ümumilikdə 36 ədəd 12 ədəd sarı rəngdə üzüyün, 3 ədəd gümüşü rəngdə üzüyün, 3 ədəd sarı rəngdə qolbağın, 4 ədəd gümüşü rəngdə qolbağın, 12 cüt sarı rəngdə sərğanın, 1 cüt gümüşü rəngdə sırğanın və 1 ədəd sarı rəngdə boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 212 (iki yüz on iki) manat məhkəməekspertizası tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiası ilə bağlı qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın həcmi azaldılaraq 20.640 manat müəyyən olunduğundan həmin hissədə mülki iddia təmin edilməli və təqsirləndirilən şəxsdən tutulub zərərçəkmiş şəxsə ödənilməlidir. Mülki iddianın “Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 46180 manat qanunsuz və əsassız olaraq əldə edildiyindən və xx.xx.2022-ci ildən başlayaraq bu günədək həmin məbləğin ona ödənilməməsi səbəbindən ona 10.390 manat məbləğində faiz ödənilməsinə” dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Plenum qərarından da göründüyü kimi MM-nin 449.1-ci maddəsində nəzərdə tutulmuş faizlər o halda təmin edilə bilər ki, özgəsinin vəsaitinin qanunsuz saxlanılması nəticəsində gəlirin əldə edilməsi və ya sair maddi xeyirin əmələ gəlməsi sübut edilmiş olsun. Belə gəlirin, artımın, maddi xeyrin əmələ gəlməsi, əldə edilməsi hazırki iş üzrə müəyyən olunmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda mülki iddiada təqsirləndirilən şəxsdən 3000 manat məbləğində mənəvi zərərin tutulması xahiş edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin fiziki iztirablar, mənəvi sarsıntı keçirdiyini təsdiq edən sübutlar təqdim edilmədiyindən onun hansı mənəvi zərərə məruz qaldığını müəyyən etmək mümkün olmadığından həmin hissədə də mülki iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütanəsib olaraq dövlət rüsumu mülki cavabdehdən (təqsirləndirilən şəxsdən) tutulmalıdır. Dövlət rüsumu qalan hissədə mülki iddiaçıya (zərərçəkmiş şəxsə) aid edilməlidir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki iddia qismən təmin olunmalı və cinayət nəticəsində vurulmuş maddi ziyana görə 20.640 manat pul, 93,2 manat dövlət rüsumu, cəmi 20.733,2 (iyirmi min yeddi yüz otuz üç manat, iyirmi qəpik) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Blabəy qızına ödənilməlidir. Digər hissədə mülki iddia tələbi təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X5 AR CM-nin 320.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. X10 yaşadığı ünvan 6nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X4 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən girov biletləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut hesab edilən-sarı, gümüşü rəngli ümumilikdə 36 ədəd-12 ədəd sarı rəngdə üzüyün, 3 ədəd gümüşü rəngdə üzüyün, 3 ədəd sarı rəngdə qolbağın, 4 ədəd gümüşü rəngdə qolbağın, 12 cüt sarı rəngdə sırğanın, 1 cüt gümüşü rəngdə sırğanın və 1 ədəd sarı rəngdə boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 212 (iki yüz on iki) manat təqsirləndirilən şəxs X3 tutularaq dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı X1 mülki iddiası qismən təmin edilsin və təqsirləndirilən şəxs-mülki cavabdeh X3 mülki iddia üzrə 20.640 manat pul və 93,2 manat dövlət rüsumu, ümumilikdə 20.733,2 (iyirmi min yeddi yüz otuz üç manat, iyirmi qəpik) manat pul tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Samirə Məmmədli