Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-166/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1985-ci il tarixdə Rusiya Federasiyası, Tümen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 7, mənzil 5-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq yaşadığı evi tərk etmiş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq səhhətində yaranmış əsaslı şübhələrlə bağlı 01 dekabr 2020-ci il tarixdə verdiyi analiz cavabı “pozitiv” olması barədə, 03 dekabr 2020-ci il tarixdə, saat 12:45 dəqiqədə «sms» vasitəsilə “İTV.GOV.AZ” portalından məlumat alması, yəni hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi” Qaydalarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, 03 dekabr 2020-ci il tarixdən 17 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 7, mənzil 5-də qeydiyyatda olmaqla yaşadığı mənzili tərk edərək, ünvan 1 ünvanda yerləşən aptekə getməklə, epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 7, mənzil 5-də yaşayır. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. 2020-ci ilin noyabr ayının axırlarında o, və ailə üzvləri, yəni arvadı Aysel və anası Familə özlərində koronavirus xəstəliyinin əlamətlərini hiss etmiş, ilkin olaraq onda da əlamət olduğundan yəni hərarət, baş və bədən ağrıları olduğundan analiz vermək üçün “814” nömərsinə zəng edərək test vermək istədiyini bildirmişdir. 01 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanda təst vermiş, 03 dekabr 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrəsinə “İTS.Gov.az” portalından verdiyi analizin cavabı “pozitiv” çıxması barədə mesaj gəlmişdir. Sonra ərazi poliklinikasından sahə həkimi onunla əlaqə saxlayıb müvafiq müalicə üçün “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə resept göndərmiş, həmin resept üzrə evdə o, ailə üzvlərindən özünütəcrid edərək müalicəyə başlamışdır. Eyni zamanda anası və arvadı test analizi vermələri üçün müraciət etmiş, bir neçə gündən onlarında analizin cavabı “pozitiv” olması barədə məlumat gəlmişdir. Sonra ailəlikcə evdə özlərini təcrid edib sahə həkimin təyinatı ilə müalicə aparıb evdən heç bir yerə çıxmamışlar. 12 dekabr 2020-ci il tarixdə onda xəstəlik artıq sağalmağa doğru getməsini, sağlamasını hiss etmiş, arvadı Aysel və anası Familədə isə xəstəliyin şiddətlə getdiyi dövr olduğundan, özlərini pis hiss etmişlər,. Onların müalicəsi üçün əlavə dərmanlar lazım olduğundan və o, da özünü yaxşı hiss etdiyindən 12 dekabr 2020-ci il tarixdə saat 12 radələrində iki qat qoruyucu maskadan və tibbi əlcəkdən istifadə etməklə evinin yaxınlığın yerləşən aptekə gedib lazımi dəvadərman alıb, təxminən 15-20 dəqiqə ərzində evə qayıtmışdır. O, aptekə gedib evinə dönərkən heç kimlə təmasda olmamış, məsafə saxlayaraq aptekə gedib qayıtmışdır. Sonra o, evdə olduğu zaman mobil telefonuna zəng gəlmiş, özünü Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edən şəxs koronavirus xəstəsi olub-olmamasını və həmin günü günorta saatlarında evini tərk etməsi barədə sorğular apararkən, o, korona xəstəsi olmasını və evdə ailə üzvlərinin də xəstə olaraq ağır keçirdikləri üçün bir neçə dəqiqəliyə evinin yaxınlığındakı aptekə dərman almaq üçün gedib qayıtdığını bildirmişdir. Sonra polis əməkdaşı yaşadığı ünvana gəlib, evini tərk etməsi barədə ondan izahat alaraq, karantin müddəti bitənə kimi evini tərk etməməsi izah edib getmişdir. O, yaşadığı ünvanı ailəsinə dərman lazım olduğundan məcburiyuyət qarşısında tərk etmiş, karantin qaydalarını pozub evini tərk etdiyinə görə səmimi peşmandır. Əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, ev 7, mənzil 5-də əri Emin, azyaşlı oğlu Adil və qaynanası Familə ilə birlikdə yaşayır. 2020-ci ilin noyabr ayının axırlarında bütün ailə üzvlərində koronavirus xəstəliyinin əlamətlərini hiss etdikdə, ilkin olaraq əri Emin analiz vermiş və 03 dekabr 2020-ci il tarixdə əri Eminin analizin cavabı pozitiv olması barətə mesajı gəlmiş, Emin özünü təcrid edərək evdə sahə həkiminin təyinatı ilə müalicəyə başlamışdır. Eyni zamanda ardınca o, və qaynanası Familə test vermiş və hər ikisinin analiz cavabları pozitiv çıxdığılndan, onlar da özlərini təcrid etməklə müalicəyə başlamışlar.12 dekabr 2020ci il tarixdə artıq Eminin vəziyyəti yaxşılaşmış, sağalmağa doğru gedərkən, onun və qaynanası Familənin vəziyyəti ağırlaşmış, əlavə dərman lazım olduğundan Emin bütün qoruyucu vasitələrdən istifadə etməklə evlərinin yaxınlığında yerləşən aptekə dərman almağa gedib qayıtmışdır. Sonra həmin günü Eminlə ərazi polis bölməsindən əlaqə saxlayıb mənzili tərk etməsi barədə sorğular apararkən, Emin aptekə dərman almağa gedib qayıtdığını bildirərək, polis əməkdaşına bu barədə izahat vermişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2020-ci il tarixdə icraatına koronovirus xəstəliyinə yoluxmuş, lakin karantin rejimi qaydalarına riayət etmədən yaşayış yerlərini tərk etməklə həmin xəstəliyin yayılmasına səbəb olan şəxslərin siyahısı daxil olmuşdur. Həmin siyahı üzrə xidməti ərazidə yəni Bakı şəhəri,Səbail rayonu,V.Muradov küçəsi, ev 7,mənzil 5-də qeydiyyatda olmaqla yaşayan 30.05.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə “Covid-19” testinin “pozitiv” çıxmasına dair məlumat almasına və yaşayış yerini tərk etmədən karantin qaydalarına riayət etməsinə dair bildiriş almasına baxmayaraq,12 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanı tərk etməsinə dair daxil olmuş məlumata əsasən həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb mobil telefon nömrəsinin öz istifadəsində olmasını dəqiqləşdirərək,yaşadığı ünvanı tərk etməsi ilə bağlı sorğular apararkən Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdə yaşadığı evi tərk edərək Bakı şəhəri,Səbail rayonu,Bayıl qəsəbəsi,ərazisində yerləşən aptekə gedib dərman almasını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib, telefon vasitəsi ilə yəni evini tərk edib aptekə getməsinə və karatin müddətinin bitənə kimi mənzilini tərk etməyəcəyinə dair müvafiq izahatını almışdır. Bundan sonra toplanmış materialı müvafiq tədbir görülməsi üçün raportla Səbail Rayon Polis İdarəsinə göndərmişdir. 03 dekabr 2020-ci il tarixdə,saat 12:45-də “İTS.GOV.AZ” portalından vət.Təqsirləndirilən şəxs göndərilmiş “sms” bildirişdən görünür ki, “Hörmətli,Təqsirləndirilən şəxs.Sizin 01.12.2020-ci il tarixində Covid-19 ilə bağlı verdiyiniz analiz testin neticəsi POZİTİVDİR. Xahiş olunur,Siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz.Karantin rejimini pozduğunuz təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.tel:1542”. 33 saylı şəhər polinklinikası tərəfindən verilmiş Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01.12.2020-ci il tarix Covid-19-a görə yaxma analizi vermiş, nəticəsi pozitiv çıxmışdır. Xəstə 33 saylı polinklinikada 03.12.2020-ci il tarixdən-15.12.2020-ci il tarixədək nəzarətə götürülmüş, 16.12.2020-ci il tarixdə isə sağalması barədə arayış verilmişdir. Məhkəmə-tibbi ekspertizasının 05 aprel 2021-ci il tarixli,381.2/KEŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, 03.12.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müyinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla 12.12.2020-ci il tarixdə digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. 28 dekabr 2021-ci il tarixdə, 065-35736-1220 saylı məktubla DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən alınmış bir ədəd “CD” diskdə vət. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 01.12.2020-ci il tarixdən 13.12.2020-ci il tarixədək olan müddət ərzində anten əhatə dairəsinin məlumatları əks olunmuş,həmin məlumatlarda Təqsirləndirilən şəxs koronavirus (Covid-19) yoluxucu xəstəliyin daşıyıcısı olması barədə “sms” məlumatı aldığı 03 dekabr 2020-ci il tarixdən 13 dekabr 2020-ci il tarixədək,yəni 10 gün ərzində karantin müddətində təcrid şəkildə yaşadığı mənzili tərk etməməli olduğu halda,buna riayət etməmişdir: -01.12.2020-ci il 08:18:03-dən 01.12.2020-ci il 12:25:49-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -01.12.2020-ci il 13:29:56-dan 01.12.2020-ci il 14:59:20-ə qədər olan müddətdə Bakı şəhəri Badamdar qəsəbəsi,2-ci yaşayış massivi ev 47; -01.12.2020-ci il 15:03:56-dan 01.12.2020-ci il 15:05:56-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,1128-ci keçid,504-cü məhəllə; -01.12.2020-ci il 15:11:57-dən 01.12.2020-ci il 15:39:02-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -01.12.2020-ci il 15:44:32-də Bakı şəhəri,Səbail rayonu,Akademik A.Yaqubov küçəsi,dalan 1,ev 2; -01.12.2020-ci il 15:50:29-da Bakı şəhəri,Səbail rayonu,X3 Kompleksi; -01.12.2020-ci il 15:51:12-dən 02.12.2020-ci il 10:30:36-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -02.12.2020-ci il 10:41:56-dən 02.12.2020-ci il 15:02:35-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -02.12.2020-ci il 15:25:36-da Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,Matadromun şimalqərb hissəsi; -02.12.2020-ci il 15:27:51-də Bakı şəhəri,Binəqədi rayonu,Biləcəri qəsəbəsi,Sumqayıt şossesi; -02.12.2020-ci il 15:53:30-da Bakı şəhəri,Binəqədi rayonu,Xırdalan qəsəbəsi,,Z.Tağıyev küçəsi,dalan 1; -02.12.2020-ci il 15:59:02-də Bakı şəhəri,Yasamal rayonu,Qanlı gölün qərb sahili ev 73; -02.12.2020-ci il 16:15:26-dan 02.12.2020-ci il 17:43:32-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -02.12.2020-ci il 17:53:31-dən 03.12.2020-ci il 09:42:06-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -03.12.2020-ci il 10:32:26-dən 03.12.2020-ci il 11:38:42-ə qədər olan müddətdə Bakı şəhəri Yasamal rayonu,R.Tağıyev küçəsi 20; -03.12.2020-ci il 12:41:23-dan 03.12.2020-ci il 13:15:35-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -03.12.2020-ci il 14:00:53-dən 04.12.2020-ci il 15:27:59-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -04.12.2020-ci il 16:02:11-dən 04.12.2020-ci il 16:29:48-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Badamdar qəsəbəsi,3-cü massiv; -04.12.2020-ci il 19:01:35-dən 07.12.2020-ci il 17:46:25-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -07.12.2020-ci il 18:04:36-dan 07.12.2020-ci il 18:05:44-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -07.12.2020-ci il 18:23:12-də Bakı şəhəri,Səbail rayonu,20-ci dairə,125 saylı köşkün damı; -07.12.2020-ci il 18:32:12-də Bakı şəhəri,Lökbatan qəsəbəsi,1-ci massivi; -07.12.2020-ci il 18:35:35-də Qaradağ rayonu,Lökbatan qəsəbəsi,B.Niftaliyev,ev 40,mənzil 60; -07.12.2020-ci il 19:09:41-dən 07.12.2020-ci il 19:25:24-ə qədər olan müddətdə Bakı şəhəri Qaradağ rayonu,Xocasan yolu 60; -07.12.2020-ci il 19:59:36-da Bakı şəhəri Səbail rayonu,Neftçilər 93; -07.12.2020-ci il 20:02:03-də Bakı şəhəri Səbail rayonu,X3; -07.12.2020-ci il 20:33:55-dən 08.12.2020-ci il 12:29:50-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Akademik A.Yaqubov küçəsi 8; -08.12.2020-ci il 12:53:50-dən 08.12.2020-ci il 21:00:13-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -09.12.2020-ci il 11:08:56-da Bakı şəhəri,Səbail rayonu,İstiqlaliyyət küçəsi ev 5; -09.12.2020-ci il 11:10:49-da Bakı şəhəri,Parlament prospekti 76; -09.12.2020-ci il 11:16:00-da Bakı şəhəri Badamdar yolu 40; -09.12.2020-ci il 11:23:09-da Bakı şəhəri,Yasamal rayonu,Ümüd Əkbərov küçəsi; -09.12.2020-ci il 11:41:30-da Bakı şəhəri,Qaradağ rayonu,Bakı Salyan şossesi,14-cu km-da; -09.12.2020-ci il 12:24:56-da Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Sədərək Ticarət Mərkəzi; -09.12.2020-ci il 12:34:38-də Bakı şəhəri,Salyan şossesi,Bibiheybət madcidinin yanında,6 saylı YDM; -09.12.2020-ci il 12:40:52-dən 09.12.2020-ci il 12:46:05-ə qədər olan müddətdə Bakı şəhəri,Səbail rayonu,Akademik A.Yaqubov küçəsi8; -09.12.2020-ci il 12:49:08-dən 09.12.2020-ci il 18:44:03-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu,Gülbala Əliyev küçəsi 3; -09.12.2020-ci il 19:37:22-da Bakı şəhəri,Səbail rayonu,İstiqlaliyyət küçəsi ev 5; -09.12.2020-ci il 19:39:35-da Bakı şəhəri,Səbail rayonu,Mehdi Hüseyn 1; -09.12.2020-ci il 19:41:55-dən 09.12.2020-ci il 19:56:08-ə qədər olan müddətdə Bakı şəhəri,Səbail rayonu,Badamdar qəsəbəsi,keçid 1128,40 saylı çörək mağazası; -09.12.2020-ci il 19:59:45-dən 09.12.2020-ci il 20:00:48-ə qədər olan müddətdə Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi 40; -09.12.2020-ci il 20:01:19-dən 09.12.2020-ci il 20:03:02-ə qədər olan müddətdə Bakı şəhəri,Səbail rayonu,Alibəyov qardaşları; -09.12.2020-ci il 21:00:03-dən 11.12.2020-ci il 18:49:23-ə qədər olan müddətdə ünvan 2 -11.12.2020-ci il 18:50:46-dən 12.12.2020-ci il 10:48:57-ə qədər olan müddətdə Bakı şəhəri, Səbail rayonu,Akademik A.Yaqubov küçəsi 8; -12.12.2020-ci il 10:49:00-da Bakı şəhəri,Neftçiler prospekti 26 A; -12.12.2020-ci il 10:49:11-da Bakı şəhəri,Səbail rayonu,İstiqlaliyyət küçəsi ev 5; -12.12.2020-ci il 10:51:22-da Bakı şəhəri,Səbail rayonu,Parlament prospekti 76; -12.12.2020-ci il 11:20:03-dən 12.12.2020-ci il 11:54:02-ə qədər olan müddətdə Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi,A.Nəsirov küçəsi 1; -12.12.2020-ci il 12:19:28-da Bakı şəhəri,Səbail rayonu,Parlament prospekti 76; -12.12.2020-ci il 12:25:52-dan 12.12.2020-ci il 13:37:29-ə qədər olan müddətdə Bakı şəhəri Səbail küçəsi 68; -12.12.2020-ci il 13:19:35-dən 12.12.2020-ci il 14:25:59-ə qədər olan müddətdə Bakı şəhəri, Səbail rayonu,Akademik A.Yaqubov küçəsi 8; -12.12.2020-ci il 14:26:09-dən 12.12.2020-ci il 15:26:40-ə qədər olan müddətdə ünvan 2 -12.12.2020-ci il 15:53:01-dən 12.12.2020-ci il 18:22:21-ə qədər olan müddətdə Bakı şəhəri, Səbail rayonu,Akademik A.Yaqubov küçəsi 8; -12.12.2020-ci il 18:28:49-dən 13.12.2020-ci il 21:15:03-ə qədər olan müddətdə ünvan 2 ünvanın anten dairəsində olması qeydləri əks olunmuş-dur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 31.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 149 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu müddət ərzində onun haqqında 149 saylı MKİS-nə heç bir şikayət ərizəsi daxil olmamışdır. İşə əlavə edilmiş çəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır - 04.07.2015-ci il təvəllüdlü X4. 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə ittiham elan edilmişdir və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 12 dekabr 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 19 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, iş üzrə DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış ***-***-**-** saylı mobil nömrənin antenn dairəsi məlumatları əks olunmuş bir ədəd “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahid ifadəsi, ekspert rəyi və işin digər rəyləri tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, ailə üzvlərinin müalicəsi üçün lazım olan dərman preparatlarını almaq məqsədilə cinayəti törətdiyini, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə sübut növü kimi tanınmış DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış ***-***-**-** saylı mobil nömrənin antenn dairəsi məlumatları əks olunmuş bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut növü kimi tanınmış DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış ***-***-**-** saylı mobil nömrənin antenn dairəsi məlumatları əks olunmuş bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-166/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-166/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver