Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-159/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X6 və Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 11:15-də xx xxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 243, mənzil 9da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ev 18, mənzil 18-də faktiki yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-cİ maddəsi ilə, xx xxxxxx 1969-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi ev, 88-də faktiki yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtdan xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Şahid14 pul müqabilində Şahid13 ilə cinsi əlaqədə olması üçün həmin mənzili 30 manata bir saatlıq kirayəyə vermiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CinayətAxtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin mənzilə baxış keçirilən zaman Şahid13lə Şahid14 cinsi əlaqədə olması və Təqsirləndirilən şəxs1 məxsus ünvan 1, mənzil 38-də fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 da, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtdan xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib saxlamış, xx xxxxxx 2020-ci il tarixdə Şahid14 pul müqabilində Şahid13 ilə cinsi əlaqədə olması üçün həmin mənzili 30 manata bir saatlıq kirayəyə vermiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin CinayətAxtarış İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı həmin mənzilə baxış keçirilən zaman Şahid13lə Şahid14 cinsi əlaqədə olması və Təqsirləndirilən şəxs1 məxsus ünvan 1, mənzil 38- də fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243, 9 saylı 2 otaqlı mənzili, Nəsimi rayonu, Draqani küçəsi, ev 6, 12 saylı 2 otaqlı və Səbail rayonu, Nizami küçəsi, ev 98, 38 saylı 1 otaqlı mənzillər onun adına rəsmiləşdirilmişdir. O, təxminən 2012-ci ilə qədər D.Əliyeva küçəsi, ev 243, 9 saylı mənzildə oğlu ilə birlikdə yaşamışdır. Anası Həcər də onunla birlikdə qalırmış və anası 5-ci mərtəbəyə piyada qalxmaqda əziyyət çəkirmiş, həmin bina 5 mərtəbəli imiş və lifti yox imiş. Ona görə də anası Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsini təxminən 2012-ci ildə satmış və əldə etdiyi pulun üstünə də o əlavə etmiş və həmin illərdə Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 18 saylı 2 otaqlı mənzili almışlar. Həmin 18 saylı ev 16 mərtəbəlidir və lifti var. O hazırda da həmin mənzildə oğlu ilə birlikdə yaşayır. Anası 2014-cü ildə rəhmətə getmişdir. Oğlu Nəriman 2016-cı ildə ailə qurmuş, hazırda övladı yoxdur. Keçmiş həyat yoldaşı Rahim isə 2019-cu ilin avqust ayında rəhmətə getmişdir. Maklerlər vasitəsilə o Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243, 9 saylı mənzilin kirayə verildiyini bilmiş və həmin mənzili aylıq kirayəyə götürmüşdür. Sonra həmin mənzili 3-5 günlük kirayəyə verməyə başlamışdır. O həmin ərazinin maklerlərinə kirayə ilə bağlı demiş, maklerlər də müştəri gətirirmişlər. Sonra Şüvəlandakı evə bağlı ona pul veriləndə o həmin D.Əliyeva küçəsindəki kirayə götürdüyü mənzili satın almış və öz adına rəsmiləşdirmiş və orada yaşamağa başlamışdır. Həmçinin Sənubərin kirayə verdiyi Nizami küçəsindəki mənzilə gedib-gəldiyi üçün həmin ərazini tanımış və oradan da Nizami küçəsi, ev 98, 38 saylı mənzili satın almış və həmin mənzili də kirayə verməyə başlamışdır. O eyni vaxtda Xaqani küçəsindəki mənzilini də 2-5-10 günlük kirayə verməyə başlamışdır. Oğlu evləndikdən sonra Xaqani küçəsindəki mənzildə yaşamağa başlamış və o daha oranı kirayə verməmişdir. O həmçinin təxminən 2-3 il bundan əvvəl Səbail rayonu, Nizami küçəsi, ev 98, 37 saylı mənzili aylıq 500 manata kirayəyə götürmüşdür. Mənzil sahibi əslən Gürcüstanlı olan Eldar adlı şəxsdir. Eldarla onun arasında mənzil kirayə müqaviləsi bağlanmamış, sadəcə şifahi razılaşmışlar. O, əvvəllər mənzillərini aylıq kirayə verirmiş, lakin aylıq kirayə götürən olmayanda yalnız Nizami küçəsi ev 98-də olan 38 saylı mənzilini günlük və saatlıq kirayə verməyə başlamışdır. Mənzilləri bir neçə günlük kirayə götürənlər yerli və xarici ölkə adamları olurlar, saatlıq götürənlər isə əsasən yerli adamlar olurmuş. Lakin adamların mənzillərin cinsi əlaqədə olmaq üçün kirayə götürdüyünü bilmirdi. O mənzilləri saatlıq kirayə verəndə bir və ya bir neçə saata 20 və ya 30 manat pul alırmış. Onunla adətən kişilər əlaqə saxlayır, bəzi hallarda isə qadınlar da əlaqə saxlayıb mənzili saatlıq kirayə götürmüşlər. O həmin qadınların fahişəliklə məşğul olduqlarını və mənzilə müştəri ilə gedib cinsi əlaqədə olacaqlarını bilmirmiş. O özünün hazırda yaşadığı Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 18 saylı mənzili kirayəyə vermir. Kirayəyə verdiyi mənzillərdən yalnız Nizami küçəsi ev 98də yerləşən 38 saylı mənzilini saatlıq kirayəyə vermişdir. Sözü gedən hadisə olan zaman Nizami küçəsi, ev 98, 37 saylı mənzildə bir türk vətəndaşı 10 günlük kirayədə qalırmış, hazırda həmin mənzili sahibinə geri qaytarmışdır, Eldar adlı şəxsin isə Gürcüstanda olmasını, həmin şəxsin başqa anket məlumatlarını bilmədiyini qeyd etmişdir. O, kirayə verdiyi mənzilləri təmizləməyə və müştəriləri qəbul edib mənzilin açarlarını verməyə, həmçinin müştərilərdən pulu alıb ona çatdırmaq üçün 2 nəfər işçi saxlayırmış. Onlardan biri Təqsirləndirilən şəxs2 təxminən 8-9 ildir onun işçisidir, həmin şəxsə aylıq 200 manat pul verir. Elza xəstələndiyi üçün o əlavə Günel adlı işçi götürmüşdür, Günelə də aylıq 200 manat maaş verir. Həmin şəxlər növbələşib işləyirmişlər. Günel sözü gedən hadisə baş verən vaxtı artıq həyat yoldaşının xəstəliyi ilə bağlı Gürcüstana həkimə getmiş və geri qayıtmamışdır. O, müştərilərlə özü telefonla danışır və evin yerini başa salırmış. Sonra isə Elza və ya Günel müştərilər mənzildən çıxdıqdan sonra həm mənzildə təmizlik işləri aparır, həm də müştərilərdən kirayə pullarını alır və həmin kirayə pullarını ona çatdırırmışlar. O hansı mənzilə müştəri gələcəyini Elza və ya Günelə deyir, həmin şəxslər artıq həmin mənzilə gedib müştərini qəbul edib açarı verirlər, sonra da təmizlik işləri aparırmışlar. Təqsirləndirilən şəxs1 son sözündə ərinin vəfat etməsinin, himayəsində qan xəstəliyinə düçar olunmuş uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 təxminən 7 ildir ki, qohumu olan Sənubər adlı xanıma baxıcılıq etdiyi vaxtdan tanımışdır. Kürsümlə normal münasibətləri də olmuşdur. Təxminən son 4-5 ildir ki, Kürsüm xanımın təklifi ilə şifahi razılıq əsasında mülkiyyətində olan müxtəlif şəxslərə günlük, saatlıq kirayəyə verdiyi mənzillərində təmizlik işləri görür, bəzi vaxtlara mənzilləri müştərilərə təhvil verir, həmin şəxslərdən kirayə haqqı alır, mənzili təhvil götürür və həmin işinin müqabilində aylıq olaraq 350 manat Kürsüm xanımdan alırmış. O Kürsüm xanımın ünvan 2 ünvanında olan binada 2-ci mərtəbədə yerləşən 37 saylı iki otaqdan, 38 saylı bir otaqdan ibarət mənzildə təmizlik işləri aparırmış. O adətən iki və yaxud üç gündən bir yəni, həmin mənzillərdə olan müştərilər oradan çıxdıqdan sonra həmin mənzilləri təmizləyir, yataq dəstlərini, döşəküzlərini dəyişib təmizləri ilə əvəz edir, əvvəlcədən Kürsüm xanımın aldığı hamam aksesuarları, ləvazimatları ilə hamam otaqlarını təchiz edirdi. Kürsüm xanım özünün işləri olduğu vaxtlarda mənzilləri icarəyə verilməsi müqabilində alınan kirayə pullarını da müştərilərdən alaraq Kürsüm xanıma özü verirmiş. Həm də bəzi vaxtlarda Kürsüm xanım ona zəng vurub mənzilə müştərinin gəlməsini bildirir, o da Kürsümün yönəltməsi ilə müştəriləri qarşılayır, həmin şəxsləri mənzillə tanış edir, həmin mənzillərin açarını həmin şəxslərə verir, daha sonra isə yenə də Kürsüm xanımın özünün ona zəng vurub deməsi ilə o müştərilər evdən çıxan zaman həmin şəxslərdən mənzili təhvil alır, kirayə haqqını götürür, sonra aldığı kirayə haqqını Kürsüm xanımın özünə verirmiş. Yalnız bu müddət ərzində bir neçə dəfə oğlu Nərimana kirayəyə pulunu vermişdir. Nizami küçəsi 98 ünvanında yerləşən 38 saylı mənzil, bir yataq otağı, bir mətbəxt və içərisində unitaz da olan bir hamam otağından ibarət imiş. Həmin mənzilin yataq otağında iki nəfərlik çarpayı və divan var imiş. Hamam otağında duş, əl-üz yuyulan, unitaz, vanna var imiş. Həmin mənzilin isti suyu ariston vasitəsilə daimi təchiz edilmişdi, mənzilin istiliyi isə ümumi istixana vasitəsilə təmin edilirmiş. Hamam otağının hər müştəridən sonra hamam otağında olan ləvazimatları yəni, dəsmal, sabun, şampunları, tualet kağızlarını yeniliyirmiş. ünvan 3 ünvanında yerləşən 37 saylı mənzil bir yataq otağı, bir qonaq otağı, bir mətbəxt və içərisində unitazda olan bir hamam otağından ibarət imiş. Yataq otağında iki nəfərlik çarpayı, bir divan, bir paltar şkafı var imiş. Hamam otağında duş, əl-üz yuyulan, unitaz var imiş. Həmin mənzilin isti suyu ariston vasitəsilə daimi təchiz edilmiş, mənzilin istiliyi isə ümumi istixana vasitəsilə təmin edilirmiş. 38 saylı mənzildə hər müştəridən sonra hamam otağında olan ləvazimatları yəni, dəsmal, sabun, şampunları, tualet kağızlarını yeniliyirmiş. Heç vaxt həmin mənzilə əvvəlcədən qoruyucu rezin vasitələr qoymayıbdır. Kürsüm xanım onlar işə başlayan təzə vaxtlarda onun istifadəsində mobil telefon olmadığı üçün ona özünün adında qeydiyyatda olan 077 *** ** ** saylı mobil telefonu ona vermişdir ki, onların işləriylə bağlı məhz bu nömrə ilə əlaqə saxlasın, yəni onunla telefonla zəng vurub, müştərini qarşılamağını, evə aparmağını və sonda evi təhvil almağını, kirayə haqqını həmin şəxslərdən götürməyini bildirirmiş. Həm də bu telefonda Kürsüm xanım tərəfindən ona verilmiş 050 *** ** ** saylı mobil nömrə də var imiş, bu nömrə ilə də Kürsüm xanımla əlaqə saxlayır, evin kirayəyə verilməsi ilə bağlı məsələləri həll edirmişlər. O da Kürsümün dediklərini edir, həm də Kürsüm xanım ona heç vaxt bu məsələlərin yəni mənzillərini cinsi əlaqə üçün müxtəlif şəxslərə bir neçə saatlıq və yaxud günlük kirayə verməsinin qanunsuz olmasını deməmiş, o özü də bunun qanunsuz olmasını bilmirmiş. Bir qayda olaraq mənzili kirayə haqqını əvvəlcədən götürür, sonradan isə Kürsüm xanıma verirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində Kürsüm xanım onun əvvəlcədən qeyd etdiyi istifadəsində olan 077 *** ** ** saylı mobil telefon nömrəsi sönülü olduğu üçün istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsindən istifadəsində olan 051 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vuraraq Nizami küçəsi 98 ünvanında olan 38 saylı mənzili kirayəyə verməyini, əvəlcədən 30 manat kirayə haqqı almağını tapşırmışdır. O da həmin vaxtı təsadüfən elə həmin mənzildə olduğu üçün elə bu vaxt mənzildə olduğunu bildirib dedikləri ilə razılaşmışdır. Bundan sonra təxminən saat 15 radələrində həmin şəxsləri qarşılamış, mənzili müştərilərə göstərib, açarı verdikdən sonra, Vahid adlı şəxsdən 30 manat pul almışdır. Mənzildən çıxarkən ona mülki geyimdə şəxslər yaxınlaşıb özlərini Bakı Şəhər Baş Polis əməkdaşları kim təqdim edərək onu həmin baş idarəyə dəvət etmişlər. O da həmin polis əməkdaşları ilə birlikdə idarəyə getmişdir. Burada 38 saylı mənzili götürən oğlanın ona verdiyi əvvəlcədən polis əməkdaşları tərəfindən müvafiq qaydada qeydə alınmış 30 manat pulu polis əməkdaşlarına könüllü olaraq təqdim edib bildirmişdir ki, bu pulu evin kirayəyə verilməsi üçün Kürsüm xanıma vermək üçün almışdır. Təqsirləndirilən şəxs2 son sözündə əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, qadın olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, yuxarıda qeyd edilmiş ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə istirahət etmək qərarına gəlmişdir. Bu məqsədlə o tanıdığı Rüxsarə adlı qıza zəng vurmuş və görüşmək istədiyini demişdir. O bilirmiş ki, Rüxsarə fahşəliklə məşğul olaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olur. Rüxsarə ona demişdir ki, 70 manat pul müqabilində onunla görüşüb cinsi əlaqədə ola bilər. Onlar razılaşmışlar və günorta saatlarında “28 may” metrosunun yaxınlığında, yerləşən “S.Vurğun” parkının yanında görüşmüşlər. O Rüxsarəyə demişdir ki, onun vaxtı azdır, bu yaxınlarda cinsi əlaqədə olmaq üçün münasib bir yer tanıyırmı. Rüxsarə demişdir ki, yaxınlıqda, yəni Nizami küçəsində “Avro mart"ın yanında Sevil adlı qadının bir neçə mənzili var və həmin mənzilləri cinsi əlaqədə olmaq üçün bir neçə saatlığa müxtəlif şəxslərə verir. Həmçinin Rüxsarə demişdir ki, özü müştəriləri ilə bir neçə dəfə həmin mənzillərə gedib cinsi əlaqədə olub, mənzil problemsiz mənzildir, kimsə mənzildə olanları narahat etmir. O Rüxsarədən mənzildə şərait olubolmamasını soruşmuşdur. Rüxsarə demişdir ki, Sevil mənzildə cinsi əlaqədə olmaq üçün bütün şəraiti yaradıb, yəni təmiz yataq dəsti və iki dəsmal, hamam ləvazimatları, hətta rezin qoruyucu da olur. Rüxsarə demişdir ki, Sevilin mənzillərində qadın işçisi olur və müştəriləri həmin işçi qadın qəbul edib pulu alır, həm də mənzillərin təmizliyini edir, müştərilər üçün hazırlayır. Sevil həmin mənzili bir neçə saatlığa 30-40 manat müqabilində verir. Onlar razılaşmışlar ki, Sevilə zəng vurub həmin mənzilə getsinlər. Rüxsarə ona Sevilin 055 *** ** ** saylı nömrəsini vermişdir. O xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15:20 radələrində Rüxsarənin yanında özünə məxsus olan 055 *** ** ** saylı nömrəsindən Sevilin 055 *** ** ** saylı nömrəsinə zəng vurmuş və Sevilə demişdir ki, nömrəsini ona Rüxsarə verib, ona bir neçə saatlıq mənzil lazımdır və mənzilə Rüxsarə ilə gələcəkdir. Sevil heç bir problem olmadığını demiş və ona Nizami küçəsindəki 5 mərtəbəli binanın 2 mərtəbəsində ortada olan mənzilə getməyini demişdir. O bir saat üçün nə qədər pul verəcəyini soruşmuşdur. Sevil həmişəki qiymət olacağını demişdir. O təxmin etmişdir ki, 30 ya 40 manat verəcəkdir, ona görə əlavə sual verməmişdir. Sevil demişdir ki, işçisi mənzildə həmin şəxsləri gözləyir. Sevillə danışdıqdan sonra Rüxsarə ilə Sevilin mənzilinə getmişdir. Belə ki, həmin binada 2-ci mərtəbədə olan 3 mənzildən 38 saylı ortadakı mənzilin qapısını döymüşdür. Qapını bir qadın açmışdır. Qadın artıq onların gələcəyini bilir və gözləyirmiş. O Sevilin işçisi kimi bildiyi həmin qadına 2 ədəd 20 manatlıq pul əskinası vermiş, o cibindən pulunu çıxartmışkən həmin qadının yanında Rüxsarənin də 70 manatını vermiş və Rüxsarə ilə otağa keçmişlər. Bir dəqiqə sonra qadın qayıdıb ona 10 manat qaytarmış və demişdir ki, bir saatlıq 30 manat bəs edər. Sonra qadın mənzildən çıxıb getmiş və o mənzilin qapısını bağlamışdır. Mənzildə cinsi əlaqədə olmaq üçün hər cür şərait vardır. Mənzil bir otaqdan ibarət imiş, otaqla mətbəx bir yerdə imiş, bir də dəhliz və hamam-tualet olmuşdur. Mənzildə iki nəfərlik çarpayı və təzə yataq dəsti, çarpayının üstündə cinsi əlaqədə olmaq üçün bir neçə rezin qoruyucu da olmuşdur. Hamamda isə təmiz dəsmallar, şampun, sabun və cakuzi olmuşdur. O Rüxsarə ilə yatağa uzanıb cinsi əlaqədə olarkən mənzilin qapısı döyülmüşdür. O yarıçılpaq vəziyyətdə qapıya yaxınlaşıb gözlükdən baxıb iki nəfər mülki geyimli şəxsin gəldiyini görmüş və kim olduqlarını soruşmuşdur. Həmin şəxslər polis olduqlarını demişdilər. O tez üstünü düzəldib alt paltarını geyinmiş və qapını açmışdır. Həmin şəxslər mənzilə daxil olub onları yarıçılpaq vəziyyətdə görmüşlər və ona mənzillə bağlı suallar verib mənzili kimdən icarəyə götürdüyünü soruşmuşlar. O da hər şeyi danışıb mənzili cinsi əlaqədə olmaq üçün Sevil adlı qadından kirayəyə götürdüyünü demişdir. Daha sonra polis əməkdaşları tərəfindən Sevil adlı qadın və onun işçisi adını orada bildiyi Elza adlı qadın mənzilə dəvət edilmiş və mənzilə baxış keçirilmişdir. Baxış zamanı ona məlum olmuşdu ki, Sevil adlı qadının əsl adı Kürsümdür. O Kürsümü birinci dəfə həmin zaman üzdən görmüşdür. Polis əməkdaşları tərəfindən, onun, Rüxsarənin, Kürsüm və sonuncunun işçisi Elzanın, eləcə də iki nəfər dəvət edilmiş hal şahidinin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı da Kürsüm hamının yanında etiraf etmişdir ki, həqiqətən də həmin mənzili müxtəlif şəxslərə cinsi əlaqədə olmaları üçün bir neçə saatlığa verir, həmçinin ona da həmin mənzili cinsi əlaqədə olmağı üçün bir saatlıq 30 manata vermişdir. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Daha sonra onları Bakı Şəhər Baş Polis idarəsinə dəvət etmişlər. O idarədə bu məsələ ilə bağlı izahat yazmışdır. Məhkəmə iclaında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o artıq bir müddətdir ki, maddi vəziyyəti çətin olduğu üçün mütəmadi olaraq sadəcə yaxın tanışlarıyla pul müqabilində cinsi əlaqədə olurmuş. Hazırda bu yoldan əl çəkmiş və özünü dolandırmaq üçün iş axtarır. x xxxxxx 2020-ci il tarixdə Şahid13 adlı tanışı onunla telefon əlaqəsi saxlayıb görüşərək onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O da 70 manat pul müqabilində Vahidlə cinsi əlaqə ola biləcəyini demişdir. O əvvəllər də maddi ehtiyacı olduğu üçün Vahidlə pul müqabilində cinsi əlaqədə olmuşdur. O Vahidlə razılaşdıqdan sonra həmin günü günorta saatlarında “28 may” metrosunun yaxınlığında yerləşən “S.Vurğun” parkının yanında görüşmüşlər. Vahid ona demişdir ki, vaxtı azdır, bu yaxınlarda cinsi əlaqədə olmaq üçün münasib bir yer tanıdığını soruşmuş. Nizami küçəsində “Avro mart”ın yanında “Sevil” adlı qadının bir neçə mənzili var və həmin mənzilləri cinsi əlaqədə olmaq üçün bir neçə saatlığa müxtəlif şəxslərə verir. Həmçinin o demişdir ki, özündə müştəriləriylə bir neçə dəfə həmin mənzillərə gedib cinsi əlaqədə olmuşdur, mənzil problemsiz mənzildir, kimsə mənzildə olanları narahat etmir. Vahid ondan mənzildə şəraiti soruşan zaman o bildirmişdir ki, Sevil mənzildə cinsi əlaqədə olmaq üçün bütün şəraiti yaradıb, yəni təmiz yataq dəsti və dəsmallar, hamam ləvazimatları, hətta rezin qoruyucu da olur və əlavə etmişdir ki, Sevilin mənzillərində qadın işçisi olur və müştəriləri həmin işçi qadın qəbul edib pulu alır, həm də mənzillərin təmizliyini edir, müştərilər üçün hazırlayır. Sevil həmin mənzili bir neçə saatlığa 30-40 manat müqabilində verir. O bütün bunları əvvəlki müştəriləriylə Sevilin həmin mənzilinə gedib orada cinsi əlaqədə olduğu vaxtlardan bilirmiş. Onlar razılaşmışlar ki, Sevilə zəng vurub həmin mənzilə getsinlər. O Vahidə Sevilin ********** saylı nömrəsini vermişdir. Vahid xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15:20 radələrində onun yanında Vahidə məxsus olan səhv etmirsə ********** saylı nömrədən Sevilin ********** saylı nömrəsinə zəng vurmuş və Sevilə demişdir ki, nömrəsini Rüxsarə vermiş, Vahidə bir neçə saatlıq mənzil lazımdır və mənzilə onunla gələcəkdir. Həm də Vahid üstüörtülü formada izah etmişdir ki, onunla həmin evdə pul müqabilində cinsi əlaqədə olacaqdır. Sevil heç bir problem olmadığını demiş və Vahidə Nizami küçəsindəki 5 mərtəbəli binanın 2 mərtəbəlində ortada olan mənzilə getməyini demişdir. Vahid bir saat üçün nə qədər pul verəcəyini soruşmuşdur. Sevil həmişəki qiymət olacağını demişdir. Onlar belə təxmin etmişlər ki, Vahid 30 ya 40 manat verəcəklər. Sevil həm də Vahidə demişdir ki, işçisi mənzildə Vahidgili gözləyir. Sevillə danışdıqdan sonra Vahidlə ilə Sevilin mənzilinə getmişdir. Belə ki, həmin binada 2-ci mərtəbədə olan 3 mənzildən 38 saylı ortadakı mənzilin qapısını döymüşlər. Qapını sonradan adının Elza olduğunu bildiyi bir qadın açmışdır. Elza artıq onların gələcəklərini bilir və gözləyirmiş. Vahid Sevilin işçisi kimi bildiyi həmin qadına 2 ədəd 20 manatlıq pul əskinası vermiş, bu vaxt Vahid həmin qadının yanında onunla cinsi əlaqədə olmaq müqabilində verəcəyi 70 manatın qabaqcadan vermiş və Vahidlə ilə otağa keçmişlər. Bir dəqiqə sonra həmin Elza adlı qadın qayıdıb Vahidə 10 manat qaytarmış və demişdir ki, bir saatlıq 30 manat bəs edər. Sonra Elza adlı qadın mənzildən çıxıb getmiş və Vahid mənzilin qapısını bağlamışdır. Mənzildə cinsi əlaqədə olmaq üçün hər cür şərait var imiş. Mənzil bir otaqdan ibarət imiş, otaqla mətbəx bir yerdə imiş, bir də dəhliz və hamam-tualet var imiş. Mənzildə iki nəfərlik çarpayı və təzə yataq dəsti, çarpayının üstündə cinsi əlaqədə olmaq üçün bir neçə rezin qoruyucu da var imiş. Hamamda isə təmiz dəsmallar, şampun, sabun və cakuzi var imiş. O Vahidlə yatağa uzanıb cinsi əlaqədə olarkən mənzilin qapısı döyülmüşdü. Həmin vaxt Vahid və o yarıçılpaq vəziyyətdə imişlər. Bu vaxt Vahid qapıya yaxınlaşıb gözlükdən baxıb və kim olduqlarını soruşmuşdur. Həmin şəxslər polis olduqlarını demişlər. Vahid və o da tez üstünü düzəldib alt paltarını geyinmiş və qapını açmışdır. Həmin şəxslər mənzilə daxil olub onları yarıçılpaq vəziyyətdə görmüşlər və onlara mənzillə bağlı suallar verib mənzili kimdən icarəyə götürdüklərini soruşmuşlar. Onlar da hər şeyi danışıb mənzili pul müqabilində cinsi əlaqədə olmaq üçün Sevil adlı qadından kirayəyə götürdüklərini demişlər. Daha sonra polis əməkdaşları tərəfindən Sevil adlı qadın və onun işçisi adını Elza adlı qadın mənzilə dəvət edilmiş və mənzilə baxış keçirilmişdir. Baxış zamanı onlara məlum olmuşdur ki, Sevil adlı qadının əsl adı Kürsümdür. Polis əməkdaşları tərəfindən, onun, Vahidin, Kürsüm və sonuncunun işçisi Elzanın, eləcə də iki nəfər dəvət edilmiş hal şahidinin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı da Kürsüm hamının yanında etiraf etmişdir ki, həqiqətən də həmin mənzili müxtəlif şəxslərə pul müqabilində cinsi əlaqədə olmaları üçün bir neçə saatlığa verir, həmçinin Vahidlə ona da həmin mənzili cinsi əlaqədə olmağı üçün bir saatlıq 30 manata vermişdir. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Daha sonra onları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O idarədə bu məsələ ilə bağlı izahat yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 işçisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Səbail rayonu, Nizami küçəsi, ev 98, mənzil 38 ünvanında yerləşən mənzilin pul müqabilində müxtəlif şəxslərin fahişəliklə məşğul olması üçün icarəyə verməklə əxlaqsızlıq yuvası təşkil etdiyini, hazırda həmin ünvanda bir qadın və bir kişinin cinsi əlaqədə olduğu barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxslərin ifşa edilməsinin qeyri-mümkünlüyünü, o cümlədən operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs1 tərəfindən qısa müddət ərzində mənzili fahişəliklə məşğul olmaq üçün icarəyə verdiyi şəxslərin oradan çıxıb getmələri ehtimalını nəzər alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, Kürsümün cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-istintaq qrupu yaradılaraq qrupun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməsi və görüləcək tədbirlərin təxirəsalınmazlığı nəzərə alınaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdı. Buna görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyd edilən mənzildə cinsi əlaqədə olan şəxsləri müəyyən edərək Bakı Şəhər BPl-yə gətirilməsi və həmin yaşayış evinə baxış keçirilməsi məqsədilə o, Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid10, əməliyyat müvəkkili polis baş leytenantı Şahid9 həmçinin İstintaq və X3 şöbəsinin təhqiqatçısı polis mayoru X2 ibarət istintaqəməliyyat qrupu yaradılmışdır. Bundan sonra bütün qrup iştirakçılarına davranış xətti izah edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar .qəbul edilərək həmin ünvana gedildikdən sonra bura dəvət edilmiş Təqsirləndirilən şəxs1 özünə məxsus olan Səbail rayonu, Nizami küçəsi, ev 98, mənzil 38 ünvanında yerləşən mənzilə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı yazılı ərizə vermiş, həmin mənzilə daxil olarkən sonradan şəxsiyyətləri müəyyən edilən Şahid13 və Şahid14 az əvvəl pul müqabilində cinsi əlaqədə olması, Şahid14 isə müxtəlif şəxslərlə pul müqabilində cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması müəyyən edilmişdir. Həmin vaxt onun, Şahid9, Təqsirləndirilən şəxs1 və mənzildə cinsi əlaqədə olan Şahid13 və Şahid14 həmçinin iki hal şahidinin iştirakları sözü gedən ünvana baxış keçirilmişdir. Baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallarla bağlı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mənzilin hamam otağında olan hamam ləvazimatları mənzildə yaşayan və cinsi əlaqədə olan müştərilərin istifadəsi üçündür, həmin hamam ləvazimatları yəni, dəsmal, sabun və tərliklərdən istifadə edilmişdir. Hamam otağından dəhlizə keçib irəlilədikdə qarşıda olan otaqda giriş ilə üzbəüz iki nəfərlik taxt vardır. Həmin taxtın üzərində iki yastıq, döşək, döşəkağı və ədyal dağıdılmışdır. Təqsirləndirilən şəxs1 baxış zamanı bildirmişdir ki, həmin yataq mənzildə fahişə ilə pul müabilində cinsi əlaqədə olanlar üçündür və həmin yatağa yastıqlar, döşək üzləri və ədyal qoyulmuşdur. Baxış zamanı Şahid13 və Şahid14 bildirmişlər ki, həmin şəxslər məhz həmin taxtın üzərində pul müqabilində cinsi əlaqədə olmuşlar, həmçinin hamam otağında dəsmal, sabun və tərliklərdən onlar cinsi əlaqədə olandan sonra istifadə etmişlər. Həmçinin, Şahid14 bildirmişdir ki, maddi imkanı olmadığı üçün Rüxsarə mütəmadi olaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olur, elə Vahidlə də cinsi əlaqədə olmaq üçün 70 manat pulu almışdır. Bundan başqa Şahid13 pul müqabilində Rüxsarə cinsi əlaqədə olmaq üçün həmin mənzili “Sevil” kimi tanıdığı Kürsümdən telefonla danışaraq 30 manat müqabilində kirayəyə götürdüyünü, mənzilin açarını onlara Kürsümün işçisi Elzanın təqdim edərək evi həmin şəxslərə göstərdiyini, Kürsümə vermək üçün 40 manat alaraq 10 manat qalığı geri qaytarmasını bildirmişdir. Baxış zamanı Şahid14 da Şahid13 bildirdiklərini təsdiq edərək imkanı olmadığı üçün pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu, müştəriləri ilə dəfələrlə Sevil kimi tanıdığı Kürsümün sahibi olduğu həmin mənzili bir neçə saatlıq kirayəyə götürdüklərini bildirmişdir. Şahid13, Şahid14 və Təqsirləndirilən şəxs1 Rəzul qızı Bakı Şəhər BPİ- yə dəvət edilərək izahat verdikdən sonra Təqsirləndirilən şəxs2 bir ədəd 10 manatlıq, iki ədəd 20 manatlıq pul əskinazlarını təqdim edərək bildirmişdir ki, iki ədəd 20 manatlıq pul əskinazları izahatında qeyd etdiyi xx.xx.2020-ci il tarixdə saat 14-15 radələri aralığında bir nəfər oğlanla qızın yəni, sonradan adlarının Rüxsarə və Vahid olmasını bildiyi şəxslər qeyd edilən mənzildə cinsi əlaqədə olmaq üçün vermişlər. Elza mənzilin bir saatlıq qiymətini 30 manata razılaşdıqlarından əvvəlki müştərinin həmin mənzildə cinsi əlaqədə olmaq üçün ona verdiyi iki ədəd 10 manatlıq pul əskinazlarından bir ədəd 10 manatlıq pul əskinazını qalıq kimi Vahidə qaytarmışdır. Təqdim etdiyi 10 manatlıq pul əskinası isə əvvəlki müştərinin Elzaya qeyd olunan mənzildə cinsi əlaqədə olması üçün verdiyi iki ədəd 10 manatlıq pul əskinazlarından biridir. Şahid13 onun və Şahid9 iştirakı ilə bir ədəd 10 manatlıq əskinazı izahatında qeyd etdiyi xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Səbail rayonu Nizami küçəsi bina 98 ünvanındakı 38 nömrəli mənzildə cinsi əlaqədə olmaq üçün kirayəyə götürdüyü Elza adlı qadına verdiyi 40 manat puldan qalıq kimi ona qaytarılan 10 manatlıq əskinazı könüllü olaraq istintaqa təqdim etmişdir. Təqdim edilmiş pullar götürülərək fotoşəkilləri çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Həmçinin bildirmişdir ki, əməliyyat-axtarış tədbiri keçirilən və mənzilə baxış keçrilən zaman barələrində araşdırma aparılan və yaxud digər şəxslərə hər hansı bir fiziki və yaxud psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid10 Şahid10 uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verilmiş ifadəsində göstərilmişdir ki, anket məlumatlarında qeyd edilmiş ünvanda ailəsiylə birlikdə yaşayır. 077 *** ** ** saylı mobil nömrə təxminən dörd ildir ki, onun istifadəsindədir. Eyni zamanda onun 051 *** ** ** saylı nömrəsi də var imiş. O özü rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir ildir ki, həyat yoldaşından ayrılmışdır. Həyat yoldaşından ayrılandan sonra o adı açıqlamaq istəmədiyi bir nəfərlə sevgili münasibətindədir. Həmin şəxs aləlidir və o özü də əvvəllər ailəli olduğu və övladları olduğu üçün həmin şəxslə görüşüb otelə getmək istəmirlər ki, hansısa bir tanış insan onları görməsin, ona görə də həmin şəxslər görüş üçün münasib bir ev axtarırmışlar. Bir dəfə qadın salonunda olanda ümumi söhbət zamanı sevgili ilə görüşmək üçün bir-iki saatlığa verilən münasib ev tanıyıbtanımadıqlarını soruşmuşlar. Hazırda xatırlamadığı bir nəfər ona Sevil adlı qadının 055 *** ** ** saylı nömrəsini vermiş və bildirmşdir ki, həmin Sevil adlı qadının “28 may” metrosu, “S.Vurğun” parkı tərəfdə bir neçə mənzili var və həmin mənzilləri bir neçə saatlığa kirayə verir və həmin mənzillərə gedib rahat istirahət etmək olar, heç bir problem və kənar müdaxilə olmur. Səhv etmirsə Sevilin nömrəsini ona verən qızın adı Sevinc imiş. O Sevinci qadın salonunda görmüş, sonuncunu şəxsən tanımır, anket məlumatlarını və telefon nömrəsini bilmir. O 2019-cu ilin təxminən əvvəllərində Sevilin həmin nömrəsinə zəng vurub ona nömrəsini Sevincin verdiyini demiş və həmin şəxsdən sevgilisiylə görüşmək üçün biriki saatlığa mənzil istəmişdir. Sevil onu Sevincin adamı kimi tanıdığından sonralar da danışanda ona Sevinc deyə müraciət edir, o da heç nə demirmiş. Sevilə üstüörtülü formada başa salmışdır ki, o görüşdüyü adamla gedib mənzildə cinsi əlaqədə olacaq yəni, mənzildə təmizlik və hamam ləvazimatları olsun. Sevil də onu başa düşmüş və bildirmişdir ki, heç bir problem yoxdur, mənzildə hər şey qaydasındadır. Yadındadır ki, o bir-iki aydan bir Sevilə zəng vurub görüşdüyü şəxslə onun mənzillərinə getmişdir. O Sevilin Nizami küçəsində “Avro mart”ın yanındakı binada ikinci mərtəbədə olan ortadakı bir otaqlı mənzilinə, həmçinin “28 may” metrosu yanındakı arkalı binada olan mənzilinə getmişdir. Mənzillərdə adətən onları bir nəfər balaca boy, təxminən 40 yaşlarında bir qadın qarşılayırmış. O Sevili üzdən görməmiş, Sevil mənzildə olan qadının işçisi olduğunu deyirmiş. O başa düşmüşdür ki, həmin qadın mənzilə gələn müştəriləri qarşılayır, mənzilin pulunu alır və mənzilin təmizlik işlərini həll edir. Onlar da mənzilin icarə pulunu, yəni bir-iki saatlıq üçün təxminən 30 ya 40 manatı həmin qadına verirmişlər. Bəzi hallarda isə mənzildə qadın olmur və mənzilin açarı girişdə ayaqaltının altında olurmuş, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxanda Sevilə zəng vurub məlumat verirmiş. Sevillə həmişə o özü danışmışdır. Bildirmişdir ki, onlar mənzilə gələndə mənzil həmişə təmiz olurmuş, orada iki nəfərlik çarpayı, iki dəsmal və hamam ləvazimatları olurmuş. O, görüşdüyü insanla Sevilin mənzillərində təxminən 5-6 dəfə olmuşdur. Sevil ondan mənzilə getdiyi kişinin həyat yoldaşı olub-olmadığını soruşmamış və ondan nikah şəhadətnaməsi istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailəsiylə birlikdə yaşayır. 055 *** ** ** saylı mobil nömrəsini təxminən bir il yarımdır ki, onun istifadəsindədir. O özü “28 may” metrosunun yanında yerləşən telefon dükanında satıcı işləyir. Sevil adlı qadını 2019-cu ilin yay aylarında müştəri kimi tanımış, söhbət zamanı Sevil ona demişdir ki, “28 may” metrosu yanındakı və keçmiş aerokassanın arxasındakı binalarda mənzilləri var və həmin mənzilləri qızla görüşmək üçün ucuz qiymətə bir neçə saatlığa kirayəyə verir. Sevil demişdir ki, mənzillərində qızla olanda heç bir problem olmur və heç kim kənardan müdaxilə etmir. O 2019-cu ilin iyün ayının əvvəlində birinci dəfə Sevilin ona verdiyi 055 *** ** ** və 070 *** ** ** saylı nömrələrinə zəng vurub tanışlıq vermiş və Sevil onu tanımışdır. O Sevildən biriki saatlığa mənzil istəmişdir. O Sevilə bildirmişdir ki, mənzilə fahişə ilə gələcəkdir, ona görə binaya girəndə çıxanda, mənzildə olanda bir narahatlıq olmasın, qonşular ya başqa kimsə bir problem yaratmasın. Sevil demişdir ki, heç bir narahatlıq olmayacaq, sakitcə gəlib mənzilə girib istirahət edib çıxsınlar. Sevilə demişdir ki, o mənzilə qızla cinsi əlaqədə olmaq üçün gəlir, soruşmuşdur ki, mənzildə təmizlikdirmi və lazımi hamam, yataq ləvazimatları varmı. Sevil də bildirmişdir ki, heç bir problem yoxdur, mənzildə hər şey qaydasındadır və bütün ləvazimatlar var. O ümumilikdə təxminən 10-15 dəfə fahişə ilə, yəni pul müqabilində onunla cinsi əlaqədə olan qızla görüşüb Sevilin Nizami küçəsində “Avro mart”ın yanındakı binada ikinci mərtəbədə olan ortadakı bir otaqlı mənzilinə və həmin mərtəbədə soldakı mənzilinə, həmçinin “28 may” metrosu yanındakı arkalı binada olan mənzilinə getmişdir. Bildirmişdir ki, o həmin qızları tanımır, həmin şəxslərin nömrələrini ona tanışları vermişlər və demişlər ki, pul qarşılığında cinsi əlaqədə olur, yəni fahişəliklə məşğul olurlar. O da hər dəfə bir fahişə ilə zəngləşib görüşüb 50-70 manat pul müqabilində cinsi əlaqədə olurmuş, cinsi əlaqədə olmaq üçün isə Sevilin mənzilinə gedirmiş. Sevil özü də bilirmiş ki, o mənzilə təsadüfi bir fahişə ilə gəlir. Mənzildə adətən Sevilin Elza adlı işçisi olurmuş və onları qarşılayırmış. Bir-iki dəfə isə Sevilin işçisi olan adını bilmədiyi nisbətən cavan yaşlarda bir qız mənzildə olur və onları qarşılayırmışlar. Sevil demişdi ki, Elza da, digər qız da Kürsümün işçiləridir. O görmüşdür ki, Elza mənzilə gələn müştəriləri qarşılayır, mənzilin pulunu alır və mənzilin təmizlik işlərini həll edir. O da mənzilin icarə pulunu, yəni bir-iki saatlıq üçün təxminən 30 ya 40 manatı Elzaya verirmiş. Bəzi hallarda isə mənzildə qadın olmur və mənzilin açarı girişdə ayaqaltının altında olur, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə hansısa bir yerə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxıb gedəndə Sevilə zəng vurub məlumat verirmiş. Hətta bir dəfə o qızla “arkalı” binada olan mənzildən çıxanda görmüşdür ki, mənzilin qarşısında başqa müştərilər, yəni bir qızla oğlan onların çıxmaqlarını gözləyirlər, onlar çıxandan sonra həmin şəxslər mənzilə girmişlər. Sevillə həmişə o özü danışmışdır. Bildirmişdir ki, onlar mənzilə gələndə mənzil həmişə təmiz olur, orada iki nəfərlik çarpayı, iki dəsmal və hamam ləvazimatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 055 *** ** ** saylı mobil nömrə təxminən 7-8 ildir ki, onun istifadəsindədir. O özü fərdi qaydada cambalkon ustası işləyir. Təxminən iki il bundan əvvəl, yəni 2018-ci ilin əvvəllərində o təsadüfi görüşdüyü qızla, yəni fahişə ilə cinsi əlaqədə olmaq üçün münasib bir ev axtarırmış. Hazırda xatırlamadığı hansısa bir tanışı ona Sevil adlı qadının 055 *** ** ** saylı nömrəsini vermiş və demişdir ki, Sevilin “28 may” metrosu, dəmir yolu idarəsi və “S.Vurğun” parkı tərəfdə bir neçə mənzili var, həmin mənzilləri bir-iki saatlığa verir və mənzillərə qızla gedib rahat istirahət etmək olar. O mənzillərə qızla gedəndə bir narahatlıq olub-olmamasını soruşmuşdur. Həmin tanışı ona demişdir ki, heç bir problem və narahatlıq olmur. O 2018-ci ilin təxminən əvvəllərində Sevilin həmin nömrəsinə zəng vurub bir-iki saatlığa mənzil istəmişdir. O Sevilə bildirmişdir ki, mənzilə fahişə ilə gələcək, ona görə binaya girəndə çıxanda, mənzildə olanda bir narahatlıq olmasın. Çünki bilirmiş ki, belə mənzillərə qızla gedəndə qonşular narazılıq edirlər. Sevil demişdir ki, heç bir narahatlıq olmayacaq, sakit şəkildə gəlib mənzilə girib istirahət edib çıxsın, lakin mənzildə çox səs-küy salmasın. Sevildən soruşmuşdur ki, mənzil təmizdirmi, lazımi hamam və yataq ləvazimatları varmı. Sevil də bildirmişdir ki, mənzildə hər şey qaydasındadır, mənzil hər müştəridən sonra təmizlənir və bütün ləvazimatlar var. O ümumilikdə təxminən 10 dəfə fahişə ilə, yəni pul müqabilində onunla cinsi əlaqədə olan qızla görüşüb Sevilin Nizami küçəsində “Avro mart”ın yanındakı binada ikinci mərtəbədə olan ortadakı bir otaqlı mənzilinə, həmin mərtəbədə soldakı mənzilə və həmçinin “28 may” metrosu yanındakı arkalı binada olan mənzilinə getmişdir. Bildirmişdir ki, Sevilin mənzilinə apardığı fahişələri tanımır, həmin şəxlərin nömrələrini ona tanışları vermişlər və demişlər ki, pul qarşılığında cinsi əlaqədə olur, yəni fahişəliklə məşğul olurlar. O da hər dəfə bir fahişə ilə zəngləşib görüşüb 50-70 manat pul müqabilində cinsi əlaqədə olurmuş, cinsi əlaqədə olmaq üçün isə Sevilin mənzilinə gedirmiş. Sevil özü də bilirmiş ki, o mənzilə təsadüfi bir fahişə ilə gəlir. O Sevilin özünü üzdən şəxsən görməmiş, mənzildə Sevilin adını bilmədiyi qadın işçisi olurmuş və onları qarşılayırmışlar. Xatırlayır ki, Sevilin mənzillərdə iki qadın işçisini görmüş, yəni mənzildə işçilərin hər ikisi eyni vaxtda olmur, o belə başa düşmüşdür ki, onlar növbə ilə işləyirlər. Sevilin işçiləri mənzilə gələn müştəriləri qarşılayır, mənzilin pulunu alır və mənzilin təmizlik işlərini həll edirmişlər. O da mənzilin icarə pulunu, yəni bir-iki saatlıq üçün təxminən 30 ya 40 manatı həmin işçi qadına verirmiş. Bəzi hallarda isə mənzildə qadın olmur və mənzilin açarı girişdə ayaqaltının altında olurmuş, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxanda Sevilə zəng vurub məlumat verirmiş. Sevillə həmişə o özü danışmışdır. Bildirmişdir ki, onlar mənzilə gələndə mənzil həmişə təmiz olur, orada iki nəfərlik çarpayı, iki dəsmal və hamam ləvazimatlan olurmuş. Hətta bir dəfə 2019-cu ilin iyun ayı olarmış, özünün işi olduğundan o Sevilə deyib görüşdüyü qızı əvvəlcə özündən qabaq mənzilə göndərmişdir. Qız mənzilə gedib onu gözləmiş, o sonra işini qurtarıb mənzilə getmişdir. Həmçinin bildirirəm ki, bəzən elə hallar olurdu ki, o qızla mənzildən çıxanda görürmüş ki, həmin mənzilə gələn digər müştəri qız və oğlan blokda gözləyirlər, həmin şəxslər çıxandan sonra onlar mənzilə keçmişlər. Sevil ondan nikah şəhadətnaməsi istəməmişdir, çünki o demişdir ki, mənzilə fahişə ilə gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 055 *** ** ** saylı mobil nömrə təxminən iki ildir ki, onun istifadəsindədir. O özü “28 may”, metrosunun yanında telefon dükanında telefon təmiri ustası işləyir, təxminən bir il bundan əvvəl o görüşdüyü qızla cinsi əlaqədə olmaq üçün münasib bir ev axtarırmış. Xatırlamadığı hansısa bir tanışı ona Sevil adlı qadının 055 *** ** ** saylı nömrəsini vermiş və demişdir ki, Sevilin “28 may” metrosu, “S.Vurğun” parkı tərəfdə bir neçə mənzili var, həmin mənzilləri bir neçə saatlığa verir və həmin mənzillərə qızla gedib rahat istirahət etmək olar, heç bir problem və kənar müdaxilə olmur. O 2019-cu ilin təxminən əvvəllərində Sevilin həmin nömrəsinə zəng vurub bir-iki saatlığa mənzil istəmişdir. O Sevilə bildirmişdir ki, özü ailəli adamdır, mənzilə isə fahişə ilə gələcək, ona görə binaya girəndə çıxanda, mənzildə olanda bir narahatlıq olmasın. Sevil demişçdir ki, heç bir narahatlıq olmayacaq, sakitcə gəlib mənzilə girib istirahət edib çıxsın. Sevildən soruşdur ki, mənzildə təmizlikdirmi və lazımi hamam ləvazimatları varmı. Sevil də bildirmişdir ki, heç bir problem yoxdur, mənzildə hər şey qaydasındadır və bütün ləvazimatlar var. O ümumilikdə 2-3 dəfə fahişə ilə, yəni pul müqabilində onunla cinsi əlaqədə olan qızla görüşüb Sevilin Nizami küçəsində “Avro mart”ın yanındakı binada ikinci mərtəbəsində olan ortadakı bir otaqlı mənzilinə, həmçinin “28 may” metrosu yanındakı arkalı binada olan mənzilinə getmişdir. Bildirmişdir ki, o həmin qızları tanımır, həmin şəxslərin nömrələrini ona tanışları vermişdilər və demişdilər, ki, pul qarşığında cinsi əlaqədə olur, yəni fahişəliklə məşğul olurlar. O da həmin qızlarla, yəni hər dəfə biri ilə zəngləşib görüşüb 50-70 manat pul müqabilində cinsi əlaqədə olur, cinsi əlaqədə olmaq üçün isə Sevilin mənzilinə gedirmiş. Sevil özü də bilirmiş ki, o mənzilə təsadüfi bir fahişə ilə gəlir. O Sevilin özünü üzdən şəxsən görməmiş, mənzildə Elza adlı bir qadın olurmuş və onları qarşılayırmış. Sevil demişdi ki, Elza işçisidir. O başa düşmüşdür ki, Elza mənzilə gələn müştəriləri qarşılayır, mənzilin pulunu alır və mənzilin təmizlik işlərini həll edir. O da mənzilin icarə pulunu, yəni bir-iki saatlıq üçün təxminən 30 ya 40 manatı Elzaya verirmiş. Bəzi hallarda isə mənzildə qadın olmur və mənzilin açarı girişdə ayaqaltının altında olur, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxanda Sevilə zəng vurub məlumat verirmiş. Sevillə həmişə o özü danışmışdır. Bildirmişdir ki, onlar mənzilə gələndə mənzil həmişə təmiz olurmuş, orada iki nəfərlik çarpayı, iki dəsmal və hamam ləvazimatları olurmuş. Sevil ondan nikah şəhadətnaməsi istəməmiş, çünki o demişdir ki, mənzilə fahişə ilə gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 051 *** ** ** saylı mobil nömrə təxminən 3-4 ildir ki, onun istifadəsindədir. Təxminən iki il bundan əvvəl, yəni 2018-ci ilin əvvəllərində o təsadüfi görüşdüyü qızlarla, yəni fahişələrlə cinsi əlaqədə olmaq üçün münasib bir ev axtarırmış. Xatırlamadığı hansısa bir tanışı ona Sevil adlı qadının 055 *** ** ** saylı nömrəsini vermiş və demişdir ki, Sevilin “28 may” metrosu, dəmir yolu idarəsi və “S.Vurğun” parkının yaxınlığında bir neçə mənzili var. O həmin tanışından soruşmuşdur ki, Sevil mənzillərə qızla getməyə icazə verirmi və mənzili bir-iki saatlığa verirmi. Tanışı demişdir ki, Sevil həmin mənzilləri bir-iki saatlığa verir və mənzillərə qızla gedib rahat istirahət etmək olar. O 2018-ci ilin təxminən əvvəllərində Sevilin həmin nömrəsinə zəng vurub bir-iki saatlığa mənzil istəmişdir. O Sevilə bildirmişdir ki, mənzilə fahişə ilə gələcək, ona görə binaya girəndə çıxanda, mənzildə olanda bir narahatlıq olmasın. Çünki o bilirmiş ki, belə mənzillərə qızla gedəndə qonşular narazılıq edirlər və ya başqa formada da narahatlıq ola bilər. Sevil demişdir ki, heç bir narahatlıq olmayacaq, sakit şəkildə gəlib mənzilə girib istirahət edib çıxsın, lakin mənzildə olarkən içəridə çox səs-küy salmasınlar. Sevildən soruşmuşdur ki, mənzil təmizdirmi, mənzildə lazımi hamam və yataq ləvazimatları varmı. Sevil də bildirmişdir ki, mənzil hər müştəridən sonra işçisi tərəfindən təmizlənir və hər şey qaydasındadır, bütün hamam və yataq ləvazimatlar var. O ümumilikdə təxminən 10 dəfə fahişə ilə, yəni pul müqabilində onunla cinsi əlaqədə olan qızla görüşüb Sevilin Nizami küçəsində “Avro mart”ın yanındakı binada ikinci mərtəbədə olan ortadakı bir otaqlı mənzilinə, həmin mərtəbədə soldakı mənzilə və həmçinin “28 may” metrosu yanındakı “arkalı” binada olan mənzilinə getmişdir. Bildirmişdir ki, Sevilin mənzilinə apardığı fahişələri tanımır, həmin şəxslərin nömrələrini ona tanışları vermişlər və demişlər ki, pul qarşığında cinsi əlaqədə olur, yəni fahişəliklə məşğul olurlar. O da hər dəfə bir fahişə ilə zəngləşib görüşüb 50-70 manat pul qarşılığında cinsi əlaqədə olur, cinsi əlaqədə olmaq üçün isə Sevilin mənzilinə gedirmiş. Sevil özü də bilirmiş ki, o mənzilə təsadüfi bir fahişə ilə gəlir. O Sevilin özünü və işçilərini üzdən şəxsən görməmişdir. Belə bir hal olurmuş ki, o Sevilə zəng vurub mənzil istəyəndə Sevil deyirmiş ki, mənzildə müştəri var, çıxsın əlaqə saxlayar, sonra danışanda deyirmiş ki, müştəri çıxıb, işçisi mənzili təmizləsin və onlar getsinlər. O da mənzilin icarə pulunu, yəni bir-iki saatlıq üçün təxminən 30 ya 40 manatı mənzildə qoyub çıxırmış. Adətən mənzilin açarı girişdə ayaqaltının altında olurmuş, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxanda Sevilə zəng vurub məlumat verirmiş. Sevillə həmişə o özü danışmışdır. Yadındadır ki, bir dəfə 2019-cu ilin yay aylarında o qızla mənzildə olanda qapını kimsə döymüş, o Sevildən kim olduğunu soruşmuşdur, Sevil demişdir ki, tanış uşaqdır, mənzilin pulunu ona versin. O da mənzilin pulunu təxminən 10-12 yaşlarında oğlan uşağına vermişdir. Bildirmişdir ki, onlar mənzilə gələndə mənzil həmişə təmiz olur, orada iki nəfərlik çarpayı, iki dəsmal və hamam ləvazimatları olurmuş. Həmçinin bildirmişdir ki, bəzən elə hallar olurmuş ki, o qızla mənzildə olanda Sevil zəng vurub konkret nə vaxt çıxacaqlarını soruşurmuş, deyirmişki, başqa müştəri gəlib aşağıda gözləyir. Sevil ondan nikah şəhadətnaməsi istəməmişdir, çünki o demişdir ki, mənzilə fahişə ilə gedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 070 *** ** ** saylı mobil nömrə təxminən bir ildən artıqdır ki, onun istifadəsindədir. 2019-cu ilin təxminən may-iyun aylarında Şamaxı rayonunda restoranda təsadüfən Sevil adlı qadınla tanış olmuş və söhbət zamanı Sevil ona demişdi ki, Bakı şəhərində “28 may” metrosunun yaxınlığında mənzilləri var və həmin mənzilləri bir-iki saatlığa kirayə verir. O üstüörtülü şəkildə soruşdur ki, həmin mənzillərə qızla gəlmək olarmı. Sevil cavab vermişdir ki, gəlmək olar və heç bir problem yoxdur. Sevil ona 055 *** ** ** və 070 *** ** ** saylı nömrələrini vermişdi. O da 2019-cu ilin iyun-iyul aylarında təxminən 3 dəfə qızla Sevilin mənzillərinə getmişədir. O Sevilin “28 may” metrosu tərəfdə “arkalı” binada olan mənzilinə və Nizami küçəsində “Avro mart”ın yanındakı binada olan mənzilinə getmişdir. Bildirmişdir ki, o həmin mənzillərə təsadüfi tanış olduğu fahişə ilə getmiş, yəni həmin qızları şəxsən tanımamış, dost-tanış nömrəsini verib, o də telefonla danışıb razılaşaraq görüşmüş, hər görüş üçün də təxminən 50-70 manat müqabilində pul vermişdir. O Sevilin mənzilində biriki saat olmaq üçün 20-25 manat pul verirmiş. Belə ki, mənzildə heç kim olmur, mənzilin açarı girişdə ayaqaltının altında olur, qapını açıb içəridə istirahət etdikdən sonra pulu da Sevilin sözünə görə mənzildə hansısa bir yerə qoyub çıxırmışlar. Mənzili bağlayıb açarı yenə ayaqaltına qoyurmuşlar. Hər dəfə pulu qoyanda və mənzildən çıxıb gedəndə Sevilə zəng-vurub məlumat verirmiş. Sevillə həmişə o özü danışmışdır. Onlar mənzilə gələndə mənzil həmişə təmiz olur, orada iki nəfərlik çarpayı, dəsmal və hamam ləvazimatları olurmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 oğlu bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində Camal adlı oğlanla tanış olmuş, Camalla münasibətləri yaxınlaşandan sonra Camal ona otelə getməyi təklif etmiş, lakin o otelə getmək istəmədiyini demiş və ev olarsa evə gedəcəyini demişdir. Camal bildirmişdir ki, saatlıq və günlük kirayə verilən ev tanımır və o tapa bilərsə gedə bilərlər. O da günlük kirayə ev üçün çoxdanki tanışı Bəhruz adlı oğlana zəng vurmuş və yalandan demişdir ki, rayondan bir qız qonağı gəlir və günlük qalmaq üçün ev istəyir. Bəhruz demişdir ki, Sevil adlı bir qadın şəhərdə saatlıq icarəyə evlər verir, özü də müxtəlif qızlarla həmin mənzillərə gedərək bir-iki saatlıq qalmışdır, lakin həmin mənzilləri günlük verib-vermədiyini bilmir. Bəhruz ona Sevil adlı qadının nömrəsini vermişdir. O Sevilə 2020-ci ilin yanvar ayının axırlarında ********** saylı nömrəsindən həmin Sevil adlı qadının ********** saylı nömrəsinə zəng vurub bir günlük ev istədiyini demişdir. Sevil demişdir ki, problem deyil, mənzili bir günlük 50 manata vermişdir. O razılaşmış və Camalla birlikdə həmin günü axşam Sevilin verdiyi istiqamət üzrə “28 may” metrosu yaxınlığında “arkalı” binada olan mənzilinə getmişlər. Sevilin sözünə əsasən mənzilin qapısının açarını ayaqaltından götürmüşlər. Həmin gecə mənzildə qalmışlar və səhər saatlarında oradan çıxmışlar. Sonra həmin günü ona gələn zənglə bağlı Camalla aralarında mübahisə düşmüş və Camal mübahisəni aydınlaşdırmaq üçün yenidən evə getməklərini istəmişdir. O də yenidən Sevilə “vatsap”la mesaj yazıb İki saatlıq mənzili istədiyini demişdir. Sevil onlara başqa mənzili iki saatlıq 30 manata vermiş və demişdir ki, mənzildə indi adamlar var, yarım saata çıxacaqlar. Onlar da gözləmişlər ki, mənzil boşalsın. Sevil bu dəfə onları Nizami küçəsində “Avro mart”ın yanındakı binaya göndərmişdir. Sevilin verdiyi istiqamət üzrə həmin binada ikinci mərtəbədə sol tərəfdə olan mənzilə getmişlər. Camalla birlikdə mənzilə daxil olanda görmüşlər ki, mənzil təmiz deyil, yataq tamam bulaşıq və dağınıq vəziyyətdə imiş. Bu barədə Sevilə demişlər, lakin bildirmişlər ki, mənzili təmizləməyə ehtiyac yoxdur, çünki yataqdan istifadə etməyəcəklər, söhbət edib gedəcəklər. Təxminən bir saat yarım sonra Sevil zəng vurub demişdir ki, çıxmaq lazımdır, ora başqa müştərisi gəlir və mənzili işçisi təmizləməlidir. Onlar da məcbur olub çıxmışlar, görmüşlər ki, mənzili təmizləməyən bir qadın gəlib, aşağıda da bir qadınla bir kişi mənzilin boşalmağını-gözləyirlər. Bildirmişdir ki, sonradan Camalla münasibətləri davam etmədiyi üçün daha həmin mənzilə getməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində ünvan 1 ünvanın yaxınlığında olan “Avromart” mağazasının yaxınlığından keçən zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq keçirdikləri əməliyat nəticəsində mənzildə təşkil olunmuş aşkar edilməsi ehtimal olunan əxlaqsızlıq yuvasına baxış keçirərkən həmin baxış zamanı onunda hal şahidi kimi iştirak etməyini istəmişlər. O da öz vətəndaşlıq borcunu yerinə yetirib bu təklif ilə razılaşmışdır. O polis əməkdaşları ilə birlikdə Nizami küçəsi 98-də yerləşən 38 saylı mənzilə getmişdir. Burada həmin mənzilə daxil olarkən sonradan adlarının Şahid13 və Şahid14 olmasını bildiyi şəxslərin az əvvəl pul müqabilində cinsi əlaqədə olması, Şahid14 isə müxtəlif şəxslərlə pul müqabilində cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması müəyyən edilmişdi. Həmin vaxt onun, iki polis əməkdaşının, mənzilin sahibi sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin və mənzildə cinsi əlaqədə olan Şahid13 və Şahid14 həmçinin onun başqa digər hal şahidinin iştirakları sözü gedən ünvana baxış keçrilmişdi. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdi ki, mənzilin hamam otağında olan hamam ləvazimatları mənzildə yaşayan və cinsi əlaqədə olan müştərilərin istifadəsi üçündür, həmin hamam ləvazimatları yəni, dəsmal, sabun və tərliklərdən istifadə edilmişdir. Hamam otağından dəhlizə keçib irəlilədikdə qarşıda olan otaqda giriş ilə üzbəüz iki nəfərlik taxt var imiş. Həmin taxtın üzərində iki yastıq, döşək, döşəkağı və ədyal dağıdılmışdır. Təqsirləndirilən şəxs1 baxış zamanı bildirmişdir ki, həmin yataq mənzildə fahişə ilə pul müabilində cinsi əlaqədə olanlar üçündür və həmin yatağa yastıqlar, döşək üzləri və ədyal qoyulmuşdur. Baxış zamanı Şahid13 və Şahid14 bildirmişdilər ki, onlar məhz həmin taxtın üzərində pul müqabilində cinsi əlaqədə olmuşlar, həmçinin hamam otağında dəsmal, sabun və tərliklərdən onlar cinsi əlaqədə olandan sonra istifadə etmişlər. Həmçinin, Şahid14 bildirmişdir ki, maddi imkanı olmadığı üçün mütəmadi olaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olur, elə Vahidlə də cinsi əlaqədə olmaq üçün 70 manat pulu almışdır. Şahid13 pul müqabilində Rüxsarə cinsi əlaqədə olmaq üçün həmin mənzili “Sevil” kimi tanıdığı Kürsümdən telefonla danışaraq 30 manat müqabilində kirayəyə götürdüyünü, mənzilin açarını onlara Kürsümün işçisi Elzanın təqdim edərək evi həmin şəxslərə göstərdiyini, Kürsümə vermək üçün 40 manat alaraq 10 manat qalığı geri qaytarmasını bildirmişdi. Baxış zamanı Şahid14 da Şahid13 bildirdiklərini təsdiq edərək imkanı olmadığı üçün pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu, müştəriləri ilə dəfələrlə Sevil kimi tanıdığı Kürsümün sahibi olduğu həmin mənzili bir neçə saatlıq kirayəyə götürdüklərini bildirmişdir. Bundan başqa onun da iştirak etdiyi baxış istintaq hərəkəti ilə bağlı protokol tərtib edilmişdir. Protokol ucadan oxundu, digər işitrakçılarla yanaşı onun da tərəfindən imzalarla təsdiq edilmişdir. Mənzilə baxış keçrilən zaman barələrində araşdırma aparılan və yaxud digər şəxslərə hər hansı bir fiziki və yaxud psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid11 uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 1, mənzil 38 ünvanında əxlaqsızlıq yuvası saxlanılması barədə daxil olmuş məlumat əsasında həmin ünvanda baxış keçirilən zaman müəyyən edilmişdir ki, bu mənzil Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin mənzilin giriş qapısı ilə üzbəüz hamam otağı yerləşir, hamam otağında hamam aksesuarları, dəsmal, şampun, sabun, tərliklər və digər hamam ləvazimatları vardır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin hamam ləvazimatları mənzildə yaşayan və cinsi əlaqədə olan müştərilərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Hamam otağında olan dəsmal, sabun və tərliklərdən istifadə edilmişdir. Dəhlizlə irəlilədikdə otağa keçilir, həmin otaqda giriş hissə ilə üzbəüz iki nəfərlik taxt vardır, həmin taxtın üzərində iki yastıq, döşək, döşəkağı və ədyal vardır, taxtımn üzərində olan olan yastıqlar üzlənmişdir, döşəkağı və ədyal dağıdılmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin yataq mənzildə cinsi əlaqədə olan müştərilərin cinsi əlaqədə olmaları üçün yastıqlar və döşək üzlənir və ədyal qoyulmuşdur. Baxış zamanı iştirakçılar Şahid13 və Şahid14 bidlridilər ki, onlar məhz həmin taxtın üzərində cinsi əlaqədə olmuşlar və çarpayı onlar tərəfindən dağıdılmışdır. Həmçinin hamam otağında olan dəsmal, sabun və tərliklərdən onlar istifadə etmişlər. Həmin otaqda taxtın olduğu yerdən soldan sağa doğru irəlilədikdə bir divan, divanın qarşısında jurnal stolu vardır. Divanın üstündə iki yastıq, divan üzü, jurnal sotu vardır. Divanın üzərində iki yastıq, divan üzü, jurnal üzərində örtük və külqabı vardır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Şahid13 sonuncu bir ədəd A 25707879 seriyalı 10 manatlıq əskinazı izahatında qeyd etdiyi xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Səbail rayonu, Nizami küçəsi bina 98 ünvanındakı 38 nömrəli mənzildə cinsi əlaqədə olmaq üçün Elza adlı qadına verdiyi 40 manat puldan qalıq kimi ona qaytarılan 10 manatlıq əskinazı könüllü olaraq təqdim etmiş, Şahid13 təqdim etdiyi bir ədəd A 25707879 seriyalı 10 manatlıq pul əskinazının kserosurəti bir vərəqədə çıxarılaraq protokola əlavə edilmiş, fotoşəkilləri çəkilmiş, A 25707879 seriyalı 10 manatlıq əskinaz iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf arayışlar üçün olan 215 nömrəli möhürlə möhürlənmiş və protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 bir ədəd A 35279282 seriyalı 10 manatlıq, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bir ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazlarını təqdim edərək bildirmişdir ki, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bır ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazlarını ona izahatında qeyd etdiyi xx.xx.2020-ci il tarixdə saat 14-15 radələri aralığında bir nəfər oğlanla qız Nizami küçəsində yerləşən binanın nömrəsini dəqiq bilmədiyi 38 nömrəli mənzildə cinsi əlaqədə olmaq üçün vermişlər. O, mənzilin bir saatlıq qiymətini 30 manata razılaşdıqlarından əvvəlki müştərinin həmin mənzildə cinsi əlaqədə olmaq üçün ona verdiyi iki ədəd 10 manatlıq pul əskinazlarının bir ədəd 10 manatlıq pul əskinazını qalıq kimi həmin şəxsə qaytarmışdır. Təqdim etdiyi 10 manatlıq pul əskinazı isə əvvəlki müştərinin ona qeyd olunan mənzildə cinsi əlaqədə olması üçün verdiyi iki ədəd 10 manatlıq pul əskinazlarından biridir. Təqsirləndirilən şəxs2 qzınin təqdim etdiyi bir ədəd A 35279282 seriyalı 10 manatlıq, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bir ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazlarının kserosurətləri bir vərəqədə çıxarılaraq protokola əlavə edilmiş, fotoşəkillər çəkilmiş, bir ədəd A 35279282 seriyalı 10 manatlıq, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bir ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazları iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zənf arayışlar üçün olan 215 nömrəli möhürlə möhürlənmiş və protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus üzərində ********** və ********** saylı nömrələr olan “Samsung A7” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Şahid13 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə ********** saylı mobil telefon nömrəsi arasında xx xxxxxx 2020-ci il tarixdə saat 15:23-dən 17:33-ə qədər zəng və danışıqların olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********15 saylı məktubundan və Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 adına ünvan 1, 38 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyətindədir. Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına ünvanlanmış ərizədən görünür ki, onun iştirakı ilə ifadənin yeində yoxlanılması üçün ünvan 1-də yerləşən 38 saylı mənzilində, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, 18 saylı mənzilinə daxil olmasına və burada istintaq hərəkətləri keçirilməsinə razı olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş disklərə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə həmin mənzili fahişəliklə məşğul olmaq üçün qısa müddətə kirayəyə götürmək məqsədilə müxtəlif şəxslər arasında mütəmadi əlaqə olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxx 2019-cu il tarixdə miokard infarktından ölmüşdür. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Nəriman Məmmədov qan xəstəliyindən əziyyət çəkir və xarici ölkələrdə tibbi müayinələrdən keçmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində ünvan 1 ünvanında yerləşən 38 saylı mənzili kirayəyə verilən zaman orada müştərilərin cinsi əlaqədə olmadıqları barədə verdiyi ifadə özünü müdafiə xarakterlidir, iş üzrə toplanmış digər sübutlarla təkzi olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə proseslərində olan davranışının, ərinin vəfat etməsinin, himayəsində qan xəstəliyinə düçar olunmuş uşağının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bununla belə, onun cəza çəkmədən islah olunmasını mümkün hesab edilməklə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanada Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə proseslərində olan davranışının, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bununla belə, onun cəza çəkmədən islah olunmasını mümkün hesab edilməklə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanada Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq 03 ədəd diskin iş materiallarında saxlanılmasını, Şahid13 tərəfindən təqdim edilmiş bir ədəd A 25707879 seriyalı 10 manatlıq əskinazın, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd A 35279282 seriyalı 10 manatlıq, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bir ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazlarının dövlət nəfinə müsadirə edilməsini, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerinin dəyişdirilməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerinin dəyişdirilməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiaqllarına əlavə edilmiş Şahid13 tərəfindən təqdim edilmiş bir ədəd A 25707879 seriyalı 10 manatlıq, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd A 35279282 seriyalı 10 manatlıq, bir ədəd B 69245517 seriyalı 20 manatlıq, bir ədəd B 62197183 seriyalı 20 manatlıq pul əskinazları dövlət nəfinə müsadirə edilsin, 03 (üç) ədəd CD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X5 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat, X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (yüz əlli) manat pul tutulub, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-159/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-159/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver