Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-101/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1972-ci ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 02 (iki) il sınaq müddəti təyin olunmuş, Ağdam rayonu, Tağıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 8 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı cibindən gizli olaraq çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Səbail rayonu, Salyan yolu 8 ünvanında yerləşən “Daş bazarı” adlanan ərazidə birmərtəbəli, bir otaqlı tikilidə yatmış Zərərçəkmiş şəxs məxsus içərisində 315 manat pul, hesabına 3 manat yüklənmiş «xxxx» ASC-yə məxsus ödəmə kartı olan 5 manat dəyərində pul kisəsini əynindəki köynəyinin cibindən çıxararaq gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 323 (üç yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 7-8 ildir ki, tanıyır. Əli Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında işləyirdi. O, özü də “Daş bazarı” adlanan ərazidə fəhlə işləyirdi. 20 avqust 2020-ci il tarixdə saat 20 radələrində o, işdən çıxıb, yaxınlıqda olan kafelərin birinə getmiş, kafedə Əlinin və tanışı Habilin oturaraq pivə içdiyini görmüşdür. O, da həmin şəxslərlə oturub pivə içərək yemək yemişdir. Daha sonra Habil getmişdir. Sonra o Əli ilə sağollaşıb ayrılmışdır. O, bilirmiş ki, Əli bir neçə gündür ki, gecəni “Daş bazarında” fəhlələrin qaldığı otaqda qalır. O, özü də həmin otaqda gecələr qalırdı. Həmin gün də gecə qalmaq üçün otağa getmişdir. İçəri daxil olduqda o, Əlinin uzanaraq yatdığını görmüşdür. Bundan sonra Əliyə tərəf yaxınlaşmışdır. Həmin vaxt o, Əlinin pul kisəsini götürmək üçün əlini Zərərçəkmiş şəxs əynində olan ağ rəngli köynəyin cibinə salmış və pul kisəsini götürərək oradan uzaqlaşmışdır. O, yolda olarkən pul kisəsinə baxdıqda içərisində 310 manat pul olduğunu görmüşdür. O, pulu götürmüş və pul kisəsini atmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, pul kisəsinin Əlinin cibində olduğunu bilmişdir. Kafedə oturduqları müddətdə o, Əlinin pul kisəsini cibinə qoyduğunu görmüşdür. Lakin o, pul kisəsində nə qədər pul olduğunu bilməmişdir. O, pul kisəsini götürərkən otaqda başqa heç kəs olmamışdır. Onu heç kəs görməmişdir və onu kiminsə gördüyünü hiss etməmişdir. O, pul kisəsini götürən zaman Əli yatmışdır. Pul kisəsində 310 manat puldan başqa heçnə olmamışdır. Pul kisəsini götürməkdə məqsədi pul əldə etmək olmuşdur. Ümumiyyətlə pul kisəsində 310 manat puldan başqa heç nə olmamışdır. Yalnız “Daş bazarı” adlanan ərazidə dülgər işlədiyini bilir. O, əvvəllər oğurluq və soyğunçuluq cinayətləri törətmiş və həmin cinayətlərə görə məhkum olunmuşdur. Hadisə baş verən otağın qapısı həmişə açıq olur və “Daş bazarı” adlanan ərazidə işləyən fəhlələr orada gecə qalır. Lakin hadisə günü orada heç kim olmamışdır. O, özü də həmin otaqda işdən sonra gecələr qalırmış. Ona elan olunmuş ittihamla özünü ona görə qismən təqsirli bilmişdir ki, taladığı pul kisəsinin içərisində 310 manat pul olmuşdur. Ona elan olunmuş ittihamdakı kimi 315 manat pul və işıq kartı olmamışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Saatlı rayonunda yaşasa da, işləmək üçün Bakı şəhərinə gəlir. Hadisə baş verən zaman o Bakı şəhəri 20-ci sahə dairəsi yaxınlığında fərdi evdə usta işləyirdi. 20 avqust 2020-ci il tarixdə Bakı şəhərində olarkən, ona rayondan zəng gəlmiş və buna görə də Saatlıya getmək qərarına gəlmişdir. Həmin vaxt o, axşam saat 20 radələrində işdən çıxmış, taksi ilə danışmış və razılaşmışdır ki, taksini 20-ci sahə dairəsi yaxınlığında gözləsin. Taksi gözləyənə qədər o, yaxınlıqda olan kafelərin birində oturub pivə içirdi. Həmin vaxt onun Habil kimi tanıdığı şəxs kafeyə daxil olmuş və onu gördükdə demişdir ki, kabab alsın. O, Habilə kabab almış və Habil də onun oturduğu masada oturaraq yemək yemişdir. Bundan sonra Cuanşir də kafeyə daxil olmuş və onların oturduğu masaya yaxınlaşaraq oturub yemək yemişdir. Daha sonra Habil getmişdir. Cuanşirin daş bazarında fəhlə işləyirdi, Habil isə daş bazarında usta işləyir. Habili 5-6 ildir ki, tanıyır. Cuanşiri isə təxminən 3 ay olar ki, tanıyırdı. Bundan sonra o, taksi ilə əlaqə saxladıqda ona məlum olmuşdur ki, taksi artıq başqa sərnişin götürüb getmişdir. Buna görə də gec olduğu üçün o, rayona getməkdən imtina etmişdir. O, bilirdi ki, 20-ci sahə dairəsi yaxınlığında “Daş bazarı” adlanan ərazidə kiçik bir otaq vardır və həmin otaqda daş bazarında işləyən fəhlələr gecə qalırlar. Buna görə də qərara gəlmişdir ki, orada yer olarsa gecəni gedib orada qalsın. Bundan sonra o, pul kisəsindən pulu çıxarıb, 15 manat hesabı ödəmiş və Cuanşirlə sağollaşıb getmişdir. O, gedərək “Daş bazarı” adlanan ərazidə olan həmin otağa baxdıqda otağın boş olduğunu görmüş və buna görə də gecəni qalmaq qərarına gəlmişdir. Saat 23 radələri olarmış ki, o, yuxuya getmişdir. Bu zaman əynində olan ağ rəngli köynəyin cibində özünə məxsus pul kisəsi olmuşdur. Pul kisəsinin içərisində 315 manat pul, şəxsiyyət vəsiqəsi və işıq kartı olmuşdur. O, yenicə yuxulamışdır ki, kiminsə əlini cibinə saldığını hiss etmişdir. O, qəfildən gözlərini açdıqda kiminsə qapını bağlayaraq qaçdığını görmüşdür. O, köynəyinin cibinə baxdıqda pul kisəsinin olmadığını görmüşdür.Bundan sonra həmin şəxsin arxasınca çölə çıxdıqda heç kəsi görməmişdir. O pul kisəsinin Cuanşir tərəfindən oğurlandığını şübhələnmişdir. Bundan bir gün sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona məxsus pul kisəsinin dəyəri 5 manat olmuş, işıq kartına o, 3 manat vəsait yükləmişdir. Baş vermiş hadisə nəticəsində ona 323 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə tədim edərək Təqsirləndirilən şəxs şikayətinin olmadığnı bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi yaxınlığında yerləşən “Daş bazarı” adlanan ərazidə dülgər işləyir. Cuanşiri və Əlini tanıyır. Hər ikisi “Daş bazarı” adlanan ərazidə fəhlə işləyirlər. 20 avqust 2020-ci il tarixdə saat 20 radələrində o, 20-ci sahə dairəsi yaxınlığında olan kafelərin birinə daxil olduqda tanışı Əlinin oturaraq pivə içdiyini görmüşdür. Bundan sonra o, da Əlinin əyləşdiyi masada əyləşmiş və onlar bir yerdə oturub yemək yeməyə başlamışlar. Bundan sonra Cuanşir də kafeyə daxil olmuş və onlar oturduğu masaya yaxınlaşaraq oturub yemək yemişlər. O, yeməyini yedikdən sonra sağollaşıb ayrılmışdır. Növbəti gün Əlinin deməsindən ona məlum olmuşdur ki, ötən gecə Əli gecəni qalmaq üçün “Daş bazarı” adlanan ərazidə olan otağa getmiş, orada Cuanşir Əlinin cibindən içərisində 315 manat pul olan pul kisəsini talamışdır. 31 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 01 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 01 noyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Ağayev X2 Saxlama Yerindən həbsdən azad olunmuşdur. 01 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 01 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail rayon polis idarəsinin X4 yerləşdirilmiş, 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon prokurluğuna vəsatətlə müraciət edilmiş, Səbail rayon prokurorunun 27 yanvar 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Ağayev X2 Saxlama Yerindən həbsdən azad olunmuşdur. 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 noyabr 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-101/2021 saylı, 03 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 30 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin X4 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnamədən görünür ki, xx.xx.1972-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs: - Abşeron Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci (CM-69.4) maddəsi ilə təqsirli bilinərək qazancının 20% dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir; - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü (CM-69.3, 68.1.3, 67.1 və 70) maddəsi ilə təqsirli bilinərək 02 (iki) il şərti sınaq müddəti ilə 03 (üç) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-19/2018 saylı, 13 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 3 (üç) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti təyin olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun özünü qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxs taladığı pul kisəsinin içərisində yalnız 310 manat pul olmasını, ittihamda göstərilən 315 manat və hesaba 3 manat yüklənmiş «xxxx» ASC-yə məxsus ödəmə kartının olmasmasını işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-19/2018 saylı, 13 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 3 (üç) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti təyin olunmuşdur. Lakin Təqsirləndirilən şəxs sınaq müddəti ərzində, yəni 20 avqust 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıdran hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş və çəkilməmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2020ci il tarixədək, 26 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 mart 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 1(009)-126/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 1(009)-126/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 31 oktyabr 2020-ci il tarixdən 01 noyabr 2020-ci il tarixədək, 26 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-101/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-101/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver